Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-380/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu il tarixdə Bərdə rayonu, Yeni Əyricə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 53A qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Zərərçəkmiş şəxs məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş bu məqsədlə onun təqaüdünü bərpa etmək barədə yalan vəd verərək inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Qala qəsəbəsində 500 manat, 25 iyun 2022-ci il tarixdə Gəncə şəhərindən «еManat» ödəmə terminalı vasitəsilə 1000 manat, həmin tarixdə «Milliön» ödəmə terminalı vasitəsilə 500 manat, 26 iyul 2022-ci il tarixdə Gəncə şəhərindən «Milliön» ödəmə terminalı vasitəsilə 1800 manat, 01 avqust 2022-ci il Gəncə şəhərindən «Milliön» ödəmə terminalı vasitəsilə 1500 manat və 10 avqust 2022-ci il tarixdə Gəncə şəhərindən «Milliön» ödəmə terminalı vasitəsilə 100 manat olmaqla, vahid niyyətlə cəmi 5200 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla təxminən 2022-ci ilin sentyabr ayında Bakı şəhərində, Qala qəsəbəsində yerləşən kafedə dostları Vüqar və Müzəffər ilə birlikdə yeyib içən zaman tanış olmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əlillik dərəcəsi ilə təqaüd aldığını, təqaüdünün dövlət tərəfindən dayandırıldığını, təqaüdünün bərpa olunmasına köməklik etməsini xahiş etmişdir. O da tanışı olduğunu və həmin tanışının vasitəsilə təqaüdünü düzəldə bilcəyimi demişdir. Bundan sonra kafedən çıxıb getmişlər. Daha sonra Qənbərlə işini düzəltmək üçün həmin kafeyə gedərək orada 500 manat pul almışdır. Zərərçəkmiş şəxs özü xx.xx.2022-ci il tarixdə həmin xəstəxanaya gedərək rəyini götürmüş, yenidən birlikdə ilk dəfə getdikləri Qala qəsəbəsində yerləşən kafeyə getmişlər. Kafedə Zərərçəkmiş şəxs ona, Vüqara və Müzəffərə qonaqlıq təşkil etmiş, bundan sonra Zərərçəkmiş şəxs Gəncə şəhərində tanışları olduğunu, onlara da köməklik edərək təqaüdlərinin bərpa edilməsini xahiş etmişdir. Daha sonra Qənbər, Şahin, Bəxtiyar və adını bilmədiyi 1 nəfər qadının sənədlərinin şəklini whatsap proqramı vasitəsilə ona göndərmiş, o da Bakı şəhərində yerləşən Z.Əliyeva adına X2 gedərək həmin şəxslərə növbə götürmüşdür. Bunun müqabilində Zərərçəkmiş şəxs 1500 manat xx.xx.2022-ci il tarixdə arvadı X1 adına olan təqaüd kartına 1500 manat, dostu Şahid2 adına olan karta 1600 manat olmaqla 2 dəfə Müzəffərin kürəkəni olan Nicatın kartına, sonradan isə 100 manat Şahid2 kartına göndərməklə ümumilikdə ona 5200 (beş min iki yüz) manat pul vermişdir. O, hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Eyni zamanda, zərərçəkmiş şəxsə vurulmuş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, məhkəməyə yazılı ərizə təqdim edərək, onun barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərilmişdir ki, hal-hazırda rəsmi qaydada heç bir yerdə işləmir, lakin aşıqlıq sənətini bildiyi üçün başqa yerlərdə saz çalıb, oxumaqla ailəsini dolandırır. Əvvəllər 1-ci qrup gözdən əlillik dərəcəsi ilə təqaüd alsa da, təxminən 1 il bundan əvvəl onun təqaüdü dövlət tərəfindən dayandırıldığından artıq dolana bilmədiyi üçün sazını da götürüb, Bakı şəhərinə gedərək orada yerləşən kafelərdə saz çalıb, şeir deyərək pul qazanırmış. Sonuncu dəfə təxminən 6-7 ay bundan əvvəl Bakı şəhərində Qala qəsəbəsində yerləşən kafedə saz çalıb pul qazanan zaman adlarını sonradan bildiyi Vüqar və Müzəffər adlı səxslərlə tanış olmuşdur. O, həmin şəxslərə təqaüdünün kəsildiyini dedikdə, onlar da İlqar adlı tanışları olduğunu və İlqarın ona köməklik edə biləcəyini demişlər. Həmin vaxt Vüqar və Müzəffər tanışları olan Təqsirləndirilən şəxs zəng edərək onu oturduqları kafeyə çağırmışlar. O, Təqsirləndirilən şəxs olanları danışmış, İlqar isə 5200 manata təqaüdünü bərpa etdircəyini demişdir, o da İlqar ilə razılaşmışdır. İlk olaraq 2022-ci ilin iyul ayında həmin kafedə Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. O, Gəncə şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxsla bir neçə dəfə mobil telefon vasitəsilə danışaraq İlqarın ona göndərmiş olduğu müxtəlif kart hesablarına hissə-hissə olmaqla sonuncu dəfə 1500 manat, Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən Sultan Marketdə qoyulmuş Milli Ön ödəmə terminalı vasitəsilə 1500 manat olmaqla, ümumilikdə 5200 (beş min iki yüz) manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs mobil telefonunu söndürüb zənglərə heç bir cavab verməmişdir. Buna görə də ilkin olaraq 102 xidmətinə və sonradan isə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə rəsmi qaydada müraciət etmişdir. Lakin, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Bu səbəbdən yazılı ərizə verərək, təqsirləndirilən şəxsin barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, eyni zamanda hökm, ittiham aktı və portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 29,178.2.4-cü, 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Mingəçevir şəhəri Polis şöbəsi tərəfindən Təqsirləndirilən şəxs 178.2.4 və 178.2.4-cü il maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi materialı xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir, hazırda həmin cinayət işi məhkəmənin icraatındadır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5200 manat pulunu ələ keçirtməsi vahid niyyət kimi qiymətləşdirilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Nəsimi Qazıyev ona dəymiş zərəri tam şəkildə ödəmişdır. Bu səbəbdən ona cəza təyin edilməməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəmişdir. Həmçinin dövlət büdcəsinə dəymiş zərərin 25% həcmindən ödəniş etmişdir. Bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2023-cü il tarixli 3267 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında (1300 manat) pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Eyni zamanda, işdə olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzrəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-380/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-380/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver