Məhkəmə qərarları › İş №1(125)-35/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-35/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-35/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,313 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2024-cü il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə Muxtar Hacıyev küçəsinin kəsişməsində yerləşən “X10 Təhsil İdarəsinin” yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov proppekti 179 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın ön sol cibindən 1 ədəd qızıl rəngli kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,313 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü o, işdən evə gedən zaman Təhsil İdarəsinin yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu avtomobillərinə mindirərək 4-cü Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları onu tutduqları zaman onun üzərində narkotik vasitə olmamışdır. Bölmədə polis əməkdaşları narkotik vasitəni onun cibinə qoyaraq videoçəkiliş aparmışlar. Polis əməkdaşları ona bildirmişlər ki, əgər narkotik vasitəni üzərinə götürməzsə narkotik vasitəni onun evinə qoyacaqlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitədən bir-iki dəfə istifadə etmişdir. Polis əməkdaşları onu polis bölməsində döymüş, ona qarşı nalayiq ifadələr işlətmişlər. Onu tutan polis əməkdaşlarının birinin ad, familaysı Şahid3 olmuşdur. Hazırda şahid qismində ifadə vermiş Şahid1 və Şahid2 onu tutan polis əməkdaşları olmamışlar. O, polis bölməsində polislərin təzyiqi nəticəsində narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yaxılığında saxlayaraq onu Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Bölməsinə dəvət etmişlər. Bölmədə o, müdafiəçi ilə təmin olunmuşdur. Üzərinə videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara çıxarıb təqdim etmişdir. Məhkəmə istintaq zamanı Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını könüllü olaraq etiraf etmiş və bölmədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq yaxud psixoloji təsir göstərilməmişdir. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs o və X1 onun saxlanılması tədbirində başqa polis əməkdaşı iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2, Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Gəncə şəhər avtovağzalında işlədiyi vaxtdan tanıyır. Lakin o, Təqsirləndirilən şəxs saxlanılması əməliyyat tədbirində iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs tutulduğu gün polis bölməsində görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2, Gəncə ŞBPİ-nin 4-cü PB-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2, müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol cibindən 1 ədəd qızılı rəngli falqaya bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroinə” bənzər kütləni haradan əldə etməsi soruşulur və sonuncu bildirir ki, həmin bükümü Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi X9 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və bükümlə birlikdə ümumi təmiz çəkisi 0,46 qram olur. Daha sonra həmin büküm müvafiq qaydada qablaşdırılır və üzəri 181 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir. - Məhkəmə-kimyəvi ekspertizasının 08 may 2024-cü il tarixli 16/527 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,313 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə “heroindir”. Heroin temiz çəkisi- 0,313 qram, tədqiqata sərf edildi-0,05 qr qalıq-0,263 -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. -“Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi əməli könüllü etiraf etmişdir. -“Qətimkan tədbirin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. - Məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli 850 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -Məhkəmə-psixoloji ekspertizasının 27 may 2024-cü il tarixli 358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman ÖZÜNÜ KƏSMƏLƏRLƏ MÜŞAYİƏT OLUNAN ŞƏXSİYYƏTİN DİSSOSİAL TİP POZUNTUSU XBT 10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyindən əziyyət çəkmişdir və hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. O, buna baxmayaraq hadisəni törədən zaman ANLAQLİ vəziyyətdə olmuşdur. Törtəmiş olduğu cinayət əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs narkotik vasitə heroini kimdən və harada əldə etməsi, həmin narkotik vasitəni hansı məqsədlə üzərində daşıması, həmin narkotik vasitəni kənar şəxslərə verib-verməməsini müəyyən etmək üçün Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə əməliyyat tapşırığı verilmiş və alınmış cavaba əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatının olmadığı bildirilmişdir. -Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 213cü maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Bundan başqa Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və xx.xx.2004-cü il tarixdə AR-nın Prezidentinin 166 saylı əfv fərmanı ilə cəzadan azad edilmişdir. - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 230 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdən “Şəxsiyyətin dissosial pozuntusu, dekompensiyaya meyillilik” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 1591 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə “Heroindən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, polis əməkdaşları tərəfindən saxlanılna zaman təzyiqlərə məruz qalması ilə bağlı Təqsirləndirilən şəxs müraciəti əsasında Baş Prokurorluğun xidməti araşdırmalar idarəsində toplanmış 1045-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. - “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,263 qram olan narkotik vasitə heroin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 12 mart 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti ilə Muxtar Hacıyev küçəsinin kəsişməsində yerləşən “X10 Təhsil İdarəsinin” yaxınlığından, 07 may 2024-cü il tarixdə Gəncə şəhər BPİ-in “Təhlükəsiz şəhər” müşahidə kameralarının yaddaş saxlama müddəti 1 ayadək olduğundan həmin ərazidən heç bir görüntü əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın ön sol cibindən 01 (bir) ədəd qızılı rəngli falqaya bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindənsaxlanılarkən fiziki zorakılığa məruz qalması və bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə olan heroinin ona məxsus olduğunu göstərmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr ilə, məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir və təxminən 2 ildir ki, narkotik vasitə kakos kimi tanıdığı heroin istifadə edir. Belə ki, o narkotik vasitə heroini infeksiya yolu ilə dəri altına vuraraq istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Gəncə şəhər Muxtar Hacıyev küçəsində yerləşən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yaxınlığından keçən zaman yerdə 1 ədəd büküm halında olan qızılı rəngli falqa kağızı diqqətini çəkmiş, əyilib həmin kağızı yerdən götürərək açmış və içərisində narkotik vasitə kakos kimi tanıdığı heroin olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümü götürüb üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Gəncə şəhər Atatürk prospekti ilə Muxtar Hacıyev küçəsinin kəsişməsində yerləşən “Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin" yaxınliğından keçən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və onlar xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Gəncə şəhər BPi-nin 4-cü PB-nin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər BPİ-nin 4-cü PB-nə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdasları avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Gəncə şəhər BPi-nin 4-cü PB-nin inzibati binasınına aparmışlar. Bölmənin inzibati binasinda müdafiəçinin istirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamani üzərində olan göy rəngli cins şalvarın ön sol cibindən 1 ədəd qızılı rəngli falqa kağızına bükülmüş halda bükümü çıxardaraq könüllü təqdim etmişdir. Sonra üzərində aparılmış şəxsi axtariş zamanı əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd alışqan, 1 ədəd içərisində siqaretlər olan Keno markali siqaret qutusu, əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 2 ədəd 1 manatlıq pul əskinası aşkar edildi. Lakin maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün 1 ədəd alışqan, 1 ədəd içərisində siqaretlər olan Keno markalı siqaret qutusu, 2 ədəd 1 manatlıq pul əskinası ona qaytarılmışdır. Daha sonra bükümə baxış keçirilmiş və o elektron tərəzidə çəkilmiş, kakos kimi tanıdığı narkotik vasitə heroinin çəkisi büküm ilə birlikdə 0.46 qram olmuşdur. Sonra narkotik vasita heroin 1 zərfə qoyulmuş və bağlanc yerləri möhürlənərək götürülmüşdür. O polis bölməsində olarkən ona polis əməkdaşları tərəfindən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs müdafiəçisinin yanında ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, həmin xüsusatların araşdırılması üçün müvafiq məlumat Gəncə şəhər prokurorluğuna göndərilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun 21 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı onu tutan polis əməkdaşlarından birinin adının Şahid3 olduğunu bildirmişdir. Bu məsələnin araşdırılması üçün Şahid3 məhkəmə iclasına dəvət edilmişdir. Şahid3 ifadəsində X3 tutulmasında iştirak etmədiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tutulmasında iştirak edən polis əməkdaşlarının müəyyən edilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs tutulduğu tarixdə və saatda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaxınlığında qeydə alınan vidiogörüntünün şəhər təhlükəsizlik kameralarından çıxarılaraq məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış və və sorğuya cavabda bildirilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti ilə Muxtar Hacıyev küçəsinin kəsişməsində yerləşən “X10 Təhsil İdarəsinin” yaxınlığından, 07 may 2024-cü il tarixdə Gəncə şəhər BPİ-in “Təhlükəsiz şəhər” müşahidə kameralarının yaddaş saxlama müddəti 1 ayadək olduğundan həmin ərazidən heç bir görüntü əldə etmək mümkün olmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən “Özünü kəsmələrlə müşayiət olunan şəxsiyytin dissosial tip pozuntusu” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkənmədə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli, onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, həmçinin psixi xəstə olduğuna görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,263 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi tədiqaqatdan qalıq qalmış 0,263 qram narkotik vasitə olan heroin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar