Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-382/2023 24.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2023-cü tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 2200 qram təşkil edən narkotik vasitə olan qurudulmamış marixunanı əldə edib üzərində saxlayaraq daşıyarkən xx.xx.2023-cü il tarixdə saat 14:30-da Gəncə st. XPŞ-nin CAB-ın və Gəncə st. XPŞ-ın Şəmkir st. XPM-in əməkdaşları tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Dəmiryol Vağzalının peronunda saxlanılaraq Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən Gəncə st. XPŞ-in Şəmkir st. XPM-nə gətirilərək üzərinə baxış keçirilən zaman əlində olan bir ədəd sintetik kisədə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq yəni, 1 (bir) ədəd kisədəki təmiz çəkisi 2200 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət işinin aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı cinayət işinin aidiyyəti üzrə göndərilməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin münasibətini aydınlaşdırıb, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi aidiyyəti üzrə göndərilməlidir. Çünki Təqsirləndirilən şəxs üzərində olan 2200 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuna Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Gəncə st. XPŞ-in Şəmkir st. XPM-də aşkar edilmişdir. Həmin əməl uzanan cinayət olduğundan başa çatdığı yer, yəni Şəmkir rayonu cinayətin törədildiyi yer hesab olunur. Buna görə də hazırkı iş baxılması üçün aidiyyəti üzrə cinayət əməlinin törədildiyi yer üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 299.1.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməl Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Gəncə st. XPŞ-in Şəmkir st. XPM-də baş çatdığı üçün cinayət işinin materialları baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74, 299, 300, 301 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(125)-382/2023 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-382/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-382/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver