Məhkəmə qərarları › İş №1(125)-38/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-38/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-38/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi döngə 1 ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu bankdan pul götürməsini və pulu olmasını bildiyi Zərərçəkmiş şəxs1 pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 Gürcüstan Respublikasından avtomobil gətirib sataraq pul qazandıracağı barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 03 dekabr 2021-ci il tarixində Gəncə şəhəri, Turklər qəsəbəsində sonuncunun 8500 manat dəyərində 5000 ABŞ dolları, 18 dekabr 2021-ci il tarixində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində isə 4700 manat pulunu cəmi 13200 manat pulu vahid niyyətlə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, əvvəllər bir neçə dəfə mal alıb satmaqla məşğul olduğu Zərərçəkmiş şəxs3 pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs3 ucuz qiymətə soda olduğuna inandıraraq, həmin sodanı alıb yenidən satmaq barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 12 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 4500 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilmir. O, hazırda heç bir yerdə işləmir, əvvəllər isə fərdi qaydada ticarətlə məşğul olmuşdur. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 təxminən 2009-cü ildən tanıyır. Onun Zərərçəkmiş şəxs4 ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, 2020-ci ilin mart ayından Zərərçəkmiş şəxs4 ilə X1 Azərbaycan Respublikasına avtomobillər gətirərək satmış və əldə edilmiş qazancı bölmüşlər. Onlar hər dəfə Röyalla 2-3 avtomobil gətirmişlər. Sonradan 2021-ci ilin dekabr ayından onun borcları yarandığı üçün Röyalla şərik gətirdiyi iki ədəd “Opel” markalı avtomobillərdə nasazlıq əmələ gəlmişdir. O həmin avtomobilləri özü tək təmir etdirib satmışdır. Həmin vaxt təxminən 3000 manat pul itirmişdir. Lakin o həmin 3000 manat barədə Röyala bildirməmişdir. Bundan sonra o yenidən həmin borclarını bağlamaq üçün əlavə olaraq iki ədəd “Toyota Prius” markalı avtomobil gətirmişdir. Həmin avtomobillər Gürcüstan Respublikasında təmir etdirilən vaxt əlavə olaraq hər birində 1000 manat pul itirmişdir. Lakin o bu barədə də Röyala bildirməmişdir. O həmin ziyanı özü tək qarşılamışdır. Buna görə də onun Röyalla aralarında avtomobilləri gətirib satmaq işində 12000 manat borcu yaranmışdır. O həmin pulu ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs4 atasının adına olan “Chevrolet Churuz” markalı avtomobilini vermiş və aralarında olan borcuda həmin avtomobili verməklə bağlamışdır. Digər Zərərçəkmiş şəxs1 təxminən 2011ci ildən tanıyır. Onun Zərərçəkmiş şəxs1 ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Zərərçəkmiş şəxs1 ortaq dostları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. 2021-ci ilin təxminən noyabr ayında Zərərçəkmiş şəxs4 ona zəng vuraraq “Məxməri” restoranına çağırmışdır. O “Məxməri” restoranına gedən vaxt Röyalın Zərərçəkmiş şəxs1 və Sadiq adlı şəxslə oturmasını görmüşdür. Həmin vaxt Röyal ona Sadiqə “Toyota Corolla” markalı avtomobil gətirəcəyini bildirmişdir. O Röyala həmin avtomobilin Gürcüstandan qiyməti ilə maraqlandığını soruşmuşdur. Röyal da ona heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra o da razılaşmışdır. Həmin avtomobil 2021-ci ilin noyabr ayında Bakı şəhərinə gəlmişdir. Bundan sonra onlar həmin avtomobilə baxan zaman avtomobilin döşəmə hissəsini çürük vəziyyətdə olduğunu görmüşlər. Sonra həmin avtomobili Gəncə şəhərində təmir etdirmişlər və yenidən Sadiqə vermişdir. Həmin avtomobilə görə onlar təxminən 500-600 manat ziyan etmişlər. Həmin ərəfələrdə Qədir də Röyalda pulu olduğunu və pul qazanmaq istədiyini bildirmişdir. O da Qədirə Gürcüstandan və ya Bakı şəhərindən avtomobillər alaraq taksiyə verərək gündəlik 30 manatdan qazanmağın mümkün olduğunu bildirmişdir. Bir gün sonra Qədir ona zəng vurararaq Röyalla danışdığını, avtomobilləri gətirib satmağa razı olduğunu bildirmişdir. Lakin Qədir ona Röyala etibar etmədiyini deyərək avtomobilləri onun gətirməyini bildirmişdir. O da bundan sonra Qədirlə razılaşmışdır. Sonra Qədir ona 4500 ABŞ dolları pul vermişdir. O,da həmin pula Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil almış Azərbaycan Respublikasına gətirmişdir. Avtomobil gömrükdə olan vaxt o həmin avtomobili satmışdır. O bu barədə Qədirə də demişdir. O həmin avtomobili 4500 ABŞ dolları və 1500 manata satmışdır. Həmin puldan da 800 manat Qədirin kreditini ödəmiş, 700 manatı da Röyalla bölmüşlər. Ondan sonra o Qədirə avtomobili satdığını dedikdə o yanvar ayından gömrük rüsumlarının qiymətlərinin qalxacağını deyərək əlavə avtomobil gətirməyi bildirmişdir. O da bundan sonra Qədirin pulu ilə ona Gürcüstan Respublikasından başqa “Toyota Prius” markalı avtomobil sifariş vermişdir. Həmin avtomobil Azərbaycan Respublikasına gələn vaxt o gömrük rəsmiləşdirilməsi üçün Qədirdən əlavə olaraq 4700 manat da pul almışdır. Həmin vaxt avtomobil Azərbaycan Respublikasına çatandan sonra yeni il bayramları olduğu üçün rəsmiləşdirmə gecikmişdir. O Zərərçəkmiş şəxs1 gətirdiyi avtomobili yanvar ayının əvvələrində yəni, həmin “Toyota Priusu” 13200 manata satmışdır. Həmin avtomobili rəsmiləşdirdikdən sonra isə pulu almışdır. Həmin vaxt onun başqa borcları olduğundan və başqa avtomobillər gətirdiyindən Qədirin pulunu verə bilmədiyindən Qədirdə evlərində olan atası Elxan Əliyevin adına olan “Mercedes Benz” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobili aparmış və onun Qədirə də heç bir borcu qalmamışdır. Digər Zərərçəkmiş şəxs3 təxminən 2009-ci ildən tanıyır. Onun Zərərçəkmiş şəxs3lə ilə yaxın münasibəti olmuşdur. Zərərçəkmiş şəxs3 ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin yanvar ayında iş adı ilə Nicatdan 4500 manat pul almışdır. O Zərərçəkmiş şəxs3 almış olduğu 4500 manat pulu 3-4 gün sonra yenidən özünə qaytarmışdır. O Nicatın 4500 manat pulunu onun işlədiyi bankın qabağında vermişdir. Ona görə də onun Nicata heç bir borcu qalmamışdır. Həmçinin bildirmişdir ki, əvvəllər də Zərərçəkmiş şəxs3 ilə alver etmiş və həmin alverdən də qazanc qazanmışdır. Digər Zərərçəkmiş şəxs2 2010-cu ildən tanıyır. Onun Zərərçəkmiş şəxs2 ilə yaxın münasibəti olmuşdur. 2021-ci ilin mart ayından o X1 və Gürcüstan Respublikasından Zərərçəkmiş şəxs2 üçün avtomobillər gətirmişdir. O İlham üçün gətirdiyi avtomobilləri təmir etdirərək özünə vermiş və o da həmin avtomobilləri satmışdır. İlhamın bir neçə avtomobilini də o özü satmışdır. O Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Cruze” markalı avtomobilini ondan satmaq üçün götürmüşdür. O həmin avtomobili Gəncə şəhərində 12200 manata satmışdır. Həmin avtomobili satdıqdan sonra pulun 1200 manatını verərək, 10 gün ərzində də pulun qalan hissəsini ödəyəcəyini, verəcəyini demişdir. Lakin bundan sonra onun problemləri olduğu üçün pulu öz borclarına xərcləmişdir. Sonra isə İlhama pulunu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İlham da onunla razılaşmışdır. Digər Zərərçəkmiş şəxs5 ilə qonşuluqda yaşamış və yaxın münasibətləri olmuşdur. Elvin 2022-ci ilin yarvar ayında özünə məxsus VAZ-21015 markalı avtomobilini sataraq özünə internet vasitəsi ilə Gürcüstan Respublikasında «Toyota Prius» markalı avtomobil tapmışdır. O, həmin avtomobili Gürcüstan Respublikasında 4500 ABŞ dollarına almaq barədə danışmışdır. Həmin avtomobili Gürcüstan Respublikasından almaq üçün onun və Röyalın tanışları olduğuna görə həmin pulu 2022-ci ilin yanvar ayının sonlarında Röyalın vasitəsi ilə Gürcüstan Respublikasına oların tanışı Elçin adlı şəxsə bank vasitəsi ilə Zərərçəkmiş şəxs5 göndərmişdir. Elçin də Elvinin bəyəndiyi göy rəngli «Toyota Prius» markalı avtomaşını Gürcüstan Respublikasından alıb sənədləşmə aparmışdır. Həmin ərəfədə o, Elçingildən aldığı başqa bir avtomobilə görə pullarını vermədyi üçün Elçingildə qonşusu Elvin Babyevin aldığı avtomobili göndərməmişdir. Həmin vaxt o, isə Elçin adlı şəxsin vasitəsi ilə Gürcüstan Respublikasından almış olduğu boz rəngli Toyota Prius markalı avtomaşını Bakı şəhərində gömrük rəsmiləşdirməsi etmədən saxlamışdır. O, həmin «Toyota Prius» avtomobilni Adil Bayramlı adlı şəxsə gətirmişdir. Lakin həmin Adilin avtomobili üçün vermiş olduğu pulu xərclədiyindən avtomobili rəsmiləşdirə bilməmişdir. Qonşusu Elvinin aldığı avtomobil isə Gürcüstan Respublikasında gömrükdə qalmışdır. O, qonşusu Elvinə bildirmişdir ki, həmin şəxslərlə problemlərini həll edib avtomobili götürə bilər. Elvində bundan sonra hər iki avtomaşının cərimə olduğunu fikirləşərək Bakı şəhərində gömrükdə olan avtomobili götürmək qərarına gəlmiş və Elvin həmin avtomobili gömrük rəsmiləşdirməsi edib çıxartmaq üçün əlavə olaraq 1250 manat pul xərcləmişdir. Lakin həmin ərəfədə o, qonşusu Elvinin Babayevin həmin xərclədiyi pulu ona qaytara bilməmişdir. Elvində ondan şikayətçi olmuşdur.Lakin hazırda Zərərçəkmiş şəxs5 pulunu qaytarmışdır. Onun hal-hazırda zərərçəkmiş şəxslərə heç bir borcu qalmamışdır. Barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadığı halda isə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri olmuşdur. O evlənmək üçün müəyyən işlər görmək məqsədilə «Accsess Bank»dan 22000 (iyirmi iki min) manat kredit götürmüşdür. Həmin kreditin bir hissəsi ilə evi təmir etdirmiş, həmin puldan 15000 manat isə qalmışdır. Bir neçə dəfə Elvin və digər dostları ilə görüşən vaxt onlar bankdan götürmüş olduğu puldan 15000 manatının qaldığını və həmin pula da toy üçün tədarüklər edəcəyini öyrənmişlər. 2021-ci ilin noyabr ayının sonunda Elvin onunla çayxanada olan vaxt ona X1 və ya Gürcüstandan maşın gətirib satmağı təklif etmişdir. Lakin o Elvinə alver etməyə qoruxduğunu pulu ehtiyacı üçün götürdüyünü demişdir. Elvin Əiyev bundan sonra bir neçə dəfə onunla görüşərək pulu evdə saxladığına işləyib əlavə pul qazanmağı israrla bildirirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona dostları Zərərçəkmiş şəxs4la da X1 və ya Gürcüstandan maşın gətirib satdıqlarını və gəlir əldə etdiklərini demişdir. O, Elvinə əvvəlcə razılıq verməmişdir. Sonradan 03 dekabr 2021-ci il tarixdə Elvin istifadə etdiyi ***-***-**-** nömrəsinin whatchap sosial şəbəkəsi vasitəsi ilə onun istifadə etdiyi ***-***-**-** nömrəsindəki Vhatchap sosial şəbəkəsinə «Toyota Prius» şəkili göndərərək həmin avtomaşını almağı bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə uzun illər münasibətinin olduğu və digər dostu Zərərçəkmiş şəxs4 ilə maşınlar gətirib satmasını bildiyi üçün razılıq vermişdir. Bundan sonra Elvin bir neçə dəfə telefonla danışaraq gəlir əldə edəcəyinə onu inandırmışdır. 07 dekabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində o Gəncə şəhəri, Türklər qəsəbəsində Təqsirləndirilən şəxs əmisi Akifin anbarının yanında görüşüb Elvinə 5000 ABŞ dolları pul vermişdir. Razılaşmanın şərtinə görə Təqsirləndirilən şəxs ona avtomaşın gətirməli, o, da həmin avtomaşını özü satıb pulunu qazanmalı imiş. Təqsirləndirilən şəxs xeyri isə əvvəldən ona maşın alan vaxt qiymətdə gəlir əldə etməsi imiş. Belə ki, o maşını satan şəxsdən əlavə nə qədər qiymət endirimi edə bilsə həmin hissəni özünə götürməli imiş. O, 5000 ABŞ dolları pulu verən vaxt Elvin ona avtomaşının Gürcüstan Respublikasında olduğunu 10 gün ərzində Azərbaycan Respublikasına gələcəyini bildirmişdir. O da Elvinə inandığı üçün heç bir söz deməmişdir. Təxminən 3-4 gün sonra Elvin yenə onunla danışaraq guya Gürcüstan Respublikasından onun üçün gətirdiyi «Toyota Prius» markalı avtomaşına müştəri olduğunu, həmin avtomaşını 13600 manata istədiyini bildirmişdir. O, da onunla razılaşmışdır. Sonra isə Elvin ona artıq avtomaşını satmaq üçün 1000 manat beh aldığını, qalan hissəsini isə avtomaşın gəldikdən sonra pulu alıb gömrük rəsmiləşdirilməsini edəcəyini demişdir. O, da Elvinlə uzun illər münasibəti olduğu üçün inanmışdır. Bundan bir neçə gün sonra yəni 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenə onunla telefonla danışaraq yeni ildən gömrük rəsmiləşdirməsinin qiymətlərinin qalxacağını deyərək əlavə maşın gətirməyi bildirmişdir. O, da ona əlavə maşın gətirməyə pulunun olmadığını demişdir. Həmin vaxt Elvin ona birinci gətirdiyi «Toyota Prius» markalı avtomaşının gömrük rəsmiləşdirilməsi üçün olan pulu, onun beh üçün aldığı pulu da qoyaraq daha bir «Toyota Prius» markalı avtomaşın gətirməyi, sonrakı avtomaşın çatana qədər də birinci avtomaşının satacağını və onun pulunu alıb sonrakı maşını da gömrük rəsmiləşdirməsi edə biləcəyini demişdir. Həmçinin Elvin ona yenə «Toyota Prius» şəkili ataraq həmin avtomobili 12500 manata Azərbaycan Respublikasında ona təhvil verə biləcəyini demişdir. O, da Elvinə inandığı üçün razılıq vermişdir. Təxminən 17-18 dekabr 2021-ci il tarixdə Elvinlə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən evində görüşüb 4700 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs ondan 4700 manat pulu aldıqdan sonra ona dekabr ayının sonuna qədər avtomaşınların hər ikisinin Bakı şəhərində olacağını bildirmişir. Elvin ondan pulu aldıqdan bir neçə gün sonra ona bildirmişdir ki, gətirdiyi birinci maşını alan adam ikinci maşınını da almaq istəyir və guya özü həmin şəxslə danışıqlar aparır. O da Elvinə əgər həmin şəxs almaq istəsə satmasını bildirmişdir. Bir neçə gün sonra Elvin ona ikinci Toyota Priusu da 13150 manata satdığını, lakin ikinci aldığı maşının usta işləri olduğu üçün Gürcüstan Respublikasından bir qədər gec gələcəyini, yəni 2022-ci ilin yanvar ayının 5-ə qədər gələcəyini bildirmişdir. O, Elvinə 05 yanvar tarixinin bayrama düşdüyünü bildirmişdir. Həmin vaxt Elvin sonradan 10 yanvar 2022-ci il tarixə qədər hər iki maşının Azərbaycan Respublikasında olacağını və gömrük rəsmiləşdirməsini həyata keçirib pullarını verəcəyini bildirmişdir. O, da Elvinə inanaraq həmin vaxtı gözləmişdir. Lakin 10 yanvar 2022-ci il tarixdə maşınlar gəlməmiş və o Elvindən maşınların nə vaxt gələcəyini soruşduqda o maşınların 1-2 gün ərzində gələcəyini bildirmişdir. Ancaq onun dediyi müddətlər keçsədə maşınlar gəlməmişdir. Hər dəfə Elvin ona bir bəhanə gətirmişdir. 27 yanvar 2022-ci il tarixdə Elvin ona maşınlardan birinin Azərbaycan Respublikasına gəldiyini, həmin maşını gömrük rəsmiləşdirilməsini edib Gəncə şəhərinə gətirəcəyini bildirmişdir. Lakin sonradan güya həmin gün iş günün sonu olduğu üçün 31 yanvar tarixində rəsmişədirmə olacağını və avtomaşına nömrə alıb gələcəyini bildirmişdir. 31 yanvar günü isə Elvindən maşının harada olduğunu soruşduqda o maşının Hacıqabul rayonu ərazisində nasazladığı üçün yenidən Bakı şəhərinə apardıqlarını, Bakı şəhərində avtomaşını təmir etdikdən sonra yenidən Gəncə şəhərinə gəlmək üçün yola çıxdığını bildirmişdir. Elvin avtomaşının gecə Gəncə şəhərində olduğunu, səhər avtomaşını verib onun pulunu da ödəyəcəyini bildirmişdir. O, səhəri gözləmişdir. Səhəri gün o Elvinin mobil telefonuna zəng vurduqda artıq ona zəng çatmamışdır. Bundan sonra Elvin bir neçə nəfərdən pul alıb və telefonunu söndürərək Gəncə şəhərindən qaçıb getmişdir. Lakin bir neçə gün sonra Elvin yenidən evə qayıtmışdır. Elvin evdə olan vaxt o Röyal ilə bir yerdə onların evinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evində anası Vəfa və atası Elxanın yanında söhbət etmişlər. Həmin vaxt Elvinin anası Vəfa «Qədirin pulunu neynəmisən deyə soruşmuş» Elvin də ona «Qədirin pulunu götürüb borclarıma ödəmişəm» demişdir. Bundan sonra anası Elvinlə dalaşmışdır. Sonra anası Vəfa ona bildirmişdir ki, bir neçə gün sonra onun pulunu ödəyəcəklər. Bundan bir neçə gün sonra onlar Elvinin Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən evlərini satdığını bilmişlər. Buna görə də Röyalın anası Gülaya ilə birlikdə Elvinin evinə getmişlər. Həmin vaxt onlar əvvəlcə qapını açmamışlar. Buna görə də Röyalın anası küçədə səs-küy salmışdır. Bundan sonra Elvinin anası Vəfa qapını açmış və onlar həyətə daxil olmuşlar. Onlar həyətdə olan vaxt Röyalın anası pulunu istəmişdir. Buna görə də Elvinin anası Vəfa həyətlərində olan və Röyalla şərik aldıqları «Mercedes Benz» markalı avtomobilin açarını gətirib vermişdir ki, borc əvəzi həmin avtomobili aparsınlar. Bundan sonra Elvin gəlib maşının içərisində olan özlərinə aid əşyaları götürmüş və açarı Röyalın anası Gülaya vermişdir. Röyalın anası da maşının açarını idarə etmək üçün ona vermişdir. O da həmin avtomobili hərəkətə gətirərək Röyalın evinə aparmışdır. Həmin avtomibili o Röyalın həyətinə aparmışdır və avtomobilin açarını ona vermişdir. Təqsirləndirilən şəxs onun 13200 manat pulunu aldadaraq ələ keçirtmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 15 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxslə uzun illərdir ki, dostluq edir. O Təqsirləndirilən şəxs ilə əvvəllər bir neçə dəfə iş görüb pul qazanmışdır. Təxminən 2019-cu ildə Təqsirləndirilən şəxs onunla görüşərkən rayonlara nağd duzu ucuz alıb, nisiyə baha sataraq pul qazandığını bildirərək ona da pul qoyub qazanmağı təklif etmişdir. Həmin vaxt X6 adlı şəxsə 4500 manat pul verməyini bildirmişdir. O da Elvinlə yaxın münasibətləri olduğu üçün razılaşıb həmin pulu vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özü əmisi Akif Əliyevin yanında işləmiş və rayonlara duz paylamışdır. Elvin ona əmisinin şirkətindən duzu nəğd ucuz qiymətə alaraq rayonlara baha qiymətə satdığını demişdir. O, da ona görə Elvinə inanıb işləmişdir. Onlar həmin vaxtdan normal işləmiş və hər ay müxtəlif məbləğlərdə pul qazanc əldə etmişlər. Duza görə Təqsirləndirilən şəxs vermiş olduğu 4500 manat pulu çıxdıqdan sonra ona bütün pula şərik olduğunu demişdir. Təqsirləndirilən şəxs ona həmin duz alverinə görə hər ay müxtəlif məbləğdə pul verrmişdir. Lakin son zamanlar Elvin işlərin zəiflədiyini deyərək 2 ayda bir dəfə təxminən ona 70-80 manat pul vermişdir. O da artıq gəlir olduğu üçün etiraz etməmişdir. Bundan başqa 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs onunla görüşərək Ukrayna Respublikasından Bakı şəhərinə ucuz qiymətə şəkər tozu gəldiyini deyərək ona həmin şəkər tozunu bir yerdə almağı təklif etmişdir. O da Elvinlə yaxın münasibəti olduğu üçün razılıq vermişdir. Həmin vaxt o, şəkər tozu almaq üçün 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs 14000 manat pul vermişdir. Təqsirləndirilən şəxs də onun pul ilə Bakı şəhərindən 20 ton olmaqla 400 kisə şəkər tozu gətirmişdir. Həmin şəkər tozlarını Təqsirləndirilən şəxs Sadıllı qəsəbəsində yerləşən evinə yığmışlar. 2020-ci ilin sentyabr ayında isə həmin şəkər tozunu satmışlar. Həmin vaxt onun verdiyi 14000 manatı götürdükdən sonra pulun qalan hissəsini, yəni xeyri bölmüşlər. 12 yanvar 2022-ci il tarixdə Elvin ona istifadə etdiyi ***-***-**-** nömrəsinin vhatchapı ilə mesaj yazaraq soda olduğunu, həmin sodanı ucuz qiymətə almağı təklif etmişdir.O, da həmin vaxt Elvinə pulunun olmadığını bildirmişdir. Bundan sonra Elvin ona başqa adamlardan pul tapıb alıbsata biləcəyini deyərək, xeyri ona vermək istədiyini israrla bildirmişdir. O da Elvinlə əvvəllər bir neçə dəfə iş gördüyü üçün ona inanıb razılıq vermişdir. Bundan sonra 12 yanvar 2022ci il tarixdə saat təxminən 18:30 radələrində X10 qəsəbəsində Hərbi şəhərciyin qabağında görüşüb ona 4500 manat pul vermişdir. Elvin ondan pulu alan vaxt fevral ayının əvvəllərinə qədər qaytaracağını bildirmişdir. Təxminən 20 yanvar 2022-ci il tarixdə Elvin yenə onunla danışaraq iş olduğunu deyərək əlavə ondan 2500 manat pul istəmişdir. O da Elvinə olan pulunu ona verdiyini deyərək başqa pulunun olmadığını bildirmişdir. Elvin isə israrla yeznəsindən və ya başqa tanıdıqlarından pul alıb ona verməyini istəmişdir. Lakin ona pulunun olmadığını bildirmişdir. Bundan sonra 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhərində bir neçə nəfərdən guya avtomobil alma adı ilə pul alaraq yoxa çıxmışdır. O Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə 4500 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt onu guya soda almaq adı ilə aldadaraq həmin pulu almışdır. Sonradan Elvin özü həmin pulu soda almaq üçün deyil, başqa məqsədləri üçün xərclədiyini telefon danışıqları zamanı ona etiraf etmişdir. O, da həmin səs yazılarını istintaq orqanına təqdim etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 15 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri olmuşdur. O, 2019-cu ildən Təqsirləndirilən şəxslə birlikdə alver etməyə başlamışdır. Həmin vaxtdan Gürcüstan Respublikasından və X1 avtomobillər gətirib Azərbaycan Respublikasında satmışlar. Həmin vaxt alverə başlayan vaxt o özünə məxsus «Mercedes Benz» C klass markalı avtomobili satmış və 10800 manat pul düzəldib X1 iki ədəd «Chevrolet Chruze» markalı avtomobil almışlar. Avtomobillər Azərbaycan Respublikasına çatdıqdan sonra isə Təqsirləndirilən şəxs özünə məxsus «Mitshubishi İO» markalı avtomobilini satmış və həmin pulla avtomobili gömrük rəsmilləşdirməsi etdirmiş, sonra həmin avtomobilləri təmir etdirib satmışlar. Bundan sonra isə yenidən başqa avtomobillər sifariş vermişlər. İl ərzində hər bir vətəndaşın adına xaricdən iki avtomobil gətirmək mümkün olduğu üçün onlar həmin avtomobilləri hər dəfə müxtəlif adamların adlarına gətirirmişlər. Həmin vaxtdan Təqsirləndirilən şəxslə normal alver etməyə başlamışlar. Onlar gətirdiyi avtomobilləri təmir etdirib satmışlar. 2021-ci ilin təxminən avqust-sentyabr aylarında Elvin ona tanışının Ukrayna Respublikasından Bakı şəhərinə ucuz qiymətlə şəkər tozu gətirdiyini, onun da həmin şəkər tozunu alıb sata-biləcəyini demişdir. O, əvvəlcə razılıq verməmişdir. Lakin Elvin ona israrla «sən mənim dostumsan, sən olmasan, mən başqası ilə alver edəcəm, sən də pul qazan» deyərək onu onunla işləməyə məcbur etmişdir. Elvinin əmisi Akif Gəncə şəhərində böyük bizneslə məşqul olduğu üçün yəni Ukrayna Respublikasından Azərbaycan Respublikasına duz gətirdiyi üçün o da onun sözlərinə inanmışdır. Ancaq o Elvinə pulunun olmadığını bildirmişdir. Elvin isə ona bir nəfərdən 9000 manat pul tapmağını, həmin 9000 manata görə ona 1000 manat pul verə biləcəyini demişdir. Bundan sonra o Təqsirləndirilən şəxs bir yerdə şəkər tozu alveri etmək üçün xalası Nafilədən 9000 manat pul alıb Elvinə vermişdir. Elvinə 9000 manat pulu 2021-ci ilin sentyabr ayında vermişdir. O, Elvinə həmin pulu verən vaxt yanlarında heç kim olmamışdır. Elvin həmin 9000 manat pulu ondan aldıqdan sonra 4 ay müddətində hər ayın sonunda ona 1000 manat pul vermişdir. O, da həmin 1000 manat pulun 500 manatını xalasına vermişdir. Təqsirləndirilən şəxs ona tanıdığı adamdan pul tapıb ona gətirməyini və həmin gətirilmiş maşının pulunu isə 3 yerə bölməyi təklif etmişdir. O, da bundan sonra bu barədə qohumu və dostu Ramin Ramazanova bildirmişdir. Ramin ona pul verə biləcəyini demişdir. Bundan sonra onlar 2021-ci ilin mart ayında X2 udulub Gürcustana gələn qara rəngli «Chevrolet Cruze» markalı avtomobili 3500 ABŞ dollarına almışlar. Həmin pulu Ramin vermişdir, sonra isə avtomobili Bakı şəhərinə gətirmişlər və 3800 manat pul verərək onu gömrükdə rəsmiləşdirmişlər. Həmin maşını təmir etdirib 12600 manata satmışlar. Həmin maşın onlara 11900 manata başa gəlmişdir. O və Elvin həmin maşını satdıqdan sonra pulu Ramin verdiyi üçün 400 manat pulu Raminə vermişlər, Elvinlə o, hər biri isə 150 manat pul götürmüşdür. Həmin «Chevrolet Cruze» markalı avtomobili onun iş yoldaşı Məcidin adına gətirmişlər. Bundan sonra yenə onun pulu ilə ağ rəngli «Chevrolet Cruze» markalı avtomobili Gürcüstan Respublikasından 4300 ABŞ dollarına almışlar. Həmin avtomobilin pulunu isə Röyal adlı dostu vermişdir. Onlar avtomobili yenə Bakı şəhərində Gömrükdə rəsmiləşdirib Gəncə şəhərinə gətirmişlər. Həmin avtomobil onlara 12700 manata gəlmişdir. Onlar həmin avtomaşını 13300 manata satmışlar. «Chevrolet Cruze» markalı avtomobili qonşusu İslam Əmrahzadənin adına sənədləşdirərək gətirmişlər. Həmin avtomobildən gələn pulun 300 manatını Ramin götürmüş, Elvinlə o isə hərəsi 150 manat pul götürmüşlər. Bundan başqa da həmin ərəfədə özləri başqa avtomobillər də gətirmişlər. Raminin pulu ilə X2 udulub Gürcustana gələn ağ rəngli «Chevrolet Cruzu» markalı avtomobili Gəncə şəhər sakini Eliş ləqəbli şəxsdən 4000 ABŞ dollarına almışlar. Elvin ilə o sonra həmin avtomobili gömrük rəsmiləşdirməsindən keçirdib Gəncə şəhərinə gətirmişlər. Həmin avtomobil onlara 12700 manata başa gəlmiş və onu 13500 manata satmışlar. Həmin avtomobili Elvinin adına sənədləşdirmişlər. Sonra həmin avtomobili satmışlar və həmin avtomobildən qalan 800 manat pulun 400 manatını Raminə vermişlər, Elvinlə o isə hərəsi 200 manat pul götürmüşlər. Bundan sonra təxminən 2021-ci ilin avqust ya sentyabr ayında Ramin Ramazanovun pulu ilə X2 udulub Gürcustana gələn qara rəngli «Chevrolet Cruzu» markalı avtomobili 3500 ABŞ dollara almışlar, 300 ABŞ dolları isə Gürcüstan Respublikasından Bakı şəhərinə gəlməyə pul vermişlər. Sonra həmin maşını gömrük rəsmiləşdirməsindən keçirtmişlər və Elvinin atası Elxanın adına sənədləşdirmişlər. Sonra həmin avtomobili Gəncə şəhərində təmir etdirmişlər. Həmin avtomobil onlara 13000 manata gəldiyi üçün onu sata bilməmişlər. Bu formada Elvinlə işləmişlər. Artıq bir-birlərinə inam yüksək səviyyədə olmuşdur. Həmin ərəfədə yəni 2021-ci ilin təxminən sentyabr ayında Elvin ona bildirmişdir ki, Bakı şəhərində taksi fəaliyyəti göstərən bir şirkətlə tanış olub, həmin şirkətə Opel və «Toyota Prius» markalı avtomobilləri gətirib hər birinin üzərində təxminən 1000- 1100 manat pul qazanmaqla satacaqlar. Şirkətin onlardan yeganə tələbi isə gələn avtomobilin pulunu təxminən 20 gün sonra verməsidir. O, da Elvinin bu təklifini Raminə bildirmişdir. Ramin də onun razılaşmışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayında Elvin ona Gürcüstan Respublikasında 3000 ABŞ dollarına «Opel Astra» markalı avtomobil tapdığını, həmin avtomobil Azərbaycan Respublikasına gəldikdən sonra gömrük rüsumunun pulunu isə şirkətin özü tərəfindən ödəniləcəyini bildirmişdir. Həmin vaxt Elvin ona gümüşü rəngli «Opel» markalı avtomobilin fotoşəklini də göstərmişdir. O, da bundan sonra Ramindən 5000 manat pul alıb Elvinə vermişdir. Elvin də guya həmin pula Gürcüstan Respublikasından «Opel Astra» markalı maşın alıb gətirdiyini demişdir. O, Elvinin həmin Opel markalı avtomobili kimin adına gətirib rəsmiləşdirilməsini bilməmişdir. O həmin avtomobili görməmişdir. Elvin həmin avtomobili 2021-ci ilin oktyabr ayında 1000 manat baha qiymətə satdığını deyərək Raminlə ona 330 manat pul vermişdir. Həmin vaxt Elvin ona yenə müştəri olduğunu və Gürcüstanda «Opel» tapdığını deyərək Raminin 5000 manatı ilə həmin avtomobili almağı təklif etmişdir. O, onunla razılaşmışdır. Bundan sonra Elvin yenə ona Gürcustan Respublikasında 3000 ABŞ dollarına «Opel Astra» markalı avtomobili aldığını bildirmişdir. Bir müddət sonra yəni 2021-ci ilin dekabr ayının əvvəllərində Elvin yenə ona və Raminə hər birinə 330 manat pul verərək Opel markalı avtomobildən 1000 manat gəlir olduğunu bildirmişdir. Həmçinin həmin vaxt Elvin yenə ona və Raminə Gürcüstan Respublikasında «Opel Astra» markalı avtomobil tapdığını və həmin avtomobili də alıb gətirmək istədiyini bildirmişdir. O, da onunla razılaşaraq Raminin vermiş olduğu 5000 manat pulu ondan almamışlar. 2021-ci ilin dekabr ayının sonlarında Elvin yenə zəng vuraraq Gürcüstan Respublikasında 4400 ABŞ dollarına «Toyota Prius» markalı avtomobil tapdığını bildirmişdir. Həmin vaxt o kənarda olduğu üçün Raminlə danışmış və Elvin gedib Ramindən 5100 manat pul götürmüşdür. Elvin həmin pula da Gürcüstan Respublikasından «Toyota Prius» markalı avtomobil aldığını bildirmişdir. Elvin sonra həmin «Toyota Prius» markalı avtomobili 2022-ci ilin yanvar ayında Bakı şəhərində olduğunu bildirmişdir. O, Elvinlə bir yerdə Bakı şəhərinə getmişlər. Həmin vaxt Elvin əlavə olaraq 2 ədəd də «Toyota Prius» markalı avtomobil gətirmişdir. O, Elvinin onların pulunu hardan almasını bilməmişdir. Həmin gün gömrük rəsmiləşdirilməsi zamanı avtomobillərin birində problem olduğu üçün o Bakı şəhərində qalmışdır. Elvin isə həmin avtomobillərin biri ilə Gəncə şəhərinə qayıtmışdır və Gəncə şəhərində 13800 manata satdığını bildirmişdir. Həmin «Toyota Prius» markalı avtomobili Oktay adlı şəxsin adına gətirmiş və avtomobildə onun adına sənədləşmişdir. Elvin səhəri günü ona avtomobillərin açarlarını gömrük rəsmiləşdirilməsində işləyən Elnur adlı şəxsə verərək özünün Gəncə şəhərinə gəlməyini bildirmişdir. O, da Elvinin dediyi kimi avtomobilin açarlarını vermiş və Gəncə şəhərinə qayıtmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində o bankdan 5000 manat kredit götürmüş, həmçinin həmin vaxt loterya oynayaraq 3000 manat da pul almışdır. Onun cəmi 8000 manat pulu olmuş və pul verərək avtomobil gətirmək qərarına gəlmişdir. Bu barədə də Elvinə bildirmişdir. Bundan sonra X2 udularaq Gürcüstan Respublikasınna gələn ağ rəngli «Chevrolet Cruze» markalı avtomobili Gəncə şəhər sakini Rəşad adlı şəxsdən 3400 ABŞ dollarına almışdır. Sonra həmin avtomobilə 300 ABŞ dolları verərək Gürcüstan Respublikasından Bakı şəhərinə gətirmişlər. 2022-ci ilin yanvar ayının əvvəllərində həmin avtomobil Bakı şəhərinə gəlmiş və həmin avtomobil gömrük rəsmiləşdirməsindən keçirdib gətirmişlər. Həmin Chevrolet markalı avtomobil ona 11600 manata olmuşdur. O, həmin maşını Rəşadın qaynatasının adına gətirmişdir. Həmin maşını 2022-cü ilin yanvar ayının sonlarında 12750 manata satmışdır. Həmin avtomobilə çəkilən 150 manat xərci həmçinin digər avtomobillərə çəkilən 1100 manat xərci ödəmişdir. Həmin avtomobilə eyni məbləğdə xərc çəkdiklərinə görə qalan 11500 manatın hərəsinə 5750 manatı düşmüşdür. O, bu hesabla 5750 manat özünə götürmüşdür, Elvinə düşən 5750 manatdan 5400 manatı Ramindən aldığı 5000 manata görə qazancla birlikdə 5400 manat Raminə ödəmişdir. Elvinə qalan qalan 350 manatın da üzərinə 1250 manat qoyaraq Elvinin Qədirdən aldığı puldan 1600 manatı Qədir anasını əməliyyata aparacağına görə ona qaytarmışdır. Buna görə də Elvinin ona əlavə 1250 manat borcu yaranmışdır. O Elvinə Ramindən aldığı pulu qaytardığını bildirdikdə o, ona etiraz etmiş və pulu qaytardığı üçün onu qınamışdır. Guya həmin pulu qaytarmasaydı hazırda həmin zərər də ödənilməmiş olacaqmış. Elvin ondan 4500 manat pulu guya əmisi oğlu Elgiz Əliyevdən “Chevrolet Cruze” markalı avtomobil alması üçün almış, lakin həmin avtomobildə alınmamış və pulu da qaytarmamışdır. Lakin sonradan o Elgizlə danışan vaxt ona Elvinə avtomaşın satmadığını, Elvinin dediyi avtomaşını çoxdan satdığını bildirmişdir. Həmçinin bildirmişdir ki, artıq 2022-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs bir çox adamların guya avtomobil almaq adı ilə pullarını ələ keçirməsi bilinmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs telefonunu söndürərək Gəncə şəhərindən qaçıb getmişdir. Elvin ondan 9000 manat şəkər tozu alması üçün aldığı puldan başqa 5000 manat “Opel Astra” markalı avtomobil alması üçün, 5100 manat “Toyota Prius” markalı avtomobil alması üçün, 4500 manat “Chevrolet Cruze” markalı avtomobil alması üçün pul almışdır. Həmçinin dostu Qədirə Elvinin verməli olduğu 1600 manat pula görə 1250 manat da əlavə pul vermişdir. Nəticə olaraq Elvin ondan dələduzluq yolu ilə cəmi 24850 manat pul almışdır. Həmin puldan dəymiş ziyanın əvəzi kimi yalnız 5000 manat qaytarmışdır. Təqsirləndirilən şəxs əvvəllər onunla bir yerdə iş görürmüş, lakin sonradan onu aldadaraq bütün pulları öz problemlərinə xərcləmişdir. Təqsirləndirilən şəxs sonradan ona bildirmişdir ki, o sonuncu dəfə ondan adığı pullarla Azərbaycan Respublikasına maşınlar gətirməmiş, həmin pulları öz borclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 24850 manat pul almışdır. Həmin puldan 5000 manatı qaytarmış, 19850 manat qalmışdır. Təqsirləndirilən şəxs ona olan borcunu ziyan etdiyi üçün qaytara bilmədiyindən atasının mülkiyyətində olan «Chevrolet Cruze» markalı avtomaşını ona vermişdir. 2021-ci ilin avqust ya sentyabr ayında Ramin Ramazanovun pulu ilə X2 udulub Gürcustana gələn qara rəngli «Chevrolet Cruzu» markalı avtomobili 3500 ABŞ dollara almışlar, 300 ABŞ dolları isə Gürcüstan Respublikasından Bakı şəhərinə gəlməyə pul vermişlər. Sonra həmin avtomobili gömrük rəsmiləşdirməsindən keçirtmişlər və Elvinin atası Elxanın adına sənədləşdirmişlər. Sonra həmin avtomobili Gəncə şəhərində təmir etdirmişlər. Həmin avtomobil 13000 manata başa gəldiyi üçün onu sata bilməmişlər. Həmin avtomobil Ramin Ramazanovun pulu ilə alınıb gəlmişdir. Ona görə də həmin avtomobili Ramin götürmüşdür.Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamış və yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs4 isə onun sinif yoldaşı olmuşdur. Onun Zərərçəkmiş şəxs4 ilə də yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs onun vasitəsi ilə tanış olmuşdur. Sonradan Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs bir yerdə alver etməyə başlamışlar. O Zərərçəkmiş şəxs4la kirvədir, Təqsirləndirilən şəxs isə yaxın uşaqlıq dostudur. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs4 bir yerdə Gürcüstan Respublikasından avtomobil gətirib satmışlar. O da 2022-ci ilin yarvar ayında özünə məxsus VAZ-21015 markalı avtomobilini sataraq özünə internet vasitəsi ilə Gürcüstan Respublikasında «Toyota Prius» markalı avtomobil tapmışdır. O, həmin avtomobili Gürcüstan Respublikasında 4500 ABŞ dollarına almaq barədə danışmışdır. Həmin avtomobili Gürcüstan Respublikasından almaq üçün Elvin və Röyalın tanışları olduğuna görə həmin pulu 2022-ci ilin yanvar ayının sonlarında Röyalın vasitəsi ilə Gürcüstan Respublikasına Röyal və Elvinin tanışı Elçin adlı şəxsə bank vasitəsi ilə göndərmişdir. Elçin də onun bəyəndiyi göy rəngli «Toyota Prius» markalı avtomaşını Gürcüstan Respublikasından alıb sənədləşmə aparmışdır. Həmin ərəfədə Elvin onlardan aldığı başqa bir avtomobilə görə pullarını vermədiyi üçün onlar da onun avtomobilini göndərməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Elçin adlı şəxsin vasitəsi ilə Gürcüstan Respublikasından almış olduğu boz rəngli Toyota Prius markalı avtomaşını Bakı şəhərində gömrük rəsmiləşdirməsi etmədən saxlamışdır. Təqsirləndirilən şəxs həmin «Toyota Priusu» Adil Bayramlı adlı şəxsə gətirmişdir. Lakin həmin Adilin avtombili üçün vermiş olduğu pulu xərclədiyindən avtomobili rəsmiləşdirə bilməmişdir. Buna görə də onun aldığı avtomobildə Gürcüstan Respublikasında gömrükdə qalmışdır. O, hər dəfə Təqsirləndirilən şəxs avtmobilinin gəlməsini soruşduqda Elvin ona Adilin avtomobilinin pulunu həll etdikdən sonra onun avtomobilinin gələcəyini bildirmişdir. Bir müddət sonra Elvin ona bildirmişdir ki, həmin şəxslərlə problemlərini həll edib avtombili götürə bilər. O, da bundan sonra hər iki avtomaşının cərimə olduğunu fikirləşərək Bakı şəhərində gömrükdə olan avtomobili götürmək qərarına gəlmişdir. O, həmin avtomobili gömrük rəsmiləşdirməsi edib çıxartmaq üçün əlavə olaraq 1250 manat pul xərcləmişdir. Lakin Təqsirləndirilən şəxs həmin pulu ona qaytarmamışdır. Sonradan Elvindən həmin pulu tələb etsə də o onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ilə yaxındır ki, tanıyır. Elvin onun işlədiyi mağazaya topdan duz gətirib satmışdır. Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri yaranmışdır. 2021-ci ilin təxminən mart-aprel ayında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələn vaxt mobil telefonunda ona «Chevrolet Cruze» markalı avtomobil göstərərək həmin avtomobili Azərbaycan Respublikasına gətirib satdıqda pul qazana biləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs həmin avtomobili alıb-sata biləcəyini soruşmuşdur. Elvin də ona əgər pul versə həmin avtomobili onun üçün Gürcüstan Respublikasından gətirə biləcəyini demişdir. Təqsirləndirilən şəxslə onun razılaşmağına görə ona gətirəcəyi avtomobilə görə özü satan şəxsdən və gətirən şirkətlə pul qazanacaqmış. O, da onunla razılaşaraq avtomaşına görə Elvinin ona bildirdiyi 12000 manat pulu bir neçə gün sonra iş yerində ona vermişdir. Elvin ondan 12000 manat pulu aldıqdan təxminən 1 ay sonra ona həmin «Chevrolet Cruze» markalı avtomobili gətirmişdir. Həmin avtomobil gömrükdə onun adına rəsmiləşdirmişdir. Sonra Təqsirləndirilən şəxs özü bildirmişdir ki, ona gətirmiş olduğu avtomobilə müştəri var və sata bilər. O da həmin Təqsirləndirilən şəxs tapdığı müştəriyə avtomobili satmışdır. Bundan sonra 2021-ci ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs yenə ona Gürcüstan Respublikasında «Chevrolet Cruze» markalı avtomobil tapmışdır. O isə ona bir neçə avtomobil tapmasını demişdir. Sonra Elvin ona Gürcüstan Respublikasından 4 ədəd «Chevrolet Cruze» markalı avtomobillər tapmışdır. Həmin avtomobillərin hər birinin 12000- 12500 manat arasında pullarını Elvinə vermişdir. Elvin də həmin avtomobilləri sifariş verdiyini demişdir. Bir müddət sonra yəni Təqsirləndirilən şəxs pulu verdikdən təxminən 1- 2 ay sonra Elvin ona həmin avtomobillərin Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Sonra o həmin «Chevrolet Cruze» markalı avtomobilləri təmir etdirib 3 ədədini satmışdır. Bir ədədi isə ona 12200 manata başa gəlmişdir. Həmin atvomobil təmir edildiyi üçün müştəri tapılmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Elvinr Əliyev ona özünün gətirdiyi avtomobillərindən birinin qaldığını bildiyi üçün onun yanına gəlmiş həmin avtomobili sata biləcəyini demişdir. O da Elvinə pul lazım olduğu üçün 12200 manata da sata biləcəyini demişdir. Elvin həmin avtomobili apardıqdan bir neçə gün sonra avtomobili 12200 manata satdığını, behini aldığını, qalan hissəsini isə 2022-ci ilin yanvar ayında verəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs onun yanına gələrək ona 1200 manat verərək aldığı beh olduğunu bildirmişdir. Həmin vaxt Elvin avtomobili alan şəxsin 11000 manat pulu 05 yanvar 2022-ci il tarixədək verəcəyini demişdir. Həmin vaxt Elvin ona avtomobili alan adamın qohumu olduğunu deyərək baş etibarnamə verməyini xahiş etmişdir. O da bundan sonra avtomobili Zərərçəkmiş şəxs4 adına olduğu üçün Röyala Elvinin göstərdiyi adama etibarnamə verməsini bildirmişdir. Röyalda onun sözüylə Təqsirləndirilən şəxs dediyi adama etibarnamə vermişdir. Lakin 05 yanvar 2022-ci il tarixdə o Elvinlə danışdıqda Elvin ona 10 yanvar 2022-ci il tarixədək pulu verəcəyini bildirmişdir. O da Elvinə inanaraq onu gözləmişdir. 10 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə danışan vaxt pulu 20 yanvar 2022-ci il tarixədək verəcəyini bildirmişdir. O da yenə ona inanıb gözləmişdir. Müddətin uzandığını görüb Elvindən şikayət etmişdir. Daha sonra ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan münasibət borc münasibəti olmuşdur. O sadəcə pulu ala bilmədiyi üçün polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun doğma bacısı oğludur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 dostu kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun bacısı oğlu Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə birlikdə xarici ölkələrdən avtomobillərin gətirib satması ilə məşğul olduğunu bilmişdir. 2021-ci ilin təxminən avqustsentyabr aylarında Röyal onun yanına gələrək Elvinin tanışının Ukrayna Respublikasından Bakı şəhərinə ucuz qiymətə şəkər tozu gətirdiyini, ondan həmin şəkər tozunu alıb satabiləcəklərini deyib ondan pul istəmişdir. Röyal ona alver edən vaxt əldə edəcəkləri gəlirdən ona da verəcəklərini bildirmişdir. O da tək yaşadığı üçün həmin pulla dolanacağını fikirləşərək razılıq vermişdir. Bundan sonra o Röyala 9000 manat pul vermişdir. Röyal ondan həmin 9000 manat pulu alan vaxt Təqsirləndirilən şəxs ilə birlikdə şəkər tozu gətirib satacaqlarını bildirmişdir. Röyal ondan 9000 manat pulu aldıqdan sonra 4 ay müddətində hər ayın sonunda ona 500 manat pul vermişdir. 2022-ci ilin yanvar ayında Röyal sonuncu dəfə ona 500 manat pul vermişdir. 2022-ci ilin fevral ayında Röyal ona bildirmişdir ki, Elvin onu və bir neçə nəfəri aldadaraq pullarının hamısını ələ keçirtmişdir. O pulu almaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Həmin zaman Təqsirləndirilən şəxs onlara maşın təqdim etmişdir. Lakin həmin maşını o götürməmişdir. O Röyaldan dəqiqliyi ilə soruşduqda ona Elvinin onun verdiyi pulu və bundan əlavə Röyaldan almış olduğu 11000 manat pulu, həmçinin digər şəxslərdən aldığı pulların hamısını götürüb qaçdığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Elvinin ailəsi ilə dost münasibətləri var, anası ilə bir yerdə işləyirlər. Elvinin atası-Elxan xəstə olduğu üçün onun yanına ziyarətə getmişdir. Məhlədə oturmuşlar, bir sarı saçlı qadın və bir oğlan içəri daxil olaraq Elvinin anası ilə dalaşmağa başlamış, papası bu vəziyyəti görüb Elvinə "açarı ver onlara qoy çıxıb getsinlər" demişdir. O eyni zamanda həmin şəxslərin artıq heç bir borcları qalmadığını dediyini və oradan uzaqlaşdığını eşitmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Elvin duzu da sodanı da ondan alıb. Zərərçəkmiş şəsxlərdən təkçə İlhamı tanıyır. Elvinin onlarla avtomobil alış-veriş etdiyini bilməmişdir. Onları ancaq toyda görmüşdür. Elvindən soruşanda ki, borcların nəyə yaranıb cavabında o gömrükdə qalan avtomobilinə olduğunu demişdir. Elvin ondan aldığı malların pulunu həmişə vaxtında vermişdir. Elvin əsgərlikdən gələdən yanında işləyib və ona köməklik etmişdir. İş materiallarında olan və məhkəmə baxış zamanı tədqiq edilərək araşadırılmış -16 aprel 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə ********* nömrəli cinayət işi başlanmışdır. -25 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmuşdur. -27 may 2022-ci il tarixıli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -27 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş və özünü qismən təqsirli bilmişdir. -27 may 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. -01 iyun 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırlması haqqında qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3 maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -19 iyul 2022-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -21 iyul 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırlması haqqında qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3 maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -28 aprel 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -28 aprel 2023-cü il tarixıli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -28 aprel 2023-cü il “təqsirləndirilən şəxsi dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş və özünü təqsirli bilməmişdir. -28 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Foto şəkillərdə və diskdə olan vatsap yazışmalarından və video diskdə olan səs danışdıqlarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda maşının gələcəyini bildirərək, hər dəfə bir bəhanə ilə maşınının gəlməsində problem olduğunu bildirmiş və ödəniş etməkdən yayınmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs3 müxtəlif vaxtlarda qazanc əldə edəcəklərini vəd edərək pul istəmiş, Zərərçəkmiş şəxs3 həmin pulu ona göndərmiş, daha sonra Təqsirləndirilən şəxs dəfələrlə söz verəsə də pulu ödəməkdən yayınmışdır. xx.xx.2021-ci il tarixli texniki eyniləşdirmə şəhadətnməsindən görünür ki,Zərərçəkmiş şəxs2 özü tərəfindən istehsalçı “General Motors”dan avtomobil sifariş verilmiş və **********4362 nömrəli gömrük bəyannəməsi ilə həmin avtombil rəsmiləşdirilmişdir. Çoxsaylı texniki eyniləşdirmə şəhadətnməsindən və bəyannamələrdən görünür ki, Təqsirləndirilən şəxs xaricdən çoxsaylı maşınlar sifariş vermiş və biznes faəliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü bütün epizodlar üzrə təqsirli bilməyərək, bildirmişdir ki, zərərçəkmiş şəxslərlə olan münasibətlər mülki xarakterli olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 münasibətdə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs etibardan istifadə edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ziyan vurması iş materiallarında olan, tədqiq edilmiş sübutlarla zərərçəkmiş şəxslərin ifadələri, zərərçəkmiş şəxs ilə aralarında olan Vhatsap danışıqları və səs yazıları ilə, maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməkdə məqsədi cinayət məsuliyyətindən yayınmaq olmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxs ifadəsinin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 aid olan hissəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın digər epizodlarında qeyd edilir ki, o, yaxın münasibətdə olduğu, əvvəllər birgə avtomobillərin alveri ilə məşqul olduğu Zərərçəkmiş şəxs4 pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs4 Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gəldiyinə inandıraraq həmin şəkər tozunu alıb yenidən satmaq barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin sentyabr aynıda Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində sonuncunun xeyli miqdarda yəni 9000 manat pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs2 pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs2 Gürcüstan Respublikasından gətirmiş olduğu «Chevrolet Cruze» markalı avtomobilini 12200 manata satmaq barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin dekabr ayının ortalarında 12200 manat dəyərində avtomobilini aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 Gürcüstan Respublikasından avtomobil gətirmək adı ilə pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs5 avtomobil gətirəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2022-ci il yanvar ayının əvvəllərində 7650 manat dəyərində 4500 ABŞ dolları pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə elan olunan ittihamın həmin hissələri ilə razılaşmır və hesab edir ki, həmin epizodlar təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan xaric olunmalıdır. Belə ki, məhkəmə hər üç epizoda ayrı-ayrılıqda qiymət verir. Zərərçəkmiş şəxs4 epizoduna münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında uzunmüddətli dostluq və biznes münasibətlərinin olması işin şübhəsiz halıdır. Həmin hal həm zərərçəkmiş şəxsin həm də təqsirləndirilən şəxsin ifadəsi ilə öz təsdiqini tapır.Təqsirləndirilən şəxs öz ifadəsində maşının gecikməsi ilə bağlı problem yarandığını və Zərərçəkmiş şəxs4 ödənilməli olan, lakin gecikdirilmiş pulun daha sonradan ödənildiyini bildirir. İş materiallarında zərərçəkmiş şəxsin ifadəsindən başqa hər hansı bir mötəbər dəlil ilə təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etməsi öz əksini tapmır. Zərərçəkmiş şəxs2 epizoduna münasibətdə isə məhkəmə qeyd edir ki, istər zərərçəkmiş şəxs istərsə təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində öz aralarında mövcud olan münasibətin borc münasibəti olduğunu qeyd etmiş və həmin borcun təqsirləndirilən şəxs tərəfindən ödənildiyi üçün heç bir şikayət və tələblərinin olmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs5 epizoduna münasibətdə isə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs5 da öz ifadəsində qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs heç bir pul verməmiş, sadəcə sifariş verib pulunu özü ödədiyi maşının, Gürcüstan vətəndaşı tərəfindən Təqsirləndirilən şəxs həmin şəxsə borcu olması səbəbi ilə maşının gec göndərilməsi səbəbindən ona ziyan dəymişdir. Bu hal heç bir halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dələduzluq etməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 aralarında olan münasibətlər mülki xarakterli olunduğundan və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə həmin dələduzluq etməsi faktı məhkəmə istintaqında öz təsdiqini tapmadığından təqsirləndirilən şəxs həmin epizodlara görə təqsirli sayılmamalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayəti obyektiv cəhətdən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Dələduzluq talamanın bir formasıdır. Lakin, talamanın digər formalarından fərqli olaraq dələduzluq cinayəti obyektiv cəhətdən onun törədilməsi üsullarının özünəməxsusluğu ilə seçilir. Belə ki, qüvvədə olan cinayət qanununda dələduzluq cinayəti üzrə özgənin əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə olunması aldatma və etibardan sui-istifadə etmə üsulu ilə həyata keçirilir. Niyyətin müəyyən edilməsi də əməldə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin olması halının müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyə görə «Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun». Məhkəmə işin faktiki hallarına məcmu şəkildə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 epizodlarına münasibətdə yuxarıda təsvir olunmuş dələduzaluq niyyəti sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş zərərin tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza törətdiyi cinayət əməlinə görə CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin üç epizoddan ibarət dələduzluq cinayət əməlini törətməsini, həmin epizodlar üzrə zərər çəkmiş şəxslərin zərərlərinin tam ödənilməsini, onların şikayət və tələblərinin olmamasını, eləcə də onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi fotoşəkillər və səs yazıları olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut –zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi fotoşəkillər və səs yazıları olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar