Məhkəmə qərarları › İş №1(125)-367/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-367/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-367/2024 07.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Dəmir yol altı 187 km-də qeydiyyatda olmaqlaNatavan 2 qəsəbəsində, ünvansız fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına verməqətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilmiş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə gecə saat 03:00 radələrində Gəncə şəhəri, Natavan 2 qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs məxsus VAZ 2106 markalı **-CG-*** d.q.n-lı süd rəngli avtomobildən 1 ədəd pioner markalı maqnitafonu, 1 ədəd Sony markalı səsgücləndirici və 8 ədəd Pioner markalı kalonkanı qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1600 (min altı yüz) manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın mahiyyətinin aydın olduğunu və özünü həmin maddə ilə təqsirli bildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, borcu olduğu üçün oğurluq etməyi qərara almışdır. O, Zərərçəkmiş şəxs maşınından maqnitafon, səsgücləndirici və kalonka oğurlamışdır.Sonda o, maddi imkanının aşağı olduğu üçün məcbur olub oğurluq etdiyini,əməlindən peşman olduğunu birdə oğurluq etməyəcəyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş zərəri ödədiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun oğurluğu törətdiyi vaxt təxmini yanvar ayı idi. Onun Dosməmməd ilə əvvəllər əlaqəsi olmuşdur. O, Dostməmmədin maşınını əvvəllər istifadə etmişdir. O, maşından oğurladıqlarını evinə aparmış, 2 gün sonra dostunun evinə apararaq orda saxlamışdır.Polis əməkdaşları onu tutduqdan sonra oğurladığı əşyaları onlara vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki,oğurluq nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Hazırda Murazla barışmış, Muraz ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onun Murazdan heç bir şikayət və tələbi yoxdur. Bu barədə notarial ərizəni məhkəməyə təqdim edərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Murazı uşaqlıqdan tanıyır. Muraz ona vurduğu zərəri ödəmiş və ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında iştirak etməmiş, ona görə də ibtidai zamanı verdiyi ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, Laçın rayonuna sərnişin aparıb gətirən ford markalı maşında konduktor kimi çalışır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Aralarında hər zaman yaxşı münasibət olmuşdur. Bir-birlərinin evinə tez-tez gedibgəlirlər. O idarə etdiyi VAZ21014 markalı **-DS-*** d.q.n-lı avtomobili ara-sıra lazım olanda Muraza verirmiş ki, idarə etsin. Yadına gəlir ki, yanvar ayının əvvəli o reysdə, yəni Laçında olan zaman avtomobili Murazda olmuşdur. Muraz avtomobilini idarə etmişdir. O, Laçına gedəndə bir neçə gün orada qaldığı üçün maşın neçə gün Murazda olurdu. Bunun səbəblərindən biri də Murazın avtomobildən yaxşı başı çıxmasıdır. Belə ki, o avtomobilin bəzi nasaz yerləri olduqda Orxana verirmiş ki, o gələnə kimi maşını düzəltsin. Muraz yanvarın əvvəli, dəqiq yadında olmayan vaxtda ona zəng vurmuş ki, özünə məxsus VAZ2107 markalı avtomobili satmışdır. "Buna görə də üzərində olan maqnitafon, kalonkalar və səs gücləndiriciləri aparıb onların həyətinə qoyacaqdır, yəni maşın alanda üzərinə qoyacaq". O, razılaşmışdır. Üzərindən bir neçə gün keçmişdi ki, artıq Gəncədə idi. Muraz ona zəng etmiş ki, polis şöbəsindədir,onlara qoyduğu əşyaları maqnitafon, kalonka və səsgücləndiricini gətir bura. O, Muraza bildirmiş ki, nə məsələdi? O isə bildirmişdir ki, narahat olma. Bundan sonra polis əməkdaşlarından kimsə onun ilə danışmış və ona bildirmiş ki, əgər dostunun tutulmağını istəmirsənsə həmin əşyaları gətir. O, həmin əşyaları polis şöbəsinə aparmışdır. O avtomobil kreditdədir. Texniki pasportu onda deyil. Onun Təqsirləndirilən şəxs oğurluq etməsindən xəbəri yox idi. O, həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Qeyd etdiyi kimi o, həmin gün Laçında olmuşdur. Təqsirləndirilən şəxs digər bu tip əməllər törətdiyindən onun heç bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı hadisə yerinin Gəncə şəhəri, Natavan 2 qəsəbəsində ünvansız fərdi yaşayış evlərinin yaxınlığı olduğu müəyyən edilmişdir. Hadisə yerində süd rəngli VAZ2106 markalı avtomobil olması və həmin avtomobilin içərisində olan 1 ədəd pioner markalı maqnitafonun, 1 ədəd pioner markalı səsgücləndiricinin və 8 ədəd pioner markalı kalonkanın söküldüyü müəyyən edilmişdir. Baxış aparılması zamanı foto çəkilişdən istifadə olumuş, həyata keçirilən çəkiliş barədə iştirakçılar xəbərdaredilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyun 2024-cü il tarixli 9/3260 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müdədəti və orta intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 521,00 manat müəyyən edilir, o cümlədən: 01 ədəd “pioner” markalı maqintafon- 91,00 manat,01 ədəd “Sony” markalı Xplod model 1000W səsgücləndirici -150,00 manat,08 ədəd “pioner” markalı kalonka -280,00 (08 ədəd x35 man) manat. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Gəncə şəhər Psixonevroloji Dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 4823/2024 saylı məktuba əsasən, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reystrində, keçmiş texniki inventarlaşdırmada və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarələrinin arxif məlumatlarında, Əmlak məslələri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən alınmış 27 aprel 2024-ci il tarixli 3-13-16-3/2-3237/2024 nömrəli məktubdan görünür ki. Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsi yoxdur. - Zərərçəkmiş şəxs X1 notarial ərizəsindən görünür ki, o, Murazla barışmış, Muraz tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onun Muraza qarşı heç bir tələbi və şikayəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəyərək barışdığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən ictimai işlər cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Təqsirləndirilən şəxs 07-08 sentyabr 2024-cü il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət ictimai işlər növündə cəzanın müddətinə bir günə səkkiz saat hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 1 ədəd pioner markalı maqnitafon, 1 ədəd sony markalı səsgücləndirici və 8 ədəd pioner markalı kalonkanın sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 50 (əlli manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, 400 (dörd yüz) saat ictimai işlər növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ictimai işlər növündə cəzanın müddətinə bir günə səkkiz saat hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 384 (üç yüz səksən dörd) saat ictimai iş cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın əvvəli “ictimai işlər” növündə cəzanı çəkməyə başladığı tarixdən hesablansın. İş üzrə maddi sübut- 1 ədəd pioner markalı maqnitafon, 1 ədəd sony markalı səsgücləndirici və 8 ədəd pioner markalı kalonka sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 50 (əlli manat) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90(doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhərMəhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar