Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-358/2023 28.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “Samsung Duos” markalı “BM310 Mini Phone” modelli, “**********00158 və **********00158” imei kodlu mobil telefonu istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş və daşımış, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 57 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman qabaq stolunun üzərində olan özünə məxsus saç kəsmək üçün istifadə etdiyi cihazın içərisində xüsusi qaydada gizlətdiyi 1 ədəd “Samsung Duos” markalı “BM310 Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Qeyd olunan cinayət işinin məhkəmə prosesi dövründə yəni xx.xx.2021-ci il tarixdən Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:00 radələrində İstintaq Təcridxanasının əməkdaşları hal şahidlərinin iştirakı ilə 3cü rejim korpusunda axtarış keçirilərkən qabaq stolunun üzərində ona məxsus saç kəsmək üçün cihazın içərisində olan bir ədəd qara rəngli, daxilində danışıq kartı olmayan “Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli mobil telefon aparatı aşkar edib götürmüşlər. Bundan sonra mobil telefon aparatı hal şahidlərinin və onun iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Saxlandığı kameradan aşkar olunmuş mobil telefon aparatı ona məxsus olmuş və həmin mobil telefonu xx.xx.2022-ci il tarixində Gəncə Apellyasiya Məhkəməsində olarkən orada dostundan əldə etmiş və yoxlamadan gizlədərək yoğun bağırsağında kameraya gətirmiş, lakin telefon işləmədiyi üçün saç kəsmək üçün cihazın içərisində gizlətmiş və bu barədə kamera yoldaşlarına heç nə deməmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməliyyat bölməsinin inspektoru Şahid4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 06 iyun 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində onun, 2 saylı İstintaq Təcridxanasının əməkdaşları və hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman təcridxananın 3-cü rejim korpusunun 57 saylı kamerasında saxlanılan Təqsirləndirilən şəxs kamerada qabaq stolun üzərində olan saç kəsmək üçün cihazının içərisində xüsusi qaydada gizlədilmiş qara rəngli, daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli “Cəzaçəkmə Müəssisələrinin və ya X2 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının təcridxanaya Gəncə Apellyasiya Məhkəməsində olarkən dostu tərəfindən verildiyi və yoğun bağırsağında gizlədərək İstintaq Təcridxanasına keçirtdiyini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş şahidlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları - ƏB-nin böyük inspektoru Şahid1 və 3-cü rejim korpusunun böyük nəzarətçisi ədliyyə baş giziri Şahid3 ibtidai istintaqa verdikləri ifadələrindən görünür ki, onlar Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışı zamanı şahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının yeməkxana müdiri işləyən Şahid6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 06 iyun 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində təcridxananın 3-cü rejim korpusunun 57 saylı kamerasında saxlanılan Təqsirləndirilən şəxs kamerada qabaq stolun üzərində olan saç kəsmək üçün cihazın içərisində xüsusi qaydada gizlədilmiş qara rəngli, daxilində danışıq kartı olmayan bir ədəd ““Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli “Cəzaçəkmə Müəssisələrinin və ya X2 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya mobil telefon aparatı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra İstintaq Təcridxanasının əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı onun və hal şahidi Şahid5 iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş şahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının anbardarı Şahid5 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 06 iyun 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində təcridxananın 3-cü rejim korpusunun 57 saylı kamerasında saxlanılan Təqsirləndirilən şəxs kamerada qabaq stolun üzərində olan saç kəsmək üçün cihazın içərisində xüsusi qaydada gizlədilmiş qara rəngli, daxilində danışıq kartı olmayan bir ədəd ““Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli “Cəzaçəkmə Müəssisələrinin və ya X2 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya mobil telefon aparatı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra İstintaq Təcridxanasının əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı onun və hal şahidi Şahid6 iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, cinayət törətdiyinə görə barəsində Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, məhkəmə prosesi davam edən müddətdə, yəni xx.xx.2021-ci il tarixdən Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmışdır. O, xx.xx.2022-ci il tarixdə təxminən saat 14:00 radələrində İstintaq Təcridxanasının əməkdaşları hal şahidlərinin iştirakı ilə 3-cü rejim korpusunda axtarış keçirilərkən qabaq stolun üzərində kimə məxsus olduğunu bilmədiyi saç kəsmək üçün cihazın içərisində olan bir ədəd qara rəngli, daxilində danışıq kartı olmayan “Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli mobil telefon aparatı təcridxananın əməkdaşları tərəfindən aşkar edilib götürülmüş və aşkar olunmuş mobil telefon aparatının 3-cü rejim korpusunda həbsdə saxlanılan kamera yoldaşı Təqsirləndirilən şəxs ona aid olduğunu bildirmişdir. O, saç kəsmək üçün cihazın içərisində olan bir ədəd qara rəngli, daxilində danışıq kartı olmayan “Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli mobil telefonun 3-cü rejim korpusunda olan Təqsirləndirilən şəxs aid olduğunu, Təqsirləndirilən şəxs telefonu haradan əldə etdiyini bilmədiyini, həmin mobil telefondan özünün və kamerada saxlanılan heç bir şəxsin istifadə etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-229/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 30 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına daxil olarkən, tutulmuş və həbs edilmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə etməyi və vəzifələr daşımağı haqqında məlumat verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-ci maddəsində nəzərdə tutulan hallar, yəni cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirilməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə zədələnməsinə görə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2 maddəsində cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyi haqqında ona məlumat verilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən tərtib edilmiş “Axtarış-baxış tədbirləri keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 57 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya axtarış-baxış tədbirləri keçirələn zaman həmin kamerada həbsdə saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məxsus qabaq stolun üzərində olan saç kəsmək üçün istifadə edilən cihazın içərisində xüsusi qaydada gizlədilmiş “İstintaq Təcridxanalarında saxlanılan şəxslərə və ya məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi” qadağan olunmuş daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüş, qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar əməkdaşların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək götürülmüş mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 5/750 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “Samsung” markalı arxa məlumat löhvəsinə görə “BM310 Mini Phone” modelli proqram təminatında olan “**********00158, “**********00158” “imei” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş arxa məlumat löhvəsinə görə “Samsung” markalı “BM310 Mini Phone” modelli mobil telefonun proqram təminatında olan “imei” kodla arxa tərəfində məlumat löhvəsinə olan “imei” kod fərqlidir. Təqdim olunmuş “Samsung” markalı arxa məlumat löhvəsinə görə “BM310 Mini Phone” modelli mobil telefonda foto və videoçəkiliş xidmətlərinin olmaması müəyyən olundu. Tədqiq olunan “Samsung” markalı arxa məlumat löhvəsinə görə “BM310 Mini Phone” modelli mobil telefonun “UFED TOUCH 2” markalı qurğunun proqram təminatında modelinin olmaması müəyyən olundu. Bu səbəbdən yaddaşında hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işi aparılmadı. Təqdim edilmiş “Samsung'’ markalı arxa məlumat löhvəsinə görə “BM310 Mini Phone” modelli mobil telefonun yaddaşında hər hansı bir məlumat müəyyən olunmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müəssisə üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 310, 29, 178.2.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yevlax Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, hazırda 7 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “Samsung Duos” markalı “BM310 Mini Phone” modelli, “**********00158 və **********00158” imei kodlu mobil telefonu istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş və daşımış, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 57 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman qabaq stolunun üzərində olan özünə məxsus saç kəsmək üçün istifadə etdiyi cihazın içərisində xüsusi qaydada gizlətdiyi 1 ədəd “Samsung Duos” markalı “BM310 Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübut və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 57 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan CM-nın 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məxsus qabaq stolun üzərində olan saç kəsmək üçün istifadə edilən cihazın içərisində xüsusi qaydada gizlədilmiş “İstintaq Təcridxanalarında saxlanılan şəxslərə və ya məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi” qadağan olunmuş daxilində danışıq kartı olmayan bir ədəd “Samsung Duos” markalı, “BM310 Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 317-2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X4 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrində X6”ına dair xx.xx.2011-ci il tarixli Kollegiya Qərarına 11 saylı əlavədə Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı qeyd edilmişdir. Həmin siyahıda qeyd edilən əşyalar aşağıdakılardan ibarətdir:...... optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir, həmçinin həbsdə saxlanıldığı yer üzrə mənfi xarakterizə olunur və bu hallar cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-229/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(104)-389/2022 nömrəli qərarından görünür ki, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-229/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-229/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)- 229/2022 nömrəli hökmü ilə müəyyən edilmiş 30 noyabr 2021-ci il tarixdən hesablanmalı və cəzasını isə həmin hökmlə müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəməyədək icraat və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilmədiyindən, hazırda da həmin hal nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Samsung Duos” markalı, arxa məlumat lövhəsinə görə “BM310 Mini Phone” modelli, “**********00158 və **********00158” imei kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-229/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-229/2022 nömrəli hökmü ilə müəyyən edilmiş 30 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung Duos” markalı, arxa məlumat lövhəsinə görə “BM310 Mini Phone” modelli, “**********00158 və **********00158” imei kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-358/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-358/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver