Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-388/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) X4, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X10 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə Zərərçəkmiş şəxs ilə aralarında olan yaxın münasibətlərindən sui-istifadə edib onun etibarını qazanmış, Zərərçəkmiş şəxs qardaşı Şahid1 hərbi xidmətə getməkdən azad etdirib, xidmətə yararlı olmaması barədə hərbi bilet alacağına köməklik edəcəyi adı ilə inandırıb aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-ci ilin mart ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs Gəncə şəhəri, Şahid1 prospektində yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin qarşısında ilkin olaraq 2000 manat məbləğində nəğd pulu və bundan 2 gün sonra günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanındakı evində 10000 manat məbləğində nəğd pulu ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 12000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs X10 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2022-ci ilin təxminən oktyabr ayından tanımışdır. Təxminən 2023-cü ilin mart ayında Gülnar ona demişdir ki, qardaşı Əliyev X8 Federasiyasından gəlib onu hərbi xidmətə aparmaq istəyirlər, amma Gülnar demişdir ki, qardaşının hərbi xidmətə getməyini istəmir. O da Gülnara demişdir ki, onun qardaşını hərbi xidmətdən azad etdirib ona hərbi xidmətə yararlı olmaması barədə hərbi bilet ala bilər. O, Gülnardan pulu alıb işi həll etməyi üçün başqa bir şəxsə vermiş, amma işin həll edilməsi mümkün olmamışdır. İş həll olunmadığı üçün Kəpəz “voenkomatına” k̇ ılrəbrəfəS) və Hərbı̇ Xı̇ dmətə Çağırış İdarəsı̇ nə) da getmişlər. Lakin heç bir nəticə olmamışdır. O, həqiqətən də Gülnara kömək etməyə çalışmışdır. Bundan başqa, o, mülki iddianı qəbul edir. Belə ki, o, həqiqətən də Zərərçəkmiş şəxs 12000 manat pul almış, lakin maddi vəziyyəti ilə bağlı geri qaytara bilməmişdir. O, hal-hazırda törətdiyi əməldən peşmandır. Azadlıqda qalarsa borcunu ödəyə biləcəkdir. Odur ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər sakini X5 təxminən 2021-ci ilin avqust ayından tanımışdır. Bəhrəm özü Gəncə şəhərində ev alqı-satqısı ilə məşğul olur. O, özü də həmin vaxt özünə kirayə ev axtarmışdır ki, alsın. Ona görə də Bəhrəmın xalası Nüşabənin vasitəsi ilə tanımışdır. Belə ki, xalası ona demişdir ki, Bəhrəm adında makler var, o sənə kirayə ev tapar və onu Bəhrəmla tanış etmişdir. O, onunla üzbəüz tanış olmuş və Bəhrəm ona bir neçə ev göstərmişdir. O, həmin vaxt ev götürmüşdür. Sonra təxminən 2022-ci ilin oktyabr ayından Bəhrəmla aralarında yaxın münasibət yaranmış, aralarında qeyri-rəsmi ər-arvad münasibəti olmamışdır. Sadəcə olaraq telefonla danışıb bəzi vaxtlarda görüşmüşlər. Onun qardaşı Şahid1 həmin vaxtlar şəxsiyyət vəsiqəsi almaq istəmişdir, lakin onun hərbi bileti olmadığından ona vəsiqə verməmişlər. Qardaşı Hidayət istəmişdir ki, hərbi xidmətə getsin. Lakin onun psixi problemləri olduğundan və himayəsində 3 azyaşlı uşağı olduğundan o, istəməmişdir ki, qardaşı hərbi xidmətə getsin, istəmişdir ki, xəstəliklə bağlı və azyaşlı uşaqlarının olması ilə bağlı ona hərbi xidmətə yararsız olması üçün hərbi bilet alsın. Bu söhbəti də Bəhrəm bilmişdir. Bəhrəm ona demişdir ki, onun yüksək vəzifədə işləyən tanışı var, onun vasitəsi ilə hərbi bileti qardaşına ala bilər. O da, ondan xahiş etmişdir ki, bu məsələdə ona kömək etsin. Bəhrəmla aralarında bu danışıq 2023-ci ilin mart ayının sonlarında olmuşdur. Aradan bir-iki gün keçmiş Bəhrəm ona demişdir ki, sənin qardaşının işini danışmışam, 15000 manata edə bilərlər. O isə Bəhrəma demişdir ki, bu qədər pula onun gücü çatmır. Aradan bir neçə gün keçmiş Bəhrəm təkrar ona demişdir ki, danışmışam 12000 manata həll edəcəklər. Həmin Bəhrəmla olan bu söhbətlərində qardaşı Hidayət də iştirak etmişdir. 2023-ci ilin yenə mart ayının sonları idi, dəqiq gün yadında deyil, o, qardaşı ilə həmin 12000 manatı tapıb düzəltmiş və Bəhrəma zəng etmişdir ki, pul hazırdır, o, Bəhrəma özünə məxsus ***-***-**-** nömrəsindən ona məxsus ***-***-**-** nömrəsinə zəng edib bildirmişdir ki, pul hazırdır. Bəhrəm isə ona demişdir ki, həmin puldan 2000 manatını götür gəl, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə orada Azər adlı əməliyyatçı tanışı var pulu ona verəcəklər onun vasitəsi ilə sənin işini həll edəcəyik. O da qardaşı Hidayətlə birlikdə 2-ci Polis şöbəsinə gəlmiş və Bəhrəm da onları orada gözləmişdir. O, şöbənin qarşısında Bəhrəma məxsus “Cevrolet Kruze” markalı avtomaşının içərisində 2000 manat pulu Bəhrəma vermiş və o, demişdir ki, qardaşınla birlikdə qalxaq Azərin yanına. O, maşında gözləmiş, qardaşı ilə Bəhrəm şöbəyə getmişlər və sonra qardaşı gəlib ona demişdir ki, Azər adlı əməkdaşla görüşüb və qardaşına Azər deyib ki, narahat olma sənin işini həll edəcəyik. Sonra qardaşı demişdir ki, Azərlə Bəhrəm kənara çəkilmişlər, amma Bəhrəmın Azərə pulu verib-verməməsini görməmişdir. Səhəri gün Bəhrəm onun yaşadığı ünvan 3 ünvanıdakı evə gəlmiş və ona demişdir ki, qalan 10000 manatı da ver. Həmin vaxt qardaşı Hidayət də evdə idi. O, 10000 manat pulu sayıb şəxsən Bəhrəma vermiş və o, bir daha onu əmin etmişdir ki, narahat olma 2023-cü ilin aprel ayında qardaşının işini həll edəcəyəm. Lakin ay tamam olmuş, qardaşının hərbi bilet məsələsini Bəhrəm həll etməmişdir. O, Bəhrəmla görüşüb, telefonla danışıb işin nəticəsini soruşanda hər dəfə demişdir ki, düzələcək və sonra Turab adlı şəxslə qardaşı Hidayəti görüşdürmüş və Turab adlı şəxs də qardaşına demişdir ki, alınacaq, vaxt lazımdır. Lakin o da, aldatmış, qardaşının işini həll etməmişdir. O da məcbur olub bu barədə Gəncə şəhər BPİ-nə 01 sentyabr 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. O, Bəhrəmdan 12000 manat pul tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə bildirdi ki, Zərərçəkmiş şəxs qardaşı Şahid1 hərbi bileti olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməyib. Hərbi xidmətə özü də getmək istəyib, lakin bacısı psixi xəstəlikləri olduğu üçün getməsini istəməyib. Bəhrəmdan xahiş edib ki, qardaşının əsgərliyə getməməsi üçün ona köməklik etsin. Bəhrəm ona tanışı olduğunu və ona köməklik edəcəyini, əvvəl 15000 manat daha sonra isə 12000 manat pul lazım olacağını bildirmişdir. Bunun üçün Zərərçəkmiş şəxs Bəhrəma 2000 manat məbləğdə pulu polis şöbəsinin qarşısında, 10000 manat məbləğində pulu isə evində vermişdir. Hazırda isə həmin puldan heç bir ödəniş etməmişdir. Odur ki, Bəhrəm Kazımlıya azadlıqdan məhrum etmə cəzasının verilməsini və mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmədə Şahid3 ifadəsində bildirdi ki, X5 polisdə işləyən zamanlar xidməti ərazisində ev alqı-satqısı ilə məşğul olduğundan tanımış, aralarında elə də yaxın münasibət olmamışdır. Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsində Zərərçəkmiş şəxs şikayəti əsasında istintaqı aparılan cinayət işi üzrə ona məlum olumşdur ki, X13 Turanın 12000 manat pulunu onun qardaşını hərbi xidmətə yararsız olacağı barədə hərbi bilet alınmasında köməklik etməsinə dair yalan vəd verərək ələ keçirmişdir. Zərərçəkmiş şəxs qismində ifadəsində Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1 şahid qismində ifadələrində göstərmişlər ki, “Bəhrəm onlara demişdir ki, Hidayətin işini tanışı Turab adlı şəxsin vasitəsi ilə həll edir, Turabı onunla Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsində köhnə Kəpəz RPŞ-də əməliyyat müvəkkili işləyən Azər adlı şəxsin vasitəsi ilə tanımış, ona görə Bəhrəm Gülnara demişdir ki, gedək pulu şöbədə Azərin yanında mənə ver. O da Bəhrəmla və qardaşı Hidayətlə birlikdə Polis şöbəsinə gəlmişlər, Hidayət də Bəhrəmla birlikdə onun xidməti otağına gəlmiş və Bəhrəm onunla ayrılıqda görüşmüş və sonra Bəhrəm Hidayətə demişdir ki, gedək mən 2000 manat pulu Azərə verdim, sonra da Bəhrəm Gülnara da demişdir ki, 2000 manat pulu Azərə verdim”. Lakin, Gülnarın da Bəhrəmın da dedikləri tam yalandır. Heç onun yadına gəlmir ki, Bəhrəmla 2-ci Polis şöbəsində görüşmüşdür. Onun bu işdən məlumatı olmamışdır, ona Bəhrəm pul verməmişdir. O, polis əməkdaşı olmuş və bilir ki, pul verməklə hər hansı saxta hərbi bilet alınması mümkün deyildir. Turab adlı şəxsi də tanımır. Nə səbəbə onun adını çəkirlər ona məlum deyildir. Məhkəmədə Şahid2 ifadəsində bildirdi ki, X5 uşaqlıqdan tanıyır və onunla qonşuluqda yaşayır. Təxminən 2023-cü ilin iyun-iyul aylarında Bəhrəm onunla Gəncə şəhərində yerləşən Texnologiya Universitetinin yanında görüşmüş və ona demişdir ki, onun qohumu var, hərbi bileti gecikdiyi üçün Rusiya Federasiyasına gedə bilmir. Bəhrəm bilirdi ki, onun oğlu da asmabronxit xəstəliyindən əziyyət çəkir və onu hərbi xidmətə aparmırlar. Bəhrəm ona demişdir ki, oğlunun əsgərliyə yararsız olması barədə hərbi bilet almısanmı? O da, demişdir ki, əsgərliyə getməsi üçün hərbi bilet hələ verməyiblər. Bəhrəm ona demişdir ki, qohumun məni narahat edir. Gedək mən onunla görüşəcəm, sən də mənimlə olarsan. Onlar birlikdə N saylı hərbi hissənin yanına gətmişlər. Orada sonradan adı ona məlum olan Şahid1 ilə görüşmüş və orada Bəhrəm Hidayətə onu göstərib demişdir ki, bu oğlanın da oğlu hərbi xidmətə yararsızdır, amma bu vaxta kimi hərbi bilet gəlib çıxmayıb. O da, Hidayətə demişdir ki, onun oğlunda xəstəlik var, hərbiyə yararsızdır, lakin hazırkı vaxta kimi hərbi bileti gəlməmişdir. Həmin vaxt Bəhrəmlə Hidayət arasında heç bir pul söhbəti olmamış və o, bilməmişdir ki, Bəhrəm Hidayətdən ona hərbi bilet düzəltmək üçün pul almışdır. Bundan bir neçə gün sonra, o, Füzuli parkının yanında çayçıda oturmuşdur. Bu zaman Hidayət onun yanına gəlmiş, onunla görüşmüş və ona demişdir ki, səninlə işim var, o da Hidayətə demişdir ki, sənin mənimlə nə işin ola bilər. O, Hidayətin yanında Bəhrəmın mobil telefonuna zəng etmiş və demişdir ki, Hidayət onun yanına nəyə görə gəlib, Bəhrəm da ona demişdir ki, özüm gəlirəm. Bir qədər keçəndən sonra Bəhrəm gəlmiş və Hidayətlə çıxıb getmişlər. O, sonradan bilmişdir ki, Bəhrəm Hidayətə əsgərliyə yararsız olması barədə hərbi bilet düzəldəcəyi adı ilə onun bacısından 12000 manat pul almışdır. Ona qarşı Bəhrəm Kazımlı yalan ifadə verir. Bəhrəm ona pul verməmişdir və o Bəhrəma söz verməmişdir ki, kiməsə də hərbi bilet alacaqdır. Bəhrəm özü ona demişdir ki, Gülnarla arasında konflikt var. Əvvəl yaxın münasibətləri olub, sonra bu münasibət pozulmuş və yaxın münasibətdə olduğuna görə izahatında onun adını çəkib ki, güya Gülnardan aldığı pulu ona verib. O, bir daha bildirmişdir ki, o, Bəhrəmdan pul almamış və ona pul qaytarmamışdır. Məhkəmədə ibtidai istintaq dövründə Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid, ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər sakini X5 təxminən 2023-cü ilin mart ayından tanımışdır. Bəhrəm özü Gəncə şəhərində ev alqı-satqısı ilə məşğul olur. Bəhrəmın bacısı Zərərçəkmiş şəxsla yaxın münasibəti olmuşdur. O, 2023-cü ilin mart ayında şəxsiyyət vəsiqəsi almaq istəmişdir, lakin onun hərbi bileti olmadığından ona vəsiqə verməmişlər. Onun həmin vaxt səhhətində problemləri olduğundan və himayəsində 3 azyaşlı uşaqları olduğundan Gülnar istəməmişdir ki, o, hərbi xidmətə getsin, xəstəliklə bağlı və azyaşlı uşaqlarının olması ilə bağlı hərbi xidmətə yararsız olmağı üçün hərbi bilet alsınlar. Bu söhbəti də Bəhrəm bilmişdir. Bəhrəm onun bacısına demişdir ki, onun yüksək vəzifədə işləyən tanışı var onun vasitəsi ilə ona hərbi bilet ala bilər. Bacısı da Bəhrəmdan xahiş etmişdir ki, bu məsələdə onlara köməklik etsin. Bəhrəmla aralarında bu danışıq 2023-ci ilin mart ayının sonlarında olmuşdur. Aradan bir-iki gün keçmiş Bəhrəm bacısına demişdir ki, sənin qardaşının işini danışmışam,15000 manat edə bilərlər. Bacısı da ona demişdir ki, bu qədər pula onun gücü çatmır. Aradan bir neçə gün keçmiş o təkrar onlara demişdir ki, danışmışam 12000 manata həll edəcəklər. 2023-ci ilin yenə mart ayının sonlarında o, bacısı ilə həmin 12000 manatı tapıb düzəltmiş və Bəhrəma zəng etmişlər ki, pul hazırdır. Bəhrəm da bacısına demişdir ki, həmin puldan 2000 manatını götür gəl Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə orada Azər adlı əməliyyatçı tanışım var, pulu ona verəcəyik onun vasitəsi ilə qardaşının işini həll edəcəyik. O da bacısı ilə birlikdə Bəhrəmla görüşmüş və onun maşını ilə birlikdə 2-ci Polis şöbəsinə gəlmişlər. Şöbənin qarşısında bacısı Bəhrəma məxsus “Cevrolet Kruze” markalı avtomaşının içərisində 2000 manat pulu Bəhrəma vermiş və Bəhrəm demişdir ki, qardaşınla birlikdə qalxaq Azərin yanına. Bacısı maşında gözləmiş, o, Bəhrəmla şöbəyə getmiş və orada Azər adlı əməliyyatçı ilə görüşmüşlər. X16 kənara çəkilmiş və sonra Bəhrəm ona demişdir ki, gedək pulu Azərə verdim. Səhəri gün Bəhrəm o yaşadığı, ünvan 3 ünvandakı evə gəlmiş və bacısından onun yanında qalan 10000 manatı da almışdır. Bəhrəm onları əmin etmişdir ki, narahat olma 2023-cü ilin aprel ayında işinizi həll edəcəyəm. Lakin ay tamam olmuş, onun hərbi bilet məsələsini Bəhrəm həll etməmişdir. O və bacısı Bəhrəmla görüşüb, telefonla danışıb işin nəticəsini soruşanda hər dəfə demişdir ki, düzələcək və sonra Turab adlı şəxslə onu görüşdürmüş və Turab adlı şəxsdə ona demişdir ki, alınacaq vaxt lazımdır. Lakin o da aldatmışdır. Onun işini həll etməmişdir. Bacısı Gülnar da məcbur olub bu barədə Gəncə şəhər BPİ-nə 01 sentyabr 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X10 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha Bəhrəm Kazımlının üzünə demişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X10 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid1 keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha Bəhrəm Kazımlının üzünə qarşı demişdir. 28 noyabr 2023-cü il tarixli “Təqdim olunan diskdə olan danışıqların dinlənilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs Turan X9 Bəhrəm İlqar oğlu ilə aralarında olan zərərçəkmiş şəxsin göstərdiyi xüsusatları əks etdirən telefon danışıqlarını və sonuncu ilə aralarında olan söhbətlərini telefon vasitəsilə qeydə aldığı danışıqları köçürdüyü 01 ədəd CD diski ərizəsinə əlavə etmişdir. Odur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə olan danışıqlar X4 iştirakı ilə dinlənilmiş və protokola əlavə edilmişdir. X10 diskdə olan səs yazılarının Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1 ilə onun arasında aparılan danışıq olduğunu və diskdə olan səsin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli, 32 nömrəli arayışdan məlum olur ki, X2 şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixli, 146 nömrəli arayışdan məlum olur ki, X2 şəhər Narkoloji dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, X4 məhkumluğu yoxdur. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 adına qeydiyyata alınmış avtomobil yoxdur. Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X10 Zərərçəkmiş şəxs 12000 manat pulunu şəxsi ehtiyacı olduğu üçün aldadaraq sonuncunun qardaşı Şahid1 hərbi xidmət keçməsindən azad etdirmək və hərbi xidmətə yararlı olmaması barədə hərbi bilet alacağı adı ilə almış, zərərçəkmiş şəxsdən pul almasında ona kömək edən hər hansı şəxs olmamış, X4 bir neçə şəxslərə borcunun olduğu müəyyən edilmiş, lakin həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda X4 yuxarıda qeyd olunan zərərçəkmiş şəxsdən başqa digər şəxsləri dələduzluq yolu ilə aldatması barədə əməliyyat məlumatı daxil olmuş, lakin həmin şəxslərin konkret dairəsini müəyyən etmək mümkün olmamışdır. X1 şəhər və ətraf rayon ərazisində baş vermiş digər hər hansı cinayətdə iştirakı müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 ilə Zərərçəkmiş şəxs arasında aparılan danışıqlar köçürülmüş 1 ədəd “CD” disk maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, X4 himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Bəhrəm Kazımlı zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs onun qardaşını həqiqi hərbi xidmətə yararsız hesab edilməsi üçün müvafiq sənəd düzəltməkdə kömək edəcəyi adı ilə ondan 12000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Bəhrəm Kazımlı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində zərərçəkmiş şəxsdən qeyd edilən məbləğdə pulu alsa da, həmin pulu işin düzəlməsi üçün başqa bir şəxsə verdiyini, beləliklə də əslində zərər çəkmiş şəxslərə verdiyi vədi yerinə yetirməyə çalışdığını və onları aldatmaq niyyətində olmadığını bildirsə də, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu hallar məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs ifadəsində qardaşının həqiqi hərbi xidmətə yararsız hesab edilməsi üçün müvafiq sənəd düzəltmək adı ilə pulu birbaşa Bəhrəm Kazımlıya verdiyini bildirmişdir. İbtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı da Zərərçəkmiş şəxs, Şahid1 ifadələrində göstərdikləri xüsusatları təqsirləndirilən şəxs Bəhrəm Kazımlının üzünə demişlər. Təqsirləndirilən şəxs isə dediklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarını nəzərə alaraq, təqsirləndirilən şəxs Bəhrəm Kazımlının zərərçəkmiş şəxsdən aldığı pulun işin düzəlməsi üçün başqa bir şəxsə verməsinə və həqiqətən də kömək emək niyyətinin olduğuna dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 özünü tam təqsirli bilməsə də, onun zərər çəkmiş şəxsə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X6 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X6 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməməsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, X4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Bundan başqa, cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki cavabdeh X7 qarşı mülki iddia verərək, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 12000 manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzinin mülki cavabdeh X3 alınaraq ona ödənilməsini xahiş etmiş, məhkəmədə mülki iddiaçının nümayəndəsi mülki iddianı müdafiə etmişdir. Məhkəmədə mülki cavabdeh X10 izahatında mülki iddianı qəbul etdiyini, azadlıqda qalarsa vurulmuş ziyanı işləyib ödəyəcəyini bildirmişdir. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, X4 təqsirli olaraq törətdiyi hüquqazidd əməl nəticəsində mülki iddiaçıya iddia tələbində göstərilən həcmdə maddi zərər vurması öz təsdiqini tapdığından mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Qeyd olunan normaların tələblərinə uyğun olaraq Zərərçəkmiş şəxs X7 qarşı mülki iddiası təmin edilməli, X3 Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 12000 manat pul və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 108 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın. X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. X4 barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. İş üzrə zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. İş üzrə təqsirləndirilən şəxs – mülki cavabdeh Kazımlı Bahram oğlundan 12000 (on iki min) manat pul və ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumunun əvəzi alınaraq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən səs yazıları olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-388/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-388/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver