Məhkəmə qərarları › İş №1(125)-39/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-39/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-39/2023 09.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Talıbov Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi istirakı ilə, xx xxxx 2000-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, D.Qorqud küçəsi ev 3, mənzil 55-də qeydiyyatda olan, Gəncə şəhəri, X4 kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 22 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 300 manat olan iki ədəd 2x3 ölçülü təzə halda “Emre Halı” markalı türk xalçasını və dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü təzə halda “Koyunlu” markalı türk xalçasını, ümumilikdə 1000 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmık məqsədilə 24 avqust 2019-cu il tarixdə saat 18 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü Rusiya istehsalı olan xalçanı və hər birinin dəyəri 400 manat olan iki ədəd 2x3 ölçülü təzə halda türk istehsalı olan Ağ xalçanı, ümumilikdə 1200 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 130 manat olan bir ədəd işlənmiş halda olan “Sony” markalı musiqi mərkəzini, dəyəri 200 manat olan bir ədəd işlənmiş halda türk istehsalı olan “Tefal” markalı tosteri, hər birinin dəyəri 100 manat olan dörd dəst təzə türk istehsalı olan yorğan dəstini, dəyəri 100 manat olan bir ədəd təzə halda “Kristal” markalı türk istehsalı olan yataq örtüyünü, ümumilikdə 830 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirtmək məqsədilə 30 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 200 manat olan bir ədəd təzə halda türk istehsalı olan elektrik sobasını, hər birinin dəyəri 20 manat olan iki ədəd işlənmiş türk istehsalı olan “Arcelik” və “Newal” markalı ütüləri və dəyəri 400 manat olan bir ədəd işlənmiş halda motorlu mişarı ümumilikdə 640 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirtmək məqsədilə 04 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü təzə halda türk istehsallı ağ xalçanı və dəyəri 250 manat olan bir ədəd “Galaksi” markalı təzə halda qazan dəstini, ümumilikdə 650 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləməklə Gəncə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs Talıbov Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır və onunla münasibətləri yaxşı olmuşdur. O, Zərərçəkmiş şəxs Gəncə şəhəri, X4 yerləşən evində bir ilə yaxın ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Həmin vaxtdan da onunla munasibəti yaranmışdır. Hətta Zərərçəkmiş şəxs yaşadığı evlərdə ev işlərində ona köməkliklər də etmişdir. Lakin kirayə pulunu verə bilmədikləri üçün həmin evdən çıxmışlar. 2019-cu ilin iyun ayının sonlarında anası Anjella və bacıları işləmək üçün Gürcüstan Respublikasına getdikdən sonra, o yaşamağa yeri olmadığından küçələrdə, o cümlədən işlədiyi yerlərdə qalmışdır. Təxminən 2019-cu ilin avqust ayının sonlarında yenə Zərərçəkmiş şəxs evində kirayə qalmaq məqsədi ilə onun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsində yerləşən evinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evin qapısı açıq vəziyyətdə olmuşdur. O, qapıdan içəri daxil olanda evdə heç kəs olmamışdır. O, həmin gün orada gecələmişdir. Səhər yuxudan oyanıb evə diqqət yetirəndə görmüşdür ki, evdə xalçalar, qazan dəsti, yataq dəstləri və başqa ev əşyalarıda var. O, həmin gün oradan çıxıb getmişdir. Lakin pulu olmadığı üçün və pula ehtiyacı yarandığından həmin əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. Bunun üçün 2019-cu ilin avqust ayının 22-də, təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Təbriz küçəsində yerləşən evinə gəlmişdir. Evin qapısı yenə açıq vəziyyətdə olmuşdur. O, oradan tanışı Elşənin ***-***-**-** nömrəli mobil nömrəsinə zəng edərək bildirmişdir ki, dayısıgil evindəki əşyaları satır, almaq istəyirsənmi? Elşən isə həmin əşyalara baxmaq istədiyini dedikdə o, evin ünvanını ona demiş və Elşən ora tanımadığı taksi ilə gəlmişdir. İlk öncə o, Elşənə Zərərçəkmiş şəxs evindən oğurladığı iki ədəd, yəni bir ədəd 2x3 ölçülü “Emre Halı” markalı xalça və bir ədəd 2x3 ölçülü “Koyunlu” markalı xalçanı göstərmiş və ikisini 50 manata satdığını demişdir. Elşən həmin xalçaların oğurluq olub-olmadığını ondan soruşduqda dayısıgilin evinin əşyaları olduğunu demiş, Elşən həmin gün 50 manat verib həmin iki ədəd xalçanı ondan almış və gəldiyi taksi ilə götürüb aparmışdır. O, isə pulu götürüb şəhərə getmiş və həmin pulu şəxsi tələbatlarına xərcləmişdir. Axşam isə Gəncə şəhəri, “Dədəmin Apteki” deyilən yerin yaxınlığında tələbələr üçün kirayə ev verilən evdə qalmışdır. Lakin pulu qurtardığı üçün yenə Zərərçəkmiş şəxs evindən əşyalar oğurlayıb satmaq qərarına gəlmişdir. Bunun üçün həmin vaxtdan iki gün sonra, yəni avqustun 24-də, o, Zərərçəkmiş şəxs qeyd edilən evinə gəlmişdir. Evin qapısı yenə açıq vəziyyətdə olmuşdur. O evə girib təxminən saat 18 radələrində Elşənə zəng edərək evdə olan əlavə bir ədəd Rusiya istehsalı olan xalçanı və türk istehsalı olan ağ xalçanı satdığını bildirmişdir. Elşən həmin xalçalara baxmaq üçün yenə tanımadığı taksi ilə Zərərçəkmiş şəxs evinin qarşısına gəlmiş, o həmin oğurladığı xalçaları Elşənə göstərən zaman ikisinə 30 manat verə biləcəyini demişdir. O da razılaşaraq həmin xalçaları 30 manata Elşənə satmışdır. Elşən xalçaları götürüb çıxıb getmişdir. Daha sonra onun yenə pula ehtiyacı yarandığı üçün üç gün sonra, yəni 27 avqust 2019-cu il tarixdə yenə Zərərçəkmiş şəxs evinə gəlib oradan Elşənə zəng edərək əşyaları satdığını bildirmişdir. Ona görə Elşən oraya gəlmişdir. O, evdə olan bir ədəd maqnitafonu 25 manata, bir ədəd tosteri 20 manata, təzə halda olan bir ədəd yataq dəstini və təzə halda olan bir ədəd yataq örtüyünü birgə 50 manata Elşənə satmışdır. Əldə etdiyi pulları isə şəxsi tələbatlarına xərcləmişdir. Daha sonra onun yenə pula ehtiyacı yarandığı üçün Zərərçəkmiş şəxs evində olan əşyalardan satmaq qərarına gəlmişdir. 2019-cu iıin avqust ayının 30-da Zərərçəkmiş şəxs evinə gələrək təxminən saat 17 radələrində Elşənə zəng edərək yenə satmalı əşyaları olduğunu bildirmişdir. Elşən Zərərçəkmiş şəxs evinin qarşısına taksi ilə gəlmişdir. O, Zərərçəkmiş şəxs evindən oğurladığı təzə halda olan bir ədəd elektrik sobasını 45 manata, iki ədəd ütünü 7 manata və bir ədəd motorlu mişarı isə 25 manata Elşənə satmış, aldığı pulları isə yenə şəxsi tələbatlarına xərcləmişdir. Həmin vaxtdan sonra o, Gəncə şəhəri, “Dədəmin Apteki” deyilən yerin yaxınlığında tələbələr üçün kirayə götürdüyü evdə qalmağa davam etmiş, 2019-cu ilin noyabr ayının 12-də onun istifadəsində olan mobil nömrəsinə zəng gəlmiş və polisdən olduğunu deyib onu polis bölməsinə dəvət etmişlər. O da Gəncə şəhər, Nizami RPB-nə getmiş, polis bölməsində Zərərçəkmiş şəxs məxsus evdən əşyalar oğurladığını etiraf etmişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, əşyaları Elşən adlı şəxsə satan zaman həmin əşyaların oğurluq olduğunu deməmişdir. O, həmin əşyaları oğurlayıb satan zaman evdə heç kim olmamış və kənardan onu heç kim görməmişdir. Qeyd olunan digər əşyalardan onun xəbəri olmamışdır. Törətdiyi cinayət əməllərini könüllü etiraf edir, əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş və onunla aralarında barışıq əldə olunmuşdur. Valideyni və bacıları hazırda Gürcüstan Respublikasında yaşadığından həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra onlarla görüşə bilməmiş və hazırda ailə üzvlərinin yanına köçüb getmək istəyir. Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini və ailəsinin yanında olmaq istəyini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Talıbov Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. İsmayıl ailəsi ilə birlikdə onun ünvan 3 ünvanında yerləşən evində kirayədə yaşamış, hərdən İsmayılı və ailəsini yaşadığı Gəncə şəhəri, Təbriz küçəsində yerləşən evinə qonaq çağırmış, ona görə İsmayıl onların həmin evini tanımış, lakin 2019-cu ilin iyun ayında İsmayılgil evin kirayə pulunu ödəyə bilmədikləri üçün o, İsmayılı və ailəsini evdən çıxartmış və ondan sonra əlaqə saxlamamış, sonra özü işləmək üçün Türkiyə Respublikasına getmək gərarına gəlmiş, buna görə yaşadığı evin qapısını bağlayıb 18 avqust 2019-cu il tarixdə işləmək üçün Türkiyə Respublikasına getmiş, 15 sentyabr 2019cu il tarixdə Türkiyə Respublikasından Gəncə şəhərinə yaşadığı evə qayıtmış, evin darvazasını açıb məhləyə daxil olduqda evin içərisində olan giriş qapısının açıq olduğunu görmüş, o, həmin evdən içəri daxil olduqda evdən ona məxsus dəyəri 700 manat olan bir ədəd 4x5 ölçülü işlənmiş türk xalçası, hər birinin dəyəri 300 manat olan iki ədəd 2x3 ölçülü təzə halda “Emre Halı” markalı türk xalçası, dəyərı 400 manat olan bir ədəd 2x3 ölçülü işlənmiş Rusya istehsalı yun xalça, dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü təzə halda “Koyunlu” markalı türk xalçası, hər birinin dəyəri 400 manat olan iki ədəd 2x3 ölçülü təzə halda türk istehsallı ağ xalça, dəyəri 200 manat olan bir ədəd təzə halda türk istehsalı olan elektrik sobası, dəyəri 200 manat olan bir ədəd işlənmiş halda türk istehsalı “Tefal” markalı toster, dəyəri 130 manat olan bir ədəd işlənmiş halda “Sony” markalı musiqi mərkəzi, dəyəri 250 manat olan bir ədəd “Galaksi” markalı təzə halda qazan dəsti, dəyəri 80 manat olan bir ədəd işlənmiş halda türk istehsalı olan saç qurudan fen, hər birinin dəyəri 80 manat olan iki cüt 41 ölçülü, təzə halda türk istehsalı olan kişi ayaqqabısı, hər birinin dəyəri 100 manat olan dörd dəst təzə türk istehsalı olan yorğan dəsti, dəyəri 100 manat olan bir ədəd təzə halda “Kristal” markalı türk istehsalı olan yataq örtüyü, dəyəri 400 manat olan bir ədəd təzə yataq örtüyü üçün gəlincik, dəyəri 400 manat olan bir ədəd işlənmiş motorlu mişar, hər birinin dəyəri 20 manat olan iki ədəd işlənmiş türk istehsalı olan “Arcelik” və “Newal” markalı ütülər, dəyəri 10 manat olan bir ədəd işlənmiş qaz açarı və dəyəri 30 manat olan bir ədəd işlənmiş tal oğurlanmasını görmüşdür. Həmin oğurluq nəticəsində ona 5300 manat maddi ziyan dəydiyini bildirmişdir. Şikayəti əsasında polis tərəfindən aparılan araşdırma ilə həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş və o, İsmayılla barışmışdır. Ona görədə qeyd olunanları nəzər alıb təqsirləndirlən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zaur adlı şəxsi təxminən 1 il olar ki, tanımış, onunla heç bir ədavəti yoxdur, münasibətləri normal olmuşdur. Təxminən 2019-cu ilin avqust ayının sonlarında iş yoldaşı Zaur ona bildirmişdir ki, o özünə məxsus musiqi mərkəzi satır və həmin musiqi mərkəzini almağı ona təklif etmişdir. O da Zaurla razılaşmış və təxminən saat 18 radələrində o, Zaurun yaşadığı evə getmişdir. Zaurun yaşadığı evdə onun təklif etdiyi musiqi mərkəzinə baxıb bəyənmiş və almaq qərarına gəlmişdir. O, həmin musiqi mərkəzini almamışdan qabaq Zaurdan həmin musiqi mərkəzinin oğurluq olub-olmamasını soruşmuşdur. Zaur isə həmin musiqi mərkəzinin oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar razılaşmış və o, həmin musiqi mərkəzini Zaurdan 45 manata almışdır. Sonradan ona məlum olmuşdur ki, Zaurun ona satdığı musiqi mərkəzi oğurluqdur. Buna görə də Zaur polis əməkdaşları ilə birlikdə gəlib ondan həmin musiqi mərkəzini götürmüşlər. Həmçinin, Şahid2 ifadəsində göstərmişdir ki, onun həmin musiqi mərkəzinin oğurluq olması barədə heç bir məlumatı olmamışdır, Zaur ona həmin musiqi mərkəzinin ona məxsus olmasını demişdir. Həmin musiqi mərkəzinin oğurluq olması barədə ona heç nə deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Elşən adlı şəxsi Göygöl rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti olmamış, sadəcə olaraq Elşənin bacısı onlarla qonşuluqda yaşamış və o da Elşəni bacısıgilə gəlib-gedəndə görüb tanımışdır. Təxminən 2019-cu ilin avqust ayının sonlarında təxminən saat 20 radələrində o, yaşadığı küçədə olan vaxt Elşən ona yaxınlaşıb bildirmişdir ki, musiqi mərkəzi və bir ədəd motorlu mişar satır. O, Elşənə həmin əşyalara baxmaq istədiyini bildirmişdir. Buna görə də Elşən gedib bir qədərdən sonra özü ilə bir ədəd musiqi mərkəzi və bir ədəd motorlu mişar gətirib gəlmişdir. O, həmin əşyalara baxıb bəyənmiş və almaq qərarına gəlmişdir. O, Elşəndən həmin əşyaların oğurluq olub-olmadığını soruşanda Elşən ona bildirmişdir ki, dostu İsmayıla məxsus əşyalardır və dostunun valideynləri Türkiyə Respublikasında olduğundan pula ehtiyacı olduğu üçün həmin əşyaları satır. O da Elşənin dediklərinə inanmışdır. Sonra onlar razılaşmış və o, Elşəndən bir ədəd “Sony” markalı musiqi mərkəzini və bir ədəd motorlu mişarı danışıb, motorlu mişara 40 manat və musiqi mərkəzinə isə 20 manat, ümumilikdə Elşənə 60 manat pul verməklə həmin əşyaları almışdır. Aradan təxminən 3 gün keçdikdən sonra onun da pula ehtiyacı olduğu üçün həmin vaxtdan 3 gün sonra o, musiqi mərkəzini tanışı Mətləb adlı şəxsə 45 manata satmış, motorlu mişarı isə Sərvan adlı tanışına 60 manata satmışdır. Sonradan ona məlum olmuşdur ki, Elşənin ona satdığı əşyalar oğurluqdur. Buna görə də Gəncə şəhər Nizami RPB-nə dəvət ediləndə o, həmin əşyaları gedib Sarvandan və Mətləbdən alıb gətirib təqdim etmişdir. İfadəsində həmçinin əlavə olaraq göstərir ki, onun həmin əşyaların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və özünə məxsus VAZ-21015 markalı **-NF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksilik edib ailəsini dolandırır. Elşən adlı şəxsi Göygöl rayon sakini kimi tanımış, onunla heç bir münasibəti olmamış, sadəcə Elşən bir neçə dəfə müştəri kimi idarə etdiyi avtomobillə müxtəlif ünvanlara getmişdir. Buna görə də onun mobil telefon nömrəsini götürmüşdür. xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində Elşən ona zəng edib Gəncə şəhərində qohumunun evində götürüləsi əşya olduğunu, həmin əşyaları götürmək lazım olduğunu demiş, özü də buna görə Elşən adlı şəxsi taksi kimi idarə etdiyi avtomobillə Gəncə şəhəri, ürək xəstəxanasının yanında olan tanımadığı bir küçədə olan bir ünvana gətirmiş, orada Elşən “İsi” ləqəbli İsmayıl adlı şəxslə 2 ədəd xalçanı onun idarə etdiyi avtomobilə qoymuş və onlar yaşadıqları Göygöl rayonuna qayıtmışlar. Göygöl rayonunda Elşən ona taksi pulu olaraq 8 manat pul vermiş, o isə Elşəni düşürüb çıxıb getmiş, təxminən 2 gün keçmiş, yəni xx.xx.2019-cıı il tarixdə saat təxminən 18 radələrində Elşən yenidən ona zəng edərərk qeyd edilən ünvandan əşya gətirmək lazım olduğunu bildirmiş, o, da Elşənlə razılaşmış və birlikdə Gəncə şəhərinə, daha əvvəl getdikləri ünvana gəlmiş, Elşən evin qapısını döymüş və İsi adlı şəxs qapını açmış, bundan sonra Elşən İsi ilə birlikdə idarə etdiyi avtomobilə iki ədəd xalça qoymuş və onlar yenidən Göygöl rayonuna qayıtmışlar. Göygöl rayonunda o Elşəni küçələrin birində düşürmüş və taksi pulu olaraq Elşən ona 8 manat pul vermiş və o çıxıb getmiş, o, Elşəndən həmin əşyalar barəsində soruşduqda Elşən ona həmin əşyaların dostunun evində olan əşyalar olduğunu, həmin əşyaları dostu satdığı üçün o, həmin əşyaları satmağa gətirmiş, o həmin əşyaların oğurluq olub-olmaması barədə soruşduqda Elşən ona həmin əşyaların oğurluq olmadığını demiş, bundan sonra xx.xx.2019-cu il tarixdə günorta saatlarında Elşən yenidən ona zəng edib Gəncə şəhərinə getmək lazım olduğunu demiş və o da razılaşıb onu Gəncə şəhərinə həmin ünvana gətirmişdir. Elşən yenə də həmin ünvandan bir ədəd maqnitafon, bir ədəd yataq dəsti, bir ədəd toster və bir ədəd yataq örtüyü götürüb onun avtomobilinə qoymuş, sonra onlar Göygöl rayonuna qayıtmış və Elşən ona yenə də taksi pulu olaraq 8 manat pul vermişdir. Həmin vaxtdan təxminən 3 gün keçmiş, yəni xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Elşən ona zəng edərərk bir daha Gəncə şəhərinə, qeyd edilən ünvana getmək lazım olduğunu demiş və o da Elşənlə razılaşıb yenidən həmin ünvana gətirmiş, orada Elşən onun idarə etdiyi avtomobilə bir ədəd soba, iki ədəd ütü və bir ədəd motorlu mişar qoymuş, onlar Göygöl rayonuna qayıtmış, onlar Göygöl rayonuna qayıtdıqları vaxt o, Elşənlə razılaşıb onun satdığı iki ədəd ütüləri ondan almış, belə ki, həmin vaxt Elşən bildirmişdir ki, ütünün birini 10 manata satır, o da ütünün birinin yol puluna hesablayıb digərinin isə pulunu yəni 10 manat verib həmin ütüləri Elşəndən almışdır. O, Elşəni Göygöl rayonuna düşürüb çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Elşənin həmin ünvandan götürdüyü əşyalar və ona satdığı ütülər oğurluqdur. Buna görə də onu Gəncə şəhər Nizami RPB-nə dəvət edəndə o, həmin ütüləri gətirib təqdim etmişdir. Əlavə olaraq göstərdi ki, onun həmin əşyaların oğurluq olması barədə heç bir məlumatı olmamışdır, Elşən ona həmin əşyaların dostu İsmayılın olmasını və dostunun həmin əşyaları satmasını demişdir. Həmin əşyaların oğurluq olması barədə ona heç nə deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Bir neçə il əvvəl bir dəfə İsmayıl ona zəng vuraraq babasının evində qaldığını və evdə olan müxtəlif əşyaları satdığını bildirərək ondan satması üçün kömək etməsini xahiş etmişdir. Bundan sonra o tanışı, onunla bir rayonda yaşayan taksi sürücüsü Ramilə xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində zəng edərək Gəncə şəhərində qohumunun evində götürüləsi əşya olduğunu, həmin əşyaları götürmək lazım olduğun demiş, bundan sonra Ramilin idarə etdiyi avtomobillə Gəncə şəhəri, ürək xəstəxanasının yanında olan tanımadığı bir küçəyə gəlmiş, həmin vaxt o İsmayıl ilə mobil telefonla danışmış və İsmayıl ilə evin qabağında görüşmüş, İsmayıl onun olduğu maşına iki ədəd xalça qoymuş və o yenidən yaşadığı Göygöl rayonuna qayıtmış, Göygöl rayonunda o Ramilə taksi pulu olaraq 8 manat pul vermiş, özü isə xalçaları evlərinə aparmış, təxminən 2 gün keçmiş, yəni xx.xx.2019-cu il tarixdə təxminən saat 18 radələrində İsmayıl yenidən ona zəng vuraraq əlavə iki ədəd də xalça olduğunu və həmin xalçaları da satdığını bildirmiş, o da bundan sonra Ramilə zəng edib qeyd edilən ünvandan əşya gətirmək lazım olduğunu bildirmiş, Ramillə birlikdə Gəncə şəhərinə, daha əvvəl gəldiyi ünvana gəlmiş, o evin qapısını döymüş və İsmayıl qapını açmış, bundan sonra İsmayıl ilə birlikdə avtomobilə iki ədəd xalça qoymuş və yenidən Göygöl rayonuna qayıtmış, Göygöl rayonunda küçədə düşmüş və taksi pulu olaraq Ramilə 8 manat pul vermiş, o İsmayıldan həmin əşyalar barəsində soruşduqda İsmayıl həmin əşyaların babasının evində olan əşyalar olduğunu, pula ehtiyacları olduğu üçün həmin əşyaları satdıqlarını, həmin əşyaların oğurluq olubolmaması barədə soruşduqda İsmayıl ona həmin əşyaların oğurluq olmadığını demiş, bundan sonra xx.xx.2019-cu il tarixdə günorta saatlarında İsmayıl yenidən ona zəng edib evə məxsus əşyaları satmaq istədiyini bildirmiş, o da sonradan Ramillə Gəncə şəhərinə həmin ünvana getmiş, İsmayıl yenə də bir ədəd maqnitafon, bir ədəd yataq dəsti, bir ədəd toster və bir ədəd yataq örtüyü götürüb onun avtomobilinə qoymuş, sonra onlar Göygöl rayonuna qayıtmış və o Ramilə yenə də taksi pulu olaraq 8 manat pul vermiş, həmin vaxtdan təxminən 3 gün keçmiş, yəni xx.xx.2019-cu il tarixdə saat 17 radələrində İsmayıl yenə ona zəng edib əşyalar olduğunu bildirmiş, o da bundan sonra Ramillə danışıb bir daha Gəncə şəhərinə, qeyd edilən ünvana getmək lazım olduğunu demiş, onlar birlikdə yenidən həmin ünvana getmiş, o İsmayıldan bir ədəd soba, iki ədəd ütü və bir ədəd motorlu mişar götürüb Ramilin idarə etdiyi maşına qoymuş, sonra Göygöl rayonuna qayıtmış, onlar Göygöl rayonuna qayıdan vaxt o Ramillə razılaşıb iki ədəd ütünü ona satmış, həmin vaxt ütünün birini yol puluna hesablayıb digərinin isə pulunu, yəni 10 manat verib həmin ütüləri ondan almış, sonradan isə İsmayılın ona verdiyi əşyaların oğurluq olması ona məlum olmuş və o, bu barədə polisə ətraflı ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekpert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 16 senyabr 2019-cu il tarixli “Baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanında baş vermişdir. 19 noyabr 2019-cu il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Nəsib oğlu oğurluq etdiyi yeri könüllü surətdə göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 yanvar 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2020-ci il tarixli, 3454 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkilləri təqdim edilmiş malların 2019-cu ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1785,00 manat müəyyən edilir. Zərərçəkmiş şəxs Talıbov Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona cinayət nəticəsində dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə ondan heç bir şikayət və tələbi yoxdur. İşdə olan “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə 12 noyabr 2019-cu il tarixdən 14 noyabr 2019cu il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair xx.xx.2022-ci il tarixli Elektron arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2020 – xx.xx.2021-ci tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 43-18/2-117/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 avqust 2019cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 300 manat olan iki ədəd 2x3 ölçülü təzə halda “Emre Halı” markalı türk xalçasını və dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü təzə halda “Koyunlu” markalı türk xalçasını, ümumilikdə 1000 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 24 avqust 2019-cu il tarixdə saat 18 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü Rusiya istehsalı olan xalçanı və hər birinin dəyəri 400 manat olan iki ədəd 2x3 ölçülü təzə halda türk istehsalı olan Ağ xalçanı, ümumilikdə 1200 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Daha sonra o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 130 manat olan bir ədəd işlənmiş halda olan “Sony” markalı musiqi mərkəzini, dəyəri 200 manat olan bir ədəd işlənmiş halda türk istehsalı olan “Tefal” markalı tosteri, hər birinin dəyəri 100 manat olan dörd dəst təzə türk istehsalı olan yorğan dəstini, dəyəri 100 manat olan bir ədəd təzə halda “Kristal” markalı türk istehsalı olan yataq örtüyünü, ümumilikdə 830 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirtmək məqsədilə 30 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 200 manat olan bir ədəd təzə halda türk istehsalı olan elektrik sobasını, hər birinin dəyəri 20 manat olan iki ədəd işlənmiş türk istehsalı olan “Arcelik” və “Newal” markalı ütüləri və dəyəri 400 manat olan bir ədəd işlənmiş halda motorlu mişarı ümumilikdə 640 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirtmək məqsədilə 04 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü təzə halda türk istehsallı ağ xalçanı və dəyəri 250 manat olan bir ədəd “Galaksi” markalı təzə halda qazan dəstini, ümumilikdə 650 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkimiş şəxs, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 22 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 300 manat olan iki ədəd 2x3 ölçülü təzə halda “Emre Halı” markalı türk xalçasını və dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü təzə halda “Koyunlu” markalı türk xalçasını, ümumilikdə 1000 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 24 avqust 2019-cu il tarixdə saat 18 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü Rusiya istehsalı olan xalçanı və hər birinin dəyəri 400 manat olan iki ədəd 2x3 ölçülü təzə halda türk istehsalı olan Ağ xalçanı, ümumilikdə 1200 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Daha sonra o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 130 manat olan bir ədəd işlənmiş halda olan “Sony” markalı musiqi mərkəzini, dəyəri 200 manat olan bir ədəd işlənmiş halda türk istehsalı olan “Tefal” markalı tosteri, hər birinin dəyəri 100 manat olan dörd dəst təzə türk istehsalı olan yorğan dəstini, dəyəri 100 manat olan bir ədəd təzə halda “Kristal” markalı türk istehsalı olan yataq örtüyünü, ümumilikdə 830 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirtmək məqsədilə 30 avqust 2019-cu il tarixdə saat 17 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 200 manat olan bir ədəd təzə halda türk istehsalı olan elektrik sobasını, hər birinin dəyəri 20 manat olan iki ədəd işlənmiş türk istehsalı olan “Arcelik” və “Newal” markalı ütüləri və dəyəri 400 manat olan bir ədəd işlənmiş halda motorlu mişarı ümumilikdə 640 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirtmək məqsədilə 04 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində Talıbov Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 400 manat olan bir ədəd 2x3 ölçülü təzə halda türk istehsallı ağ xalçanı və dəyəri 250 manat olan bir ədəd “Galaksi” markalı təzə halda qazan dəstini, ümumilikdə 650 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Özgə əmlakını qanunsuz ələ keçirmə və talama işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 9 saylı Qərarının 8-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 93-8-ci maddəsində nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirli şəxs tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israfetmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Mənimsəmə və ya israfetmə yolu ilə özgəsinin əmlakını talama əmlakın oğurluq yolu ilə qanunsuz götürülməsindən bununla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etibardan istifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, mülkiyyət əleyhinə törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və Vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hadisədən sonra zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurmuş olduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan hər hansı şikayətinin və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını və həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Gürcüstan Respublikasında yaşayan ailə üzvləri ilə görüşə bilmədiyindən ailəsinə qovuşmaq istəyini müstəsna hallar kimi qiymətləndirərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növu, yəni cərimə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmaq olar. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2019-cu il tarixdən 14 noyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində 2 (iki) gün tutulmuşdur. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə, həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün şübhəli şəxs qismində saxlanlmasını nəzərə alaraq ona təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 2x3 ölçülü təzə halda “Emre Halı” markalı türk xalçası, bir ədəd 2x3 ölçülü təzə halda “Koyunlu” markalı türk xalçası, bir ədəd 2x3 ölçülü işlənmiş Rusiya istehsalı olan yun xalça, bir ədəd 2x3 ölçülü təzə halda türk istehsalı olan ağ xalça, bir ədəd işlənmiş halda türk istehsalı olan “Tefal” markalı toster, bir ədəd işlənmiş halda “Sony” markalı musiqi mərkəzi, bir ədəd “Galaksi” markalı təzə halda qazan dəsti, bir ədəd təzə halda “Kristal” markalı türk istehsalı olan yataq örtüyü, bir ədəd işlənmiş türk istehsalı olan “Arcelik” və bir ədəd işlənmiş türk istehsalı olan “Newal” markalı ütülərin sahibinə qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT- BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 (otuz beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 800 (səkkiz yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2019-cu il tarixdən 14 noyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün nəzərə alınsın və ona təyin edilmiş 800 (səkkiz yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 2x3 ölçülü təzə halda “Emre Halı” markalı türk xalçası, bir ədəd 2x3 ölçülü təzə halda “Koyunlu” markalı türk xalçası, bir ədəd 2x3 ölçülü işlənmiş Rusiya istehsalı olan yun xalça, bir ədəd 2x3 ölçülü təzə halda türk istehsalı olan ağ xalça, bir ədəd işlənmiş halda türk istehsalı olan “Tefal” markalı toster, bir ədəd işlənmiş halda “Sony” markalı musiqi mərkəzi, bir ədəd “Galaksi” markalı təzə halda qazan dəsti, bir ədəd təzə halda “Kristal” markalı türk istehsalı olan yataq örtüyü, bir ədəd işlənmiş türk istehsalı olan “Arcelik” və bir ədəd işlənmiş türk istehsalı olan “Newal” markalı ütülərin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 210 (iki yüz on) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar