Məhkəmə qərarları › İş №1(125)-36/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-36/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-36/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Cavadxan küçəsi ev 235-də qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-1 əl qumbarasını, 1 ədəd Kalaşnikov AKS markalı avtomatı, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd darağı, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları və 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamış, 28 iyun 2022-ci il tarixdə Gəncə şəhər 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün onun saat 20:45 radələrində yaşadığı evdə baxış keçirilən zamanı yataq otağında televizor altlığının arxa tərəfindən bir ədəd sellofana bükülü halda texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-1 əl qumbarası, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd daraq, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnıkov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yayarlı patronlar, 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yayarlı patronlar, 02 ədəd 7.62x54 mm kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlartın və Mosin konstruksiyalı karabinlərin ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yarasız patronlar və 02 ədəd 12.7x108 mm kalibrli DŞK modelli, NSV-UTES modelli iri çaplı pulemyotlardan, KSVK modelli iri çaplı snayper tüfənglərindən və sairə həmin kalibrli atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən atəş üçün yarasız patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyun ayında Gəncə şəhərində, Gəncə çayının sahilində gəzən zaman bir ədəd torba onun diqqətini çəkmişdir. Həmin torbanı açan zaman içində silah-sursatın olması onun diqqətini çəkmişdir. O, tapdığı silahı sataraq mənfəət əldə edəcəyini düşünmüş və torbanı yaşadığı ünvan 1-ə gətirmişdir. Evdə torbanı açan zaman içində 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 1 ədəd Kalaşnikov avtomatı, 2 ədəd Kalaşnikov avtomatına məxsus içərisində s 45 mm kalibrli avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrli avtomat patronları, ümumilikdə 55 ədəd avtomat patronları olmasını görmüşdür. Tapdığı silah-sursatı müştəri tapanadək evində saxlamağı qərara almışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30 dəqiqədə yaşadığı Gəncə şəhəri N.Nərimanov küçəsi 46 saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq oldu silah, döyüş sursatı və onun komponent hissələrini üzərində gəzdirməkdə, daşımaqda və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirərək onu Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz olaraq əşya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı ona yaşadığı evdə və yaxudda ki, digər haradasa hər hansı bir qanunsuz olaraq əşya predmet, silah sursat, döyüş sursatı və onun komponent hissələrini saxlayıb saxlamadığını sorğu edilən zaman o, yaşadığı ünvan 3 ünvanında qanunsuz olaraq əl qumbarası, avtomat daraqları və patronları olmasını, həmin qeyd etdiyi sursatları könüllü olaraq təqdim edə biləcəyini deyərək yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra yəni üzərinə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşlarının və dövlət hesabına təyin edilərək ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı binanın qarşısına gedilmiş və orada da yenə o, özü qeyd etdiyi döyüş sursatlarını təqdim edəcəyini deyərək üzərində olan yaşadığı evin açarı ilə evin giriş qapısını açmış, evə daxil olduqdan sonra evin yataq otağında sellofana bükülü halda televizor altlığının arxasında gizlətdiyi qeyd etdiyi əşyaları təqdim etmişdir. Həmin sellofanın ağzı polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş, baxış zamanı sellofanın içərisində 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomataına məxsus içərisində 5.45mm kalibrli avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrli avtomat patronları, ümumilikdə 55 ədəd 5.45 mm kalibrli avtomat patronları aşkar edilmiş, aşkar edilmiş sursatlar və əl qumbarası aşkar edilmiş sellofan torbada qablaşdırılmaqla möhürlənmiş və saxlanca verilmişdir. İbtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasındakı ziddiyyət barədə ona ünvanlanmış suala cavab olaraq bildirdi ki, Kənan adlı şəxsi ümumiyyətlə tanımır, X9 isə onun köhnə tanışıdır. Bu iki şəxsin adını istintaq zamanı verdiyi ifadəsində çəkməklə özünün silah-sursatın əldə etməməsi təəssüratı yaratmaq istəmiş, bu yolla məsuliyyətdə yayınacağını düşünmüşdür. Əslində isə o, 1 ədəd Kalaşnikov avtomatını heç kimə satmamış, Kənan adlı şəxs və Arif Hacıyevin onda odlu silahin və döyüş sursatının onda olması barədə məlumatları olmamış, 1 ədəd Kalaşnikov avtomatını isə o tulamışdır. Əməlindən peşmandır, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nə Gəncə şəhəri, Cavadxan küçəsi ev 235-də qeydiyyatda olmaqla ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun komponent hissələrini əldə edib üzərində gəzdirməkdə, daşımaqda və yaşadığı evdə saxlamaqda şübhəli olması barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri N.Nərimanov küçəsi 46 saylı binanın qarşısına gələcəyi barədə məlumat daxil olmuş, saat 19:30 radələrində BPİ-nin 4-cü Polis Bölməsinin əməlliyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə Gəncə şəhəri N.Nərimanov küçəsi 46 saylı binanın qarşısına getmiş, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon və 1 ədəd ağ rəngli “Samsung” markalı ağ rəngli planşet və 1 ədəd açar aşkar edilmişdir. Aşkar edilmiş telefon və planşet sübut əhəmiyyət kəsb etdiyindən təhqiqatçı polis kapitanı Ceyhun Mustafayev tərəfindən götürülmüş və qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz olaraq əşya predmet, silah sursat aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, hal-hazırda yaşadığı ünvan 3 ünvanında qanunsuz olaraq əl qumbarası, avtomat daraqları, avtomat patronları saxladığını, həmin silah sursatı və onun komponent hissələrini özü könüllü olaraq təqdim edə biləcəyini və ərizə ilə yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra BPİ-nin 4-cü Polis Bölməsinin əməlliyat müvəkkili polis leytenantı Şahid1, BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı Şahid3, BPİ-nin 4-cü Polis Bölməsinin rəis müavini, polis mayoru X2, BPİ-nin 4-cü Polis Bölməsinin NH-nin sürücü polis nəfəri, polis baş seryantı Şahid5, BPİ-nin 4-cü Polis Bölməsinin NH-nin sürücü polis nəfəri, polis baş seriantı Şahid4, BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı Samir Quliyevin, 1 saylı Vəkillər Birosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakı ilə birlikdə ünvan 4 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməsinə başlayan zaman Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin içərisində yataq otağında olan qara rəngli televizor altlığının arxa hissəsində olan parçaya və sellofana bükülü halda kütlə çıxararaq həmin kütlənin ona məxsus olmasını, içərisində döyüş sursatı və onun komponent hissələrinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs evində təqdim etdiyi sellofana bükülü halda kütlə açılmış, baxış keçirilən zaman 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomatına məxsus içərisində 5.45 mm kalibri avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrili avtomat patronları, ümumilikdə 55 ədəd 5.45 mm kalibrili avtomat patronları aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş sursatlar və əl qumbarası qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun yaşadığı evdən aşkar olunmuş əl qumbarasını və digər döyüş sursatlayını bir neçə gün əvvəl Gəncə çayının sahilindən tapmış yə yaşadığı evə gətirib gizlətmiş, həmin sursatlardan istifadə etməmiş və kiməsə vermədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BPİ-nin 4-cü Polis Bölməsinin əməlliyat müvəkkili polis leytenantı Şahid1, BPİ-nin 4-cü Polis Bölməsinin NH-nin sürücü polis nəfəri, polis baş seriantı Şahid5, BPİ-nin 4-cü Polis Bölməsinin NH-nin sürücü polis nəfəri, polis baş seriantı Kazımov X7 Kərimovla oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs BPİ-nin 4-cü PB-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünün əks olunduğu bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, BPİ-nin 4-cü PŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı Ceyhun Mustafayevin BPİnin 4-cü PB-nin əməliyyat müvəkili, polis baş leytenantı Şahid2 və BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkili, polis leytenanıı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon və 1 ədəd ağ rəngli “Samsung” markalı ağ rəngli planşet və 1 ədəd açar aşkar edilir. Aşkar edilmiş telefon və planşet sübut əhəmiyyət kəsb etdiyindən təhqiqatçı polis kapitanı Ceyhun Mustafayev tərəfindən götürülür və qablaşdırılır, Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz olaraq əşya predmet, silah sursat aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, hal-hazırda yaşadığı ünvan 3 ünvanında qanunsuz olaraq əl qumbarası, avtomat daraqları, avtomat patronları saxladığını, həmin silah sursatı və onun komponent hissələrini özü könüllü olaraq təqdim edə biləcəyini bildirir, Bununla da, baxış istintaq hərəkəti başa çatır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünün əks olunduğu bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, BPİ-nin 4-cü PŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı Ceyhun Mustafayevin, BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkili, polis baş leytenantı Şahid2, BPİ-nin 4-cü Polis Bölməsinin əməlliyat müvəkkili polis leytenantı Şahid1, BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı Şahid3, BPİ-nin 4-cü Polis Bölməsinin rəis müavini, polis mayoru X2, BPİ-nin 4-cü Polis Bölməsinin NH-nin sürücü polis nəfəri, polis baş serğantı Şahid5, BPİ-nin 4-cü polis Bölməsinin NH-nin sürücü polis nəfəri, polis baş serğantı Şahid4, BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı Samir Quliyevin, 1 saylı Vəkillər Birosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış aparılır. Baxış keçirilməsinə başlayan zaman Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin içərisində yataq otağında olan qara rəngli televizor altlığının arxa hissəsində olan parçaya və sellofana bükülü halda kütlə çıxararaq həmin kütlənin ona məxsus olmasını, içərisində döyüş sursatı və onun komponent hissələrinin olmasını bildirir. Təqsirləndirilən şəxs evində təqdim etdiyi sellofana bükülü halda kütlə açılır və baxış keçirilən zaman 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomatına məxsus içərisində 5.45 mm kalibri avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrili avtomat patronları, ümumilikdə 55 ədəd 5.45 mm kalibrili avtomat patronları aşkar edilir. Bundan sonra aşkar edilmiş sursatlar və əl qumbarası qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, yaşadığı evdən aşkar olunmuş əl qumbarasını və digər döyüş sursatlarını bir neçə gün əvvəl Gəncə çayının sahilindən tapmış və yaşadığı evə gətirib gizlətdiyini, həmin sursatlardan isdifadə etmədiyini və kiməsədə vermədiyini bildirir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 29 iyun 2022-ci il tarixli, 22/456R nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya UZRQM tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbarasının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının həmin 01 ədəd UZRQM tipli partlayıcı ilə komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır MDB dövlətlərinin hərbi qüvvələrində isdifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə isdifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-ballistik ekspertizasının 29 iyun 2022-ci il tarixli, 22/457R nömrəli rəyində göstərilmişdir ki: 1.Tədqiqata təqdim edilmiş 36 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronudur, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. 2.Tədqiqata təqdim edilmiş 19 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronudur, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır.

3. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksialı karabinlərin ştat patronudur və döyüş sursatıdırlar. Lakin yuxarda göstərilən səbəbdən həmin patronlar hal-hazırda atəş üçün yararsızdırlar.

4. Tədqiqata təqdim edilmiş 02 ədəd patron keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 12,7x108 mm kalibrli olmaqla, həmin kalibirli DŞK modelli, NSV-UTES modelli iri çaplı pulemyotlardan, KSVK modelli iri çaplı snayper tüfənglərdən və sairə həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar. Lakin yuxarda göstərilən səbəbdən həmin patronlar hal-hazırda atəş üçün yararsızdırlar.

5. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə isdifadə üçün yararlıdır.

6. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə isdifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azəraycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə araşdırma materialı olmuş və xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ tərəfindən Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 14 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd F-1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partlayıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomatına məxsus daraqlar, 30 ədəd 5.45x39 mm kalibrli avtomat patronlan və 15 ədəd 7.62x39 mm kalibrli avtomat patronları, 2 ədəd 7.62x54 pulemyot patronları, 2 ədəd 12.7x108 mm kalibrli DŞK pulemyot patronları, 1 ədəd “Samsung Galaksy A8” markalı mobil telefon maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. İki ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 228.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, X9 və şəxsiyyəti istintaqa məlum olmayan Kənan adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-1 əl qumbarasını, 1 ədəd Kalaşnikov AKS markalı avtomatı, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd darağı, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları və 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamış, bir ədəd Kalaşnikov AKS markalı avtomatı şəxsiyyəti istintaqa məlum olmayan Kənan adlı şəxsə 2022-ci ilin iyun ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri ərazisində 240 manat müqabilində satmışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində cinayət əməlinin Arif və Kənan adlı şəxslərlə qabaqcadan əlbir olmaqla törətdiyini bildirsə də, ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsin ifadəsini təsdiq edən sübutlar cinayət işi materiallarına əlavə edilməmişdir. Hal-hazırda cinayəti işi materiallarında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə ittiham irəli sürülməsi yalnız onun ibtidai istintaqdakı etirafı əsasında həyata keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, X6 uzun illərdir ki, tanıyır, Arif Hacıyev onunla bir orta məktəbdə oxumuş, Arif Hacıyev ilə yaxın münasibətləri olmuş, təxminən 15-16 iyun 2022-ci il tarixdə Arif Hacıyev onun yaşadığı evə gələn vaxt özü ilə torbada 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 1 ədəd Kalaşnikov avtomatı, 2 ədəd Kalaşnikov avtomatına məxsus içərisində 545 mm kalibrli avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrli avtomat patronları, ümumilikdə 55 ədəd avtomat patronları gətirmiş, Arifin gətirdiyi həmin 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 1 ədəd Kalaşnikov avtomatı, 2 ədəd Kalaşnikov avtomatına məxsus içərisində 5.45 mm kalibrli avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrli avtomat patronları, ümumilikdə 55 ədəd avtomat patronları evində saxlamış, Arif ona həmin avtomatı satmaq istəməsini demiş, o da bundan sonra tanışı Kənana satmaq üçün bir ədəd avtomat olduğunu bildirmiş, Kənanda ona həmin avtomatı almaq istədiyini demiş, bundan sonra həmin Arifin onun yaşadığı evə qoyduğu avtomatı 240 manata satmış, o həmin pulun 150 manatını Arifə vermiş, qalan hissəsini isə öz ehtiyaclarına xərcləmiş, xx.xx.2022-ci il tarixdə saat 19:30 dəqiqədə yaşadığı Gəncə şəhəri N.Nərimanov küçəsi 46 saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq oldu silah, döyüş sursatı və onun komponent hissələrini üzərində gəzdirməkdə, daşımaqda və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirərək onu Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində onu xx.xx.2022-ci il tarixdə saat 19:50 dəqiqədə şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələri izah olunmaqla dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, dövlət hesabına olan adını sonradan bildiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili olan X10 ona təqdim edilmişdir. Sonra Gəncə şəhər BPİ-nin 4cü Polis Bölməsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz olaraq əşya predmet aşkar edilməmiş, üzərində şalvarının cibində olan 1 ədəd Samsung markalı qara rəngli mobil telefon, 1 ədəd ağ rəngli Samsung markalı planşet maddi sübut kimi götürülməklə bu barədə protokol tərrtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, doğru olması onun və iştirakçıların tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı ona yaşadığı evdə və yaxud da ki, digər haradasa hər hansı bir qanunsuz olaraq əşya predmet, silah sursat, döyüş sursatı və onun komponent hissələrini saxlayıb saxlamadığını sorğu edilən zaman o, yaşadığı ünvan 3 ünvanında qanunsuz olaraq əl qumbarası, avtomat daraqları və patronları olmasını, həmin qeyd etdiyi sursatları könüllü olaraq təqdim edə biləcəyini deyərək yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra yəni üzərinə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşlarının və dövlət hesabına təyin edilərək ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı binanın qarşısına gedilmiş və orada da yenə o, özü qeyd etdiyi döyüş sursatlarını təqdim edəcəyini deyərək üzərində olan yaşadığı evin açarı ilə evin giriş qapısını açmış, evə daxil olduqdan sonra evin yataq otağında sellofana bükülü halda televizor altlığının arxasında gizlətdiyi qeyd etdiyi əşyaları təqdim etmişdir. Həmin sellofanın ağzı polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş, baxış zamanı sellofanın İçərisində 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomataına məxsus içərisində 5.45 mm kalibrli avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrli avtomat patronları, ümumilikdə 55 ədəd 5.45 mm kalibrli avtomat patronları aşkar edilmiş, aşkar edilmiş sursatlar və əl qumbarası aşkar edilmiş sellofan torbada qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 13 avqust 2022-ci il tarixli Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığı əsasında Kənan və Mədinə adlı şəxslərin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Arif adlı şəxsin X9 olması müəyyən olunmuşdur. Lakin o yaşayış yerində olmadığı üçün onun istintaqa təqdim olunması mümkün olmamışdır. Məhkəmə istintaqı yekunlaşdıqdan sonra ittiham tərəfi vəsatət qaldıraraq X5 məhkəməyə şahid kimi təmin edilməsinin mümkün olmasını bildirmiş, bu məqsədlə məhkəmə istintaqının yenilənməsini məhkəmədən xahiş etmişdir. Vəsatət təmin edilərək məhkəmə istintaqı yenilənsə də, X6 ittiham tərəfi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin digər şəxslərlə birgə cinayət törətməsi barədə etirafı cinayət əməlinin tövsifedici əlamətlərinin mövcudluğuna münasibətdə heç bir sübutla təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqda verdiyi ifadədən fərqli ifadə vermişdir. Məhkəmə, məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadənin daha mötəbər olmasında dair hər hansı dəlilə iş materiallarında rast gəlməmişdir. İş materiallarına əlavə edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022 Qərardan görünür ki, daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun komponent hissələrini əldə edib üzərində gəzdirməsi, daşıması və yaşadığı evdə saxlaması ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər əməliyyat məlumatının Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun komponent hissələrini əldə edib üzərində gəzdirməsi, daşıması və yaşadığı evdə saxlaması ilə bağlı olmasını bildirmişlər. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun bir qrup şəxslə qabaqcadan əlbir olaraq qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsı məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıması və ya gəzdirməsi tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Abbasov X12 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 28 iyun 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxsn oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxsn oğlu barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxsn oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır. Şəxsin barəsində seçilmiş qətimkan tədbiri məhkəmə icraatı zamanı qüvvədə saxlanıldığından, məhkəmə hesab edir ki, cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübutlar – 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partlayıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomatına məxsus daraqlar, 30 ədəd 5.45x39 mm kalibrli avtomat patronlan və 15 ədəd 7.62x39 mm kalibrli avtomat patronları, 2 ədəd 7.62x54 pulemyot patronları, 2 ədəd 12.7x108 mm kalibrli DŞK pulemyot patronları Daxili İşlər Nazirliyinə məsul saxlanca verilməli, 1 ədəd “Samsung Galaksy A8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra həqiqi sahibinə qaytarılmalı, 2 ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan eksperimental atəşdə istifadədən sonra qalan 02 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı, PM modelli tapança müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir

Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar