Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-397/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X13 iştirakı ilə, xx xxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 28 fevral 2024-cü il tarixdə saat 12:35 dəqiqədə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi X8 məxsus “VAZ 21074” minik markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Gəncə şəhəri, Azərbaycan küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə bilcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlanma, manevr etmə və sair) vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunmalı olduğu halda, həmin tələblərə əməl etməyərək nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla, avtomobili idarə edərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməməsi, sola doğru hərəkətin təhlükəsizliyini təmin etməyən manevr apararaq əks hərəkət zolağına çıxartması, avtomobilin yolun sol kənarında olan səkiyə vurması və bunun nəticəsində avtomobil fırlanaraq arxa hissəsi yolu keçən piyada 02 mart 1963-cü il təvəllüdlü X6 qarşı sol hərəkət zolağında vurmuş, nəticədə ehtiyatsızlıqdan İntizar Məmmədova alın sümüyünün xətti sınığı, başın yumşaq toxumalarına, alın nahiyəsinə qansızma, baş beyinin yumşaq toxumalarına alın, ənsə paylarında qansızma, qarının qapalı küt travması, dalağın cırılması, sağ baldır, çanaq sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, alın, sağ gözaltı, sağ əl, burun nahiyələrinin sıyrıqları, sağ əlin İİ barmağın, sol mil-bilək nahiyəsinin qançırları ilə müşayiət edilən, həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla, qapalı küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına qansızma və kəllə sümüyünün sınması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş X4 29 fevral 2024-cü il tarixdə saat 03:15 dəqiqədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşamaqla hazırda fərdi əməklə məşğul olur. Onun “BC” kateqoriyalı sürücülük vəsiqi vardır. O, baş etibarnamə əsasında 25 fevral 2024-cü il tarixdə “VAZ 21074” minik markalı, **-CD-*** nömrə nişanlı avtomaşın almışdır. 28 fevral 2024-cü il tarixdə o, ayıq vəziyyətdə özünə məxsus “VAZ 21074” minik markalı, **-CD-*** nömrə nişanlı avtomaşınla saat təxminən 13:30 radələrində saatda təxminən 50 km/saat sürətlə Gəncə şəhəri, Azərbaycan küçəsi ilə üzü Gəncə şəhəri Poçt qəsəbəsi istiqamətinə hərəkətdə olub həmin küçədə onun hərəkət yolunun sağ hissəsində “Hərbi Aviasiya Təmiri” zavodunun qarşısından keçən zaman yolun sağ hissəsində qırmızı rəngli “VAZ 2104” markalı, nömrəsini bilmədiyi avtomaşın dayandığını görmüş, həmin avtomaşına yaxınlaşan zaman həmin avtomaşın hərəkətə başlayıb onun yoluna daxil olmaq istəmiş, o, avtomaşını bir az sola çəkmiş və bu vaxt həmin “VAZ 2104” markalı avtomaşın hərəkətini dayandırmışdır. O, baxanda həmin avtomaşının saxlamasına səbəb onun qarşısına 4 nəfər qadının keçdiyini görmüşdür. Həmin qadınlar dayanmış, ona görə də o hərəkətini davam etdirmişdir. Bu zaman o həmin qadınlara çatmağa təxminən 10-15 metr qalmış qadınlardan biri, sonradan adı ona məlum olan X9 həmin qadınlardan aralanıb onun hərəkət yoluna iti yerişlə daxil olmuş, o isə artıq həmin qadının onun yoluna daxil olduğunu görüb avtomaşında tormozlanma etmiş və sükanı tam sola burub avtomaşını yolun sol hissəsindəki səkiyə çırpıb dayanmışdır. Bu zaman avtomaşının qabaq hissəsi səkiyə dəydiyi üçün arxası sağa fırlanmış və avtomaşınının sağ arxa qanadı həmin qadına, yəni İntizara dəymiş və İntizar zərbədən yerə yıxılmışdır. O, dərhal maşından düşüb həmin qadını oraya toplaşan şəxslərin və orada olan İntizarın ərinin köməyi ilə maşınına mindirmiş və onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışdır. Orada xəstəxanadan demişlər ki, xəstə Gəncə Beynəlxalq xəstəxanasında KT müayinəsi olunmalı, ona görə o, İntizarın əri ilə qadını Beynəlxalq xəstəxanaya aparmış, orada KT müayinə olan zaman polislər oraya gəlmiş və o polisə özünü təqdim edib, hadisəni onun törətdiyini bildirmiş, təhqiqatçı ilə birlikdə özünə məxsus hadisə törətdiyi avtomaşınla yenidən hadisə yerinə gəlmiş, müvafiq sənədləşdirlmə aparılmışdır. Sonra o Gəncə şəhər narkoloji dispaserinə aparılmış və orada müayinədən keçmişdir. O, avtomobillə hərəkətdə olan zaman piyada İntizar Məmmədovanın yanında olan qadınlardan aralanıb onun hərəkət yolunun sağ hissəsindən sola doğru yoluna daxil olmağını təxminən 10-15 metr məsafədən görmüş, qadını vurmamaq üçün avtomaşını tormoz edib, sükanı sola çəkmişdir ki, avtomobil səkiyə dəyib dayansın, lakin bu zaman səki avtomaşının arxasını fırlatmış və avtomaşının arxa sağ qanadı piyadaya dəyərək onu yerə yıxmışdır. Sonda baş vermiş hadisəyə görə peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 28 fevral 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı ölmüş X9 onun arvadıdır. X2 28 fevral 2024-cü il tarixdə saat 12:35 radələrində Gəncə şəhəri, Azərbaycan küçəsində piyada yolu keçərkən sonradan tanıdığı sürücü Təqsirləndirilən şəxs idarə etidyi “VAZ 21074” minik markalı, **-CD-*** nömrə nişanlı avtomaşınla onu vurmuş və nəticədə X2 aldığı xəsarətlərdən Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada ölmüşdür. 28 fevral 2024-cü il tarixdə saat təxminən 12:30 radələrində İntizar zavoddan iş yerindən çıxmış ki, tez evə gedib yeməyi qızdırsın, çünki ondan qabaq həmişə işdən İntizar çıxıb gəlmişdir ki, birlikdə nahar etsinlər. O, zavoddan çıxıb Gəncə şəhəri, Azərbaycan küçəsi ilə Poçt qəsəbəsi istiqamətinə piyada hərəkət edərkən qəflətən tormoz səsi və güclü taqqıltı səsi eşitmiş və dərhal həmin yerə qayıtmışdır. O, həmin taqqıltı olan yerdən təxminən 50-60 metr aralıda olmuşdur. Gələndə görmüşdür ki, sürücü Təqsirləndirilən şəxs idarə etidyi “VAZ 21074” minik markalı, **-CD- *** nömrə nişanlı avtomaşınla onun arvadı İntizarı yolu keçərkən vurmuş və İntizar yaralı vəziyyətdə yerdədir. O, İntizara yaxınlaşmış, onun huşu özündə olmuş və danışmışdır. Saat təxminən 12:35 radələri olmuşdur. O, sürücü Elşənlə birlikdə dərhal İntizarı Elşənin maşınına mindirib Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya, daha sonra oradan da Gəncə Beynəlxalq xəstəxanasına KT müayinəsi üçün aparmışdır. KT müayinəsi olunandan sonra İntizarı yenidən Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Lakin, göstərilən tibbi yardımlara baxmayaraq 29 fevral 2024-cü il tarixdə saat 03 radələrində İntizar vəfat etmişdir. Hazırda onun və ailə üzvlərinin sürücü Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, hadisə nəticəsində onlara dəymiş zərər sürücü tərəfindən tam ödənilmişdir. Ona görə də ifadəsində göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 28 fevral 2024-cü il tarixdə saat 14:00 radələrində Gəncə şəhər BPİ-nin məsul növbətçisi polis mayoru Orxan Məmmədov efir vasitəsi ilə məlumat vermişdir ki, Gəncə şəhəri, Azərbaycan küçəsində dəmir yol xəttinin keçidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. O, həmin ərazidə YPX-nin inspektoru, polis serjantı Şahid2 ilə birlikdə YPX avtomobili ilə hərəkətli xidmət apardığından dərhal hadisə yerinə getmiş və ona məlum olmuşdur ki, 28 fevral 2024-cü il tarixdə saat 12:35 radələrində Təqsirləndirilən şəxs özünə məxsus etibarnamə əsasında idarə etdiyi, “VAZ 21074” minik markalı, **-CD-*** nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Azərbaycan küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada sonradan adı ona məlum olan X6 vurmuş və özü dərhal İntizar Məmmədovanın əri sonradan adı ona məlum olan X14 ilə birlikdə öz avtomaşını ilə yaralını Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışdır. Onlar hadisə yerində qalmış və onlara məlumat verilmişdir ki, təhqiqatçı ilə sürücü Təqsirləndirilən şəxs xəstəxanadan hadisə yerinə gəlirlər. Həmin gün saat 14:10 radələrində təhqiqatçı Elşən Muxtarov sürücü Təqsirləndirilən şəxsla idarə etdiyi “VAZ- 21074” minik markalı, **-CD-*** nömrə nişanlı avtomobili ilə birlikdə hadisə yerinə gəlmiş və onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Sonra protokol tərtib edilmiş, o da protokolu imzalamışdır. Sonradan onlara məlum olmuşdur ki, piyada X9 29 fevral 2024-cü il tarixdə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmə baxışında şahid - Gəncə şəhər Baş Polis İdarəsinin X27 X23 Xidməti inspektoru, polis serjantı Şahid2 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Azərbaycan küçəsində baş vermişdir. Yolun hərəkət hissəsinin sağ hissəsində “Avia Təmir Zavodu”, sol hissəsində dəmir yol xətti keçir. Hadisə baş verən yol asfalt örtüklü, hamar, düz və üfüqi olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun ümumi eni 12 metrdir, yol iki istiqamətlidir, hərəkət hissəsinin eni 6 metrdir, hər iki hərəkət hissəsini bir-birindən ayıran zolaq yoxdur, yol nizamlanmayandır. Asfalt üzərində 7 metr uzunluqda tormoz izləri vardır. Hadisə gündüz saat 12:35 radələrində baş vermişdir. Yolda Gəncə şəhər BPİ-nin TŞX-nin kamerası quraşdırılmamışdır. Hadisə baş verən yerdə piyadaların keçidi üçün zolaq yoxdur. Bu barədə protokol tərtib edilmiş, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X24 29 fevral 2024-cü il tarixli, 23 nömrəli rəyində göstərilmişdir ki, 1963-cü il təvəllüdlü X1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi - alın sümüyünün xətti sınığı, başın yumşaq toxumalarına alın nahiyəsində qansızma; baş beyin yumşaq toxumalarına alın, ənsə paylarında qansızma, qarının qapalı küt travması, dalağın cırılması, sağ baldır, çanaq sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası; alın, sağ gözətrafı, sağ əl, burun nahiyəsində sıyrıqları; sağ əlin İİ barmağın, sol mil-bilək nahiyəsinin qançırları. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. 2. X1 ölümünə səbəb qapalı küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına qansızma və kəllə sümüyünün sınması olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti 8-10 saatdır (meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə, saat 11:30-da aparılmışdır). 3. X1 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. 4. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 13 may 2024-cü il tarixli, 8/1077 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ 21074 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 15 mart 2024-cü il tarixli raportdan görünür ki, Gəncə şəhəri, Azərbaycan küçəsində Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus videonəzarət kamerası quraşdırılmadığından, həmin ərazidə 28 fevral 2024-cü il tarixdə hər hansı görüntü əldə etmək mümkün olmamışdır. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 791/2024-cü nömrəli və xx.xx.2024–cü il tarixli, 808/2024 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuş, sidiyində narkotik vasitə THC, psixotrop maddə AMP aşkar olunmamışdır. Azərbaycan Respublikası BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış 02 iyul 2024cü il tarixli, 3-13-16-3/2-4820/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BD 109403 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “VAZ 21074” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə dair etibarnamə Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək verilmişdir. Gəncə şəhər 5 saylı notariat kontorunun 25 fevral 2024-cü il tarixli, ƏN-İV-233149 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməsindən görünür ki, “VAZ 21074” minik markalı, **-CD-*** nömrə nişanlı avtomobilin sahibi X12 tərəfindən Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il tarixədək nəqliyyat vasitəsinə sərəncam vermək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 20 iyun 2024-cü il tarixli, 4573 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 20 iyun 2024-cü il tarixli, 4676 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış 12 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli, AZ İİ seriyalı 405550 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, zərərçəkmiş şəxs X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 12:35 dəqiqədə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi X8 məxsus “VAZ 21074” minik markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Gəncə şəhəri, Azərbaycan küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə bilcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlanma, manevr etmə və sair) vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunmalı olduğu halda, həmin tələblərə əməl etməyərək nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla, avtomobili idarə edərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməməsi, sola doğru hərəkətin təhlükəsizliyini təmin etməyən manevr apararaq əks hərəkət zolağına çıxartması, avtomobilin yolun sol kənarında olan səkiyə vurması və bunun nəticəsində avtomobil fırlanaraq arxa hissəsi yolu keçən piyada 02 mart 1963-cü il təvəllüdlü X6 qarşı sol hərəkət zolağında vurmuş, nəticədə ehtiyatsızlıqdan İntizar Məmmədova alın sümüyünün xətti sınığı, başın yumşaq toxumalarına, alın nahiyəsinə qansızma, baş beyinin yumşaq toxumalarına alın, ənsə paylarında qansızma, qarının qapalı küt travması, dalağın cırılması, sağ baldır, çanaq sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, alın, sağ gözaltı, sağ əl, burun nahiyələrinin sıyrıqları, sağ əlin İİ barmağın, sol mil-bilək nahiyəsinin qançırları ilə müşayiət edilən, həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla, qapalı küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına qansızma və kəllə sümüyünün sınması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş X4 29 fevral 2024-cü il tarixdə saat 03:15 dəqiqədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanasında ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları, məhkumluğunun olmamasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin nəticəsinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət isə yaşadığı yer üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini də lazım bilir və təqsirləndirilən şəxsə təyin olunan əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan “VAZ-21074” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə zamanı keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 (on iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X17 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X17 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan VAZ-21074 minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-397/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-397/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver