Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-350/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 09 sentyabr 1983-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağstafa rayonu, Tatlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11:00-dan xx.xx.2022-ci il tarixdə saat 18:00-dək olan müddətdə, yəni istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ətrafi açıq olan yarımtikilidən 1 ədəd 130 manat dəyərində dəmir su çənini, 1 ədəd 20 manat dəyərində dəmir əl arabasını, 1 ədəd 5 manat dəyərində beli və 1 ədəd 5 manat dəyərində lapatkanı, ümumilikdə 160 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində, yəni istintaqa dəqiq məlum olmayan vaxtda X2 məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən yaşayış olmayan fərdi tikilinin qarşısına qoyduğu 1 ədəd 2000 (iki min) litr su tutumu olan, plastik materialdan hazırlanmış 265 manat dəyərində su çənini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində, yəni istintaqa dəqiq məlum olmayan vaxtda X5 məxsus Gəncə şəhəri, Yeni Avtovağzalın arxa hissəsində yerləşən 1 hektar 75 sot torpaq sahəsi və içərisində olan tikililərdən qapının kilidini sındırmaq yolu ilə bir ədədinin qiyməti 200 manat olan 400 manat dəyərində 2 ədəd dəmir stolu və 1 ədəd qiyməti 100 manat olan transformatorun dəmir qapısını, bir ədədinin qiyməti 50 manat olan 200 manat dəyərində 4 ədəd 3 mm-lik list dəmirləri, 400 manat dəyəri olan bir ədəd dəmir qapını, 10 metr uzunluğunda 20 manat dəyərində alüminium və 10 metr uzunluğunda 30 manat dəyərində mis materialdan olan kabeli, 2 ədəd 3x3 ölçüdə hər biri 150 manat olmaqla 300 manat dəyəri olan dəmir reşotkaları, 100 manat dəyəri olan 1 ədəd 6 metr uzunluğunda 200-mm-lik dəmir turbanı, 1x1 m ölçüdə 100 manat dəyərində 1 ədəd dəmir qutunu, 50 manat dəyərində 1 ədəd dəmir əl arabasını, 50 manat dəyərində 3 metr uzunluğunda 200-mm-lik dəmir turbanı, bir ədədinin qiyməti 50 manat olmaqla 150 manat dəyərində 3 ədəd plastik su qabını, 100 metr uzunluğunda 100 manat dəyərində alüminium materialdan olan naqili, ümumilikdə isə 2000 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs edilənə kimi Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamış və günəmuzd fəhləlik edərək ailəsini saxlamışdır. Sonuncu dəfə Gəncə şəhərində Yeni Avtovağzalın arxa hissəsində yerləşən Kəlbəcər rayon sakinləri üçün salınmış qəsəbənin yaxınlığında zibillik ərazidə dəmir tullantıları yığan zaman orada yaşayış olmayan bir neçə yarımtikili evlərin bəzisinin qarşısında küçədə, bəzisinin isə həyətində dəmir və plastik materialdan olan su çənləri, əl arabaları və sair əşyalar olduğunu görüb onları oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin gün onun pula ehtiyacı olduğu üçün ilkin olaraq yarımtikililərdən birində olan və sonradan tanıdığı Zərərçəkmiş şəxs1 məxsus həyətdən 1 ədəd köhnə dəmir əl arabası və iki ədəd bel götürüb aparıb Gəncə şəhəri, Nizami prospektində yerləşən Gəncə Petrol YDM-nin arxasında olan Qorxmaz adlı şəxsə metal kimi 5 manata satmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 18-19 radələrində yenidən Gəncə şəhəri, Yeni Avtovağzalın arxa hissəsində yerləşən yarımtikililər olan əraziyə gedib bir gün əvvəl girdiyi yarımtikilinin həyətindən 1 ədəd dairəvi formalı dəmir su çənini götürüb tək həyətdən aralaşdırıb kənara çıxarmış, sonra isə yoldan keçən tanımadığı bir Qazel avtomobilini saxlatdırıb, həmin Qazelin sürücüsünə özünə məxsus su çəni olmasını deyərək su çənini Qazelə yükləmiş və çəni Gəncə şəhərində “Mal bazarı” adlanan yerə apararaq həmin bazarda tanımadığı şəxsə 90 manata satıb Qazel sürcüsünə isə 12 manat yol haqqı verərək, onu yola salıb özü isə evlərinə getmişdir. Lakin həmin Qazel avtomobilinin sürcüsünün kim olmasını, harada yaşamasını, avtomobilin dövlət nömrə nişanını bilməmiş, Qazelin sürücüsünün isə təxminən 55-60 yaşı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, yenidən Gəncə şəhəri, Yeni Avtovağzalın arxa hissəsində yerləşən yarımtikililər olan yerə getmiş və orada evlərdən birinin qarşısında küçəyə qoyulmuş adını sonradan bildiyi zərərçəkmiş şəxs X2 məxsus 1 ədəd 2000 litr su tutumu olan plastik su çənini götürüb yerdə fırlada-fırlada həmin küçədən bir qədər aralaşdırıb başqa bir küçədə yarımtikililərdən birinə aparıb gizlətmiş və qərara gəlmişdir ki, həmin plastik materialdan olan su çənini sonra hər hansı bir yük maşını tapıb gətirib aparıb satsın. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə yenidən oğurluq etmək məqsədilə Gəncə şəhəri Yeni Avtovağzalın arxa hissəsində yerləşən və adını sonradan bildiyi X5 məxsus ətrafı hasarlanmış sahə və içərisində olan tikilidən oğurluq etmək məqsədilə həmin torpaq sahəsinə daxil olmuş və torpaq sahəsində olan tikililərdən birinin qapısının kilidini əlində olan dəmir parçası ilə sındıraraq içəri daxil olub oradan bir dəmir əl arabası götürüb sonra isə tikilidə olan dəmir qutunu, plastik su qablarını, bir neçə metr elektrik naqilini arabanın içinə yığmış və həyətdən çıxıb yol ilə gedən zaman oğurladığı əşyaların sahibi Turqut Talıbov onu yolda saxlamış və oraya polis çağırıb onu polis əməkdaşlarına təhvil vermişdir. Buna görə də o, sonuncu dəfə oğurladığı əşyaları və bir gün əvvəl oğurlayıb gizlətdiyi 1 ədəd 2000 litr su tutumu olan plastik su çənini sata bilməmiş və polisə təhvil vermişdir. O, etmiş olduğu oğurluq hadisələrinin hər birini tək etmiş və oğurluq edən zaman yanında digər heç kim olmamışdır. Oğurluq edərək əldə etdiyi pulların bir hissəsini borclarına vermiş, digər hissəsini isə özü xərcləmişdir. O, zərərçəkmiş şəxs Turqut Talıbovun ifadəsində qeyd etdiyi kimi həyətyanı sahəsi və tikililərindən ifadəsində qeyd etdiyi əşyalardan başqa dəmir turbalar, dəmir masalar, dəmir reşotkalar, dəmir qapılar və sair əşyalar oğurlamamışdır. Sonda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində özünə fərdi yaşayış evi tikdirir. Həmin ev hal-hazırda yarımtikili olmaqla tikinti işləri tam başa çatmamış və həyətin divarları da yoxdur. O, arasıra evinə gedərək baş çəkir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində evinə gedib baş çəkən zaman həyətdə və evində hər şey yerində olmuşdur. Sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində yenidən evinə baş çəkmək üçün gedən zaman evin yanında, açıq sahədə qoyduğu 1 ədəd 130 manat dəyərində dəmir su çəninin, 1 ədəd 20 manat dəyərində dəmir əl arabasının, 1 ədəd 5 manat dəyərində belin və 1 ədəd 5 manat dəyərində lapatkanın yerində olmadığını görmüşdür. Bu zaman naməlum şəxsin açıq sahədə olan əşyalarını oğurladığını başa düşmüş və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 160 manat maddi ziyan dəymişdir. Polisin apardığı araşdırma ilə həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilmiş və bundan sonra təqsirləndirilən şəxsin qohumları tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Odur ki, hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində ünvansız torpaq sahəsində 4 sot torpaq sahəsi var və hazırda həmin torpaq sahəsində oğlu X9 üçün fərdi yaşayış evi tikdirir. Həmin evdə tikinti zamanı sudan istifadə olunduğu üçün, həmçinin də orada daimi su gəlmədiyi üçün 1 ədəd 2000 litr su tutumu olan plastik materialdan hazırlanmış 265 manata almış olduğu su çənini aparıb tikinti gedən yerdə küçəyə evin qarşısına qoyaraq içərisinə su doldurub tikintidə istifadə etmişlər. Tikinti gedən torpaq sahəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində getmədiyi vaxtda küçədə açıq sahəyə qoyduqları 265 manat dəyərində olan plastik su çəni naməlum şəxs tərəfindən oğurlanmışdır. O, su çəninin oğurlandığını xx.xx.2022-ci il tarixdə səhər saatlarında bildikdən sonra bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polisin apardığı araşdırma ilə həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş və bundan sonra təqsirləndirilən şəxsin qohumları tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Odur ki, hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı ifadəsi tədqiq edilmiş zərərçəkmiş şəxs X3 ifadəsindən görünür ki, Gəncə şəhəri, Yeni Avtovağzalın arxa hissəsində özünə məxsus ətrafı hasarlanmış, əvvəllər ferma kimi istifadə olunmuş 1 hektar 75 sot torpaq sahəsi var. Həmin sahənin içərisində isə qapıları kilidli olan tikililər var. Torpaq sahəsində olan tikililərin içərisndə özünə məxsus müxtəlif əşyalar saxlamışdır. 2022-ci ilin may ayında sahədə olan dəmir transformatorun içərisindən bir ədədinin qiyməti 200 manat olan 400 manat dəyərində 2 ədəd dəmir stolunun və 1 ədəd qiyməti 100 manat olan transformatorun dəmir qapısının oğurlandığını, bundan iki gün sonra isə bir ədədinin qiyməti 50 manat olan 200 manat dəyərində 4 ədəd 3-mm-lik list dəmirlərinin tikilinin içərisindən oğurlanmasını aşkar etmiş, həmin hadisədən 20-30 gün sonra isə list dəmirlər saxladığı otağın 400 manat dəyəri olan dəmir qapısının oğurlanmasını aşkar etmişdir. Daha sonra dəqiq xatırlamadığı ayrı-ayrı vaxtlarda həmin ərazidən 10 metr uzunluğunda 20 manat dəyərində alüminium və 10 metr uzunluğunda 30 manat dəyərində mis materialdan olan kabellərinin oğurlanmasını aşkar etmişdir. Daha sonra təxminən 1 ay əvvəl iki ədəd 3x3 ölçüdə hər biri 150 manat olamaqla 300 manat dəyəri olan dəmir reşotkalarının oğurlanmasını aşkar etmişdir. Bundan bir müddət sonra 100 manat dəyəri olan 1 ədəd 6 metr uzunluğunda 200-lük dəmir turbasının oğurlanmasını aşkar etmişdir. Bundan sonra həmin oğurluq edən şəxsi yaxalamaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində sahəsinə gedən zaman tikililərdən birinin qapısının kilidinin sındırıldığını, içəridə olan 1x1 m ölçüdə 100 manat dəyərində 1 ədəd dəmir qutunun, 50 manat dəyərində dəmir əl arabasının, 50 manat dəyərində 3 metr uzunluğunda 200-lük dəmir turbanın, hər birinin qiyməti 75 manat olmaqla 150 manat dəyərində 2 ədəd plastik su qabının, 100 metr uzunluğunda 100 manat dəyərində alüminium materialdan olan naqillərin oğurlanmasını aşkar etmişdir. O, dərhal oradan çıxaraq ətrafı axtaran zaman avtovağzalın arxası ilə bir nəfər şəxsin əlində araba getməsini görmüşdür. Həmin şəxsə yaxınlaşan zaman adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs olmasını, əlində olan arabanın içərisinə yığılmış əşyaların özünə məxsus olmasını görmüşdür. Bu zaman həmin şəxsin oğurluq etməsini başa düşərək DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmiş və həmin yerə gələn polis əməkdaşları onları gəlib 4-cü Polis Bölməsinə aparmışlar. 2022-ci ilin may ayından xx.xx.2022-ci il tarixdə saat 19:00-dək olan müddətdə Təqsirləndirilən şəxs ona məxsus Gəncə şəhəri Yeni Avtovağzalın arxa hissəsində yerləşən 1 hektar 75 sot torpaq sahəsinin, içərisində olan tikililərdən ümumilikdə 2000 manat dəyərində yuxarıda ifadəsində qeyd etdiyi müxtəlif əşyaları oğurlamış və ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X3 məhkəmyə ünvanladığı ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, onun təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə proseslərinin onun iştirakı olman keçirilib yekun qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün qismən etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 09 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı Şəmil Rzayev tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri Yeni Yevlax avtovağzalının arxa hissəsində yerləşən ünvansız yarım tikiliyə baxış keçirilmiş və baxış zamanı oradan 1 ədəd əl arabası, 1 ədəd dəmir qutu, 3 ədəd plastik su qabı və dəmir boru götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib bir daha təsdiq etmiş, bu barədə protokol tərtib olunmuşdur və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması” protokolundan görünür ki, 16 oktyabr 2022-ci il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd plastik su çəni maddi sübut kimi götürülümşüdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış 18 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 2755 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdiyi ərazidə videomüşahidə kameralarında videogörüntü aşkar edilməmişdir. Həmçinin oğurluq hadisələri zamanı Təqsirləndirilən şəxs kömək edən şəxs və ya şəxslərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 fevral 2023-cü il tarixli 9/444 nömrəli rəyindən görünür ki, ekpertiza təyini haqda qərarda və foto şəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. - 1 ədəd köhnə paslanmış bel -2,0 manat; - 1 ədəd köhnə paslanmış lapatka – 2,0 manat; - 1 ədəd 2000 (iki min) litr su tutumu olan plastik materialdan hazırlanmış uzun müddət istifadədə olmuş su çəni – 160,0 manat; Qərarda göstərilən digər mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, materialı, texniki göstəriciləri, metal kimi çəkisi və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X3 xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Şəfəq və xx.xx.2013-cü il təvəllüdlü Aytac adlı uşaqları var. “Şübhəli şəxsi qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-yə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” və “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-350/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş xx.xx.2023cü il tarixli məktubdan və axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. İstər ibtidai istintaq istərsə də məhkəmə baxışı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş şəxs X3 həyətyanı sahəsi və tikililərindən ifadəsində qeyd etdiyi əşyalardan başqa dəmir turbalar, dəmir masalar, dəmir reşotkalar, dəmir qapılar və sair əşyalar oğurlamadığını göstərmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, toplanmış sübutların məcmusu ilə, yəni təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və vurduğu zərəri tam həcmdə zərərçəkmiş şəxsə ödəməsi ilə sübuta yetirilir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs X3 həyətyanı sahəsi və tikililərindən dəmir turbalar, dəmir masalar, dəmir reşotkalar, dəmir qapılar və sair əşyalar oğurlamadığını qeyd etməkdə məqsədi məsuliyyətinin həcmini azaltmaqdır və həmin ifadə özünü müdafiə xarakterli ifadə kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o, həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir”. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini, himayəsində azyaşlı övladının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, Gəncə şəhərində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 05 (beş) ay 10 (on) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalı, həmçinin başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd əl arabası, 1 ədəd dəmir qutu, 3 ədəd su qabı, dəmir turbalar və 1 ədəd plastik su çəninin sahibləri-Zərərçəkmiş şəxs2 və X5 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət və 30 sentyabr 2023-cü il tarixdən 18 dekabr 2023cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 05 (beş) ay 10 (on) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan 1 ədəd əl arabası, 1 ədəd dəmir qutu, 3 ədəd su qabı, dəmir turbalar və 1 ədəd plastik su çəninin sahibləri-Zərərçəkmiş şəxs2 və X5 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-350/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-350/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver