Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-357/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Ə.Seyfi küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində sürücülük hüququ əsasında, ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, “28 may” küçəsi ilə hərəkətdə olarkən “X4” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkət etməli olduğu halda, 80 km/saat sürətlə hərəkət edərək “X4” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasına, iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda həmin tələblərə əməl etməyərək əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Vaz 21033” markalı “**-BR-***” dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşdığı vəziyyətdə ötmə əməliyyatı apararaq qarşı hərəkət zolağına çıxaraq “Vaz 21033” markalı “**-BR-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Vaz 21033” markalı “**-BR-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ diz qapağının qapalı, yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun BC kateqoriyali sürücülük vəsiqəsi olmaqla qəza hadisəsi törətdiyi VAZ-21074 markalı **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil şəxsi mülkiyətindədir. 29 avqust 2023-cü il tarixdə saat təxminən 19 radələrində həmin avtomobillə Gəncə şəhəri, 28 may küçəsi ilə təxminən 80 km/saat sürətlə Təbriz küçəsi istiqamətində hərəkətdə olarkən qarşı tərəfdə onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ 21033” markalı və həmin avtomobilin qarşı tərəfi ilə eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobili ötmüş həmin vaxt qarşı tərəfdən əks istiqamətdə “VAZ 21033” markalı avtomobil gəldiyini görmüş və dərhal sükanı burub avtomobili sola doğru istiqamətləndirmişdir. Həmin vaxt “VAZ 21033” markalı avtomobilin sürücüsüdə avtomobili onunla eyni istiqamətdə yönəltmişdir. Bu zaman idarə etdiyi avtomobillə “VAZ 21033” markalı avtomobil toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil ciddi zədələnmiş eyni zamanda “VAZ 21033” markalı avtomobili idarə edən Samir adlı şəxs diz nahiyyəsindən xəsarət almışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb idarə etdiyi avtomoili yüksək sürətlə idarə edərək qarşı tərəfdən gələn nəqliyyat vasitəsinin hərəkət hissəsinə çıxması olmuşdur. Həmin vaxt o, “VAZ 21033” avtomobili taxminən 15-16 metr məsəfədə görmüş və idarə etdiyi avtomobili sola doğru istiqamətləndirsə də hadisənin qarşısını ala bilməmişdir. Zərərçəkmiş şəxsin sağlamlığı üçün 3.000 min manat xərc çəkmişdir. Maddi imkanı zəifdir. İİ-ci Qarabağ müharibəsində iştirak etmiş və medallarla təltif edilmişdir. Maddi olaraq bircə atasının maşını qalmışdır. Həmin maşını da zərərçəkmiş şəxsə zərər əvəzi vermək istəmiş lakin zərərçəkmiş şəxs razı olmamışdır. Bundan başqa zərərçəkmiş şəxslə bir neçə dəfə barışığa cəhd göstərsə də zərərçəkmiş şəxs çox pul istədiyinə görə barışıq əldə etmək mümkün olmamışdır.Ona görə də məhkəmədən ifadəsində göstərdiklərini nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, idarə etdiyi VAZ- 21033 markalı **-BR-*** dövlət qeyydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. O, həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir ancaq həmin etibarnamənin müddəti 2019-cu il tarixdən bitmişdir. 29 avqust 2023-cü il tarixdə o, Gəncə şəhəri 28 may küçəsi ilə Yeni Gəncənin dairəsi istiqamətində təminən 40-50 km/saat sürətlə hərəkət olmuşdur. O, qarşı yolla yük avtomobilinin gəldiyini görmüşdür. O, hərəkətini davam etdirmişdir. Həmin zaman ani məqamda yük avtomobilinın arxasından Vaz 2107 minik markalı avtomobil əks hərəkət istiqamətinə, yəni onun hərəkətdə olduğu yola çıxmış və həmin avtomobilin ön sağ qanadı ilə onun idarə etdiyi avtomobilin sağ qadanı toqquşmuşdur. Hadisə yerinə ətrafdan keçən isnanlar toplaşdılar və həmin şəxslərin köməyi ilə o avtomobildən çıxmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışdırlar. Onun sürücülük vəsiqəsi yoxdur. **- BR-*** nömrə nişanlı avtomobili 2019-cu il tarixədək baş etibarnamə əsasında idarə etmiş, hal-hazırda etibarnamənin müddəti bitmişdir. O, sipirtli içki qəbul etmir və həmin zaman idarə etdiyi, avtomobili spirtli içkinin təsiri altında idarə etməmişdir. Təhlükə onun üçün Vaz 2107 markalı avrtomobilin əks hərəkət istiqamətinə çıxdığı andan yaranmış, hadisə ani müddət ərzində baş verdiyi üçün o hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Hadisə zamanı avtomobildə tək o olmuş, başqa heç kəs olmamışdır.Təqsirləndirilən şəxs ona yalnız 2500 manat ödəniş etmiş, qalan müalicəsinin davam etdirməsi üçün isə maddi cəhətdən yardım etməmişdir. Ona görə də təqsirləndirilən şəxs ilə barışmaq istəmir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin DYPŞnin ƏYPB-nin YPX inspektoru vəzifəsində işləyir. 29 avqust 2023-cü il tarixdə xidmətdə olan zamanı saat 19 radələrində növbətçi hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri, 28 may küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal hadisə yerinə getmişdir. Həmin yerə çatanda hadisə yerində tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. O, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq sürücülərdən biri xəstəxanaya aparılmışdır. Belə ki hadisə yerində ona məlum olmuşdur ki, Gəncə şəhəri, 28 may küçəsi ilə hərəkətdə olan “VAZ 21074” markalı **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü qarşı tərəfdən gələn “VAZ21033” markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən məlum olmuşdur ki, “VAZ-21074” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobildə və “VAZ-21033” markalı **-BR-*** dövlət qeydiyyat nömrəli avtomobildə sürücüdən başqa heç kəs olmamışdır. Daha sonra müstəntiq tərəfindən onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və protokol tərtib edilmişdir. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonar avtomobillərin DYPŞ-nin cərimə meydançasına aparılması təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin fotoları çəkilərək protokola əlavə edilmişdir. 29 avqust 2023-ci il tarixli 2635 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi haqqında” tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. “Təqsirləndirilən şəxsə ittiham etmək haqqında” 21 may 2024-cü il tarixli qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-dən 21 yanvar 2024-cü il tarixli, 3-13-16-3/2- 9384/2023 nömrəli məktubundan görünür ki, uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-ci il tarixədək sürücülük vəsiqəsi verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda olmamışdır. Məhkəmə tibb ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 1498 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sağ diz qapağının qapalı, yerdəyişmiş sınığı-bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/2891 nömrəli 17 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən, VAZ-21074 markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4 “Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərində uyğunsuzluq olmuşdur. 30 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, «VAZ 21074» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil və «VAZ 21033» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınmışdır. İ-12511 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İ-7155 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İ-67152 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş Naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. 116053 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veterandır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyasızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsə maddi yardım göstərməsini, Vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında 4 növ əsas cəza nəzərdə tutulmuş və məhkəmə təqsirləndirilən şəxsə həmin cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyasızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsə tibbi və maddi yardımlar göstərməsini, Vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və əsas kimi azadlığın məhdudlaşdırılması növündə cəza və əlavə cəza kimi isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsi, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut «VAZ 21074» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21033» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahibinə qaytarılmalı, həmçinin ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21074» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21033» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 128 manat (bir yüz iyirmi səkkiz) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-357/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-357/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver