Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-365/2023 12.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən 01 (bir) ədəd ov bıçağını əldə edib gəzdirərək satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən istifadəyə yararlı ümumi təyinatlı ov bıçağını əldə edib bir müddət Gəncə şəhəri ərazisində üzərində daşıdıqdan sonra 2022-ci ilin noyabr ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri, Tağı Arani küçəsində 35 (otuz beş) manata Şahid1 satmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və metal tullantıları yığıb satmaqla dolanışığını təmin edir. Şahid1 Gəncə şəhərində qonşusu olmaqla onunla münasibətləri yaxşıdır. 2022-ci ilin noyabr ayının ortalarında Gəncə şəhəri keçmiş Kəpəz rayonu inzibati vahidinin ərazisində yerləşən “Rəməlik” adlanan yerdə olan zibillikdən taxta, metal qırıntıları yığan zaman ümumi uzunluğu təxminən 30 sm olan və üzərində kompas olan qara rəngli bir bıçaq tapmışdır. Həmin bıçağı götürüb, yaşadığı evə gətirmişdir. Təxminən bir həftə sonra, qonşusu Şahid1 həmin bıçağı onda görüb, bıçaqdan xoşu gəldiyini bildirərək, bıçağı ona satmağını xahiş etmişdir. Əvvəlcə razılaşmamış, lakin sonradan pula çox ehtiyacı olduğu üçün Pərvinə zəng edib, bıçağı 35 (otuz beş) manata satmağa onunla razılaşmışdır. Elə həmin gün telefon danışığından təxminən bir saat sonra yaşadığı Gəncə şəhəri, Tağı Arani küçəsində dəmiryolunun yaxınlığında Pərvinlə görüşüb bıçağı sonuncuya satmışdır. Həmin vaxt bıçağı almaq üçün Pərvin ona 20 manat pul vermiş, qalan 15 manat pulu isə razılaşdıqları kimi 2-3 gün sonra ona gətirib vermişdir. Tapdığı bıçağı Pərvinə satdıqdan 2-3 gün sonra isə eşitmişdir ki, Pərvin həmin bıçağı Gədəbəy rayonuna aparıb və orada polis əməkdaşları Pərvinin üzərində bıçaq gəzdirdiyini görüb, onu saxlayaraq, polis şöbəsinə aparıb barəsində cinayət işi başlamışlar. Bundan sonra o, polis şöbəsinə çağırılmış və özü orada hər şeyi olduğu kimi polis əməkdaşlarına etiraf edib, bıçağı Pərvinə özünün satdığını demişdir. Hazırda etmiş olduğu əmələ görə peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Gədəbəy rayon, Böyük Qaramurad kəndində qeydiyyatda olsa da, hazırda Gəncə şəhəri, Tağı Arani küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin noyabr ayının ortalarında qonşusu olan Təqsirləndirilən şəxs qara rəngli üzərində kompas olan bir bıçaq görmüş və həmin bıçaqdan xoşu gəlmişdir. 24 noyabr 2022-ci il tarixdə yaşadığı küçədə Mədətlə görüşən zaman həmin bıçağı ona satmasını xahiş etmişdir. Mədət əvvəlcə bıçağı satmaq istəməmiş, lakin bir neçə gün sonra onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəg edib, bıçağı satmaq istədiyini bildirmişdir. Telefon danışığı zamanı o, Mədətlə bıçağın qiymətini 35 (otuz beş) manata razılaşmışdır. Bundan sonra həmin gün onlar yenidən dəmiryolunun yaxınlığında görüşmüş və o, həmin bıçağı Mədətdən almışdır. Həmin gün o, Mədətə 20 (iyirmi) manat pul, 2-3 gün sonra isə qalan 15 (on beş) manat pul vermişdir. Daha sonra 27 noyabr 2022-ci il tarixdə dayısı Şahid4 ilə birlikdə Gədəbəy rayonu Arıqıran kəndinə qohumlarının toy məclisinə getmişdir. Həmin vaxt dayısı Şahid4 onun üzərində bıçaq olmasını bilməmişdir. Toyda o, spirtli içki qəbul etmiş və avtomobildə nalayiq ifadələr işlətmişdir. Bu zaman dayısı Elşən onunla mübahisə etmiş və onu Alnabad kənd orta məktəbinin yanında avtomobildən düşürmüşdür. Bundan sonra o, piyada Kiçik Qaramurad kəndinin mərkəzinə gəlmişdir ki, oradan taksi ilə Gəncə şəhərinə gəlsin. Bu zaman o, bıçağı kəmərindən çıxararaq, şalvarının arxa sol cibində kəsici hissəsi yuxarı vəziyyətdə qoymuşdur. Kiçik Qaramurad kəndinin mərkəzində polis əməkdaşları cibində olan bıçağı görərək, özlərini təqdim etmiş və yaxınlaşaraq onu Gədəbəy RPŞ-yə aparmışlar. Polis şöbəsində o, üzərində olan bıçağı təqdim etmiş, həmin bıçağı haradan almasına dair izahat vermiş, bundan sonra isə onun Gədəbəy rayon polis şöbəsində cinayət işi başlanmışdır. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində “Dəmiryolaltı” adlanan yaşayış ərazisində qeydiyyatda olmaqla həmin ərazidə ünvansız fərdi yaşayış evində yaşayır. Şahid1 onun bacısı oğludur. 27 noyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə **-LT-*** dövlət nömrə nişanlı VAZ 21071 markalı avtomobili ilə yaşadığı Gəncə şəhərindən Gədəbəy rayonu Arıqıran kəndinə qohumunun toy məclisinə getmiş və həmin vaxt Pərvin də onunla birlikdə həmin toya getmişdir. 27 noyabr 2022-ci il tarixdə saat 18 radələrində toydan qayıdarkən Pərvin avtomobildə sərxoş halda nalayiq ifadələr işlətmiş, həyat yoldaşı X2 avtomobildə olduğu üçün o, Pərvinin hərəkətinə əsəbləşmiş və sonuncu ilə aralarında sözlə mübahisə yarandığı üçün onu Gədəbəy rayonu Alnabad kənd orta məktəbinin yanında avtomobildən düşürüb getmişdir. O, avtomobildən düşərkən Pərvinin şalvarının kəmərində qara rəngli bıçaq olduğunu görüb həmin bıçağı kimdən aldığını, nə üçün üzərində gəzdirdiyini soruşanda Pərvin ona həmin bıçağı qonşusu Təqsirləndirilən şəxs aldığını və xoşu gəldiyi üçün üzərində toya gətirdiyini demişdir. Həmin gün o, Gəncə şəhərinə gəlib çatdıqdan sonra eşitmişdir ki, Gədəbəy rayonu Kiçik Qaramurad kəndində polis əməkdaşları Pərvinin üzərində bıçaq olduğunu aşkar edib onu Gədəbəy rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspert rəyi, protokollar, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2022-ci il tarixli 16/1397 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-33/2-40/2023 nömrəli məktubundan görünür ki, Qasımov X3 şəhər poliklinkasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Gədəbəy Rayon Məhkəməsinin 1(042)-27/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Şahid1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək;elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzanın icrası müddəti Şahid1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Şahid1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməsi, iş üzrə soyuq silah hesab edilən bir ədəd bıçaq hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməsi, iş üzrə 31,5 manat ekspertiza xərci Şahid1 alınaraq, dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd ov bıçağını əldə edib gəzdirərək satması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən istifadəyə yararlı ümumi təyinatlı ov bıçağını əldə edib bir müddət Gəncə şəhəri ərazisində üzərində daşıdıqdan sonra 2022-ci ilin noyabr ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri, Tağı Arani küçəsində 35 (otuz beş) manata Şahid1 satmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.4-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Başqa sözlə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Daşkəsən rayonunun və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işi üzrə soyuq silah hesab edilən bir ədəd bıçağın Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-27/2023 nömrəli hökmü ilə məhv edilməsinə qiymət verilməsi nəzərə alınmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Daşkəsən rayonunun və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə soyuq silah hesab edilən bir ədəd bıçağın Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(042)-27/2023 nömrəli hökmü ilə məhv edilməsinə qiymət verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-365/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-365/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver