Məhkəmə qərarları › İş №1(125)-369/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-369/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-369/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1980-ciildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, fərdi olaraq siyasi blogerliklə məşğul olan, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sərxoş vəziyyətdə və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində özünə məxsus “VAZ 2115” markalı k941-CE-05 dövlət qeydiyyat nömrə nişanlı avtomobili, sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edib, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə Bakı şəhəri istiqamətində X14 Arxeologiya və X10 Kompleksinin bərabərliyində hərəkətə olan zaman yolun hərəkət hissəsinin sağ tərəfinə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin və “VAZ 2115" markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyib nəqliyyat vasitəsinin istismarı qaydasını pozmaqla yolun hərəkət hissəsinin sağ tərəf istiqamətinə dönmə əməliyyatı edərkən idarəetməni itirmiş və avtomobil avtomobili döndərmiş olduğu yolun hərəkət hissəsinin sol tərəfinə aşmış, nəticədə avtomobildə sərnişin qismində olan X5 körpücük sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Gəncə şəhərinə tədbirə getdiyi zaman baş vermişdir.X1 və soyadı dəqiq yadında qalmayan Elşad adlı qohumu olmuşdur. Onlar qeyd olunan gün saat 18:00-da Gəncə şəhərinə çatmışlar. Şəhərin girişində şəhid plakatları olan yerdə onun avtomobili xarab olmuşdur. O, avtomobili yolun qırağındakı yanacaqdoldurma məntəqəsində saxlamışdır. Daha sonra taksi sifariş edib tədbirə getmişdir. Tədbir bitdikdən sonra onlar yenidən taksi sifariş edib, avtomobilin yanına getmişdir. Avtomobili saxladığı yerdə olan mağazadan bir ədəd “Yaquar” adlı içkini və bir ədəd dəmir qabda adi içki olan “Bizon” adlı içki almışdır. O, “Yaquar” adlı içkinin yarısını sərinləmək üçün alıb içmişdir. Digər içkini isə içə bilməmişdir. Daha sonra o avtomobili Bakıya aparmaq üçün yanacaqdoldurma məntəqəsində olan evakuatora müraciət etmişdir. Lakin, həmin evakuator 3 nəfəri apara bilməyəcəyini ona bildirmişdir. O da məcbur qalıb avtomobili işə salmışdır və Bakı istiqamətində hərəkətə başlamışdır. Gəncə şəhərindən çıxarkən o, yolu qarışdırmışdır və Gəncənin çıxışında yerləşən körpüyə qalxmaq əvəzinə sağa dönmüşdür. Avtomobil dönən kimi o, idarəetməni itirmişdir və avtomobil yolun sol tərəfinə aşmışdır. Daha sonra onlar avtomobildən çıxmışdırlar. Təcili tibbi yardıma zəng vurmuşdur və tibbi yardım maşını onları Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışdır. Orada onlar özlərini polis əməkdaşlarına təqdim etmişdir. Onlar bir neçə saat orada müayinə olunduqdan sonra taksi çağırıb müalicələrinin davam etdirilməsi üçün Kürdəmirə getmişdirlər. O, həmin avtomobili saatda 60 km/saat sürətlə idarə etmişdir. O,bir sürücü kimi deyə bilər ki, qəzaya avtomobilin nasaz vəziyyətdə olması və yolun sürüşkən, həmdə çınqıllı vəziyyətdə olması səbəb olmuşdur. O, hal-hazıra zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona ona verilən suallara cavab olaraq bildirmişdir ki,o, Rusiya Federasiyasında siyasi biloger kimi fəaliyyət göstərir. Yoldaşı xəstədir, qızı ikinci dərəcəli yanıq xəsarətləri almış,onları ayda iki dəfə Moskvaya müalicəyə aparır. Onun sürücülük vəsiqəsinin müddəti bitmişdir. Hadisə olan günü hava yağışlı idi. Hadisənin baş vermə səbəbi yağışın yağması nəticəsində yolun sürüşkən olmasıdır. Qəza olub qurtaranda onlar maşından özləri çıxmışlar. O, zərərçəkmiş şəxsə sağalması üçün lazımı köməklik etmişdir.Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X12 ifadəsində göstərmişdir ki, Ramilin idarə etdiyi avtomobil ilə Gəncə şəhərinə tədbirə getmişdirlər. Gəncə şəhərinə daxil olarkən Ramilin idarə etdiyi avtomobildə nasazlıq yaranmışdır. Onlar həmin avtomobili Gəncə şəhərinin girişində yolun sağ tərəfində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində saxlamışdırlar və taksi çağırıb tədbirə getmişdirlər. Tədbir bitdikdən sonra onlar yenidən taksi ilə Ramilin avtomobilinin olduğu yanacaqdoldurma məntəqəsinə gəlmişdirlər. Orada yoldan keçən bir neçə evakuator maşınına əl etmişlər ki, onları və avtomobili Bakı şəhərinə aparsın. Lakin, heç bir evakuator maşını onlarla razılığa gəlməmişdir. Onlar bildirdilər ki, 3 nəfəri və maşını apara bilməzlər. Daha sonra onlar qərara gəlmişdirlər ki, Ramilin avtomobili ilə Kürdəmirə getsinlər. Onlar avtomobilə əyləşib Kürdəmir istiqamətində yola düşmüşdürlər. Gəncə şəhərinin çıxışında yerləşənkörpüyə çatarkən Ramil düz getmək əvəzinə yolun sağ tərəfinə dönmüşdür. Bu zaman yol sürüşkən və çınqıllı olduğu üçün Ramil idarəetməni itirmişdir və Ramilin idarə etdiyi avtomobil yolun sol tərəf hissəsinə aşmışdır. Daha sonra onlar avtomobildən çölə çıxmışdır. Daha sonra hadisə yerinə TTY avtomobili, FHN əməkdaşları və polis əməkdaşları gəlmişdirlər. Onlar TTY avtomobili ilə Gəncədə adını bilmədiyi xəstəxanaya getmişdirlər. Müayinə olunduqdan və tibbi yardım göstərildikdən sonra Kürdəmirə getmişdirlər. Avtomobil nasaz olduğu üçün Ramil avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Avtomobilin aşmasına səbəb onun nasaz olması və yolun nəm və çınqıllı vəziyyətdə olması olmuşdur. Ramil ilə barışmışlar, onun Ramildən heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs X12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, qəza baş verdiyi zaman ona dəyən xəsarəti hiss etməmişdir. Maşın aşdığı zaman maşından heçkimin köməkliyi olmadan özü təkbaşına çıxmışdır. Təcili yardım gəlmiş onlara yüngül müdaxilə olunmuş, xəstəxanada onun sümüyündə sınma olduğunu bildirmişlər. O, həkimlərə heç bir ağrı hiss etmədiyini bildirmişdir. O, Bakı şəhərinə getmiş orda onu əməliyyat etmişlər. O, 10 gün xəstəxanada qalmışdır. Onun Ramildən heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi vaxtda uzun müddət keçdiyi üçün hadisə onun yadında qalmamışdır. Sürücüdə, xəsarət alan şəxslərdə onun yadında qalmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Nizami Gəncəvi prospektində baş vermişdir. Onlar hadisə yerinə getdikləri zaman avtomobil aşılı vəziyyətdə idi. Onlar hadisə yerinə getdikləri zaman orda sadəcə aşmış vəziyyətdə olan avtomobil var idi. Sonradan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, onlara Gəncənin çıxışında, X14 yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməyi ilə bağlı məlumat daxil olmuşdur. Onlar hadisə yerinə getdikləri zaman sürücünü və digər şəxsləri orda görməmişlər. Hadisə yerində sadəcə aşılı vəziyyətdə olan avtomobil olmuşdur. Onlar evakuator çağıraraq maşını duracağa aparmışlar. Şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar hadisə yerinə getdikləri zaman avtomobil aşılı vəziyyətdə olmuşdur. Onlar hadisə yerində olduqları zaman orda heçkim olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə istintaqında elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki,"xxxx" MMC-də təmizlik işçisi kimi fəaliyyət göstərir. Bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində o, dostu Məmmədov Ramil və tanışı Zərərçəkmiş şəxs xanımla birlikdə dostu Ramilin idarə etdiyi VAZ “21015” markalı avtomobil ilə Gəncə şəhərinə Həmid adlı qazinin tədbirinə getmişdirlər. Gəncə şəhərinə daxil olarkən Ramilin idarə etdiyi avtomobildə nasazlıq yaranmışdır. Onlar həmin avtomobili Gəncə şəhərinin girişində yolun sağ tərəfində yerləşən “Azpetrol" yanacaqdoldurma məntəqəsində saxlamışdırlar və taksi çağırıb tədbirə getmişdirlər. Həmin tədbir gecə saat 22:00 radələrində yekunlaşmışdır. Daha sonra onlar yenidən taksi ilə Ramilin avtomobilin olduğu yanacaqdoldurma məntəqəsinə gətmişdirlər. Orada yoldan keçən bır neçə evakuator maşınına əl etmişdirlər ki, onları və avtomobili Bakı şəhərinə aparsın. Lakin, heç bir evakuator maşını onlarla razılığa gəlməmişdir. Onlar bildirmişdirlər ki, 3 nəfəri və maşını apara bilməzlər. Daha sonra onlar qərara gəlmişdir ki, Ramilin avtomobili ilə Kürdəmirə getsinlər. Onlar avtomobilə əyləşib Kürdəmir istiqamətində yola düşmüşdürlər. Gəncə şəhərinin çıxışında yerləşən körpüyə çatarkən Ramil düz getmək əvəzinə yolun sağ tərəfinə dönmüşdür. Bu zaman yol sürüşkən və çınqıllı olduğu üçün Ramil idarəetməni itirmişdir və Ramilin idarə etdiyi avtomobil yolun sol tərəf hissəsinə aşmışdır. Daha sonra o avtomobilin içərisində qalmışdır. Vəfa və Ramil avtomobildən çıxmışdırlar və daha sonra onun çıxmağına kömək etmişdirlər. O, avtomobildən çıxdıqdan sonra başı gicəllənmişdir yerə yıxılmışdır. Daha sonra hadisə yerinə TTY avtomobili, FHN əməkdaşları və polis əməkdaşları gəlmişdirlər. Onlar TTY avtomobili ilə Gəncədə adını bilmədiyi xəstəxanaya getmişdirlər. Müayinə olunduqdan və tibbi yardım göstərildikdən sonra Kürdəmirə getmişdirlər. Avtomobil nasaz olduğu üçün Ramil avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Avtomobilin aşmasına səbəb onun nasaz olması və yolun nəm və çınqıllı vəziyyətdə olması olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə Bakı şəhəri istiqamətində X14 Arxeologiya və X10 Kompleksinin bərabərliyində baş vermişdir. -Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus videonəzarət kamerası hadisə ilə bağlı təqdim edilmiş görüntülər olan DVD-R diskə baxış zamanı müəyyən edilmişdir ki, hadisə gecə saatlarında yolun işıq dirəkləri ilə işıqlandırılmış hissəsində baş verir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2115 markalı, k941-CE05 dövlət qeydiyyat nömrə nişanlı avtomobil gecə işıqları qoşulmuş vəziyyətdə Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə Bakı şəhəri istiqamətində X14 Arxeologiya və X10 Kompleksinin bərabərliyində hərəkət edir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil X14 Arxeologiya və X10 Kompleksinin bərabərliyində yerləşən körpüyə çatmamış yolun hərəkət hissəsinin sağ tərəfinə dönüb bir qədər hərəkət edir. Bundan sonra isə avtomobilin aşıb-aşmaması video kameranın qarşısını maneə kəsdiyi üçün görünmür. -Məhkəmə tibbi ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 1505 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol körpücük sümüyünün sınığı bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. -Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/173 nömrəli 30 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ 2115 markalı, k941-CE05 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs VAZ 2115 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlərə dair Məhkəmənin xx.xx.2000-ci il tarixli hökmü ilə AR-nın CM-nin 239-cu maddəsi ilə təqsirli bilinərək 05 il A.M.E cəzasına məhkum edilmiş və xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin 03.09.04-cü il tarixli 199 saylı əfv Fərmanına əsasən azad olmuşdur. - Gəncə şəhər Narkoloji Dispanserdən alınmış 2847/2023 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11 əldə olunmuş məktubda göstərilmişdir ki, ünvan 3 ünvanında yaşayan X8 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X16in Polikilinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. - Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs vəsiqəsinin etibarlılıq müddəti 2021-ci ildən bitmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını, həmçinin cinayət nəticəsində dəymiş maddi ziyanın tam ödənilməsinicəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), onun cəmiyyətdən tam təcrid olunması zərurəti yoxdur. Buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-2115” markalı, k941-CE-05 dövlət qeydiyyat nişanlı, avtomobil sahibinə qaytarılması nəzərə alınmalı və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85(səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2115” markalı, k941-CE-05 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85(səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar