Məhkəmə qərarları › İş №1(125)-356/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-356/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-356/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan,Gəncə şəhəri, Atatürk prospekti ev 353-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 11 may 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı evin həyətində yerləşən hamam otağından anası Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı paltaryuyan maşını gizli yolla oğurlayaraq, Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ay əvvəl anası Zərərçəkmiş şəxs ilə aralarında mülk məsələləri ilə bağlı mübahisələri yaranmış və həmn ərəfədə yaşadıqları ev satılmışdır. Həmin evdə olan bəzi əşyalar, o cümlədən evin həyətində yerləşən hamamdakı “Samsung” markalı paltaryuyan maşın isə anası Zərərçəkmiş şəxs məxsus olmuşdur. Onunla anası arasında olmuş, mübahisədən sonra anası Elnurə yaşadığı evdə bir müddət yaşamamış və başqa yerdə qalmışdır. 11 may 2023-cü il tarixdə səhər saatlarında anası Zərərçəkmiş şəxs evə qayıdıb evdən özünə lazım olan əşyaları, o, cümlədən paltarlarını götürüb təkrar evi tərk edib getmişdir. Bundan sonra ona pul lazım olduğu üçün özü evlərinin həyətində, hamamın içərisindəki anası Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı paltaryuyan maşını oğurlayıb satmaq qərarına gəlmiş və bu məqsədlə həmin gün ağ rəngli paltaryuyan maşını hamamda quraşdırılmış yerindən çıxarıb Gəncə şəhər sakini olan əvvəlcədən tanıdığı Pərviz adlı şəxslə danışıb ona yalandan həmin paltaryuyan maşının özünə məxsus olduğunu və evlərini satıb getdikləri üçün satdığını deyərək, razılaşıb 280 manat pula ona satmışdır. Əldə etdiyi pula isə borclarını ödəmişdir Sonda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Maillə bir neçə ay əvvəl aralarında mülk üstündə mübahisə yarandığından həmin ərəfədə bir müddət yaşadığı evi tərk etmiş və gedib başqa bir ünvanda yaşamışdır. Həmin vaxt oğlu Mail isə onun evdə olmamasından istifadə edib evində olmaqla ona məxsus hamamda quraşdırılmış “Samsung” markalı paltaryuyan maşını onun icazəsi olmadan götürüb aparıb kiməsə satmış, özü isə bu hadisədən bir neçə gün xəbər tutmuşdur. Həmin hadisə nəticəsində ona 1000 manat zərər dəymişdir. Ona görə də o, bu barədə polisə şikayət etmiş və polisin apardığı araşdırma ilə oğlunun həmin paltaryuyan maşını Pərviz adlı şəxsə satdığını öyrənmişdir. Bundan sonra oğlu ondan üzr istəyərək, onunla barışmış və dəymiş ziyanı tam olaraq gətirib ödəmişdir. Ona görə də hazırda ona dəymiş ziyanın tam ödəniməsini, oğlu Təqsirləndirilən şəxsla barışmasını ona qarşı heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır. Mail əvvəllər ona bir ədəd mobil telefon satmış və münasibəti belə yaranmışdır. Mailin anası Zərərçəkmiş şəxs isə qiyabi tanımışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Mail ona zəng edərək yanına gəlmək istədiyini bildirmişdir. O, X5 şəhərində Mərkəzi Univermaq tərəfdə olduğunu bildirmiş, bundan sonra Mail oraya gəlmiş və Gəncə şəhər mərkəzində onlar görüşmüşdür. Görüş zamanı Mailin yanında paltaryuyan maşın olmuşdur. Mail ona yaşadıqları evi satdıqlarını, buna görədə evlərində olan paltaryuyan maşını da satmaq istədiyini bildirmiş, o, həmin paltaryuyan maşının kimə məxsus olduğunu soruşanda Mail həmin paltaryuyan maşını özü aldığını və ona məxsus olduğunu bildirmişdir. Həmin paltaryuyan maşın ağ rəngli və “Samsung” markalı olmuşdur. Razılaşmalarına əsasən həmin paltaryuyan maşını Mail ona 280 manata satmış, o, isə elə həmin günü paltaryuyan maşını Mərkəzi Unvermağın qarşısında tanımadığı şəxsə 450 manata satmışdır. Sonradan polis idarəsinə dəvət edilən zaman ona məlum olmuşdur ki, Mailin ona gətirib satdığı paltaryuyan maşın onun özünə yox anası Zərərçəkmiş şəxs məxsus olmuş və Mail həmin paltaryuyan maşını evdən oğurlayıb gətirib ona satmşdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Gəncə şəhəri, Atatürk prospekti 353 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək, protokola əlavə edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3858 saylı ekspert rəyindən görünür ki, 01 ədəd 3 ay istifadə olunmuş, ağ rəngli, 8 kq tutumlu, “Samsung” markalı, WW80AAS20AE/LP model paltaryuyan maşının 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 700 manat müəyyən edilir. - xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - xx.xx.2023-cü il tarixdə DİN Gəncə şəhər BPİ-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk pr. 353 ünvanında yaşayır. -Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə məhkum olunmuş və onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti verilmişdir. Cəza müddəti xx.xx.2019-cu ildə başa çatmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəyərək barışdığını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, məhkəmə - əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İş üzrə məhkəmə - ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar