Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-352/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Göygöl rayonu Üçtəpə Ə/D, Fizuabad qəsəbəsində qeydiyyatda olmaqla, Gəncə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 2 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, digəri keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 20 kalibirli, İJK modelli çaxmağlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz atəş üçün yararlı, 16 və 20 kalibrli yivsiz odlu silah hesab edilən ov tüfənglərinin kəsiklərini və 02 ədəd xarici dövlət zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı ov sursatları əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında 01 may 2023-ci il tarixdə saat 14:30 radələrində Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Beynəlxalq Avtovağzalın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli qış gödəkcəsinin içərsindən 1 ədəd göy rəngli sellofan torbanın içərisindən 02 ədəd nömrəsi silinmiş, biri keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, digəri keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 20 kalibrli , İJK modelli, çaxmağlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, 16 və 20 kalibrli yivsiz odlu silah hesab edilən ov tüfənglərinin kəsiklərini, əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 02 ədəd xarici dövlət zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı döyüş sursatı sayılan patronlar aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin fevral-mart aylarında Gəncə şəhəri, Maşınqayırma zavodunun yaxınlığında olan vaxt göy rəngli sellofana bükülmüş bir əşya diqqətini cəlb etmiş, həmin göy rəngli sellofana açıb baxdıqda qundağı və lüləsi kəsilmiş 1 ədəd 2 lüləli Toz-B markalı üzərində nömrəsi silinmiş digər silahın isə markasını dəqiq bilmədiyi bir lüləli silahları görmüşdür. Həmin silahları götürüb gizlətmək qərarına gəlmiş, ona görə də silahları tapdığı yerin yaxınlığında həmin göy rəngli sellofana büküb torpaqda gizlətmişdir ki, münasib bir vaxtda gəlib aparar. Tapdığı odlu silahları heç vaxt istifadə etməmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində gizlətdiyi silahları və sursatı götürüb Xaçmaz rayonuna aparmaq istəyərkən Gəncə şəhəri, Beynəlxalq avtovağzalın yaxınlığında piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və onu üzərində qanunsuz olaraq odlu silah saxlamağında şübhələndiklərini bildirib onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O da polislərə etiraz etməmiş və onlarla birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına gəlmişdir. Polis idarəsində polislər ona dövlət hesabına müdafiəçi tutmuşlar və müdafiəçinin iştirakı, eləcədə video çəkiliş ilə üzərində qanunsuz olaraq saxladığı hər hansı bir əşya varsa çıxarıb təqdim etməyini, əks təqdirdə üzərimə məcburi şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O da artıq polislərin üzərində odlu silah olmasından xəbərləri olmasını başa düşmüş və üzərində olan göy rəngli polietilen torbada saxladığı bir ədəd iki lülə markalı və digəri bir ədəd bir lüləli qundağı və lülələri kəsilmiş silahlar olması müəyyən edilmişdir. Həmin odlu silaha bənzər əşyalara vizual baxış keçirilən zaman üzərində heç bir nömrə olmaması aşkar edilmişdir. Bundan başqa əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd sursatı təqdim etmişdir. Daha sonra polislər tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Əməlindən peşmandır, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxili işlər orqanlarında 2009-cu ildən, tutduğu vəzifədə isə 2022-ci il tarixdən xidmət edir, özü rəsmi olaraq Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş-leytenantıdır. Göygöl rayonu Üçtəpə Ə/D, Fizuliabad qəsəbəsində qeydiyyatda olmaqla, Gəncə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 1 may 2023-cü il tarixdə saat təxminən 14:30 radələrində Gəncə şəhər BPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan Elçin adlı şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməklə məşğuldur. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru polis serjantı Şahid2la birlikdə adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Beynəlxalq avtovağzalın yaxınlığında saxlayaraq Gəncə şəhəri, X2 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd rəngli gödəkçənin içərsindən göy rəngli sellofana bükülmüş içərisində iki ədəd lüləyi və qundağı kəsilmiş qoşa lülə və tək lüləli ov tüvəngləri təqdim etmişdir. Bundan başqa Elçın Əliyev əynində olan tünd rəngli gödəkçənin sol yan cibindən üzərinə “Zubir“ yazılmış 16 mm iki ədəd patronu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusuatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: 12 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmiş, odlu silahları tapdığı və saxladığı yeri əyani olaraq göstərmişdir. Məhkəmə-ballistik ekspertizasının 02 may 2022-ci il tarixli 23/338R0115824-1222 nömrəli rəyindən görünür ki: -Tədqiqata təqdim edilmiş N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 20 kalibrli İjk modelli çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 20 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 02 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16X70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatlarıdır, istifadəyə və atəşə yararlıdır. 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis kapitanı Elşən Muxtarov bildirir ki, həmin gün saat 14:30 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Beynəlxalq avtovağzalın yaxınlığında saxlayaraq, Gəncə şəhəri H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd rəngli gödəkçənin içərsindən göy rəngli sellofana bükülmüş içərisində iki ədəd lüləyi və qundağı kəsilmiş qoşa lülə və tək lüləli ov tüvəngləri çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan edilmiş heç bir əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın ov silahları olmasını və 2023-cü il fevral ayının sonlarında Gəncə şəhəri avtomobil qayırma zavodunun yaxınlığında tapdığını və tapdığı yerin yaxınlığında gizlətdiyini bildirmişdir. Saxlandığı gün işləmək məqsədi ilə Xaçmaz rayonuna getmək istədiyini və gizlətdiyi qundağı və lüləsi kəsilmiş ov silahları iki ədəd patronu gizlətdiyi yerdən götürüb özü ilə Xaçmaz rayonuna aparmaq üçün göy rəngli sellofana qoyub əynində olan gödəkçənin içərsində gizlədərək Gəncə şəhər Beynəlxalq avtovağzalına getmiş, Beynəlxalq avtovağzalda olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra həmin silahların odlu silah olubolmamasını, atəşə yararlı olub-olmamasını, eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd patronun yararlı olub-olmamasını müəyyən etmək üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülür və üzəri möhürlənərək imzalarla təsdiq olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmuş, hazırda onun ödənilməmiş məhkumluğu vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Rayonlararası Ruhi- Əsəb Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. 14 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, digəri keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 20 kalibirli, İJK modelli çaxmağlı, hamar tək lüləli, lüləsi və qundağı kustar isul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz, atəş üçün yararlı, 16 və 20 kalibrli yivsiz odlu silah hesab edilən ov tüfənglərinin kəsiklərini və 02 ədəd xarici dövlət zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lülləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı patronları Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğunu onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdən sonra məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və əməlində cinayətlərin residivinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bu baxımdan, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğu nəzərə alınaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, digəri keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 20 kalibirli, İJK modelli çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar isul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz, atəş üçün yararlı, 16 və 20 kalibrli yivsiz odlu silah hesab edilən ov tüfənglərinin kəsikləri və 02 ədəd xarici dövlət zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lülləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı patronlar müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, digəri keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 20 kalibirli, İJK modelli çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar isul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz, atəş üçün yararlı, 16 və 20 kalibrli yivsiz odlu silah hesab edilən ov tüfənglərinin kəsikləri və 02 ədəd xarici dövlət zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lülləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı patronlar müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-352/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-352/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver