Məhkəmə qərarları › İş №1(125)-374/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-374/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-374/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və xx xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olan, Qazax rayonu, Abbasbəyli kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yaşamış, hazırda Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 23 aprel 2023-cü il tarixdə günorta saat 01 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə hasardan aşaraq qanunsuz daxil olduqdan sonra evin qapısını mismaraçan alətdən istifadə edib qırmaqla içəriyə qanunsuz daxil olaraq oradan 1 ədəd 980 manat dəyərində “Hisense” markalı paltaryuyan maşını, 1 ədəd 100 manat dəyərində mişarı, 1 ədəd 100 manat dəyərində direli, 1 ədəd 150 manat dəyərində ətçəkəni, 1 ədəd 80 manat dəyərində blenderi, 1 ədəd 70 manat dəyərində krosno aparatı, 2 ədəd 100 manat dəyərində ədyalları, 1 ədəd 45 manat dəyərində yorğanı, 1 ədəd Galaxy markalı 90 ekran ölçülü 450 manat dəyərində televizoru, 1 ədəd 150 manat dəyərində sobanı, 1 ədəd 150 manat dəyərində laqondanı, 1 ədəd 200 manat dəyərində generatoru, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 2575 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar 24 aprel 2023-cü il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə hasardan aşaraq qanunsuz daxil olduqdan sonra evin qapısını mismaraçan alətdən istifadə edib qırmaqla içəriyə qanunsuz daxil olaraq oradan 6 ədəd 3000 manat dəyərində taxta qapıları, 1 qutusu 25 manat olan 9 qutu 225 manat dəyərində kafelləri, 1 qutusu 25 manat olan 19 qutu 475 manat dəyərində metlakları, 1 rulonu 44 manat olan 27 rulon 1188 manat dəyərində divar kağızlarını, 1 kisəsi 10 manat olan 6 kisə 60 manat dəyərində sementləri, 1 ədəd 7 manat dəyərində su borusu, 1 ədədi 4 manat 50 qəpik olan 15 ədəd 67 manat 50 qəpik dəyərində plastik boruları, 1 ədədi 84 manat olan 672 manat dəyərində radiatorları, 100 manat dəyərində izolyasiya lentini, 1 ədəd 600 manat dəyərində plastik su çənini, 1 ədəd 600 manat dəyərində generatoru, 2 qutu 150 manat dəyərində asma tavanı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda 7144 manat 50 qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 24 aprel 2023-cü il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə hasardan aşaraq qanunsuz daxil olduqdan sonra evin qapısını mismaraçan alətdən istifadə edib qırmaqla içəriyə qanunsuz daxil olaraq oradan 6 ədəd 3000 manat dəyərində taxta qapıları, 1 qutusu 25 manat olan 9 qutu 225 manat dəyərində kafelləri, 1 qutusu 25 manat olan 19 qutu 475 manat dəyərində metlakları, 1 rulonu 44 manat olan 27 rulon 1188 manat dəyərində divar kağızlarını, 1 kisəsi 10 manat olan 6 kisə 60 manat dəyərində sementləri, 1 ədəd 7 manat dəyərində su borusu, 1 ədədi 4 manat 50 qəpik olan 15 ədəd 67 manat 50 qəpik dəyərində plastik boruları, 1 ədədi 84 manat olan 672 manat dəyərində radiatorları, 100 manat dəyərində izolyasiya lentini, 1 ədəd 600 manat dəyərində plastik su çənini, 1 ədəd 600 manat dəyərində generatoru, 2 qutu 150 manat dəyərində asma tavanı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda 7144 manat 50 qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 aprel 2023-cü il tarixdə günorta saat 13 radələrində Gəncə şəhəri, Cavad Xan qəsəbəsində yerləşən zibillikdən dəmir və plastik məmulatlar toplayarkən yaxınlıqda olan bir ev diqqətini çəkmiş və həmin evin qapısının açıq olduğunu görüb evdən oğurluq etmək qərarına gələrək, arxa tərəfdən fırlanıb, hasarın üzərindən evin həyətinə düşmüş və evin giriş qapısına tərəf gəlmişdir. Baxanda evin içində inşaat materialları olduğunu görüb yerdə olan mismar çıxardan aləti götürüb havalandırma pəncərəsindən evin içinə daxil olmuş və mismar çıxardan alətlə evin giriş qapısını sındırmışdır. Həmin vaxt evdə otaqlardan birində paltaryuyan maşın, generator və digər məişət əşyaları olduğunu görüb evdəki paltaryuyan maşını oğurlamaq üçün onu götürüb evin həyətinə oradan isə oğurluq törətdiyi evin qonşuğunda ön hissədə olan yarım tikilinin qarşısına aparıb qoymuş, sonra isə piyada qəsəbədə yerləşən “Al” marketin qarşısından gedib taksi çağırıb gətirib paltaryuyanı həmin avtomobilə qoyub götürüb Gəncə şəhəri, Zülfü Hacıyev küçəsindəkı yaşadığı kirayədəki evə gətirmiş, bundan təxminən 1 saat sonra isə yenidən “dəmir yolu vağzalı” deyilən ərazidən başqa bir taksi sifariş edib Cavadxan qəsəbəsində yerləşən paltaryuyan maşını oğurladığı fərdi yaşayış evinə gedib həmin fərdi yaşayış evində qalan 1 ədəd generatoru, 1 ədəd mişarı, 1 ədəd direli, 1 ədəd ətçəkən maşını, 1 ədəd blenderi, 1 ədəd krosno aparatını, 2 ədəd ədyalı, 1 ədəd yorğanı, 1 ədəd Galaxy markalı televizoru, 1 ədəd sobanı, 1 ədəd laqondanı və 1 ədəd generatoru taksiyə yerləşdirib kirayə yaşadığı evə gətirmişdir. Həmin əşyalardan 1 ədəd generatoru sonradan tanışı, Daşkəsən yolunda yerləşən qəbirstanlıqda çalışan Mübariz adlı şəxsə satmışdır. Belə ki, həmin ərəfədə bir gün o, Mübarizin yanına gedib ona özündə bir ədəd satlıq generator olduğunu demiş, Mübariz isə baxmadan həmin əşyanı ala bilməyəcəyini söyləmişdir. Bundan sonra o evə gedib tanımadığı taksi ilə generatoru götürüb Mübarizin işlədiyi qəbirstanlığın qarşısına gətirmiş və onu 180 manat pula Mübarizə satmışdır. Mübarizə isə həmin genaratorun özünə məxsus olduğunu söyləmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Ruslan adlı tanışı ilə birlikdə həmin ərazidə yerləşən qonşu evdən də oğurluq etmişdir. Belə ki, hadisə günü onlar həmin evə hasarın üstündən tullanaraq daxil olmuşlar və evdə olan tikinti materiallarını qonşunun həyətinə yığıb, sonra isə yük maşını çağırıb malları yük avtomobilinə yığaraq aparıb satmışlar. Belə ki, həmin gün onlar “dəmir yolu vağzalı” deyilən əraziyə gedən zaman yolda o, tanışı Şahid2 zəng edib ona yalandan özündə satlıq təmir-tikinti materialları olduğunu və həmin malları işlədiyi yerdə satıb-sata bilməyəcəyini soruşmuş, Azər isə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra onlar dəmir yol vağzalının yanına gələn zaman orada adını sonradan bildiyi Şahid1 idarə etdiyi yük avtomobilini görüb avtomobilin üzərindən mobil nömrəni götürmüş və həmin ərəfədə Azər ona zəng edib satmaq istədiyi malların nə olduğunu soruşmuşdur. O da evdən oğurlayacaq malların adını Azərə sadalamışdır. Azər də cavabında onda malları şəxsiyyət vəsiqəsi əsasında alacağını söyləmiş, o da Azərin təklifi ilə razılaşmışdır. Daha sonra onlar Qazel markalı avtomobilin sürücüsü Şahid1 zəng etmiş və ona “Avtozavod” deyilən ərazidə yüklərinin olduğunu, onu “Sərçə bazarı” adlanan əraziyə gətirməli olduqlarını söyləmiş və Paşa adlı şəxslə daşıma xərci kimi 40 manata razılaşmışlar. Bundan sonra onlar yolu telefon vasitəsi ilə Paşa adlı şəxsə izah etmişlər. Sonra Ruslan ilə həmin oğurluq etdikləri ünvana getmiş və Paşa adlı şəxsi oğurluq etdikləri ünvana çağırmışlar. Çox keçməmiş Paşa adlı şəxs idarə etdiyi yük maşını ilə həmin ünvana gəlmiş və maşının arxasını evin girişinə tərəf yönəltmişdir. Həmin vaxt Şahid1 onlardan malların oğurluq olub-olmadığını soruşan zaman onlar yalandan ona həmin evə özlərinin fəhlə kimi gəldiklərini və ev sahibinin “dəmir yolu vağzalı” deyilən ərazidə onları gözlədiyini demişlər. Sonra malları maşına yığmış və özləri taksi çağırıb həmin avtomobillə “Sərçə bazarı” deyilən əraziyə oradan isə evə getmişlər. Yük avtomobilin sürücüsü isə oğurladıqları malları aparıb Azər adlı şəxsə təhvil vermişdir. Bundan təxminən 1 saat sonra Azər ona zəng edərək, gətirdiyi malları satdığını demiş və ona görə onlar yaşadıqları küçənin başında Azərlə görüşmüşlər. Görüş zamanı Azər ona pulu verərkən şəxsiyyət vəsiqəsini istəmiş, o da ona şəxsiyyət vəsiqəsini vermiş, Azər isə şəxsiyyət vəsiqəsinin şəklini çəkib sonra şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Onlar satdıqları mala görə 1000 manat pul alıb bölmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, 6 nömrəli orta məktəbin yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşaraq, onu Gəncə şəhər BPİ-nin 4-cü Polis Şöbəsinə dəvət etmiş və özü polis əməkdaşları ilə birlikdə şöbəyə gedib orada törətdikləri cinayəti etiraf etmişdir. O, Eminlə birlikdə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 6 taxta qapı, 1 ədəd su çəni, 2 qutu asma tavan, 10 paçka kafel, təxminən 17-20 paçka metlax, 1 ədəd 3 metrəlik 50-lik su borusu, 6-7 ədəd 15 mm-lik metak boru, 8 ədəd radiator və 1 ədəd rulon izolyator və sair əşyalar oğurlamışdır. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində dostu Emin onun işlədiyi “Sultan market”-ə gəlmiş, söhbət əsnasında Emin ona oğurluq ediləsi ev yerini bildiyini və birlikdə oradan oğurluq etməyi təklif etmiş, o isə razılaşmışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə dostu Eminlə birlikdə oğurluq edəcəyi ünvana getmişlər. Onlar həmin evdən oğurladıqları əşyaları tanımadıqları və sifarişlə yük daşıyan bir yük avtomobilinin sürücüsü ilə danışaraq aparmışlar. Həmin avtomobil sahibinin telefon nömrəsini isə avtomobilin üzərindən götürmüşlər. Hadisə yerinə yük daşıyan avtomobili Eminin mobil telefonu ilə zəng edərək çağırmışlar. Yaşlı bir kişinin idarə etdiyi yük avtomobili çox keçməmiş olduqları və oğurluq etdikləri ünvana gəlmiş, sürücü kişi avtomobildən düşər-düşməz onlardan malların oğurluq olub-olmadığını soruşmuş, onlar isə cavabında həmi sürücüyə malların oğurluq olmadığını, özlərinin həmin evə fəhlə kimi gəldiklərini və ev sahibinin onu vağzalda gözlədiyini bildirmiş, sürücü isə onlara inanmışdır. Daha sonra onlar malları maşına yığdıqdan sonra Emin qapıları bağlamış və oradan çıxıb getmişlər. Həmin gün saat 16:00 radələrində Emin onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək oğurladıqları malların satıldığını və gəlib ona düşən payı götürməsini istəmiş, o da saat 17:00 radələrində Eminin yaşadığı ünvana getmişdir. Emin ona 500 manat pul verərək, malların pulundan payına düşənin həmin məbləğ olduğunu bildirmişdir. Sonra oradan uzaqlaşıb evinə getmişdir. Aldığı pulları şəxsi təlabatlarına xərcləmişdir. O, malları satdıqları Şahid2 və Qazel markalı yük avtomobilinin sürücüsü Şahid1 tanımır. Onlar birlikdə zərərçəkmiş şəxsə məxsus evdən 6 taxta qapı, 1 ədəd su çəni, 2 qutu asma tavan,10 paçka kafel, təxminən 17-20 qutu metlax, kafel, 1 ədəd 3 metrəlik 50 mm-lik su borusu, 6-7 ədəd 15 mm-lik metak boru və 1 ədəd istilik sistemi, 1 ədəd rulon izolyator oğurlamışlar. Sonda əməlindən peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 14:00 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən yarımtikili evinə gedən zaman görmüşdür ki, ona məxsus 5 otaqlı yaşayış evindən 6 ədəd 3000 manat dəyərində taxta qapı, 1 qutusu 25 manat olan 9 qutu 225 manat dəyərində kafel, 1 qutusu 25 manat olan 19 qutu 475 manat dəyərində metlak, 1 rulonu 44 manat olan 27 rulon 1188 manat dəyərində divar kağızı, 1 kisəsi 10 manat olan 6 kisə 60 manat dəyərində sement, 1 ədəd 7 manat dəyərində su borusu, 1 ədədi 4 manat 50 qəpik olan 15 ədəd 67 manat 50 qəpik dəyərində plastik boru, 1 ədədi 84 manat olan 672 manat dəyərində radiator, 100 manat dəyərində izolyasiya lenti, 1 ədəd 600 manat dəyərində plastik su çəni, 1 ədəd 600 manat dəyərində generatoru, 2 qutu 150 manat dəyərində asma tavan olmaqla, ümumilikdə 7144 manat 50 qəpik dəyərində əmlakının oğurlandığını görmüş və ona görə oğurluq hadisəsi barədə dərhal DİN-nin 102 qaynar xəttinə müraciət etmiş və bir qədər keçmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları evinə gəlib araşdırma aparmağa başlamışdır. Polisin apardığı araşdırma ilə evindən oğurluğun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi məlum olmuşdur. Hazırda ona dəymiş zərər hər iki təqsrləndirilən şəxs tərəfindən ödənilmiş, ona görə də onun hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonunda yaşadığı evdə olarkən təxminən saat 15 radələrində qaynatası Rafiq ona zəng edərək, Gəncə şəhərində tikdirdiyi yaşayış evindən oğurluq edildiyi barədə ona məlumat vermişdir. Hadisə ilə bağlı polisin apardığı araşdırma ilə evindən oğurluğun Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tam ödənilmiş, ona görə təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, istifadəsində “Avia” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük maşını var və fərdi qaydada yük daşıma ilə məşğul olur. O, təqsirləndirilən şəxslər Emin və Ruslan adlı şəxsləri hadisəyə qədər tanımamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında “dəmir yolu vazğalı” adlanan ərazidə olan çayçıda oturub çay içən zaman istifadəsində olan ***-***-**-** nömrəsinə tanımadığı nömrədən zəng gəlmişdir. Telefonu açanda telefondakı şəxs ona daşınacaq yükləri olduğunu, nömrəsini yoldan keçərkən idarə etdiyi avtomobilinin üzərindən götürdüyünü bildirmiş və telefonda onunla yükü daşımağı qarşılığında ona verəcəyi məbləği danışmışdır. Bundan sonra o, həmin şəxslərdən Eminin ona bildirdiyi ünvana yollanmışdır. Orada adını bilmədiyi şəxs evin darvazalarını açaraq, həyətdə yüklərin olduğunu və onları maşına yığacaqlarını bildirdiyi üçün özü maşının arxasını evin girişinə tərəf yönəltmişdir. Orada həmin vaxt adlarını sonradan bildiyi hazırda təqsirləndirilən şəxslər Emin və Ruslan adlı şəxslər olmuşdur. Onlar yükləri maşına yığmağa başlamış və yükləri tələsik yığmaqları ona şübhəli gəldiyi üçün həmin şəxslərdən yüklərin oğurluq olubolmadığını soruşmuşdur. Həmin şəxslər isə ona “Yox dayı, gündüz vaxtı oğurluqmu olar?” deyə cavab vermişlər. Həmin vaxt küçədə heç kim olmamışdır. Daha sonra Emin və Ruslandan evin sahibinin kim olduğunu soruşmuş, həmin şəxslər ona evin sahibinin hazırda dəmir yol vağzalının yanında onun yükü gətirməsini gözlədiyini söyləmiş, o da inanmışdır. Daha sonra yükləri maşına yükləyib, həmin şəxslərdən birinin onunla gəlməsini demiş, onlar isə işləri olduğunu və evin sahibinin vağzalda onu gözlədiyini bildirmişlər. Daha sonra həmin şəxslər onu vağzalda qarşılayacaq adamla mobil telefon vasitəsi ilə danışdırmış və ona mobil nömrə verərək həmin şəxslə əlaqə saxlamağı, yükü ona çatdıracağını bildirmişlər. O da həmin adama mobil telefon vasitəsi ilə zəng edib əlaqə saxlamışdır. Telefonda tanımadığı orta yaşlı, kişi cinsindən olan Azər adlı şəxs ona Kəpəz futbol stadionunu keçib yolun kənarında saxlamağını, onun özünün onun yanına gələcəyini bildirmişdir. Daha sonra həmin tanımadığı adamla görüşmüş və yükü həmin şəxsin bildirdiyi yerə boşaltmışdır. Onun həmin malların oğurluq olduğundan xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında əvvəllər tanıdığı Emin adlı şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib onda inşaat mallarının olmasını və satma təklifi ilə ona müraciət etmişdir. O isə Eminə həmin malları yalnız hər hansı bir sənəd əsasında ala biləcəyini söyləmişdir. Emində ona demişdir ki, heç bir problem yoxdur. Bundan sonra həmin gün təxminən günorta saat 12-13 radələrində əvvəllər usta kimi tanıdığı Emin adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı nömrədən balansında danışıq hesabı olmadığından çağrı göndərmiş, o, həmin nömrəyə zəng etdikdə, Emin ona bir nəfər yaşlı bir şəxsin yük avtomobili ilə onun yaşadığı ünvana satacağı malları gətirəcəyini bildirmişdir. Bundan sonra o, Eminin vasitəsilə tanıdığı adını bilmədiyi yaşlı bir şəxsə zəng edib həmin şəxsə idarə etdiyi “Avia” markalı maşınla Kəpəz stadionunu keçib saxlamağı və özünün yolun kənarında onu qarşılayacağını söyləmişdir. Bundan sonra o, tanışı İsgəndərə tanışı Emin adlı şəxsin özünə məxsus materiallar satdığını deyib İsgəndərlə həmin malları ona satmağa 1500 manata razılaşmış və sonra isə həmin sürücü danışdıqları yerə yükü gətirdikdən sonra o, tanımadığı yaşlı sürücü olan şəxsin idarə etdiyi Avia markalı avtomobilin qaboritləri iri olduğu üçün o və İsgəndər aldığı malları İsgəndər adlı şəxsin evinin küçəsinə yerləşmədiyi üçün həmin şəxsin avtomobilindən İsgndərə məxsus Foton markalı maşına boşaltmışlar. Belə ki, onlar tanımadığı yaşlı kişiyə məxsus Avia markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük maşınından İsgəndər adlı şəxsə məxsus Foton markalı yük maşınına 6 taxta qapı, 1 ədəd su çəni, 2 qutu asma tavanlar, kafel metlaxlar, 1 ədəd 3 metrəlik 50 mm-lik su borusu, 6-7 ədəd 15 mm-lik metak boruları və 1 ədəd istilik sistemi, 1 rulon izolyator boşaltmış və Eminin tapşırdığı kimi daşıma xərci olaraq tanımadığı “Avia” markalı yük maşının sürücüsünə 40 manat pul vermişdir. Bundan sonra İsgəndər adlı şəxsə məxsus Foton markalı yük maşınında olan inşaat mallarını sonuncunun Gəncə şəhəri “Maxi” marketlə üzbəüz olan küçədə yerləşən evinə aparıb boşaltmışlar və İsgəndərdən buna görə 1500 manat pul almışdır. Bir qədər sonra isə Eminə zəng edib ona məxsus şəxsiyyət vəsiqəsinin şəklini çəkməyə gəldiyini və ona həmin mallara görə əvvəlcədən razılaşdıqları kimi 1000 manat məbləğində pul verəcəyini söyləmişdir. Bundan sonra o Poçt qəsəbəsi yaxınlığında yerləşən Emin adlı şəxsin evinin önündə 1000 manat pulu təqdim edib daha sonra ona məxsus şəxsiyyət vəsiqəsinin şəklini çəkib ondan uzaqlaşmışdır. Həmin malların oğurluq olduğunu bilməmişdir. Belə ki, şəxsiyyət vəsiqəsi əsasında həmin malları Emindən aldığı üçün onun sözlərinə inanmışdır. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, istifadəsində “Foton” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı yük maşını var. O, Təqsirləndirilən şəxs2 oğunu tanımır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında bir yerdə işlədikləri Azər adlı şəxs ona demişdir ki, ona ev inşaat mallarının satışı barədə məlumat vermişlər. O isə Azərdən həmin inşaat mallarının oğurluq mal olub-olmadığını soruşmuş, Azər isə ona narahat olmamağı və alacağı malları şəxsiyyət vəsiqəsi əsasında satan şəxsdən alacağını bildirmişdir. Azər həmçinin ona demişdir ki, “Malı bir nəfər şəxs yük maşını ilə gətirir və həmin malları şirkətin işçisi kimi ona tanıtdırılan Emin adlı şəxs göndərir. O, Azərdən hansı inşaat malları olduğunu soruşmuş Azər isə demişdir ki, mallar kombi radiatorları, kafel, 1 ədəd 2 tonluq su çəni, asma tavanlar, 15 mm-lik su borusu, 1 top izolyator, 6 ədəd taxta qapıdan ibarətdir. Təxminən 1 saat keçdikdən sonra Azər adlı şəxslə çay içərkən Azər ona demişdir ki, inşaat mallarını gətirən şəxs Gəncə şəhəri Kəpəz stadionundan aşağı hissədə gözləyir. Bundan sonra o və Azər həmin yük maşının sürücüsü olan şəxsi deyilən yerdə qarşılamışlar. Həmin sürücü yaşlı bir şəxs olmuş və “Avia” markalı, lakin dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük maşınını idarə etmişdir. Yük maşını böyük olduğundan Azər demişdir ki, həmin yük maşını onun yaşadığı küçəyə sığmayacaq və belə qərara gəlmişlər ki, malları onun istifadəsində olan “Foton” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı yük maşınına yükləsinlər. Bundan sonra o, Azərə 1500 manat pul vermiş, Azər isə demişdir ki, gedib Emin adlı şirkət işçisinə 1000 manat pulu verəcək və Emindən ona məxsus şəxsiyyət vəsiqəsinin şəklini çəkəcək. O, Emini tanımır və əvvəllərdə görməmişdir. Yükü təhvil aldığı yaşlı bir kəslə heç bir münasibəti olmamışdır. Məhkəmə baxışı zamanı Şahid4 göstərmişdir ki, fərdi əməklə məşğuldur. xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında uzun müddət tanıdığı Emin adlı şəxs Gəncə-Daşkəsən yolunda yerləşən qəbirstanlığa gələrək ona bildirmişdir ki, pul lazım olduğuna görə özündə olan işıq generatorunu satmaq istəyir. O isə Eminə söyləmişdir ki, generatorun sazlığını yoxlamaq istəyir. Emin isə etiraz etməmiş və gedib generatoru gətirdikdən sonra onlar generatorun sazlığını yoxlamışlar. Lakin həmin vaxt generatoru nə qədər işə salsalarda o işə düşməmişdir. Generatoru yoxlamazdan əvvəl Emin ona generatoru 200 manata ondan almağa təklif etmiş, özü isə həmin aparat nasaz olduğundan Eminlə 180 manata razılaşıb almışdır. Emindən generatorun oğurluq olubolmadığını soruşmuş, Emin isə cavabında oğurluq olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində qızının eltisi Zərərçəkmiş şəxs1 ona zəng edərək kürəkəni Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən oğurluq olduğunu bildirmişdir. Bundan sonra o, saat 15:00 radələrində həmin evə getmişdir. Evə daxil olarkən bəzi əşyaların qablaşdırılmış halda olduğunu, qapı kilidinin sındırılmış olduğunu, pəncərənin qoruyucusunun sındırıldığını və həyətin qapısının arxasının daşlarla bağlandığını görmüşdür. Evə daxil olarkən evin qapı kilidinin də sındırıldığını görmüşdür. Kolidorda evdə olan 1 ədəd uşaq kolyaskası, 1 ədəd uşaq üçün hovuz, 2 qutu qab-qacaq, 1 ədəd istilik sistemi, 1 ədəd qaz balonu, 1 çamadan paltar, yataq örtüyü, ədyal, 1 dəst yorğan və 1 dəst xələti, 1 ədəd soba, 1 ədəd dikiş maşını, 2 ədəd xalça, 1 qutu alətlər qutusu, 2 qutu qab-qacaq, 2 ədəd döşək, 6 ədəd balınc, 2 ədəd plastik qab, 3 bağlama balınc, 4 döşək, 2 yorğan, 3 yorğan ayrıca paketlənmiş, 2 ədəd ədyal, 1 uşaq oyuncağı, manej (uşaq üçün oyuncaq), 1 corab, 1 ədəd mikser, 1 qutu meyvə qoymaq üçün xrustal qab-qacaq, 8 ədəd mebel taxta, 1 ədəd oturacaq, 1 ədəd paltar qutusu, 1 ədəd əl arabası, 1 ədəd külüng və 1 ədəd kürək, 1 ədəd ipin paketlənmiş halda olduğunu görmüşdür. Daha sonra evdə olan əşyaları yoxlamışlar. Bir neçə əşyanın olmadığını aşkar etmişlər. Bu əşyaların 1 ədəd paltar yuyan maşın, 1 ədəd taxta kəsən lobzik mişar, 1 ədəd direl, 1 ədəd ət çəkən maşın, 1 dəst blender, 1 ədəd krosno aparatı, 2 ədəd ədyal, 1 ədəd yorğan, 1 ədəd “Panasonic” markalı 90 həcm ekranı olan televizor, 1 ədəd soba, 1 ədəd laqonda olduğunu bilmişdir. Sonra qızının eltisi Zərərçəkmiş şəxs1 DİN-nin 102 zəng xidmətinə zəng etdiyi üçün polis əməkdaşları hadisə yerinə gəlmiş və araşdırma aparmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətməsi özlərinin etiraf ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə ifadə vermiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış” protokollarından görünür ki, oğurluq hadisələrinin baş verdiyi ünvanlara baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokollar tərtib olunmuş və hadisə yerlərinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6871 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən istifadə olunmuş malların nəzəri qaydada hadisə baş verən tarixə, yəni 2023-cü ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3188,20 manat müəyyən olunur. Digər qaydada qeyd edilən 14 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, ölçüləri və digər texniki göstəriciləri) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 6076 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 6075 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 2654 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 2653 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-241/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-242/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə növündə cəza təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cərimə cəzası tam ödənmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CPM-nin 40.2.2 maddəsinə əsasən, cinayət işinin icrasına xitam verilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci hissəsinə əsasən, ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 il azaldılaraq, üzərində 11 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2022-ci ildə Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və məhkəmə zalından həbs edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CMnin 69.3-cü madəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 27 gün müddətə azadlıqdan mərum etmə növündə cəzaya məhkum olunmuş və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2 hissəsinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4100 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzasının çəkilməmiş qalan 3500 manat hissəsi 09 ay islah işləri cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci ildə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə islah işləri cəzası 04 ay 03 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib CM-nin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 05.11.21-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən, ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmışdır. xx.xx.2022-ci ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarına əsasən hökmlə təyin edilimiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 ay 04 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində olan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (xx.xx.2023-cü ildə cəza təyin edilib). Bundan başqa Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-34/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 24 may 2023-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan və AZ-İV 611560 və AZ-İV 611561 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2021-ci il təvəllüdlü Rauf və xx.xx.2021-ci il təvəllüdlü Nuray adlı iki (əkiz) azyaşlı uşağı var. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan və AZ-İİİ 029069 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Pərvin, xx.xx.2019-cu il təvəllüdlü Nihat və xx.xx.2012-ci il təvəllüdlü Rəna (X6) adlı üç azyaşlı uşağı var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 121/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ona Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)- 34/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə 01 il 02 ay 20 gün hissəsini çəkmiş və 01 il 09 ay 06 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və cinayət hadisələri məhz onlar tərəfindən törədilmişdir, həmçinin hər iki təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 83.2.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 saylı 17 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs1 həmin hökmlə məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 24 aprel 2023-cü il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 sonuncu cinayəti hazırki hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 barəsində olan digər cinayət işi üzrə 27 aprel 2022ci il tarixdən 29 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və Gəncə Şəhər Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş və 06 may 2023-cü il tarixdən 17 iyul 2023cü il tarixədək ev dustaqlığında olduğu 02 ay 11 gün müddət olmaqla cəmi 02 ay 15 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 05 (beş) ay müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 münasibətdə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunaraq məhkumluğu dövründə islah olunmadan yenidən qəsdən az ağır cinayət əməlini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs2 qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, həmin Qərarın 16-cı bəndində məhkəmələrə izah edilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1- 126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 nömrəli 17 iyul 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın başlanğıcı 24 may 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)- 34/2023 nömrəli 17 iyul 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nın 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 24 may 2023-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cinayət işi üzrə 02 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və Gəncə Şəhər Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş və 06 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu 18 gün müddət olmaqla cəmi 20 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 15-ci bəndində məhkəmələrə izah edilir ki, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71,4, 71.5-ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56-cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə, xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə, yaxud yenidən törədilmiş cinayət, xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən biri, xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələr az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cinayət əməlini təqsirləndirilən Təqsirləndirilən şəxs2 daha öncə məhkum edildiyi iş üzrə məhkəmə hökmü qəbul edilməmişdən öncə törətdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 nömrəli 17 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 münasibətdə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-34/2023 nömrəli hökmü üzrə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar olan – 6 ədəd taxta qapı, çox sayda olan oboylar, kafellər, “İmmergas" markalı kombi generator, 1 ədəd 500 litrlik su çəni, sementlər, 7-8 ədəd Türkiyə istehsalı olan "Fırat boru" 100-lük plastik boruların, 1 ədəd Çin istehsalı olan "Hisense" markalı paltaryuyan maşını, 1 ədəd əl mişarı, 1 ədəd Almaniya istehsalı "Bosch" markalı direl, 1 ədəd "Galaxy" markalı ət çəkəni, 1 ədəd "Galaxy" markalı blenderi, 1 ədəd "Supermax" markalı krosno aparatı, 2 ədəd Türkiyə istehsalı olan 2x1.5 ölçülü ədyalları, 1 ədəd yorğanı, 1 ədəd Galaxy markalı 90 ekran ölçülü televizor, 1 ədəd İran sobası, 1 ədəd laqondanı, 1 ədəd generatoru, 6 ədəd taxta qapıları, 9 qutu "Mərcan" firması istehsalı olan kafel, 19 qutu "Gilan-Seramik" firması istehsalı olan metlax, 27 rulon Türkiyə istehsalı olan "Seela" markalı divar kağızların, 6 kisə "Norm" markalı sementləri, 1 ədəd "Firatboru" markalı su borusu, 15 ədəd "El-plastik" LTD markalı plastik boruları, 8 ədəd "Rusiya istehsalı olan radiatorun, 1 top Türkiyə istehsalı izolyasiya lentini, 1 ədəd 2 tonluq plastik su çənini, 1 ədəd Türkiyə istehsalı olan "Aksa" generatoru, 2 qutu Rusiya istehsalı olan asma tavanı, 1 ədəd Koreya istehsalı olan "Samsung" markalı paltar yuyan maşın, 1 ədəd Panasonic 90 həcm ekran olan televizorun sahibləri- zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X7 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 saylı 17 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan digər cinayət işi üzrə 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və Gəncə Şəhər Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş və 06 may 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək ev dustaqlığında olduğu 02 ay 11 gün müddət olmaqla cəmi 02 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 05 (beş) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 saylı 17 iyul 2023-cü il tarixli hökmü üzrə cəzanı icra edən orqanda (Gəncə şəhər Probasiya Şöbəsində) qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 nömrəli 17 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cinayət işi üzrə 02 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və Gəncə Şəhər Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş və 06 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu 18 gün müddət olmaqla cəmi 20 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-34/2023 nömrəli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar 6 ədəd taxta qapı, çox sayda olan oboylar, kafellər, “İmmergas" markalı kombi generator, 1 ədəd 500 litrlik su çəni, sementlər, 7-8 ədəd Türkiyə istehsalı olan "Firat boru" 100-lük plastik boruların, 1 ədəd Çin istehsalı olan "Hisense" markalı paltaryuyan maşını, 1 ədəd əl mişarı, 1 ədəd Almaniya istehsalı "Bosch" markalı direl, 1 ədəd "Galaxy" markalı ət çəkəni, 1 ədəd "Galaxy" markalı blenderi, 1 ədəd "Supermax" markalı krosno aparatı, 2 ədəd Türkiyə istehsalı olan 2x1.5 ölçülü ədyalları, 1 ədəd yorğanı, 1 ədəd Galaxy markalı 90 ekran ölçülü televizor, 1 ədəd İran sobası, 1 ədəd laqondanı, 1 ədəd generatoru, 6 ədəd taxta qapıları, 9 qutu "Mərcan" firması istehsalı olan kafel, 19 qutu "Gilan-Seramik" firması istehsalı olan metlax, 27 rulon Türkiyə istehsalı olan "Seela" markalı divar kağızların, 6 kisə "Norm" markalı sementləri, 1 ədəd "Firatboru" markalı su borusu, 15 ədəd "El-plastik" LTD markalı plastik boruları, 8 ədəd "Rusiya istehsalı olan radiatorun, 1 top Türkiyə istehsalı izolyasiya lentini, 1 ədəd 2 tonluq plastik su çənini, 1 ədəd Türkiyə istehsalı olan "Aksa" generatoru, 2 qutu Rusiya istehsalı olan asma tavanı, 1 ədəd Koreya istehsalı olan "Samsung" markalı paltar yuyan maşın, 1 ədəd Panasonic 90 həcm ekran olan televizor - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X8 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X7 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar