Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-383/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, xx xxx 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Belə ki, o, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan müddət ərzində qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşadığı X3 ünvan 3 ünvanında yerləşən evində xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir yerdə olan vaxt öz cinsiyyət orqanını öpdürmüş, həmçinin bundan başqa barmaqları ilə onun arxa keçəcəyini sürtərək on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onun hazırkı arvadı X1 əri olmuşdur. İlk dəfə Qanuni nümayəndə ilə Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi X8 yanında rastlaşmışdır. O, qeyd edilən cinayət əməlini törətməmişdir. Bu qısqanclıq zəminində atılan şər-böhtandır. Qanuni nümayəndə ona şər atmasının səbəbi isə onun Nərminlə evlənməsi olmuşdur. Zərərçəkmiş şəxs isə həmişə nənəsi Zümrüdün yanında olub. Tural ilk günlərdən onun Nərminlə münasibətlərini qısqanmış, ona görə də onun barəsində dəfələrlə şikayət etmiş, lakin şikayətlər öz təsdiqini tapmadığı üçün sonradan bu maddə ilə onu ittiham etmişlər. Onun həyat fəaliyyəti, ailəsi normaldır, belə bir şey olsaydı o, necə cəmiyyət içində normal insan kimi yaşaya bilərdi. O, Elnurun atası Turalın yanına gedib-gəlməsində heç bir problem yaratmamışdır. Tural uşağını almaq istəyirdisə normal alardı, amma öz uşağına bu ləkəni atmaqla Tural uşağının gələcəyini təhlükə altına atdı. O, heç vaxt belə bir cinayət əməlini törətməmiş və törətsəydi səmimi etiraf edərdi. O, ziyalı bir ailənin övladıdır. Onun zərərçəkmiş Zərərçəkmiş şəxs ilə münasibətləri hər zaman yaxşı olub, Elnur çox yaxşı uşaqdır. Hazırda onun üç azyaşlı övladı var. Barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə və pedaqoq – Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin müəllimi X5 iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs bildirdi ki, anası Nərmin Gəncədə yaşayır. Əvvəllər o, anası və Zümrüd nənəsi ilə yaşamışdır. Anası ilə birlikdə yaşayan vaxt anası Nərmin yaşadığı evə kişilər gətirmiş, anası həmin kişilərə “Aşkım” demiş, o həmin kişilərdən Məhəmməd, Elməddin, Tural (amma atası Tural yox), Ömər (türk idi), Həsən, Orxan, Emin və Ayxanın adlarını bilir. Ən çox Həsən və Məhəmməd evlərinə gəlmiş, onlar, yəni həmin şəxslər tez-tez təxminən iki gündən bir evlərinə gəlmişlər. Onlar Nərminə 50 və ya 100 manat pul vermişlər. O, Nərminə pul verilən zaman görmüşdür. Digərləri onun dostları idi. Evlərinə gələn zaman həmin şəxslər ona hədiyyələr, şokolad və “Kinder yumurta” alırdılar. Gecə evlərində Həsən də, Məhəmməd də qalırdı. Həmin vaxtlar Zümrüd nənəsi çox zaman evdə olmur və mağazaya gedirdi. Həsən də anasının “aşkı” olmuşdur. Həsəni ilk dəfə Zümrüd nənəsinin evində tanımışdır. Həsən onun dostu olmuşdur. Həsən əvvəllər polis işləmiş, daha sonra işdən çıxartmışlar. Həsənin polis olmasını isə Həsən onların evinə polis formasında gəldiyi üçün bilmişdir. Həsən onu gəzdirmiş və ona hədiyyələr almışdır. Həsən onu parkda gəzdirən zaman konfet və şokolad alaraq, onu qucağında otuzdurmuş və əli ilə onun “kakaş” gələn hissəsi olan “poposu”na toxunaraq ovxalamış, bunun onun xoşuna gəldiyini demişdir. Zümrüd nənənin evinə gələn zaman ona həmişə demişlər ki, “şərəfsiz atandan zəng elə kabab istə, pul istə, yemək istə”. O da həmişə atasına zəng edib kabab və pul istəmişdir. Atası da həmişə dostunun vasitəsilə ona pul və yemək göndərmişdir. Yeməklər gələn zaman Nərmin, Həsən və Zümrüd nənə özləri yemişdir. Lakin, o istəyən zaman ona yeməkdən yeməyə qoymamışlar. Sonra suya oxşar bir şey içib sağlıq kimi nəsə demişlər. Bir dəfə Zümrüd nənə marketə getmiş, həmin vaxt Nərmin ona demişdir ki, “sən keç otağa televizora bax”. Bundan sonra Nərmin və Həsən yataq otağına keçmişdir. Onda soyunmuşdular. Həmin vaxt qapı aralı idi və o, qapının arasından baxırdı. Nərmin başını əymiş və Həsən də onu arxadan qucaqlamışdır. Otaqda olan vaxt Nərmin Həsənin “duduşunu” öpürdü və Həsən də Nərminin qıçını və çiynini öpürdü. Nərmin isə hərdən qışqırırdı. Sonra Nərmin hamama getmiş, anası hamamda çiməndə Həsən yanına gəlib ona “həmişə mən sənin duduşundan öpürəm, bir dəfə də sən mənim duduşumdan öp” demişdir. O isə bunu etməmiş və öpməmişdir. Bunu isə hər dəfə Həsən sulu şey içdikdən sonra ona demişdir. Buna görə də onun qulağından dartmışdır. Sonra duduşu onun boğazına gəldi, sonradan o qusmuşdur. Həmin vaxt anası Nərmin hamamda çimirdi. Hadisəni Zümrüd nənəsi gələn zaman ona danışmışdır. Lakin, nənəsi ona inanmamış və Həsənin yaxşı biri olduğunu deyərək, onu çubuqla döymüşdür. Həmin hadisəni Nərminə də demişlər o isə inanmamış və onu yumruqla vurdu. Həsən isə onun dediklərini eşitdiyi üçün onu otağa aparmışdır. Həsən üstündə olan tapança vasitəsilə kağızı yandırmış və kağızın istisini onun qoluna verərək “Atana desən, kiməsə desən səni yandıraram. Bütün polislər mənim dostumdur və desən səni də, atanı da tutacaqlar” demişdir. O isə qorxduğu üçün deməmişdir. Daha sonra yenidən hadisəni Zümrüd nənəsinə demişdir. Ancaq, nənəsi bu səfər də əsəbləşmiş və həmin gecə onları evdən qovmuşdur. Həsən “Niva” markalı avtomobil ilə onları Təranə nənəgilə aparmışdır. Təranə nənəgildə olan zaman evdə Aydan xala və 3 uşaq olmuşdur. Aradabir evə kök xala gəlib-getmişdir. Həmin evin zirzəmisində olan vaxtı o bir ədəd ev şəkili çəkmiş və çəkdiyi şəkildə evin altında “Həsən məni də tutacaq, atamı da tutacaq” yazmışdır. O zaman çəkdiyi şəkili Təranə nənənin tapdığını bilməmişdir. Təranə nənə şəkili görəndən sonra ondan gizlində Həsənin ona nə etdikərini soruşmuşdur. O isə Həsənin etdiklərini danışdıqdan sonra Təranə nənə onları evdən qovmuşdur. Onlar yağışın altında gözləmiş və Nərmin taksi çağırmış və Zümrüd nənə taksi ilə gəldikdən sonra onun evinə getmişlər. Zümrüd nənənin evinə gedən zaman Həsən, Nərmin və Zümrüd yemək yemiş və ona sadəcə 1 stəkan su və çörək vermişlər. Ac idi. Yatıb oyandıqdan sonra gizlin olaraq atasına zəng eləmişdir. Telefon evdə şkafın üstündə olmuşdur. Telefon deyəsən Zümrüd nənənin telefonu olmuşdur. Həmin vaxtda Zümrüd nənə mətbəxdə olmuşdur. Atasının telefon nömrəsi isə deyəsən “055” ilə başlamışdır. Telefonda atasının nömrəsi qeydə alınmış və adı da “şərəfsiz Tural” yazılmışdır. Atasına demişdir ki, “mənə yemək vermirlər, su vermirlər”. Atası isə tezbazar maşını ilə oraya gəlmişdir. Ancaq, həmin vaxt Zümrüd nənəsi atasına zəng etdiyini bilməmişdir. Atası gələndən sonra Zümrüd nənəsi qışqırmış və etiraz etmişdir. Atası da onu götürüb Sumqayıt şəhərinə aparmışdır. O ata nənəsi olan Minə nənəsigildə qalmışdır. Hazırda atası Turalla birlikdə yaşayır. Atası ona yaxşı baxır. Həmişə onu gəzdirir, ona istədiyi yeməkləri alır. Məhkəmə onu anasından alıb atasına verib, o, buna görə sevinir. Evdə atası, nənəsi və bibisi olmuşdur. Orada olan vaxtda atasının tutulmasından qorxduğu üçün atasına deməmişdir. Lakin, atası necəsə öyrənmiş və bunu bilməmişdir. Yalnız həmin hadisəni nənəsinə və bibisinə danışmışdır. Onlar isə “sən qorxma biz sənin həmişə arxandayıq” demişlər. Sonra atası onu Gəncə şəhərində Aygün adlı psixoloq xalaya aparmışdır. Psixoloq xala ona Həsənin kim olduğunu, nə olduğunu və ona nə etdiklərini soruşmuşdur. O da psixoloq xalaya Həsənin onun qulağından dartdığını, “duduşu”nun onun boğazına gəldiyini və qusduğunu demişdir. Psixoloq xala da ona onları yadından çıxartmağını və pis şeylər olduğunu demişdir. Ona kimi isə o həmin şeylərin pis olduğunu bilməmişdir. Bundan sonra atası onu Minə nənənin evinə aparmışdır. O, Sumqayıt şəhərində məktəbə gedən zaman polis olan İsa əmi var idi və onun yanına gəlib, ondan məlumatlarını soruşmuşdur. O da suallarını cavablandırmışdır. Məktəbə çatan zaman onlar stulda oturmuşlar. Atası da çöldə oturmuşdur. Otaqda, o, İsa əmi və psixoloq qadın olmuşdur. Həmin vaxtı otaqda maşın şəkilləri çəkmişdir. Psixoloq ona Həsən barədə suallar vermiş və İsa əmi də dediklərini yazırdı. O da Həsəni sevmədiyini bildirmişdir. İsa əmi də sonra ona pultlu maşın almışdır. Buna isə çox sevinmişdir. Polis əmilər onu polis maşınına mindirmiş və onu gəzdirmişlər. Bundan sonra o polisləri sevmiş və onlarla dost olmuşdur. O futbol və əsgər oyunlarını oynamağı sevir. Atası ilə birlikdə baxmağı sevir. Çöldə uşaqlarla futbol oynayırlar. Çox zaman uduzurlar. Dərslərini yaxşı oxuyur, tarix və bütün dərsləri sevir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma oğludur. O Gəncə şəhər sakini X6 ilə 2010-2011ci illərə qədər qeyri-rəsmi olaraq yaşamış, Nərmin hamilə olduğuna görə 2013-cü ildə onunla ailə həyatı qurmuşdur. Nərminlə ailə qurduqdan sonra bir müddət Gəncə şəhərində yaşamışlar. Həmin müddət ərzində Nərminə və ailəsinə maddi yardım etmişdir. Lakin sonradan 2019-cu ilin sentyabr ayında Nərminlə ayrılmış, həmin vaxt məhkəmənin qərarı ilə azyaşlı oğlu Zərərçəkmiş şəxs anası Nərmində qalmışdır. Lakin o, dənizdə işdə olmadığı müddətlərdə Gəncə şəhərinə gəlib Elnuru Sumqayıt şəhərinə aparmış, Elnur həmin müddət ərzində Sumqayıt şəhərində onların yanında qalmışdır. O, hər zaman Zümrüdlə əlaqə saxlayırdı. Uşaqla telefonla danışan zaman uşaq heç nə istəmədiyini dedi. O, uşaqlıq dostu, tələbə və əsgər yoldaşına anasını Gəncə şəhərinə aparmasını demiş, amma anası razılaşmamışdır. Dənizdən gələndən sonra Gəncə şəhərinə gəlmiş və uşağı özü ilə götürmüşdür. Yolda nə alsa da uşaq yeməmişdir. Uşaq qəribə hərəkətlər edirdi. Uşaq yolda gedəndə altını batırdı. O, Zümrüdlə danışan zaman Həsənin kim olduğunu soruşanda Zümrüd telefon əlaqəsini kəsmişdir. Həkim uşaqda qorxu olduğunu bildirdi. Elnur 2021-ci ildə yanına gələn vaxt ona anası Nərminin onu evdə döydüyünü demiş, o əvvəlcə Zərərçəkmiş şəxs sözlərinə əhəmiyyət verməmişdir. 2022-ci ilin yanvar ayında anası Minəxanım ona Nərminin anası Zümrüdün zəng vuraraq Elnurun xəstələndiyini və həkimə ehtiyacı olduğunu bildirmişdir. O da bundan sonra Gəncə şəhərinə gəlib oğlu Zərərçəkmiş şəxs yanına gətirmiş, o Elnuru Sumqayıt şəhərində müalicə etdirdikdən sonra yenidən Gəncə şəhərinə anası Nərminin yanına aparmışdır. Elnur Sumqayıt şəhərində onların yanında olan vaxt yenə ona anası Nərminin onu döyməsini bildirmiş, sonra o Elnura Gəncə şəhərində psixoloq tutmuşdur. Psixoloq Günel isə ona demişdir ki, valideynlərdən biri ilk dəfə iştirak etməlidir. O da Gəncə şəhərinə gəlib uşağı gəzdirən zaman DYP əməkdaşı onları saxlamış, bu zaman uşaq bərk qorxmuş və demişdir ki, Həsən bizi tutduracaq. Elnur bir müddət Gəncə şəhərində psixoloqun yanına getdikdən sonra Nərminin anası Zümrüd Elnuru psixoloqun yanına getməyə qoymamışdır. 2022-ci ilin mart ayında oğlu Zərərçəkmiş şəxs nənəsi Zümrüdün mobil telefon nömrəsi ilə ona zəng vuraraq onu yanına aparmasını istəmişdir. Bundan sonra o Gəncə şəhərinə gəlib Elnuru yanına gətirmiş, Elnur Sumqayıt şəhərinə gəldikdən sonra nitqində problemlər yaranmış, danışanda kəkildəmiş, qorxusundan danışmamış və gecələr isə yerini batırmışdır. Bundan sonra Elnuru Sumqayıt şəhərində 3 saylı Ailə Sağlamlıq Mərkəzinə Şahin adlı həkimin, daha sonra həmin həkimin göndərişi ilə psixoloq həkimin yanına aparmış, bir neçə seansdan sonra Elnur danışmağa başlamışdır. Həmin vaxt Elnur nənəsi Minəxanıma anası Nərminin onu döydüyünü, Nərminin yanına gələn Həsən adlı şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini, yəni öz cinsiyyət orqanını ona öpdürdüyünü, barmağı ilə arxa keçəcəyinə təmas etdiyini bildirmişdir. Anası bu barədə ona dedikdən sonra o özü Elnurla söhbət etmiş və Elnur ona olanları, yəni Həsənin cinsiyyət orqanını ona öpdürdüyünü və parkda olanda Həsənin Elnuru qucağına alaraq barmağını onun arxa keçəcəyinə toxundurduğunu bildirmişdir. Həmçinin Elnur ona Həsəndən qorxduğunu, Həsənin onu döydüyünü bildirmiş, bundan sonra o bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onun oğludur. Oğlu Tural 2013-cü ildə Gəncə şəhər sakini X6 ilə ailə həyatı qurmuşdur. Tural 2019-cu ilin sentyabr ayında Nərminlə ayrılmış, həmin vaxt məhkəmənin qərarı ilə azyaşlı nəvəsi Zərərçəkmiş şəxs anası Nərmində qalmışdır. Lakin, oğlu Tural işdə olmadığı müddətlərdə Gəncə şəhərinə gəlib Elnuru Sumqayıt şəhərinə onların yanına gətirmiş və Elnur Sumqayıt şəhərində onların yanında qalırdı. Elnur 2021-ci ildə yanlarına gələn vaxt anası Nərminin onu evdə döydüyünü, həmçinin Nərminin “aşklarının” olduğunu, Orxan, Elməddin və Həsən adlı kişilərin anasının yanına gəldiyini, Həsənin isə onu döydüyünü bildirmişdir. O əvvəlcə nəvəsi Elnurun sözlərinə əhəmiyyət verməmiş, hər dəfə Elnura həmin söhbətləri danışmamağı tapşırmışdır. Lakin 2021-ci ilin dekabr ayında Elnur yenə onların yanına gələn vaxt anası Nərminin onu döydüyünü, Nərminin yanına gələn Həsən adlı şəxsin həmişə anasının yanında gəlib qaldığını, Həsənin evdə olan vaxt onu döydüyünü təkrar bildirmişdir. 2022-ci ilin yanvar ayında Nərminin anası Zümrüd ona zəng vuraraq Elnurun xəstələndiyini və həkimə ehtiyacı olduğunu bildirmiş, o da bu barədə oğlu Turala məlumat vermişdir. Həmin vaxt oğlu Tural Gəncə şəhərinə gedib nəvəsi Elnuru Sumqayıt şəhərinə gətirmiş, onlar Elnuru Sumqayıt şəhərində müalicə etdirdikdən sonra yenidən Tural onu Gəncə şəhərinə anasının yanına aparmışdır. Elnur Sumqayıt şəhərində onların yanında olan vaxt yenə ona anası Nərminin onu döydüyünü, Nərminin yanına gələn Həsən adlı şəxsin həmişə anasının yanında gəlib qaldığını, Həsənin evdə olan vaxt onu döydüyünü bildirmişdir. X25 Gəncə şəhərinə gətirdikdən sonra müalicə alması üçün ona psixoloq tutmuş, Elnur bir müddət Gəncə şəhərində psixoloqun yanına getdikdən sonra Nərminin anası Zümrüd onu psixoloqun yanına getməyə qoymamışdır. 2022-ci ilin mart ayında nəvəsi Zərərçəkmiş şəxs ana nənəsi Zümrüdün mobil telefon nömrəsi ilə Turala zəng vuraraq gəlib onu aparmasını istəmiş, bundan sonra oğlu Tural Gəncə şəhərinə gedib Elnuru Sumqayıt şəhərinə gətirmişdir. Elnur Sumqayıt şəhərinə gəldikdən sonra onun nitqində problemlər yaranması, danışanda kəkildəməsi, gecələr yerini batırması və qorxusundan danışmaması müəyyən edilmiş, buna görə də o, Elnuru müayinə üçün Sumqayıt şəhərində 3 saylı Ailə Sağlamlıq Mərkəzində bir həkimə, daha sonra həmin həkimin göndərişi ilə isə psixoloq həkimin yanına aparmışdır. Bir neçə seansdan sonra Elnur danışmağa başlamış, həmin vaxt Elnur ona anası Nərminin onu döydüyünü, Nərminin yanına gələn Həsən adlı şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini, yəni öz cinsiyyət orqanını ona öpdürdüyünü, barmaqları ilə arxa keçəcəyini ovduğunu (Həsən uşağa deyirmiş ki, mən səninkindən öpürəm, sən də mənimkindən öp) bildirmişdir. O da bu barədə oğlu Turala demiş, sonra Turalda bu barədə Elnurla söhbət etməyə başlamış və Elnur Turala da Həsənin etdikləri barədə danışmışdır. Bundan sonra polisə şikayət etmişlər. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 ifadəsini Şahid1 ifadəsinə uyğun vermişdir. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən Təhsil Mərkəzində psixoloq vəzifəsində işləyir. 18 yanvar 2022-ci il tarixdə azyaşlı Zərərçəkmiş şəxs həkim yönləndirilməsi ilə psixoloji seanslara gəlmiş, Zərərçəkmiş şəxs seanslara ilkin gələn zaman psixodiaqnostika edilmişdir. Zərərçəkmiş şəxs psixoloji travma, emosional iradi sferada gərginlik, davranış pozuntusu, stresə dayanıqsızlıq, fobiya və xroniki kəkələmə müəyyən edilmiş, terapiya zamanı Zərərçəkmiş şəxs natamam ailədə böyüdüyü və itirmə qorxusunun yüksək olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs seanslar zamanı anasının Həsən adlı şəxslə yaşadığını, anasını gecgec gördüyünü və onlarla qalmadığını söyləmişdir. Pasientdə yuxarıda göstərilən psixoloji problemlərin ailədə qarşılaşdığı natamamlıq səbəbindən yarandığı qənaətinə gəlmişdir. Belə ki, Elnurla “art terapiya” üsulu ilə müayinə aparmış, həmin müayinədə Elnur zorakılıq əlamətlərini özündə əks etdirən şəkillər çəkməsə də, stress vəziyyətinin daxilində mövcudluğunu göstərən şəkillər çəkmişdir. Həmin stress halı uşaqda müxtəlif səbəblərdən əmələ gələ bilərdi. Əmələ gəlmənin səbəbi barədə qəti şəkildə fikir bildirə bilmir. Uşaq Həsən adlı şəxsin anasının yoldaşı olduğunu demişdir. Həsənlə bağlı ona mənfi deməmişdir. Lakin bir dəfə ailə şəkili çəkən zaman uşaq orada Həsənin də şəklini çəkmiş və ona Həsənin tapançası olduğunu demişdir. Seanslara uşağı nənəsi gətirmiş və həmin vaxtlar uşağı nənəsi seanslara gətirən zaman nənə uşaqda gərginlik yaradırdı və uşağa ailəsi haqqında məlumat verməsinə icazə vermirdi. Uşaq həmişə təmiz və yaxşı vəziyyətdə olmuşdur. Uşaq anasına bağlıdır. Uşağın nənəsi psixoloji seansların faydası olmadığı üçün seansları yarımçıq dayandırmağı istəmişdir. Seansların yarımçıq dayandırma səbəbi barədə uşağın nənəsi ona “evlərinə polislərin gəldiyi və bunun da uşağa mənfi təsir göstərməsini” demişdir. Uşaqla ailə şəkili çəkən zaman atasını, anasını, xalasını və başqa bir kişi şəkili çəkmişdir. Həmin kişinin kim olduğunu soruşduqda uşaq Həsən dayı olduğunu demişdir. Nənəsi isə həmin şəxsin uşağın anasının yoldaşı olduğunu demişdir. Uşaq onun yanında olan zaman gərgin vəziyyətdə olmuşdur. Uşaq onun yanına gələn zaman uşağın üzərində cinsi zorakılığın olmasını müəyyən etməmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə həkim vəzifəsində işləyir. 11 yanvar 2022-ci il tarixdə azyaşlı Zərərçəkmiş şəxs Sumqayıt şəhər 3 saylı Ailə Sağlamlıq Mərkəzinə valideynləri tərəfindən gətirilmişdir. Valideynləri uşaqda olan problemlər barədə ona danışıb özlərinin uşaqda qurd olmasından şübhələndiklərini ona demişlər. O da Zərərçəkmiş şəxs müayinə etdikdən sonra uşağın sağlamlıq problemlərinin daha çox psixoloqun ixtisaslaşma dairəsinə aid olduğundan onları xəsətəxanada işləyən psixoloq həkimə yönəltmişdir. Məhkəmə istintaqında “Whatsapp” proqramından istifadə edilməklə iclasa qoşulan Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Uşaq xəstəxanasında həkim psixiatır vəzifəsində işləyir. Azyaşlı 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il də onun işlədiyi xəstəxananın genetik infeksion şöbəsinə somatik şikayətlə bağlı gətirilmiş və həmin vaxt xəstəxananın baş həkimi Məzahir Müzəffərov atanın xəstəliklə bağlı etdiyi şikayətə əsasən onu uşağın baş verən psixi vəziyyətini yoxlamaq üçün çağırmışdır. O, infeksion şöbəyə getmiş və həmin vaxt müayinədə uşaq, atası, Sumqayıt şəhər icra hakimiyətinin qəyyumluq və himayəçilik şöbəsinin əməkdaşları Mehman və Aynur adlı şəxslər, həmçinin baş həkim iştirak etmişdir. Həmin şəxslərin iştirakı ilə o, ilk əvvəl uşaqda ilkin müayinə aparmağa başlamış və müayinə etməkdə məqsədi uşaqda hər hansı bir psixi xəstəliyin olub-olmaması, intelektual vəziyyətinin yaşına görə olub-olmaması, təfəkküründə, nitqində hər hansı bir pozuntunun olub-olmamasını müəyyən etmək olmuşdur. Həmin vaxt uşağın atası öncədən ona bəzi məlumatlar vermiş, uşağın gecə yuxuda əsəbləşdiyini, narahat olduğunu və müəyyən adamların adını çəkəndə narahat olduğunu söyləmişdir. O, sadəcə bir həkim kimi uşağın intelektual vəziyyətini yoxlamış, uşağın intelekti yaşına uyğun, nitqi aydın olmuş, verdiyi suala aidiyyəti məqsədə uyğun cavablar vermiş, həmin vaxt eyni zamanda ailəyə yönəlik bəzi suallar, yəni uşağa travmatik zədə vermədən kimi sevir, kimi sevmir, kimi yaxşı bilir?, kimi yaxın bilir? kimi uzaq bilir? kimi müəyyən suallar verib cavablar almışdır. Söhbət əsasında uşaq baş vermiş hadisə barədə ona danışmamış, sadəcə anasını çox sevmədiyini, atasını çox istədiyini demişdir. Onun uşaqla birbaşa cinsəlliklə bağlı bir söhbəti olmamışdır. Öncədən aldığı məlumatları göz önünə alaraq atanında xahişi ilə onlar uşağa psixoloq təyin etmişlər. Belə ki, psixoloq uşaqla söhbət edəndə daha uzun müddət keçirir, uşaqlara xas oyunlar oynayır və daha yumuşaq tərzdə söhbət edir. Ola bilsin ki, onun gözündən yayındırdığı stres vəziyyətini psixoloq daha tez aşkar edə bilər. O, müayinə zamanı uşaqda psixi xəstəlik müəyyən edə bilməmişdir. Uşaq təxminən 1 aya yaxın müddətdə həftədə 2 dəfə psixoloq Şahid3 yanında olmuş və o, mütəmadi olaraq uşaq barəsində Sevinc xanımdan məlumat almışdır. Həmin hadisə barəsində olan söhbətlər uşaqla psixoloq Sevinc xanım arasında olmuş və uşaq Sevinc xanıma bu barədə ətraflı danışmışdır. O, Sevnic xanımdan uşaq necədir və nə şikayətlər edir? deyə sual edəndə Sevinc xanım ona uşaqla bir neçə dəfə görüşdükdən sonra uşağın bəzi cinsəl xarakterli hərəkətlərin ona qarşı edildiyini söylədiyini demişdir. Belə ki, Sevinc xanımın ona deməsinə görə uşaq ona Həsən adlı şəxsin onların evinə gəlməsi, ona qarşı qeyri-etik hərəkətlər etməsi və müayinə rəyində olduğu cümlələr kimi cinsiyyət orqanına toxunması barədə demişdir. O, uşağı müayinə edərkən onda psixi xəstəlik müəyyən etməmiş, həmçinin uşağın yalan danışmağa meyilli olmasını, başqasının təsiri altına düşməyə meyilli olmasını hiss etməmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt Tibb Mərkəzi X20 1 saylı Ailə Sağlamlıq Mərkəzində həkim psixoloq işləyir. 13 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt Uşaq Xəstəxanasının həkim psixiatoru Şahid4 tərəfindən Sumqayıt şəhər 1 saylı Ailə Sağlamlıq Mərkəzinə psixoloji reabilitasiyaya göndərilmiş, Zərərçəkmiş şəxs 1 saylı Ailə Sağlamlıq Mərkəzində “Postravmatik stress pozuntusu” diaqnozu ilə müalicəyə daxil edilmişdir. Zərərçəkmiş şəxs ilə aparılan psixoloji diaqnostik testlərə əsasən psixoloji travma, emosional iradi sferada gərginlik, fobiyalar, klassik kəkələmə müəyyən edilmiş, itirmə qorxusu yüksək səviyyədə olmuşdur. Zərərçəkmiş şəxs ilə “art terapiya” metodu ilə müayinə aparmışdır. Ondakı gərginliyin, stresin səbəbini araşdırmaq məqsədilə ondan yaxşı insanın və pis insanın şəklini çəkməsini istəmişdir. Yaxşı insan kimi doğmalarının şəklini çəkmiş, pis insan kimi isə bir adam şəkli çəkmişdir. Onun kim olduğunu soruşduqda Elnur ona anasının yanına gələn Həsən adlı şəxsin olmasını bildirmişdir. Həsən adlı şəxsin adını çəkdiyi anda Elnur bərk qorxu və həyəcan vəziyyətində olmuşdur. Elnur bir az sakitləşdikdən sonra ondan Həsəndən nə üçün qorxduğunu soruşmuşdur. Elnur cavabında ona Həsənin onu cinsiyyət orqanını öpməyə məcbur etməsini bildirmişdir. Elnur həmçinin Həsənin ona “mən səninkini öpəcəm, sən də mənimkini öp”- dediyini bildirmişdir. Bu söhbətdən sonra Elnurun psixoloji patalogiyasının sırf ona qarşı edilmiş seksual xarakterli hərəkətlərdən qaynaqlandığı qənaətinə gəlmişdir. Uşağın özü Həsəndən qorxduğunu bildirmişdir. Bu isə seanslar nəticəsində müəyyən olunmuşdur. Həmin hal Elnur şəkil çəkən zaman ortaya çıxmışdır. Elnur sakit təbiətli uşaqdır. Elnurun isə Həsən adlı şəxsdən qorxmasını uşağın özündən bilmişdir. Bundan sonra uşağın ailə üzvlərindən Həsən adlı şəxsin kim olduğunu soruşduqda anasının yoldaşı olduğu barədə məlumatı olmuşdur. Məhkəmənin azyaşlı Zərərçəkmiş şəxs yalan danışmağa meyilliliyi ilə bağlı sualına cavab olaraq psixoloq Şahid3 bildirmişdir ki, uşağın yalan danışdığı, diktə olunduğu, yəni onun əzbərçi kimi danışdırmağı bilinir, avtomatik bu uşaq yalan danışır, olmayanı danışır. Amma bu uşaq onu yaşamış kimi danışırdı, stres hissi ilə, ağlaya-ağlaya danışırdı, bu isə avtomatik uşağın düzgün danışdığı və bu hissi yaşadığını ona göstərirdi. Onu şəkil testlərində də elədi, şəkillər çəkdi, kimdir, nədir, yəni bir az uşağı yanıldırdı, bəlkə sən ondan qoruxmursan, başqa bir şey var, bəlkə ata sənə nə isə deyib, bəlkə anadan qorxursan, bəlkə özün elə fikirləşirsən, bəlkə nağıllarda görmüsən ya hansısa kinolarda görmüsən. Hər şeyi dəqiqləşdirdikdən sonra bu halı ortalığa çıxarmışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, Həsən onun həyat yoldaşıdır, Həsən belə bir şey etməyib. Əgər etsəydi onu bu vaxta kimi müdafiə etməzdi. Çünki uşağına qarşı hər hansı bir hərəkətə yol verməzdi. Həsən günahsızdır. Turalla 2019-cu ildə rəsmi olaraq boşanmışlar və uşaq onun himayəsində qalıb. Onlara DİN-dən zəng gəldi ki, Tural deyib ki, onlar uşağa əziyyət verib. Tural nə vaxt istəyib gəlib uşağı görüb. O heç bir problem yaratmayıb. Onun uşağına qarşı belə bir hərəkət heç vaxt olmayıb. Onun uşaqla görüş hüququ olsa da Tural onun uşaqla görüşməyinə imkan verməyib. Əgər uşaq bir günlük onunla qalsaydı bütün həqiqətləri ona deyəcəkdi. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, Elnur 04 avqust 2014-cü il tarixdə doğulub və demək olar ki, doğulandan onun yanında olub, uşağı məktəbə aparıb-gətirib, yəni uşaq çox vaxt onun yanında olub. Belə bir hərəkət olmayıb. Həsən günahsızdır. Həsəndən uşağa qarşı hər zaman diqqət və qayğı görüb. Turalın uşaqla bağlı söz-söhbəti Nərminlə Həsən evlənəndən sonra olub. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Eyni zamanda məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər X4 və X9 məhkəməyə verdikləri ifadələrini ittihamın mahiyyəti ilə bağlı olmadığından sübut növü kimi qəbul etmir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 19 may 2022-ci il tarixli 494 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik X18 ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 may 2022-ci il tarixli 1282 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, məhkəmə psixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə psixoloji ekspertizası üzrə:
1. Zərərçəkmiş şəxs fərdi psixoloji xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, emosionallıq, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir.
2. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur.
3. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri, intelektual inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakter və mənasını (ona qarşı zorakı hərəkətlər etdiklərini, fiziki güc tətbiq etdiklərini, qorxutduqlarını, istəmədiyini etməyə vadar etdiklərini, kiminsə cinsiyyət üzvünü öpməyin yaxşı hərəkət olmadığını, atasını pislədiklərini, ona qarşı nalayiq ifadələr işlətdiklərini və s.) özünün yaş xüsusiyyətləri çərçivəsində anlamaq və dərk etmək qabiliyyətinə malikdir.
4. Zərərçəkmiş şəxs hadisələr baş verən zamanlarda öz hərəkətlərini yaş xüsusiyyətlərinə uyğun idarə etmişdir.
5. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl hansı psixiemosional halda olduğunu müəyyən etmək mümkün deyil. Baş vermiş hadisə zamanı ona qarşı edilmiş hərəkətlərlə əlaqədar psixi-emosional vəziyyətində qorxu, həyacan, stress və gərginlik yaranmışdır. Hazırkı psixoloji durumu normaya uyğun hesab edilir. xx.xx.2022-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs əsas xəstəlik kimi “Postravmatik stress pozuntusu” diaqnozu qoyulub. Psixi status: Kontakta həvəssiz girir. Suallara məqsədyönlü cavab vermir. Zahirən narahat, əsəbidir. Yaddaşı, qavraması, təfəkkürü yaşıdlarından geri qalmır. Sosial-məişət vərdişləri formalaşıb. 1 saylı ASM-nə psixo-sosial reabilitasiyaya göndərilir (müalicə həkimi X15 tərəfindən verilib). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 07 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, üzləşdirmə istintaq hərəkətinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Yusif, xx.xx.2020-ci il təvəllüdlü Ayan və xx.xx.2023-cü il təvəllüdlü Namiq adlı üç azyaşlı uşağı var. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır Qeyd olunan halları nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş və cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməsi yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, ekspertiza rəyi, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, ifadəsində göstərdikləri xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, həmin ifadə özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs qarşı hər hansı bir əxlaqsız hərəkət etmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs öz uşağı kimi çox istədiyindən uşağa qarşı hər hansı bir əxlaqsız hərəkət etmədiyini və ona zərərçəkmiş şəxsin atası tərəfindən şər-böhtan atıldığını bildirmişdir. Lakin məhkəmə baş vermiş cinayət hadisəsinin üstünün açılmasına və Zərərçəkmiş şəxs barəsində təyin edilən müalicə ardıcıllığına nəzər salaraq belə qənaətə gəlir ki, valideynləri tərəfindən ilkin olaraq Zərərçəkmiş şəxs fiziki patologiyanın olması ehtimal edilmiş, ona görə də "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən Təhsil Mərkəzində psixoloq vəzifəsində işləyən Şahid6 müraciət edilmişdir. Şahid6 həyata keçirdiyi müalicə zamanı Elnurda psixi pozuntularda yaxşılaşma hiss edilsə də, onda olan psixoloji pozulma əlamətləri tam yoxa çıxmamışdır. 2022-ci ilin iyun ayında, təxminən son müalicədən altı aya yaxın vaxt keçdikdən sonra Elnurun sağlamlığında ağırlaşma müşahidə edilmiş, sidik və nəcis saxlamama əlamətləri aşkar edilmişdir. Bundan sonra Sumqayıt şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə həkim işləyən Şahid5 müraciət edilmişdir. Şahid5 müayinə zamanı azyaşlı Zərərçəkmiş şəxs aşkar edilən halların psixoloji problemlər olduğu qənaətinə gələrək, bu məsələ ilə bağlı psixoloqa müraciət edilməsinin zəruri olduğunu vurğulamış və bundan sonra onun tövsiyyəsi əsasında psixoloqlar Şahid4 və Şahid3 müraciət edilmiş, psixoloq Şahid3 tərəfindən həyata keçirilən “art terapiya” zamanı Elnurda olan qorxunun, stresin səbəbinin Təqsirləndirilən şəxs tərəfindən ona edilmiş seksual xarakterli əxlaqsızlıq hərəkətlərinin olması müəyyən edilmişdir. Qeyd edilənlərdən belə bir məntiqi nəticə çıxarılmalıdır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi ona azyaşlı Zərərçəkmiş şəxs atası Tural Bağırzadə tərəfindən cinayət törətməsi ilə bağlı şər atıldığı təqdirdə zərərçəkmiş şəxsin valideyni əvvəlcə bununla bağlı həkimə yox hüquq-mühafizə orqanlarına müraciət etməli idi. İşin hallarından isə görünür ki, azyaşlı Zərərçəkmiş şəxs qarşı Təqsirləndirilən şəxs tərəfindən zor tətbiq edilmədən əxlaqsız hərəkətlər törədilməsi faktını ilk dəfə valideynləri deyil, azyaşlını müayinə etmiş psixoloq həkimlər aşkar etmiş və bu barədə onun valideynlərinə məlumat vermişdir. Ona görə də, məhkəmə qeyd edir ki, məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə tövsif edilmiş və onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə — bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da qeyd edir ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 1997-ci il tarixli 3 nömrəli qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini və üsulunu, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, ona aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməsi ilə əlaqədar cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan müddət ərzində törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin “Cinayət qanununun zamana görə qüvvəsi” adlanan 10-cu maddəsinə görə: “10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.” Azərbaycan Respublikasının CM-də dəyişiklik edilməsi barədə 27 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən CM-nin 153.2-ci maddəsinin sanksiyasında dəyişiklik edilmişdir. Buna görə də məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 153.2-ci maddəsinin sanksiyasına uyğun təyin edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəsasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış üzləşdirmə istintaq hərəkətinin görüntülərini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Asif Əliyev