Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-371/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, ev 13, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 01 may 2023-cü il tarixdə, saat 17:57-də Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 122 saylı fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək 500 manat dəyərində 2020-ci il istehsallı, ağ rəng Xiaomi markalı, Redmi Note 8 Pro modelli, ram 6 GB, daxili yaddaşı 64 GB olan bir ədəd mobil telefonu və həmin telefonun içərisində olan, 5 manat dəyərində "xxxx" MMC-yə məxsus olan ***-***-**-** saylı GSM nömrəni özgənin əmlakını açıq yolla talayıb ələ keçirməklə və götürdüyü əmlakı əldə saxlamaq və aradan çıxmaq məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki ağrılar tətbiq edərək soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, video disk, ekspertiza rəyi, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki iş məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində anası X4 ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Spirtli içki aludəçisi olduğundan demək olarki hər gün spirtli içki qəbul edir. 01 may 2023-cü il tarixdə, Gəncə Asan Xidmət Mərkəzinin qarşısındakı kiçik parkda skamyalardan birində oturub tək 250 qram spirtli içki qəbul etmişdir. Araq içdikdən sonra bir qədər şəhərdə gəzmək marağına düşmüşdür. Bundan sonra tək Rabitə Bankın yanından keçən adını bilmədiyi küçə ilə piyada hərəkət edib Üzeyir Hacıbəyov küçəsinə çatmış, daha sonra isə «Elbanın yanı» deyilən ərazidən keçib Üzeyir Hacıbəyov küçəsi ilə «Dəyirmanın dairəsi» istiqamətində piyada hərəkət etməyə başlamışdır. Məqsədi «Dəyirmanın dairəsi»nin yanına çatıb oradan Azərittifaq adlanan yerə tərəf piyada gəzmək olmuşdur. O, Üzeyir Hacıbəyov küçəsi ilə «Dəyirmanın dairəsi» istiqamətində piyada hərəkət edən vaxt qarşısında iki nəfər cavan qızın öz aralarında söhbət edə-edə getdiklərini görmüşdür. O, qarşısıyla hərəkət edən əynində göy rəngli cins materialından hazırlanmış paltar olan qızlardan birinin sağ əlində mobil telefon olduğunu görmüş, həmin telefonu qızın əlindən qaçırtmaq qərarına gəlmişdir. Bundan sonra, o, həmin qızların arxasınca hərəkət edib telefonu qaçırtmaq üçün münasib şərait gözləmişdir. Həmin qızlar «Dəyirmanın dairəsi»nin yanına çatanda, yəni küçədə yerləşən yaşayış evləri bitdikdən sonra yolun sağ tərəfindəki avtomobil təmiri sexinə gedən yola yenicə daxil olarkən, arxadan həmin qızlara yaxınlaşıb əynində göy rəngli cins materialından hazırlanmış paltar olan qızın sağ əlində olan mobil telefonu ondan dartıb almağa çalışmış, həmin vaxt əynində qara rəngli paltar olan qız əlindəki əl çantası ilə onu vursa da, dartıb mobil telefonu qızın əlindən aldıqdan sonra avtomobil yolunu keçib yolun kənarındakı şərab dükanının arxasına doğru qaçmağa başlamışdır. Oradan qaçıb ara küçələrə getmiş, insanların gəliş-gedişi olmayan bir yerdə dayanıb dincəlmiş, sonra yerdən tapdığı nazik naqil qırığı ilə mobil telefonunun içərisindəki Azərcell-ə məxsus danışıq kartını çıxardıb kənara tullamışdır. O həmin mobil telefonu satmaq məqsədilə piyada Gəncə şəhər Mərkəzi Univermağın yanına getmiş, Univermağın yan tərfindəki mobil telefonların alqısatqısı mağazasına daxil olmuşdur. Orada bir nəfər oğlan satıcıya yaxınlaşaraq mobil telefon satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan mobil telefonun onun olubolmadığını soruşanda telefonun həyat yoldaşına məxsus olduğunu, oğurluq olmadığını bildirmiş və özünə məxsus şəxsiyyət vəsiqəsi əsasında mobil telefonu 100 manata həmin şəxsə satmışdır. Bundan sonra yaşadığı evə çıxıb getmişdir. Törətdiyi cinayət hadisəsi barədə heç kimə məlumat verməmişdir. 02 may 2023-cü il tarixdə, şəhərin mərkəzində gəzən vaxt bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, həmin şəxs özünü polis əməkdaşı kimi təqdim etdikdən sonra ötən gün, yəni 01 may 2023-cü il tarixdə soyğunçuluq cinayəti törədib-törətmədiyini soruşanda etdiyi cinayəti etiraf etmiş və əldə etdiyi mobil telefonu Gəncə şəhər Mərkəzi Univermağın yanında satdığını demişdir. O, zərərçəkmiş şəxsə hər hansı zor tətbiq etməmişdir. Ona görə də özünü Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilir. Sonda törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, barışıq əldə eməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə Autizm mərkəzində psixoloq işləyir. 01 may 2023-cü il tarixdə, saat 17:45-də iş yoldaşı Şahid3 Mahir qızı ilə birlikdə işdən çıxıb Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə «Dəyirmanın dairəsi» istiqamətində piyada hərəkət etməyə başlamışlar. Onlar Ş.İ.Xətai prospektinin kəsişməsinə çatıb Abbas Səhhət istiqamətində gedən zaman Şahid3 onun sol tərəfində olmuş, özünün sağ əlində Xiomi Note 8 Pro markalı mobil telefon, sol çiynində isə əl çantası olmuşdur. Onlar Ş.İ.Xətai prospektinin kəsişməsinə çatanda arxadan kimsə onun sağ əlindən tutub mobil telefonunu almağa başlamış, həmin vaxt ,o, bərk həyəcanlanıb qorxmuş və sağ əlini kənara çəkib həmin şəxsə qarşı müqavimət göstərməyə başlamışdır. Onun yanında olan Şahid3 da əlindəki əl çantası ilə həmin şəxsi vurmuşdur ki əlini ondan çəksin. Lakin həmin şəxs güc tətbiq edib mobil telefonunu əlindən aldıqdan sonra avtomobil yolunu keçib yolun kənarındakı şərab dükanının arxasına doğru qaçmağa başlamışdır. Bundan sonra o, iş yoldaşı Şahid3 mobil telefonu ilə həyat yoldaşı Şahid2 zəng edib hadisə barədə məlumat verdikdən sonra Şahid2 hadisə yerinə gəlmiş və Şahid2 öz mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı o, və Şahid3 heç bir xəsarət almamışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri Mərkəzi Univermağında «Aylin Telekom» adlı dükanda işlənmiş vəziyyətdə mobil telefonların alqısatqısı ilə məşğul olur. O, vətəndaşlardan mobil telefonları şəxsiyyət vəsiqələri əsasında alır və mobil telefonu almağı barədə özündə qeydiyyat aparıb həmin sənədi mobil telefonların alqı-satqısı barədə olan dəftərinə əlavə edir. 01 may 2023-cü il tarixdə, saat 19 radələrində işlədiyi dükanda olan zaman əvvəllər tanımadığı, Təqsirləndirilən şəxs dükana daxil olmuşdur. Vədad ona yaxınlaşmış, cibindən bir ədəd ağ rəngli mobil telefon çıxardıb ona göstərərək satmaq istədiyini bildirmişdir. Onun sərxoş vəziyyətdə olduğunu görüb telefonun oğurluq olub-olmadığını soruşanda Vədad satmaq istədiyi mobil telefonun oğurluq olmadığını, həyat yoldaşına məxsus olduğunu və maddi ehtiyacları üçün satmaq istədiyini bildirmişdir. O, mobil telefonu onun əlindən alıb baxanda görmüşdür ki, həmin şəxsin satmaq istədiyi mobil telefon Xiaomi markalı, Redmi Note 8 Pro modelli ağ rəngli mobil telefondur. O, mobil telefonu neçəyə satdığını Vədaddan souşanda sonuncu 100 manata satdığını bildirmişdir. Bundan sonra o, Vədaddan şəxsiyyət vəsiqəsini istəyəndə o, əynindəki idman pencəyinin cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb ona təqdim etmişdir. O, Vədada iki ədəd 50 manatlıq əskinazlar olmaqla ümumilkdə 100 manat pul verib mobil telefonu ondan almışdır. O, mobil telefonu almağı barədə özündə qeydiyyat aparmış və şəxsiyyət vəsiqəsinin surətini çıxardıb özündə saxlamışdır. Bundan sonra 02 may 2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi dükanda olan zamanı mülki geyimdə olan şəxslər dükana gəlmiş, özlərini polis əməkdaşı kimi təqdim edib ötən gün ona Xiaomi markalı, Redmi Note 8 Pro modelli ağ rəngli mobil telefon satılıb-satılmadığını soruşanda o, etiraf edib bildirmişdir ki, 01 may 2023-cü il tarixdə, saat 19 radələrində bir nəfər şəxsin dükana gələrək şəxsiyyət vəsiqəsi əsasında həyat yoldaşına məxsus Xiaomi markalı, Redmi Note 8 Pro modeli ağ rəngli mobil telefonu 100 manata satmışdır.Bunda sonra polis əməkdaşlarının təklifi ilə polis idarəsinə gedib orada hadisə barədə ifadə vermiş və aldığı telefonu istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 01 may 2023-cü il tarixdə saat təxminən 18 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs iş yoldaşı Şahid3 məxsus telefon nömrədən ona zəng etmiş və həyəcanlı şəkildə ona bildirmişdir ki, ona qarşı soyğunçuluq cinayəti törədilib, bir nəfər orta boylu, saçları seyrək, üzü tüklü, ayağında ağ rəngli idman ayaqqabısı olan, əynində göy rəngli idman geyimi olan şəxs “Dəyirman dairəsi” yaxınlığında ona məxsus telefonu əlindən alıb dartaraq götürüb qaçmışdır. Bundan sonra,o, dərhal hadisənin baş verdiyi yerə gəlmiş və Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəng vuraraq hadisə barədə polisə məlumat vermişdir.Polisin apardığı araşdırma ilə cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Mahir qızı ifadəsində göstərmişdir ki, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır. Gəncə Autizm mərkəzində psixoloq işləyir. O, 01 may 2023-cü il tarixdə, saat 17:45-də iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə işdən çıxıb Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə «Dəyirmanın dairəsi» istiqamətində piyada hərəkət etməyə başlamışlar. Onlar Ş.İ.Xətai prospektinin kəsişməsinə çatıb Abbas Səhhət istiqamətində gedən zama Zərərçəkmiş şəxs onun sağ tərəfində olmuş və onlar söhbət edə-edə getmişlər. Onlar Ş.İ.Xətai prospektinin kəsişməsinə çatanda, yəni küçədə yerləşən yaşayış evləri bitdikdən sonra sağ tərəflərində yerləşən avtomobil təmiri sexinə gedən yola yenicə daxil olmuşdurlar ki, arxadan kimsə gəlib Zərərçəkmiş şəxs sağ əlindən tutub onu geriyə dartanda Günel qorxub qışqırmışdır. O geriyə baxanda görmüşdür ki, tanımadığı şəxs Zərərçəkmiş şəxs sağ əlindən tutub onun mobil telefonunu almaq istəyir. Zərərçəkmiş şəxs isə sağ əlini kənara çəkib həmin şəxsə qarşı müqavimət göstərir. Həmin vaxt o əlindəki əl çantasıyla həmin şəxsi vurmuş ki əlini Güneldən çəksin. Lakin həmin şəxs Zərərçəkmiş şəxs sağ əlindənki mobil telefonu dartıb aldıqdan sonra avtomobil yolunu keçib yolun kənarındakı şərab dükanının arxasına doğru qaçmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs onun mobil telefonuyla həyat yoldaşı Şahid2 zəng edib hadisə barədə məlumat verərək oraya çağırmışdır. Bir az keçdikdən sonra Şahid2 hadisə yerinə gəlmiş və öz mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Özü və Zərərçəkmiş şəxs heç bir xəsarət almamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: -01 may 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, 01 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus əmlakın talandığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 122 saylı fərdi yaşayış evinin yaxınlığında yerləşən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli əşyanın götürülməsi haqqında qərardan və 03 may 2023-cü il tarixli qəbzdən görünür ki, 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs açıq şəkildə taladığı 01 ədəd Xiomi Note 8 Pro markalı mobil telefon və 2 ədəd 50 manatlıqdan ibarət həmin əskinaslar iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilmiş və telefon qəbzlə sahibinə qaytarılmışdır. -02 may 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, iki ədəd 50 manatlıq əskinaslara baxış keçirilmiş, fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. -02 may 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. -15 may 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində olan 21 saniyədən ibarət «VİD-20230501-191349» adlı fayl açılmış və görüntüyə baxış zamanı məlum olmuşdur ki, bir nəfər şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 122 saylı fərdi yaşayış evinin yaxınlığında iki nəfər piyada hərəkət edən qadınlara yaxınlaşaraq göy rəngli cins paltar geyinmiş qadına həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əlindən nə isə götürüb qaçaraq oradan uzaqlaşır. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3457 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd 2020-ci il istehsallı, ağ rəngli Xiaomi markalı, Redmi Note 8 Pro modelli, ram 6 GB, daxili yaddaşı 64 GB səkkiz nüvəli maks. 2.05 GHz mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bazar qiyməti təxminən 200,0 manat, 01 ədəd ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2938 saylı arayışdan məlum olur ki, təqsirləndirilən şəxs Sadıqov X5 dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2809 saylı arayışdan məlum olur ki, təqsirləndirilən şəxs Sadıqov X1 dispanserdə qeydiyyatda durmur. -Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. -xx.xx.2023-cü il tarixli, 3-13-57-1/2-834/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs soyğunçuluq cinayətini tək törətmiş, həmin cinayət hadisəsini törətməkdə ona heç kim köməklik göstərməmiş, soyğunçuluq cinayətini törədərkən kənardan onu görən şəxsləri müəyyən etmək mümkün olmamış, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs X8 8 Pro mobil telefonun içərisindəki çıxarıb atdığı «Azercell» şirkətinə məxsus danışıq kartını müəyyən etmək mümkün olmamışdır. -05 iyul 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən sahibi Zərərçəkmiş şəxs qaytarılmış X8 8 Pro markalı bir ədəd mobil telefon, Şahid1 qaytarılmış iki ədəd 50 manatlıq əskinaslar eləcə də cinayət işinə əlavə edilmiş soyğunçuluq cinayəti baş verdiyi yerin yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerası vasitəsilə qeydə alındığı videogörüntü olan 1 (bir) DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 180.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 180.1-ci maddəsi ilə təqsirli bildiyini, beləki, hadisə zamanı zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmədiyini göstərsədə həmin dəlil özünü müdafiə xarakterli olmaqla istintaq materialları ilə tam təkzib edildiyindən rədd edilmiş və özünü müdafiə etməsi kimi qiymətləndirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə baxış keçirilmiş diskin içərisində olan 21 saniyədən ibarət «VİD-20230501-191349» adlı faylda olan görüntüyə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 122 saylı fərdi yaşayış evinin yaxınlığında iki nəfər piyada hərəkət edən qadınlara yaxınlaşaraq göy rəngli cins paltar geyinmiş qadına həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əlindən nə isə götürüb qaçaraq oradan uzaqlaşır. Bu zaman zərərçəkmiş və yanında olan Şahid3 ona müqavimət göstərir, o isə zərərçəkmiş şəxsin əlində olan telefonu zor tətbiq edərək alıb qaçır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində şəkirlər 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını və dəymiş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 sentaybr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlardan - X8 8 Pro markalı bir ədəd mobil telefonun Zərərçəkmiş şəxs Ataşkişi qızına, iki ədəd 50 manatlıq əskinasların Şahid1 qaytarılması nəzərə alınmalı, soyğunçuluq cinayəti baş verdiyi yerin yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerası vasitəsilə qeydə alındığı videogörüntü olan 1 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalıdan həbsə alınsın. İş üzrə maddi sübut kimi tanınmış X8 8 Pro markalı bir ədəd telefonun sahibi Zərərçəkmiş şəxs, iki ədəd 50 manat əskinasların Şahid1 qaytarılması nəzərə alınsın və 1 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-371/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-371/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver