Məhkəmə qərarları › İş №1(125)-37/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-37/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-37/2025 31.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə Regional vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nərimanov küçəsi, ev 173-də qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda Goranboy Rayon Məhkəməsinin 1(045)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Yusif adlı şəxslə bir qrup şəxs halında birləşərək yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Zərərçəkmiş şəxs Gəncə şəhərində ipoteka krediti formasında ev almasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs həmin işi pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2022-ci ilin oktyabr ayında Göygöl rayonu, Üçtəpə kəndində istintaqa məlum olmayan evi Zərərçəkmiş şəxs göstərərək sonuncuya həmin evi ipoteka formasında düzəldəcəyi barədə yalan vəd verərək inandırıb 5000 manat pulunu almış, cinayət əməllərini davam etdirərək sonuncuya Şahid2 Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evini 46000 manata ipoteka yolu ilə satmaq barədə yalan vəd verərək 2022-ci ilin dekabr ayında 2023-cü ilin fevral ayına qədər olan müddət ərzində 10000 manat pulunu almış, daha sonra cinayət əməllərini davam etdirərək Şahid1 ünvan 1 ünvanında yerləşən evini 32000 manata ipoteka yolu ilə satmaq barədə yalan vəd verərək 2023-cü ilin mart ayında 4200 manat pulunu ümumilikdə vahid niyyətlə 19400 manat xeyli miqdarda pulunu aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, digər istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs təxminən 2022-ci ildən tanıdığını, ona kirayə ev verdiyini bununla bağlı ümumilikdə sonuncudan 19400 manat pul aldığını bildirmişdir. O, hazırda Zərərçəkmiş şəxsla razılığa gəlmək istədiyini və puldan hər ay 500 manat ödəniş edə biləcəyini bildirmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq o, 2400 manat pulun Sevinc xanıma çatacağını, Üçtəpədəki evə görə isə Əmrahdan pul almadığını bildirmişdir. O, Şirin xanımın evinə görə Əmrahdan 5000 manatı aldığını, həmin pulu isə geri qaytarmamasına səbəb kimi Əmrahın qaldığı evlərə hər ay 300 manat kirayə pullunu ödəməsi ilə əsaslandırmış, ittiham aktında adı çəkilən Yusif adlı şəxsi isə tanımadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından Yaşar və Sevinc adlı şəxslərin vasitəsi ilə tanımış, Sevincin evində qalan vaxt ipoteka ilə ev almaq istədiyini bildirmiş, həmin vaxt Sevinc onu Yaşar adlı ev alqı-satqısı ilə məşqul olan şəxslə tanış etmiş, bundan sonra o Yaşarla telefonla danışarkən ona Sərxan adlı bir nəfər şəxsin ipoteka ilə ev tapa biləcəyini bildirmiş və Sərxanın istifadə etdiyi ***-***-**-** nömrəsini vermiş, sonra Sərxanla mobil telefonla danışmış, həmin vaxt yəni 2022-ci ilin oktyabr ayının axırlarında Sərxan ona Göygöl rayonu, Üçtəpə kəndində bir həyət evi göstərmiş və beh olaraq 5000 manat pul istədikdə ona 5000 manata gücünün çatmadığını deyərək notariat kontorunda 2500 manat pul vermiş, bundan sonra Sərxan ona həmin evin qardaşına məxsus olduğunu, qardaşının Moskva şəhərində olduğunu, sənədlərin də qardaşında olduğunu bildirmişdir. Sərxan onu qardaşı ilə “whatchap”la görüntülü danışdırmış, bundan sonra Sərxan ona qardaşının qaynına borcu olduğunu həmin puldan qaynına da verəcəyini deyərək yubatmış, o artıq Sərxanın evin sənədlərini gecikdirdiyini və evin problemli olduğunu görərək ondan pulunu qaytarmasını və ya ona yeni ev tapmasını bildirmiş, Sərxan da bundan sonra ona Gəncə şəhəri, Gülüstan qəsəbəsində 46000 manat dəyərində AKTA-6 ətrafında ev taparaq həmin evə aparmış, evi bəyəndikdən sonra Sərxan evin açarlarını ona vermiş və həmin evə görə yenə Sərxana təxminən 5000 manata qədər pul ödəmişdir. Bir müddət sonra evə Şirin adlı bir nəfər qadın gəlmiş, həmin qadın evdən bəzi əşyalarını götürmüş, bu vaxt qadın evə nəyə gəldiyini soruşduqda ona evi aldığını bildirmiş, həmin qadın da evi satmadığını, Sərxana kirayə verdiyini demişdir. Şirinə evi Sərxandan 46000 manata aldığını bildirdikdə o Sərxanı çağırmış, bir müddət sonra Sərxan həmin evə gələrək qadına “sən niyə mənə deməmiş evə gəlmisən” deyərək irad bildirmiş, sonra həmin qadın getmiş və bir qədər sonra evə Yusif adlı bir nəfər təxminən 50 yaşlarında kişi gəlmiş, həmin vaxt Yusif adlı şəxs ona “arvad qələt eliyir, əsas mənəm, sən məni tanıyırsan, evi mən satmışam” deyərək evdən çıxmamasını, 15000 manat pul verdikdən sonra evi onun adına keçirdəcəklərini bildirmiş, bundan sonra hər dəfə Sərxana pulu xidmət etdiyi Daşkəsən rayonunda yerləşən hərbi hissədən “bir bank” mobil tətbiqi vasitəsi ilə göndərmiş və Yusifə evi onun adına sənədləşməsini bildirdikdə Yusif ona hər dəfə bir bəhanə gətirmişdir. 2022-ci ilin fevral ayında Yusif ona anasının öldüyünü, evin anasının adına olduğu üçün sənədləri düzəltməli olduğunu bildirmiş, bundan sonra Sərxana bu barədə demiş, Sərxan da ona başqa ev tapacığmı bildirmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Sərxan Gəncə şəhəri, Atatürk prospektində “Azərittifaq” deyilən yerdə iki otaqlı bina evi tapmış və onu 32000 manata ala biləcəyini bildirmiş, Sərxan ona Yusifə vermiş olduğu 15200 manat pulu yeni evin sahibi Şahid1 verəcəyini, bundan sonra əlavə olaraq 4200 manat da pul ödədikdən sonra qalan hissəsini də hər ay 600 manat olmaqla ödəməsini bildirdikdə Sərxanla razılaşıb evə köçmüşdür. Bundan sonra Sərxana 2023-cü ilin mart ayının ortalarında 3000 manat, 28 mart 2023-cü il tarixdə 1200 manat pul göndərmişdir. 2023-cü ilin aprel ayının əvvələrində evə gələn vaxt evin qapısının açılmadığını gördükdə Sərxana zəng vurub məlumat vermiş, həmin vaxt Sərxan onu aşağı çağırmış, aşağı düşdükdən sonra evdən bir qadın və kişinin çıxıb getdiyini bilmiş, sonra bu barədə qonşusu Qətibə müəllimə ilə danışmış, Qətibə müəllimə isə evin sahibi ilə danışmış və ev sahibi evini satmadığını və Sərxandan da heç bir pul almadığını bildirmiş, bundan sonra Sərxanın aldatdığını başa düşmüş, buna görə də bir neçə dəfə Sərxanla görüşüb pulunu istəmiş, lakin Sərxan ona pulunu verəcəyini desə də verməmiş, buna görə də şikayət etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının 4-5 tarixlərində saat təxminən 23 radələrində yaşadığı evdə olan vaxt binanın həyətindən səs gəldiyini, bu zaman pəncərəni açıb həyətə baxdıqda sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin yüksək səslə nalayiq söyüşlər söydüyünü eşitmişdir. O, Sərxana söydüyü üçün iradını bildirmişdir. Bu zaman dəhlizə çıxdıqda hərbi geyimdə sonradan tanıdığı Zərərçəkmiş şəxs görmüş, bu zaman onun üçüncü mərtəbədəki iki otaqlı mənzili aldığını və qapının açılmadığını bildirmişdir. Həmin vaxt həmin Əmrahın dediyi Şahid1 məxsus mənzilin qabağına düşüb Əmrahdan qapının açarını alıb açmaq istəmiş, lakin qapı arxa tərəfdən bağlı olduğundan açılmamışdır. Həmin vaxt mənzildə işıqlar da yanılı olmuşdur. Bu vaxt Sərxan binanın dəhlizində yanlarına gəlib Əmraha küçədən avtomobildən çantanı gətirməsini deyərək onu binanın dəhlizdən uzaqlaşdırmışdır. Bundan sonra yaşadığı mənzilə qalxdıqda həmin mənzilin qapısının açıldığını və tanımadığı iki nəfər biri kişi digəri isə qadının çıxdığını görmüşdür. Bundan sonra Əmrahı şəhid olmuş qardaşı oğlu Əlzamin Mustafalıya oxşatdığı üçün evinə dəvət etmiş, söhbət əsnasında ev aldığını bildirmiş, evin çıxarışını istədikdə Əmrah evin sənədələrinin olmadığını bildirmişdir. O, Sərxanın, Yaşarın və Yusifin onun başına açmış olduğu hadisələri danışmış, Sərxana guya Familə vermək üçün 15000 manat pul verdiyini bildirmişdir. Bundan sonra Yaşara zəng vurub onu evə dəvət etmiş, Yaşardan Sərxanın mobil nömrəsini alıb onu da dəvət etmiş, Sərxandan Əmraha satdığı evin çıxarışını istəmiş, Sərxan isə “guya Şahid1 Əlovsət oğluna 15000” manat borc pul verilməsi barədə qəbz və Sevinc Məmmədova ilə arasında notarit kontorunda 2500 manat pul götürülməsi barədə bağlanmış müqaviləni göstərmiş, bu zaman Şahid1 imzaladığı qəbzin şəkilini mobil telefonla çəkmiş, digər müqavilənin şəklini çəkməyə icazə verməmişdir. Bundan sonra Şahid1 zəng vurub ona evini satıb-satmadığını soruşduqda Famil evini makler Zirəddinin vasitəsi ilə kirayə verdiyini, özünün Bakı şəhərində olduğunu, səhər hökmən Gəncə şəhərinə gələcəyini demişdir. Ertəsi gün saat 10 radələrində Famil evinə gəlmiş, həmin vaxt evdə Sərxan və Yaşar da olmuşlar, bu zaman Sərxan Əmrahın paltarlarını yığdığını gördükdə Familə evdə hərbiçinin qaldığını, onu evdən çıxartmamasını xahiş etmiş, lakin Famil evini satmadığını, Sərxana kirayə verdiyini bildirmişdir. Həmin vaxt Famil Sərxana “sən mənə nişanlı olduğunu, avtozavodda ev aldığını, evində təmir işi getdiyi üçün müvvəqəti mənim evimdə kirayə yaşayacağını və Ramazan bayramından sonra toyu olacağını bildirmişdin” deyə qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında iki otaqlı yaşayış evi var, ailə vəziyyəti ilə bağlı olaraq həmin evi kirayə verir. Belə ki, Gəncə şəhərində maklerliklə məşqul olan Zirəddin adlı şəxsə müraciət etmiş, bir müddət sonra təxminən mart ayının 15-də Zirəddin əlaqə saxlayaraq evinə Teymur adlı maklerin kirayəşin tapdığını bildirmiş və Zirəddinə gəlib evi göstərəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Gəncə şəhərində yerləşən evinin qabağına gəlmiş və həmin vaxt evin qabağında küçədə Zirəddin, Teymur adlı makler, həmçinin iki nəfər də şəxs olmuşdur. Teymur adını sonradan bildiyi Sərxan adlı şəxsi göstərərək evini kirayə götürmək istədiyini demiş, o da evini uzun müddətli və ailəli insanlara verə biləcəyini demiş, həmin vaxt Sərxan ona nişanlı olduğunu və qısa müddətdə toyu olacağını, evidə ona görə tutduğunu bildirmişdir. Bundan sonra onlarla bir yerdə evə qalxmış və evin açarını Sərxana verib ondan 250 manat pul almış, aldığı həmin 250 manat pulun 50 manatını evinə kirayə qalmağa adam tapdığı üçün Zirəddinə verib Bakı şəhərinə getmişdir. Təxminən 2023-cü ilin aprel ayının 4-5 tarixlərində Gəncə şəhərindəki evində qonşuluqda yaşayan Qətibə müəllimə ona zəng vuraraq evini satıb-satmadığını soruşduqda ona evi satmadığını, kirayə verdiyini bildirmiş, Qətibə müəllimə ona evində bir nəfər hərbiçi qaldığını və həmin şəxsin evi ipoteka ilə aldığını iddia etdiyini demişdir. Bundan sonra Gəncə şəhərinə qayıtmış və evə gəlib qapını döyən vaxt bir nəfər adını sonradan bildiyi Əmrah adlı şəxs qapını açmış və bu aman onun kim olduğunu soruşduqda Əmrah həmin evdə qaldığını bildirmiş, Əmraha “səni bu evə kim gətirib” deyə soruşduqda, evi Sərxanın satdığını bildirmiş, bundan sonra Əmraha Sərxanı çağırmasını demiş, Əmrah Sərxana zəng vuraraq çağırmış, lakin özü işə getdiyini deyərək çıxıb getmiş, bir qədər sonra Sərxan gəlmiş və Sərxandan evi boşaltmasını istəmiş, Sərxanda evdə olan əşyaları bir ədəd əl çantasına yığaraq çıxıb getmiş, Sərxandan evin açarını aldıqdan sonra kilidi dəyişib evin qapısını bağlayıb getmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində AKTA-6 ətrafında bir mərtəbəli kürsülü yaşayış evi var, çox vaxt Bakı şəhərində yaşadığı üçün həmin evini kirayə vermək qərarına gəlmiş, bu məqsədlə evlərin alqı-satqısı və kirayəsi iə məşqul olan şəxslərə evini kirayə verdiyini demiş, 2022-ci ilin noyabr ayında adlarını sonradan bildiyi Sərxan və iki nəfər adını bilmədiyi şəxs evinə gəlib kirayə götürmək istədiklərini demişlər, həmin şəxslərdən biri təxminən 30-35 yaşlarında olan kişi həmin evi kirayə götürmək istədiyini və arvadını da gətirib evi göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs bir nəfər qadınla evə gəlib baxmış və onlara 300 manata kirayə vermiş, pulu əvvəlcədən vermişlər. Təxminən 10-15 gün sonra evə gəldikdə evdə bir nəfər adını sonradan bildiyi Əmrah adlı şəxs və yanında bir nəfər qız olmuş, evin bağlı otağında olan əşyaları götürən vaxt Əmrah həmin qızın nişanlısı olduğunu və evin otağına baxmasını bildirmiş, bu zaman Əmraha evin açıq otaqlarını kirayə verdiyini, digər otaqları isə vermədiyini bildirdikdə Əmrah evi aldığını demiş, bundan sonra zəng vuraraq Sərxanı çağırmış, Sərxan gələn kimi Əmrahın nişanlısına yalan dediyini deyərək onun da evi satdığını bildirməsini demiş, lakin Sərxanla razılaşmamış, bundan sonra Əmrah evdən əşyalarını yığıb çıxmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, R.Qasımov küçəsində kirayədə yaşayır, Zərərçəkmiş şəxs qohumu Ruslan Əhmədovun iş yoldaşı kimi tanımış, belə ki, Ruslan zəng vuraraq Əmrahın hərbi qospitaldan çıxdığını və Gəncə şəhərində qalmağa yeri olmadığını, Əmrahı evində qonaq saxlamağı xahiş etmiş və Əmrahın hərbiçi olduğuna görə evində qalmasına razılıq vermişdir. Bundan sonra Əmrah onların evlərinə gəlmiş və söhbət əsnasında valideynlərinin olmadığını, Tovuz rayonundan olduğunu, Gəncə şəhərindən ipoteka ilə ev almaq istədiyini, lakin ipoteka sənədləşməsinin hansı formada olmasını və Gəncə şəhərində ev tapmalı olduğunu bildirmişdir. Bundan sonra Əmraha Yaşar adlı bir nəfər makler tanıdığını, onun Gəncə şəhərində ev tapa biləcəyini demiş, bundan sonra Əmrah Yaşarla görüşmək istədiyini bildirdikdə Yaşarın istifadə etdiyi ***-***-**-** nömrəsini Əmraha demiş və bundan sonra Əmrah Yaşarla telefonla danışıb görüş təyin etmişdir. X2 adlı bir nəfər şəxslə tanış etməsini və Sərxanın Əmraha ipoteka ilə ev düzəltməli olduğunu bilmiş, Əmrah Sərxana 2000 manat pul vermiş və həmin vaxt Əmrahın sənədi olmadığı üçün onun əvəzinə Sərxana pulun verilməsi ilə bağlı borc müqaviləsini notariat kontorunda Sərxanla bağlamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, onunla yaxın münasibətləri olmuş, Zərərçəkmiş şəxs 2022-ci ilin təxminən oktyabr ayından tanışı Şahid3 vasitəsi ilə tanımışdır. Bildirir ki, özünə məxsus avtomobillə taksilik edir, Sevincdə müştərisi olmuşdur. Bir gün Sevinc Əmrah adlı tanışlarının ev axtardığını bildirdikdə Əmrahı Sərxanla tanış etmiş, həmin vaxtdan sonra Əmrah və Sərxanın nə vaxt görüşmələrindən və hansı məsələ barədə danışdıqlarından məlumatı olmamış, yalnız sonradan dəqiq tarixini xatırlamadığı vaxt Əmrah zəng vuraraq Sərxanın Gülüstan qəsəbəsindən almaq üçün ev tapdığını, ev sahibinin sənədləri düzəltmədiyini bildirib bir yerdə ev sahibi ilə görüşməyi xahiş etmiş, bu zaman Əmrahın xahişi ilə onunla bir yerdə Sərxan və özünü Yusif kimi təqdim edən şəxslə görüşmüş, həmin vaxt Yusifə əgər adama evi satmırsınızsa pulunu qaytarmasını bildirmiş və bundan sonra yanından çıxıb getmişdir. Bir müddət sonra yenə Əmrah zəng vuraraq Sərxanın ona satmış olduğu evdə başqa adam olduğunu bildirmiş, Əmraha hara getmək lazım olduğunu dedikdə Əmrah Gəncə şəhəri, H.Əliyev prospektinə dəvət etmiş, həmin yerə çatdıqda Sərxanda orada olmuş, həmin vaxt Əmrahdan bu evə nə vaxt köçdüyünü bildirdikdə Əmrah Sərxanın həmin evi ona satdığını demiş, bundan sonra birlikdə evə qalxdıqda evin qapısını Sərxan açmış, bu zaman binanın dəhlizində olan qonşulardan Qətibə müəlliməni əvvəldən tanımış, onunla evdə bir qədər söhbət etdikdən sonra getmiş, bundan sonra isə Əmrah bildirmişdir ki, Sərxan onu ev almaq adı ilə aldadaraq pulunu almasını və buna görə də polisə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, onun nənəsi və atası seyid olduqarı üçün tanıyır. Təxminən 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxsla görüşən vaxt onunla bir yerdə Gəncə şəhəri, Gülüstan qəsəbəsinə getməyi xahiş etmiş və öz avtomobili ilə Sərxanı Gülüstan qəsəbəsində qeyd etdiyi ünvana aparmış, Sərxan qapını açıb hər ikisi həyətə keçdikdə Sərxan həmin evi bir nəfər hərbiçiyə satacağını demişdir. Ona evinin olmadığını bildirdikdə Sərxan “öz evimdi, satıram” deyə cavab vermişdi. Bundan sonra Sərxan yanımıza hərbiçinin gələcəyini, ona Yusifin oğlu olduğunu, evin guya atasının evi olduğunu və işi olduğu üçün gəldiyini deməsini istəmişdir. Lakin ona həmin işdən qorxduğunu və uşaqlarının alduğunu demiş, bundan sonradan Əmrah adlı şəxs gecikdiyi üçün Sərxan telefonu bağlı olduğuna görə Əmraha zəng vurmaq üçün mobil telefonunu istədikdə ona vermişdir. Onunla telefonda danışıb evin yolunu izah etmiş, bir qədər sonra Əmrah adlı şəxs gəldikdə Sərxana ev almaq üçün pul verdiyini, lakin evin düzəlmədiyini, Sərxan da ona bank işlərinin yubandığını bildirmişdir. Bundan sonra onların söhbətlərinin problemli olduğunu bildiyi üçün evin həyətinə çıxmış, bir qədər sonra Yaşar da onların yanına gəlmiş və sonra onların yanından çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 26 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1) - 30 iyun 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs bir ədəd DVD disk təqdim edərək Təqsirləndirilən şəxs ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışıqlarının səs yazısı, pul çeklərinin surətləri və Şahid1 guya Sərxandan 15000 manat borc alması barədə Təqsirləndirilən şəxs ona göstərmiş olduğu qəbzin mobil telefon vasitəsi ilə çəkdiyi fotoşəkillərinin olduğunu bildirmiş və həmin DVD diski istintaqa təqdim etmişdir. (i.v. 26); - 09 iyul 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdən görünür ki, diskin içərisində bir ədəd “Mən Şahid1 Əlövsət oğlu yazıb sizə bildirirəm ki, Təqsirləndirilən şəxs 15000 (on beş min) manat pulu borc olaraq götürürəm. Öhdəlik götürürəm ki, həmin borcu xx.xx.2023-cü il tarixədək tam şəkildə qaytaracam. Yazdıqlarımı öz imzamla təsdiq edirəm. İmza Şahid1.xx.xx.2023” sözləri yazılmış sənəd, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus bank kartına müxtəlif məbləğlərdə pul göndərməsi barədə çeklərdir. Həmçinin bundan başqa həmin DVD diskdə Təqsirləndirilən şəxs tərəfindən “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs göndərilmiş səs yazıları vardır. (i.v. 38-40); - ödəniş qəbzlərinin ksero surətlərindən görünür ki, Təqsirləndirilən şəxs məxsus *****40880936 kart hesabına xx.xx.2022-ci il tarixdə saat 21:37-də 1000 manat, 21:40-da 660 manat məbləğində pul köçürülmüşdür. (i.v. 42); - Şahid1 Əlövsət oğluna məxsus qəbzin ksero surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 15000 manat məbləğində borc pul almış və xx.xx.2023-cü il tarixədək tam şəkildə qaytaracağını qeyd etmişdir. (i.v.44); - 15 iyul 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir. (i.v. 49-51); - Notarial qayada təstiq olunmuş kredit müqaviləsindən görünür ki, Şahid3 2500 manat məbləğində pulu Təqsirləndirilən şəxs borc vermiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci i tarixə kimi borcu qaytarmağı öhdəsinə götürmüşdür (i.v. 65); - 10 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. (i.v. 66); - 16 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə Sabunçu rayon Polis idarəsində CM-nin 263.1-ci maddəsi ilə məsuliyyət cəlb olunmuş və həmin tarixdə CPM-in 40.3-cü maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. (i.v. 71); - 22 dekabr 2023-cü i tarixli “axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri ərazisində saxanılaraq Gəncə şəhər BPİ-in 2-ci PŞ-nə gətirilmiş və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verimişdir. (i.v. 76); - 22 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilməmişdir (i.v.93); - xx.xx-2023-cü il tarixli 4 (125)-598/2023 saylı Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (104-106) - 22 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçiməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.107); - 06 iyul 2024-cü i tarixli “könüllü özünü təhqiqat orqanına təqdim etməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində işlədiyi üçün istintaq orqanına gəlməmişdir (i.v.129); - 08 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirən, zərərçəkmiş və şahid ifadələri, ödəniş qəbzləri, Əmrah Əiyevin təqdim etdiyi 01 (bir) ədəd DVD disk maddi sübut kimi qiymətləndirilmişdir (i.v. 135-145); - 08 iyul 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, Yusif adlı şəxsin barəsində ********* saylı cinayət işindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. (i.v. 147); - 09 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən ittiham elan olunmuşdur. (i.v. 150); - 09 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir (258-260); - 01 aprel 2024-ci il tarixli cavab məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin icraatında olan 1(045)-09/2025 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmənin hesabına Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılır. - xx.xx.2025-ci il tarixli 1(125)-74/2025 saylı Gənəcə şəhər MƏhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş və cəzasının əvvəli xx.xx.2025-ci ildən hesablanmışdır. - Goranboy Rayon Məhkəməsinin 1(045)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Goranboy Rayon Məhkəməsinin 1(045)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023cü il tarixdə şübhəli şəxs kimi tutulduğu 1 gün müddət və onun əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün ümumilikdə 3 gün müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, Goranboy Rayon Məhkəməsinin 1(045)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 83 saat hüquqi yardıma görə 913 (doqquz yüz on üç) manat məbləğində pul ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs onu aldadaraq aldığı 19400 manat, əldən çıxmış fayda 1940 manat və 2000 manat isə mənəvi zərər olmaqla ümumilikdə 23340 manat pulun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki cinayət işinin materialları ilə mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində mülki iddiaçı Zərərçəkmiş şəxs maddi ziyanın vurulması sübut olunsa da, mənəvi ziyan vurulması və əldən çıxmış faydanın həcmi hazırkı cinayət işinin materialları ilə təsdiq olumur. Həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı da mənəvi ziyanın və əldən çıxmış fayda ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 2000 manat təşkil etməsini əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dəymiş ziyan 19400 manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, mülki iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin 1(045)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulduğu 1 gün müddət və onun əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün ümumilikdə 3 gün müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun Goranboy Rayon Məhkəməsinin 1(045)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi Təqsirləndirilən şəxs işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 913 (doqquz yüz on üç) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulan maddi zərərə görə 19400 (on doqquz min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq mükli iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar