Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-364/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X1 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, təqsirləndirilən şəxs X4 və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: X10 istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 10.07 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında 22 oktyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Humanitar Kollecin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3cü Polis Bölməsinin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli üst idman geyiminin ön sağ cibindən 1 ədəd sellofan bükümdə,təmiz çəkisi 10,07 qram olan bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməli özünün iş üzrə verdiyi etirafedici ifadəsi ilə yanaşı, toplanmış digər mötəbər dəlillərlə - şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam olaraq təsdiq olunmuşdur. Belə ki,məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X10 Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci mаddəsi ilə elan edilmiş ittihаm üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir.2023-cü ilin oktyabr ayında Gəncə şəhər İdman Kompleksinin arxasında piyada gedən zaman yolun kənarında olan bir sellofan torbasının dolu olması onun diqqətini çəkmişdir. Ona görə də həmin sellofan torbanı götürüb açmış və sellofan torbanı açan zaman içərisində narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana olduğunu görmüşdür. O tapdığı həmin marixuana sellofan torbasını istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Bundan sonra o, Gəncə şəhəri Şahsevənlər küçəsində yerləşən Gəncə şəhər GDU nəzdində X8 yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər 3-cü Polis Bölməsinə aparmışlar. Orada vəkillə təmin edildikdən sonra vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli üst idman geyiminin sağ yan cibində saxladığı sellofan torbanı çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək zərfə qoyulmuş və üzəri möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar olunmuş cib dəsmalı, 1 ədəd alışqan və 5 manat pul isə iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Etdiyi əməldən peşmandır. Psixi xəstədir. Ona görə də dərmanlar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaq zamanı şahid X12 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin sahə rəisi, polis mayoru Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, X8 yaxınlığında olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü PB-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl müdafiəçi ilə təmin olunmuş, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki üst idman geyiminin sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan torbanı çıxarıb təqdim edərək həmin torbanın içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Gəncə şəhər İdman Kompleksinin arxasında düzənlikdən yerdən tapdığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsini X6 verdiyi ifadəyə uyğun ifadə verərək, onun göstərdiyi xususatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X10 xx.xx.2023-cü tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Gəncə BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Nicat Allahverdiyev, 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və 3-cü PB-nin sahə rəisi polis mayoru Şahid1,3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2, Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli üst idman geyiminin sağ yan cibindən ağ rəngli sellofan torbanı çıxararaq təqdim edir. Həmin torbaya baxış zamanı bükümün içərisində, narkotik vasitə olan “marixuana”-ya bənzər kütlə aşkar olunur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitə olan “marixuana”-ya bənzər kütləni xx.xx.2023-cü il tarixdə gündüz vaxtı Gəncə şəhər İdman Kompleksinin arxasında düzənlikdən tapmış və şəxsi istifadəsi üçün üzərində gəzdirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “marixuana”-ya bənzər kütlə çəkilərək 12.81 qram gəlir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində ilk baxışdan narkotik vasitə “marixuana”-ya bənzər kütlə zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in Zərflər üçün 182 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 16/1103 nömrəli rəyində göstərilmişdir ki,tədqiqata təqdim olunmuş, üzərində “....Təqsirləndirilən şəxs Qəmbər oğlunun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş,...” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli 2041 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixoloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli 15 saylı rəyində göstərilmişdir ki, İ. Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli 777 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda bələdliyin pozulmaması, ünsiyyətə həvəslə daxil olaraq verilən suallara ətraflı və ardıcıl cavablar verməsi, əhvalının nisbətən davamsız olması, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, yaddaşında kobud pozuntu aşkar edilməməsi, təfəkküründə konkretliyə meyillik müşahidə olunması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) bəzən səhvlər etməsi, bununla yanaşı məişət problemlərini sərbəst həll etmək qabiliyyətində olması, maraq dairəsnini nisbətən daralması, abstrakt və məntiqi təfəkkürünün bir qədər zəifləməsi, atalar sözlərinin manasını tam düzgün izah edə bilməməsi, psixoproduktiv simptomatika müəyyən olunmaması, törətdiyi əməldən peşiman olduğunu söyləməsi, intellektinin xronoloji yaşından yüngül geri qalması, İQ= 69% s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkirmi. Əgər əziyyət çəkirsə həmin xəstəlik necə adlanır? Cavab. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyindən əziyyət çəkmişdir. O, hal-hazırda da YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyindən əziyyət çəkir. Sual
2. Zeynallı idadi Qənbər oğlu hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadırmı, əni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdurmu və hal hazırda anlaqlıdırmı? Cavab. Zeynallı idadi Qənbər oğlu YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən o, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Sual 3. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşürmü? Cavab. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterlik məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin dəyişdirilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli, 57/1-8761/24 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. X4 hər hansı şəxsə və ya şəxslərə narkotik vasitəsinin satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitəni digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü, CM-nin 93-3 m 2 hissəsi ilə 02 il müddətə azadlıqdan məhrum edilmişdir.Bundan başqa o, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum edilmişdir. 14 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə müəssisədən azad edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci ildən PND-də “Yüngül əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. “Sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,03 qram olan narkotik vasitə marixuana və X4 üzərinə şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut növü kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 10.07 qram olan qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X4 əməlini etiraf etməsini, səmimi peşmançılığını, YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərara əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Həmin qərarın 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluqda götürülmüşdür. Ona görə də X10 məhkumluğu götürülmüş hesab edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, X10 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X10 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X7 elektron nəzarət vasitəsi tətbiq edilməli, X7 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X7 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, psixi xəstə olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli qərarına əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi üzrə narkoliji dispanserdə qedyiyyatda alınmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 10,03 qram narkotik vasitə olsan qurudulmuş maruxuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, X4 üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. X4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X15 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 10.03 qram qurudulmuş marixuana narkotik vasitə məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul X3 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.FT Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - "Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən şikayət və protest verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elxan Əlizadə