Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-373/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 3-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 11-ci küçədə yerləşən fərdi yaşayış evində yaşamış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək hal-hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,783 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən 08 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 12:05 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsi 11-ci küçədə saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilib həmin gün üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ ön yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,783 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadə həqiqətə uyğun deyildir. O, narkotik vasitə istifadəçisidir, lakin üzərindən tapılan narkotik vasitə onun olmamışdır. O, axırıncı dəfə tutulmamışdan iki ay qabaq markotik vasitə istifadə etmişdir. Şöbədə ona narkotik vasitənin onun üzərində olmasını üstünə götürməyi bildirmişlər. Hazırki cinayət işi üzrə narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəmədən barəsində ən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu Polis Şöbəsinə üç nəfər polis əməkdaşı aparmışdır. Daşqın adlı polis əməkdaşı ona bildirmişdir ki, narkotik vasitənin onun olmasını üzərinə götürsə onu tutmayacaqlar, o, bir gün Şöbədə saxlanılıb azadlığa buraxılacaqdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi, üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar ona yaxınlaşaraq qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış edib və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Polis şöbəsinə aparmışlar. Şöbədə üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid kimi dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs Fariz oğlunu Gəncə şəhəri, Sevinc qəsəbəsində saxlamışlar. O, üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmiş, ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 11-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop əldə edib daşıyaraq saxlaması, istifadə etməsi barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı xx.xx.2024-cü il tarixdə şöbə rəhbərliyinə raportla məruzə edilib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat təxminən 12:05 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Həmçinin gətirilərkən Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir əşyanı kənara atmasının qarşısını almaq üçün mühafizəsini təmin etmişlər. Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs dövlət hesabına Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə, o cümlədən qanunla qadağan edilən əşya vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs verilmiş sualı təsdiq edərək əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilirsə də sadəcə üzərindən bir qutu siqaret və bir ədəd yandıran aşkar edilmişdir. Sonra masanın üzərində olan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm götürülərək içərisində nə olması soruşulmuş, Təqsirləndirilən şəxs isə kakos olduğunu, tutulduğu gündən bir gün əvvəi Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra sellofan büküm açılmış və içərisindən tünd qəhvəyi rəngli, qəliblənmiş şəkildə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Sonra həmin sellofan bükümün ağzı bağlanıb əvvəlki vəziyyətinə gətirilərək elektron tərəziyə qoyulmuş və çəkisinin 0,90 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm 01 ədəd boş zərfin içərisinə qoyularaq ağzı bağlanıb möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Müdafiəçinin sorğusu zamanı Təqsirləndirilən şəxs qeyd etdiklərinin həqiqəti əks etdirdiyini, polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkətlərə, fiziki, psixi təsirə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret və yandıran iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış və bununla da şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə hər hansı bir düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi zamanı ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitələrinsatışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -08 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 10 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 10 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməklə X5 azad edilmişdir. -Təqsirləndirilən şəxs üzərində keçirilmiş “şəxsi axtarış” istintaq hərəkətinin görüntülərini əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı X6, həmin şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop madə, o cümlədən başqa hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs verilmiş sualı təsdiq edərək sağ əlini əynində olan şalvarın sağ yan cibinə aparıb oradan bir ədəd sellofan bükümü çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilirsə də sadəcə əynində olan şalvarın sol yan cibindən bir qutu siqaret və bir ədəd yandıran aşkar edilir. Sonra masanın üzərində olan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm götürülərək içərisində nə olması soruşulur, Təqsirləndirilən şəxs isə kakos olduğunu, xx.xx.2024-cü il tarixdə Məhsəti qəsəbəsində yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Həmin cavabdan sonra sellofan büküm açılır və içərisindən tünd qəhvəyi rəngli, qəliblənmiş şəkildə narkotik vasitə heroinə oxşar maddə aşkar edilir. Sonra həmin sellofan bükümün ağzı bağlanıb əvvəlki vəziyyətinə gətirilərək elektron tərəziyə qoyulur və çəkisinin 0,90 qram olması müəyyən edilir. Sonra həmin büküm 01 ədəd boş zərfin içərisinə qoyularaq ağzı bağlanıb möhürlənir və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Müdafiəçinin sorğusu zamanı Təqsirləndirilən şəxs qeyd etdiklərinin həqiqəti əks etdirdiyini, polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkətlərə, fiziki, psixi təsirə məruz qalmadığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret və yandıran iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qatrarılır və bununla da şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. - məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2024-cü il tarixli 16/325 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş büküm...”yazılar və imzalar olan kağız paketdəki bir ədədşəffaf sellofan bükümdə təmiz çəkisi 0,783 qram olan maddə kustar üsullahazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroin təmiz çəkisi 0,783 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 0,703 qram. -məhkəmə-narkololi ekspertizasının 19 aprel 2024-cü il tarixli 871 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəsətliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülür. -DİN-in BİKİ-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “055- 594-22-20” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə Gəncə şəhərində müxtəlif ünvanlarda olmuşdur. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Rostov Vilayəti Aksay Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 166-cı maddəsinin 2-ci hissəsinin “A” bəndi, 158-ci maddəısinin 2-ci hissəsinin “A”, “B” bəndi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-cı ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitə olan heroini polisdə üzərinə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin narkotik vasitəni polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan heroini cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2024-cü il tarixdə ilk olaraq izahatı alınarkən, xx.xx.2024-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs heroinin ona məxsus olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazı və vəsatəti olmamışdır. Eyni zamanda onun azadlığa buraxıldıqdan sonra bu məsələ ilə bağlı heç bir şikayəti olmamışdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənixeyli miqdarda əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların xeyli miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında heroinin xeyli miqdarının yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırki cinayət işi üzrə əməl Gəncə şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 09(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət – cəmi 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli, hazırda Gəncə şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,703 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və hazırda Gəncə şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,703 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-373/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-373/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver