Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-39/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,589 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzrərində saxlamaqla daşımış, 08 fevral 2023-cü il tarixdə, saat 17:50-da radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinə daxil olmuş məlumat əsasında həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində, yolun kənarında saxlanılaraq Gəncə şəhər, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,589 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,354 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 dekabr 2022-ci il tarixdə, saat 14:30-da radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinə daxil olmuş məlumat əsasında həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Heydər Əliyev prospektində, yolun kənarında saxlanılaraq Gəncə şəhər, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara gödəkçənin sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 1,354 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Rspublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, götürülmüş maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 3-4 ay əbbəldən başlayaraq narkotik vasitə olan heroin və psixatrop maddə olan metamfetamindən istifadə etmişdir. Dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində, yolun kənarında olan zamanpolis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə maşına əyləşib Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getmiş orada və orada xidməti iş otaqlarından birində hüququ və vəzifələr izah olunmuş, müdafiəçi il təmin edilmiş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, narkotk vasitə varsa təqdim etsin. O da üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə kütləni təqdim etməklə həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı o həmin bükülünün narkotik vasitə olan heroin olduğunu və 20 manata tanımadığı şəxsiyyəti barədə heç bir məlumat olmayan şəxsdən Gəncə şəhəri Avtovağzal adlanan ərazidə alıb əldə edərək, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola imza etmişdir. Bundan başqa xatırlamadığı tarixdə o Gəncə şəhəri, Heydər Əliyev prospektində, yolun kənarında olan zaman, 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb və ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə maşına əyləşib Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getmiş orada və orada xidməti iş otaqlarından birində hüququ və vəzifələr izah olunmuş, müdafiəçi ilə təmin edilmiş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, narkotk vasitə varsa təqdim etsin. O da üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 1 ədəd kağız bükümdə kütləni təqdim etməklə həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. O həmin bükülünün psixotrop maddə olan metamfetamin olduğunu və 90 manata tanımadığı şəxsiyyəti barədə heç bir məlumat olmayan şəxsdən Bakı şəhərində Avtovağzal adlanan ərazidə alıb əldə edərək, Gəncə şəhərinə gətirdiyini və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını söyləmişdir. Bundan sonra həmin kütlə ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Əməlindən peşmandır və məhkəmədən səmimi ifadəsini nəzərə almağı xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini müdafiə edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri Vatutin küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində, yolun kənarında olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq özlərini təqdim edib barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu BNMİ QBRŞ-nə gətirmişlər. Şöbədə ona hüquq və vəzifələri izah olunmuş və o, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predment varsa təqdim edilməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Sorğu zamanı sübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofan içərisində bükümün narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin bükümü 20 manata tanımadığı, şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən Gəncə şəhərində avtovağzal adlanan ərazidə alıb, özü istifadə etməsi üçün saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm “heroin”ə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin büküm kağız zərfə qoyulub qablaşdırılmış,üzəri iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şəhərin H. Əliyev prospektində, yolun kənarında olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq özlərini təqdim edib barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində psixatrop maddə saxlamaqda şübhəli olduğunu bildirib onu BNMİ QBRŞ-nə gətirmişlər. Şöbədə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş və o, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predment varsa təqdim edilməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkcənin cibindən 1 ədəd Rothmans markalı siqaret qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Sorğu zamanı sübhəli şəxs Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisindəki bükümün psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şübəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü 12 dekabr 2022-ci il tarixdı 90 manata tanımadığı, şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən Bakı şəhərində avtovağzal adlanan ərazidə alıb,özü istifadə etməsi üçün saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm ilk görünüşdən psixotrop maddə “metamfetamin”ə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin büküm kağız zərfə qoyulub qablaşdırılmış,üzəri iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, şahid X5 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdikləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başqa bir cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 15.12 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 4(125)-71/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdın hesablnmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-98/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilərək cinayət işinin ********* saylı nömrə ilə davam etdirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X4, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞnin operator polis nəfəri, polis baş serjantı Şahid4 və müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd Rothmans markalı siqaret qutusunu çıxarıb təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi Rothmans markalı siqaret qutusunun içərisindəki bükümdə psixotrop maddə olan metamfetamin vardır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmədi. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü 12 dekabr 2022-ci il tarixdə tarixdə 90 manata tanımadığı, şəxsiyyəti barədə heç bir məlumatının olmadığı şəxsdən Bakı şəhəri avtovağzal adlanan ərazidə alıb əldə edərək Gəncə şəhərinə gətirmiş və özünün istifadəsi üçün üzərində saxladığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli falqa kağızında olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə çəkilir. Bükümün çəkisi qablaşma ilə birlikdə 1,62 qram olmuşdur. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin kağız zərfin üzəri DİN-nin Zərflər üçün 7(2) möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X4, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili polis baş serjantı Şahid2 və Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü,qara rəngli şalvarının sağ yan cibindən 33 manat 80 qəpik pulu çıxarıb təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi sellofan bükümün içərisindəki kütlə narkotik vasitə olan heroin vardır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü 08 fevral 2023-cü il tarixdə tarixdə 20 manata tanımadığı, şəxsiyyəti barədə heç bir məlumatının olmadığı şəxsdən Gəncə şəhəri avtovağzal adlanan ərazidə alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxladığını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə olan həmin bir büküm çəkilir. Bükümün çəkisi qablaşma ilə birlikdə 1,91 qram olur. Həmin büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin kağız zərfin üzəri DİN-nin Zərflər üçün 7(2) möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır. Məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 16/1387 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə...”yazı və imzalar olan kağız paketdəki,1 (bir) Rothmans adlı siqaret qutusundaki gümüşü”rəngli kağız bükümündə təmiz çəkisi 1,354 qram maddə,kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli 16/199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə...”yazı və imzalar olan kağız paketdəki,1 (bir) sellofan bükümə təmiz çəkisi 1,589 qram maddə,kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2023-cü il tarixli 45 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qediyyata alınması məsləhət götürülür. xx.xx.2023-cü il tarixli 3-13-57-3/1-3697 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya psixotrop maddəni əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitəni və psixotrop madəni digər yerlərdə gizlədərək saxlamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən psixatrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 qram və daha çox olduqda külli miqdar, hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metanfetamin və narkotik vasitə olan heroin isə şəxsi istehlak miqdarından artıq olsa da, 2 qramdan az olmasına görə külli miqdar təşkil etmir. “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,254 qram pxisotrop maddə olan metamfetamin və 1,519 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 (bir)ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən eyni xarekterli cinayətin təkrar törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla külli miqdara yaxın olmuş, cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal olmuşdur. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, narkotik və psixotrop maddələrin külli miqdara yaxın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu iki ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki ay iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı və narkolji ekapertizanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı olmadığından onun barəsində məcburi müalicə təyin edilməməli, o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır . Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1,254 qram olan psixotrop maddə metamfetamin və 1,519 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 62,80 manat (altmış iki manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu iki ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki ay iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalçıq çəkisi 1,254 qram olan psixotrop maddə metamfetamin və 1,519 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 62,80 manat (altmış iki manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-39/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-39/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver