Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-368/2023 09.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, İ.Cəfərov küçəsi bina 6, mənzil 57də qeydiyyatda olmaqla Gəncə şəhəri, Qoqol küçəsi, ev 10-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0.269 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 may 2023-cü il tarixdə, saat 20:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən N.Nərimanov parkında saxlanılaraq Gəncə şəhər, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 1 ədəd “Maqna” markalı siqaret qutusunun içərisində olan 1 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,180 qram olan maddə kustar üsulla hazırlanmş narkotik vasitə olan heroin və 1 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.269 qram olan kustar üsulla hazırlanmş psixotrop maddə metanfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Gəncə şəhəri, Cavad xan qəsəbəsində yaşayan “Poska” ləqəbli Mətləb adlı şəxs ona zəng edərək demişdir ki, özü evdən çıxa bilmir və xahiş etmişdir ki, Gəncə şəhəri, “X8” adlanan ərazidə yerləşən N.Nərimanov adına parkda zibil qutusunun yanına narkotik vasitə qoyulub və həmin narkotik vasitəni götürüb aparıb ona versin. O, da razılaşmışdır. Lakin Mətləb tam olaraq oraya hansı narkotik vasitə qoyulmasını deməmişdir. O, da 19 may 2023-cü il tarixdə saat 20:00 radələrində Gəncə şəhərində N.Nərimanov prospektində yerləşən N.Nərimanov adına parka getmişdir. Orada Mətləbin dediyi yerdə olan zibil qutusuna yaxınlaşaraq, zibil qutusunun yanında, yerdə olan 1 ədəd “Magna” markalı siqaret qutusunu götürmüş və oradan aralaşıb gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Gəncə şəhər 4-cü Polis Bölməsinin əməkdaşları kimi təqdim edib üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bldirib birlikdə Gəncə şəhər 4-cü PB-nə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 4-cü PB-nə getmişdir. Orada xidməti iş otaqlarından birində təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuş, müdafiəçilərin siyahısı təqdim olunmuş və istədiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəklişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotk vasitə varsa təqdim etsin. O, da əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir qədər əvvəl parkdan götürdüyü içərsində narkotik və psixatrop maddə olan 1 ədəd “Maqna” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin “Maqna” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman iki ədəd sellofan büküm aşkar olunmuş və həmin bükümlərə baxış zamanı bükümlərdən birinin narkotik vasitə olan heroin, digərinin isə psixotrop maddə olan metanfetamin olması müəyyən edilmişdir. Sonra həmin narkotik və psixotrop maddə bükümləri tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış daha sonra protokol tərtib edilmiş və oda protokola imza etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirib ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş və bölmənin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 oğu ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 19 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən N.Nərimanov adına parkda müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə onu 4-cü Polis Bölməsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Şəmil Rzayevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuş, sonra o, müdafiəçi ilə təmin olunmuş və bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd “Maqna” markalı siqaret qutusunu könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərsində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər və 1 ədəd sellofan bükümdə psixotrop maddə metanfetaminə bənzər maddə olduğu aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin siqaret qutusunu və içərisindəki narkotik və psixotrop maddəni Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən N.Nərimanov adına parkda zibil qutusunun yanından tanışı Mətləb adlı şəxsin istəyi ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik və psixotrop maddə iki ədəd sellofan bükümü elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, daha sonra zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Gəncə şəhəri Qoqol küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 oğu ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 19 may 2023-cü il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən N.Nərimanov adına parkda müəyyən edib əməliyyat müşahidəsinə götürmüş və ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə onu 4-cü Polis Bölməsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Şəmil Rzayevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl onun hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində X1 Bölməsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra o, hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Xatirə Cəbrayılova adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd “Maqna” markalı siqaret qutusunu könüllü olaraq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol cibindən bir ədəd Samsung A01 markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın sol cibindən 10 manat pul, əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən içərisində 5 ədəd bank kartı və 1 ədəd nəqliyyat kartı olan pul qabı aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərsindən 1 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər və 1 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmş psixotrop maddə metanfetaminə bənzər maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin siqaret qutusunu və içərisindəkiləri Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən N.Nərimanov adına parkda zibil qutusunun yanından tanışı Mətləb adlı şəxsin istəyi ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə olan iki ədəd sellofan bükümü elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, narkotik vasitə heroinə oxşar kütlənin ümumi çəkisi 0,35 qram, psixotrop maddə metanfetaminə oxşar kütlənin çəkisi isə 0.35 qram müəyyən olunmuş və zərfə qoyularaq qablaşdırılıb DİN-in 120 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu onunla yanaşı o, və baxış zamanı iştirak edən digər şəxslər də imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman «Panasonic» markalı video kamera ilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 20 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxs qismində tutma haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 20:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 21 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 21 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videoçəklişlə aparılmış axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməklə, əldə edib üzərində gəzdirməsi və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən Nəriman Nərimanov adma parkda saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dövlət hesabına müdafiəçi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əsk təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə psixatrop maddə metamfetamin olan “Magna” markalı siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin və psixatrop maddə metamfetamin olduğunu, Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən N.Nərimanov adına parkda zibil qutusunun yanından tanışı Mətləb adlı şəxsin istəyi ilə götürdüyünü bildirdi. O, həmin bükümərdən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirdi. Sonra həmin bükülü elektron tərəzidə çəkilir, narkotik vasitə heroinin ümumi çəkisi 0.35 qram və psixatrop maddə metamfetaminin ümumi çəkisi 0.35 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan narkotik və psixotrop vasitə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri isə 120 saylı möhürlə möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Baxış keçirilən zamanı “PANASONİC” markalı video kamera vasitəsi ilə çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2023-cü il tarixli 16/524 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Magna markalı siqaret qutusunun və içərisində olan 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin.” sözləri və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd Magna adlı siqaret qutusunun içərisində, 01 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.180 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.269 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2022-ci il tarixli 1049 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3- 13-57-4/2-5356/2023 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni hardan əldə etməsini, o cümlədən psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümükün olmamışdır. Həmçinin “Poska” ləqəbli Mətləb adlı şəxsin şəxsiyyətini də müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Gəncə şəhər Psixoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və qalıq çəkisi 0.219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamin və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olan “Magna” markalı siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin və psixatrop maddə metamfetamin olduğunu deməsi, həmin bükülülərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzannı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qalıq çəkisi 0.219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - tədqiqatdan sonra qalıq çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qalıq çəkisi 0.219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-368/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-368/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver