Məhkəmə qərarları › İş №1(125)-38/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-38/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-38/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla, yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə, saat 12:30 radələrində sürücülük vəsiqəsi olan və etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi Mitsubishi markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə Ə.Həsənov küçəsinin kəsişməsi bərabərliyində “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkət etməli olduğu halda, 70- 75 km/saat sürətlə hərəkət etdiyindən və “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü üçün hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda həmin tələblərə əməl etməyərək onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ-33021” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən İİ-İİİ bel fəqərələrinin sınıqları, alın, sol gicgah, ənsə nahiyələrinin yaraları, sol dirsək nahiyələrinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində, sol kürək və bel nahiyələrinin İİ dərəcəli termiki yanıq yarası yüksək hərarətin təsiri nəticəsində əmələ gələn xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayında avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə təxminən 70-75 km/saat sürətlə Göygöl rayonu istiqamətində hərəkətdə olarkən Gəncə şəhəri, Əlişir Həsənov küçəsinin kəsişməsində yolun sağ hissəsində dayanmış “Qaz-33021” yük markalı **-GS-*** dövlət qeydiyyat nömrəli yük avtomobili qəfildən yolun sağından Əlişir Həsənov küçəsinə sola doğru dönüş etmişdir. Həmin vaxt o, dərhal əyləci sıxmış və sükanı sola doğru istiqamətləndirmiş, lakin hadisənin qarşısını ala bilməmişdir. İdarə etdiyi avtomobilin sağ qənəd hissəsi “Qaz-33021” markalı avtomobilin sol təkər hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobildə idarəetməni itirmiş və avtomobil sürüşərək qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa olan beton səddə çırpılmış və avtomobilinin arxa sağ hissəsi həmin beton səddin üzərinə qalxıb dayanmışdır. Onun sağ və sol qolları, sağ və sol qabırğaları və baş nahiyəsi əzilmiş “Qaz-3321” markalı avtomobili idarə edən Mehman adı şəxs də müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb onun “Qaz-33021” markalı avtomobili idarə edən sürücünün gözlənilməz halda sola dönüş edərək idarə etdiyi avtomobilin qarşısına çıxması olmuşdur. Həmin vaxt o yuxarıda qeyd etdiyi kimi idarə etdiyi avtomobili təxminən 70-75 km saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobildə tək olmuşdur. O, “Qaz- 33021” markalı yük avtomobilini təxminən 5-6 metr məsafədən görmüş, təhlükə onun üçün həmin anda yaranmışdır. Həmin vaxt o hadisənin qarşısını almaq üçün əyləci sıxsa da gec olmuş, hadisənin qarşısını ala bilməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə baş verdiyi zaman o da, qarşı tərəf də avtomobildə tək olmuşdur. Hadisə zamanı onun qolları, başı və qabırğaları əzilmişdir. Hadisə zamanı kənar şəxslər ona avtomobilindən düşməyə köməklik etmişlər. O, özünə gəldikdən sonra zərərçəkmiş şəxsə avtomobildən düşməyə köməklik etmişdir. O, hadisə zamanı zərərçəkmiş şəxsin bacısını hadisə yerində görməmişdir. Zərərçəkmiş şəxsin bacısını o, xəstəxanada görmüşdür. Onun iki az yaşlı övladı olmaqla,onların sağlamlığında problem var və hazırda müalicə olunurlar. Hadisəni törətdiyi avtomobil onun işlədiyi idarəyə məxsus olmuşdur. Hadisədən sonra onu işdən də çıxartmışlar. Ona dəymiş ziyanın hamısını özü qarşılamışdır. Sonda maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəyən ziyandan ödəniş edə bilməyəcəyini bildirərək barəsində azdlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə bacısı Raya ilə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə Göygöl rayon istiqamətində gedərkən mobil telefonuna zəng gəlmişdir. Telefona cavab vermək üçün idarə etdiyi avtomobili M.Ş.Vazeh küçəsi ilə Əlişir Həsənov küçəsinin kəsişməsində yolun sağ hissəsində avtobus dayanacağı üçün nəzərdə tutulmuş geniş yerdə saxlamışdır. Həmin yer isə avtomobillərin gediş-gəlişinə mane olmayan bir yerdir. O, telefonla danışmış, sonra yolun hərəkət hissəsinə çıxaraq yoluna davam etməli olmuşdur. Əvvəlcə sola dönmə siqnal işığını işə salıb güzgüdən arxa hissəyə baxmış və yolun hərəkət hissəsinin boş olmasına əmin olub sonra yolun hərəkət hissəsinə çıxmışdır. O, güzgüdə baxanda təxminən 200 metr uzaqda arxa tərəfdən ağ rəngli avtomobilin gəldiyini görmüşdür. Güman etmişdir ki, o iki zolaqlı yolun birinci zolağına çıxaraq hərəkətini davam etdirər və həmin avtomobil ikinci zolağa çıxıb sərbəst hərəkətini davam etdirər. O, yolun hərəkət hissəsinə çıxan kimi avtomobilinin sol qapı və təkər hissəsindən həmin avtomobilin gəlib dəydiyini görmüşdür. Sonra hər iki avtomobil sürüşərək təxminən 5-6 metr qarşı tərəfə getmişdir. Zərbənin təsirindən idarə etdiyi avtomobillə toqquşan Mitsubishi markalı **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü idarəetməni itirmiş və avtomobil sürüşərək qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa olan beton səddə çırpılmış və avtomobilin arxa sağ hissəsi beton səddin üzərinə qalxıb dayanmışdır. Hadisə zamanı o, başından, sinəsindən və kürək nahiyyələrindən müxtəlif xəsarətlər almışdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı bacısı Raya da onun yanında olmuş və qəzadan sonra ona avtomobildən çıxmağa kənar şəxslər köməklik etmişdir. Təqsirləndirilən şəxs ona köməklik etməmişdir. Ətrafdakı şəxslər təcili tibbi yardım çağırmış və onlar xəstəxanaya aparılmışdır. Hadisə zamanı onun qabırğaları sınmış və bədənində müxtəlif dərəcəli yanıqlar olmuşdur. Hadisə zamanı bacısı heç bir xəsarət almamış, sadəcə çox qorxmuşdur. Əgər təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilərsə onun heç bir şikayəti olmayacaq, əks təqdirdə təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə iclası zamanı Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verdiyi zaman o da qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə olmuşdur. Həmin vaxt qardaşına zəng gəlmiş və o, avtomobili dayandırıb telefon ilə danışmış və daha sonra hərəkətinə davam etmək istədiyi zaman avtomobillərin bir-birinə dəydiyini görmüşdür. Daha sonra ətrafdakı şəxslər onlara köməklik etmişlər. Qardaşını təcili tibbi yardım ilə onu isə kənardakı şəxlərin avtomobili ilə xəstəxanaya aparmışlar. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə zamanı təqsirləndirilən şəxsi orda görməmişdir. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Sadəcə sağlamlığında problemlər olduğu üçün orada özünü pis hiss etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə ifadəsi tədqiq edilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun yol patrul xidməti inspektoru kimi vəzifə borcu baş vermiş yol- nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 30 iyul 2023-cii il tarixdə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə Gəncə şəhəri, Əlişir Həsənov küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyir ki, həmin gün saat 12 radələrində polisin növbətçi hissəsindən ona məlumat verilmişdir ki, Gəncə şəhəri, M.Ş.Vazeh küçəsi ilə Gəncə şəhəri, Əlişir Həsənov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal hadisə yerinə getmişdir. Həmin yerə çatanda hadisə yerinə tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. O, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan şəxslər xəstəxanaya aparılmışdır. Hadisə yerində ona məlum olmuşdur ki, Gəncə şəhəri M.Ş.Vazeh küçəsi ilə Gəncə şəhəri Əlişir Həsənov küçəsinin kəsişməsində hərəkətdə olan “QAZ-33021” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə eyni istiqamətdə olan Mitsubishi L200 markalı 77-TJ- 740 dövlət qeydiyyat nömrəli avtomobil toqquşmuşdur. Hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən məlum olmuşdur ki, “QAZ-33021” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücdən başqa bir nəfərdə qadın olmuş və aldığı xəsarətlərlə əlaqədar olaraq xəstəxanaya aparılmışdır. Həmçinin Mitsubuşhi L200 markalı avtomobildə sürücüdən başqa heçkim olmamış və həmin şəxsi də TTYX xəstəxanaya aparmışlar. Daha sonra onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Sonra protokol ucadan oxunmuş və o hər hansısa bir etirazının olmadığını bildirərək protokolu imzalamışdır. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonar avtomobillərin DYPŞ-nin cərimə meydançasına aparılması təmin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında”15 dekabr 2023cü il tarixli qərardan görünür ki, HK-1-678 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Məhkəmə tibb ekspertizasının 02 avqust 2023-cü il tarixli 1196 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ said nahiyyəsinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. - Məhkəmə tibb ekspertizasının 02 avqust 2023-cü il tarixli 1197 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər İİ-İİİ bel fəqərələrinin sınıqları, alın, sol gicgah, ənsə nahiyyələrinin yaraları, sol dirsək nahiyyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində, sol kürək və bel nahiyyələrinin İİ dərəcəli termiki yanıq yarası yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilirlər. - Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/2368 nömrəli 05 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, QAZ-33021 markalı avtomobilin yolun sağ kənarından sola istiqamətləndiyi andan toqquşma yerinə kimi 1,4 metr məsafə qət etməsi və təhlükə yaranan anda avtomobillər arasında 5-6 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir.Təhqiqat tərəfindən təqdim edilən məlumatlar real hadisə mexanizminə uyğun olmadığından Mitsubishi L200 markalı 77EJ740 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.Sürücü Təqsirləndirilən şəxs Mitsubishi L200 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 70-75km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 1b.2b. Təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən QAZ-33021 markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/2739 nömrəli 02 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, QAZ-33021 markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtombilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4 Mitsubishi L200 markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Mitsubishi L200 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 70-75 km\saat surətlə idarə etdiyindən, onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası DİN BDYPİ-dən 25 dekabr 2023-cü il tarixli, 3-13-16- 3/2-9384/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 488 17 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. - Gəncə şəhərində fəaliyyət göstərən «Avtomobillərə texniki xidmət sexindən» alınmış 03 avqust 2023-cü il tarixli 47/06 nömrəli arayışdan görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus QAZ-33021 markalı **-GS-*** dövlət nömrə nişanlı avtomobilə 4595 manat maddi ziyan dəymişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2023-cü il tarixli 2386 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. -xx.xx.2023-cü il tarixli 2387 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq olmuşdur. -Elektron məhkəmə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı iki azyaşlı övladı vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələr, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bandinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bandinin tələbinə əsasən nəqliyyat vasitəsinin sürücüsü yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Belə ki, Təqsirləndirilən şəxs “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci hissəsinin tələbini pozmuş və nəticədə yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkət etməli olduğu halda, 70-75 km/saat sürətlə hərəkət etmiş, eyni zamanda o, “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini də pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda bu tələblərə əməl etməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 50-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mitsubishi”” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı və “Qaz-33021” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 213 (iki yüz on üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 36 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (30 saat) 6 manat hesablanmaqla 180 (yüz səksən) manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (6 saat) 11 manat hesablanmaqla 66 (altmış altı) manat, ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 246 (iki yüz qırx altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Mitsubishi”” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı və “Qaz-33021” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 213 (iki yüz on üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Biləsuvar rayon Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 246 (iki yüz qırx altı) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar