Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-37/2024 19.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçilər-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri - X4 və Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmiş, həmçinin həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib təkrar özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat 14:20 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısında pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldatmaqla sonuncuya məxsus "xxxx" plastik kartını alaraq bankomata saldıqdan sonra kartın şifrəsinin düzgün olmadığını bildirərək, kartı sonuncuya qaytarıb onu yola saldıqdan sonra kartda olan 512 manat pulu elektron məlumat daşıyıcısından istifadə etməklə çıxarıb özgənin əmlakını gizli olaraq ələ keçirməklə oğurluq etmişdir. Bundan sonra o, təkrar xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Gəncə şəhər sakini, Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin qarşısındakı “Beynalxalq Bank”a aid bankomata kartı salıb kodunu yığaraq pul çıxarmaq istəyərkən sonuncunun arxasında dayanıb bankomata müdaxilə edərək, ona köməklik etdiyi görüntüsü yaratdıqdan sonra zərərçəkmiş şəxsə guya bankomatın işləmədiyini bildirib, Zərərçəkmiş şəxs2 kartını götürüb oradan uzaqlaşmasından istifadə edərək, sonuncuya məxsus kartda olan 543 manat pulunu elektron məlumat daşıyıcısından istifadə etməklə çıxarıb özgənin əmlakını gizli olaraq ələ keçirərək, oğurluq etmişdir. Bundan sonra o, təkrar xx.xx.2019-cu il tarixdə saat 09:45 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısındakı bankomata özünə məxsus "xxxx" plastik kartını saldıqdan və həmin kartdan 200 manat məbləğində avans pul çıxarılması əmrini verdikdən sonra Zərərçəkmiş şəxs3 qarşısına keçib bankomatda pul olmadığını bildirib qolundan tutaraq sıxıb itələməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib çıxıb getməsini tələb edərək, 200 manat pul bankomatdan çıxdıqdan sonra isə həmin 200 manat pulu Zərərçəkmiş şəxs3 gözü qarşısında qeyd olunan ünvanda yerləşən bankomatdan götürərək qaçmaqla sonuncunun 200 manat məbləğində pulunu ələ keçirib açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənə qədər əsasən fəhləliklə məşğul olaraq çörəkpulu qazanıb ailəsini dolandırmışdır. 2019-cu ildə pula ehtiyacı olduğu üçün bankomatların qarşısında dayanaraq kartdan pul çıxarmaq istəyən şəxsləri aldatmaq və onların pullarını guya köməklik göstərirmiş deyib hansısa yolla ələ keçirmək qərarına gəlmişdir. Buna görə təxminən 2019-cu ilin mart ayında o, Gəncə şəhəri Nizami küçəsində Mərkəzi Kitabxananın qarşısında yerləşən və "xxxx"a məxsus bankomatın yanına gedərək orada dayanmış və kiminsə bankomata yaxınlaşaraq pul çıxarmaq istəməsini gözləməyə başlamışdır. Həmin yerdən o, anasına məxsus təqaüd kartından daima pul çıxardığı üçün bilmişdir ki, orada camaat çox olur və orada kimisə aldadıb pulunu ələ keçirə bilər. Təxminən günorta saatlarında bankomata bir nəfər tanımadığı qadının yaxınlaşdığını və kartını bankomata saldığını görmüşdür. O, da həmin qadına yaxınlaşmış və həmin qadına pul çıxarmaqda köməklik göstərəcəyini deyib kartın kodunu ondan istəmişdir. Həmin qadın kartın kodunu bildirdikdən sonra o, kodu daxil etmiş və həmin kartda 512 manat pul olduğunu görmüşdür. O, qadının qarşısında dayandığı üçün qadın bankomatı görə bilməmiş və tez pulun bankomatdan çıxarılması üçün düyməni basmış, kartı isə bankomatdan götürüb həmin qadına qaytararaq kodun səhv olduğunu, kartda problem olduğunu demişdir. Həmin qadın isə onun sözlərinə inanaraq bankomatdan kənara çəkilmiş və harasa getmişdir. Həmin ərəfədə pullar hazırlanmış qadın oradan getdikdən sonra o, 512 manat məbləğində pulu bankomatdan götürüb oradan uzaqlaşaraq əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Bundan bir neçə gün sonra o, yenə kimisə aldadaraq pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmin vaxt isə o, Gəncə şəhərinin mərkəzində yerləşən “Bazarstore” ticarət mərkəzinin qarşısında olan Beynəlxalq Banka məxsus bankomatın yanında dayanmış və kiminsə yaxınlaşaraq pul çıxarmasını gözləməyə başlamışdır. Həmin vaxt səhər saatları olmuşdur. Bir nəfər tanımadığı qadın bankomata yaxınlaşmış və kartını bankomata salıb kodu daxil etmişdir. O da, tez bankomata yaxınlaşmış və onun yanında dayanmışdır. Həmin qadın yavaş hərəkət etdiyindən başa düşmüşdür ki, qadının bankomatdan yaxşı anlayışı yoxdur və buna görə fürsətdən istifadə edərək guya ona köməklik göstərirmiş deyib bankomata müdaxilə etməyə başlamışdır. Həmin qadının kartında 543 manat pul olduğunu görmüşdür. O, həmin qadının qarşısında dayandığı üçün qadın bankomatı görə bilməmiş və tez pulun bankomatdan çıxarılması üçün düyməni basmış, kartı isə bankomatdan götürüb həmin qadına qaytararaq bankomatın işləmədiyini və digər bankomata getməli oldğunu demişdir. Həmin qadın isə onun sözlərinə inanaraq bankomatdan kənara çəkilmiş və harasa getmişdir. Həmin ərəfədə pullar hazırlanmış və qadın oradan getdikdən sonra o, 543 manat məbləğində pulu bankomatdan götürüb oradan uzaqlaşaraq əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Bundan sonra sonuncu dəfə, yenə də kimisə aldadıb pulunu ələ keçirmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat təxminən 09:30 radələrində o, yaşadığı evdən çıxıb Gəncə şəhəri, Nizami küçəsində Mərkəzi Kitabxananın qarşısında yerləşən və "xxxx"a məxsus bankomatın yanına gedərək orada dayanmışdır. Həmin vaxt bankomata bir nəfər tanımadığı qadının yaxınlaşdığını və kartını bankomata salaraq kodunu daxil etdiyini görmüşdür. O da tez həmin qadına yaxınlaşmış və qadını aldatmaq üçün bankomatda pul olmadığını demişdir. Həmin qadın isə ona məhəl qoymamış və kartından 200 manat avans çıxarmaq üçün təsdiq düyməsini basmışdır. O isə qadınla bankomatın arasında dayanıb qadına yenə yalandan bankomatda pul olmadığını deyib kartını bankomatdan götürüb qadının özünə qaytarmış və qolundan itələyərək çıxıb başqa bankomata getməsini istəmişdir. Həmin vaxt bankomatda artıq pullar hazırlanmışdır. Həmin qadın ona inanmamış və narazılığını bildirərək kənara çəkilməsini istəmişdir. Lakin bankomatdan həmin qadının 200 manat pulu çıxandan sonra, o, qadının gözü qarşısında 2 ədəd 100 manatlıq əskinasdan ibarət 200 manat məbləğində pulu götürmüş və pulları cibinə qoyub poçt tərəfə qaçmışdır. Həmin qadın onun dalınca qışqırsa da, o, həmin qadına əhəmiyyət verməmişdir. Bir qədər binaların arasında gəzdikdən sonra Gəncə mehmanxanasına tərəf gedərkən polis əməkdaşları onu saxlayıb Nizami RPİ-yə gətirmişlər. O da, törətdiyi hadisəni etiraf etmiş və həmin bankomatdan götürdüyü 2 ədəd 100 manatlıq pul əskinasını polis əməkdaşlarına təhvil vermişdir. Həmin cinayət hadisələrini törədərkən o, tək olmuş və heç kimlə əlbir olmamışdır. Hadisə vaxtı isə ətrafda hansısa şəxslər olsa da, o, həmin şəxsləri tanımamışdır. O, yalnız sonuncu dəfə pulu ələ keçirərkən qadının qolundan tutub itələmişdir. Həmin qadından başqa digər şəxslərə qarşı heç bir zor tətbiq etməmiş və ya belə zorun tətbiq ediləcəyi barədə hədə-qorxu gəlməmişdir. Əməlindən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 02 mart 2019cu il tarixdə saat təxminən 14 radələrində o, özünə məxsus "xxxx" ASC-yə mənsub əmək haqqı kartından pul çıxarmaq məqsədi ilə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Mərkəzi Kitabxananın qarşısında olan "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmış, kartını bankomata salaraq pul çıxarmaq istədiyi zaman onun bir qədər çətinlik çəkdiyini görən orada dayanan tanımadığı şəxs ona köməklik edə biləcəyini bildirmişdir. Bu vaxt o, həmin şəxslə razılaşmış və kartını ona vermişdir. Həmin şəxs ondan kartın kodunu istəmiş və o, həmin şəxsə kartın kodunu bildirmişdir. Bu vaxt həmin şəxs kartı bankomata salaraq kodu yığmışdır. Bir neçə saniyə sonra həmin şəxs onun kartını özünə qaytararaq kodun səhv olduğunu dediyini bildirmişdir. Bundan sonra o, kartı götürərək oranı tərk edib həmin yerdən uzaqlaşmış, yolda gələrkən o, kartında hər hansısa bir problemin olub-olmadığını dəqiqləşdirmək üçün “Kapital Bankın” qaynar xəttinə zəng edərək bankın əməkdaşı ilə danışıb kartından pul çıxara bilmədiyini və ona kodunun yanlış olduğunun deyildiyini bildirmişdir. Bir qədər sonra bankın əməkdaşı ona, kodun dəyişdirilmədiyini və onun kartından həmin gün yəni xx.xx.2019-cu il tarixdə saat 14 rədələrində 512 manat pulunun çıxarıldığını bildirmişdir. Bu vaxt o, başa düşmüşdür ki, bankomatın yanında olan və guya ona köməklik etmək istəyən şəxs onu aldadaraq 512 manat pulunu kartından çıxarmışdır. Daha sonra o, təkrarən Nizami küçəsində yerləşən bir qədər əvvəl getmiş olduğu bankomatın yanına qayıtmışdır ki, bəlkə həmin şəxsi orada tapsın, lakin bir qədər ətrafda həmin şəxsi axtarsa da onu tapa bilməyib evinə qayıtmışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Polisin apardığı araşdırma ilə həmin şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olması müəyyən edilmişdir. Hadisə vaxtı Eldəniz ona heç bir zor tətbiq etməmiş, yalnız onu aldadaraq pulunu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, əvvəllər uzun müddət Gəncə şəhəri ərazisində fəaliyyət göstərən Billur zavodunda, daha sonra isə Gəncə Sağlamlıq Mərkəzində işləmiş və 59 yaşı tamam olanda isə təqaüd almağa başlamışdır. Son vaxtlar onun təqaüdü aylıq olaraq 177 manat təşkil etmiş və təqaüdü Beynəlxalq Banka məxsus kart vasitəsi ilə almışdır. Təqaüdünün bir hissəsini kartında yığıb saxlayaraq həkimə getmək üçün pul düzəltmişdir. Belə ki, onun gözündə virus vardır və mütəmadi olaraq o, gözünü müalicə etdirir. xx.xx.2019-cu il tarixdə qərara gəlmişdir ki, kartında yığıb saxladığı 543 manat məbləğində pulun hamısını kartdan çıxarsın, həmin pulun bir hissəsini qarşıdan gələn Novruz bayramı üçün, bir hissəsini isə həkimə xərcləsin. Buna görə həmin günü saat təxminən 11 radələrində o, özünə məxsus təqaüd kartından pul çıxarmaq məqsədi ilə Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsində yerləşən “Bazarstore” mağazaları şəbəkəsinin qarşısında olan “Beynəlxalq Banka” məxsus bankomata yaxınlaşmış, kartını bankomata salaraq kodu yığmış və gözündə xəstəlik olduğundan zəif gördüyü üçün bankomatın manitorunda nə yazıldığına diqqətlə baxan zaman arxada dayanan tanımadığı şəxs əlini bankomata yaxınlaşdırıb hansısa rəqəmləri yığmışdır. O, həmin şəxsin zəif gördüyünü başa düşüb ona köməklik etmək niyətində olduğunu fikirləşmiş və diqqətlə manitora baxan zaman kartının balansında 24 qəpik qaldığını görmüşdür. Həmin vaxt arxada olan şəxs bankomatın işləmədiyini ona bildirmiş və o, həmin şəxsin sözünə inanıb kartını bankomatdan götürüb bir qədər aralıda olan bankomata yaxınlaşmışdır. Orada kartını salaraq yoxladığı zaman kartının içərisində cəmi 0,24 qəpik pulun olduğunu görmüşdür. Lakin onun hesablamalarına görə kartında 543 manat pul olmalı idi. Bundan sonra o, kartında hər hansısa bir problemin olub-olmadığını dəqiqləşdirmək üçün Beynəlxalq Bankın filialına gedərək bankın əməkdaşı ilə danışıb kartından pul çıxara bilmədiyini bildirmişdir. Bir qədər sonra bankın əməkdaşı ona kartından həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 10:50 rədələrində 543 manat pul çıxarıldığını demişdir. Bu vaxt o, başa düşmüşdür ki, bankomatın yanında olan və guya ona köməklik etmək istəyən şəxs onu aldadaraq 543 manat pulunu kartından çıxarmışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Polisin apardığı araşdırma ilə həmin şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olması müəyyən edilmişdir. Hadisə vaxtı Eldəniz ona heç bir zor tətbiq etməmiş, yalnız onu aldadaraq pulunu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, 5 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir və hər ay "xxxx"a məxsus plastik kart vasitəsi ilə 539 manat əməkhaqqı almışdır. O, həmin kartını istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə yönləndirmişdir ki, kart vasitəsi ilə istənilən mədaxil və məxaric edildikdə telefonuna sms gəlsin. O, pul çıxarmaq üçün daha çox yaşadığı evin yanında yerləşən və ya Nizami prospektində, Mərkəzi kitabxananın qarşısında yerləşən bankomatdan istifadə etmişdir. 2019-cu ilin iyun ayının əmək haqqısını təxminən iyun ayının axırlarında kartdan çıxarmışdır. Əlavə pula ehtiyacı olduğundan və kartında pul olmadığından o, kartdan avans götürmək qərarına gəlmiş və 05 iyul 2019-cu il tarixdə işlədiyi məktəbə gedərkən yolüstü Nizami prospektində, Mərkəzi kitabxananın qarşısında marşurutdan düşmüşdür. Həmin vaxtı saat təxminən 09:40 radələri olmuş və o, pul çıxarmaq üçün kitabxananın qarşısında olan bankomata yaxınlaşmışdır. O, bankomata yaxınlaşan zaman iki nəfər tanımadığı qadının bankomatdan pul çıxararaq getdiklərini, bir nəfər tanımadığı kişinin siqaret çəkərək bankomata daha yaxın dayandığını görmüşdür. O, həmin şəxsin ondan qabaq pul çıxarmaq üçün növbə tutduğunu fikirləşib bankomatın yanında dayanmışdır ki, həmin şəxsə yol versin. O, həmin şəxsi əvvəllər ümumiyyətlə tanımamışdır. Həmin şəxs onu görən kimi əməkhaqqı kartını götürərək pul çıxarmaqda ona kömək etmək istədiyini bildirmişdir. Lakin o, həmin şəxsə kartını verməmiş və özü pul çıxara bildiyini demişdir. Bundan sonra həmin şəxs onun yanında dayanaraq kartında pul olmadığını ona demişdir. O isə həmin şəxsə kartında pul olmadığını bildiyini və kartdan avans çıxaracağını demiş və kartını bankomata daxil edərək kodu yığıb avans düyməsini basmış və 200 rəqəmini yazmışdır. O, 200 rəqəmini yazdıqdan sonra bankomat avtomatik olaraq təsdiq vermişdir. Həmin vaxt bankomatın üzərinə gün düşdüyündən nə yazıldığını dəqiq görə bilməmiş, həmçinin yanında dayanmış həmin şəxs bankomata müdaxilə edərək imtina düyməsini bir neçə dəfə basaraq kartını bankomatdan çıxarıb ona vermiş və bankomatda pul olmadığını bildirib onun qolundan tutub itələyərək getməsini istəmişdir. Həmin şəxs özü isə bankomatın qarşısında dayanıb arxasını bankomata, üzünü isə ona çevirmişdir. Həmin şəxs israrla bankomatda pul olmadığını təkrarlamış və çıxıb getməsini istəmişdir. O isə, ondan qabaq qadınların pul çıxardıqlarını gördüyündən həmin şəxsin onu aldatmaq istədiyini təxmin etmişdir. Həmin vaxt onun mobil telefonuna Kapital Bankdan mesaj gəlmiş və o, mesaja baxarkən kartından 200 manat pul çıxarıldığını bilmişdir. Bu barədə həmin şəxsə demiş və həmin şəxs yenə də bankomatda pul olmadığını bildirmişdir. O, kənardan bankomata baxmış və bankomatdan iki ədəd 100 manatlıq əskinasdan ibarət 200 manat məbləğində pulun çıxdığını görmüşdür. O, pulu götürmək istəyərkən həmin şəxs qəflətən pulu bankomatdan götürərək qaçmağa başlamışdır. Həmin şəxsin arxasınca qışqırmağına baxmayaraq həmin şəxs qaçıb binaların arasına girmişdir. Bundan sonra o, əri Şahid zəng edərək pulunu alıb qaçdıqlarını demişdir. Həmin vaxt əri yanına gəlmiş və onlar orada dayanıb polisin gəlməyini gözləməyə başlamışlar. Orada olarkən yanlarında dayanmış və tanımadığı iki nəfər cavan oğlan pulunu götürmüş şəxsin binaların arasından çıxaraq başqa istiqamətə qaçdığını bildirmişlər. Buna görə əri də həmin şəxsin arxasınca qaçmışdır. Həmin vaxt polis əməkdaşları da onlara çatmış və həmin şəxsi saxladıqdan sonra onları Nizami RPİ-nə dəvət edərək araşdırma aparmağa başlamışlar. Araşdırma zamanı həmin şəxsin üzərindən götürülmüş və ona məxsus olan 2 ədəd 100 manatlıq əskinaslardan ibarət pulu polis əməkdaşları ona qaytarmışlar. Həmin şəxs onun qolundan tutub itələyərkən ona fiziki ağrı yetirsə də, heç bir xəsarət yetirməmişdir və bununla bağlı məhkəmə tibbi ekspertizası müayinəsindən keçməkdən imtina etmişdir. Həmin şəxs onun qolundan tutub itələməklə bankomatdan aralanıb getməsini və bununla da, pulunu bankomatdan götürmək istəmişdir. Hadisə vaxtı yanlarında bir neçə nəfər şəxs olsa da, həmin şəxslərdən o, heç kimi tanımamışdır. Yalnız sonradan əri yanına gəlmiş və həmin şəxsi polis əməkdaşları ilə birlikdə tutmuşlar. Polisin apardığı araşdırma ilə həmin şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olması müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır və Gəncə şəhəri 5 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. İşlədiyi işin müqabilində hər ay Kapital Banka məxsus plastik kart vasitəsi ilə 539 manat əməkhaqqı alır. Yoldaşı pul çıxarmaq üçün daha çox yaşadıqları evin yanında yerləşən və ya iş yerinin yanında, yəni, Nizami prospektində, Mərkəzi kitabxananın qarşısında yerləşən bankomatdan istifadə etmişdir. Yoldaşı iyun ayının əməkhaqqını təxminən iyun ayının axırlarında kartdan çıxarmışdır ki, əlavə pula ehtiyacları olduğundan və kartda pul olmadığından onlar kartdan avans götürmək qərarına gəlmişlər. Buna görə 05 iyul 2019-cu il tarixdə səhər saatlarında yoldaşı pul çıxarmağa getmişdir. Həmin günü o isə, kolxoz bazarının yanında öz işləri ilə məşğul olmuşdur. Saat təxminən 10 radələrində yoldaşı Sevər ona zəng edərək bankomatdan avans pulu çıxardıqdan sonra bir nəfər tanımadığı şəxsin onun 200 manat pulunu götürüb qaçdığını bildirmişdir. Buna görə o, dərhal Mərkəzi Kitabxananın qarşısına getmişdir. Yenə də nə baş verdiyini Sevərdən soruşduqda Sevər bankomatdan 200 manat məbləğində pul çıxararkən bir nəfər tanımadığı şəxs qəflətən həmin pulu bankomatdan götürərək qaçdığını və bu barədə artıq polisə məlumat verdiyini ona bildirmişdir. O həmin ətrafda olan tanımadığı şəxslərdən pulu götürüb qaçmış şəxs barəsində soruşduqda onlar həmin şəxsin pulu götürdükdən sonra binaların arasına qaçdığını bildirmişlər. Buna görə o, orada həmin şəxsi axtarmağa başlamışdır. Bu vaxt ətrafda olan şəxslərdən kimsə axtardığı şəxsi ona göstərmiş və o, həmin şəxsin qaçdığını görmüşdür. O da həmin şəxsin arxasınca qaçmış, həmin vaxt polis əməkdaşları da onlara çatmış və həmin şəxsi saxladıqdan sonra onları Nizami RPİ-nə dəvət edərək araşdırma aparmağa başlamışlar. Araşdırma zamanı 200 manat pul həmin şəxsin üzərindən aşkar edilmiş və həmin şəxsin əvvəllər ümumiyyətlə tanımadığı Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi 06 iyul 2019-cu il tarixdə Gəncə şəhər BPİ-nin İTİ-də fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanmışdır. “Şübhəli şəxs qismində tanınma haqqında”, “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan və “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 06 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınmış, 13 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmiş və törətdiyi cinayət əməli tam sübuta yetdiyi üçün həmin tarixdə göstərilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 24 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə yenidən dəqiqləşdirilmiş ittiham elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-1, 180.2.2 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs3 Kapital Bankdan verilmiş 08 avqust 2019-cu il tarixli 605 nömrəli arayışdan görünür ki, ona məxsus plastik kartdan xx.xx.2019-cu il tarixdə saat 09:44-də Gəncə şəhəri Mərkəzi Kitabxanının yanında yerləşən AO127006 saylı ATM-dən 200 manat avans məbləği alınmışdır. Zərərçəkmiş şəxs1 Kapital Bankdan verilmiş 08 avqust 2019-cu il tarixli 606 nömrəli arayışdan görünür ki, ona məxsus plastik kartdan xx.xx.2019-cu il tarixdə saat 14:20-də Gəncə şəhəri Mərkəzi Kitabxanının yanında yerləşən AO127006 saylı ATM-dən 512 manat məbləğində vəsait alınmışdır. Zərərçəkmiş şəxs X2 Beynəlxalq Bankdan verilmiş 16 avqust 2019-cu il tarixli 1195 nömrəli arayışdan görünür ki, ona məxsus plastik kartdan xx.xx.2019-cu il tarixdə saat 10:58-də 481 saylı ATM-dən 543 manat məbləğində vəsait alınmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında tam sübuta yetmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 14:20 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısında pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldatmaqla sonuncuya məxsus "xxxx" plastik kartını alaraq bankomata saldıqdan sonra kartın şifrəsinin düzgün olmadığını bildirərək, kartı sonuncuya qaytarıb onu yola saldıqdan sonra kartda olan 512 manat pulu elektron məlumat daşıyıcısından istifadə etməklə çıxarıb özgənin əmlakını gizli olaraq ələ keçirməklə oğurluq etmişdir. Bundan sonra o, təkrar xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Gəncə şəhər sakini, Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin qarşısındakı “Beynalxalq Bank”a aid bankomata kartı salıb kodunu yığaraq pul çıxarmaq istəyərkən sonuncunun arxasında dayanıb bankomata müdaxilə edərək, ona köməklik etdiyi görüntüsü yaratdıqdan sonra zərərçəkmiş şəxsə guya bankomatın işləmədiyini bildirib, Zərərçəkmiş şəxs2 kartını götürüb oradan uzaqlaşmasından istifadə edərək, sonuncuya məxsus kartda olan 543 manat pulunu elektron məlumat daşıyıcısından istifadə etməklə çıxarıb özgənin əmlakını gizli olaraq ələ keçirərək, oğurluq etmişdir. Bundan sonra o, təkrar xx.xx.2019-cu il tarixdə saat 09:45 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısındakı bankomata özünə məxsus "xxxx" plastik kartını saldıqdan və həmin kartdan 200 manat məbləğində avans pul çıxarılması əmrini verdikdən sonra Zərərçəkmiş şəxs3 qarşısına keçib bankomatda pul olmadığını bildirib qolundan tutaraq sıxıb itələməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib çıxıb getməsini tələb edərək, 200 manat pul bankomatdan çıxdıqdan sonra həmin 200 manat pulu Zərərçəkmiş şəxs3 gözü qarşısında qeyd olunan ünvanda yerləşən bankomatdan götürərək qaçmaqla sonuncunun 200 manat məbləğində pulunu ələ keçirib açıq talamaqla soyğunçuluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 177.2.2, 177.2.3-1, 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli qərarına əsasən “Təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir.” Bundan başqa “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən, oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.2.2 və 180.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD diskin Gəncə Şəhər Məhkəməsində baş vermiş yanğın nəticəsində məhv olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri müəyyən olunmamışdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 (iyirmi iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 oktyabr 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut olan baş vermiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD diskin Gəncə Şəhər Məhkəməsində baş vermiş yanğın nəticəsində məhv olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 (yüz otuz iki) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə hökmün verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-37/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-37/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver