Məhkəmə qərarları › İş №1(125)-354/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-354/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-354/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-cü və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq məqsədi ilə 14 aprel 2022-ci il tarixdə saat 02 radələrində X5 məxsus Gəncə şəhəri, Qızıl Hacılı küçəsində yerləşən 47 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub evin həyətindən 01 ədəd 80 manat dəyərində “Barmex” markalı işlənmiş su matorunu, evin həyətində olan əl damından 02 ədəd, hər biri 150 manat dəyərində 10 litr tutumlu mis qazanları, 1 metri 0,40 manat olan 60 manat dəyərində 150 metr uzunluğunda diametri 3-mm-lik nazik kabeli gizli olaraq talayıb zərərçəkmiş şəxs İradə Əliyevaya ümumilikdə 440 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin oktyabr ayının axırlarından, 07 noyabr 2022-ci il tarixədək olan müddət ərzində, gecə saatlarında X5 məxsus Gəncə şəhəri, Qızıl Hacılı küçəsində yerləşən 47 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub evin həyətindən pəncərəni açma yolu ilə evin otağına qanunsuz daxil olub oradan 01 ədəd 70 manat dəyərində boz rəngdə işlənmiş perafaratırı, 01 ədəd 30 manat dəyərində İNTERSKOL markalı, DU-16/1000 GR modelli, işlənmiş direli, 01 ədəd 60 manat dəyərində BOCSH markalı işlənmiş direli, 01 ədəd 100 manat dəyərində BOCSH markalı işlənmiş laqondanı, 01 ədəd 70 manat dəyərində Einhell TE- AG 125 CE markalı işlənmiş laqondanı, 01 ədəd 20 manat dəyərində CANDAN markalı CM 03 modelli, plastik boru montajı üçün işlənmiş ütünü,10 ədəd hər biri 8 manat dəyərində 2.5x15x600 sm ölçülərdə təzə taxtaları, 01 metri 1,50 manat olan 375 manat dəyərində 250 metr uzunluğunda iki telli, 4 mm-lik ağ rəngli təzə mis naqili, hər biri 120 manat olan 240 manat dəyərində 02 ədəd 5 litr tutumlu işlənmiş latun samovarı, 01 ədəd 200 manat dəyərində 10 litr tutumlu işlənmiş latun samovarı, 01 ədəd 50 manat dəyərində 5 litr tutumlu işlənmiş mis qazanı, 01 ədəd 100 manat dəyərində 10 litr tutumlu işlənmiş mis qazanı, 1 kiloqramı 14 manat olan 980 manat dəyərində 70 kiloqram çəkidə işlənmiş misi, 01 ədəd 20 manat dəyərində təkəri boz özü qırmızı rəngli işlənmiş əl arabasını, 01 ədəd 5 manat dəyərində narıncı rəngdə işlənmiş taxta kəsən mişarı, 01 ədəd 10 manat dəyərində boz rəngdə işlənmiş dəmir kəsən mişarı, 01 ədəd 6 manat dəyərində ağ rəngdə 01 ədəd POLEMAK markalı təzə elektrik paylayıcısını, 01 ədəd 87 manat dəyərində 20 litr tutumlu FAB markalı dəmir qabda olan qara rəngli təzə boyanı, 01 ədəd 3 manat dəyərində 40 sm uzunluğunda işlənmiş su tərəzisini, hər biri 4 manat olan, 40 manat dəyərində 10 ədəd, hər biri 4 metr uzunluğunda 12-lik təzə təzə dəmir armaturu, hər biri 1 manat olan 5 manat dəyərində 05 ədəd 15-lik işlənmiş dəmir qaz borusunu, 01 ədəd 6 manat dəyərində 3 metr uzunluğunda 2,5 lik mis naqili olan, qara rəngli, işlənmiş üçlü elektrik uzadıcısını gizli olaraq talayıb zərərçəkmiş şəxs İradə Əliyevaya ümumilikdə 2557 (iki min beş yüz əlli yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, 171028 nömrəli, zavod üsulu ilə Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, odlu yivsiz silah, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hazırda öz təyinatını itirmiş ov tüfəngi kəsiyini əldə edib daşıyaraq yaşadığı Gəncə şəhəri Səndik Pirsultanlı küçəsində yerləşən 33 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən hamamın yaxınlığında torpağa basdıraraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2023-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3-ci Polis bölməsinə gətirilmiş, həmin gün saat 22 radələrində yaşadığı Gəncə şəhəri Səndik Pirsultanlı küçəsində yerləşən 33 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış zamanı həmin ov tüfəngi kəsiyi yaşayış evinin həyətində yerləşən hamamın yaxınlığında torpağa basdırıldığı yerdən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Səndik Pirsultanlı küçəsində yerləşn 33 nömrəli fərdi yaşayış evində tək yaşayır. Yaşadığı evin həyətində onunla bərabər qardaşı öz ailəsi ilə başqa bir evdə yaşayır və onların həyətinə giriş eyni darvaza qapıdandır. O, əvvəllər Rusiyada Federasiyasında, sonuncu dəfə isə Azərbaycan Respublikasında məhkum olunmuşdur. O, zərərçəkmiş şəxs mərhum İradə Əliyevanın evindən heç bir oğurluq etməmiş, istintaq zamanı evindən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüş əşyalar isə zərərçəkmiş şəxsə deyil ona məxsus olmuş lakin zərərçəkmiş şəxs yalandan evindən götürülmüş əşyalar tanınmaya təqdim edilən zaman ona məxsus olduğunu söyləmişdir. Evinin həyətindən aşkar olunmuş silah isə polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. O, oğurluq hadisəsi ilə əlaqədar tutulan zaman üzərində silah olmamış və polis idarəsində olarkən evində silah gizlətməsini polis əməkdaşlarına söyləməsi isə ağlabatan deyildir. İstintaq zamanı ona qarşı təzyiq olunacağından ehtiyat etdiyinə görə oğurluq etməsi və evinin həyətində silah gizlətməsi barədə etirafedici ifadə vermişdir. Bundan başqa evinin həyətindən aşkar edilmiş silah polis əməkdaşları tərəfindən evinin həyətinə qoyulan zaman qardaşı arvadı DİN-nin102 xidmətinə zəng edərək evlərinn həyətinə polis əməkdaşlarının qanunsuz daxil olması barədə məlumat vermişdir. Lakin həmin məlumatları təsdiq edən sübutu yoxdur. Bu barədə isə qardaşı və onun həyat yoldaşı ifadə vermək istəmirlər. Sonda məhkəmədən ona bəraət hökmünün verilməsini, bu mümkün olmadığı halda isə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum zərərçəkmiş şəxs X8 onun arvadı olmuşdur. İradə Əliyeva 02 mart 2023-cü il tarixdə “Dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı” diaqnozu ilə dünyasını dəyişmişdir. Mərhum arvadı İradə Əliyeva 2022-ci ilin dekabr ayınadək alver ilə məşğul olmuşdur. O, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə ünvan 5 mərhum yoldaşı ilə birlikdə getmişdir. Onlar evin həyətinə daxil olduqda ilk olaraq həyətdə yerləşən daşdan tikilmiş su hovuzunun yanında ağaclara su vermək üçün isdifadə etdikləri su motorunun yerində olmadığını görmüşlər. İlk olaraq onlar su matorunun oğurlandığını düşünməmişdir. Buna görə də o, həyəti axtarmağa başlamışdır. Bu zaman həyətdə yerdə olan kabellərin olmadığını gördükdə o, artıq su matorunun oğurlandığını düşünməyə başlamışdır. Buna görə də o, evin alt hissəsində yerləşən saxlanca baxmaq üçün getmişdir. Orada yemək bişirmək üçün isdifadə etdiyi 2 mis qazanın da yerində olmadığını görüb əşyaların oğurlandığını başa düşmüşdür. Daha sonra o, DİN-nin 102 zəng xidmətinə müraciət edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Dərhal polis əməkdaşları həmin yerə gələrək hadisə yerinə baxış keçirtmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nə etdiyi müraciətləri ilə əlaqədar bildirmişdir ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayının axırlarında evə baş çəkən zaman evində hər şey yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində yenidən evinə baş çəkmək üçün gedən zaman evin otağına qoyduqları əşyaların bir qisminin yerində olmadığını görmüşdür. Həmin əşyaların dəqiq siyahısını xatırlamır. O evin ətrafını axtarsa da əşyalarını tapa bilməmişdir. Bu zaman naməlum şəxsin əşyalarını oğurladığını başa düşmüş və bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 2800-3000 manat arası maddi ziyan dəymişdir. Halhazırda zərərçəkmiş şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmiş mərhum zərərçəkmiş şəxs X3 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yoldaşı Nüsrəddin ilə birlikdə yaşayır. O, 2021-ci ilin avqust aylarında Gəncə şəhəri, Qızıl Hacılı ev 47-də yerləşən evi 70000 manata almışdır. 2022-ci ilin əvvəllərindən isə o, həmin evi təmir etdirməyə başlamış və arada gedərək orada işləyən ustalara baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə hər gün olduğu kimi ustaya baş çəkdikdən sonra təxminən saat 18 radələrində o, evdən çıxaraq yoldaşı Nüsrəddin ilə birlikdə yaşadığı Yeni ünvan 6 ünvanına getmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 5 yoldaşı Nüsrəddin ilə birlikdə getmişdir. Onlar evin həyətinə daxil olduqda ilk olaraq məhlədə yerləşən daşdan tikilmiş su hovuzunun yanında ağaclara su vermək üçün istifadə etdikləri su motorunun yerində olmadığını görmüşdür. İlk olaraq onlar su matorunun oğurlandığını düşünməmişdir. Buna görə də onlar məhləni axtarmağa başlamışdır. Bu zaman məhlədə yerdə olan kabellərin olmadığını gördükdə onlar artıq su matorunun oğurlandığını düşünməyə başlamışdır. Buna görə də o, evin alt hissəsində yerləşən saxlanca baxmaq üçün getmişdir. Orada yemək bişirmək üçün istifadə etdiyi 2 mis qazanın da yerində olmadığını görüb əşyaların oğurlandığını anlamışdır. Buna görədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurluq hadisəsini törədildiyini anlamışdır. Sonra o, Elmar adlı şəxsin əvvəllər dəfələrlə məhkum olduğu üçün həmin şəxsin oğurluq edib-etməməsini soruşmaq üçün sonuncunun yaşadığı evə getmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evdən çıxaraq onun evinən oğurluq etməyinin səbəbini soruşmuş, sonuncu ona ac olduğu üçün ərzaq alması üçün onun yaşadığı evdən oğurluq etdiyini etiraf etmişdir. O Elmardan onun yaşadığı evdən oğurluq etdiyi əşyaları geriyə qaytarmasını tələb etmişdir. Elmar isə ona evindən oğurluq etdiyini polisə deməməsini ondan xahiş etmiş, və tez bir zamanda onun evindən oğurluq etdiyi əşyaları geri qaytaracağına söz vermişdir. O da, Elmarla razılaşaraq sonuncunun yaşadığı evdən getmişdir. Həmçinin o Elmarın yaşadığı evin həyətində oğurladığı kabelləri yandırdığı ocağı da, görmüşdür. Elmardan oğurladığı əşyaları yəni, mis qazanları və su matorunu kimə satmasını soruşduqda sonuncu ona həmin əşyaları nömrəsini unutduğu motoskilet sürücüsünə satdığını bildirmişdir. O da, Elmardan tez bir zamanda oğurladığı əşyları geri qaytarmasını tələb etmişdir. Həmin günü Elmarın əşyları geri qaytarmasını axşam saatlarına kimi gözləmişdir. Elman əşyaları gətirib geriyə qaytarmadığına görə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Dərhal polis əməkdaşları həmin yerə gələrək hadisə yerinə baxış keçirtmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİnə etdiyi müraciətləri ilə əlaqədar bildirmişdir ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayının axırlarında evə baş çəkən zaman evdə hər şey yerində olmuş, xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində yenidən eviinə baş çəkmək üçün gedən zaman evin otağına qoyduqları əşyaların bir qisminin yerində olmadığını görmüşdür. O əşyalara baxış keçirən zaman onlardan 01 ədəd boz rəngdə işlənmiş perafaratır, 01 ədəd İNTERSKOL markalı, DU-16/1000 GR modelli, işlənmiş direl, 01 ədəd BOCSH markalı işlənmiş direl, 01 ədəd BOCSH markalı işlənmiş laqonda, 01 ədəd Einhell TE-AG 125 CE markalı işlənmiş laqonda, 01 ədəd CANDAN markalı CM 03 modelli, plastik boru montajı üçün işlənmiş ütü, 10 ədəd hər biri 2.5x15x600 sm ölçülərdə təzə taxtalar, 250 metr uzunluğunda iki telli, 4 mm-lik ağ rəngli təzə mis naqil, 02 ədəd 5 litr tutumlu işlənmiş latun samovar, 01 ədəd 10 litr tutumlu işlənmiş latun samovar, 01 ədəd 5 litr tutumlu işlənmiş mis qazan, 01 ədəd 10 litr tutumlu işlənmiş mis qazan, 70 kiloqram çəkidə işlənmiş mis qırıntıları, 01 ədəd təkəri boz özü qırmızı rəngli işlənmiş əl arabası, 01 ədəd narıncı rəngdə işlənmiş taxta kəsən mişar, 01 ədəd boz rəngdə işlənmiş dəmir kəsən mişar, 01 ədəd ağ rəngdə 01 ədəd POLEMAK markalı təzə elektrik paylayıcısı, 01 ədəd 20 litr tutumlu FAB markalı dəmir qabda olan qara rəngli təzə boya, 01 ədəd 40 sm uzunluğunda işlənmiş su tərəzisi, 10 ədəd, hər biri 4 metr uzunluğunda 12-lik təzə təzə dəmir armatur, 05 ədəd 15-lik işlənmiş dəmir qaz borusu, 01 ədəd 3 metr uzunluğunda 2,5 lik mis naqili olan, qara rəngli, işlənmiş üçlü elektrik uzadıcısının yerində olmadığını müəyyən etmişdir. O, evin ətrafını axtarsada əşyalarını tapa bilməmişdir. Bu zaman naməlum şəxsin əşyalarını oğurladığını başa düşmüş və bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 2800-3000 manat arası maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi və yaxud ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 3-cü polis bölməsində xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Elmar adlı Gəncə şəhər sakini qanunsuz olaraq odlu silah üzərində gəzdirir və yaşadığı evdə saxlamasında şübhəlidir və hazırda Gəncə şəhəri, Səndik Pirsultanlı küçəsi 47 nömrəli fərdi yaşayış evindədir. Daxil olmuş məlumat polis bölməsinin rəhbərliyinə məruzə olunandan sonra həmin günü saat 20 radələrində əməliyyat qrupu yaradılmış, digər əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri Səndik Pirsultanlı küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsinə gətirmiş və şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, daha sonra sonuncuya dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmiş, daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla daşınması, gəzdirilməsi qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 11 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Şeş-beş” adlanan çay evinin arxasında olan zibillikdən 01 ədəd odlu silah tapmış və həmin silahı yaşadığı evə aparıb evin həyətində sellofan torbanın içərisində torpağa basdırmış və həmin silahın yerini göstərə bilər. Sonra videoçəkiliş dayandırıldıqdan sonra şəxsi axtarış haqqında protokol tərtib olunmuşdur. O, şübhəli şəxs Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisi digər iştirakçılar tərtib edilmiş protokol uca səslə oxunduqdan sonra onun düzgünlüyü imzalarla təsdiq etmişlər. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməməsi barədə kompyuterlə yazılmış ərizəni uca səslə oxuduqdan sonra imzalamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən xidməti avtomobillər ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Səndik Pirsultalı küçəsində yerləşən 33 nömrəli fərdi yaşayış evinin qarşısına gedilmişdir. Evin qarşısında video çəkilişlə baxış və götürmə hərkətinin keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan açarla evin giriş darvazasını açmış və sonuncunun göstərməsinə əsasən evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs əli ilə göstərərək, məhz həmin yerdə torpağa odlu silah basdırdığını bildmirşdir. Sonra həmin yerdə olan torpaq Təqsirləndirilən şəxs tərəfindən bel ilə qazılmış və 01 ədəd sellofana bükülmüş vəziyyətdə bağlama aşkar edilmişdir. Sonra bağlamanın içərisinə baxış keçirilmiş və onun içərisindən 01 ədəd 2 lüləli, qundağı və lülə hissəsi kəsilmiş 16 kalibr tüfəng aşkar edilmişdir. Baxış zamanı Elmar Süleymanov tüfəngi 11 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Şeşbeş” adlana çay evinin arxasında olan zibillikdən tapdığını və gətirib hazırda aşkar edildiyi yerdə torpağa basdırdığını bildirmişdir. Sonra silah götürülərək qanunamüvafiq qaydada qablaşdırılmış, 01 ədəd A4 formatlı kağıza qeydlər aparılmışdır. Daha sonra evə baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib olunmuşdur. Protokol uca səslə oxunduqdan sonra onnun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu vermişdir. Məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə su hovuzunun su matoru xarab olduğu üçün digər su matoru almaq üçün yaşadığı evdən çıxaraq su matoru satan bir-iki dükan gəzmişdir. Lakin o, münasib qiymətə su matoru tapa bilməmişdir. Pulu az olduğu üçün Gəncə şəhəri, 57 saylı ATES-ın yaxınlığında ikinci əl satılan mağazadan işlənmiş su matoru almaq qərarına gəlmişdir. Həmin yerdə gedərək orada əşya satılan dükanları gəzdikdən sonra özünə uyğun su matoru tapa bilməmişdir. Həmin dükanların birindən çıxarkən qapının qarşısında əlində su matoru olan bir şəxsin dükana girməsi diqqətini cəlb etmiş, həmin şəxsə yaxınlaşaraq ondan əlindəki su matorunu satıb-satmadığını soruşmuşdur. Həmin şəxs adını sonradan bildiyi Elmar adlı şəxs su matorunu satmaq istədiyini onu 30 manat satacağını bildirmişdir. Sonra o matoru razılaşaraq 20 manata Elmardan almışdır. Su matorunu aldığı gün evə gəldikdə arvadının səhətini pisləşdiyi üçün yoldaşını qaynanasıgilə aparmış və başı qarışmışdır. O bir həftədən çox müddətdə qaynanasının yaşadığı evdə qalmışdır. 3-cü Polis bölməsinin əməkdaşı onun mobil telefonuna zəng edərək, aldığı su matorununu oğurluq olduğunu, onu götürüb birlikdə polis bölməsinə gəlməsini bildirmişlər. O da su matorunu götürüb polis bölməsinin inzibati binasına getmişdir. O, matorun oğurluq olduğundan xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. “Şəxsi axtarış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə Gəncə şəhər BPİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı, polis mayoru X6 bildirir ki, həmin gün saat 21:30 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, yaşadığı Gəncə şəhəri, S.Pirsultanlı küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq 3-cü PB-nə gətirilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi1 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində lan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Prima” markalı siqaret, 01 ədəd alışqan və 02 ədəd açar aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən qanunla danışması, gəzdirilməsi qadağan edilən əşya, predmet aşkar edilmir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, 11 yanvar 2023cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Şeş-beş” adlanan çay evinin arxasında olan zibillikdən 01 ədəd odlu silah tapmış və həmin silahı yaşadığı evə aparıb evin həyətində sellofan torbanın içərisində torpağa basdırmışdır və həmin silahın yerini göstərə bilər. Sonra onu üzərindən aşkar edilmiş siqaret, alışqan və açarlar onun özünə geri qaytarılır. Gəncə şəhər Məhkəməsinin 4(125)-16/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2023-cü il tarixli protokol, qərar və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq fərdi yaşayış evinin həyətində giriş darvazasının yaxınlığında olan qırmızı rəngli, tutacaq yerləri göy rəngdə olan 01 ədəd əl arabasını, 01 ədəd dəmir qutuda olan boyanı və 01 ədəd qara rəngli elektrik uzadıcısının yerini göstərmiş və həmin əşyalar maddi sübut kimi götürülmüşdür. Gəncə şəhər Məhkəməsinin 5(125)-39/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla təhqiqat orqanının “Axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, əşyaların oğurlandığı ünvan 7 ünvanına baxış həyata keçirilmişdir. Gəncə şəhər Məhkəməsinin 4(125)-128/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır. Gəncə şəhrə Prokurorluğu tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli “Cinayət işinin başlaılmasının rədd edilməsi haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi xüsusatı üzrə araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. AZ-İİ 306241 nömrəli “Ölüm haqqında” şəhadətamədən görünür ki, zərərçəkmiş şəxs X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Gəncə şəhər Məhkəməsinin 4(125)-184/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 12 iyun 2023-cü il tarixədək uzadılmışdır. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan açarla evin giriş darvazasını açır və onun göstərməsinə əsasən iştirakçılar, müdafiəçi və özü evin həyətinə daxil olurlar. Giriş darvazasının qapısından içəri daxil olduqda, sağ tərəfdə iki otaqdan ibarət olan hamam və tualetdən sonra bitişik yarımtikilidə olan ağac budaqlarının altını Təqsirləndirilən şəxs əli ilə göstərərək, məhz həmin yerdə torpağa odlu silah basdırdığını bildirir. Sonra həmin yerdə olan torpaq Təqsirləndirilən şəxs tərəfindən bel ilə qazılır və 01 ədəd sellofana bükülmüş vəziyyətdə bağlama aşkar edilir. Sonra bağlamanın içərisinə təhqiqatçı tərəfindən baxış keçirilir. Bağlamanın içərisindən 01 ədəd 2 lüləli, qundağı və lülə hissəsi kəsilmiş 16 kalibr tüfəng aşkar edilir. Baxış zamanı Elmar Süleymanov tüfəngi 11 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Şeş-beş” adlanan çay evinin arxasında olan zibillikdən tapdığını və gətirib hazırda aşkar edildiyi yerdə torpağa basdırdığını bildirdir. Sonra silah Təqsirləndirilən şəxs götürülərək qanunamüvafiq qaydada qablaşdırılır. Baş təhqiqatçı Ruslan Novruzov tərəfindən 01 ədəd A4 formatlı kağıza qeydlər aparılır. Qeydlər uca səslə oxunduqdan sonra düzgünlüyü imzalarla təsdiq edilir. Sonra qeydlər aparılmış A4 formatlı kağız bağlamanın üzərində yapışdırıldıqdan sonra üzəri möhürlənir. Gəncə şəhər Məhkəməsinin 5(125)-13/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında əməliyyat axtarış təbdiri haqqında qərar qanuni hesab edilmişdir. Azərbaycan Rrespublikası Daxili İşlər Nazirliyi, Kriminalsitik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 23\24 nömrəli Məhkəmə Ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 171028 N-li silah, zavod üsulu ilə Tula zavodunda 1958-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağı, hamar qoşa süləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki vəhətdən sazdır və atəş üçün yararlıdır. “Baxış keçirilməsi haqqında” 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi, polis baş leytenantı X11 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Səndik Pirsultanlı küçəsi, 33 nömrəli fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində İradə Əliyevaya məxsus fərdi yaşayış evindən oğurladığı naqilləri yandırdığı yeri əyani olaraq göstərmişdir. Bu barədə müvafiq protokol tərtib edilməklə, fotocədvəllə birlikdə toplanmış materiala əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi, polis baş leytenantı X11 tərəfindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Şahid1 satılmış 01 ədəd “Bramex” markalı su matoruna baxış keçirilmiş bu barədə müvafiq protokol tərtib edilməklə, fotocədvəllə birlikdə toplanmış materiala əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” 20 may 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi, polis baş leytenantı X11 tərəfindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Şahid1 satılmış və qanunamüvafiq qaydada götürülmüş 01 ədəd “Bramex” markalı su matoruna X3 iştirakı ilə baxış keçirilmiş, sonuncu su matorunun ona məxsus olduğunu bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilməklə, fotocədvəllə birlikdə toplanmış materiala əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 26 may 2023-cü il tarixli 9/3698 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti nəzəri qaydada hesablama yolu ilə aşağıdakı kimi müəyyən edilir. 01 ədəd boz rəngdə işlənmiş perafaratır 70 manat, 01 ədəd İNTERSKOL markalı, DU-16/1000 GR modelli, işlənmiş direl 30 manat 01 ədəd BOCSH markalı işlənmiş direli 60 manat, 01 ədəd BOCSH markalı işlənmiş laqonda 100 manat, 01 ədəd Einhell TE-AG 125 CE markalı işlənmiş laqonda 70 manat, 01 ədəd CANDAN markalı CM 03 modelli, plastik boru montajı üçün işlənmiş ütü 20 manat, 10 ədəd 2.5x15x600 sm ölçülərdə təzə taxtalar hər biri 8 manat 250 metr uzunluğunda iki telli, 4 mm-lik ağ rəngli təzə mis naqilin 01 metri 1,50 manat, 02 ədəd 5 litr tutumlu işlənmiş latun samovarı hər biri 120 manat 01 ədəd 10 litr tutumlu işlənmiş latun samovar 200 manat, 01 ədəd 5 litr tutumlu işlənmiş mis qazan 50 manat, 01 ədəd 10 litr tutumlu işlənmiş mis qazan 100 manat, 70 kiloqram çəkidə işlənmiş mis qırıntısı 1 kiloqramı 14 manat 01 ədəd təkəri boz özü qırmızı rəngli işlənmiş əl arabası 20 manat, 01 ədəd narıncı rəngdə işlənmiş taxta kəsən mişar 5 manat, 01 ədəd boz rəngdə işlənmiş dəmir kəsən mişar 10 manat, 01 ədəd ağ rəngdə 01 ədəd POLEMAK markalı təzə elektrik paylayıcısı 6 manat, 01 ədəd 20 litr tutumlu FAB markalı dəmir qabda olan qara rəngli təzə boya 87 manat, 01 ədəd 40 sm uzunluğunda işlənmiş su tərəzisi 3 manat, 10 ədəd, hər biri 4 metr uzunluğunda 12-lik təzə təzə dəmir armatur hər biri 4 manat 05 ədəd 15-lik işlənmiş dəmir qaz borusu hər biri 1 manat 01 ədəd 3 metr uzunluğunda 2,5 lik mis naqili olan, qara rəngli, işlənmiş üçlü elektrik uzadıcısını 6 manat Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 30 noyabr 2022-ci il tarixli 9/5378 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti nəzəri qaydada hesablama yolu ilə aşağıdakı kimi müəyyən edilir. 01 ədəd “Bramex” markalı su matoru 80 manat 02 ədəd mis qazan-Ölçüsü məlum olmadığından qiymətini müəyyən etmək mümkün olmadı 150 metr uzunluğunda 3 mm-lik olan nazik kabel 0.40 manat cəmi 60 manat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 7(044)-3/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 ay 10 günü 01 il 05 günü azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş və o, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası MM-nin amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Gəncə şəhər RİHB-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həmin dispanserdə “Opoidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həmin dispanserdə qeydiyyatda olmamışdır. 12 iyun 2023-cü il tarixli “Qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. Gəncə şəhər Məhkəməsinin 1(125)-354/2023 nömrəli 21 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 31 may 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd 171028 N-li 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyi, 01 ədəd təkəri boz, özü qırmızı rəngli işlənmiş əl arabası, 01 ədəd 20 litr tutumlu FAB markalı dəmir qabda olan qara rəngli təzə boya, 3 metr uzunluğunda 2.5 lik mis naqil olan, qara rəngli, işlənmiş üçlü elektrik uzadıcı, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılan zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk, iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyərək ifadəsində evinin həyətindən aşkar edilmiş silahın ona məxsus olmadığını, bundan başqa zərərçəkmiş şəxs X5 məxsus Gəncə şəhəri, Qızıl Hacılı küçəsində yerləşən 47 nömrəli fərdi yaşayış evinin həyətindən oğurlanan əşyaların onun tərəfindən oğurlanmadığını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalacağından ehtiyat etməsi səbəbindən ibtidai istintaq zamanı baxış və axtarış keçirilən zaman etirafedici ifadələr verdiyini və silahın yerini, oğurlanmış əşyaların yerin göstərdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə özünü təqsirli bilir, özünü Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilir. O, rəsmi olaraq heç bir yerdə işləmir. Atası və anam Əntiqə rəhmətə getdikdən sonra o, Gəncə şəhəri, Səndik Pirsultanlı küçəsində yerləşn 33 nömrəli fərdi yaşayış evində tək yaşayır. Əvvəllər müxtəlif yerlərdə işləsə də, sonradan məhkum olunduğu üçün özünə uyğun olan bir iş tapa bilmir. İş tapa bilmədiyi və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə günorta saat 16 radələrində yaşadığı evin yaxınlığından aldığı pivəni içdikdən sonra sərxoş olmuş və oğurluq etmək qərarına gəlmişdir. Yaşadığı evdən çıxaraq oğurluq etmək üçün yaşadığı küçədə olan evlərə baxaraq ev axtararkən evlərində təmir işləri aparmağa başlayan qonşusu İradə Əliyevanın evi onun diqqətini çəkmişdir. O İradənin evində təmir-tikinti işlərinin getdiyini gördüyü üçün məhəllədə oğurlayıb sata biləcəyi dəmir və yaxud mis ola biləcəyini düşünmüşdür. Bunun üçün də İradənin yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin günü yəni xx.xx.2022-ci il tarixdə o İradənin məhləsinə oğurluğa girməyə qərar qərar vermiş lakin, qonşuların onu tanıdığından oğurluğu axşam hava qaraldıqdan sonra etmək qərarına gəlmiş və yaşadığı evə geri qayıtmışdır. O evin məhləsində tikinti üçün ola biləcək kabel və yaxud pula sata biləcəyi başqa bir avadanlıq oğurlamaq istəmişdir. Buna görədə gecə saat 02 radələrində evdən çıxaraq oğurluq etmək istədiyi evin yanına getmişdir. Həmin evin divarından aşaraq həyətə daxil oluş, həyətin içərisində biraz baxdıqdan sonra orada olan əl damını görmüşdür. Həmin saxlanca daxil olduqda orada taxtalar və 2 ədəd qazan var imiş. O həmin qazanlara baxan zaman onların mis olduğunu görmüş. həmin qazanları sata biləcəyini düşünmüş və saxlancdan çölə çıxartmışdır. Məhlədə ətrafa baxan zaman başqa nə götürə biləcəyini axtarmış, bu zaman məhlədə plastik qabların yanında olan kabel və daşdan tikilmiş su hovuzunun yanında olan su motorunu görmüş, matoru da, əlinə görüdükdən sonra evin həyətində çox dayanmamış və tez evin həyətindən gəldiyi yolla çıxmışdır. Məhlədən uzaqlaşdıqdan sonra o oğurladığı əşyaları öz məhləsinə gətirmiş və qıraqdan görsənməsin deyə üzərinə başqa əşyalar qoymuşdur. Oğurluq etdiyi yerdə onu kimisə görüb polisə məlumat verməyindən qoxduğu üçün həmin günü yaşadığı evi tərk etmişdir. Ertəsi günü yəni, 15 aprel günü o həmin kabeli öz məhləsində yandırıb içindəki misləri çıxardıb satmaq üçün hazır etmişdir. Həmin günü “motor” ilə mis və dəmir alan məhlənin yanından keçən zaman metal alıcıları onda dəmir olduğunu və biraz gözləmələrini bildirdikdən sonra məhlədən kabelin içindən çıxardığı kabeli, mis qazanları və su matorunu götürmüşdür. Adını və idarə etdiyi motorun qeydiyyat nömrəsini bilmədiyi şəxs ona qazanları əzərək 9 kilo, əritdiyi kabeli isə təxminən 2 kilo, 11 kilo misə isə kilosu 13 manatdan satmışdır. Su matorunu isə digər tanımadığı şəxsə 20 manata satmışdır. Ümumilikdə oğurladığı əşyaları 163 manata satmışdır. Əşyaları alan şəxsin onların oğurluq olmasından xəbəri olmamışdır. O oğurluğu təkbaşına etmişdir. Oğurluğu edən zaman ona kimsə kömək etməmişdir. Törətdiyi əməldən peşmandır. Bundan əlavə 2022-ci ilin oktyabr ayının axırları, noyabr ayının əvvəllərində, maddi imkanı olmadığına, ərzaq alıb yeyə biləcəyinə imkanı olmadığı üçün İradə Əliyevanın təmir-tikinti apardığı Gəncə şəhəri, Qızıl Hacılı küçəsində yerləşən fərdi yaşayış evindən yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, gecə saatlarında İradənin yaşadığı evin yaxınlığına getmiş, ətrafda hər hansı bir şəxsin olmadığına tam əmin olduqdan sonra hasardan aşma yolu ilə evin həyətinə daxil olmuşdur. O evin həyətində oğurlanacaq hər hansı bir əşyanın olmadığını görmüşdür. Sonra o, evin pəncərəsini itələyib açmış və pəncərədən evin otağına daxil olmuşdur. O evin otağından 01 ədəd perafaratır, 02 ədəd direl, 02 ədəd laqonda, 70 kiloqram çəkidə mis qırıntıları, 01 ədəd əl arabası, 02 ədəd mişar, 01 ədəd rəngli təzə boya, 01 ədəd qara rəngli elektrik uzadıcısı oğurlamışdır. İradə Əliyevanın şikayətində qeyd etdiyi 01 ədəd plastik boru montajı üçün işlənmiş ütü, 10 ədəd taxtalar, mis naqil, 03 ədəd 5 latun samovar, 02 ədəd mis qazan, 01 ədəd su tərəzisi, təxminən 9-10 ədəd dəmir armatur 05 ədəd 15-lik işlənmiş dəmir qaz borusunu oğurlamamışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. Hazırda yaşadığı evdə 01 ədəd əl arabası, 01 ədəd dəmir qutuda qara rəngli boya və 01 ədəd elektrik uzadıcısı yaşadığı evdədir. O digər əşyaları oğurlamamışdır. Bundan başqa o, 12 yanvar 2023-cü il tarixdə saat təxminən 21:30 radələrində yaşadığı evin yaxınlığında piyada gedən zaman polis əməkdaşları onu saxlamış və özlərini təqdim edib Gəncə şəhər 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq odlu silah əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər.Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasına gedəcəyini bildirmişlər. O da, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasına aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlarım izah olunmuş və hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmişdir və həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi1nı hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi1 dəvət olunaraq ona təqdim edilmişdir. Müdafiəçiyə etirazının olmadığını bildirmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Daha sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyi bildirilmişdir. O da, üzərində qanunla saxlanılması qadağan edilmiş heç bir əşya olmadığını bildirdiyi üçün polis əməkdaşları üzərində şəxsi axtarış keçirmiş və üzərindən həqiqətəndə qanunla saxlanılması qadağan edilmiş heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Həmin vaxt o polislərin artıq qanunsuz olaraq odlu silah əldə edib saxlamağından xəbərdar olduqlarını bilib, artıq polislərə heç bir şeyi yalan danışmağın mənasız olmadığını başa düşmüş və məcbur qalıb etiraf etmişdir ki, S.Pirsultanlı küçəsində yerləşən yaşadığı evin həyətində odlu silahı torpağa basdırıb saxlayır. Bundan sonra onun razılığı ilə polis əməkdaşları yaşadığı evə baxış keçirmiş və həmin vaxt evin həyətində torpağa basdırdığı, sellofanın içərisində saxladığı 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini çıxarıb təqdim etmişdir. Həmin tüfəngin üzərində 171028- 58 nömrəsi həkk olunmuşdur. Həmin odlu silah sellofana bükülərək qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin tüfəngi bir gün əvvəl Gəncə şəhəri Y.Gəncə qəsəbəsində “Şeş-beş “ çay evinin arxasında olan zibillikdə yerdən tapmış və tüfəngi evə aparıb gələcəkdə ovla məşqul olmaq üçün saxlamışdır. O, həmin silahı heç kəsə satmaq fikri olmamışdır. Həmin tüfəngi evə gətirib torpaqda basdıran zaman yanında heç kəs olmamış və bu barədə heç kimə məlumat verməmişdir. Yaşadığı evə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və tərtib edilmiş protokola imza etmişdir. O ov həvəskarı olduğu üçün gələcəkdə ova gedəndə özü ilə birlikdə aparıb istifadə edəcəkmiş. Həmin də ov silahına gedən patronlar tapmalı imiş. Patron tapa bilmədiyi üçün tüfəngdən istifadə də etməmişdir. O, silahı həmin vəziyyətdə, yəni lülə və qunağı kəsilmiş vəziyyətdə tapmışdır. Ona görə də silahın əvvəlcədən kim tərəfindən lülə və qundağının kəsilməsini bilmir.Onun ümumiyyətcə ailəsi yoxdur, həmin evdə tək yaşayır. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qalıb-qalmadığının araşdırılması üçün müvafiq məlumat Gəncə şəhər prokurorluğuna göndərmiş və alınmış cavabla müəyyən edilmişdir ki, Gəncə şəhər Prokurorluğunun böyük müstəntiqi Tural Həsənli tərəfindən həmin xususat üzrə araşdırma aparılmış və qəbul edilmiş 09 mart 2023-cü il tarixli qərara əsasən polis əməkdaşlarının əmlində cinayət əməlinin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Eyni zamanda Gəncə şəhər Məhkəməsinin 5(125)-39/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə axtarış və götürmə aparılması haqqında 22 yanvar 2023-cü il tarixli qərarı və Gəncə şəhər Məhkəməsinin 5(125)-13/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında əməliyyat axtarış təbdiri haqqında qərar qanuni hesab edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, toplanmış sübutların məcmusu ilə yəni, təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3cü və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2. Eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin hüququ varisinin təqsirləndirilən şəxslə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, ,məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq hesab edir ki, belə olan vəziyyətdə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində bu iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Gəncə şəhər Məhkəməsinin qərarları ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə qaldığı 05 ay müddət ona təyin edilən cəzadan çıxılmaqla, məhkəmə iclas zalından həbsə alınmalı, həbsetməni əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi - Gəncə şəhər BPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd 171028 N- li 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyi müsadirə edilərək və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməli, 01 ədəd təkəri boz, özü qırmızı rəngli işlənmiş əl arabası, 01 ədəd 20 litr tutumlu FAB markalı dəmir qabda olan qara rəngli təzə boya, 3 metr uzunluğunda 2.5 lik mis naqil olan, qara rəngli, işlənmiş üçlü elektrik uzadıcı qaununi sahibi zərərçəkmiş şəxsin hüquqi varisi X1 qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılan zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və başqa xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə qaldığı 05 ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla 5 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər BPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd 171028 N- li 16 kalibrli TOZ- B modelli ov tüfənginin kəsiyi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. 01 ədəd təkəri boz, özü qırmızı rəngli işlənmiş əl arabası, 01 ədəd 20 litr tutumlu FAB markalı dəmir qabda olan qara rəngli təzə boya, 3 metr uzunluğunda 2.5 lik mis naqil olan, qara rəngli, işlənmiş üçlü elektrik uzadıcı qaununi sahibi zərərçəkmiş şəxsin hüquqi varisi X1 qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılan zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar