Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-373/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, H.Əliyev prospekti, 475-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Atatürk prospekti 197 bina 1 mənzil 28-də yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabin olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1917-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin atəşə yararlı, döyüş sursatı sayılan ştat 04 ədəd patronları və zavod üsulu ilə keçmiş SSRİ dövlətində ildə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabin silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabindən atılmış 01 ədəd gilizi əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə daxil olmuş məlumat əsasında 09 may 2023-cü il tarixdə saat 17:10 dəqiqədə Gəncə şəhər BPİ-nin 1ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Atatürk prospekti 197 bina 1-in yaxıığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475-də yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən hər hansı bir odlu silah və ya dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Atatürk prospekti 197 bina 1 mənzil 28-də odlu silah saxladığını bildirmişdir. Həmin səbəbdən Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Atatürk prospekti 197 bina 1 mənzil 28-də baxış keçirilmiş, baxış keçirilən zaman mənzilin girişindən sağ hissədə olan qara rəngli, taxtadan olan, qapının üzərində güzgü olan şkafın içərisindən qara-qırmızı rəngli parçaya bükülü olan 1 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabin olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1917-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin atəşə yararlı, döyüş sursatı sayılan ştat 04 ədəd patronlar və zavod üsulu ilə keçmiş SSRİ dövlətində ildə istehsal olunmuş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabin silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabindən atılmış 01 ədəd giliz aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yaşamaqla həbs edilməmişdən əvvəl şəhər ərazisində metal tullantıları yığıb təhvil verməklə pul qazanıb öz dolanışığını təmin etmişdir. Həmin ərəfədə bir gün yenə Gəncə çayının içində və sahili ilə gəzişərək metal yığımı ilə məşğul olan zaman çayın sahilində 1 ədəd qırmızı rəngli torbanın içərisində tüfəngə bənzər odlu silah, həmçinin silahdan başqa torbanın içərisində 4 ədəd güllə və bir ədəd giliz olduğunu görmüş və həmin silah marağını cəlb etdiyi üçün onu özü ilə götürmək qərarına gəlmişdir. Bundan sonra tapdığı silahı götürüb özü ilə yaşadığı evə gətirmiş və silahı patronları ilə birlikdə evdə olan şkafda gizlətmişdir. xx.xx.2023-cü il tarixində Gəncə şəhəri Atatürk prospekti 197 bina 1-in yaxınlığında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və qanunsuz olaraq odlu silah gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhəri 1-ci PŞ-nə aparmışlar. Gəncə şəhər 1-ci PŞ-də müdafiəçi ilə təmin edildikdən sonra müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir odlu silah və ya dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış zamanı o üzərində odlu silah saxlamasa da yaşadığı evdə odlu silah saxladığını etiraf etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə yaşadığı ünvana gedilmiş və yaşadığı evə baxış keçirilmişdir. O, evdə odlu silahı gizlətdiyi yeri təqdim etmişdir. Yaşadığı mənzildə olan qara rəngli şkafa polis əməkdaşları baxış keçirərək qara-qırmızı rəngli parçaya bükülü olan silahı və yanında olan 4 ədəd güllə və bir ədəd gilizi aşkar etmişlər. Bundan sonra həmin silah və güllələr qablaşdırılmış və üzəri möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. O, aşkar olunmuş karabin tipli odlu silahdan əlavə heç bir yerdə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanı saxlamamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirmiş, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxşında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 09 may 2023-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs odlu silah üzərində gəzdirməsi və ya yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospekti 197 bina 1-in yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 Araz oğlu ilə birlikdə Gəncə şəhəri Atatürk prospekti 197 bina 1-in yaxınlığına getmişdir. Onlar orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra onu barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib 1-ci Polis Şöbəsinə dəvət edib İdarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ izah edilmiş və o, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Atatürk prospekti 197 bina 1 mənzil 28-də odlu silah saxladığını, həmin odlu silahı təxminən ay yarım əvvəl Gəncə çayının sahilində dəmir yığmaqla məşğul olan zaman tapdığını və götürüb özündə saxladığı bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan olan Gəncə şəhəri, Atatürk prospekti 197, bina 1, mənzil 28 ünvanına gedilmiş və Təqsirləndirilən şəxs yaşadığı mənzildə girişdə sağ hissədə olan qara rəngli, taxtadan olan qapısının üzərində güzgü olan şkafı təqdim edərək odlu silahın həmin yerdə saxladığını bildirmişdir. Həmin şkafa baxış keçirilən zaman parçaya bükülü olan 1 ədəd karabin tipli odlu silaha bənzər silah və həmin şkafın içərisindən 4 ədəd güllə və 1 ədəd giliz aşkar edilmiş, bundan sonra aşkar edilmiş silah-sursat kağız torbada qablaşdırılaraq möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Gəncə BPİ-nin 1-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçı polis kapitanı X2, Gəncə şəhər 1-ci PŞ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və müdafiəçi X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Baxışdan əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 3 ədəd 1 manalıq və 3 ədəd 10 qəpiklik pul əskinası, həmin şalvarın sol yan cibindən isə 1 ədəd “kingston” markalı siqaret qutusu aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Atatürk prospekti 197 bina 1 mənzil 28-də odlu silah saxladığı, həmin odlu silahı təxminən ay yarım əvvəl Gəncə çayının sahilində dəmir yığmaqla məşğul olan zaman aşkar etdiyini və götürüb özündə saxladığı bildirmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1, Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkili, polis kapitanı Şahid2, həmin bölmənin əməliyyat müvəkilli, polis leytenantı Şahid1 Araz oğlunun, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Atatürk prospekti 197 bina 1 mənzil 28 ünvanına baxış keçirilmişdir. Baxış Təqsirləndirilən şəxs yaşadığı ünvan olan ünvan 2ə Təqsirləndirilən şəxs yaşadığı mənzilin girişindən sağ hissəsində olan qara rəngli, taxtadan olan qapısının üzərində güzgü olan şkafı təqdim edərək odlu silahın həmin yerdə saxladığını bildirmişdir. Həmin şkafa baxış keçirilən zaman qara-qırmızı rəngli parçaya bükülü olan 1 ədəd karabin tipli odlu silaha bənzər silah və həmin şkafın içərisindən 4 ədəd güllə və 1 ədəd giliz aşkar edilmişdir. Aşkar edilmiş silaha baxış zamanı onun taxta qundaqdan və metal hissələrdən ibarət olması, silahın üst hissəsində nömrə hissəsinin xüsusi qaydada yonulmaqla silinməsi müəyyən edilmiş və həmin odlu silah və ona aid sursat kağız torbada qablaşdırılaraq üzəri DİN-nin 110 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3-13-11/2-9687/23 nömrəli cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs 1 ədəd 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabin modelli odlu silahı, ona aid 04 ədəd güllə və 01 ədəd gilizi kimdən və haradan əldə etməsini, həmçinin həmin odlu silahdan hər hansı bir cinayətin aləti kimi istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır.Bundan əlavə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsində ona kiminsə kömək etməsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs oğlunun şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/357 nömrəli rəyindən görünür ki, 1.Tədiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1917-ci ildə istehsal olunmuş, 7,62 mm kalibri Mosin konstruksiyalı sürgülü karabindir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır.
2. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin ştat patronlarıdır, döyüş sursatlarıdırlar və atəş üçün yaralıdırlar.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd gilizi zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabin silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış-gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli №-si silinmiş Mosin konstruksiyalı sürgülü karabindən atılmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respiublikası CM-nin 177.2.1-ci və 29,177.2.3-cü maddələri ilə təqsirli bilnərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunub. Gəncə şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü, 29, 177.2.4-cü, 177.3.2-ci, 228.2.1-ci və 232.2.1-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 07 il 06 aya endirilmişdir. xx.xx.2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.4-cü maddəsi hökümdən xaric edildilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respiublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilnərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə o, qeydiyyatdan çıxarılmışdır. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respiublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilnərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 09 may 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 09 avqust 2023-cü il tarixə kimi uzadılmışdır. 11 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunaraq götürülmüş 1 ədəd texniki cəhətdən saz olan və atəş açmaq üçün yararlı olan 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabin və 04 ədəd patron, hal-hazırda atəş üçün yararsız olan 01 ədəd giliz, eləcə də cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs evinə və üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci, 29,177.2.2-ci, 29,177.2.3cü, 29, 177.2.4-cü, 177.3.2-ci, 228.2.1-ci və 232.2.1-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 07 il 06 aya endirilmişdir. xx.xx.2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.4-cü maddəsi hökümdən xaric edildilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayət olduğundan və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından həmin vaxtdan 6 il keçmədiyinə görə məhkumluğu ödənilməmiş hesab olunur. Eyni zamanda Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respiublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilnərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Həmin cinayət isə az ağır cinayət hesab olunur. Həmin cinayəti törtədiyi vaxtdan iki il keçmədiyinə görə məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükləi residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; Odur ki, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1 ədəd 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabin modelli odlu silahı, ona aid 04 ədəd güllə və 01 ədəd gilizi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş 1 ədəd 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü karabin modelli odlu silah, ona aid 04 ədəd güllə və 01 ədəd giliz müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçinın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir
Sədrlik edən Elxan Əlizadə