Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-398/2023 28.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsvə onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonu Faxralı kəndində anadan olmuş, AR-ın vətəndaşı, evli, işsiz, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Faxralı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 11:30-da Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, Şahid1 xidməti iş otağında Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində onunla, həmçinin həmin iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zəruri istintaq hərəkətləri aparılması üçün Şahid1 xidməti otağında olan masada qarşı-qarşıya oturub müstəntiq tərəfindən onların arasında olan pul məsələsi ilə bağlı sual-cavab olunarkən onunla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşaraq qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumi davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə özünü cəmiyyətin fövqündə qoyub ictimai yer hesab olunan Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, Şahid1 xidməti iş otağında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs söyüb təhqir edərək stolun üzərində olan şüşə qənd qabını silah qismində tətbiq edərək qənd qabı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya alın nahiyəsində solda, sol gözün ətrafını əhatə edən 8x8 sm ölçüdə, tünd göyümtül-qırmızımtıl rəngli, qeyri-müəyyən formalı qançır və alın nahiyəsində qançırın üzərində 4 ədəd 0,6 sm uzunluqda, kənarları nahamar, qurumuş qanla örtülü səthi yaralardan ibarət sol alın-göz nahiyəsinin hematoması və yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozub və 20-30 dəqiqə ərzində Gəncə şəhər BPİ-nin iş rejimini pozaraq iş vaxtı insanların narahatçılığına səbəb olan qəsdən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs Yeganənin ona və digər şəxslərə etdiyi dələduzluq əməlinə görə 2022-ci ilin fevral ayında Gəncə şəhər Baş Polis İdarəsində AzərbaycanRespublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və onlar hamısı zərərçəkmiş şəxs qismində tanınmışlar. 18 sentyabr 2022-ci il tarixdə onun zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi ilə əlaqədar Yeganə ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilməyi üçün Gəncə şəhər Baş Polis İdarəsinə müstəntiq Şahid1 dəvəti ilə getmişdir. Həmin vaxt onunla bir yerdə Yeganənin aldadaraq pulunu aldığı Ayaz adlı şəxs də gəlmişdir. Saat 11:30 olardı. O, Füzuli müəllimin otağında stulda, Ayaz isə kresloda əyləşmişdir. Bir qədər sonra Yeganə otağa daxil olmuş və Füzuli müəllimin sol tərəfində əyləşmişdir. Bu zaman Yeganə Füzuli müəllimə demişdir ki, “sizdən xahiş edirəm bu işi obyektiv araşdırın, mənim şahidlərim və sübutlarım var ki, hamısını istintaqa da təqdim etmişəm, mənim heç kimə pul verəcəyim yoxdur, hamının pulun qaytarıb vermişəm”. Sonra Yeganə onu göstərib demişdir ki, bu xanımın qayınanası şikayət etmişdir ki, guya o, axtarışdadır, Gəncə şəhərində 1 otaqlı evdə başqa bir kişi ilə azyaşlı uşağının yanında yaşayırmış. O, Yeganəyə bu barədə sübutu olub-olmamasını soruşan zaman Yeganə əlini ona doğru ataraq alt paltarını və əynində olan qara rəngli köynəyi cırmış, boğazının sağ və sol tərəfinə isə dırnağı ilə xəsarət yetirmişdir. O da özünü müdafiə etmək üçün stolun üstündə olan şüşə materialdan olan qənd qabını götürüb Yeganənin baş nahiyəsinə qəsdən bir dəfə vurmuş, bu zaman qənd qabı sınmış və şüşələri ətrafa dağılmış, stolun üstündə olan çaynik də yerə düşmüşdür. Həmin vaxt Füzuli müəllim onları aralayan zaman o da xəsarət almışdır. Həmin vaxt Yeganənin baş nahiyəsindən qan da axmağa başlamışdır. Bundan sonra Yeganə qışqıraraq gözünün görmədiyini deyib onun ünvanına nalayiq küçə sözləri demişdir. Həmin vaxt polis əməkdaşları onu və Ayazı başqa bir otağa salmışdırlar. Sonra eşitmişdir ki, təcili tibbi yardım Polis İdarəsinə gələrək Yeganənin başına sarğı qoymuşdur. xx.xx.2022-ci il tarixdə aralarında baş vermiş mübahisəyə səbəb Zərərçəkmiş şəxsnin ona qarşı dələduzluq cinayəti törətməsi və ona dəymiş maddi ziyanı ödəməməsi olmuşdur. Aralarında olan dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı kənar şəxslər yox imiş, o, Yeganə, Ayaz, Füzuli müəllim olmuşdur. Sonradan digər şəxslər də gəlmişdir, ancaq dəqiq xatırlamır. Əməlindən peşmandır. Yeganə dəymiş zərəri ödəmiş, onunla barışmışdır. Barəsində yüngül cəa təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinə zərərçəkmiş şəxslərin şikayətiəsasında barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. 18 sentyabr 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs və Şahid4 ilə üzləşdirmə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə müstəntiq Şahid1 dəvəti ilə edilmişdir. O, Füzuli müəllimin otağına daxil olan zaman görmüşdür ki, Təqsirləndirilən şəxs kresloda, Ayaz isə onun sol tərəfində stulda əyləşmişdir. O, otağa daxil olub Füzuli müəllimin göstərişi ilə Füzuli müəllimin sol tərəfində stulda əyləşmişdir. O, stula əyləşən kimi Füzuli müəllimə demişdir ki, “sizdən xahiş edirəm bu işi obyektiv araşdırın, mənim şahidlərim və sübutlarım var ki, hamısını istintaqa təqdim etmişəm. Mənim heç kimə pul verəcəyim yoxdur, hamının pulunu qaytarıb vermişəm”. Bu zaman Aysel ona oturduğu yerdən onu söyüb təhqir etmişdir və əyləşdiyi kreslodan durub gəlib ona heç nə demədən onunla üzbəüz olan stulda əyləşmiş və qəflətən stolun üstündə olan qənd qabını sağ əlinə alıb qəfil onun sol alın nahiyyəsinə vurmuş və onu nalayiq sözlərlə təhqir etmişdir. Onun alın nahiyyəsindən qan axmağa başlamış və o, xəsarət almışdır. Heç özünə gəlməmiş Aysel stolun üstündə olan çayniki götürüb təkrar onun baş nahiyəsinə vurmuşdur. Həmin vaxt onun əynində olan yaşıl rəngli paltar qana boyanmışdır. Bu zaman Füzuli müəllim araya girib Ayseli ondan kənarlaşdırmışdır. Həmin vaxt Aysel Füzuli müəllimə də cavab qaytarıb Füzuli müəllimə də xəsarət yetirmişdir. Bu zaman həmin yerə gələn digər polis əməkdaşları onları dəhlizə çıxartmışdır. Həmin vaxt Ayselin onun başına vurub xəsarət yetirdiyi qənd qabının hissələri ətrafa dağılmışdır, otağın hər tərəfinə onun qanı dağılmışdır. Dəhlizdə də Aysel hamının içərisində onu nalayiq, kobud küçə sözləri ilə təhqir etmiş və onu əli ilə vurmağa cəhd etmişdir. Lakin dəhlizdə olan polis əməkdaşları buna imkan verməmiş və Ayseli ondan kənarlaşdırmışdırlar. Həmin vaxt o, xəsarət aldığı və baş nahiyəsindən xəsarət aldığı üçün polis əməkdaşları təcili tibbi yardım çağırmışdırlar və polis idarəsinə gələn təcili tibbi yardım maşını onun baş nahiyyəsinə sarğı qoymuşdurlar. Bundan sonra Ayselin polis idarəsində onu qənd qabı, eləcə də çaynik ilə vurub xəsarət yertirməsinə görə onun barəsində şikayət etmişdir. Hazırda Aysellə barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Ayseldən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1991-ci ildən DİO-da, tutduğu vəzifədə isə 2022-ci ilin iyul ayından xidmət edir.18 sentyabr 2022ci il tarixdə saat 11-30 radələrində xidməti iş otağında iş yoldaşı polis leytenantı Şahid2la birlikdə olarkən, icraatında olan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs və Şahid4 ilə zəruri istintaq hərkətləri yerinə yetirmək üçün Gəncə şəhər BPİ-nə xidməti otağına dəvət etmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qarşısındaki stolda qarşı-qarşıya oturmuşlar. İş üzrə onlarla aralandakı pul məsələsi ilə bağlı sual cavab olunarkən, onların aralarına mübahisə yaranmış, onları intizama dəvət etsədə hər ikisi məhəl qoymamış və bu zaman onlar bir birinin saçından yaxasından tutub dalaşmağa başlamışlar. Dərhal onların arasına girib aralamaq istədikdə Təqsirləndirilən şəxs stolun üstündə olan qənd qabını götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə ilə vurmuşdur, onun başından güclü qan axmağa başlamış və həmin zərbədən qənd qabının qırılmış şüşələri onun sol üz nahiyyəsinə dəyərək ona da xəsarət yetirmişdir. Sifətindən qan axmağa başlamışdır və kəsilmiş yara əmələ gəlmişdir. Səs küyə Baş idarənin digər əməkdaşları gəlib onları sakitləşdirmişlər. Hadisə zamanı iş rejimi təxmini 20-30 dəqiqə müddətinə pozulmuşdur. Ona görə də baş vermiş hadisə ilə bağlı müvafiq araşdırma aparılması və onların barəsində müvafiq tədbir görülməsi üçün aiddiyəti üzrə göstəriş verməsi üçün Baş İdarənin rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 Sarı oğlu və ifadəsi alınmış Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər və onun göstərmiş olduğu xüsusuatları tam təsdiq etmişdirlər. Məhkəmə iclasında ifadəsi alınmış Şahid4, Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusuatları tam təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xidməti otağında baş vermişdir. 18 sentyabr 2022-ci il tarixli “Paltara baxış keçirilməsi və götürülməsi haqqında” Protokollardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan yaşıl rəngli qısaqol və yaşıl rəngli uzunqol köynəyə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan qara rəngli qara rəngli qısaqol köynəyə baxış keçirilmiş və paltarlar sübut qismində götürülmüşdür. 18 sentyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının Rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sinə nahiyyəsinin sıyrıqları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri 18 sentyabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 1692 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol alın göz nahiyəsinin hematoması və yaraları - bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 1706 mömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol yanaq nahiyəsinin yarası - bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki,
1. vətəndaş Zərərçəkmiş şəxs maye halda qanının göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır.
2. Vətəndaş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserokopiyasına görə qanın qrup göstəricisi A (İİ) RH+dir.
3. Hadisə yerindən götürülmüş üç ədəd tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər.
4. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd don və bir ədəd pencək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə və Təqsirləndirilən şəxs məxsus ola bilər.
5. Vətəndaş Təqsirləndirilən şəxs Eiçin qızına məxsus bir ədəd qara rəngli kofta üzərində insan məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ beta olduğundan onun özünə və Zərərçəkmiş şəxs məxsus ola bilər. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Goranboy Rayon İcra Hakimiyyəti başçısının Fəxrali kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsindən alınmış 11 iyul 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs 08 avqust 2023 -cü il tarixli notarial ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət tələbi yoxdur. 15 iyul 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair” Qərardan görünür ki, Gəncə şəhəri BPİ-nin İTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Gündüz İsmayılov tərəfindən hadisə yerinə baxış istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu 1(bir) ədəd “CD” disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut hesab edilmiş və cinayət işində saxlanılır.Gəncə şəhəri BPİ-nin İTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Gündüz İsmayılov tərəfindən baxış keçirilərək götürülmüş 1 (bir) ədəd yaşıl rəngli qısaqol gödəkçə, 1 (bir) ədəd yaşıl rəngli uzun formalı qolsuz don, 1 (bir) ədəd qara rəngli qısaqol köynək, həmçinin 1 (bir) ədəd çaynik və 10 (on) ədəd şüşə qırıntıları iş üçün əhəmiyyətli olduğundan maddi sübut hesab edilmiş və Samux RPŞ-nin saxlanc yerində saxlanılır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünü tam etirafedici ifadəsi, hadisə yerinə baxış protokolu, fotoşəkillər, şahid ifadələri, maddi sübutlar, məhkəmə ekspertizası rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur.Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxshərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş zərəri ödəməsini, qadın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi cinayət məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxscəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində təyin ediləcək azadlıqdan məhrum etmə cəzası, onun cəza çəkmədən islah olunması mümkün hesab edilməklə, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini və şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini həll etməlidir. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 (altı) ay sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış Gəncə şəhəri BPİ-nin İTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Gündüz İsmayılov tərəfindən hadisə yerinə baxış istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu 1(bir) ədəd “CD” disk iş materiallarında saxlanılmalı, 1 (bir) ədəd yaşıl rəngli qısaqol gödəkçə, 1 (bir) ədəd yaşıl rəngli uzun formalı qolsuz don, 1 (bir) ədəd qara rəngli qısaqol köynək öz sahibinə qaytarılmalı, həmçinin 1 (bir) ədəd çaynik və 10 (on) ədəd şüşə qırıntıları iş məhv edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə obyekti yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti 06 (altı) ay müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin və onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul keçirilsin.(ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) İş üzrə maddi sübut qismində tanınmış hadisə yerinə baxış istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu 1(bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış1 (bir) ədəd yaşıl rəngli qısaqol gödəkçə, 1 (bir) ədəd yaşıl rəngli uzun formalı qolsuz don, 1 (bir) ədəd qara rəngli qısaqol köynək öz sahiblərinə qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış1 (bir) ədəd çaynik və 10 (on) ədəd şüşə qırıntıları məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Orxan Cəfərli