Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-399/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi, 5-ci küçədə fərdi evdə yaşamış, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)- 96/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən 03 il 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda həmin xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158 və **********06608” İMEİ kodlu mobil telefonu istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, telefona qoşulmuş ***-***-**-** nömrəli "xxxx" danışıq kartı vasitəsi ilə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək “055 645-90-01, 050 878-76-00” nömrəli telefonlara zənglər edib, atası X9 və tanışı X2 ilə danışıqlar aparmaqla istifadə etmiş və daxil olmuş əməliyyat məlumatlarının yoxlanması məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 11:30-da, saxlanıldığı 3-cü rejim korpusunun 60 saylı kamerasından təcridxananın rentgen otağına aparılaraq rentgen müayinəsindən keçirilərkən özünün düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olan, qara rəngli “Nokia” markalı, “Mini Phone” modelli həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il, 2 ay, 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən 03 il 09 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdən 2 saylı İT-dən 3-cü rejim korpusunun 60 saylı kamerasında həbsdə saxlanılmışdır. O, xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində 2 saylı istintaq təcridxanasının 3-cü rejim korpusunun 60 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və saxlandıqları kameraya istintaq təcridxanasının əməkdaşları və hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman təcridxananın rentgen otağına aparılmış və rentgen müayinəsindən keçirilən zaman düz bağırsağında gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində ***-***-**-** nömrəli "xxxx" danışıq kartı olan, qara rəngli “X12” markalı mobil telefon aparatı əməkdaşlar tərəfindən aşkar edilərək götürülmüşdür. O, aşkar olunmuş danışıq kartı və telefonu xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində olarkən, oranın sanitar qovşağından taparaq düz bağırsağında gizlədərək təcridxanaya keçirmişdir. Bundan sonra əməkdaşlar tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin və onun iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, müəssisə əməkdaşları tərəfindən “Cəzaçəkmə Müəssisəsində və istintaq təcridxanalarında saxlanılan şəxslər və ya məhkumlar tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi”-nə görə cinayət məsuliyyəti yaratması barədə xəbərdarlıq edildiyini, qadağan olunmuş əşyaların siyahısı ilə tanış olduğunu, ***-***-**-** "xxxx" danışıq kartı olan, qara rəngli “X12” markalı mobil telefon aparatı ona məxsuz olduğunu, təxminən xx.xx.2022-ci il tarixdən mobil telefonu işlətdiyini və ***-***-**-** "xxxx" nömrəsinin atası X7, ***-***-**-** “Azercell” nömrəsi isə qardaşının sevgilisi X1 məxsuz olduğunu, həmin nömrə ilə danışaraq atası ilə hal-əhval tutduğunu, Viktoriya ilə isə danışaraq ərzaq, pul istədiyini, həmin mobil telefondan 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan şəxslərdən heç kimin istifadə etmədiyini bildirmişdir. Sonda törətdiyi əməldən peşmanlıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının ƏB-nin böyük inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:30 radələrində 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 60 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs təcridxananın rentgen otağında, rentgen müayinəsindən keçən zaman düz bağırsağında gizlətdiyi “İstintaq Təcridxanalarında saxlanılan şəxslərə və ya məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi” qadağan olunmuş bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olan, qara rəngli “Nokia” markalı “Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Keçirilən tədbirlər zamanı həmin mobil telefonunu və danışıq kartının 3-cü rejim korpususnun 60 saylı kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs məxsuz olduğu müəyyən edilmiş və bundan sonra aşkar olunaraq götürülmüş, qadağan olunmuş bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olan, qara rəngli “Nokia” markalı “Mini Phone” modelli mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatını Mingəçevir Şəhər Məhkəməsində olarkən oranın sanitar qovşağından taparaq düz bağırsağında gizlədərək istintaq təcridxanasına keçirtdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları Rejim-nəzarət şöbəsini inspektoru Şahid2, Rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi Şahid3 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının yeməkxana müdiri vəzifəsində işləyən Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:30 radələrində, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 60 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs təcridxananın rentgen otağında müayinədən keçirmişlər. Rentgen müayinəsindən keçən zaman Təqsirləndirilən şəxs düz bağırsağında gizlətdiyi “İstintaq Təcridxanalarında saxlanılan şəxslərə və ya məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi” qadağan olunmuş bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olan, qara rəngli “Nokia” markalı “Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək istintaq təcridxanasının əməkdaşları tərəfindən götürülmüşdür. İstintaq təcridxanasının əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı həmin mobil telefonun və elektrik qidalandırıcısının 3-cü rejim korpusunun 60 saylı kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş bir ədəd, qara rəngli “Nokia” markalı “Mini Phone” modelli mobil telefon aparatı onun iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. O, həmin tədbirlərin keçirilməsində hal şahidi qismində cəlb edilmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının Mingəçevir Şəhər Məhkəməsində olarkən oranın sanitar qovşağından taparaq düz bağırsağında gizlədərək istintaq təcridxanasına keçirtdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş 2 saylı İstintaq Təcridxanasının anbardarı Şahid4 ifadəsindən görünür ki, o, Şahid5la eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş X2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində qonşu olmuş, Təqsirləndirilən şəxs qardaşı Emin Həsənovla isə aralarında sevgi münasibətləri olmuş və Təqsirləndirilən şəxs bir neçə dəfə onun ilə əlaqə saxlayaraq qardaşı Emin Həsənov barəsində məlumat vermişdir. O, Təqsirləndirilən şəxs ilə sonuncu dəfə 2 saylı istintaq təcridxanasında olarkən əlaqə saxlamış və daha sonra əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs onun ilə 055 ***-**-** nömrəli "xxxx" danışıq kartı ilə əlaqə saxladığını, iki üç dəfə onun işlətdiyi, yəni 050 ***-**-** nömrəli “Azercell” danışıq kartına zəng edərək danışdığını və qardaşı Emin Həsənov barəsində məlumat verdiyini, Təqsirləndirilən şəxs ilə həmin nömrə ilə mesaj vasitəsi ilə də əlaqə yaratdığını, 2 saylı istintaq təcridxanasında tutulan telefonla bağlı heç bir məlumatının olmadığını, daha sonra Təqsirləndirilən şəxs ilə əlaqəsinin kəsildiyini, telefonu Təqsirləndirilən şəxs haradan əldə etdiyi və hansı yolla 2 saylı istintaq təcridxanasına keçirtdiyini bilmədiyini ifadəsində göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:30 radələrində, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 60 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan AR CM-in 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda AR CM-in 234.1, 234.2-ci maddələri ilə Mingəçevir Şəhər Məhkəməsinin hesabında təcridxanada saxlanılan Təqsirləndirilən şəxs təcridxananın rentgen otağında, rentgen müayinəsindən keçən zaman düz bağırsağında gizlətdiyi “İstintaq Təcridxanalarında saxlanılan şəxslərə və ya məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi” qadağan olunmuş bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olan, qara rəngli “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar əməkdaşların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək götürülmüş 1 ədəd “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı və telefona qoşulmuş ***-***-**-** nömrəli 1 ədəd "xxxx" danışıq kartı qablaşdırılaraq protokola əlavə olunmuşdur. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompyuter-texniki ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 5/1313 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158 və **********06608” İMEİ kodlu mobil telefon işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. Təqdim olunan bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli mobil telefonun zəng mərkəzi bölməsində on səkkiz ədəd buraxılmış zənglər, on beş ədəd yığılmış zənglər, on doqquz ədəd qəbul olunmuş zənglər, yeddi ədəd qəbul olunmuş “SMS” mesajlar və üç ədəd göndərilməmiş “SMS” mesajlar müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158 və **********06608” İMEİ kodlu mobil telefon aparatına 17 oktyabr 2022-ci il tarixdə baxış keçirilən zaman zənglər bölməsində müxtəlif vaxt və tarixlərdə qeyd edilən nömrələrə zənglərin edilməsini və həmin nömrələrdən zənglərin gəlməsini, yəni **********, **********, **********, **********, ********** **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, 050878-76-00 "xxxx" MMC-yə aid nömələr; **********, **********, **********, **********, **********, **********, **********, **********, 055402013, **********, **********, **********, ********** "xxxx" MMC-ə aid nömrələr; **********, ********** ”Azerfon” MMC-ə aid nömrələr müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 055 ******* nömrəli danışıq kartı X7 məxsusdur. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 050 ******* nömrəli danışıq kartı X1 məxsusdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, **********00158 və **********06608 İMEİ kodlu mobil telefon standartlara uyğun olmayan saxta aparat olduğundan yoxlanılması texniki cəhətdən mümkün deyildir. Azerfon şəbəkəsində istifadə edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Həsənov X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-in 62-ci maddəsi tətbiq edilərək cəzası 04 ilədək azaldılmış və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-96/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən 03 il 09 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-47/2023 nömrəli qəraından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)- 96/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını, barəsində cinayət işinə baxıldığı müddətdə yenidən cinayət əməlini töərməsini nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-96/2022 nömrəli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 80 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158 və **********06608” İMEİ kodlu mobil telefon aparatı və 01 ədəd ***-***-**- **2 nömrəli "xxxx" danışıq kartı əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə 07 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna ona ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 42 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-96/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158 və **********06608” İMEİ kodlu mobil telefon aparatı və 01 ədəd ***-***-**- **2 nömrəli "xxxx" danışıq kartı əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunsun. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 42 (qırx iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-399/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-399/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver