Məhkəmə qərarları › İş №1(125)-356/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-356/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-356/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Mahrasa bağı, ev 17, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə, saat 21:05-də «X5» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan Şahid2 Heydərəli oğluna məxsus “Toyota Corolla” minik markalı, **-EZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami prospekti ilə hərəkətdə olarkən Gəncə şəhəri Nizami prospektində yerləşən “Bayraq Meydanı” adlanan parkın qarşısında «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda” həmin tələblərə riayət etməyərək yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol körpücük sümüyünün sınığı ilə müşahidə olunan körpücük nahiyəsinin qançırı, sağ baldır, sol bud nahiyələinin qançırları, sağ dirsək nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olmasada avtomobil idarə etməyi bacarır. Toyota Corolla markalı **-EZ- *** dövlət qeydiyyat nömrəli avtomobili əmisi oğlu X1 idarə etmə etibarnaməsi alaraq idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21:05 radələrində həmin avtomobillə Gəncə şəhəri Nizami prospekti ilə N.Nərimanov prospekti istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən Bayraq Meydanının qarşısına çatanda idarə etdiyi avtomobilin sol güzgüsünə bir nəfər qadın dəydiyini görmüşdür. O, dərhal əyləcı sıxaraq avtomobili saxlamış və həmin qadını yerdən qaldırıb Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Xəstəxanada məlum olmuşdur ki, adı ona sonradan məlum olan Sevinc adlı zərərçəkmiş şəxsin sol körpücük sümüyü sınmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb yolun sol tərəfindən sağına doğru piyada keçən Sevinci görməməsi olmuşdur. İdarə etdiyi avtomobildə tək olmuş, piyadanı görməmiş, buna görə də hadisənin qarşısını ala bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri Nizami prospektində yerləşən Bayraq Meydanının qarşısında yolun sol tərəfindən sağına doğru piyada hərəkətdə olarkən yolun hərəkət hissəsinə baxanda yolun hərəkət hissəsi boş olduğunu görmüş və yolun sağına çatmağına təxminən 5-6 metr qalmış görmədiyi avtomobil onu vurmuş və o yerə yıxılmışdır. Zərbənin təsirindən sol körpücük sümüyü sınmış, baş, ayaq sağ dirsək nahiyələri əzilmişdir. Tanımadığı şəxslər və həmin avtomobili idarə edən adını sonradan bildiyi Ağa adlı şəxs onu yerdən qaldırıb Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. Hadisənin baş verməsinə səbəb onu vuran avtomobilin yüksək sürətlə gəlməsi və həmin avtomobili idarə edən sürücünün diqqətsizliyi olmuşdur. Hazırda təqsirləndirilən şəxs ilə barımış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur.Ona görə də məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin DYPŞnin ƏYPB-nin YPX inspektoru vəzifəsində işləyir. 22 dekabr 2023-cü il tarixdə Gəncə şəhəri Nizami prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyir ki, həmin gün xidmətdə olan zamanı saat 21 radələrində polisin növbətçi hissəsindən məlumat vermişlər ki, Gəncə şəhəri Nizami prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal hadisə yerinə getmiş, həmin yerə çatanda hadisə yerində tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. O, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan şəxsi xəstəxanaya aparmışlar. Hadisə yerində ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” minik markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami prospekti ilə düzünə hərəkətdə olarkən yolun sol tərəfindən sağına doğru keçən adı sonradan onlara məlum olan piyada Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən öyrənmişdir ki, “Toyota Corolla” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücdən başqa heç kəs olmamış və sürücü piyada Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə əlaqədar olaraq xəstəxanaya aparmışdır. Daha sonra təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş, onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. **-EZ-*** dövlət nömrə nişanlı Toyota Corolla markalı avtomobili xx.xx.2023cü il tarixdə o, Ağanın əmisi oğlu Şahid2 satmışdır. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən onun hər hansısa bir məlumatı yoxdur. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun əmisi oğluna satdığı **-EZ-*** dövlət nömrə nişanlı Toyota Corolla markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid2 ifadəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun əmisi oğludur. **-EZ-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən etibarnamə əsasında o idarə etmişdir. xx.xx.2023-cü il tarixdə əmisi oğlu Ağa ona demişdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyir və bunun üçün ona avtomobil lazmdır. Oda Ağanın sürücülük vəsiqəsinin olmadığını bilib avtomobili Ağaya verməkdən imtina etmiş ancaq onun maddi vəziyyətinin yaxşı olmadığını və Ağanın təkidlə avtobomobili istədiyi üçün avtomobili ona idarə etməyə vermişdir. Həmin gün təxminən saat 21-22 radələrində Ağa ona zəng edərək **-EZ-*** dövlət nömrə nişanlı Toyota Corolla markalı avtomobillə yol nəqliyyat hadisəsi törətməsini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, 22 dekabr 2023-cü il tarixdə saat 21:07-də Gəncə şəhəri Nizami prospektində yerləşən “Bayraq Meydanı” adlanan parkın qarşısında “Toyota Corolla” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək piyadaya dəyir və piyada yerə yıxılır. “Toyota Corolla” minik markalı, **-EZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sürücüsü yolnəqliyyat hadisəsi törətdikdən sonra avtomobildən düşür. Ətrafda olan hadisəni görən şəxslərdə hadisə yerinə yaxınlaşır. Hadisə yerinə toplaşmış şəxslərin köməyi ilə piyada “Toyota Corolla” markalı avtomobilin sağ arxa qapısından avtomobilə yerləşdirilir və bundan sonra videogörüntü bitir. xx.xx.2023-ci il tarixli 4232 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Məhkəmə tibb ekspertizasının 25 dekabr 2023-cü il tarixli 1971 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol körpüc sümüyünün sınığı ilə müşahidə olunan körpücük nahiyyəsinin qançırı, sağ baldır, sol bud nahiyələrinin qançırları, sağ dirsək nahiyyəsinin yarası-küt əşyanın (əşyaların) təsərindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/22 nömrəli 02 fevral 2024-cü il tarixli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Corolla markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azəbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Təqsirləndirilən şəxsə ittiham etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4002 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 1582 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN BDYPİ-dən 18 may 2024-cü il tarixli, 3-13-16-3/2- 3829/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs sürücülük hüquq məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-DƏN ALİNMİŞ xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs 25 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barımış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. 21 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Toyota Corolla” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və baş vermiş yolnəqliyyat hadisəsinin video görüntüsü olan 1 (bir) DVD disk maddi sübut qismində tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq aradan qaldırmasını, zərərçəkmiş şəxsə tibbi və sair yardım göstərməsini, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında 2 növ əsas cəza nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə aşağı həddə cərimə cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və onun törətdiyi cinayətin xarakterinə, şəxsiyyətinə görə cərimə cəzasını təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə cərimə cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 85 manat (səksən beş) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6.000 (altı min) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibinə qaytarılması nəzərə alınsın və baş vermiş yolnəqliyyat hadisəsinin video görüntüsü olan 1 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 85 manat (səksən beş) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar