Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-396/2023 27.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müdafiəçilər – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, ev 81 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 10.25 qram təşkil edən narkorik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 24 may 2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 12 radələrində Gəncə şəhəri , Ş.Rustavelli küçəsində yerləşən 22 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər 3-cü Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 10.25 (on tam yüzdə iyirmi beş) qram tərkibində maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa dəqiq məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 10.25 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan naməlum şəxsdən əldə edib, narkotik vasitəni həmin naməlum şəxs vasitəsilə Gəncə şəhəri Ş.Rustavelli küçəsində 22 saylı tam orta məktəbin yaxınlığında gizlətdirərək, saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində əmisi oğlu, Təqsirləndirilən şəxs1 təmiz çəkisi 10.25 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı gizlədilmiş yerdən götürüb ona göndərməsini bildirmiş, sonuncu narkotik vasitəni gizlədilmiş yerdən götürüb uzaqlaşarkən Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanıldığı üçün istəyinə nail ola bilməyərək narkotik vasitəni əldə etməyə cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Ş.Rustavelli küçəsində yerləşən 22 saylı tam orta məktəbin yaxınlığında piyada gedən zaman polis əməkdaşları onu saxlamış və özlərini təqdim edərək onu Gəncə şəhər 3-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofanda büküm aşkar edilmiş, həmin bükümün içərisindən isə narkotik vasitə olan qurudulmuş “marixuana”-ya oxşar kütlə aşkar edilmiş və həmin büküm elektron tərəzidə çəkilmiş sonra isə zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan marixuananı əmisi oğlu Təqsirləndirilən şəxs2 həmin gün ona zəng edərək Gəncə şəhər 22 saylı tam orta məktəbin yaxınlığında yolun kənarından götürməyi və saxlamağı tapşırdığı üçün qeyd etdiyi ünvandan gedib götürmüş və üzərində saxlamışdır. O həmin vasitənin narkotik olduğunu isə sonradan bilsə də əmisioğlu “qardaş hansı gün üçün lazımdır?” dediyinə görə götürərək üzərində daşımışdır. O əvvəllər narkotik vasitədən istifadə etməmiş, həmçinin, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Etdiyi əməldən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almağı xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhərində müxtəlif evlərdə fəhlə işləyir. 2017-2019-cu illər arası Türkiyə Cümhuriyyətində yaşayıb və işləyən zaman orada narkotik vasitə qəbul etməyi öyrənmişdir. 2019-cu ildə Azərbaycana qayıdıb gəlmiş və həmin vaxtı narkotik vasitələrə aludə olduğu üçün narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. 2019-cu ilin yanvar ayında İnstaqram sosial şəbəkəsində qeydiyyatdan keçdiyi ”Aliyev_gagash” adlı profilinə adı yadında qalmayan profil ilə iran vətəndaşı yazaraq deyib ki, “Salam, istəsən hər cürə narkotik vasitəm var, sənə gətirə bilərəm”. O da ona deyib ki, marixuana varsa istəyərəm. Həmin İran vətəndaşı da konum göndərmək üçün onun VVhatsapp nömrəsini istəyib. O da İran vətəndaşına mobil nömrəsini vermiş, daha sonra İran vətəndaşı ona VVhatsapp tətbiqi vasitəsilə yazmışdır. Lakin yazdığı nömrə hazırda yadında qalmamışdır. İlk dəfə həmin şəxsdən 50 manat pul müqabilində 5 qram marixuana almışdır. Beləcə həmin iran vətəndaşı ilə münasibətləri yaranmışdır. Narkotik vasitənin pulunu “M10” mobil tətbiqi vasitəsilə İran vətəndaşının ona verdiyi mobil nömrəyə və kart hesabına göndərmişdir. Həmin iran vətəndaşı isə ona narkotik vasitəni qoyduğu yerin “konum”unu və həmin ərazinin fotoşəklini VVhatsapına göndərmişdir. O, həmin yerlərə gedib orada daşın altından, ağacın dibindən və bu tipli diğər yerlərdən həmin narkotik vasitəni götürmüşdür. 2019-cu ildən iran vətəndaşı ilə aralarında narkotik vasitələrin alveri olmuşdur. xx.xx.2023-cü il tarxidə isə həmin iran vətəndaşına 100 manat pulu Bakı şəhəri Xırdalan şəhərindən MilliÖn ödəmə terminalından “M10” tətbiqi vasitəsilə göndərmiş və ondan 10 qram marixuana istəmişdir. 10 gündən sonra iranlı ona zəng vurmuş və demişdir ki, “Malı atmışam. Gəncədədi get oradan götür”. Vatsappa da “konum” və şəkil göndərmişdir. “Konum” Gəncə şəhər 22 nömrəli tam orta məktəbin yaxınlığını göstərmişdir. Ona görə o, əmisi oğlu Təqsirləndirilən şəxs1 zəng edərək ona 22 nömrəli orta məktəbin yanında bir nəfərin ona sumka verəcəyini, içində iş paltarları olduğunu və onu götürüb özündə saxlayaraq avtobusla ona göndərməyi xahiş etmişdir. Ceyhun da razılaşaraq həmin məktəbin qarşısına çatan zaman ona zəng edərək orada heç bir adam və sumka olmadığını söyləmiş, o, isə Ceyhuna şəkil ataraq “Məktəbin yanında 3 ağac var o ağacların ən ortadakı ağacın dibində balaca bir bağlama var” onu götür demişdir. Ceyhun ondan soruşandaki “nə bağlamadır”? ona cavab olaraq demişdir ki, “marixuanadır, götür narahat olma mənə göndər avtobusla”. Ceyhun isə ona “qorxuram, tutularam, bu nə iş idi məni saldın?” deyə sual etmiş, o isə cavabında “götür narahat olma”. Daha sonra o, bir müddət gözləmişdir ki, Ceyhun ona xəbər versin . Lakin, Ceyhundan xəbər ala bilməmiş, sonradan onun polis tərəfindən tutulduğunu öyrənmişdir. Etdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 Oqtay oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 mütamadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat barəsində raportla rəhbərliyə məlumat vermiş, daha sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Gəncə BPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 24 may 2023-cü il tarixdə Naməddinin Gəncə şəhəri 22 saylı tam orta məktəbin yaxınlığında olmasını öyrənib həmin əraziyə getmişlər. Lakin həmin ərazidə gözlədikləri X1 deyil adını sonradan bildikləri Təqsirləndirilən şəxs1 aşkar edib, ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitələr daşıması və saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhər 3cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi hüquqları və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində hər hansısa əşya və yaxud predmet varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim ediyi bükümə baxış keçirərkən həmin bükümdə ilk baxışdan narkotik vasitə “marixuana”–ya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin bükümün çəkisini müəyyən etmək üçün elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq üzəri möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə ilə əlaqəsi olmadığını və həmin nakrotik vasitəni əmisi oğlu Təqsirləndirilən şəxs2 göstərişi ilə əldə edib üzərind saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər BPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 Oqtay oğlunun ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 may 2023-cü il tarixdə saat 12:30 şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 may 2023-cü il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. “Şəxsi axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X6, videoçəkilişi aparan əməkdaş, Gəncə BPl-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2, 3-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü cibindən çıxardıb təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən narkotik vasitə olan "marixuana”-ya oxşar kütlə olması müəyyən olunur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümün çəkisinin müəyyən edilməsi məqsədilə həmin büküm sıfırlanmış halda elektron tərəzi ilə çəkilir. Kağız bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 11.50 qram, olması müəyyən edilir. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 182 saylı" möhürü ilə möhürlənir Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini ibtidai istintaq zamanı da video çəkiliş vasitəsi ilə dindirilərkən də qeyd etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 25 may 2023-cü il tarixli 16/548 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ümumi çəkisi sellofanla birlikdə 11.50 qram narkotik vasitə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10.25 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2023-cü il tarixli, 997 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur Məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 1002 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs1 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs2 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 3607 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində (xx.xx.2011-ci il təvvəllüdlü, X10 adlı) 1 azyaşlı övladı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2661 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 3701 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. “Sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,21 qram narkotik vasitə olan marixuana, cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-də üzərinə şəxsi axtarış zamanı çəkilmiş video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi ifadəsi alınan zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD disklərə baxış keçirilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildiyi və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü cibindən çıxardıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Digər video diskdə isə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini ibtidai istintaq zamanı da video çəkiliş vasitəsi ilə dindirilərkən də qeyd etdiyi müəyyən olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsədə onun şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 10.25 qram təşkil edən narkorik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12ci qrafasının a bəndinə əsasən təmiz çəkisi 10,25 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin hər iki təqsirkləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, hər iki təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsaəsn cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşmançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə hər iki təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxslərə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxslərin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 10,21 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş maruxiuana məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmaldır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul və Müdafiəçi4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat puköçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - tədqiqatdan sonra qalıq çəkisi 10,21 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş maruxiuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE **********0002088501, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat və Müdafiəçi4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-396/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-396/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver