Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-389/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, X13 küçəsi 1-ci döngə ev 19-da qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində xx.xx.2023-cü il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli, istifadəyə yaralı, Marqolin konstruksiyalı tapançaların və TOZ konstruksiyalı yivli tüfənglərin döyüş sursatı hesab edilən 03 ədəd patronlarını və 01 ədəd nömrəsi silinmiş, Tula silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən TOZ-8 modelli ov tüfəngini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və gəzdirmiş, barəsində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı Gəncə şəhər BPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Nizami BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində eyni tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “AL” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə ŞBPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağlı qaralı yun gödəkçəsinin altından 1 ədəd polietilen sellofan torbaya bükülmüş torbanın içərisində SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli, istifadəyə yaralı, Marqolin konstruksiyalı tapançaların və TOZ konstruksiyalı yivli tüfənglərin döyüş sursatı hesab edilən 03 ədəd patronlarını və 01 ədəd nömrəsi silinmiş, Tula silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən TOZ-8 modelli ov tüfəng aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən tutulmamışdan 10-12 gün əvvəl odlu silahı Gəncə şəhərində İmamzadə Ziyarətkahının yaxınlığında piyada gəzən zaman zibil qutularının yaxınlığında sellofana bükülmüş bir əşya diqqətini cəlb etmiş, həmin sellofana açıb baxdıqda lüləsi və qundağı kəsilmiş Toz 8 silahını və yanında 03 ədəd güllələr olmasını görmüşdür. Həmin silahı götürüb gizlətmək qərarına gəlmiş, ona görə də yaxınlıqda Toz 8 silahını patronla birlikdə həmin sellofana büküb torpaqda gizlətmişdir ki, münasib bir vaxtda gəlib aparsın. O, silah tapmağı və onu gizlətməyi ilə bağlı heç kimə heç bir söz deməmişdir. Tapdığı odlu silahı o, heç vaxt istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə o, gizlətdiyi silahı gedib götürmüş, yaşadığı evin yaxınlığında gizlətmək üçün gətirərkən Gəncə şəhəri Atatürk prospektində yerləşən "Al" marketin yaxınlığında piyada hərəkətdə olarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmiş və onu Gəncə şəhər BPİ-nə dəvət etmişdirlər. O polislərə etiraz etməmiş və onlarla birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına gəlmiş, Polis idarəsində müdafiəçinin iştirakı, eləcədə videoçəkiliş ilə üzərində qanunsuz olaraq saxladığı hər hansı bir əşya varsa çıxarıb təqdim etməyi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçirəcəklərini bildirmişdirlər. O, üzərində olan odlu silah ve 3 ədəd patronu polislərə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin silaha və patronlara baxış keçirilmiş, həmin odlu silaha bənzər əşyaya vizual baxış keçirilən zaman heç bir nömrə olmaması aşkar edilmişdir. Bundan sonra həmin odlu silaha bənzər əşya və 3 ədəd patron qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənib sənədləşmə aparılmışdır. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, himayəsində qoca anasının və qardaşı uşaqlarının olmasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ataraük prospekti 237 ev 1, mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs odlu silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 və həmin idarənin kiçik inspektoru Şahid3 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə saat 18:00 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Al marketin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçi X3 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ qaralı yun gödəkçənin altından 1 ədəd polietilen torbaya bükülmüş içərisində 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silahı və yanında 3 ədəd patronu təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silahı Gəncə şəhəri İmamzadə Ziyarətgahının yaxınlığından tapdığını bildirilmişdir. Sonra həmin aşkar edilmiş silah və patronlar müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 91 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edildi və protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru X1 Samir Rafail oğlunun ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsi tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri Nizami RPİ-nin təhqiqatçısı X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, X4 və müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi tələb edilmişdir. O, əynində olan ağlı qaralı yun gödəkcəsinin altından 1 ədəd politen selofan torbaya bükülmüş torbanın içərisində 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silaha bənzər əşya və həmin əşyanın yanında 3 ədəd sursat təqdim etmişdir. Həmin odlu silaha bənzər əşyaya vizual baxış keçirilən zaman üzərində zavod üsulu ilə vurulmuş nömrələrin silinməsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin odlu silaha bənzər əşyanı və 3 ədəd sursatı tutulmamışdan 10-12 gün əvvəl Gəncə şəhəri İmamzadə Ziyarətkahının yaxınlığında yerləşən zibillikdən tapdığını, həmin əşya silah olduğu üçün onu götürdüyünü və zibbiliyin yaxılığında gizlətdiyi və həmin silahı tapdığından heç kimə məlumat vermədiyini bildirmişdir. Həmin 1 ədəd odlu silah və 3 ədəd sursat qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 91 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-ci tarixli, 23/355 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş nömrəsi silinmiş silah, keçmiş “SSRİ” dövlətində 1957-ci ildə Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 5,6 mm kalibrli TOZ-8 modelli ov tüfənginin kəsiyidir, odlu yivli silahdır, texniki cəhətdən saz və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin kosntruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli patronlardır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd. Təqdim edilmiş 03 ədəd 5,6 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən İmamzadənin yaxınlığında olan Gəncə çayının sahilində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Rsepublikası CM-nin 83-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay islah işləri 20% cəzasına məhkum edilmiş xx.xx.1992-ci il tarixdə AR MM-nin xx.xx.1992-ci il amnistiya qərarının 8-ci maddəsinin əsasən azad edilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Rsepublikası CM-nin 234.1 və 93.1.4-cü maddələri təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəza sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin 4467 nörəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin 3537 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı, şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində qoca anasının və qardaşı uşaqlarının olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş bir ədəd 5,6 mm kalibirli, Marqolin konstruksiyalı tapançaların və TOZ konstruksiyalı yivli tüfənglərin döyüş sursatı hesab edilən 03 ədəd patronlarını və 01 ədəd nömrəsi silinmiş, 5,6 mm kalibirli yivli odlu silah TOZ-8 modelli ov tüfəngi Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 72 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş bir ədəd 5,6 mm kalibirli, Marqolin konstruksiyalı tapançaların və TOZ konstruksiyalı yivli tüfənglərin döyüş sursatı hesab edilən 03 ədəd patronlarını və 01 ədəd nömrəsi silinmiş, 5,6 mm kalibirli yivli odlu silah TOZ-8 modelli ov tüfəngi Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-389/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-389/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver