Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-36/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilməmiş, Goranboy rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında yaşamış, barəsində digər cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə təkrar qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2023-cü il tarixdə saat 18-19 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektin hasarından içəri daxil olaraq oradan iki ədəd 32 diametr ölçüdə 6 metr uzunluğunda 400 manat dəyərində dəmir tramplinləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektin hasarından içəri daxil olaraq oradan 1 ədəd 500 (beş yüz) manat dəyərində seyf qapısını, 1 ədədinin dəyəri 100 (yüz) manat olan 15 ədəd 1500 (min beş yüz) manat dəyərində dəmir barmaqlıqları, 1 ədədinin dəyəri 200 (iki yüz) manat olan 5 ədəd 1000 (min) manat dəyərində dəmir fermaları, 1 metrinin dəyəri 2 (iki) manat olan 6 (altı) metr uzunluğunda 15 ədəd 180 (yüz səksən) manat dəyərində dəmir armaturları və 1 metrinin dəyəri 4 (dörd) manat olan 6 metr uzunluğunda 3 ədəd 72 (yetmiş iki) manat dəyərində dəmir borularını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 3252 (üç min iki yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,422 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsində yerləşən “27-05” dairəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bənövşəyi rəngli kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,422 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektin hasarından içəri daxil olaraq oradan 1 ədəd 500 (beş yüz) manat dəyərində seyf qapısını, 1 ədədinin dəyəri 100 (yüz) manat olan 15 ədəd 1500 (min beş yüz) manat dəyərində dəmir barmaqlıqları, 1 ədədinin dəyəri 200 (iki yüz) manat olan 5 ədəd 1000 (min) manat dəyərində dəmir fermaları, 1 metrinin dəyəri 2 (iki) manat olan 6 (altı) metr uzunluğunda 15 ədəd 180 (yüz səksən) manat dəyərində dəmir armaturları və 1 metrinin dəyəri 4 (dörd) manat olan 6 metr uzunluğunda 3 ədəd 72 (yetmiş iki) manat dəyərində dəmir borularını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 3252 (üç min iki yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,121 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə Muxtar Hacıyev küçəsinin kəsişməsində yerləşən Təhsil İdarəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən 1 ədəd gümüşü rəngli kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,121 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış və heç bir yerdə işləməmişdir. Uzun müddət “kakos” kimi tanıdığı narkotik vasitə “heroin” və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Şəmkir” avtovağzalı adlanan yerin yaxınlığında gəzən zaman yol kənarındakı işıq dirəyinin yanında bir ədəd bənövşəyi rəngli kağız büküm diqqətini çəkmiş və həmin kağız bükümü yerdən götürüb açmış və içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. Bundan sonra həmin günü, yəni 24 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəişməsində yerləşən “27-05” dairəsinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və narkotik vasitəni saxlamaqda şübhəli olduğunu bildirib ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. Etiraz etməmiş sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. Polis Şöbəsində olan zaman təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, həmçinin müdafiəçi ilə təmin edilmişdir. Sonra üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. O əynində olan cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd bənövşəyi rəngli kağız bükümü təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. O, həmin içərisində psixotrop maddə metamfetamin olan kağız bükümü Gəncə şəhəri, Şəmkir avtovağzalının yaxınlığından tapdığını və istifadə etməkdən ötrü üzərində saxladığını söyləmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi kağız büküm ilə birlikdə 1,91 qram olmuş və həmin içərisində psixotrop maddə metamfetamin əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, möhür ilə möhürlənərək üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı X2 ilə yaşadığı Gəncə şəhəri, Nizami küçəsində “Qaraçıların dairəsi” kimi tanınan yerdə görüşmüşlər. Pula ehtiyacları olduğuna və hər ikisi narkotik vasitə istifadəçisi olduqlarına görə narkotik vasitəyə olan tələbatlarını ödəməkdən ötrü oğurluq etməyə qərar vermişlər. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində piyada Gəncə şəhəri, Nizami küçəsində “Qaraçıların dairəsi” kimi tanınan yerdən aşağıya dərəyə düşüb oradan Gəncə şəhəri, Firdovsi Osmanov küçəsi ilə Səbuhi Əliyev küçəsinin kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanına çatmamış yolun sol tərəfində qapısı kilidli olan işlək vəziyyətdə olmayan hasarla əhatə olunmuş obyekt olduğunu görmüşlər. Həmin obyektə Mirməhəmməd ilə nəzər salan zaman içərisində heçkəsin olmadığını və xeyli sayda tikinti əşyalarının olduğunu görmüş və oradan oğurluq etməyə qərar vermişlər. Heçkəsin onları görməməsindən əmin olduqdan sonra Mirməhəmməd ilə darvazanın yanındakı hasardan aşaraq obyektin içərisinə daxil olmuş, oradan Mirməhəmməd ilə avtoyuma məntəqəsində avtomobillər üzərində durması üçün nəzərdə tutulmuş iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri gizlin oğurlayaraq hasardan küçəyə atmışlar, sonra Mirməhəmməd ilə hasardan küçəyə düşərək oğurladıqları dəmir tramplinləri heçkəsin görməməsi üçün kənara qoymuşlar. Mirməhəmməd ilə oğurladıqları dəmir tramplinləri daşımaq üçün üzərində yük yeri olan avtomobil axtarmağa başlamışlar. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində nömrəsini, özünü tanımadığı “Qazel” markalı avtomobil sürücüsünü tapmış və o həmin “Qazel” sürücüsünə özünə məxsus dəmir ləvazimatların olduğunu həmin əşyaları Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən metal qəbul sexinə aparıb satacağını bildirmişdir. Tanımadığı “Qazel” sürücüsü 15 manat pul müqabilində həmin əşyaları daşımağa razılaşmışdır. Onlarda həmin “Qazel” sürücüsü ilə birlikdə oğurladıqları əşyaların yanına, yəni Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən küçəyə gəlmiş və Mirməhəmməd ilə oğurladıqları iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri “Qazel”-in yük yerinə yığmış və Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən metal qəbulu sexinə gəlmişlər. Metal qəbul sexində həmin sexdə işləyən tanımadıqları şəxsə özlərinə məxsus iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri satmaq istədiklərini bildirmiş həmin şəxs dəmir tramplinlərin oğurluq olub-olmadığını soruşmuş, o həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Həmin şəxsdə onlarla razılaşmış, iki ədəd dəmir tramplinləri tərəziyə qoymuş və əşyaların çəkisi təxminən 200 kiloqram gəlmiş və əvəzində 84 (səksən dörd) manat pul vermiş həmin puldan 15 (on beş) manatını tanımadıqları “Qazel” sürücüsünə vermiş və oradan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə gəlmişlər. Yerdə qalan pulu isə bərabər şəkildə Mirməhəmməd ilə bölüşdürmüş daha sonra yaşadığı evə gəlmişlər. Həmin günü səhərisi, yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 8ci döngədə “Qaraçıların dairəsi” kimi tanınan yerin yaxınlığında yaşayan tanışı X2 ilə görüşmək üçün evinin yanına gəlmiş həmin vaxt Mirməhəmməd evdə olmamışdır. Bu zaman həmin yerdə digər tanışı Təqsirləndirilən şəxs2 olmuşdur. O İntiqama pulunun olmadığını və birlikdə oğurluq etməyə getməyi təklif etmişdir. İntiqam da pulu olmadığına görə onun ilə razılaşmışdır. Bundan sonra həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 10-dan sonra piyada İntiqam ilə Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan bir gün əvvəl Mirhəmməd ilə oğurluq etdiyi obyektin yanına gəlmiş və həmin vaxt o İntiqama həmin obyektdə heçkəsin olmadığını və içərisində dəmir materialların olduğunu bildirmişdir. Obyektin arxa tərəfində olan darvazaya fiziki təsir edərək içəri girmiş və oradan da hasara dırmaşaraq obyektin içərisinə daxil olmuşlar. Oradan İntiqam ilə 1 ədəd dəmir seyf qapını çərçivəsi ilə birlikdə, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri oğurlayıb hasardan çölə atmış, sonra İntiqam ilə o hasardan aşaraq oğurladıqları əşyaları daşımaq üçün “Qazel” avtomobili axtarmağa getmişlər. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə üzü Gəncə şəhəri, “27-05”-in dairəsi kimi tanınan yerin yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında nömrəsini, özünü tanımadığı “Qazel” sürücüsünün avtomobilinə yanacaq doldurduğunu görmüş, həmin vaxt o həmin tanımadığı “Qazel” sürücüsünə yaxınlaşmış və yalandan həmin şəxsə özlərinə məxsus dəmir əşyaların olmasını bildirərək onlar ilə birlikdə həmin əşyaları Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanından götürərək Gəncə şəhəri, Gəc zavodunun yaxınlığında yerləşən metal qəbul sexinə aparmasını xahiş etmiş, həmin şəxs 15 manat pul müqabilində həmin əşyaları aparacağını bildirmişdir. Onlar da tanımadığı “Qazel” sürücüsü ilə razılaşmışlar. Daha sonra həmin şəxsin “Qazel” markalı avtomobilinə əyləşərək Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanından sola dönərək oğurladıqları əşyaların yanına gəlmiş, həmin əşyaları İntiqam ilə “Qazel” markalı avtomobilin yük yerinə yığmış və həmin əşyaları satmaq üçün Gəncə şəhəri, Gəc zavodu adlanan yerin yaxınlığında metal qəbul sexinə vermək üçün yola düşmüşlər. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanında olan zaman tanışları X2 içərisində əyləşdikləri “Qazel” markalı avtomobilə əli ilə işarə edərək saxlamasını bildirmişdir. O sürücüyə avtomobili saxlamasını bildirmiş və sürücü avtomobili saxlamışdır. Mirməhəmməd İsmayılov onlardan haraya getdiklərini soruşmuş, İntiqam və o Mirməhəmmədə avtomobildə dəmir materiallar olduğunu və həmin əşyaları Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən Gəc zavodunun yaxınlığındakı metal qəbul sexinə satmaq üçün apardıqlarını demişdir, Mirməhəmməd İsmayılov da onlarla gəlmək istədiyini bildirmiş, o və X3 “Qazel” markalı avtomobilin yük yerinə çıxmasını demiş, daha sonra onlar Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində Gəc zavodunun yaxınlığında yerləşən metal qəbulu sexinə gəlmişlər. Orada metal qəbulu sexində özlərinə məxsus dəmir materialdan olan əşyalarının olduğunu və həmin əşyaları satmaq istədiklərini bildirmişlər. Metal qəbul sexində işləyən tanımadıqları şəxs həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, o da tanımadığı həmin şəxsə həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O həmin şəxsə sürücülük vəsiqənin surətini vermiş və daha sonra onlar oğurladıqları bir ədəd dəmir seyf qapını, həmin qapının çərçivəsini, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri “Qazel” markalı avtomobildən düşürtmüş və tərəzinin üzərinə yığmış həmin dəmir materialdan olan əşyaların ümumi çəkisi təxminən 200 (iki yüz) kiloqram gəlmişdir. Həmin şəxs bir ədəd dəmir seyf qapını, həmin qapının çərçivəsini, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri 80 (səksən) manat pul qarşılığında onlardan almışdır. Həmin 80 (səksən) manatın 15 (on beş) manatını tanımadıqları “Qazel” markalı sürücüyə vermiş həmin vaxt onlar Mirməhəmməd İsmayılova həmin əşyaları oğurladıqlarını bildirmiş yerdə qalan pulu isə öz aralarında bölüşdürmüşlər. Başqa heçbir cinayət hadisəsi törətməmişdir. Maddi imkanı zəif olduğu üçün zərər çəkmiş şəxsə dəymiş zərəri ödəyə bilməmişdir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu və himayəsində bir azyaşlı övladının olmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış və heç bir yerdə işləməmişdir. 2019-cu ildən “kakos” kimi tanıdığı narkotik vasitə “heroin” və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində gəzən zaman yol kənarındakı ağacın dibindən bir ədəd gümüşü rəngli kağız büküm diqqətini çəkmiş və həmin kağız bükümü yerdən götürüb açmış və içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüş və həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. Bundan sonra həmin günü, yəni 24 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə Muxtar Hacıyev küçəsinin kəsişməsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına getməyi təklif etmişlər. O, etiraz etməmiş sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. Polis Şöbəsində olan zaman hüquqları ona izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan şalvarın sağ kiçik cibində saxladığı 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində kristal formada psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sonra həmin büküm tərəzidə çəkilmiş və qablaşdırılıb götürülərək, protokol tərtib edilmşdir. Həmçinin Gəncə şəhəri, “Füzulinin kabab yeri” kimi tanınan işlək vəziyyətdə olmayan obyektdən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə metal əşyalar oğurlamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 8-ci döngədə “Qaraçıların dairəsi” kimi tanınan yerin yaxınlığında yaşayan tanışı X2 ilə görüşmək üçün evinin yanına getmiş, lakin Mirməhəmməd evdə olmamışdır. Həmin vaxt oraya digər tanışı Təqsirləndirilən şəxs1 gəlmiş və ona pulunun olmadığını, birlikdə oğurluq etməyə getməyi təklif etmişdir. O da pulunun olmadığına görə Təqsirləndirilən şəxs1 ilə razılaşmış, bundan sonra həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 10-dan sonra piyada Təqsirləndirilən şəxs1 ilə Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektin yanına gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 obyektdə heçkəsin olmadığını və içərisində dəmir materialların olduğunu bildirmişdir. Obyektin arxa tərəfində olan darvazaya fiziki təsir edərək içəri girmiş və oradan da hasara dırmaşaraq obyektin içərisinə daxil olmuşlar. Oradan 1 ədəd dəmir seyf qapını çərçivəsi ilə birlikdə, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri oğurlayıb hasardan çölə atmış, daha sonra Təqsirləndirilən şəxs1 ilə hasardan aşaraq oğurladıqları əşyaları daşımaq üçün “Qazel” markalı avtomobil axtarmağa getmişlər. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə üzü Gəncə şəhəri, “27-05”-in dairəsi kimi tanınan yerin yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında nömrəsini, özünü tanımadığı “Qazel” markalı avtomobilin sürücüsünün avtomobilinə yanacaq doldurduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs1 tanımadığı həmin “Qazel” sürücüsünə yaxınlaşmış və yalandan həmin şəxsə özlərinə məxsus dəmir əşyaların olmasını bildirərək onlarla birlikdə həmin əşyaları Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanından götürərək Gəncə şəhəri, Gəc zavodunun yaxınlığında yerləşən metal qəbul sexinə aparmasını xahiş etmişdir. Həmin şəxs 15 manat pul müqabilində həmin əşyaları aparacağını bildirmişdir. Onlar da tanımadığı həmin “Qazel” sürücüsü ilə razılaşmış daha sonra həmin şəxsin “Qazel” markalı avtomobilinə əyləşərək Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanından sola dönərək oğurladıqları əşyaların yanına gəlmiş, həmin əşyaları Təqsirləndirilən şəxs1 ilə “Qazel” markalı avtomobilin yük yerinə yığmış və həmin əşyaları satmaq üçün Gəncə şəhəri, Gəc zavodu adlanan yerin yaxınlığında metal qəbul sexinə vermək üçün yola düşmüşlər. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanında olan zaman tanışları X2 içərisində əyləşdikləri “Qazel” markalı avtomobilə əli ilə işarə edərək saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs1 sürücüyə saxlamasını bildirmiş və sürücü avtomobili saxlamışdır. Mirməhəmməd İsmayılov onlardan haraya getməklərini soruşmuş, Elmir və o, Mirməhəmmədə avtomobildə dəmir materiallar olduğunu və həmin əşyaları Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən Gəc zavodunun yaxınlığındakı metal qəbul sexinə satmaq üçün apardıqlarını demişlər. Mirməhəmməd İsmayılov da onlarla gəlmək istədiyini bildirmiş, o və X7 “Qazel” markalı avtomobilin yük yerinə çıxmasını demiş, daha sonra onlar Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində Gəc zavodunun yaxınlığında yerləşən metal qəbulu sexinə gəlmiş, orada metal qəbulu sexində özlərinə məxsus dəmir materialdan olan əşyalarının olduğunu və həmin əşyaları satmaq istədiklərini bildirmişlər. Metal qəbul sexində işləyən tanımadığı şəxs həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş Təqsirləndirilən şəxs1 da tanımadığı həmin şəxsə həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsə sürücülük vəsiqəsinin surətini vermiş və daha sonra onlar oğurladıqları bir ədəd dəmir seyf qapını, həmin qapının çərçivəsini, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri “Qazel” markalı avtomobildən düşürtmüş və tərəzinin üzərinə yığmış həmin dəmir materialdan olan əşyaların ümumi çəkisi təxminən 200 (iki yüz) kiloqram gəlmiş, həmin şəxs bir ədəd dəmir seyf qapını, həmin qapının çərçivəsini, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri 80 (səksən) manat pul qarşılığında onlardan almışdır. Həmin 80 (səksən) manatın 15 (on beş) manatını tanımadıqları “Qazel” markalı sürücüyə vermişlər. Həmin vaxt onlar Mirməhəmməd İsmayılova həmin əşyaları oğurladıqlarını bildirmiş yerdə qalan pula isə narkotik vasitə almağı qərarlaşdırmışlar. Başqa heçbir cinayət hadisəsi törətməmişdir. Maddi imkanı zəif olduğu üçün zərər çəkmiş şəxsə dəymiş zərəri ödəyə bilməmişdir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhərində ticarət ilə məşğul olaraq ailəsini dolandırır. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yolun sağ tərəfində yerləşən ticarət obyekti ona məxsusdur. Həmin obyekt əvvəllər avtoyuma məntəqəsi və kafe olmuş, lakin sonradan həmin obyekti bərpa edib, təmir etdirmək üçün 2022-ci ilin avqust ayında sökdürmüşdür. Obyekti sökdürən zaman içərisindən xeyli sayda dəmir borular, dəmir barmaqlıqlar armaturlar və qapılar çıxmış, həmin əşyaları o, obyektin içərisinə yığmışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ona məxsus olan Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən obyektinə baxan zaman 1 ədəd 500 (beş yüz) manat dəyərində seyf qapının, 1 ədədinin dəyəri 100 (yüz) manat olan 15 ədəd 1500 (min beş yüz) manat dəyərində dəmir barmaqlıqlar, 1 ədədinin dəyəri 200 (iki yüz) manat olan 5 ədəd 1000 (min) manat dəyərində dəmir fermalar,1 metrinin dəyəri 2 (iki) manat olan 6 (altı) metr uzunluğunda 15 ədəd 180 (yüz səksən) manat dəyərində dəmir armaturlar, 1 metrinin dəyəri 4 (dörd) manat olan 6 metr uzunluğunda 3 ədəd 72 (yetmiş iki) manat dəyərində dəmir borularının və avtoyuma məntəqəsində avtomobillər üzərində durması üçün nəzərdə tutulmuş 1 ədədinin dəyəri 200 (iki yüz) manat olan 2 ədəd 32 diametr ölçüdə 6 metr uzunluğunda 400 manat dəyərində dəmir tramplinlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra o baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə və Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən obyektə hasardan aşma yolu ilə obyektin həyətyanı sahəsinə daxil olunmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3652 (üç min altı yüz əlli iki) manat dəyərində maddi ziyan dəymiş, əvvəllər belə bir hadisə baş verməmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Üçtəpə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhəri, Gəc zavodunun yaxınlığında yerləşən “Zümrüd” restoranının qarşısında yerləşən əlvan-metal qəbulu sexində işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sexdə olan zaman üç nəfər tanımadığı şəxs “Qazel” markalı nömrəsini xatırlamadığı yük maşını ilə sexə gəlmişlər. Həmin şəxslərdən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 ona özünə məxsus olan bir ədəd dəmir seyf qapını, həmin qapının çərçivəsini, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri satmaq istədiyini bildirmişdir. O da adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin surətini verməsini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 ona həmin əşyaların özünə məxsus olmasını və yaşadığı evdən gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona özünə məxsus olan sürücülük vəsiqəsinin surətini vermiş və daha sonra o həmin əşyaları tərəziyə qoymuş və həmin əşyaların ümumi çəkisi təxminən 240 kiloqram gəlmiş, həmin əşyalara o 80 (səksən) manat verərək almışdır. O, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 işlədiyi Gəncə şəhəri, Gəc zavodunun yaxınlığında yerləşən “Zümrüd” restoranının qarşısında yerləşən metal qəbulu sexində bir ədəd dəmir seyf qapı, həmin qapının çərçivəsi, dəqiq sayını xatırlamadığı dəmir borular və profil dəmirləri 80 manat qiymətə almış və həmin əşyaları Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsinin surətini alaraq almışdır. Təqsirləndirilən şəxs1 həmin əşyaların özünə məxsus olmasını ona bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər və ya sonra ona hər hansı bir əşya satmamış, hər hansı bir alış verişləri olmamışdır. Təqsirləndirilən şəxs1 ona həmin əşyaları satacağını əvvəlcədən bilmirmiş, bu barədə Təqsirləndirilən şəxs1 hər hansı bir vəd verməmiş və bununla bağlı aralarında hər hansı bir razılaşması olmamışdır. Təqsirləndirilən şəxs1 ona sadəcə yuxarıda qeyd etdiyi əşyaları satmaq istədiyini bildirmiş və o da Təqsirləndirilən şəxs1 sadəcə həmin əşyaları almış, başqa hər hansı bir əşya almamışdır. Təqsirləndirilən şəxs1 yanında həmin vaxt başqa iki nəfər də var imiş. Məhkəmə baxışı zamanı Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhəri, Poçt qəsəbəsi, Azərbaycan Əsgəri küçəsində yerləşən “X11” şirkətinə məxsus metal tullantılarının toplama məntəqəsində nəzarətçi işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sexdə olan zaman iki nəfər tanımadığı şəxs “Qazel” markalı nömrəsini xatırlamadığı yük maşını ilə sexə gəlmişdilər. Həmin şəxslərdən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsini ona təqdim edərək, özünə məxsus olan iki ədəd dəmir, iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri satmaq istədiyini bildirmişdir. Həmin şəxslərdən digəri isə kənarda dayanmışdır. Adı sonrdan ona məlum olan Təqsirləndirilən şəxs1 dəmir tramplinlərin oğurluq olub-olmadığını soruşmuş, həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O da Təqsirləndirilən şəxs1 ilə razılaşmış, iki ədəd dəmir tramplinləri tərəziyə qoymuş və əşyaların çəkisi təxminən 200 kiloqram gəlmiş və əvəzində 84 (səksən dörd) manat pul vermişdir. Həmin əşyaları isə səhərisi günü Bakı şəhərində yerləşən şirkətə vaqon vasitəsilə göndərmiş, zavodda isə həmin dəmirləri əritmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Təqsirləndirilən şəxs1 ilə hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. O, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 işlədiyi Gəncə şəhəri, Poçt qəsəbəsi, Azərbaycan Əsgəri küçəsində “X11” şirkətinə məxsus metal tullantılarının toplama məntəqəsində iki ədəd təxminən 6 metr uzunluğunda dəmir trampilinləri 84 manat qiymətə almış, həmin əşyaları Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsinin surətini alaraq almışdır. Təqsirləndirilən şəxs1 həmin əşyaların özünə məxsus olmasını ona bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər və ya sonra ona hər hansı bir əşya satmamış, hər hansı bir alış-verişləri olmamışdır. Təqsirləndirilən şəxs1 ona həmin əşyaları satacağını əvvəlcədən bilmirmiş, bu barədə Təqsirləndirilən şəxs1 hər hansı bir vəd verməmiş və bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs1 ona sadəcə yuxarıda qeyd etdiyi əşyaları satmaq istədiyini bildirmiş və o da, Təqsirləndirilən şəxs1 sadəcə həmin əşyaları almış başqa hər hansı bir əşya almamışdır. Təqsirləndirilən şəxs1 yanında həmin vaxt başqa bir nəfər də olmuşdur. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyat olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 17 küçədə yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Daşkəsən rayonunda kənd təsərrüfatı ilə və Gəncə şəhərində özünə məxsus olan “Qazel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşıyaraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə üzü Gəncə şəhəri, “27-05”-in dairəsi kimi tanınan yerin yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində özünə məxsus “Qazel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yanacaq dolduran zaman bir nəfər tanımadığı şəxs ona yaxınlşaraq “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanından dəmirlərinin olduğunu və həmin dəmirləri götürərək Gəncə şəhəri, Gəc zavodunun yaxınlığında yerləşən metal qəbul sexinə aparmağını xahiş etmişdir. O, 5 manat pul müqabilində həmin əşyaları aparacağını bildirmiş, daha sonra həmin şəxs və onun yanında olan tanımadığı bir nəfər şəxs Qazelə əyləşmişlər və onlarla birlikdə Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanından sola dönərək köhnə obyektin yanına gəlmişlər. Orada həmin iki nəfər şəxs 1 ədəd dəmir barmaqlığı,1 ədəd dəmir seyf qapını, onun çərçivəsini, dəqiq sayını xatırlamadıqları dəmir boruları və profil dəmirləri “Qazel” markalı avtomobilimin yük yerinə yığmış və həmin əşyaları satmaq üçün Gəncə şəhəri, Gəc zavodu adlanan yerin yaxınlığında metal qəbul sexinə vermək üçün yola düşmüşlər. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanında olan bir nəfər “Qazel” markalı avtomobilinə əli ilə işarə edərək saxlamağını bildirmiş, o da avtomobili saxlamış, avtomobilində olan digər iki nəfər şəxs həmin tanımadığı şəxsin onların tanışı olduğunu və onun da avtomobilə minməsini bildirmiş, həmin şəxs avtomobilinin yük yerinə çıxmışdır. Daha sonra onlar Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində Gəc zavodunun yaxınlığında yerləşən metal qəbulu sexinə gəlmişlər. Orada həmin şəxslər dəmirləri avtomobildən düşürtmüş və ona 5 manat pul vermiş, sonra o çıxıb getmişdir. Daha sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər, həmin vaxt ona məlum olmuş ki, həmin şəxslər yuxarıda qeyd etdiyi əşyaları oğurlayıblar. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində iki nəfər tanımadığı şəxs Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafenin yanından sola dönərək köhnə obyektin yanından 1 ədəd dəmir barmaqlığı, 1 ədəd dəmir seyf qapını, onun çərçivəsini, dəqiq sayını xatırlamadığın dəmir boruları və profil dəmirləri “Qazel” markalı avtomobilinin yük yerinə yığmış və həmin əşyaları satmaq üçün Gəncə şəhəri, Gəc zavodu adlanan yerin yaxınlığında metal qəbul sexinə aparmağını bildirmişlər, həmin şəxslər həmin əşyaların özünə məxsus olmasını ona bildirmişlər. Həmin şəxsləri o tanımır və həmin şəxslər əvvəllər ona məxsus olan “Qazel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hər hansı bir əşya daşımamışlar. Ona məxsus olan “Qazel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə iki nəfər şəxs yuxarıda qeyd olunan əşyaları yığmışlar, digər bir nəfər şəxs isə yolda olan zaman avtomobilə əyləşmişdir, həmin iki nəfər şəxs avtomobilə əşyaları yığan zaman digər bir nəfər şəxs olmamışdır. Həmin əşyaları iki nəfər şəxs avtomobilin yük yerinə yığmışdır və dəmir sexinə də həmin şəxslər boşaltmışlar. Onlara heç kəs kömək etməmişdir. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs2 həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, M.Hacıyev küçəsində yerləşən Təhsil İdarəsinin yaxınlığında olması müəyyən edilərək tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs2 Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları olduğunu deyərək qanunsuz olaraq narkotik vasitələri üzərində daşımaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs2ı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs2 onlarla razılaşaraq şöbəyə gəlmişdir. Şöbənin inzibati binasında olan zaman müdаfiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ kiçik yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmşdir. Şahid6 məhkəməyə Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Səbuhi Əliyev küçəsinin kəsişməsində yerləşən “27- 05” dairəsi yaxınlığında olması müəyyən edilmiş və şəxs onlar tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs1 hüquqları izah edilmiş və o, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 da əynində olan şalvarın sağ yan cibindən bir ədəd bənövşəyi rəngli kağız bükümü çıxarıb təqdim etmiş, həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan şəffaf rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bir gün əvvəl Şəmkir avtovağzalının yaxınlığında yerdən tapdığını, həmin kütləni tanıdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bənövşəyi rəngdə kağız bükümdə olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 1,91 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə sellofon büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid7 məhkəməyə Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilir. Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilir. Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektdən törətdiyi cinayət hadisəsinin görüntülərini özündə əks etdirən video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektə xx.xx.2023-ci il tarixdə saat 10:13 radələrində bir nəfər şəxs əynində qara rəngli paltar olan şəxs obyektin içərisində dəmir materiallardan olan əşyalara baxaraq hasardan aşıb çıxıb gedir. Həmin günü saat 10:44 dəqiqədə obyektin hasarından həmin bir nəfər əynində qara rəngli paltar olan şəxs yenidən hasardan aşaraq obyektin içərisinə daxil olur, onun ardınca isə əynində uzun palto olan və paltonun papağı başına keçirilmiş vəziyyətdə olan bir nəfər şəxs hasardan aşaraq obyektin içərisinə daxil olur. Onlar obyektin içərisindən bir ədəd dəmir seyf qapını götürərək hasarın yanına aparıb qoyurlar. Ardınca isə həmin seyf qapının çərçivəsini götürərək hasardan aşağı atırlar. Daha sonra geri qayıdıb həmin seyf qapını hasardan aşağı atırlar. Daha sonra obyektin içərisində olan dəmirləri bir-bir götürərək hasardan aşağı atırlar. Saat 10:52-də hasardan aşırlar, saat 10:55-də həmin şəxslərdən uzun palto geyinən şəxs çölə çıxaraq ətrafa baş çəkib qayıdır. Saat 11:01 radələrində həmin iki nəfər şəxs obyektin yanında olan küçə ilə çıxıb gedirlər. Bundan sonra görüntü dayanır. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin şəxslərdən paltoda olan şəxsin özü olduğu, digər qara paltar geyinən şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 25 yanvar 2023-cü il tarixli 16/129 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs2 axtarış zamanı üzərindən götürülmüş 1,54 qram psixotrop maddə metamfetamin” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,121 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 25 yanvar 2023-cü il tarixli 16/130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bənövşəyi rəngli kağız bükümdə təmiz çəkisi 1,422 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 15 iyun 2023-cü il tarixli, 1053 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 15 iyun 2023-cü il tarixli, 1054 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4569 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Müvafiq aparılmış tədqiqat nəticəsində, respublika ərazisində yerləşən ticarət məntəqələrində, internet saytlarında, alqı-satqı məntəqələdində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2578, 50 manat müəyyən edilir.O cümlədən: - 1 ədəd eni 1 metr, uzunluğu 2 metr olan dəmir seyf qapının - 1 ədədinin qiyməti 140 manat - 15 ədəd dəmir materialdan olan 1 ədədinin uzunluğu 2,5 metr, hündürlüyü isə 60 santimetr oaln barmaqlıqların - 1 ədədinin qiyməti 80 manat olmaqla 15 ədədinin qiyməti 1200 manat - 5 ədəd dəmir materialdan olan 1 ədədinin uzunluğu 7 metr olan, hündürlüyü 60 santimetr olan dəmir fermaların - 1 ədədinin qiyməti 140 manat olmaqla 5 ədədinin qiyməti 700 manat - 6 metr uzunluğunda 15 ədəd dəmir materialdan olan 1 ədədinin diametri 1,8 santimetr olan armaturların - 1 ədədinin qiyməti 1,5 manat olmaqla 15 ədədinin qiyməti 22,5 manat - 6 metr uzunluğunda 3 ədəd dəmir materialdan olan 1 ədədinin diametri 10 santimetrlik boruların - 1 ədədinin qiyməti 72 manat olmaqla 3 ədədinin qiyməti 216 manat - 2 ədəd 32 diametr ölçüdə 6 metr uzunluğunda dəmir tramplinlərin - 1 ədədinin qiyməti 150 manat olmaqla 2 ədədinin qiyməti 300 manat Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta intevsivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 2578,50 manat müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertinin rəyində əşyaların dəyəri ümumi şərti hesablama yolu ilə nəzəri müəyyən edildiyindən, zərər çəkmiş şəxslərə dəymiş ziyanın məbləği hesablanarkən onların ifadəsində qeyd olunan məbləğlər əsas kimi götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 iyun 2023-cü il tarixli 16/629 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs2 axtarış zamanı üzərindən götürülmüş” yazılar olan kağız paketdəki bir büküm metamfetamin ilə üzərində“ Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 büküm metamfetamin kimyəvi tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1241 və 4078 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmurlar. “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1,322 qram təşkil edən psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və təqsirləndirilən şəxslə müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra Gəncə şəhər BPİ-nə məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1,021 qram təşkil edən psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və təqsirləndirilən şəxslə müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra Gəncə şəhər BPİ-nə məsul saxlanca verilməsi, 24 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən bir ədəd "DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və işə əlavə edilməsi, 24 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən bir ədəd “DVD diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və işə əlavə edilməsi, Şahid1 götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 ədəd dəmir seyf qapını, həmin seyf qapının çərçivəsini, iki ədəd dəmir borular və 1 ədəd profil dəmirləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət təqibi üzrə icraat başa çatanadək saxlanması üçun zərərçəkmiş şəxsə təhvil verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD diski də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 54 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Göygöl Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək 02 (iki) gün olmaqla şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək 05 (beş) ay olmaqla həbsdə saxlanılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi zərər ödənilməmişdir, odur ki, həmin şəxslərdən şikayətçidir. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 08 mart 2011-ci il təvəllüdlü Nərmin adlı azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektin içərisinə qanunsuz daxil olaraq oradan 1 ədəd dəmir seyf qapını çərçivəsi ilə birlikdə, dəqiq sayını xatırlamadığım dəmir borular, dəmir tramplinləri və profil dəmirləri oğurladığını, yerdə qalan əşyaları isə oğurlamadığını bildirsə də məhkəmə təqsirləndirilən şəxsin həmin hissədə ifadəsini toplanmış mötəbər sübutlarla təkzib edildiyindən özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektin içərisinə qanunsuz daxil olaraq oradan 1 ədəd dəmir seyf qapını çərçivəsi ilə birlikdə, dəqiq sayını xatırlamadığım dəmir borular və profil dəmirləri oğurlamışıq, yerdə qalan əşyaları isə oğurlamadığını bildirsə də məhkəmə təqsirləndirilən şəxsin həmin hissədə ifadəsini toplanmış mötəbər sübutlarla təkzib edildiyindən özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə psixotrop maddə olan metamfetamin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi və cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosialhüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayəthüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardığı gündən iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, o cümlədən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətdiyinə görə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi yaratmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 barəsində isə həbs qətimkan tədbiri seçilməli və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 1,322 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 1,021 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, iş üzrə maddi sübut kimi tanınaraq ibtidai istintaq zamanı alınmış bir ədəd dəmir seyf, bir ədəd həmin seyf qapının çərçivəsi, iki ədəd dəmir boru və bir ədəd profil dəmirin sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs1 tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs2 tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Eyni zamanda, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul və məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 45 (qırx beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilərək, onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 1,322 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 1,021 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd dəmir seyf, bir ədəd həmin seyf qapının çərçivəsi, iki ədəd dəmir boru və bir ədəd profil dəmirin sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs1 tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs2 tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul və məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Cinayət işi üzrə zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxslərə isə hökmün verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-36/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-36/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver