Məhkəmə qərarları › İş №1(125)-357/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-357/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-357/2023 14.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xankəndi şəhəri, Kərki Cahan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 18 fevral 2023-cü il tarixdə saat 18:33 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində “X14” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla, həmçinin avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etməklə yolu sağdan sola qaçaraq keçən piyada 2005-ci il təvəllüdlü X9 vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına, sol alın-təpə-gicgah nahiyəsində qansızma, sol gicgah və burun sümüklərinin sınıqları, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sol oma-qalça birləşməsinin qopması, sol qalça, qasıq sümüklərinin yerdəyişmiş sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, sağ gicgah, sağəlin üst səthinin, sağ ayağın üst səthinin, sol ayağın iç topuq nahiyyəsinin əzilmiş yaraları, sağ qulaq, sağ diz nahiyələrinin, döş qəfəsinin arxa səthinin qançırları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və sağ gicgah sümüyünün xətti sınığı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Sadiq Rəhimovun xx.xx.2023-cü il tarixdə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşamaqla, Gəncə şəhərində fəaliyyət göstərən “E.V.E” inşaat mağazasında fəhlə işləyib ailəsini saxlayır. Özünün sürücülük vəsiqəsi olmaqla “Opel Astra” markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobili vardır. 18 fevral 2023-cü il tarixdə saat 18:30 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə işdən çıxıb özünə məxsus “Opel Astra” markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə üzü Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətində hərəkətdə olan zaman yolun sağında yerləşən avtomobil təmiri servizinin giriş qapısından bir cip markalı avtomobilin yola çıxmaq üçün dayandığını, bir nəfər piyadanın isə həmin vaxt yolun kənarı ilə getdiyini görmüşdür. Həmin vaxt o, servizdən çıxıb dayanmış cip markalı avtomobilin yanından keçib gedən zaman adı ona sonradan məlum olan piyada X11 qəfildən dayanmış cip markalı avtomobili keçdikdən sonra servizdən çıxan itin onun üzərinə hücum etməsi səbəbindən yol kənarından yolun mərkəzinə doğru qaçmış, bu zaman isə onun idarə etdiyi “Opel Astra” markalı avtomobilin sağ ön hissəsinə dəyərək yerə yıxılmışdır. Hadisə vaxtı o, avtomobili təxminən 60-70 km/saat sürətlə hərəkət etdirmiş və X15 onun qarşısına qəflətən qaçıb çıxdığı üçün qəza şəraitindən yayına bilməmişdir. Hadisədən sonra avtomobili dərhal saxlamış və yanındakı Aqil adlı dostu ilə tez maşından düşmüşdür. Bu zaman X7 başının sağ ön hisəsinin maşının ön şüşəsinə dəydiyi üçün qanadığını görmüş və kənardakı insanlarında köməyi ilə Sadiq Rəhimovun öz avtomobili ilə əvvəlcə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmış, orada ilkin tibbi yardım göstərildikdən sonra isə onu başını rentgen etdirmək vacib olduğu üçün təkrar idarə etdiyi avtomobil ilə Gəncə şəhər Beynəlxalq Xəstəxanasına aparmışdır. Xəstəxanada olarkən oraya polis əməkdaşları gəlmiş və o, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq bir neçə gün sonra Sadiq Rəhimov xəstəxanada rəhmətə getmişdir. Sonda baş vermiş hadisəyə görə peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, tək ailə başçısı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum X11 onun doğma oğlu olmuşdur. 18 fevral 2023-cü il tarixdə axşam saatlarında oğlu Sadiqə zəng vuraraq harda olması barədə maraqlanmaq istəyəndə Gəncə şəhər Abbas Səhhət xəstəxanasında işləyən adını bilmədiyi tibb bacısı telefonu götürərək ona Sadiqi avtomobil vurduğunu və onun xəstəxanada olduğunu söyləmişdir. Ona görə dərhal taksi sifariş edərək Gəncə şəhər Beynəlxalq Xəstəxasına getmiş və orda oğlu X7 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar vəziyyətinin ağır olduğunu görmüşdür. Maraqlananda hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Bundan sonra oğlunu həmin gün gecə saatlarında yenidən Gəncə şəhər Abbas Səhhət xəstəxanasına ordan isə təcili tibbi yardım avtomobili ilə Mingəçevir şəhərində yerləşən “Regional Hospital” xəstəxanasına aparmışlar. Göstərilən tibbi yardımlara baxmayaraq 24 fevral 2023-cü il tarixdə saat 01:31 radələrində oğlu Sadiq Mingəçevir şəhərində yerləşən “Regional Hospital” xəstəxanasında vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışıq ədə olunmuş və onun təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Ona gördə ifadəsində göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində fəaliyyət göstərən E.V.E inşaat adlı mağazada fəhlə işləyir. Təqsirləndirilən şəxs da onunla birlikdə həmin mağazada fəhlə işləyir. 18 fevral 2023-cü il tarixində saat 18:30 radələrində o və Gəray işdən çıxıb Gəraya məxsus “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə üzü “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətində hərəkətdə olan zaman yolun sağında yerləşən avtomobil təmiri servizinin qarşısında adı ona sonradan məlum olan X11 itin ona hücum etməsi səbəbindən qəfil yolun kənarından mərkəzinə doğru qaçmış və bu zaman həmin piyada Gərayın idarə etdiyi “Opel Astra” markalı avtomobilin sağ ön hissəsinə dəyib yerə yıxılmışdır. Həmin vaxt Gəray maşını təxminən 60-70 km/saat sürətlə hərəkət etdirmişdir. X15 avtomobilin qarşısına qəflətən çıxdığı üçün Gəray qəza şəraitindən yayına bilməmişdir. Bundan sonra Gəray maşını saxlamış, onlar tez maşından düşmüş və o, X7 başının maşının ön şüşəsinə dəydiyi üçün qanadığını görmüşdür. Kənardakı insanlarında köməyi ilə onlar piyadanı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra xəstənin başını rentgen etdirmək vacib olduğu üçün isə onu təkrar Gərayın idarə etdiyi “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər Beynəlxalq Xəstəxanasına aparmışlar. Bu zaman xəsətəxanada polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşmış və onu özləri ilə Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Bundan sonra o, çıxıb yaşadığı evə getmişdir. Hadisə vaxtı avtomobildə Təqsirləndirilən şəxs ilə ondan başqa heç kəs olmamışdır. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 18 fevral 2023-cü il tarixdə DYPŞ-nin inspektoru Şahid2 ilə xidmət aparan zamanı saat 18 radələrində növbətçi hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, ekipaj yoldaşı Şahid2lə birlikdə dərhal hadisə yerinə getmişlər. Hadisə yerində çoxlu sayda tanımadıqları şəxslərin toplaşdığını görmüşdür. Həmin tanımadıqları şəxslərdən biri bildirmişdir ki, xəsarət almış piyadanı “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz avtomobili ilə xəstəxanaya aparmışdır. Bundan sonra onlar xəstəxanaya getmiş və orada adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb özünü təqdim edərək, yol nəqliyyat hadisəsi törətmiş avtomobilin sürücüsü olduğunu bildirmişdir. Bundan sonra onlar sürücünü özləri ilə götürüb hadisə yerinə qayıtmış, sonra onu sərxoşluq müayinəsindən keçirərək, onu işin araşdırmasını aparan müstəntiqə təhvil vermişlər. Hadisə yerinə baxış keçirilən zaman onlara məlum olmuşdur ki, “Opel Astra” markalı avtomobilin sürcüsü yol-nəqliyyat hadisəsi zamanı itin üzərinə hücum etməsi nəticəsində yola qaçan piyadanı vurmuşdur. Hadisə yerinin şəkilləri çəkilmiş və hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid – Şahid2 məhkəməyə Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, “Opel Astra” markalı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində idarə etdiyi avtomobillə piyada mərhum X9 avtomobilin sağ qanad hissəsi ilə vurmuşdur. xx.xx.2023-cü il tarixli 559/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən ayıq olmuşdur. Hadisənin görüntülərini özündə əks etdirən DVD diskə məhkəmədə baxış zamanı görünür ki, 18 fevral 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı həqiqətən piyada X6 şəhəri, Azərbaycan Bayrağı küçəsində piyada yol kənarı ilə gedən zaman qəflətən yaxınlıqda olan avtomobil təmiri servizindən onun üzərinə bir it çıxaraq cumur və bu zaman mərhum Sadiq Rəhimov bunu görüb yolun ortasına doğru qaçıb yolun əks tərəfinə keçmək istəyərkən arxadan gələn “Opel Astra” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu vurur, piyada aldığı xəsarətlərdən yerə yıxılır, daha sonra isə sürücü avtomobili dayandırır və ətrafa toplaşan şəxslərin köməyi ilə onu avtomobilə qoyaraq oradan götürüb aparır. “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının” 06 aprel 2023-cü il tarixli 8/654 nömrəli rəyində göstərilmişdir ki, Opel Astra markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü G.Q.X10 Markalı avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X14” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2023-cü il tarixli, 866/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının 24 fevral 2023-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir- baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma; başın yumşaq toxumalarına sol alın-təpəgicgah nahiyələrində qansızma. Sol gicgah və burun sümüklərinin sınıqları. Sol böyrəkətrafı yumşaq toxumalara qansızma. Sol oma-qalça birləşməsinin qopması, sol qalça, qasıq sümüklərinin yerdəyişmiş sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma. Alın, sağ gicgah, sağ əlin üst səthinin, sağ ayağın üst səthinin, sol ayağın iç topuq nahiyəsinin əzilmiş yaraları; sağ qulaq, sağ diz nahiyələrinin, döş qəfəsinin arxa səthinin qançırları. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X3 ölümünə səbəb qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və sağ gicgah sümüyünün xətti sınığı olmuşdur. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. X3 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1597 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1481 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin görüntüləri olan 1 (bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış 06 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının AZE 12720616 nömrəli, AZE 12343765 və AZE 12720615 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Əlirza, xx.xx.2023-cü il təvəllüdlü Fatmeyi Zəhra və xx.xx.2015-ci il təvəllüdlü Muhamməd adlı üç azyaşlı uşağı var. Xocalı rayon Kərkicahan qəsəbə İcra nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 390 nömrəli və xx.xx.2023-cü il tarixli 395 nömrəli arayışlardan görünür ki, keçmiş həyat yoldaşı iki ilə yaxındır ki, uşaqları Təqsirləndirilən şəxs yanında qoyub getmişdir. Təqsirləndirilən şəxs həqiqətən Xocalı rayon Gərkicahan qəsəbə sakinidir, məcburi köçkün kimi hazırda Gəncə Dövlət Universitetinin 5 saylı yataqxanasında yaşayır və himayəsində üç azyaşlı uşağı və 1949-cü il təvəllüdlü anası vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 18 fevral 2023-cü il tarixdə saat 18:33 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində “X14” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla, həmçinin avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etməklə yolu sağdan sola qaçaraq keçən piyada 2005-ci il təvəllüdlü X9 vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına, sol alın-təpə-gicgah nahiyəsində qansızma, sol gicgah və burun sümüklərinin sınıqları, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sol oma-qalça birləşməsinin qopması, sol qalça, qasıq sümüklərinin yerdəyişmiş sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, sağ gicgah, sağ əlin üst səthinin, sağ ayağın üst səthinin, sol ayağın iç topuq nahiyyəsinin əzilmiş yaraları, sağ qulaq, sağ diz nahiyələrinin, döş qəfəsinin arxa səthinin qançırları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və sağ gicgah sümüyünün xətti sınığı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Sadiq Rəhimovun xx.xx.2023-cü il tarixdə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, tək ailə başçısı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “X14” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “X14” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X14” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları, məhkumluğunun olmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, tək ailə başçısı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını, davranışını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, habelə işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də məhkəmə qeyd olunanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, onu cəmiyyətdən təcrid etmədən, yəni onun cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalı, habelə davranışı üzərində nəzarət yaşadığı yer üzrə icra və probasiya qurumuna tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini də lazım bilir və təqsirləndirilən şəxsə təyin olunan əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. İş üzrə maddi sübut olan Opel Astra markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə zamanı keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan Opel Astra markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar