Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-366/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum edilməmiş, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən salış məqsədi olmadan xeyli miqdarda, yəni bir ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 6.09 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Gəncə şəhəri, 38 saylı Hərbi Şəhərcikdə yerləşən “Delfin” kafesinin yaxınlığında yolun kənarında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 6,09 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vastə istifadə etmişdir. O, xx.xx.2024 tarixdə Samux rayonu Qarayeri qəsəbəsində olan Quşqara çayının kənarında gəzən zaman həmin yerdə çayın kənarında yerdə olan siqaret qutusu görmüş, həmin siqaret qutusu diqqətini cəlb etmiş, həmin qutunun içərisində siqaret olub-olmamağını yoxlamaq üçün həmin siqaret qutusunu yerdən qaldırmışdır. O, həmin siqaret qutusunun içərisində narkotik vasitə marixuana olduğunu görüb gələcəkdə istifadə etmək məqsədilə cibinə qoymuşdur. Bir gün sonra yəni, 22 fevral 2022-ci il tarixdə yol ilə gedən zaman Gəncə şəhəri 38-ci hərbi şəhərcikdə olan “Delfin” kafesinin yaxınlığında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və onlar xidməti vəsiqələrini ona göstərib özlərini Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona onlarla birlikdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasına aparmışlar. Orada onun hüquqlarının müdafiəsi üçün ona vəkil təyin edilmişdir. Şöbədə çəkiliş aparılarkən üzərindəki narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in 2-ci Polis Şöbəsinin CAB-in kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün hadisəni tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında Gəncə şəhəri, Hərbi Şəhərciyin yaxınlığında saxlayaraq Şöbəyə aparmışlar. Təqsirləndirilən şəxs Polis Şöbəsində üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara təqdim etmişdir. Hüseyinov Ramil narkotik vasitəni istifadə üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in 2-ci Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsi elan edilmiş, ifadəsində göstərilmişdir ki, o hazırda Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Göstərir ki, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatından məlum olmuşdur ki, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz olaraq narkotik vasitə əldə edir, üzərində daşıyır, saxlayır və istifadə edir. Ona görə də müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün tərəfindən 22 fevral 2024-cü il tarixdə raportla Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə olunmuş və tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 22 fevral 2024-cü il tarixdə qərar qəbul olunmuşdur. Rəhbərlik tərəfindən qərar təsdiq olunmuş, 22 fevral 2024-cü il tarixdə saat 23-00 radələrində CAB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, 38-ci Hərbi Şəhərcikdə yerləşən “Delfin” kafesinin yaxınlığında yol kənarında Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və raportla məruzə olunmuşdur. Polis Şöbəsində təhqiqatçı polis mayoru Rasim Məmmədovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, bu barədə bildiriş ona təqdim olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş narkotik vasitə, digər əşya və ya predmetlər varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Büküm açıldıqda içərisində ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan narkotik vasitə nəşədir, qurudulmuş marixuanadır, həmin narkotik vasitəni 21 fevral 2024cü il tarixdə yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində olan “Quşqara” çayının kənarında siqaret qutusunun içərisində tapmış, ondan istifadə etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə olan marixuanaya bənzər kütlə şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 6.54 qram olmuşdur. Tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç nə aşkar olunmamışdır. Həmin bükülü ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmış, imzalarla təsdiq edilmiş və Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs ondan aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - 22 fevral 2024-cü il tarixli “şübhəli şəxsi tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 24 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs qızı MSY-dən azad edilmişdir. - Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin TB-in təhqiqatçısı, polis mayoru X4, həmin Şöbənin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin kiçik inspektoru polis baş serjantı Şahid2, Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hansı səbəbə, harada nə vaxt saxlandığı, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. İştirakçılar özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunur ki, üzərində narkotik vasitə,qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü təqdim edir. Təhqiqatçının sualına cavab olaraq isə həmin bükümün içərisində narkotik vasitə nəşə olmasını, ondan istifadə etmədiyini, ondan aşkar olunan narkotik vasitəni 21 fevral 2024-cü il tarixdə yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsindəki Quşqara çayının kənarında yerdən siqaret qutusunun içərisindən tapdığını bildirir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilir. Kütlə Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və digər iştirakçıların iştirakları ilə elektron tərəzidə çəkilir və tərəzidə çəkisi sellofanla birlikdə 6.54 qram olduğu görünür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində əməliyyat müvəkkili tərəfindən axtarış aparılır, onun üzərindən əlavə heçnə aşkar edilmir. Həmin kütlə ağ rəngli zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılır. Üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra DİN-in 120 nömrəli möhürü ilə möhürlənir. Məhkəmə-bioloji ekspertizasının 23 fevral 2024-cü il tarixli 16/256 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində, " Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş bir büküm kütlə ..” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 6,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Gəncə şəhər Narkoloji Dispanserinin 01 may 2024-cü il tarixli, 1593 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 3370 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyatda durmur. -Məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2024-cü il tarixli, 658 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Üçüncü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Psixotrop maddələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən psixotrop maddələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında narkotik vasitə marixuananın xeyli miqdarının aşağı həddi 5, yuxarı həddi 50 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yen icinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı övladının olmasını və onun 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırlması cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2024-cü il tarixli, 658 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 6,09 qram narkotik vasitə olan qurudulmuş marixuana tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6.07 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD diskisə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32.40(otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 108(yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdən 24 fevral 2024-cü il tarixədən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncəşəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 6,09 qram narkotik vasitə olan qurudulmuş marixuana tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6.07 qramı qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD diskisə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-366/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-366/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver