Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-369/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1970-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə MKTİB-də xadimə işləyən, Samux rayonu, Qırmızı Samux kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Natəvan qəsəbəsinə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının sonlarında günü və saatı istintaqa dəqiq məlum olmayan vaxda “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli, 957-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozmaqla, qəsdən və qanunsuz olaraq "xxxx" QSC-in Zazalı-Gəncə mənzilinin 359 KM PK 1 cüt yolun kənarında dəmir yolunun təhkim zolağında olan və dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 750 manat dəyərində bir ədəd 28 sm diametrli, 1200 manat dəyərində bir ədəd 39 sm diametrli yaş kök üstə olan 2 ədəd akasiya cinsli ağacları qəsdən kök böğazından qanunsuz olaraq kəsməklə təbiətə ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin nümayəndələri və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Gəncə MKTİB-də xadimə işləyir və 320 manat əmək haqqı alır. Törətdiyi cinayət hadisəsi imkansızlıq səbəbindən baş vermişdir. Belə ki, onun oğlu Cəlil özünə məxsus avtomobil ilə müxtəlif yerlərdən metal alaraq metal qəbulu məntəqələrinə satır. Cari ilin fevral ayının 10-dan 15nə kimi oğlu Cəlil işləmədiyi üçün pulu olmadığından təbii qazın sayğacına pul yükləyə bilməmişlər. Bu səbəbdən yaşadıqları evi isitmək mümkün olmamışdır. O, ailə üzvləri, həmçinin azyaşlı nəvələri evdə xəstə olduqlarından məcburiyyət qarşısında qalıb xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixlərdə yaşadıqları evi isitmək üçün evin yaxınlığında olan dəmir yolu relslərinin kənarındakı iki ədəd akasiya ağacını kəsib, doğrayıb, araba ilə yaşadıqları evə aparmış və evi isitmək üçün istifadə etmişdir. Ağacı kəsən və evə aparan zaman ona heç kəs kömək etməmişdir. Hazırda törətdiyi əmələ görə çox peşmandır, bir daha eyni səhvə yol verməyəcəyinə söz verir. Odur ki, peşman olduğunu, maddi vəziyyətini nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, 2023-cü ilin yanvar-fevral aylarında Zazalı-Gəncə mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən və meşə zolağına aid akasiya ağaclarının qanunsuz olaraq kəsilməsi barədə "xxxx" QSCin İnfrasteuktur Departamentinin Yol Xidmətinin 6 nömrəli X7ra bildirilmiş və bu barədə Gəncə st. XPŞ-də məlumat verilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin ərazidə olan akasiya ağaclarından 2 ədədini kəsən şəxsin X3 olması müəyyənləşdirilmişdir. Həmin akasiya ağaclarının kəsilməsi nəticəsində təbiətə 1950 manat məbləğində ziyan dəymişdir . Odur ki, Təqsirləndirilən şəxs qanunamüvafiq olaraq cəza təyin edilməsini və mülki iddianın təmin edilərək, təbiətə dəymiş 1950 manat pulun Təqsirləndirilən şəxs alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ifadəsində bildirdi ki, 2023-cü ilin yanvar-fevral aylarında Zazalı-Gəncə mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən və meşə zolağına aid akasiya ağaclarının qanunsuz olaraq kəsilməsi barədə "xxxx" QSCin İnfrasteuktur Departamentinin Yol Xidmətinin 6 nömrəli X9 bildirilmiş və bu barədə Gəncə st. XPŞ-də məlumat verilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin ərazidə olan akasiya ağaclarından 2 ədədini kəsən şəxsin X3 olması müəyyənləşdirilmişdir. Həmin akasiya ağaclarının kəsilməsi nəticəsində "xxxx" QSC-yə ümumilikdə 1950 manat məbləğində ziyan dəymişdir. Qeyd edilən ağaclar "xxxx" QSC-yə aid torpaqda olduqlarından dəymiş maddi zərərin əvəzi kimi 1950 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat pulun Təqsirləndirilən şəxs alınaraq "xxxx" QSC-yə ödənilməsini xahiş etdi. Məhkəmədə Şahid3 göstərdi ki, Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqranomu vəzifəsində işləyir. Təxminən aprel ayında onu polis idarəsinə dəvət etmişlər ki, Gəncə Zazalı dəmiryol xətti zolağında 2 ədəd ağac kəsilib. Onu da dəvət etmişlər ki, ağacların yaş yoxsa quru olmağını və növünü müəyyən etsin. O da gedib, yerində baxaraq müəyyən etmişdir ki, ağaclar akasiya cinsindən və tam bioloji inkişafda olan yaş ağaclar olmuşlar. Yerində müəyyən etdikdən sonra rəyini də vermişdir. Məhkəmədə Şahid2 göstərdi ki, o, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Evdə yalnız o və anası Zərxanım işləyir. 2023-cü ilin fevral ayının təxminən 15-20 tarixlərdə hava soyuq olduğu üçün işləyə bilməmiş və maddi imkanları olmadığından qaz pulunu ödəyə bilmədikləri üçün təbii qazları yanmamışdır. Həmin ərəfələrdə ailə üzvləri xəstələnmişdir. 2023-cü ilin fevral ayının sonlarında o iş üçün evdən çıxmış və hava soyuq olduğu üçün iş tapa bilməyərək, yaşadığı evə qayıtmışdır. Yaşadığı evə gələn zaman anası Zərxanımın odun doğradığını görüb haradan əldə etdiyini soruşduqda, anası Zərxanım yaşadıqları evin yaxınlığında yerləşən dəmir yolu relslərinin kənarında olan ağaclardan ikisini kəsdiyini və onların isinməyi üçün evdə yandıracağını demişdir. O, anasına irad tutaraq bir daha heç bir ağacı kəsməməyi demişdir. Məhkəmədə Şahid1 ifadəsi elan olunmuşdur. O, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, "xxxx" QSC-in 6 nömrəli Yol sahəsinin Yaşıllaşdırma idarəsində sahə rəisi vəzifəsində işləyir. Gəncə şəhərindən Kürəkçay stansiyasında olan "xxxx" QSC-in təhkim zolağında yerləşən və meşə zolağına nəzarət edir. xx.xx.2023-cü il tarixdə ona təhkim olunmuş ərazini müşahidə edən zaman Gəncə-Zazalı mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən və meşə zolağına aid akasiya cinsindən olan ağacların naməlum şəxs və ya şəxslər tərəfindən kəsildiyini görmüş və bu barədə öz rəhbərliyinə bildirmişdir. Onun rəhbəri olduğu sahədə ondan başqa 3 nəfər, yəni Quliyev Nəsrəddin, Əliyev Şahlar və Zalov Nurlan bağban vəzifəsində işləyir, bundan başqa onun və tabeçiliyində olan digər işçilərin vəzifəsi ağacların sulanması, kolların təmizlənməsi, ağacların əkilməsi, ağaclara nəzarət və s. ibarət olmuş, onlara təhkim olunmuş ərazinin məsafəsi ilə əlaqədar bir ayın 15 günü Gəncə şəhərindən Dəlimmədmədli ərazisində, ayın digər 15 günü isə Dəliməmmədlidən Kürəkçay stansiyasına qədər olan ərazidə işləyirlər, o, Gəncə-Zazalı mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən və meşə zolağına aid akasiya cinsindən olan ağacların kəsilməsi xx.xx.2023-cü il tarixdə ərazidə yoxlama aparan zaman aşkar etmiş, o tək ərazini yoxlamağa çıxan zaman həmin ağacların kəsilməsini aşkar etmiş, həmin vaxt yanında heç kəs olmamış, Gəncə-Zazalı mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən və meşə zolağına aid akasiya cinsindən olan ağacların kəsilməsindən şübhələndiyi hər hansı bir şəxs olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə st. XPŞ-də toplanmış HK-1/07 nömrəli materialda qanunsuz ağac kəsmə cinayətinin tərkibi olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, o, ifadəsində qeyd etdiyi xüsusatlar üzrə hadisə yerini göstərmiş, göstərdiyi ərazidə ifadəsi yerində yoxlanılarkən fotoşəkil çəkilmiş və bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Gəncə Məmzil Kommunal İstehsalat Birliyinin baş aqronomu Şahid3 tərəfindən verilmiş arayəşlardan görünür ki, Gəncə şəhəri ərazisində yerləşən Zazalı-Gəncə mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən yaşıllıq ərazisində 02 (iki) ədəd Akasiya cinsli ağacların kök boğazından kəsilmiş olması, 01 (bir) ədəd diametri 28 sm və 01 (bir) ədəd diametri 39 sm olan cəmi 02 (iki) ədəd akasiya cinsli ağacların kəsilmədən əvvəl, yəni hadisə baş verən tarixə 2023-cü ilin yanvar-fevral aylarında yaş kök üstündə bioloji inkişafda olmaları, həmçinin tam yaş ağaclar olduğunu müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təbiətə dəymiş ziyanın hesbatından görünür ki, təbiətə dəymiş ziyanın ümumi məbləği 1950 (bir min doqquz yüz əlli) manat təşkil edir. Hesabat Azərbayan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarının 1 saylı əlavəsinə əsasən aparılmışdır. xx.xx.2023-cü il tarixli 7/591-9/2994 nömrəli “Məhkəmə-bioloji, məhkəmə əmtəəşünaslıq” ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Gəncə st. XPŞin İTQ-un 10 aprel 2023-cü il tarixli qərarı ilə təqdim edilmiş Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin rəyində Gəncə şəhəri ərazisində yerləşən Zazalı-Gəncə mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən yaşıllıq ərazisində cəmi 02 (iki) ədəd akasiya cinsli ağacların kök boğazından kəsilmiş olması, diametri, ağacların kəsilmədən əvvəl bioloji inkişafda olduğu və tam yaş ağaclar olduğu müəyyən edilmişdir. Lakin həmin rəydə 02 (iki) ədəd akasiya ağacının hadisə baş verən tarixdə yaş kök üstə bioloji inkişafda olub-olmamamsı barədə məlumat verilmədiyindən qərarda qoyulmuş “2 ədəd akasiya ağacının hadisə baş verən tarixə yaş kök üstə bioliji inkişafda olub-olmaması müəyyən olunsun” sualı üzrə tədqiqat aparılamadı. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə, iş materialında olan məlumatlar əsasən ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikasının ETSN, 10 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-14-49/2-174/2023 saylı aktdan istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 02 ədəd müxtəlif diametrli, akasiya cinsli ağacların qanunsuz götürülməsinə görə Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1950,00 (min doqquz yüz əlli) manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli 7/771 nömrəli “Məhkəmə-bioloji” ekspertizası rəyindən görünür ki, Gəncə şəhəri ərazisində yerləşən Zazalı-Gəncə mənzilinin 359 km pk 1 cüt yolunun kənarında dəmir yolunun təhkim zolağında yerləşən yaşıllıq ərazisində cəmi 02 (iki) ədəd akasiya cinsli ağacların kök boğazından kəsilmiş olması, 01 ədəd diametri 28sm və 01 ədə diametri 39 sm olan cəmi 02 ədəd akasiya cinsli ağacların kəsilmədən əvvəl, yəni hadisə baş verən tarixə - 2023-cü ilin yanvar-fevral aylarında yaş kök üstündə bioloji inkişafda olduğu və tam yaş ağaclar olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd balta cinayət prosesi üçün mötəbər dəlil olduğundan maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin nümayəndələri və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşman olmasını və yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Gəncə st. Xətt Polis şöbəsində saxlanılan 01 (bir) ədəd “balta” təqsirləndirlən şəxsə onun qanuni sahibliyinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Bundan başqa, iş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hər biri ayrılıqda Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi irəli sürərək, cinayət nəticəsində təbiətə vurulmuş 1950 manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq onlara məxsus büdcəyə ödənilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.1 və 354.1.2-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq əks etdirilən qərarlar sırasında iddianın təmin edilməsi və rədd edilməsi qeyd edilmişdir. Məhkəmə ilk öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddianı nəzərdən keçirərək hesab edir ki, həmin mülki iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası onunla əsaslandırılmışdır ki, X3 tərəfindən 2 ədəd akasiya cinsli ağacların qanunsuz olaraq məhv olması nəticəsində Azərbaycan Respublikasının 02 may 2014-cü il tarixli 957-İVQ saylı ’’Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı ’’Yaşıllıqların götürülməsi qaydası” haqqında Qərarının tələbləri pozulmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” haqqında 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarının 4-cü maddəsində göstərilmiş 1 nömrəli əlavəyə əsasən təbiətə dəymiş ziyan hesablanaraq 1950 (bir min doqquz yüz əlli) manat təşkil etmişdir. Təbiətə dəymiş ziyanın məbləği 1000 (bir min) manatdan yüksək xeyli miqdarda təşkil etdiyi üçün əməldə cinayət tərkibi yaranmış aidiyyəti üzrə hüquq mühafizə orqanına göndərilmişdir. “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” haqqında 27 oktyabr 2016-cı il tarixli 421 nörməli Qərarın 4-cü maddəsinə əsasən Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi: 4.1. Bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. 4.2. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. xx.xx.2023-cü il tarixli 7/591-9/2994 nömrəli “Məhkəmə-bioloji, məhkəmə əmtəəşünaslıq” ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikasının ETSN, 10 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-14-49/2-174/2023 saylı aktdan istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 02 ədəd müxtəlif diametrli, akasiya cinsli ağacların qanunsuz götürülməsinə görə Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1950,00 manat müəyyən edilir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqa zidd əməl nəticəsində təbiətə maddi zərər vurulması faktı özünün etirafedici ifadəsi ilə yanaşı, ekspertiza rəyləri və digər mötəbər sübutlarla təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi 1950 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Bununla belə, "xxxx" QSC tərəfindən verilmiş mülki iddianı nəzərdən keçirərək hesab edir ki, həmin mülki iddia təmin edilə bilməz. Belə ki, "xxxx" QSC tərəfindən verilmiş mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs kəsdiyi 02 (iki) ədəd Akasiya cinsli ağac "xxxx" QSC-nin Zazalı- Gəncə mənzilinin 359 km PK 1 cüt yolun kənarında dəmir yolunun təhkim zolağında olan və dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşdiyindən maddi ziyan kimi hesablanmış 1950 manat pul "xxxx" QSC-yə ödənilməlidir. Lakin, yuxarıda da qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli 7/591-9/2994 nömrəli “Məhkəmə-bioloji, məhkəmə əmtəəşünaslıq” ekspertizası rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 02 (iki) ədəd akasiya cinsli ağacların kəsilməsi nəticəsində təbiətə maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə qeyd edir ki, "xxxx" QSC-yə hər hansı zərərin vurulması müəyyən edilmir. Bundan başqa, "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasında "xxxx" QSC-yə təhkim olunmuş torpaq sahəsində ziyan dəydiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 05 (beş) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1950 (min doqquz yüz əlli) manat pul vəsaiti alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə (VÖEN **********, hesab AZ 90 CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22) ödənilsin. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə st. Xətt Polis şöbəsində saxlanılan 01 (bir) ədəd “balta” Təqsirləndirilən şəxs qanuni sahibliyinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-369/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-369/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver