Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-362/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 76-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Səfəvilər küçəsi, ev 160-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində BC kateqoriyalı, BD802423 nömrəli sürücülük vəsiqəsi əsasında sürücülük hüququ olmaqla X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ƏN-Vİ 112839 nömrəli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə ilə ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “VAZ 21074” minik markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə "xxxx" MMC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən “Grand Qafqaz” Ticarət Mərkəzinin ərazisindən çıxıb həmin küçədə sola dönmə əməliyyatı edərkən yol şəraitini nəzərə almadan diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmaqla avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini pozub hərəkət təhlükəsizliyini təmin etməyən formada idarə edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozduğuna görə idarəetməni itirib avtomobili yolun sağ hissəsində yerləşən səkiyə çıxarıb həmin vaxt qeyd edilən səki ilə hərəkətdə olan piyada X6 ehtiyyatsızlıqdan vurmuş və ehtiyyatsızlıq nəticəsində Şahismayıl Xeyirxəbərova birgə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən ənsə sümüyünün qəlpəli sınığı, ənsə nahiyəsində epidural hematoma, baş beynin yumşaq qışasına, alın və ənsə nahiyələrində qansızma, beyin mədəciklərinə qansızma, alın və sağ təpə nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin sağ tərəfində 1, 2, 3, 4, 5, 6, 7-ci qabırğaların orta körpücük xətlə, döş qəfəsinin sol tərəfində isə 2, 3, 4, 5, 6, 7-ci qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sol oturaq sümüyünün və sol sirkə kəsasının xətt sınıqları xəsarətləri yetirməklə Şahismayıl Xeyirxəbərovun almış olduğu həmin xəsarətlərlə əlaqədar açıq küt kəllə-beyin travması nəticəsində ənsə sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan baş beynin yumşaq qışasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma nəticəsində ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisəyə qədər özünə məxsus Vaz 21074 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərmişdir. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində idarə etdiyi VAZ 21074 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Grand Qafqaz” adlanan bazarın içərisindən yola çıxmaq üçün işiqforda dayanmış, işıqforun onun hərəkəti üçün yaşıl işığı yandıqda sola dönmə işıq siqnalını yandırıb yolayrıcına daxil olmuş və beton arakəsməni keçib sol yola dönmə əməliyyatı etmişdir. Həmin vaxt necə olmuşsa idarəetməni itirmiş, avtomobil yolun hərəkət hissəsindən çıxmış və sağ səki daşlarını aşıb səkiyə çıxmışdır. Avtomobil səkiyə çıxdıqdan sonra bir neçə metr səki ilə düzünə hərəkət edib səki ilə piyada gedən tanımadığı yaşlı bir şəxsi vurub yenidən yolun hərəkət hissəsinə keçmişdir. Həmin piyada aldığı zərbədən yerə yıxılmış və təpə nahiyəsindən qan gəlməyə başlamışdır. Avtomobil yolun hərəkət hissəsinə qayıtdıqdan sonra digər səki daşlarına dəyib dayanmış və elə həmin an o, avtomobildən düşüb yaralı vəziyyətdə olan piyadaya köməklik etməyə başlamışdır. Həmin vaxt oraya tanımadığı şəxslər toplaşmış və təcili tibbi yardım avtomobili çağırıb həmin şəxsi xəstəxanaya aparmışlar. O da yoldan keçən başqa bir avtomobil ilə həmin yaralı şəxsin arxasınca xəstəxanaya getmişdir. Daha sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və o özünü polis əməkdaşlarına təqdim edib yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq zərərçəkmiş şəxs bir neçə gün sonra vəfat etmişdir. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, mərhum zərər çəkmiş şəxsin xəstəxana, dəfn və yas xərclərini qarşılamasını nəzərə alaraq barəsində qanunamüvafiq hökmün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, mərhum Şahismayıl Xeyirxəbərov onun doğma atasıdır. Mərhum atası vəfat edənədək onunla eyni evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində mərhum atası Şahismayıl evdən çıxıb saçını kəsdirmək üçün bərbərə getmişdir. Həmin vaxt özü evdə olmamış və evdən ailə üzvləri ona zəng edərək atasının yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Gəncə şəhərində X15 aparıldığını bildirmişlər. O tez həmin xəstəxanaya getmiş və orada alasının vəziyyətinin yaxşı olmadığını öyrənmişdir. Atası təxminən bir həftədən artıq həmin xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmış və ev şəraitində müalicəsini davam etdirmişdir. Lakin xx.xx.2022-ci il tarixdə atası Şahismayıl evdə vəfat etmişdir. Bundan sonra keçirilmiş ekspertiza ilə atasının ölümünə səbəb yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən beyninə qan sızma olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş zərər ödənilmişdir.Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər BPİ-nin DYPŞnin inspektoru Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi hissəsindən efir vasitəsi ilə Vəli Xuluflu küçəsində “Grand Qafqaz” Ticarət Mərkəzinin qarşısında piyada vurma hadisəsi olması barədə məlumat almış və dərhal qeyd edilən hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda orada yerdə qan izlərinin olduğunu və VAZ 21074 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində qəzalı vəziyyətdə dayandığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, xəsarət almış şəxs və sürücü A.Səhhət adına xəstəxanaya getmişlər. Həmin vaxt hadisə yerinə müstəntiq gəlmiş, hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Sonra isə qeyd edilən xəstəxanaya gedib sürücü Təqsirləndirilən şəxs orada müəyyən etmişdir. Belə ki, həmin vaxt qeyd edilən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onu görən kimi yaxınlaşaraq özünü təqdim elmiş və sənədlərini verib yol nəqliyyat: hadisəsini törətdiyini bildirmişdir. Bundan sonra o həmin şəxsi xidməti avtomobil ilə Gəncə şəhər Baş Polis İdarəsinə gətirib təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri,V.Xuluflu küçəsində yerləşən Grand Qafqaz Ticarət Mərkəzinin qarşısıdır. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti isə qurudur. Yolun eni 8.5 metrdir. Yolda avtomobillərin hərəkəti iki istiqamətdə təşkil edilmiş, hərəkət hissəsi ayrıcı beton sədd ilə ayrılır. Yolun hərəkət hissəsində ayrıcı beton səddə yaxın çəp istiqamətdə tünd göy rəngli VAZ 21074 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, bundan başqa, yolayrıcından 10 metr məsafədə sağ səki daşının zədələndiyi, həmin nöqtədən 23 metr irəlidə isə səkini üzərində və yolun səkiyə yaxın hissəsində qanabənzər ləkələr müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəi haqqında xx.xx.2022-ci il tarixli, 2523/2022 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs, hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş X20 İdarəsinin İmişli RQİTBŞ tərəfindən xx.xx.2022-ci il tarixdə BD 802423 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, həmin sənədin etibarlılıq tarixi xx.xx.2032-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-1479/2023-cü nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BD 802423 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən, xx.xx.2032-ci il tarixədək verilmiş onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Video diskə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, görüntüdə əks olunan yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan, ayrıcı yol elementi ilə iki hissəyə ayrılmış ikitərəfli yol və yolayrıcıdır. Yolayrıcının videomüşahidə kamerasının qeydə aldığı istiqamətində sağ tərəldə işıqforun qırmızı qadağanedici işığında VAZ 21074 markalı, dövlət qeydiyyat nişanı tam aydın görünməyən avtomobilin dayandığı, həmin vaxt sol tərəf səki ilə videomüşahidə kamerasının qeydə aldığı istiqamətinə bir nəfər piyadanın hərəkətdə olduğu, bu vaxt işıqforun yaşıl işığında həmin VAZ 21074 markalı avtomobilin hərəkətə başlayıb sola dönmə əməliyyatı etdiyi, həmin vaxt idarəetməni itirib avtomobilin piyada hərəkətdə olan səkiyə çıxaraq bir neçə metr düzünə hərəkət etdiyi və səkidə olan piyadanı vurub yerə yıxdığı məlum olur. Bu vaxt hadisə yerinə kənardan şəxslər toplaşır, bir qədər sonra isə videogörüntü başa çatır. “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsin 15 noyabr 2022-cü il tarixli 92 nömrəli ekspert rəyindən görünür ki, mərhum Ş.V.Xeyirxəbərovun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ənsə sümüyünün qəlpəli sınığı, ənsə nahiyəsində epidural hematoma, baş beynin yumşaq qışasına, alın və ənsə nahiyələrində qansızma, beyin mədəciklərinə qansızma. alın və sağ təpə nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin sağ tərəfində 1, 2, 3, 4, 5, 6, 7-ci qabırğaların orta körpücük xətlə, döş qəfəsinin sol tərəfində isə 2, 3, 4, 5, 6, 7-ci qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sol oturaq sümüyünün və sol sirkə kəsasının xətt sınıqlarıdır. Həmin xəsarətlər həyatıdır, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Ş.V.Xeyirxəbərovun ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində ənsə sümüyünün qəlpəli sınığı ilə müşayiət olunanbaş beynin yumşaq qişasına, beyin mədəcəklərinə və beyin toxumasına qansızma olmuşdur. Mərhum X1 müalicə zamanı müxtəlif dərman preparatları qəbul etdiyindən onun mövcud hadisədən qabaq spirtli içkilər və narkotik maddələr qəbul edib-etməməsini müəyyən etmək mümkün deyildir. X2 meyitinin ekspertizası zamanı onun bədənində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı da əmələ gələ bilər. “Məhkəmə-yol nəqliyyat hadisələri” ekspertizasının 02 fevral 2023-cü il tarixli, 8/3475 nömrəli rəyindən görünür ki, təqdim olunmuş VAZ-21074 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemləri hadisədən əvvəl saz vəziyyətdə olmuş, yəni avtomobilin sükan və tormoz sistemlərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21074 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxilı İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7, mərhum zərərçəkmiş şəxsin oğlu X9 və mərhum zərərçəkmiş şəxsin arvadı X16 tərəfindən ayrı-ayrılıqda notarial qaydada təsdiq edilmiş və məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar, təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbləri yoxdur. 12 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən video görüntünün olduğu bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli, həmçinin də həmin Məhkəmənin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, həmin maddənin İİİ-cü hissəsində isə göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Van de Hurk Niderlanda qarşı» işi üzrə xx.xx.1994-cü il tarixli qərarında isə məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər bir qərarında yəni, «Kondraşinanın Rusiya Federasiyasına qarşı işi üzrə» qərarında isə məhkəmə qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aililiyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidir ki, o mübahisə edilməsin. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsi, avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün oraya təcili tibbi yardım çağırması və daha sonra xəstəxanaya getməsi, oraya gəlmiş polis əməkdaşlarına cinayətin onun tərəfindən törədilməsi barədə məlumat verib onların iştirakı ilə hadisə yerinin baxışında iştirak etməsi, xəstəxanaya aparılmış zərərçəkmiş şəxs isə xəstəxanada göstərilən tibbi yardımlardan sonra evində bir həftə müalicə alması və daha sonra beyninə qansızma nəticəsində vəfat etməsi işin təkzibedilməz hallarıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatda qalması üçün üzərinə düşən və mümkün edilə biləcək tədbirləri görərək, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətləri etmiş, onun xəstəxanaya aparılmasını təşkil etmiş lakin xəstəxanada həkimlər tərəfindən göstərilən tədbirlərdən bir həftə sonra evində vəfat etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də məhkəmə, CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər etməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən video görüntünün olduğu bir ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən video görüntünün olduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 230 (iki yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X14, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-362/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-362/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver