Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-4/2024 13.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və təqsirlənirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs1, Müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X6 və X9 iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1968-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs2 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 iyul 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində X1 oğlu X20 törətmiş olduğu yol-nəqliyyat hadisəsinə görə Göygöl Rayon Polis şöbəsində istintaqı aparılan cinayət işini məhkəmədə xitam etdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq Yadigar Məmmədova məxsus 10000 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdirlər. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyət ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 övladı X21 törətmiş olduğu cinayətə görə əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrindən həmin Məcəllənin 126-cı maddəsinə tövsif etdirərək, Gəncə Ağır Cinayətlər Məhkəməsidən azadlığa buraxdırmağa köməklik edəcəyi barədə vədinə əməl edə biməyəcəyi halda Gəncə şəhər Apelyasiya Məhkəməsindən azadlığa buraxdırmağa, əgər yenidən vədinə əməl edə bilməsə Amnistiya aktı ilə cəzadan azad etdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq vahid niyyət ilə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan xx.xx.2019-cu il tarixdə göndərdiyi 2000 manat, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 3000 manat, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, İ.Eminbəyli küçəsi, ev 18-də yerləşən fərdi yaşayış evində 22000 manat, "xxxx" KB ASC-in Gəncə filialından xx.xx.2020-ci il tarixdə göndərilən 200 manat, 2020-ci ilin əvvəllərində günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 400 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 200 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 500 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan hiss-hissə göndərilən 1484 manat, 600 manat, 3000 manat, 3000 manat, 200 manat, 500 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan hissə-hissə göndərilən 200 manat məbləğində pul vəsaitlərini ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 37284 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 sonuncuya məxsus Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində olan torpaq sahəsinə çıxarış düzəltdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq 2018-ci ilin avqust ayı ərzində günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixlərdə Xaçmaz şəhəri, Bakı prospektində hissə-hissə olmaqla vahid niyyət ilə birinci dəfə 300 manat, daha sonra 120 manat, bundan sonra 170 manat, sonuncu dəfə 170 manat məbləğində pul vəsaitlərini ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs6 760 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 təqaüd düzəltdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq 2018-ci ilin avqust ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixlərdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Xaçmaz rayon avtovağzalının içərisində vahid niyyət ilə birinci dəfə 500 manat, daha sonra 20 avqust 2018-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Xaçmaz rayon avtovağzalının içərisində 100 manat, eyni məqsədlə 2018-ci ilin avqust ayının sonlarında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz şəhəri, Bakı prospektində 150 manat, bundan sonra 2018-ci ilin avqust ayının sonlarında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz şəhəri, Bakı prospektində 100 manat, sonuncu dəfə 2018-ci ilin avqust ayının sonlarında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz şəhəri, Bakı prospektində 290 manat məbləğində pul vəsaitlərini ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs6 1140 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 sonuncunun arvadı X12 təqaüd düzəltdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq vahid niyyət ilə 2019-cu ilin dekabr ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən fərdi yaşayış evində 2000 manat, daha sonra 2020-ci ilin yanvar ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən fərdi yaşayış evində 140 manat məbləğində pulunu ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs8 2140 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 məxsus Xudat şəhəri, H.Z.Tağıyev küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin çıxarışında olan səhvlərini aradan qaldırıb yeni çıxarış düzəltdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq vahid niyyət ilə xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin içərisində 600 manat, xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “24 saat” mağazasının qarşısında 500 manat, xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Xudat Şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “24 saat” mağazasının qarşısında 2000 manat, xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin içərisində 600 manat məbləğində pulunu, xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin içərisində 600 manat məbləğində pulunu ələ keçirərək, ümumilikdə Səadət Abdulovaya 4300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 məxsus evə bitişik olan, lakin sonradan artırılmış otağı evin çıxarışına daxil etdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq vahid niyyət ilə 2020-ci ilin fevral ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixlərdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 1560 manat, daha sonra 500 manat məbləğində pulu ələ keçirərək ümumilikdə Səadət Abdulovaya 2060 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 qızına övladına təyin olunmuş alimentin miqdarını artırmağa köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq vahid niyyət ilə 2020-ci ilin fevral ayının ortalarında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən fərdi yaşadığı evin içərisində 470 manat, daha sonra 2020-ci ilin fevral ayının sonlarında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən “Bərəkət” mağazasının içərisində 200 manat məbləğində pulunu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs5 670 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 məxsus ünvan 5 ünvanında yerləşən yaşadığı evinin qarşısında olan torpaq sahəsini evin yerləşdiyi torpaq sahəsinin çıxarışına daxil etdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq 2020-cı ilin mart ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən dairənin yanında vahid niyyət ilə 850 manat məbləğində pulunu ələ keçirərək ümumilikdə Səadət Abdulovaya 850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 gəlini Nurəni müəllimə kimi işə düzəltməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq 2020-ci ilin mart ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Səadət Abdulovaya məxsus 3000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 işlədiyi məktəbdə əmək müqaviləsinin müddətini artırmağa köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq 2020-ci ilin mart ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Səadət Abdulovaya məxsus 550 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 qızına sonuncunun qızının gözünün görməsində zəiflik olduğuna görə sosial təqaüd düzəltdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinin içərisində Zərərçəkmiş şəxs5 məxsus 1000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 sonuncunun mərhum həyat yoldaşının sağlığında başqa şəxsə zamin duraraq həmin şəxsin yerinə ödədiyi pulu geri almağa köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Şokki-Mokki” kafesinin qarşısında Zərərçəkmiş şəxs7 məxsus 600 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 Sumqayıt şəhərində yerləşən uşaq bağçalarının birində müəllimə kimi işə düzəltməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq 13 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən yaşadığı evinin qarşısında Zərərçəkmiş şəxs7 məxsus 650 manat məbləğində pulu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X13 təqaüd düzəltməyə köməklik edəcəyi barədə qəsdər yalan vədlər verib aldadaraq 2020-ci ilin iyun ayında günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə vahid niyyət ilə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” restoranının içərisində 120 manat, 02 iyul 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "xxxx" ASC-nin filialından göndərilən 381,14 manat, 08 iyul 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "xxxx" ASC-nin filialından göndərilən 1000 manat məbləğində pulu ələ keçirərək ümumilikdə Şəhla Abbasovaya 1501,14 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 iyul 2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində X1 oğlu X20 törətmiş olduğu yol-nəqliyyat hadisəsinə görə Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işini məhkəmədə xitam etdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq Yadigar Məmmədova məxsus 10000 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdirlər. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyət ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 övladı X21 törətmiş olduğu cinayətə görə əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrindən həmin Məcəllənin 126-cı maddəsinə tövsif etdirərək, Gəncə Ağır Cinayətlər Məhkəməsidən azadlığa buraxdırmağa köməklik edəcəyi barədə, vədinə əməl edə biməyəcəyi halda Gəncə şəhər Apelyasiya Məhkəməsindən azadlığa buraxdırmağa, əgər yenidən vədinə əməl edə bilməsə Amnistiya aktı ilə cəzadan azad etdirməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib aldadaraq vahid niyyət ilə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan xx.xx.2019-cu il tarixdə göndərdiyi 2000 manat, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 3000 manat, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, İ.Eminbəyli küçəsi, ev 18-də yerləşən fərdi yaşayış evində 22000 manat, "xxxx" KB ASC-in Gəncə filialından xx.xx.2020-ci il tarixdə göndərilən 200 manat, 2020-ci ilin əvvəllərində günü istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 400 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 200 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan göndərilən 500 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan hissə-hissə göndərilən 1484 manat, 600 manat, 3000 manat, 3000 manat, 200 manat, 500 manat, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Firuz Məlikov küçəsində yerləşən Mərkəzi poçtdan hiss-hissə göndərilən 200 manat məbləğində pul vəsaitlərini ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 37284 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun himayəsində 2 azyaşlı övladı vardır. O, İlahəni 2016 ci ilin axırlarından tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 onun Bakı şəhəri Binəqədi rayonu və Abşeron Rayon Məhkəmələrində olan mülki işləri ilə bağlı nümayəndə qismində iştirak etmişdir. İlahə həmin vaxtlar məhkəmələrdə nümayəndəlik etmişdir. Zərərçəkmiş şəxs1 isə 2019-cu ildən İlahənin vasitəsilə tanımışdır. Bundan sonra Zərərçəkmiş şəxs1la onun ailəvi tanışlıqları olmuşdur. 2019-cu ilin yay aylarında İlahə Hüseynova ona zəng edərək Gəncə şəhərində işi olduğunu və bir neçə adamlarla görüşəcəyini bildirmişdir. Bundan 1 ay sonra 2019-cu ilin yay aylarında İlahə ilə birlikdə Gəncə şəhərinə gəlmişdirlər. O, İmamzadə ziyarətinə gəlmiş, İlahə isə işlərinin arxasınca gedəcəyini bildirmişdir. O, İlahə ilə görüşərək birlikdə Gəncə şəhərinə gəlmişdirlər. Gəncə şəhərində yemək yeyərkən İlahəyə zəng gəlmiş və o həmin vaxt İlahənin kimlə danışdığını bilməmişdir. X46 Abbasov ilə danışdığını bilmişdir. İlahə Cumalı ilə danışan zaman Zülfiyyə adlı vəkilin olduğunu və Cumalının oğlunun məhkəmə işini həll edəcəyinə vəd vermişdir. Sonra İlahə ittiham idarəsi ilə danışdığını və məhkəmədə işin hazır olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Bakıya getdiyini və gələn həftə Gəncə şəhərinə qayıdacağını demişdir. O və İlahə həmin günü Bakı şəhərinə qayıtmışdırlar. Yolda olan zaman İlahə telefonda qardaşı X30 Cumalı ilə görüşdüyünü və işin hazır olduğunu demişdir. Bundan 2 həftə sonra İlahə ona zəng edərək Gəncə şəhərində İmamzadə ziyarətinə getmək istədiyini və onunla birlikdə getməyini xahiş etmiş və eyni zamanda orada bir nəfər ilə görüşü olduğunu da bildirmiş və o, İlahə ilə razılaşmışdır. 2019-cu ilin yay aylarında Gəncə şəhərində Cumalının qohumu olan Esmira adlı şəxsin evində İlahə ilə birlikdə görüşmüşlər. Evdə Esmira xanımın qonaqları olmuşdur. İlahə onu həmin qonaqlar ilə tanış etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs1 tanımış və Cumalı orda olan zaman oğlu Ruslanın bir neçə nəfər şəxsləri bıçaqladığını demişdir. Zərərçəkmiş şəxs1 İlahəyə çoxlu pul borcunun olduğunu və maaş kartınıda borc əvəzi verdiyini bildirmişdi. İlahə Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Ruslan Abbasova köməlik edəcəyini vəd etmiş və əlaqələrinin geniş olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 söhbət zamanı oğlu Ruslanın məhkəmə işinin nə qədər pul müqabilində həll olunacağını İlahədən soruşmuş və İlahə Zərərçəkmiş şəxs1 sonra gələcəyini və bu məsələni təkbətək danışacağını demişdir. Sonra Zərərçəkmiş şəxs1 balaca nəvəsinə ingilis dili dərslərində köməklik etməyini ondan xahiş etmişdir. Bundan sonra o və İlahə Bakı şəhərinə qayıtmışdırlar. Bakıya qayıdandan sonra İlahə ona Cumalının oğlu Ruslanın məhkəmə məsələsi ilə bağlı Gəncə şəhərinə gedəcəyini demişdir. Sonradan o, İlahə Zərərçəkmiş şəxs1 oğlu Ruslanın işi ilə bağlı məhkəmə ilə danışmamış və məhkəməyə pulu çatdırmamışdır. Lakin o, İlahənin Cumalıdan pulu nə vaxt, harada və nə məqsədlə aldığını bilməmişdir. O, Zərərçəkmiş şəxs1la telefon ilə danışan zaman bunu bilmişdir. O, Cumalıdan heç bir pul almamış və Cumalıya hər hansı bir işinin qanunsuz yolla həll edəcəyini bildirməmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Yadigar adlı şəxsin işi üçün də İlahə xanıma xahiş etdiyini, lakin İlahənin onun telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Bu barədə Zərərçəkmiş şəxs1 ilə dəfələrlə telefon danışıqları olmuş və Zərərçəkmiş şəxs1la telefon ilə danışan zaman İlahənin pulu vermədiyini və onu şantaj edərək pulu ondan alacağını demişdir. 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 ona zəng edərək Esmiranın qızının toyu üçün 5000 (beş min) manat pul lazım olduğunu və onun borca pul verib-verməyəciyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Bundan 3 gün sonra Zərərçəkmiş şəxs1 Bakı şəhərinə gedərək ondan 3200 (üç min iki yüz) manat məbləğində borc pul almışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ittihamda qeyd edilmiş 37284 manat pulu o, Zərərçəkmiş şəxs1 almamışdır. Əksinə, o, Zərərçəkmiş şəxs1 oğlunun həbsdə olması səbəbindən bir neçə dəfə ümumilikdə 11000 manata yaxın borc vermişdir. Cumalını az müddət tanımasına baxmayaraq, onun çətinlikdə olmasını bilmiş, xeyriyyəçilik məqsədilə həmin məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs1 borc olaraq vermişdir. Belə ki, o, əhatəsində olan insanlar tərəfindən xeyriyyəçi, seyid qızı kimi tanınır. O təkcə Zərərçəkmiş şəxs1 deyil, Zərərçəkmiş şəxs1 qonşusu Esmiraya da borc vermişdir. Sonradan Esmira və Cumalı onun borcunu hissə-hissə poçt vasitəsilə ona qaytarmağa başlamışlar. Həmin dövrdə o, mülkiyyətində olan torpaq sahəsini satmış, bu səbəbdən onun əlində böyük miqdar pul vəsaiti cəmlənmişdir. O həmin pul vəsaitini xeyriyyəçilik məqsədilə Cumalı və Esmiraya vermiş, onlar isə sonradan poçt qəbzlərini istintaqa təqdim edərək onu şərləmiş, güya onun Cumalının etibarından sui-istifadə edərək aldatması kimi təqdim edərək yanlış təsəvvür yaratmışlar. Əvvəllər Esmira da onunla telefonla danışmış, telefon danışığı zamanı Cumalıdan ehtiyatlı olmasını ona demişdir. Telefon danışıqlarını qeydə almış, məhkəməyə təqdim etmişdir. Həmçinin İlahə də onu və Cumalını aldatmışdır. Belə ki, İlahə ona Gəncə şəhərinə sırf İlahənin işləri ilə bağlı gedəcəklərini demiş, İlahənin Zərərçəkmiş şəxs1 və Məmmədov Yadigarla hər hansı pul sövdələşmələrinin olacağı barədə məlumatı olmamışdır. Məmmədov Yadigardan da pulu vəd verərək İlahə almış, İlahənin pulu yolda Rənanın onun əlindən alması barədə bildirdikləri yalandır. Belə ki, pulun alınmasında özü iştirak etmiş, pulun alınması ilə bağlı qəbz imzalanmış, Rəna isə həmin qəbzə, pulun alındığı vaxt o da İlahə ilə birlikdə Yadigarın evində olduğundan, şahid kimi imza atmışdır. Sonradan həmin pul məbləğinin aqibəti barədə məlumatsızdır. Cinayət işinin heç bir epizoduna münasibətdə özünü təqsirli bilmir. O, zərərçəkmiş şəxslərə onun tərəfindən vurulan ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını və onun tərəfindən vurulan ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödənildiyini bildirərək barəsində bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs – mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X31 təxminən 2007-2008-ci ildən məhkəmədə işlədiyi müddətdə tanımışdır. xx.xx.2020-ci il tarixdə o, Bakı şəhərindən Xaçmaz rayonuna gələrkən avtobusda Səadət Abdulova ilə rastlaşmış və söhbət zamanı Səadət Abdulova özünə məxsus Xaçmaz rayonu, Xudat şəhərində yerləşən torpaq sahəsinin sənədlərində səhvlik olduğunu bildirmişdir. Bundan sonra o, Səadət Abdulovaya həmin sənədlərdəki səhvlikləri aradan qaldıracağını və bunun müqabilində 600 manat məbləğində pul alacağını bildirmişdir. Daha sonra o, Səadət Abdulova ilə əlaqə saxlayaraq sonuncunun yaşadığı Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən evinə getmiş və 600 manat məbləğində pulu Səadət Abdulovadan almışdır. Bunda sonra reyestr idarəsinə getmiş, Səadət Abdulovaya məxsus evin sənədlərində olan səhvliyi düzəldə bilməmiş va sonuncunun ona verdiyi 600 manat məbləğində pulu öz ehtiyacları üçün xərcləmişdir, xx.xx.2021-ci il tarixdə o, Səadət Abdulovadan eyni məqsədlə yenidən 500 manat məbləğində pul almışdır. O, Səadət Abdulovadan pul aldıqdan sonra sonuncunun şübhələnməməsi üçün mütəmadi olaraq əlaqə saxlayaraq işlərin qaydasında olduğunu və narahat olmamasını bildirmişdir. Lakin onun Səadət Abdulovadan yenidən pul almaq niyyəti olduğundan xx.xx.2021-ci il tarixdə Səadət Abdulova ilə əlaqə saxlayaraq sənədlərin hazırlanmasında problem olduğunu və 2000 manat məbləğində pul lazım olduğunu bildirmiş və Səadət Abdulova onunla razılaşmışdır. Bundan sonra Xudat şəhərinə gedərək Səadət Abdulovadan sənədlərdəki olan səhvliyi düzəltmək adı ilə 2000 manat məbləğində pul almışdır. Bir müddət keçdikdən sonra o, yenidən Səaədət Abdulovadan pul almaq fikrinə düşmüş və Səadət Abdulova ilə əlaqə saxlayaraq sənədlərin düzəldiyini və qalan rüsumu ödəmək üçün 600 manat məbləğində pul lazım olduğunu bildirmiş və Səadət Abdulova onunla razılaşaraq 600 manat məbləğində pulu ona vermişdir. Daha sonra o, yenidən Səadət Abdulovadan pul almaq niyyətilə sonucuya yaşadığı evin qarşısında olan artırmanı evin sənədlərinə əlavə etdirəcəyini adı ilə 882 manat bir rüsuma görə, 242 manat bir rüsuma görə, 435 manat da bir rüsuma görə ödənilməsi adı ilə Səadət Abdulovadan ümumilikdə 1560 manat məbləğində pul istəmiş və Səadət Abdulova onunla razılaşmışdır. 2020-ci ilin fevral ayının sonrlarında o, tanışı taksi fəaliyyəti ilə məşğul olan Əli adlı şəxsin idarə etdiyi avtomobil ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gedərək Səadət Abdulovadan 1560 manat məbləğində pulu almışdır. Daha sonra Səadət Abdulovadan xidmət haqqı kimi 500 manat məbləğində pul istəmiş və Saədət Abdulova ona 500 manat məbləğində pul vermişdir. Bundan sonra 2020-ci ilin mart ayında onun pula ehtiyacı olduğundan yenidən Səadət Abdulovadan pul alacağını düşünərək sonuncuya yaşadığı evin qarşısında olan torpaq sahəsini evin çıxarışına əlavə etdirəcəyi adı ilə 850 manat məbləğində pul istəmiş, Səadət Abdulova onunla razılaşmış, 2020-ci ilin mart ayının əvvəlində Xudat şəhərində “Dairə” adlanan yerin yaxınlığında Əli adlı tanışının yanında Səadət Abdulovadan 850 manat məbləğində pulu almışdır. 2020-ci ilin mart ayının əvvəllərində Səadət Abdulova ona bildirmişdir ki, gəlini Nuranə ali təhsilli olsa da, heç bir yerdə iş tapa bilmir. Bundan sonra o, Səadət Abdulovadan yenidən pul alacağını fikirləşərək sonuncunun gəlini Nuranə işə düzəltdirəcəyi adı ilə 3000 manat məbləğində pul istəmiş, Səadət Abdulova isə oğlu Mahir və gəlini Nuranə ilə razılaşdıqdan sonra 2020-ci ilin mart ayının əvvəllərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində tanışı Əlinin idarə etdiyi avtomobilin içərisində Səadət Abdulovadan sonuncunun gəlini Nuranənin sənədlərini və 3000 manat məbləğində pulu götürmüşdür. Bundan bir gün sonra Səadət Abdulova ona zəng edərək 65 yaşı tamam olduğu üçün işlədiyi məktəbdə əmək müqaviləsinə xitam veriləcəyini, yalnız Təhsil Nazirliyindən xahiş olunarsa işdə yenidən işinə davam edə biləcəyini bildirmişdir. Həmin vaxt o, Səadət Abdulovaya Təhsil Nazirliyində tanışı olduğunu, ondan xahiş edə biləcəyini və bunun müqabilində 1000 manat alacağını bildirmişdir. Səadət Abdulova onunla razılaşmayaraq həmin iş üçün ona 500 manat məbləğində pul verəcəyini demiş və o Səadət Abdulova ilə razılaşaraq 2020-ci ilin mart ayının ortalarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində sonuncudan 500 manat məbləğində pul almışdır. Bundan sonra Səadət Abdulovaya vəd etdiyi işləri görmədiyi üçün sonuncu ilə əlaqəni kəsməyə çalışmışdır, bundan sonra 2020-ci ilin avqust ayınında Səadət Abdulova onunla əlaqə saxlayaraq yaşadığı mənzilə dəvət etmiş və o, Səadət Abdulovanın yaşadığı mənzilə getdikdən sonra polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə dəvət edilmiş və izahatı alınmışdır. Bunda başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs5 qızı təxminən 10 il bundan əvvəl Xaçmaz Rayon Məhkəməsində işləyərkən tanımışdır. 2019-cu ilin dekabr ayının sonlarında o Xaçmaz raayonunda yerləşən “Bərəkət” adlı marketdən olan zaman Zərərçəkmiş şəxs5 ilə rastlaşmış və söhbət zamanı Zərərçəkmiş şəxs5 övladı üçün 70 manat aliment aldğını öyrənmiş və Zərərçəkmiş şəxs5 həmin aliment məbləğini artıra biləcəyini və bunun üçün 470 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 buna razılaşmış və xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı evə getmişdir. Həmin ünvanda Zərərçəkmiş şəxs5 övladı Lalə Səlimovanın sənədələrinin surətini və 470 manat məbləğində pulu aliment məbləğinin artacağı barədə vədi alaraq getmiş, təxminən 1 həftə sonra, Zərərçəkmiş şəxs5 qeyd edilən sənədləşmə işləri üçün əlavə olaraq 200 manat məbləğində pul lazım olduğunu deyərək, yenidən sonuncudan 200 manat məbləğində pul alaraq, ümumilikdə 670 munat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs5 ilə əlaqə saxlayaraq sonuncunun qızı Lalə Səlimovanın gözünün görməsində zəiflik olduğundan soslal pensiya düzəldə biləcəyini və bunun üçün 1200 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 isə onunla razılaşmış, lakin 1000 manat məbləğində pulunun olduğunu demişdir. Bundan sonra o, tanışı taksi fəaliyyəti ilə məşğul olan Əli adlı şəxsdən həmin 1000 manat məbləğindəki pulu Zərərçəkmiş şəxs5 işlədiyi “Bərəkət” marketdən götürərək ona gətirməsini xahiş etmişdir, xx.xx.2022-ci il tarixdə Əli adlı şəxs Zərərçəkmiş şəxs5 1000 manat alaraq ona gətirmişdir. Bunda başqa o, bildirmişdir ki, Xaçmaz şəhərində yerləşən “Şokki-Mokki” adlı kafeyə müştəri qismində gedərkən həmin kafedə işləyən Hicran adlı qadın ilə tanış olmuşdur. O Hicran adlı qadın ilə söhbət edərkən sonuncunun ərinin vəfat etməzdən əvvəl zamin olduğu şəxsə görə banka pul ödəmiş və həmin pulu geri almaq istədiyini öyrənmişdir. Bundan sonra o Hicrana məhkəmə vasitəsilə həmin pulu geri ala biləcəyini bunun qarşlığında isə 600 manat alacağını demişdir. xx.xx.2020-ci il tarixdə Hicranın işlədiyi kafeyə gedərək sənədləri və 600 manat məbləğində pulu götürmüş və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə Hicrandan 1300 manat məbləğində borc pul almışdır. Daha sonra o, Zərərçəkmiş şəxs7 sonuncunu Sumqayıt şəhərində yerləşən bağçaların birinə işə düzədəcəyi adı ilə 650 manat pul istəmiş və Zərərçəkmiş şəxs7 onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə o, Zərərçəkmiş şəxs7 yaşadığı evin qarşısında sonuncudan Sumqayıt şəhərində yerləşən bağçaların birinə işə düzəltmək adı ilə 650 manat və səndələrini almışdır. Daha sonra Zərərçəkmiş şəxs7 polisə şikyət etdiyi üçün o, sənədləri qaytarsa da, Zərərçəkmiş şəxs7 aldığı 2550 manat məbləğində pulu geri qaytarmamışdır. Bunda başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs6 məhkəmədə işlədiyi vaxtdan tanıyır. Belə ki, Zərərçəkmiş şəxs6 qızının əmlak məsələsi üçün Xaçmaz rayon Məhkəməsinə müraciət etməsi nəticəsində tanış olmuşdurlar və aralarında münasibət yaranmışdır. Təxminən 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs6 ona özünə məxsus torpaq sahəsini çıxarış almaq üçün müraciət etmək istədiyini lakin sənədləşmədən anlayışı olmadığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs6 həmin sənədləşmə işinə kömək edəcəyini və bunun müqabilində 800 manat məbləğində pul alacağını bildirmişdir. Zərərçəkmiş şəxs6 onunla razılaşmış və o, 2018-ci ilin avqust ayında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Zərərçəkmiş şəxs6 sonuncuya məxsus torpaq sahəsinə çıxarış alacağı adı ilə 800 manat məbləğində pul almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs6 pensiya düzəldə biləcəyini bildirmiş və Zərərçəkmiş şəxs6 onunla razılaşmışdır. Bundan sonra o, 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs6 sonuncuya pensiya düzəldəcəyi adı ilə 1140 manat Ümumilikdə isə 1940 manat məbləğində pul almışdır. Bunda başqa o, bildirmişdir ki, X14 təxminən 10-11 ildir tanıyır. 2020-ci ilin fevral ayının əvəlində o, Xaçmaz şəhərində yerləşən “Zeytun" kafesində olan zaman Şəhla Abbasova ilə rastlaşmış və sonuncunun pulunun olub-olmaması öyrənmək üçün Şəhla Abbasovaya pensiya düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Şəhla Abbasova ona pulunun olmadığını bildirmişdir. Təxminən 5-6 ay sonra, yəni 2020-ci ilin iyul ayının sonlarında o, Xaçmaz şəhərində yerləşən “Zeytun” kafesində Şəhla Abbasova ilə görüşərək sonuncuya 1500 manat qarşılığında pensiya düzəldəcəyini demişdir. X62 həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Bundan sonra o, Şəhla Abbasovaya nə qədər pulu varsa verməsini bildirdikdən sonra sonuncu üzərində olan 120 manat məbləğində pulu ona vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Şəhla Abbasova ilə əlaqə saxlayaraq 300 manat məbləğində pul lazım olduğunu lakin pandemiya ilə əlaqədar Xaçmaz rayonuna gələ bilməcəyini demişdir. xx.xx.2020-ci il tarixdə Şəhla Abbasova “Rabitəbank” vasitəsilə ona 381 manat pul göndərmiş və o, həmin pulu öz əhtiyacları üçün xərcləmişdir. xx.xx.2020-ci il tarixdə o, Şəhla Abbasovaya zəng edərək pensiyanın düzəlməsi üçün 1000 manat lazım olduğunu demişdir. xx.xx.2020 ci il tarixdə Şəhla Abbasova yenidən “Rabitəbank” vasitəsilə ona 1000 manat pul göndərmiş və o, xatırlamadığı bank fiallarının birindən həmin pulu götürmüşdür. Bundan sonra o, Şəhla Abbasova şübhələnməsin deyə mütəmadi olaraq sonuncu ilə əlaqə saxlamışdır. Bundan başqa o bildirmişdir ki, Zərərçəkmiş şəxs8 Xaşmaz Rayon Məhkəməsində işlədiyi vaxtdan, təxminən 10 ildən çoxdur tanıyır. 2019-cu ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs8 yaşadığı evdə olan zaman sonuncunun arvadı Ruxsarə Çələbiyevə 7 övladının olduğuna görə pensiya düzəldə biləcəyini və bunun qarşılığında 2000 manat məbləğində pul alacağını demişdir. Bundan 3-4 gün sonra Zərərçəkmiş şəxs8 arvadı Ruxsarə Çələbiyevə pensiya düzəltməsi üçün yaşadıqları evədə ona 2000 manat məbləğində pul vermişdir. Bundan sonra o, Ruxsarə Çələbiyevin pensiya işinin düzəldiyini lakin 140 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğunu bildirərək, 2020-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs8 yenidən 140 manat məbləğində pul almışdır. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2020-cu ilin iyul ayında o və X63 şəhərində olarkən Cumalı Rəna ilə ona Yadığar adlı iş yoldaşının oğlunun yol nəqliyyat hadisəsi törətməsini, vurduğu şəxsin öldüyünü və Göygöl RPŞ-də araşdırma aparılmasını və hüquqi yardım göstərmələrini demişdir. O, Zərərçəkmiş şəxs1 ilə razılaşmış, bundan sonra Zərərçəkmiş şəxs1 tanışı Yadiğarı yaşadığı evə dəvət etmişdir. xx.xx.2020-ci il tarixdə o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaşadığı evdə olan zaman Yadiğar və sonuncunun tanışı Siyavuş da Zərərçəkmiş şəxs1 yaşadığı evə gəlmiş və Zərərçəkmiş şəxs2 oğlu Emin Məmmədovun cinayət işinin həll olunması üçün ona 10000 (on min) manat məbləğində pul vermişdirlər. Bundan sonra o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən çıxaraq taksi ilə avtovağzala getmişdirlər. O, Təqsirləndirilən şəxs2 ilə taksidə olan zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 oğlu Emin Məmmədovun işini həll edəcəyini deyərək həmin 10000 (on min) manat məbləğində pulu almışdır. O, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxslə barışmasını və Emin Məmmədovun övladlarının sənədlərini təqdim etmələrini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 oğlu Emin Məmmədovun cinayət işinin ibtidai istintaqda xitam olunmadığı üçün pulu geri istədikdə, Rəna Zərərçəkmiş şəxs2 oğlu Emin Məmmədovun işini həll etdiyini heç bir ödəniş etməyəcəyini demişdir. O dəflərlər Təqsirləndirilən şəxs2 həmin pulu qaytarmağı tələb etsə də, Təqsirləndirilən şəxs2 pulu qaytarmaqdan imtina etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 onu əvvəllər Təqsirləndirilən şəxs2 aldığı pullarla bağlı onu şikayət edərək tutdurmaq ilə təhdid etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 2019-cu ilin aprel ayından tanıyır. Həmin şəxsi əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. Belə ki, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 Gəncə şəhərində tanıdığı Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasovun cinayət törətdiyini və işinin həll edilməsi üçün köməklik edəcəklərini demişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhərinə Zərərçəkmiş şəxs1 yaşadığı evinə gedərək sənədlərlə tanış olmuş və vəkil ilə məsləhətləşməyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onlara evini satmaq istədiyini və oğlunun işi üçün istifadə edəcəyini bildirmişdir. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Səadət Abdulovadan birinci dəfə xx.xx.2020-ci il tarixdə torpağa dair sənədi düzəldəcəyi adı ilə 900 manat, xx.xx.2020-ci il tarixdə yenidən torpağa dair sənədi düzəldəcəyi adı ilə 500 manat, xx.xx.2020-ci il tarixdə yenidən torpağa dair sənədi düzəldəcəyi adı ilə 2000 manat, daha sonra torpağa çıxarış almaq üçün rüsum adı ilə xx.xx.2020-ci il tarixdə 600 manat, borpağa dair sənədi düzəltmək adı ilə əlavə olaraq xx.xx.2020-çi il tarixdə 600 manat, Sadət Abdulovanın yaşadığı evə bitişik olan atırma evə çıxarış almaq adı ilə 1560 manat, 20-ci ilin fevral ayının sonunda xidmət haqqı olaraq 500 manat, Səadət Abdulovanın aşadığı evin qarşısında olan boş torpaq sahəsini sonuncunun yaşadığı evin həyətyanı torpaq sahəsinə çıxarışla birləşdirəcəyi adı ilə 2020-ci ilin mart ayının əvvəllərində 850 manat, Səadət Abdulovanın gəlini Nuranəni işə düzəldəcəyi adı ilə 2020-ci ilin mart ayının əvvəllərində 3000 manat, Səadət Abdulovanın əmək müqaviləsinin vaxtının uzadılması adı ilə 2020-ci ilin mart ayının ortalarında 500 mant olmaqla, ümumilikdə 10710 manat pu almış, bundan başqa o, Zərərçəkmiş şəxs5 birinci dəfə sonuncunun övladına təyin olunmuş aliment miqdarını artırmaq adı ilə 14.02,2020-ci il tarixdə 470 manat, xx.xx.2020ci il tarixdə isə eyni məqsədlə 200 manat, daha sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 sonuncun qızı Jaləyə sosial pensiya düzəldəcəyi adı ilə 1000 manat məbləğində ümumilikdə 1670 manat məbləğində pul almış və həmin puldan 150 manatın qaytarmış, bunda başqa o, 18.02.20-ci il tarixdə Zərərçəkmiş şəxs7 sonuncun vəfat etmiş ərinin zamin olduğu şəxsin xeyrinə banka ödədiyi kredit borcunu geri almaq adı ilə 600 manat, xx.xx.2020-ci il tarixdə 1300 manat məbləğində borc, xx.xx.2020-ci il tarixdə isə Hicra Sultanovandan Sumqayıt şəhərində yerləşən bağçaların birinə işə düzəldəcəyi adı ilə 650 manat məbləğində pul almış, bundan başqa Zərərçəkmiş şəxs6 sonuncuya məxsus Xaçmaz rayonu, Aşağı-Zeyid kəndində olan torpaq sahəsinə çıxarış düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin avqust ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində 300 manat, bundan başqa eyni məqsədlə 2018-ci ilin avqust ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində 120 manat, bundan başqa eyni məqsədlə 2018-ci ilin avqust ayının əvvəllərində Xaçmaz, şəhəri, Bakı prospektində 170 manat, bundan başqa eyni məqsədlə 2018-ci ilin avqust ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində 170 manat, bundan başqa eyni məqsədlə 2018-ci ilin avqust ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Xaçmaz rayon avtovağzalında 170 manat, daha sonra Zərərçəkmiş şəxs6 pensiya düzəltdirəcəyi barədə yalan vəd verib aldadaraq 2018-ci ilin avqust ayının ortalarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Xaçmaz rayon avtovağzalının içərisində 500 manat, bundan başqa eyni məqsədlə 2018-ci ilin avqust ayının 20-də Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Xaçmaz rayon avtovağzalının içərisində 100 manat, bundan başqa, eyni məqsədlə 2018ci ilin avqust ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində 150 manat, bundan başqa, eyni məqsədlə 2018-ci avqust ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində 100 manat, bundan başqa, eyni məqsədlə 2018-ci ilin avqust ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində 290 manat pul almış və vəd verdiyi işləri görmək üçün heç bir hərəkət etməmiş, bundan başqa o, Şəhla Abbasovadan sonuncunu əmək pensiyasına çıxaracağına dair vəd verib 2020-ci ilin iyun ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” kafesində 120 manat, xx.xx.2020-ci il tarixdə həmin iş üçün əlavə olaraq bank vasitəsi ilə 381 manat, bundan başqa xx.xx.2020-ci il tarixdə əlavə olaraq yenə də həmin iş üçün bank vasitəsi ilə 1000 manat pul almış, taksi kimi Əli adlı tanışından istifadə etmiş, bundan başqa hüquqi yardım göstərmək səlahiyyəti olmamış, Zərərçəkmiş şəxs2 aldığı 10000 (on min) məbləğində olan pulu Təqsirləndirilən şəxs2 vermiş, onun Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 aldığı 36000 (otuz altı min) manat məbləğində olan puldan məlumatı olmamışdır. Məhkəməyə ərizə təqdim edərək Xaçmaz epizodları üzrə özünü tam təqsirli bilmiş, bu epizodlar üzrə sənədlərin tədqiq edilməməsini, zərərçəkmiş şəxslərin və şahidlərin dindirilməməsini xahiş etmiş, iş üzrə zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Yadigar Məmmədova münasibətdə özünü təqsirli bilməmiş, məhkəmədən onun səhhətini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında oğlu X7 rayonu, Balçılı kəndində idarə etdiyi avtomobillə piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxtlarda işdə olan zaman onunla birlikdə X58 limanında gözətçi işləyən Zərərçəkmiş şəxs1 hadisəni eşitmiş və bildirmişdir ki, tanış vəkili var, həmçinin məhkəmədə işləyən tanışı olduğunu həmin şəxslərin oğlu Eminin barəsində olan cinayət işini məhkəmənin vasitəsi ilə yoluna qoyub oğlunun işini həll edə biləcəklərini demişdir. O, Cumalıya inandığı üçün həmin şəxslərlə görüşməyə razılıq vermişdir. Bundan iki-üç gün sonra Cumalı ona zəng edərək işi görəcəkləri adamların gəldiyini və görüşüb söhbət etmək istədiklərini demişdir. xx.xx.2020ci il tarixdə qaynının oğlu Siyavuşla birlikdə Gəncə şəhərinə Cumalının evinə getmişdirlər. Həmin yerdə Cumalı onu əvvəllər tanımadığı adlarını sonradan bildiyi X37 və adını Rəna kimi bildiyi şəxslərlə tanış etmişdir. Bundan sonra Hüseynova İlahə vəkil olduğunu, Rəna isə məhkəmə işçisi olduğunu, oğlu Emin barəsində olan cinayət işini məhkəmədə xitam etdirəcəyini, bunun üçün 10000 (on min) manat pul verməli oduğunu bildirmişdirlər. O razılaşmış və Cumalının evində 10000(on min) manat pulu X22 vermiş, İlahə pulu sayıb götürmüş, bu zaman qohumu Siyavuş bu barədə onlara hər hansı bir sənəd vermələrini bildirdikdə Hüseynova İlahə 10000 (on min) min manat pul götürməsini təsdiq etmək üçün adi bir vərəqə iltizam yazmış, həmin vərəqi X37, Rəna adlı qadın, iş yoldaşı Zərərçəkmiş şəxs1 və qohumu Siyavuş imza etmişdirlər. O, həmin yazı olan vərəqi araşdırma zamanı polisə təqdim etmişdir. İlahə pulu götürdükdən sonra 2 gün ərzində onunla əlaqə saxlayacağını demiş, daha sonra həmin yerdən getmişdirlər. Daha sonra gecə saatlarında Hüseynova İlahə qohumu Siyavuşa zəng edərək görüşməyi demişdir. O, Siyavuşla birlikdə Gəncə şəhərində yerləşən “Gəncə” otelə getmişdirlər. Həmin yerdə Hüseynova İlahə və Rəna adlı şəxslərlə görüşmüşlər. Bu zaman Rəna lazımi şəxslərlə əlaqə saxladığını və işi yoluna qoyduğunu bildirmişdir. Bu səbəbdən o, həmin şəxsləri evinə dəvət etmiş və taksi ilə Göygöl rayonu Xaqani kəndinə getmişdirlər. Həmin vaxt Rəna və İlahə oğlu Eminin barəsində olan cinayət işini danışıb həll etdiklərini bir dəfə məhkəmədə imza edəcəklərini və bununla işin xitam olunacağını demişdilər. Daha sonra müstəntiq oğlunu polis şöbəsinə dəvət etmiş və istintaqın yekunlaşması ilə bağlı cinayət işi ilə tanış etmişdir. Həmin vaxtlarda Hüseynova İlahə və Rəna adlı şəxslər yenədə narahat olmamaqlarını məhkəmədə işi xitam etdirəcəyini demişdirlər. Oğlunun barəsində olan cinayət işi məhkəməyə göndərildikdən sonra o, anlamışdır ki, Hüseynova İlahə ümumiyyətlə vəkillik fəaliyyəti ilə məşğul olmur, həmçinin Rəna adlı qadın da heç bir yerdə işləmir. Bu səbəbdən o, Rəna və İlahədən pulunu geri tələb etmişdir. O, pulu istədikdən sonra Hüseynova İlahə yanına gələrək müxtəlif bəhanələr gətirərək avtotexniki ekspertizaya 5500 (beş min beş yüz) manat verdiklərini, əlavə 2000 manat dəqiq bilmədiyi ünvana verəcəyini və probasiya müddətində də 2000 manat ödəyəcəyini demişdir. O, isə İlahənin aldatdığını pulunu qaytarmasını tələb etmiş, İlahə isə ona heç bir məbləğdə pul qaytarmayacağını demişdir. O, bu barədə ərizə vermək qərarına gəlmişdir. Sonda o, Təqsirləndirilən şəxs2 ilə barışdığını və ona Rəna tərəfindən vurulan ziyanın tam olaraq ödənildiyini bildirərək ondan şikayətçi olmadığını bildirmiş, İlahə Hüseynova barəsində isə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin şəxsləri iş yoldaşı Zərərçəkmiş şəxs1 tanış etmiş, əvvəllər həmin şəxsləri tanımamışdır, O, 10000 manat pulu verən zaman əvvəlcə ehtiyat etmiş, lakin Cumalı qabaqda özünün olduğunu həmin şəxsləri yaxşı tanıdığını əgər işdə nəsə çətinlik olsa pulunu özünün qaytaracağını demiş, bu səbəbdən o inanıb pulu vermişdir. X37 özünü vəkil kimi təqdim etmiş və Rəna adlı qadın isə məhkəmə işçisi kimi təqdim etmiş, lakin hansı məhkəmədə işlədiyini deməmişdir, bundan sonra o, həmin şəxslərə 10000 (on min) manat pulu oğlu Eminin barəsində olan cinayət işini xitam etdirmək məqsədi ilə vermişdir. Həmin şəxslərə pulu verən zaman onu Rəna və İlahə ilə tanış edən iş yoldaşı Zərərçəkmiş şəxs1, qohumu Siyavuş Hüseynov olmuşdur. Bundan başqa Rəna və İlahə ondan pulu aldıqdan sonra İlahə Hüseynova 10000 manat pulu götürməsi barədə yazmış və həmin iltizamı İlahənin özü, Rəna adlı qadın, Zərərçəkmiş şəxs1 və Hüseynov Siyavuş imza etmişdirlər. Həmin şəxslər heç kimin adını çəkməmişlər, sadəcə olaraq Bakı şəhərində olan adamları ilə iş gördüklərini demişdirlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1Telman qızını və Təqsirləndirilən şəxs2 2019-cu ilin oktyabr ayında qohumu Adilənin vasitəsi ilə tanımışdır. Belə ki, oğlu X40 qızı Gülmiranı və sonuncunun əri Amil İsmayılovu bıçaqlamışdır. Həmin hadisə ilə əlaqədar Gəncə şəhər prokurorluğunda cinayət işinin istintaqı aparılmışdır. Cinayət işi Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəməyə göndəriləndən sonra o, oğlu Ruslanı buraxdırmaq istəmişdir. Həmin vaxt tanışları Adilə adlı qadın Bakı şəhərində İlkin adlı şəxslə danışıb onlara köməklik etməsini xahiş etmişdir. Adilə hal-hazırda Türkiyə Respublikasında yaşayır. Adilə Türkiyə Respublikasına gedəndən sonra İlkin adlı şəxs ona zəng edib Rəna adlı qadın onların işinə köməklik göstərməsi üçün Gəncə şəhərinə gələcəklərini bildirmişdir. Sonra Rəna ona zəng edib İlkinin dediyini və onların işlərini danışmaq üçün Gəncə şəhərinə gələcəyini demişdir. Rəna Gəncə şəhərinə gələndə İlahə adlı qadınla bir yerdə gəlmişdir. İlahə və Rəna onların evinə gəlib oğlunun işi ilə tanış olmuşdurlar. Həmin sənədləri götürüb getmişdirlər. Təxminən 1 həftədən sonra Rəna ona zəng edib bu işi danışdığını və qaydasına qoya biləcəyini deyib Gəncə şəhərinə gələcəyini demişdirlər. O, Rəna ilə İlahəni qohumları Esmiragilin evinə aparmışdır. Orada Rəna və İlahənin oğlunun işinin həllinə dair etmiş olduqları söhbət zamanı səslərini yazmışdırlar, Rəna və İlahə onu oğlu X68 Cinayətlər Məhkəməsindən azadlığa buraxdıracaqlarına inadırmışdırlar. Bunun müqabilində 30000 manat pul istəmişdirlər. O, da Rənaya evini satıb həmin pulu verə biləcəyini demişdir. Rəna həmçinin Ruslanın əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29,120.2.7-ci maddələrindən həmin məcəllənin 126-cı maddəsinə tövsif etdirəcəyini demişdir. Onun İlahə və Rəna ilə aralarında baş vermiş razılaşma qohumu Esmiranın evində olmuş və həmin vaxt orda qızı Gülmira, qızı Esmira, qohumu Esmiranın oğlu Nürəddin, Rəna və İlahə olmuşdur. Daha sonra Rəna və İlahə Bakı şəhərinə qayıtmışdırlar. Təxminən 1 həftə sonra qohumu Esmira ona Rənanın oğlu Ruslanın işi üçün 2000 manat məbləğində pul istədiyini bildirmişdir. O, pulu olmadığı üçün Esmiradan pul tapmasını və Rənaya göndərməsi xahiş etmişdir. Bundan sonra Esmira poçt vasitəsi ilə 2000 manatı Rənaya göndərib poçtun çekini ona vermişdir. Bundan təxminən 1 həftə sonra Rəna yenə də Esmiraya zəng edərək, Ruslanın işi üçün 3000 manat məbləğində pul istədiyini bildirmişdir. O pulu olmadığı üçün yenidən Esmiradan pul tapmasını və Rənaya göndərməsi xahiş etmişdir. Bundan sonra Esmira da poçt vasitəsi ilə 3000 manatı Rənaya göndərib poçtun çekini ona vermişdir. Bu adla Rəna bir neçə dəfə ondan pul almışdır. Bütün pulların çekləri onda durmuşdur. xx.xx.2020-ci il tarixdə oğlu Ruslanın işi üçün 500 manat, xx.xx.2020-ci il tarixdə də İlahə zəng edib oğlu Ruslanın işi içün 200 manat poçtla pul göndərmişdir. O, yaşadığı evi satdıqdan sonra Rənaya demişdir ki, “evi satmışam yerdə qalan pul hazırdır”. xx.xx.2020-ci il tarixdə Rəna Bakı şəhərindən Gəncəyə gəldiyini demişdir. xx.xx.2019-ci il tarixdə gecə saat 03 radələrində Rəna Gəncə şəhərinə gəlmişdir. O, 22000 manat pulu qohumu Esmiranın evində oğlu Ruslanın işini həll etmək məqsədi ilə vermişdir. Həmin vaxt Rəna taksi avtomaşını ilə tək gəlmiş, İlahə olmamışdır. O, Rəna və İlahədən nə üçün oğlunu azadlığa buraxdırmadığını soruşanda İlahə və Rəna ona “Ruslana 18 il müddətində azadlıqdan məhrum etmə cəzası veriləcəkdir”, lakin onlar danışıb oğlunun işini 11 il 3 ay müddətinə azaltdıqlarını oğlu Ruslanı Apellyasiya məhkəməsi ilə buraxdıracağını demişdirlər. Bundan sonra o, Rənanın deməsi ilə oğlu Ruslana Aplyasiya şikayəti yazdırmış və Rənaya göndərmişdir. Bundan sonra Rəna ondan apelyasiya şikayətinin qeydiyyata alınması üçün 400 manat məbləğində pul lazım olduğunu bildirmiş və o, Rənaya 400 manat məbləğində pulu poçt vasitəsilə göndərmişdir. Apelyasiya şikayətinə baxılan zaman Rəna onu əmin etdirmiş ki, Ruslan bu dəfə buraxılacaqdır. Apellyasiya məhkəməsi olmuş, lakin yenə də Ruslan buraxılmamış, Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. O, Rəna və İlahədən ona verdikləri vədi yerinə yetirmələrini tələb etmişdir. İlahə və Rəna bu dəfə də ona müxtəlif bəhanələr gətirmişdirlər. Rəna ona “Apelyasiya məhkəməsi Ruslanın işindən 1 il azaldırdılar, lakin mən qoymadım” sözünü demişdir. Rəna Amnistiya qərarı ilə Ruslanı buraxdıracağına söz vermişdir. Bunun üçün Rəna onun əlavə olaraq 6000 manat xərci çıxacağını demişdir. 2020-ci ilin iyul ayının sonlarında o, Rənaya hissə-hissə olaraq poçt vasitəsi ilə və Gəncə şəhərində əlbəəl Rənaya pulu vermişdir. Buna baxmayaraq onun oğlu bugünə kimi həbsdədir. O, Rənadan oğlunun işini maraqlandıqda Rəna hər dəfə müxtəlif bəhanələr gətirdikdə onu aldatdığını başa düşmüşdür. Bundan sonra o polisə şikayət etmişdir. Sonda o, Təqsirləndirilən şəxs2 ilə barışdığını və ona Rəna tərəfindən vurulan ziyanın tam olaraq ödənildiyini bildirərək ondan şikayətçi olmadığını, Hüseynova İlahə barəsində isə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdir. İlahədən şikayətçidir. İlahə ona dəymiş ziyanı ödəməmişdir.Onun iştirakı olmadan məhkəmə iclasının keçiriləsini və İlahənin cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğuldur. O, Xaçmaz şəhərində yerləşən “Şokki-Mokki” adlı kafedə aşpaz işləmişdir. Həmin kafeyə müştəri olaraq gələn İlahə adlı qadın ilə tanış olmuş və söhbət etməyə başlamışdır. Söhbət zamanı o, İlahəyə ərinin vəfat etdiyini və vəfat etməmişdən əvvəl zamin olduğu şəxsin xeyrinə banka pul ödədiyini bildirmişdir. Bundan sonra İlahə ona həmin ödənilən pulu geri qaytara biləcəyini və bunun müqabilində 600 ödəniş etməli olduğunu demiş və o, İlahə ilə razılaşmış, xx.xx.2020-ci il tarixdə işlədiyi kafedə vəfat edən ərinə aid sənədləri və 600 manat məbləğində olan pulu İlahə vermişdir. xx.xx.2020-ci il tarixdə İlahə onun işlədiyi həmin kafeyə gələrək 1300 manat pul istəmiş və həmin 20 radələrində o, 1300 manat məblğindəki pulu İlahə borc olaraq işlədiyi kafenin qarşısında vermişdir. xx.xx.2020-ci il tarixdə İlahə onun yaşadığı evə gəlmiş və onu Sumqayıt şəhərində yerləşən bağçaların birinə işə düzəldə biləcəyini bunun müqabilində isə ondan 650 manat məbləğində pul alacağını demişdir. Lakin onun pulu olmadığından İlahədən ona bir az müddət verməsini xahiş etmiş və xx.xx.2020-ci il tarixdə saat 08 radələrində yaşadığı evin qarşısında 650 manat məbləğində pulu İlahə vermişdir. Bundan sonra o, dəfələrlə İlahə ilə əlaqə saxlayıb işin gedişatı barədə soruşduqda İlahə ona müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, aldadıldığını bilib polisə şikayət etmişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs7 bildimişdir ki, Təqsirləndirilən şəxs1 ümumilikdə 2550 manat məbləğində pul vermiş, o şikayət etdikdən sonra İlahə ona məxsus sənədləri qaytarsa da, 2550 manat məbləğdən heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Nərəcan kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olur. Təxminən 10-15 iln bundan əvvəl onun məhkəmədə torpaq məsələsi ilə bağlı iddiası olmuş və həmin vaxtdan İlahəni tanımışdır. İlahə məhkəmədə işlədiyindən, həmin vaxtı ona məhkəmə işlərinin həll olmasında köməklik etmişdir. Beləliklə onunla münasibətləri yaranmışdır. Həmin münasibət nəticəsində hətta, İlahə evlərinə bir neçə dəfə gəlib getmişdir. Beləliklə onların ailəvi olaraq İlahəyə etibarı yaranmışdır. 2019-cu ilin dekabr ayın da İlahə onun evində olan zaman arvadı Ruxsarəyə 7 övladı olduğu üçün 2000 manat qarşılığında pensiya düzəldə biləcəyini demişdir. X64 ilə razılaşmış və o, İlahə 2019-cu ilin ortalarında yaşadığı evdə İlahəyə arvadı Ruxsarəyə pensiya düzəltməsi üçün 2000 manat məbləğində pul vermişdir. Bundan sonra o, Rusiya Federasiyasına işləmək üçün getmiş və həmin vaxt arvadı Ruxsarə onunla əlaqə saxlayaraq İlahənin yenidən pul istədiyini bildirdikdə, o arvadı Rüxsarəyə İlahəyə heç bir məbləğdə pul verməməyi özü gəldikdən sonra İlahəyə pul verəcəyini demişdir. O, 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasına qayıtdıqdan sonra İlahə ilə əlaqə saxlamış və İlahəyə 140 manat məbləğində pul vermişdir. İlahə ondan ümumilikdə 21040 manat məbləğində pul alsa da, heç bir iş görməmiş və aldadıldığını bilərək polisə şikəyət etmişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs8 bildirmişdir ki, İlahə ondan arvadına pensiya düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2019-cu ilin dekabr ayının ortalarında Xaçmaz rayonu, Nərəcan kəndində yaşadığı evdə 2000 manat, bundan başqa, yenə də eyni məqsəd üçün 2020-ci ilin yanvar ayının sonlarında 140 manat pul almışdır. İlahəyə verilən 2140 mant pul ona məxsusdur. İlahənin ona əvvəlcədən 60 manat borcu var imiş, ona görə o, İlahənin ona verməli olduğu pulun miqdarını 2200 manat yazmışdır. O, İlahəyə hər dəfə pul verən zaman, yaşadığı evdə verdiyinə görə, bunu oğlu Səid və arvadı Rüxsarə görmüşdür. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, onun 2018-cı ildə ögey qızı ilə əmlak mübahisəsi olmuş və bu səbəbdən Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 ilə tanışlığı elə 2018-ci ilə təsadüf edirmiş. Belə ki, əmlak mübahisəsinin həllində, məhkəmədə Təqsirləndirilən şəxs1 ona köməklik etmişdir. Bundan sonra, İlahə ilə aralarında münasibət yaranmışdır. Daha sonra, məhkəmə qərarı ilə, onun adına 0,8 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə necə çıxarış ala biləcəyi barədə o, İlahə ilə məsləhətləşəndə, İlahə ona bu işlərdən bildiyini, onun hər yerdə tanışı olduğunu bildirmişdir. O, isə buna görə, İlahə ilə razılaşmış və İlahəyə onun torpaq sahəsinə çıxarış alması üçün məhkəmənin qərarını, həyətyanı sahənin kitabçası və evin çıxarışını vermişdir. Daha sonra, İlahə ondan buna görə 800 manat pul istəmişdir. Oda İlahə ilə razılaşmış və 2018-ci ilin avqust ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektində 300 manat, bundan təxminən 2-3 gün sonra yenə də, Xaçmaz şəhəri, Bakı prospektində 120 manat, bundan başqa həmin vaxtdan 3-4 gün sonra yenə də eyni yerdə 170 manat, bundan başqa 2018-ci ilin avqust ayının ortalarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, Xaçmaz rayon avtovağzalının qarşısında 170 manat vermişdir. Daha sonra, yenə İlahə ona işdir ki, “sənə pensiya da düzəldə bilərəm”. O, isə İlahədən düzəltməsini istədikdə, İlahə bu işə görə ondan 1140 manat pul istəmişdir. O, isə fikirləşmişdir ki, pensiya yaşı çatmasa da pensiya ala bilsə onun üçün yaxşı olar. Ona görə də İlahə ilə razılaşmışdır və hissə-hissə həmin pulu İlahəyə verməyə başlamışdır. Belə ki, pensiya düzəltmək məsələsinə görə birinci dəfə 2018-ci ilin avqust ayının ortalarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, Xaçmaz rayon avtovağzalının içərisində 500 manat, bundan başqa, yenə də, təxminən 2018-ci ilin avqust ayının 20-də Xaçmaz rayon avtovağzalında 100 manat, bundan başqa eyni məqsədlə 2018-ci ilin avqust ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində 150 manat, daha sonra yenə də Xaçmaz şəhəri, Bakı prospektində 100 manat, bundan başqa yenə də eyni məqsədlə, 2018-ci ilin avqust ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində 290 manat pul vermişdir. Beləliklə, ümumilikdə ona pensiya düzəltməsi üçün İlahəyə 1140 manat pul vermişdir. Əlavə suallara cavab olaraq suallar Zərərçəkmiş şəxs6 bildirmişdir ki, həmin pullar onun özünə məxsusdur. Onun Təqsirləndirilən şəxs1 pul verməyini heç kim görməmişdir. Təqsirləndirilən şəxs1 ondan, ona məxsus olan torpaq sahəsinə çıxarış düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla 800 manat, pensiya düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla 1140 manat pul almışdır. İlahə hər dəfə ondan pulları, adam adları çəkmədən, sadəcə tanıdığı vəzifəli şəxslərə verəcəyi adı ilə almışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs – mülki iddiaçı X41 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2007-2008-ci ildən tanımışdır. xx.xx.2020-ci il tarixdə o, Bakı şəhərindən Xaçmaz rayonuna gələrkən avtobusda İlahə ilə rastlaşmış və söhbət zamanı o, özünə məxsus Xaçmaz rayonu, Xudat şəhərində yerləşən torpaq sahəsinin sənədlərində səhvlik olduğunu bildirmişdir. Bundan sonra İlahə ona həmin sənədlərdəki səhvlikləri aradan qaldıracağını və bunun müqabilində 600 manat məbləğində pul alacağını bildirmişdir. Daha sonra İlahə onun yaşadığı Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən evinə getmiş və 600 manat məbləğində pulu ondan almışdır. xx.xx.2020-ci il tarixdə İlahə ondan yenidən 500 manat məbləğində pul almışdır. İlahə ondan pul aldıqdan sonra mütəmadi olaraq əlaqə saxlayaraq işlərin qaydasında olduğunu və narahat olmamasını bildirmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə İlahə onunla əlaqə saxlayaraq sənədlərin hazırlanmasında problem olduğunu və 2000 manat məbləğində pul lazım olduğunu bildirmiş və o, İlahə ilə razılaşmışdır. Bundan sonra İlahə ondan sənədlərdəki olan səhvliyi düzəltmək adı ilə 2000 manat məbləğində pul almışdır. Bir müdət keçdikdən sonra İlahə onunla əlaqə saxlayaraq sənədlərin düzəldiyini və qalan rüsumu ödəmək üçün 600 manat məbləğində pul lazım olduğunu bildirmiş və o, İlahə ilə razılaşaraq 600 manat məbləğində pulu ona vermişdir. Daha sonra 24.02.200-ci il tarixdə yaşadığı evdə 600 manat məbləğində pulu İlahəyə vermişdir.Daha sonra İlahə ondan yaşadığı evin qarşısında olan artırmanı evin sənədlərinə əlavə etdirəcəyini adı ilə 882 manat bir rüsuma görə, 242 manat bir rüsuma görə, 435 manat da bir rüsuma görə ödənilməsi adı ilə Səadət Abdulovadan ümumilikdə 1560 manat məbləğində pul istəmiş və o yenidən İlahə ilə razılaşmışdır. 2020-ci ilin fevral ayının sonlarında İlahənin tanışı taksi fəaliyyəti ilə məşğul olan Əli adlı şəxsin idarə etdiyi avtomobil ilə Xaçmaz şəhəri, N.Nərimanov Küçəsinə gələrək ondan 1560 manat məbləğində pulu almışdır. Daha sonra İlahə onda xidmət haqqı kimi 500 manat məbləğində pul istəmiş və o, İlahəyə 500 manat məbləğində pul vermişdir. Bundan sonra 2020-ci ilin mart ayında İlahə ondan yaşadığı evin qarşısında olan boş torpaq sahəsini evinin çıxarışına əlavə etdirəcəyi adı ilə 850 manat məbləğində pul istəmiş, o İlahə ilə razılaşmış, 2020-ci ilin mart ayının əvvəlində Xudat şəhərində “Dairə” adlanan yerin yaxınlığında İlahə ondan 850 manat məbləğində pulu almışdır. 2020-ci ilin mart ayının əvvəllərində o, İlahəyə gəlini Nuranənin ali təhsili olsa da, heç bir yerdə iş tapa bilmədyini bildirmişdir. Bundan sonra İlahə ondan gəlini Nuranəni işə düzəltdirəcəyi adı ilə 3 manat məbləğində pul istəmiş, Səadət Abdulova isə oğlu Mahir və gəlini Nuranə ilə razılaşdıqdan sonra 2020-ci ilin mart ayının əvvəllərində gəlini Nuranənin sənədlərini və 3000 manat məbləğində pulu İlahəyə vermişdir. Bundan bir gün sonra o, İlahəyə zəng edərək 65 yaşı tamam olduğu üçün işlədiyi məktəbdə əmək müqaviləsinə xitam veriləcəyini, yalnız Təhsil Nazirliyindən xahiş olunarsa işdə yenidən işinə davam edə biləcəyini bildirmişdir. Həmin vaxt İlahə ona Təhsil Nazirliyində tanışı olduğunu, ondan xahiş edə biləcəyini və bunun müqabilində 1000 manat alacağını bildirmişdir. O, İlahə ilə razılaşmayaraq həmin iş müqabilində 550 manat məbləğində pul verə biləcəyini demiş, bundan sonra İlahə onunla razılaşmışdır. 2020-ci ilin mart ayının ortalarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində o, İlahəyə 550 manat məbləğində pul vermişdir. Bundan sonra İlahə ilə əlaqə saxlamağa çalışsa da, İlahə onun zənglərinə cavab verməmiş və o aldadıldığını zənn eləmişdir. Daha sonra oğlu Murad ona İlahənin dələdzuluq etdiyini bildirmiş və heç bir sübutları olmadığından ona İlahəni yaşadıqları evə çağırmasını və İlahəyə verdiyi pulları etiraf etməsini və həmin vaxt o ,çəkilş etməsini təklif etmişdir. O, oğlu Murad ilə razılaşmış və İlahəyə zəng edərək yaşadığı evə dəvət etmişdir. İlahə ilk dəfə imtina etsə də, sonradan onun yaşadığı evə gəlmiş və ondan aldığı pulları etiraf etmiş, bu zaman oğlu Muradın qoşduğu kamera ilə bütün etiraf qeydə alınmışdır. Söhbət zamanı İlahə ona bütün pulunu 3 ay ərzində verəcəyini desə də yenidən vədinə əməl etməmiş və bu barədə polisə şikayət etmişdir. Məhkəmədən təqsirləndirilən şəxs – mülki cavabdeh Hüseynova barəsində ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X23 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İlahədən şikayətçidir. İlahə ona dəymiş ziyanı ödəməmişdir. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və İlahənin cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X23 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ailə daxili yaranmış problemlərlə əlaqədar işləmək məcburiyyətində qalmışdır. Özü üçün iş axtaran zaman, ona Xaçmaz şəhərində yerləşən “Zeytun” adlı restorana gedib maraqlanmağını məsləhət bilmişlər və o, gedib həmin restoranda işlə maraqlananada həmin restoranda onu şirniyyatçı kimi işə qəbul etmişlər. Orada işlədiyi müddətdə İlahə adlı qadın həmin restorana müştəri qismində tez-tez gəlirmiş. Ancaq o, İlahəni birinci dəfə həmin restoranda tanımamışdır. Belə ki, təxminən 10 il bundan əvvəl ailə problemləri ilə bağlı məhkəməlik işləri olmuşdur. İlahəni də həmin vaxtdan məhkəmədə işləyən bir adam kimi tanımış və onunla heç bir yaxın münasibəti, eləcə də ədavət və düşmənçiliyi olmamışdır. Qeyd etdiyi kimi, Xaçmaz şəhərində yerləşən “Zeytun” adlı restoranda şirniyyatçı işləyən zaman İlahə oraya müştəri qismində gələn zaman aralarında yaxın münasibət yaranmışdır. İlahə restorana gələn zaman aralarında hərdən söhbət edirmişlər. Elə həmin söhbətlərin birində İlahə ona demişdir ki, "əgər əlində pul varsa sənə pensiya düzəldim”. O, da İlahəyə demişdir ki, “hazırda ailəmizin maddi vəziyyəti pisdir, əlimdə ona görə də pul yoxdur”. İlahə də demişdir ki, “yaxşı eybi yox qalsın”. Ancaq həmin gün İlahə ona mobil telefon nömrəsini vermişdir ki, “götür nömrəmi, birdən lazım olar, zəng eliyərsən”. O, da onun mobil telefon nömrəsini götürüb restorandan çıxmışdır. Həmin söhbəti etdiyləri vaxtdan təxminən 5-6 ay keçmişdi ki, o, İlahənin ona verdiyi mobil nömrəyə zəng edib bir neçə ay bundan əvvəl dediyi kimi ona pensiya düzəldə bilib-bilməyəcəyini soruşduqda, İlahə ona demişdir ki, “əlbəttəki düzəldə bilərəm, yaxşı fikirləşmisən, mən hal-hazırda Xaçmaz şəhərində yerləşən “Zeytun” adlı restorandayam, dur gəl restorana”. O, da ailəsi ilə məsləhətləşmiş və qərara almışdır ki, gedib İlahə ilə pensiya məsələsini danışsın. 2020-ci ilin iyul ayının sonlarında İlahə ilə pensiya məsələsini danışmaq üçün Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranına getmişdir. Restorana çatıb İlahə ilə bir masada oturub əyləşmiş və İlahə söhbət etməyə başlamışdır. Söhbət zamanı İlahə demişdir ki, “neynirsən işləyib, sənə pensiya düzəldəcəm oturub rahat pul alacaqsan, özü də hal-hazırda pandemiya dövrüdü, işin də qiyməti ucuzlaşıb, fürsətdir, belə ucuz olmuşkən gəl sənə pensiya düzəldim, indiki dövrdə 1500 mata pensiya düzələn deyil, bu fürsəti qaçırma”. O, da demişdir ki, “əlimdə o qədər pulum yoxdur”. İlahə də bildirmişdir ki, “sənə demirəm ki, pulun hamısını bir dəfəyə indi ver, hissə-hissə, olanda verərərsən. Sən bu işi düzəltmək istəyirsənsə əlində nə qədər pul varsa gətir ver mənə”. İlahənin ona dediklərini bir daha düşünmüş, yəni ki, pandemiya dövrüdü, bu fürsəti qaçırma deməsi onu cəzb eləmişdi, çünki fikirləşmiş ki, 1500 manata pensiya düzəlməz, ancaq yenə də İlahənin pendemiya dövrüdür, işin qiyməti ucuzlaşıb deməyi onu aldatmışdır və o, qərar vermişdir ki, bu işə hə desin və pensiya düzəltdirsin, min vaxt onun üstündə 120 manat pulu var imiş. O, elə həmin gün, yəni 2020-ci ilin iyun ayının sonlarında Xaçmaz şəhərində yerləşən “Zeytun” adlı restoranda İlahəyə 120 manat vermişdir. O, İlahəyə pulu verən zaman İlahə ona bildirmişdir ki, “narahat olma, işin tez zamanda düzələcək, sən pulun qalan hissələrini düzəlt”. O, İlahəyə narahat olduğunu, əlində olan pulun hamısını verdiyini, həmçinin, işin alınmamasından qorxduğunu bildirmişdir. İlahə ona demişdir ki, “narahat olma, pul məsələsini də fikir eləmə, hissə-hissə verərəsən gözünə görünməz, həm də 3 ay sonra sənə pensiya kartı veriləcək, ancaq buna baxmayaraq o, onun üçün müraciət etdiyi vaxtdan onun hesabına pul yazılacaq, həm də pensiya alandan sonra ona də hörmət edər, çünki, bu puldan ona heçnə çatmır, hamsını iş düzəltdiyi adama verəcək”. Bu söhbətləri etdikdən və pulu verdikdən sonra o, oradan çıxıb getmişdir. Həmin vaxt qeyd etdiyi kimi 2020-ci ilin iyun ayının sonları imiş. O, da işdən çıxmışdır, heç bir yerdə işləmirmiş. Həmçinin, həmin vaxtı öz şəxsi ehtiyacları üçün Xaçmaz şəhərində yerləşən “Rabitə” bankdan kredtilə pul götürmüşdür. 2020-ci ilin iyul ayının 1-də İlahə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib bildirmişdir ki, “ona onun işi ilə bağlı əlavə olaraq 300 manat da pul lazımdır, o, onun işini artıq düzüb-qoşmuşdur, adı kitabda qeydiyyata salınıb”. O, da fikirləşmişdir ki, adını artıq kitabda qeydiyyata salıblarsa, məcbur pulu tapıb verməlidir. İlahəyə demişdir ki, indi evdə pul yoxdur, onun bankda krediti var, sabah gedib görsün yenə əlavə olaraq kreditə pul götürə bilirəsə ona göndərəcək”. İlahə ona yaxşı deyib telefonu söndürmüşdür. xx.xx.2020-ci il tarixdə o, səhər saatlarında kreditə pul götürdüyü “Rabitə” banka getmişdir, orada bankın əməkdaşlarına əlavə olaraq kreditə pul götürmək istədiyini bildirmişdir. Bankın əməkdaşları maraqlanıb ona bildirmişlər ki, ona 1381 manat pulu verə bilərlər. O, da həmin günü Rabitə bankdan həmin 1381 manat pulu kreditə götürmüş, elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə “Rabitə” bank vasitəsi ilə 381 manatını İlahəyə göndərmişdir. Çünki İlahə ona demişdir ki, o, Bakı şəhərindədir, pendemiya dövrü olduğundan Bakı şəhərindən çıxa bilmir buna görə də pulu ona bank vasitəsi ilə göndərmişdir. Daha sonra İlahəyə zəng edib pulu göndərdiyini bildirmiş və evinə getmişdir. Həmin gündən 5 gün keçmişdir ki, yəni xx.xx.2020-ci il tarixdə İlahə ona zəng edib bildirmişdir ki, əlavə və son olaraq 1000 manat da pul lazımdır. O, İlahəyə demişdir ki, “axı sən demişdin 1500 manat pul lazım olacaq, ancaq onu indi yox, pensiya kartını alandan sonra verəcəksən, indi isə pulların hamısını istəyirsən”. İlahə ona dedi ki, “indi belə olduda neyniyək, əsas odu işin düzəlir artıq,bu yaxınlarda kartını alacaqsan”. O, da fikirləşmişdir ki, artıq işi düzəlir və bundan əvvəl də 500 manat vermişdir, ona görə də bankdan götürdüyü puldan qalan 1000 manatı da İlahəyə göndərməyi qərara almışdır. xx.xx.2020-ci il tarixdə o, yenidən Xaçmaz şəhərində yerləşən “Rabitə “ banka getmiş, orada yenidən İlahəyə 1000 manat pul göndərmişdir. Bundan sonra evinə getmişdir və fikirləşmişdir ki, artıq rahatdır pulun hamısını borc da olsa tapıb vermişdir, bir-iki ay sora pensiya alacaqdır. Ancaq aradan bir neçə gün keçməsinə baxmayaraq İlahədən bir xəbər çıxmadığını görüb, o, İlahəyə zəng etmiş, İlahə telefonu açdıqda demişdir ki, iş nə yerdədir. İlahə ona bildirmişdir ki, “narahat olmasın, dediyi kim işin üç aya düzələcək”. O, da rahatlamış, üç ayın keçməsini gözləmişdir. Pulu verdiyi vaxtdan üç ay keçməsinə baxmayaraq İlahədən və pensiyadan bir xəbər çıxmamışdır. O, buna görə İlahəyə zəng etdikdə, İlahə ona deyirmiş ki, “narahat olmasın, bu ay düzələcək”. Bundan sonra yenə bir ay İlahədən xəbər çıxmamışdır, O, yenə ona zəng edəndə eyni sözləri deyirmiş. Yəni işin düzəlmədiyini görüb demək olar ki, hər həftə İlahəyə zəng edib işdən bir xəbər olubolmadığını soruşduqda İlahə hər dəfə düzələcək deyib onu yola verirmiş. Daha sonra İlahədən bir xəbər çıxmadığını görüb, həmçinin verdiyi pulları da geri ala bilmədiyini gördükdə başa düşmüşdür ki, İlahə onun üçün heç bir iş görməyib, onu aldadaraq pulunu ələ keçirib. Əlavə suallara cavab olaraq Şəhla Abbasova bildirmişdir ki, İlahəyə onu əmək pensiyasına çıxaracağına dair vəd verib 2020-ci ilin iyun ayının sonlarıda 120 manat, 2020-ci ilin iyul ayının 2-də bu iş üçün əlavə olaraq 381 manat, bundan başqa 2020-ci ilin iyul ayının 8-də əlavə olaraq bu iş üçün 1000 manat pulunu ələ keçirmişdir. O, İlahəyə ümumilikdə üç dəfə pul vermişdir, belə ki, birinci dəfə 2020-ci ilin iyun ayının sonlarında Xaçmaz şəhərində yerləşən Zeytun adlı restoranda 120 manat pul vermişdir və həmin zaman yanlarında heç kim olmamışdır, sadəcə İlahə və o, olmuşdur, ikinci dəfə İlahə Bakı şəhərində olduğu üçün 2020-ci ilin iyul ayının 2-də “Rabitə” bank vasitəsi ilə 381 manat, 3cü dəfə də xx.xx.2020-ci il tarixdə yenə Xaçmaz şəhərində yerləşən “Rabitə” bank vasitəsi ilə 1000 manat da pul göndərmişdir. Zərərçəkmiş şəxs5 qızı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Yolun uzaq olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs5 qızı ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, X24 təxminən 10 ildən çoxdur ki, tanıyırmış. Belə ki, onun Xaçmaz rayon məhkəməsində boşanma işi olmuşdur. Həmin boşanma işini danışarkən, hakim köməkçisi kimi İlahəni tanımışdır. Belə ki, İlahə onun uşağına aliment düzəldilməsi üçün ona məhkəmədə köməklik etmişdir. Həmin tarixdən onunla münasibəti yaranmışdır. Təxminən 10 ildən çox idi ki, boşanma olandan sonra onu görməmişdir. O, boşandıqdan sonra anası və atasının yanında yaşayırmış. X59 kəndində “ Bərəkət” adlı marketdə işləyirmiş. Təxminən iki il əvvəl 2019cu ilin dekabr ayında İlahə onun işlədiyi “Bərəkət” marketə müştəri qismində gəlmişdir. Həmin vaxt o, kassada dayanmışdır. İlahə marketdən ərzaq alıb kassaya, onun yanına gəlmiş və onu görən kimi demişdir ki, “mən səni hardansa tanıyıram”. Daha sonra onlar qısa söhbət etmişlər və o, da tanımışdır ki, həmin qadın bir vaxtlar ona məhkəmədə boşanma işlərinə köməklik edən İlahə xanımdır. Daha sonra, söhbətin sonunda İlahə ona demişdir ki, “o, qadınların hüquqlarının müdafiə edilməsi işi ilə məşğuldur, bu yaxınlar da vəkil olacaq, o da boşanmış xanımdır, əgər nə vaxtsa köməklik lazım olsa ona müraciət edə bilər”. Daha sonra onlar bir-birlərinə mobil telefon nömrələrini vermiş və İlahə marketdən çıxıb getmişdir. Elə həmin tarixdən 2-3 gün keçmişdir ki, İlahə ona zəng edərək demişdir ki, " övladına 10 il əvvəl onun köməkliyi ilə 70 manat aliment kəsilmişdir, o hələ də alimenti 70 manat alırsan”. O, da İlahə hələ də 70 manat aldığını demişdir. Bu zaman İlahə ona demişdir ki, “o avamdır, niyə bu günə qədər bir hərəkət edib artırmamışdır, o ona köməklik edə blər, o bu işlərin içindədir, onun alimentini artıracaqdır”. Həmin vaxt o, telefon danışığı zamanı İlahəyə yenidən məhkəməyə getmək istəmədiyini bildirmişdir. Ancaq İlahə bir-iki gün sonra yenidən ona zəng etmiş, bu barədə təkliflərini yenə demiş, daha sonra elə həmin ərəfədə işlədiyi marketə gəlmişdir. İlahə ona çox israr etmiş və o, İlahə ilə alimentinin artırılması barədə razılaşmışdır. 2020-ci ilin fevral ayında ilahə ona zəng edib demişdir ki, “axşam onun evinə gələcək”. O, da zəng edib anası Şahid2 demişdir ki, “axşam İlahənin onlara gələcəyini, onun çay süfrəsi hazırlamasını bildirmişdir”. Daha sonra həmin gün, yəni təxminən 13-14 fevral 2020-ci il tarixdə İlahə Əli adında şəxsin idarə etdiyi avtomobil ilə gəlib işlədiyi marketin qarşısında onun işdən çıxmağını gözləyirmiş. Saat 23 radələrində o, işlədiyi “Bərəkət” adlı marketdən işdən çıxmış və İlahənin gözlədiyi, Əli adlı şəxsin idarə etdiyi avtomobildə arxa oturacaqda İlahənin yanında əyləşmişdir. Daha sonra Əli idarə etdiyi avtomobil ilə onları, yaşadığları evə, anası və atasının evinə gətirmişdir. Evə çatanda, İlahə ilə o, evə girmişlər. Həmin vaxt evdə qardaşı və qardaşının həyat yoldaşı var imiş, ancaq onlar yatmışdılar. Onları evdə anası Şahid2 qarşılamışdır, onlar çay içən zaman İlahə anası ilə ona “hər şey yaxşı olacaq, onu göstərərək bildirirdi ki, onun alimentini qaldıracaq, pul bir başa onun kartına yüklənəcək”, onlar da ona inandırmışdılar. Daha sonra İlahə onun və övladı X32 şəxsiyyət vəsiqələrini, Jalənin doğum haqqında şəhadətnaməsini götürmüş və əlavə olaraq 470 manat da pul istəmişdir. O, da evdə işlədiyi işdən olan maaşından topladığı puldan 470 manat pul vermişdir. Daha sonra İlahə çıxıb getmişdir. İlahəyə 470 manat pul verdikdən sonra, təxminən bir həftə onunla əlaqə saxlamamış, o, özü də ona zəng etməmişdir ki, onu narahat etməsin. Bir həftə sonra o, İlahədən xəbər çıxmadığını görüb, ona zəng etmiş və ondan işlərin nə yerdə olduğunu soruşmuşdur. İlahə bildirmişdir ki, “işlər qaydasındadır, ancaq əlavə 200 manat da pul lazımdır”. O, İlahədən həmin 200 manatın nəyə lazım olduğunu soruşduqda demişdir ki, “o, Bakıdadır, sənədlər üçün əlavə pul lazımdır”. O, da çox sual verərək onu bezdirmək istəməmişdir. Buna görə də 200 manatı verməyə razı olmuşdur. Təxminən 2020-ci ilin fevral ayının 23-24-də İlahə ona” demişdir ki, “pulu hazırlasın, gəlib işlədiyi marketdə ondan götürəcək”. Ancaq ona demişdir ki, “pulu kağızın arasına bükələ, diqqət çəkməsin”. O, 200 manat pulu evdən götürmüş, kağızın arasına bükələyib marketdə İlahəyə vermişdir. 200 manatı da verdikdən sonra, o, İlahənin onunla maraqlanmadığını görüb, tez-tez ona zənglər edirmiş. Belə olan halda tanımadığı başqa bir qadın İlahənin telefonu ilə onunla əlaqə saxlayaraq demişdir ki, “o, məhkəmədə işləyir, narahat olmasın iş gedir”, həmçinin ondan övladına dair onun adını və soyadını, atasına aid məlumatları soruşmuş və daha sonra telefonu söndürmüşdür. Həmin qadının onunla danışığından sonra o, xeyli rahatlamış, İlahəyə inamı demək olar ki, yenidən bərpa olmuşdur. Bundan təxminən 15 gün keçmişdir ki. təxminən 2020-ci ilin mart ayının ortalarında İlahə ona zəng edərək demişdir ki, “onlar təcili görüşməlidirlər, ona deyiləsi sözləri var”. O, İlahə ilə razılaşmış və evlərində qonaqlar olduğu üçün İlahəni əmisinin oğlu X25 evinə dəvət etmişdir. Axşam saatlarında İlahə həmin evə gəlmişdir. İlahə gələn zaman evdə yalnız o, və İlahə imiş. İlahə gəlib evdə oturub ona demişdir ki, “söhbət eləyən zaman demişdin ki, övladın Jalənin gözünün görməsində zəiflik var, onun sosial pensiyaya çıxması üçün kağızı da var idi”. O, bunu təsdiqlədikdən sonra, İlahə demişdir ki, “onun Bakı şəhərində tanış adamları var, onun övladına sosial pensiya düzəldəcək və övladı 18 yaşına çatanadək sosial pensiya alacaq, ancaq bu işin müqabilində ona 1200 manat pul verəcəkdir”. O, yenə ona inanmış, onunla razılaşmış və ona demişdir ki, “ona 1000 manat pul tapıb verə biər, ancaq ona vaxt verməlidir”. İlahə demişdir ki, “bir həftə sonra gəlib pulu ondan götürəcək”. Təxminən bir həftə keçmişdir ki, 2020-ci ilin mart ayının 20-i ərəfəsində İlahə ona zəng edərək pulun hazır olub-olmadığını soruşmuş, o, pulun hazır olduğunu bildirdikdə, İlahə ona demişdir ki, “pulu yenə kağızın arasına bükələsin, Əli adında şəxs gəlib ondan işlədiyi “Bərəkət” marketdə götürəcəkmiş. O, İlahənin dediyi kimi də etmiş və Əli adında şəxs gəlib marketdə pulu ondan götürmüşdür. 1000 manat da pulu verdikdən sonra təxminən 3-4 gün o, İlahəyə zəng etməmişdir, daha sonra isə hər gün zəng etməyə başlamışdır. İlahə demək olar ki, onun zənglərinə cavab vermirmiş, çox vaxt isə İlahənin telefonuna zəng çatmırmış. Daha sonra İlahənin onları aldatdığını görən anası, dəfələrlə İlahəyə zənglər etməyə başlamış, İlahə də, anasının telefonuna cavab vermirmiş. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, o, İlahəyə birinci dəfə övladına təyin olunmuş alimentin miqdarını artırmaq üçün 2020-ci ilin fevral ayının 13, 14də Köhnə Xaçmaz kəndində yerləşən yaşadığı evdə anası Rəfiqənin yanında əvvəlcə 470 manat, sonradan isə 2020-ci ilin fevral ayının 23-24-də işlədiyi “Bərəkət” marketdə əlavə 200 manat, daha sonra isə övladına sosial pensiya düzəldəcəyi adı ilə 2020-ci ilin mart ayının 20-də Köhnə Xaçmaz kəndində yerləşən əmisi oğlu Orxanın evində 1000 manat da vermişdir. İlahəyə birinci dəfə pul verəndə anası Şahid2 görmüş, daha sonra verdiyi 200 və 1000 manatı tək vermişdir. Əli barədə onu bilirmiş ki, Əli Xaçmaz şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. Əli hündür boylu, kök, az saçlı, saçı tökülmüş adammış. İlahə ondan hər dəfə pulları, adam adları çəkmədən, sadəcə tanıdığı vəzifəli səxslərə verəcəyi adı ilə alırmış. İlahə söhbət zamanı ona demişdir ki, “o, narahat olmasın, onun tanışları vardır, prosedur qaydalarını o bilir, o daha tez həll edəcək” həmçinin onunda vaxtı olmadığı üçün İlahəyə inanıb həll etməsini istəmişdir. İlahə ondan aldığı sənədlərin hamısını, pullardan isə cəmi 300 manat pul qaytarmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid3 ifadəsində göstərmişdir ki, X41 onun anasıdır. Anası onunla qonşu həyətlərdə yaşayır. O, İlahə adında qadını qardaşı Mahirin birinci nigahından məhkəmə qaydasında boşanması zamanından, yəni 2007-ci ildən tanıyırmış. X50 və onun həyat yoldaşı İsmayılova Nuranə 2020-ci ilin iyun ayının əvvəllərində ona demişlər ki, bir nəfər qadın anaları Abdulova Səadəti aldadıb və hazırda ananın vəziyyəti yaxşı deyilmiş, belə ki, bütün günü fikir eləyir, psixoloji vəziyyəti yaxşı deyilmiş. Bunları ona deyəndə, o , qardaşı Mahir və onun həyat yoldaşı Nuranə, üçü birgə analarının yanına yaşadığı evə getmişlər, anasını yanlarına çağıraraq onunla söhbətə başlamışlar. Söhbətə başlayanda o, anasına demişdir ki, bu gün bankdan ona zəng edib demişlər ki, onun banka borcun var, kreditə pul götürmüsən, indidə ödənişin gecikməsinə görə ona zəng etmişlər. Halbuki, əslində ona heç kim zəng etməmişdir, o, sadəcə işin əslini öyrənmək məqsədi ilə bunu anasına demişdir. O, həmin sözləri deyəndə anası, ona ağlayaraq demişdir ki, “narahat olma, o bu günlərdə pulu ödəyəcəyək”. O, isə anasına demişdir ki, “pul boş şeydir, əsas sənin canın sağ olsun, o onun aldadıldığını bilir, gəl ələlə verək birlikdə pulu İlahədən alaq və onun barəsində qanuni tədbir görək”. Bu zaman anası sevinib, ağlamış və onu qucaqlayaraq ona demişdir ki, bundan sonra sən necə məsləhət bilirsən elə də edək. Bundan sonra o, anasının telefonunu səs yazma proqramına qoymuş və anasına başa salmışdır ki, “sən onunla hər dəfə telefonda danışanda çalış ki, ona verdiyin pullar barədə onu danışdırasan”. Daha sonra əlavə olaraq demişdir ki, “nə vaxt onunla danışsa, çalışsın ki, onu evə dəvət etsin”. Anası onunlar razılaşmışdır. 2020-ci ilin iyun ayının ortalarında anası İlahəyə zəng edib evə dəvət etmiş, İlahə evə gəlmək barədə razılaşsa da, ancaq müxtəlif bəhanələr gətirərək onlara gəlməmişdir. xx.xx.2020-ci il tarixdə anasına zəng edib demişdir ki, “bu gün qonaqları ilə Nabrana gələcək, oradan qayıdanda onlarada də gələcək”. O, İlahə onlara gələndə onun səsini və video görüntüsünü çəkmək üçün köhnə dəmir yağ qabının içərisinə mobil telefonu, kamerası çölü çəkəcək formada yerləşdirmişdir ki, İlahə onlara gəlib anası ilə söhbət edəndə həmin kamera onları çəksin. İlahə dediyi kimi, xx.xx.2020-ci il tarixdə gecə saat 00:20 radələrində Əli adında şəxsin idarə etdiyi avtomobil ilə onlara gəlmişdir. Həmin vaxt o, anasının yanında imiş. Ancaq İlahənin gəldiyi avtomobilin səsi gələndə o, kameranı işə salıb özü evin arxa tərəfinə keçmişdir ki, İlahə onu görməsin. O, kameranı işə saldıqdan və evin arxasına keçdikdən sonra anası İlahəni evin içərisinə, kamera çəkən yerə gətirmişdir. Onlar evdə, masanın ətrafında əyləşmişlər. Daha sonra anası ilə İlahə söhbət etməyə başlamışlar və söhbət zamanı anası, İlahəyə ondan aldığı pullar barədə suallar verirmiş, İlahə də aldığı pullar barədə danışırmış. 10-15 dəqiqə oturduqdan sonra İlahə anasının evindən çıxıb getmişdir. Ancaq orada anası İlahəyə anasından aldığı pulların hamısı barədə söhbət açmamışdır, İlahə də söhbətdən yayınmışdır. İlahə getdikdən sonra o, evə daxil olub kameranı söndürmüşdür. Daha sonra o, anası ilə birlikdə Xudat PB-nə gedərək orada İlahənin anasına etdiyi əməlləri barədə rəsmi şikayət etmişlər. Polis bölməsində onların izahatlarını almışlar, onların izahatını aldıqdan sonra İlahəni, izahatını almaq üçün axtarsalar da tapa bilməmişlər. Təxminən bir aya yaxın müddət keçmişdi, ancaq anasının polis bölməsinə etdiyi şikayətdən bir xəbər çıxmırmış. Elə həmin ərəfələrdə bir gün anası ona demişdir ki, İlahə onlara gəlirmiş. O, da demişdir ki, “gəlsin, onu söhbət edə-edə həyətə dəvət eləsin, o də polislərə zəng edib deyəcək ki gəlib onu aparsınlar”. Bir az vaxt keçmişdir ki, İlahə onlara gəlmiş, O, isə öz küçələrin də anasından xəbər gözləyirmiş. Həmin vaxtlar təxminən 2020-ci ilin avqust ayı olarmış. Anası ona zəng edib demişdir ki, İlahə artıq onlardadır, o, polis bölməsinə etdikləri şikayəti geri götürməkləri üçün xahiş etməyə gəlmişdir. Bu zaman o, polislərə zəng etmişdir, bir az sonra polis əməkdaşları gəlib İlahəni polis bölməsinə aparmışlar. Həmin gün İlahə onlara Əli adında şəxsin idarə etdiyi avtomobil ilə gəlmişdir. Təxminən 2021-ci ilin aprel-may aylarında İlahə anasına zəng edərək barəsində etdiyi şikayət ərizəsi ilə əlaqədar danışmaq istədiyini demişdir. Anası da, telefonda İlahəyə demişdir ki, “Murad indi evdə yoxdur, evə gəlsin, onun bu sözünü ona deyəcək, danışmaq istəsə ona zəng edəcək”. O, öz telefonu ilə İlahə ilə danışmaq istəmirmiş, çünki, onun telefonu səs yazmırmış, ancaq anasının telefonu səs yazırmış. Anası ona bu barədə deyəndə, o, anası ilə razılaşmış, ancaq anasına demişdir ki, “sənin telefonunla zəng edib danışarıq”. Elə həmin gün axşam, yəni xx.xx.2021-ci il tarixdə, o, anasının telefonu ilə İlahəyə zəng etmiş, anasından aldığı pullar barədə İlahəni danışdırmışdır, hansı məbləği qaytarılmış, faktiki hansı məbləğin qalması barədə sorğu-sual etmişdir, İlahə də hər şeyi etiraf etmişdir və 10 gün ərzində pulun 2500 manatını qaytaracağını vəd etmişdir. Bunun müqabilində onun gedib ərizəsini geri götürməsini xahiş etmişdir. O, isə hiss etmişdir ki, İlahə yenə yalan danışırmış, ancaq buna baxmayaraq İlahənin dediyi müddəti gözləsə də İlahə onlara heç bir şey qaytarmamışdır. Əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, İlahə anasından 12000 manat pul almışdır.İlahə həmin pulları, yaşadığları evin həyətyanı sahəsinə çıxarış düzəldəcəyi, eləcə də qardaşının həyat yoldaşını müəllimə kimi işə düzəldəcəyi, anasının pensiya yaşına çatması ilə əlaqədar əmək müqaviləsinin müddətini bir illik artıracağı adı ilə, anasının yaşadığı evə bitişik olan artırma evin ümumi evə birləşdirəcəyinə dair çıxarış almaq, anasının yaşadığı evin həyətyanı torpaq sahəsinin qarşısındakı torpaq sahəsini çıxarışla anasına verəcəyinə dair tanıdığı vəzifəli şəxslərə vermək adı ilə almışdır. Şahid4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, məhkəmə iclasında maddi vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəkdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdir. Şahid4 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, təxminən 3 ildir ki, Xaçmaz şəhərində taksi fəaliyyəti ilə məşğul olurmuş. O, İlahəni, Xaçmaz rayon Məhkəməsində işləyən vaxtdan tanımışdır. İlahə onu əvvəldən tanıdığı üçün, o, taksi fəaliyyəti ilə məşğul olduğuna görə, İlahə də harasa getmək istəyəndə onunla gedirmiş. O, isə taksi sürücüsü kimi onun dəvət etdiyi yerlərə gedərək, zəhmət haqqını alırmış. 2020-ci ilin fevral ayının 13-də, İlahə, onun istifadəsində olan 070-738-05- 87 saylı mobil telefon nömrəsinə zəng edərək, onu Xudat şəhərinə aparmalı olduğunu demişdir. O, isə ona razılıq verərək onu Xudat şəhərinə aparacağını demişdir. Daha sonra o, İlahəni Xaçmaz şəhərindən götürərək özünə məxsus olan VAZ 2107 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xudat şəhərinə aparmışdır. Yolda İlahə kiməsə zəng edərək ünvan soruşmuşdur. Daha sonra İlahə ona demişdir ki, getməli olduqları ünvan ünvan 8əhərinə çatmış, orada tanımadıqları şəxslərdən soruşa-soruşa İlahənin dediyi ünvana gedib çıxmışlar. Həmin ünvana çatdıqda, İlahəni qapıda bir nəfər xanım qarşılamış və İlahə həmin qadınla birlikdə, sonuncuya məxsus evə getmişdirlər. Təxminən 15-20 dəqiqə sonra, İlahə həmin evdən çıxaraq onun idarə etdiyi avtomobilə əyləşmiş və onu Xaçmaz şəhərinə aparmağını demişdir. O, isə İlahəni Xaçmaz şəhərinə gətirmişdir. İlahə də ona zəhmət haqqı olaraq 5 manat pul verirmiş. O, isə həmin pul azlıq edirmiş deyə, həm Xudat şəhərinə gedəndə, həm də qayıdanda yoldan digər insanları götürüb aparırmış və beləcə gün ərzində ailəsi üçün pul qazanırmış. Bundan sonra, həmin vaxtdan 3 gün keçdikdən sonra, xx.xx.2020-ci il tarixdə İlahə ona zəng edərək, yenidən onu Xudat şəhərinə aparmağını demişdir. O isə İlahə ilə razılaşmış və onu, Xaçmaz şəhərindən götürərək idarə etdiyi avtomobil ilə Xudat şəhərinə aparmışdır. Xudat şəhərində İlahə ona demişdir ki, “bundan əvvəl getdikləri evin yerləşdiyi küçəyə gedəcəklər”. O, isə yaxşi deyərək həmin ünvana doğru yoluna davam etmişdir. Bundan sonra, İlahə kiməsə zəng edib demişdir ki, “evinizə və küçənizə gəlmək istəmir, birdən kimsə bizi görər, o, yaxşısı evləri yerləşən küçənin lap başında olan “24 saat” adlı marketin yanında gözlə, o da gəlir ora”. Bundan sonra, İlahə ona demişdir ki, Xudat şəhəri, H.Z.Tağıyev küçəsinin lap başında yerləşən “24 saat” adlı marketin qarşısına gedib orada dayansın. O, taksi sürücüsü olduğu üçün harada dayanmağının heç bir fərqi yox imiş. Ona görə də, o, İlahənin dediyi kimi, “24 saat” adlı marketin qarşısında avtomobili saxlamışdır, onlar həmin yerə çatan zaman, orada onları bir qadın gözləyirmiş. Onlar oraya çatdıqdan sonra həmin qadın onun idarə etdiyi avtomobilə, arxa oturacağa, İlahənin yanına əyləşmişdir. Həmin vaxt oda avtomobilin içərisində və arxa oturacaqda əyləşən İlahə və həmin qadın nə isə aralarında söhbət edirmişlər. Bir az sonra, həmin qadın onun idarə etdiyi avtomobildən enərək çıxıb getmişdir. O isə İlahəni yenə də, Xaçmaz şəhərinə gətirmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə yenə də İlahə ona zəng edərək onu Xudat şəhərinə aparmağını demişdir. O isə yenə onunla razılaşaraq əvvəlki qaydada İlahəni həmin gün, axşam saatlarında Xudat şəhərinə aparmışdır. Bu dəfə də İlahə yolda kiməsə zəng edərək dedi ki, “24 saat” adlı marketin qarşısına gəl”. O, İlahəni idarə etdiyi avtomobil ilə həmin marketin qarşısına aparmışdır. Yenə də, orada onları adının sonradan Səadət olduğunu bildiyi qadın gözləyirmiş, onlar çatdıqdan sonra, Səadət onun idarə etdiyi avtomobilin arxa oturacağına, İlahənin yanına əyləşmişdir. Hava soyuq olduğuna görə o, isə həmin vaxt avtomobildə oturmuşdur. Bu dəfə də, Səadət İlahə ilə nə isə sənəd barədə söhbətlər edirmiş, ancaq onların konkret olaraq nə danışdığına fikir vermirmiş. Bir qədər sonra, Səadət avtomobildən enərək çıxıb getmiş, o, isə İlahəni Xaçmaz şəhərinə gətirmişdir. İlahə yenə də, ona beş manat zəhmət haqqı verərək avtomobildən enib çıxıb getmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində İlahə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək demişdir ki, “Xudata getmək lazımdır, ancaq onun qonaqlar var, o özün tək gedəcəkdir”, o, demişdir ki, “artıq gecdi, hava qaralıb, mən bu vaxtdan sonra Xudata beş manata getməyə dəyməz”, İlahə də ona demişdir ki, “o getsə, bu dəfə on manat verəcəyək”. O, isə İlahə ilə razılaşmış və ondan hara getməli olduğunu soruşmuşdur. İlahə ona, xx.xx.2020-ci il tarixdə getdikləri evə getməyini, oraya çatan zaman ona zəng edib xəbər verməyini demişdir”. O isə İlahənin dediyi kimi həmin ünvana, yəni ünvan 9b çatmış, İlahəyə zəng edərək çatdığını bildirmişdir. Bir az sonra, həmin evdən Səadət müəllimə çıxaraq bir ədəd bükülü vermiş. Həmin bükülünü götürüb Xaçmaz şəhərinə, İlahənin yaşadığı evə gətirərək ona vermişdir. İlahə də ona, zəhmət haqqı olaraq on manat pul vermişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə İlahə ona yenə də zəng edərək xx.xx.2020-ci il tarixdə olduğu kimi, Xudat şəhərinə, Səadət müəllimənin evinə getməyini demiş, o, isə həmin ünvana getmişdir, oraya çatanda İlahəyə çatdığını demişdir. Bir neçə dəqiqə sonra Səadət müəllimə onun yanına gələrək bir ədəd sellofan torba vermişdir. Həmin sellofan torbanın içərisində sənədlər varmış o, isə əvvəlki qaydada, həmin sənədləri aparıb İlahəyə vermişdir. İlahə də ona zəhmət haqqı olaraq 8 manat vermişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Bundan başqa, 2020-ci ilin fevral ayının sonlarında İlahə ona zəng edərək Xaçmaz şəhərində bir-iki yerə getməli olduğunu, ona görə də, onu yaşadığı evdən götürməyini demişdir. O, İlahəni Xaçmaz şəhərində, yaşadığı evdən idarə etdiyi avtomobil ilə götürərək əvvəlcə N.Nərimanov küçəsinə aparmış. N.Nərimanov küçəsinin sonunda, o, idarə etdiyi avtomobili dayandırmışdır. İlahə həmin vaxt avtomobilin arxa oturacağında əyləşmişdir. İlahə kimi isə gözlədiklərini demişdir. Bir müddət sonra Səadət müəllimə onların yanına gəlmiş və avtomobildə İlahənin yanına, arxa oturacağa əyləşmişdir. O, həmin vaxt avtomobilin içərisində imiş. Ancaq, o, qadınlar arasında olan söhbətlərə qulaq asmırmış. Bir neçə dəqiqə sonra Səadət müəllimə avtomobildən enərək çıxıb getmişdir. Daha sonra, İlahəni Xaçmaz şəhərində bir neçə yerə aparmış və sonda, onu yaşadığı evə aparmışdır. İlahə bu dəfə də, ona zəhmət haqqını verib çıxıb getmişdir. Bundan başqa, 2020-ci ilin mart ayının əvvəllərində o, İlahəni Xudat şəhərinə aparmışdır. Ancaq həmin vaxtı İlahənin Səadət müəllimə ilə harada görüşməsi onun yadında qalmayıbmış. Bundan başqa, elə həmin ərəfələrdə, yəni 2020-ci ilin mart ayının əvvəllərində o, İlahəni yenə də Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gətirmiş, orada da Səadət müəllimə ilə görüşərək onun avtomobilimin içərisində söhbət etmişdirlər. Həmin vaxtı da nə barədə söhbət etdiklərini o, görməmişdir. Bundan başqa, 2020-ci ilin fevral ayının 13-14-də İlahə ona zəng edərək Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndinə aparmağını demişdir. O, isə onu Xaçmaz şəhərində, yaşadığı evdən götürərək dediyi kimi Köhnə-Xaçmaz kəndinə aparmışdır. Köhnə-Xaçmaz kəndində İlahə əvvəlcə, həmin kənddə yerləşən, “Bərəkət” adlı marketin qarşısına aparmışdır. Həmin gün axşam saatları idi. Yəni marketdə işləyən bir nəfər xanım işdən çıxıb gəlib onun idarə etdiyi avtomobilə, İlahənin yanına arxa oturacağa əyləşmişdir. Daha sonra həmin xanımın verdiyi istiqamət üzrə o, İlahə və həmin xanımı, sonuncunun yaşadığı evə aparmışdır. İlahə və həmin xanım avtomobildən enərək evə girmişlər. O isə həmin evin qapısında dayanaraq İlahənin gəlməsini gözlədi. Bir neçə dəqiqə sonra İlahə həmin evdən bayıra çıxmış, o, isə idarə etdiyi avtomobil ilə onu Xaçmaz şəhərinə yaşadığı evə gətirmişdir. İlahə də ona zəhmət haqqı olaraq 3 manat pul vermişdir. Bundan başqa, 2020-ci ilin fevral ayının 23-24-də o, yenə də İlahənin sifarişi üzrə onu Köhnə-Xaçmaz kəndinə aparmışdır. Bu dəfə İlahə sonradan adını öyrəndiyi Ülkər adlı xanımın işlədiyi “Bərəkət” marketə aparmışdır. İlahə avtomobildən enərək, marketə həmin xanımın yanına getmişdir. Bir neçə dəqiqə sonra İlahə marketdən çıxaraq avtomobilə əyləşmiş və o, yenə də İlahəni Xaçmaz şəhərinə gətirmişdir. Bu dəfə də İlahə ona 3-4 manat zəhmət haqqı vermişdir. Bundan başqa, 2020-ci ilin mart ayının 20-də İlahə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək demişdir ki, “sən indi hardasan”, o, isə cavabında “Xaçmaz səhərində yerləşən dairənin yanındayam” demişdir. İlahə də ona demişdir ki, “sən get Köhnə-Xaçmaz kəndindəki “Bərəkət” marketə, orada Ülkər adında xanıma yaxınlaş denən ki məni İlahə göndərib, o, sənə kağız verəcək, onu götürüb mənə gətir”. O, isə İlahənin dediyi kimi, həmin marketə gedərək Ülkərdən bükülü kağız götürərək gətirib İlahəyə vermişdir. İlahə də ona 3 manat zəhmət haqqı vermişdir. Əlavə suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o, İlahəni apardığı ünvanlara nəyə görə getməsini bilmirmiş, O, sadəcə taksi sürücüsü olaraq İlahəni onun dediyi yerlərə aparıb, iş bitdikdən sonra zəhmət haqqını alırmış. İlahənin hansı əməlləri etməsindən onun bir məlumatı yoxdur.İlahənin Xudat şəhərində görüşdüyü qadının adı Səadət imiş və İlahə həmin qadına “müəllimə” deyərək müraciət edirmiş. İlahəni Xaçmaz şəhərində yerləşən “Şokki-Mokki” adlı kafeyə aparmışdır, ancaq orada İlahənin nə etməsi və kimlə görüşməsi barədə bir məlumatı yoxdur. Həmin vaxtdan xeyli müddət keçib və, o, həmin ərəfələrdə İlahəni çox yerə aparmışdır. Dəqiq yadında qalmayıb, ancaq ola bilər ki, İlahəni Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən evə aparmışdır.O, İlahəni 2020-ci ilin iyun ayının sonlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” adlı restorana aparmışdır və ancaq İlahənin oradan çıxmağını gözləməmişdir. Bir müddət sonra, İlahə ona zəng edərək, onu Zeytun kafesindən götürməyini demişdir. O, isə idarə etdiyi avtomobil ilə İlahəni gəlib Zeytun kafesindən götürmüşdür. Həmin vaxt İlahənin yanında bir nəfər qadın da gələrək onun avtomobilinə əyləşmiş və o, həmin qadını Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə aparmışdır. İlahəni isə yaşadığı evə aparmışdır. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir.Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, təxminən 2020-ci ilin fevral ayının 13-14-də qızı Ülkər ona zəng edərək demişdir ki, “ana, axşam evdə çay süfrəsi hazırlayarsan, qonağımız gələcək”. O, qızından soruşmuşdur ki, “kim gələcək”, bu zaman Ülkər bir vaxtlar məhkəmədə ona təyin olunmuş alimentin düzəldilməsində köməklik edən İlahə xanımın gələcəyini demişdir. O, Ülkərə bir şey deməmiş və çay süfrəsi hazırlamışdır, təxminən saat 23 radələrində Ülkər İlahə ilə birlikdə bir avtomobil ilə onlara gəlmişlər. Həmin vaxt evdə gəlini və oğlu da var imiş, ancaq həmin vaxt onlar yatmış idilər. O, İlahəni evə dəvət etmişdir, ona içməsi üçün çay süzmüş və onlar söhbət etməyə başlamışdırlar. İlahə söhbət zamanı demişdir ki, “mən Ülkərin alimentinin miqdarını artıracağam, bunun üçün mənə bəzi sənədlər lazımdır, bir də 470 manat pul verməlisiniz”. Bu zaman Ülkər demişdir ki, “mən İlahə xanımı tanıyıram, ona inanıram, pulu verək alimenti qaldırsın”. O, isə bir söz deməmiş və İlahəyə inanmışdır. Ülkər övladı Jalənin şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməsini və öz şəxsiyyət vəsiqəsini 470 manat pul ilə birlikdə İlahəyə vermişdir. İlahə çayını içdikdən sonra sənədləri və pulları götürüb getmişdir. Bir neçə gün sonra Ülkər ona İlahənin yenidən zəng etdiyini, əlavə olaraq 200 manat da pul istədiyini bildirmişdir. O, həmin vaxt Ülkərdən İlahənin həmin 200 manatı nəyə istədiyini soruşduqda, Ülkər demişdir ki, “İlahəyə Bakı şəhərində sənədləri düzəltmək üçün lazımdır”. O, narazı olduğunu bildirsə də, Ülkər pulu vermək istədiyini bildirmişdir. O, isə Ülkərlə razılaşmışdır. Daha sonra 2020-ci ilin fevral ayının sonlarında Ülkər işlədiyi marketdə 200 manatı İlahəyə vermişdir. Bundan sonra bir müddət İlahədən xəbər çıxmamışdır, Ülkər və o, biraz narahatlıq keçirmişlər. Buna görə də Ülkər, tez-tez İlahəyə zənglər edirmiş. İlahə də bunu görmüş, öz telefonu ilə Ülkərə başqa bir xanıma zəng etdirib danışdırmışdı ki, guya həmin xanım məhkəmədə işləyir, işlər yolundadır. Bundan sonra Ülkər xeyli rahatlamış və İlahəyə inamları daha da artmışdır. Daha sonra mart ayının ortalarında Ülkər ona demişdir ki, “İlahə mənə zəng edib, yenə mənimlə görüşmək istəyir”. O, həmin vaxt Ülkərə demişdir ki, “mən İlahəyə inanmıram, onunla görüşmə”. Ancaq Ülkər buna baxmayaraq əmisioğlu Orxanın evində İlahə ilə görüşmüş, İlahə orada Ülkərə demişdir ki, “sənin övladının gözünün görməsində problem olduğu üçün mən onu sosial pensiyaya çıxaracam və övladın 18 yaşına kimi sosial pensiya alacaq, ancaq buna görə mənə 1200 manat pul verməlisən, Ülkər də ona demişdir ki, 1000 manat verə bilərəm, İlahə də razılaşıb”. Ancaq Ülkər ona bunları deyəndə o, razılaşmamışdır. O, Ülkərlə razılaşmasa da, Ülkər İlahəyə inandığını, onu illərdir tanıdığını bildirərək 1000 manat pulu İlahəyə verəcəyini bildirmişdir. O, isə Ülkərə bir şey deməmişdir. Daha sonra Novruz bayramı ərəfəsidə Ülkər 1000 manat pulu evdən götürüb işlədiyi marketdə İlahəyə verməsi üçün Əli adlı şəxsə aparıb vermişdir. 1000 manatı da verdikdən sonra İlahədən xəbər çıxmamışdır, Ülkər və o, dəfələrlə İlahəyə zəng etsələr də İlahə çox vaxt telefonu açmırmış, açanda isə müxtəlif bəhanələr gətirərək onları yola verirmiş. Sonuncu dəfə İlahə ona zəng edərək demişdir ki, “hal hazırda bankdayam, kreditə pul götürüb gətirib pulunuzu verəcəm”. Ancaq İlahə onlara heç bir şey gətirib verməmişdir. Ancaq o, dəfələrlə zəng etdikdən sonra və polisə şikayət etdikdən sonra İlahə onlara aid olub onda qalan sənədləri və ümumi puldan 300 manat gətirib onlara vermişdir. Əlavə suallara cavab olaraq Rəfiqə Mirəzyeva bildirmişdir ki, Ülkər övladına görə aldığı təyin olunmuş alimentin miqdarını artırmaq üçün 2020-ci ilin fevral ayının 13-14-də Köhnə Xaçmaz kəndində yerləşən yaşadığları evdə onun yanında əvvəlcə 470 manat, sonradan isə həmin işə görə 2020-ci ilin fevral ayının 23-24-də Ülkərin işlədiyi “Bərəkət” marketdə əlavə 200 manat, daha sonra isə Ülkərin övladı Jaləyə sosial pensiya düzəldəcəyi adı ilə 2020-ci ilin mart ayının 20-də Köhnə Xaçmaz kəndində yerləşən qaynının oğlu Orxanın evində 1000 manat da vermişdir. İlahə həmin pulları, Ülkərin aliment və sosial pensiya məsələsini həll etməklə əlaqədar tanıdığı vəzifəli şəxslərə vermək adı ilə almışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 bibisinin həyat yoldaşıdır. 2020-ci ilin iyun ayında bibisi oğlu X7 rayon Balçılı kəndində idarə etdiyi avtomobillə piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxtlarda Zərərçəkmiş şəxs2 iş yoldaşı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı, özlərini vəkil kimi təqdim edən Hüseynova İlahə və Təqsirləndirilən şəxs2 adlı şəxslərin onlara köməklik edəcəklərini demiş və birlikdə getməyini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə o, Zərərçəkmiş şəxs2la birlikdə Gəncə şəhərinə Zərərçəkmiş şəxs1 evinə getmişdir. Həmin vaxt Cumalı onları əvvəllər tanımadığı, adlarını sonradan bildiyi X37 və Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. X37 məhkəmə işçisi olduğunu, Təqsirləndirilən şəxs2 isə hansısa dövlət orqanında işlədiyini demişdir, lakin dəqiq harada işləməsini bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 oğlunun barəsində olan cinayət işi barədə həmin şəxslərə məlumat vermiş, İlahə və Rəna adlı şəxslər isə həmin cinayət işini xitam etdirəcəklərini, bunun üçün 10.000 manat pul verməli olduğunu bildirmişlər. O, isə onları tanımadığını bildirdikdə, Zərərçəkmiş şəxs1 arada özünün olduğunu, həmin şəxsləri tanıdığını və onlara zamin durduğunu, işi görməyəcəkləri halda pulu öz hesabına qaytaracağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 iş yoldaşı Cumalıya inandığını həmin şəxsləri də Cumalının tanış etdiyini deyib 10.000 (on min) manat pulu X22 vermişdir. Hüseynova İlahə pulu saydıqdan sonra götürmüş, o, isə bu barədə bir sənəd vermələrini istədikdə, İlahə Hüseynova öz xətti ilə adi bir vərəqə iltizam yazaraq 10.000 manat pulu almalarını qeyd etmiş və həmin kağızı Hüseynova İlahə, İsmayılov Rəna, Zərərçəkmiş şəxs1 və o, imza etmişdir. Bundan sonra həmin şəxslər bir neçə dəfə gəlib onlarla görüşmüşlər və hər gəldiklərində işi yoluna qoyduqlarını, bu barədə heç kimə məlumat verməməklərini deyirmişlər. Daha sonra cinayət işi məhkəməyə göndərilmiş, həmin vaxtlarda Hüseynova İlahə və Rəna adlı şəxslər yenədə narahat olmamağlarını məhkəmədə işi xitam etdirəcəklərini deyirmişlər. Bibisi oğlu Eminin barəsində olan cinayət işi məhkəməyə göndərildikdən sonra həmin cinayət işinin xitam olunmayacağını, Hüseynova İlahənin ümumiyyətlə vəkillik fəaliyyəti ilə məşğul olmadığını, həmçinin Rəna adlı qadının da heç bir yerdə işləmədiyini və onları aldatdıqlarını başa düşmüşlər. Bu səbəbdən Yadiğar 10.000 manat pulunu həmin şəxslərdən geri tələb etmişdir. Hüseynova İlahə və Təqsirləndirilən şəxs2 bəhanələr gətirərək avtotexniki ekspertizaya 5500 (beş minbeş yüz) manat pul verdiklərini, əlavə 2000 manat dəqiq bilmədiyi ünvana verəcəyini və probasiya müddətində də 2000 manat ödəyəcəklərini deyib pulu qaytarmamışlar, bundan sonra Yadiğar həmin şəxlərin barəsində şikayət etmək qərarına gəlmişdir. Əlavə suallara cavab olaraq Siyavuş Hüseynov bildirmişdir ki, X24 özünü köhnə məhkəmə işçisi və vəkil kimi təqdim etmiş və Rəna adlı qadın isə dövlət orqanında işlədiyini deyirmiş, lakin dəqiq olaraq harada işləməsini bilməmişdir. Zərərçəkmiş şəxs2 həmin şəxslərə 10000 (on min) manat pulu oğlu Eminin barəsində olan cinayət işini xitam etdirmək məqsədi ilə vermiş və pulu Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhərində yerləşən evində vermişdir, həmin vaxt İlahə Hüseynova pulu almalarını təsdiq edəcək kağıza da imza etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid7 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2019-cu ilin aprel ayından tanımışdır. Belə ki, qardaşı X40 bacısı Gülmiranı və əri Amil İsmayılovu bıçaqlamışdır. Həmin hadisə ilə əlaqədar Gəncə şəhər prokurorluğunda cinayət işinin istintaqı aparılırmış. Cinayət işi Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəməyə göndəriləndən sonra atası Cumalı qardaşı Ruslanı buraxdırmaq istəyirmiş. Bunun üçün atası adam axtarımış ki, məhkəmə ilə danışıb qardaşını azadlığa buraxılmasını və az müddətli azadlıqdan məhrum etmə cəzası ilə hökm çıxarılsın. Həmin vaxt tanışları Adilə adlı qadın Bakı şəhərində İlkin adlı şəxslə danışıb onlara köməklik etməsini xahiş etmişdir. Adilə hal-hazırda Türkiyə Respublikasında yaşayır. Adilə Türkiyə Respublikasına gedəndən sonra İlkin adlı şəxs atası Cumalıya zəng edib Rəna adlı qadın onların işinə köməklik göstərməsi üçün Gəncə şəhərinə gələcəkmiş. Sonra Rəna atasına zəng edib İlkinin dediyini və onların işini danışmaq üçün Gəncə şəhərinə gələcəyini demişdir. Rəna Gəncə şəhərinə gələndə İlahə adlı qadınla bir yerdə gəlmişdir. Rəna və İlahə onların evinə gəlib qardaşının işi ilə tanış olmuşlar. Həmin sənədləri götürüb getmişdirlər. Təxminən 1 həftədən sonra Rəna atasına zəng edib bu işi danışdığını və qaydasına qoya biləcəyini deyib Gəncə şəhərinə gələcəyini demişdirlər. Onlar hər ikisi Gəncə şəhərinə gəlmişlər. Rəna ilə İlahəni atası qohumlarının Esmirəgilin evinə gətirmiş, orada Rəna və İlahənin qardaşının işinin həllinə dair etmiş olduqları söhbət zamanı səslərini yazmışlar. Rəna və İlahə atasını inandırdılar ki, qardaşı X68 Cinayətlər məhkəməsindən azadlığa buraxdıracaqlar. Bunun müqabilində 30000 manat pul istədilər. Atası da Rənaya evini satıb həmin pulu verə biləcəyini demişdir. Rəna həmçinin söz verdi ki, Ruslanın əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrindən həmin məcəllənin 126-cı maddəsinə tövsif etdirəcəkmiş. Onlar atası ilə danışıb razılaşdıqdan sonra pulu hansı vaxt götürəcəklərini soruşmuşlar. Atası da demişdir ki, yaşadıqları evi satandan sonra xəbər edəcək, gəlib pulu götürəcəklər. Bu söhbət təxminən 2019-cu ilin oktyabr ayında Esmiragilin evində olmuşdur. Həmin vaxt orda o, atası, Esmira, Esmiranın oğlu Nürəddin, Rəna və İlahə olmuşdur. Onlar Bakı şəhərinə qayıtmışlar. Təxminən 1 həftə sonra Esmira gəlib atasına dedi ki, Rəna zəng edib bildirib ki, Ruslanın işi ilə əlaqədar olaraq 2000 manat təcili pul göndərmək lazımdır. Həmin vaxt atasının pulu yox imiş. Atası Esmiradan pul tapmağı xahiş etmiş. Esmira da tez qohumundan sələm götürüb atasına vemişdir. Atası da Esmiraya bildirmişdir ki, həmin pulu poçt vasitəsi ilə Rənaya göndərsin, Esmira da poçt vasitəsi ilə 2000 manatı Rənaya göndərib poçtun çekini atasına vermişdir. Bundan təxminən 1 həftə sonra Rəna yenə də Esmiraya zəng edib Ruslanın işi üçün atasının 3000 manat göndərməsini demişdir. Atası da yenə Esmiradan xahiş etdi ki, ona 3000 manat sələm tapsın evi satan kimi həmin pulu qaytaracaqlar. Esmira öz qohumundan onlar üçün 3000 manat sələm tapmış, həmin pulu atasına vermişdir. Atası da Esmiradan xahiş etmişdir ki, poçt vasitəsi ilə Rənaya göndərsin. Esmira da həmin pulu poçtla Rənaya göndərib çekini atasına vermişdir. Bu adla Rəna bir neçə dəfə atasından pul almışdır. Bütün pulların çekləri atasında dururmuş. Sonuncu dəfə Rəna qardaşının işinin həlli üçün xx.xx.2020-ci il tarixdə Rənaya 22000 manat pul vermişdir. Rəna və İlahə hər ikisi atasına söz verdilər ki, qardaşı Ruslanın əməli AR CM-nin 126-cı maddəsinə tövsif ediləcək və məhkəmə zalından azadlığa buraxılacaqdır. Ümumilikdə atası Cumalı Rəna və İlahəyə qardaşı Ruslanın azadlığa buraxılması üçün 36000 (otuz altı min) manat pul verdi. Buna baxmayaraq qardaşına məhkəmə 11 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası vermişdir. Əlavə suallara cavab olaraq Şahid7 bildirmişdir ki, 22000 manat pulu və qohumları Esmiranın poçt vasitəsi ilə göndərdiyi pulu Rəna götürübmüş. Rəna Ruslanı azadlığa buraxacağına söz veribmiş, tanışları olduğunu və onların vasitəsi ilə Ruslanın işini həll edəcəyini deyirmiş. İlahə də ştatdan kənar məhkəmə işçisi olduğunu bu işləri yaxşı bildiyini və bu işi birlikdə həll edəcəyini deyirmiş. Atası poçt vasitəsi ilə İlahəyə də pul göndərmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X5 Esmira Cumalı qızının ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun ərinin xalası oğludur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2019-cu ilin aprel ayından tanımışdır. Belə ki, Cumalının oğlu X40 bacısı Gülmira və Gülmiranın əri Amil İsmayılovu bıçaqlamışdır. Həmin hadisə ilə əlaqədədar Gəncə şəhər prokurorluğunda cinayət işinin istintaqı aparılırmış. Cinayət işi üzrə Gülmira və Amil zərəçəkmiş şəxs qisiminda tanınmışdılar. Cinayət işi Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəməyə göndəriləndən sonra Cumalı Ruslanı buraxdırmaq istəyirmiş. Bunun üçün Cumalı adam axtarırmış ki, məhkəmə ilə danışıb Ruslanın azadlığa buraxılmasını və az müddətli azadlıqdan məhrum etmə cəzası ilə höküm çıxarılsın. 2019-cu ilin sentabr ayının sonlarında qızının toyuna hazırlıq üçün evlərini təmir etdirmək qərarına gəlmişlər. Cumalı ev təmirini bacardığı üçün onlar Cumalıya demişlər ki, evlərinə gəlib təmir etsin. Həmin vaxtdan Cumalı onların evini təmir etməyə başlamışdır. 2019-cu ilin oktyabr ayında Cumalı ona demişdir ki, oğlu Ruslanın işinin həll edilməsi məqsədi ilə iki nəfər qadın Bakı şəhərindən Gəncəyə gələcəkmiş. Cumalı bildirmişdir ki, həmin qadınları öz evində heç kim olmadığı üçün onların evlərinə gətirəcəkmiş. Belə də olmuşdur, Cumalı həmin iki nəfər qadını onun evinə gətirmişdir. Sonradan o, bilmişdir ki, qadınlardan birinin adı Rəna digərinin adı isə İlahədir. Cumalı həmin qadınlarla oğlu Ruslanın cinayəti haqqında danışıb qısqanclıq zəmnində bacısını və Amil adlı şəxsi bıçaqla vurduğunu bildirmiş, Rəna da demişdir ki, “bu iş ağır işdir, ancaq bu işi həll edib, Ruslanı azadlığa buraxdıracam”. Həmin vaxt İlahə də Rənanın dediklərini təsdiq edib, bu işi həll edəcəklərini deyirmişlər. Cumalı bu işlərin həlli üçün nə qədər xərci çıxacağını soruşmuşdur. Rəna demişdir ki, Ruslanın azadlığa buraxılması və işinin yüngül maddəyə keçirməsi üçün 30000 (otuz min) manat pul lazım olacaqmış. Həmin vaxt o, Rənaya demişdir ki, “Cumalının o qədər pulu yoxdur, bu iş alınası deyil”. Həmin vaxt Rəna ona demişdir ki, “əgər Cumalının pulu yoxdursa bəs məni nə üçün çağırırdınız”. Cumalı Rənaya demişdir ki, öz qardaş bacısı ilə razılaşıb yaşadığı evi sata bilsə, evi satıb həmin miqdarda pulu düzəldə bilərmiş. Bundan sonra Rəna Cumalıya demişdir ki, pulu düzəldə biləcəyi vaxtı desin. Cumalı da vaxt deyə bilməmişdir. Bundan sonra Rəna Cumalıya demişdir ki, “10 gün müddətində pulu düzəldib ona zəng etsin”. Sonra Rəna və İlahə Ruslanın işinə dair cinayət işinin sənədlərini götürüb Bakı şəhərinə getdiklərini demişlər. Həmin gün Rəna onun telefonunu götürüb onunla əlaqə saxlayacağını demişdir. Rəna elə danışırmış ki, o, Rənanın danışığından elə güman etmişdir ki, Respublika da ən vəzifəli şəxslər onun yaxınlarıdır və onun tanışlarıdır. Rənanın danışığı onda və Cumalıda inam yaratmışdır ki, Ruslan tez bir zamanda həbsdən azad olunub evə gələcəkdir. Hətta o, hərdən elə zənn edirmiş ki, Ruslan artıq evdədir. Rəna və İlahə onları inandırdıqdan sonra Bakı şəhərinə qayıtmışlar. Təxminən 3-4 gündən sonra Rəna ona zəng edib Cumalı pulu düzəldib-düzəltməməsini soruşmuşdur. Oda demişdir ki, “ev hələ satılmayıbdır”. Rəna ona demişdir ki, Ruslanın işinin həlli üçün danışıqlara başlayıbmış və razılıq alıbmış. Bunun üçün ilkin olaraq 5000 manat pul lazım olduğunu demişdir. O da Rənanın dediklərini zəng edib Cumalıya demişdir. Cumalı da ondan xahiş etmişdir ki, 5000 manat pul tapsın Ruslanın işi üçün Rənaya pul göndərsin. O da tanışlarının birindən 2000 manat borc pul tapmışdır. Cumalı ondan xahiş etmişdir ki, işdədir o, həmin pulu poçtla Rənaya göndərsin. O, Rənaya zəng edib 2000 manat pul tapdıq larını və həmin pulu poçt vasitəsi ilə ona göndərəcəyini demişdir. 02 oktyabr 2019-cu il tarixdə o, poçt vasitəsi ilə Rənaya pul göndərmişdir. Bundan sonra Rəna yenə də zəng edib Ruslanın işi üçün 3000 manat pul verməklərini demişdir. O, Cumalıya Rənanın yenə də pul istədiyini demişdir. Cumalı ondan xahiş etmişdir ki, borc pul tapsın yenə də Rənaya göndərsin. Cumalı ona demişdir ki, evi satandan sonra həmin borcları qaytaracaqmış. O, bilirmiş ki, Cumalı həqiqətən də oğlu Ruslanın azadlığa buraxılması üçün evini satırmış. O, yenə də tanışlarından 3000 manat pul borc pul tapıb Ruslanın işi üçün xx.xx.2019-cu il tarixdə Rənaya Bakı şəhərinə göndərmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Rəna ilə İlahə Gəncə şəhərinə gəlmişdirlər. Rəna və İlahə onların yaşadıqları evə gəlmişdirlər. Həmin vaxt Cumalı da onların evinə gəlmişdir. Rəna və İlahə onlarda Ruslanın işi ilə məşğul olduğunu bu işin həll olunacağını, Ruslanın məhkəmə zalından azadlığa buraxılacağını deyib onları inandırmışlar. Rəna yenə də 3000 manat verməylərini demişdir. Cumalı yenə də ondan xahiş etmişdir ki, 3000 manat borc pul tapsın. O, yenə də qohumlarından borc tapıb həmin gün həmin miqdarda pulu Cumalının yanında Rənaya vermişdir. Onlar pulu götürüb çıxıb getmişlər. Bundan sonra Cumalı ayrı-ayrı vaxtlarda Rənaya oğlunun işi üçün pul göndərmişdir. 2020-ci ilin oktyabr ayında Cumalı yaşadığı evi satmışdır. Cumalı evi satması barədə Rənaya zəng edib demiş və 22000 manat pulun hazır olduğunu demişdir. Həmin vaxt Rəna ilə o da danışmışdır. Onlar Rəna ilə danışanda təxminən saat 12 radələri olarmış. Rəna da demişdir ki, Bakıdan çıxıb pulu götürmək üçün gəlirmiş. 16 oktyabr 2021-ci il tarixdə təxminən gecə saat 03 radələrində Rəna markasını xatırlamadığı avtomobillə onun yaşadığı evə gəlmişdir. Cumalı da 22000 manat pulub götürüb onların evlərinə gəlmişdir. Həmin vaxt İlahə Rəna ilə gəlməmişdir. Cumalı 22000 manat pulu çıxarıb Rənaya vermişdir. Rəna pulu saymayıb əl çantasına qoymuşdur. Rəna pulu götürüb bir daha onlar əmin etmişdir ki, Ruslan məhkəmə zalından azadlığa buraxılacaqmış. Rəna pulu götürüb çıxıb getmişdir. Ruslanın axırıncı məhkəmə zalında onun 11 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə hökm çıxarılmışdır. Bundan sonra onların hamısı bilmişlər ki, Rəna onlar aldadıbmış. O, Cumalıya demişdir ki, Rənaya verdiyi pulu alsın. Cumalı Rənadan pulunu istəsə də o pulu verməmişdir. X66 inandırmışdır ki, Apelyasiya məhkəməsi vasitəsi ilə Ruslanı buraxdıracaqdır. X67 Ağır Cinayətlər Məhkəməsindən buraxılacağı üçün Cumalıdan 30000 manat pul almışdır. Rəna Apellyasiya məhkəməsindən də Ruslanı buraxdıra bilməmişdir. Əlavə suallara cavab olaraq Şahid5 bildirmişdir ki, 22000 manat pulu və o, poçt vasistəsi ilə göndərdiyi pulu Rəna götürmüşdür. Rəna Ruslanı azadlığa buraxacağına söz verib, tanışları olduğunu və onların vasitəsi ilə Ruslanın işini həll edəcəyini deyirmiş, İlahə də ştatdan kənar məhkəmə işçisi olduğunu bu işləri yaxşı bildiyini və bu işi birlikdə həll edəcəyini deyirmiş. Ancaq o, İlahəyə pul verməmişdir. Cumalı özü ona deyirmiş ki, poçt vasitəsi ilə İlahəyə pul göndərmişdir pulu onun yaşadığı Gəncə şəhəri, Eminbəyli küçəsi, ev 18-də, xx.xx.2020-ci il tarixdə Cumalı Rənaya vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Şahid10 isə onun sinif yoldaşı olmuşdur və rəfiqəsidir. Təxminən 3 il bundan əvvəl, yəni 2019- cu ilin oktyabr ayında qohumu Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasov bacısı Gülmira və qohumu Amilə bıçaqla vuraraq hər ikisinə xəsarət yetirdiyi və barəsində araşdırma aparıldığını öyrənmişdir. Bundan sonra o, əvvəllər onun hüquqlarını məhkəmədə müdafiə edən rafiqəsinin olduğunu bildirmiş və Şahid10 nömrəsini vermişdir. Bundan sonra qohumu Zərərçəkmiş şəxs1 Adilə ilə əlaqə saxlamışlar və ondan hüquqi yardım istəmişlər. Həmin vaxt Adilə Türkiyə Respublikasında olduğu üçün kömək edə bilməyəcəyini lakin Azərbaycan Respublikasında tanışının olduğunu və onun kömək edə biləcəyini bildirmiş və İlkin adlı şəxsin nömrəsini vermişdir. Bir müddət keçdikdən sonra qohumu Zərərçəkmiş şəxs1 İlkinin vasitəsilə tanıdığı Rəna və İlahənin oğlu Ruslanın işi həll edəcəkləri adı ilə yalan vədlər verərək ayrı-ayrı vaxtlarda ondan 36000 (otuz altı min) manat məbləğində pul aldıqları lakin heç bir köməklik etmidiklərini bildirmişdir. Bundan sonra o, Adilə ilə əlaqə saxlayıb bu barədə məlumat verən zaman Adilə baş verən hadisələrdən məlumatının olmadığını ona demişdir. Əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o,Təqsirləndirilən şəxs2 tanımırmış. O, Şahid10 təxminən 20 ildən artıq müddətdir ki, tanıyırmış. Adilə hüquqşünasdır və məhkəmədə onun hüquqlarını müdafiə etmiş və Adilənin ona çox köməyi olmuşdur. O, qohumu Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasova da köməklik edəcəyini düşündüyündən Adiləyə müraciət etmələrini bildirmişdir. Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasovun barəsində olan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 36000 manat məbləğində pul verməsi Zərərçəkmiş şəxs1 ona bildirdikdən sonra məlumatı olmuşdur. Daha əvvəl baş vermiş hadisələr ilə bağlı heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Türkiyə Respublikasında Koceli Universitentində təhsil aldığı üçün bir müddətdir ki, Türkiyə Respublikası Koceli şəhərində yaşayır. Zərərçəkmiş şəxs1 təxminən 2-3 ildir ki, tanıyırmış. Təxminən 2 il bundan əvvəl rəfiqəsi Bahar ona zəng edərək qohumu Cumalının oğlu Ruslan Abbasovun cinayət törətdiyini üçün barəsində cinayət işi olduğunu və ona köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, rəfiqəsinin Bahara təhsili ilə əlaqədar Türkiyə Respublikasında olduğunu və Azərbaycan Respublikasında olmadığını bildirmişdir. Bundan sonra Bahara Azərbaycan Respublikasında tanışı olan İlkinin nömrəsini vermiş və İlkinin köhnə polis əməkdaşı olduğu üçün onlara kömək edə biləcəyini bildirmişdir. Bundan bir müddət sonra Bahar onunla yenidən əlaqə saxlayaraq Rəna adlı qadının qohumu Cumalının oğlu Ruslanın cinayət işi xitam etmək adı ilə aldadaraq ondan, yəni Cumalıdan 36000 manat məbləğində pul aldığını və heç bir köməklik etmədiyini bildirmişdir. O, Bahara baş vermiş hadisələrdən məlumatının olmadığını bildirmişdir. Əlavə suallara cavab olaraq Şahid10 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 tanımırmış. O, Azərbaycan Respublikasında nümayəndə kimi fəaliyyət göstərən zaman İlkin adlı şəxsi tanımışdır. Belə ki, İlkinin əvvəllər polis orqanlarında işlədiyini bilirmiş. Rəfiqəsi Bahar qohumu Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasovun barəsində olan cinayət işinə kömək etməyini xahiş etdikdə O, Azərbaycan Respublikasında olmadığı üçün tanışı İlkinin kömək edə biləcəyini bildirmişdir. O, Şahid1 ilə sinif yoldaşı olmuşdur və nümayəndə kimi fəaliyyət göstərən zaman Baharın boşanmaq və aliment işlərində ona kömək etmişdir və Bahar onun hüquqşünas olduğunu və məhkəmə sahəsində təcrübəsi olduğunu bildiyi üçün ona müraciət etmiş və həmin zaman Azərbaycan Respublikasında olmadığı üçün əvvəllər polis işləmiş tanışı İlkinə müraciət edə biləcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasovun barəsində olan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 36000 manat məbləğində pul verməsini rəfiqəsi Şahid1 ona bildirdikdən sonra məlumatı olmuşdur. Daha əvvəl baş vermiş hadisələr ilə bağlı heç bir məlumatı olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 torpaq alqı-satqısı ilə məşğul olarkən ona müştəri tapılmasında köməklik etmişdir. O, Təqsirləndirilən şəxs2 sahibkar və hüquqşünas kimi tanımışdır. Adilə ona zəng edərək Gəncə şəhərində yaşayan tanışı Cumalı adlı şəxsin hüquqi yardıma ehtiyacı olduğunu və özünün Türkiyə Respublikasında olduğu üçün həmin şəxslərə kömək edə bilmədiyi onun kömək etməyini xahiş edərək, Cumalı adlı şəxsin mobil nömrəsini vermişdir. Bundan sonra o, Cumalı adlı şəxs ilə əlaqə saxlamış və onun oğlu Ruslan Abbasovun cinayət törətdiyini bildikdən sonra vəkilin kömək edə biləcəyini və tanıdığı hüquqşünas olduğunu bildirmişdir, daha sonra hüquqşünas kimi tanıdığı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasova kömək etməsini xahiş etmiş və Təqsirləndirilən şəxs2 köməklik edəcəyini deyərək Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamışdır, bundan sonra, yəni təxminən 3-4 ay sonra Şahid10 sonra isə Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs2 Ruslan Abbasovun işini xitam etdirəcəyi vədi ilə sonuncudan 36000 manat məbləğində pul aldığını lakin heç bir köməklik göstərmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 təxminən 4-5 ildir tanıyırmış. O, Təqsirləndirilən şəxs2 hüquqşünas kimi tanıyırmış və hüquqi məsələrələrdə yaranmış problemlərində ona kömək etmişdir. Adilə xanım ondan Zərərçəkmiş şəxs1 hüquqi yardıma ehtiyacı olduğunu bildirdikdən sonra o, Təqsirləndirilən şəxs2 kömək edə biləcəyini düşündüyü üçün Cumalının Rəna ilə əlaqə saxlamasına kömək etmişdir. Zərərçəkmiş şəxs1 oğlu Ruslan Abbasovun barəsində olan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 36000 manat məbləğində pul verməsi barədə Zərərçəkmiş şəxs1 və Şahid10 ona bildirdikdən sonra məlumatı olmuşdur. Daha əvvəl baş vermiş hadisələr ilə bağlı heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: - Cinayət işi üzrə istintaq zamanı təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1151-4/1183 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazı mətnlərində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur, həmçinin mübahisəli fonoqramlardakı danışıq hissələrində montaj əlamələri müəyyən olunmadı. Lakin müqayisəli tədqiqat aparılması mümkün olmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək məhkəmədə müqavilə əsasında hakim köməkçisi vəzifəsində işləmişdir. - X10 təqdim etdiyi qəbzlərə baxış keçirilmiş. Baxış zamanı müəyyən edilmişdir ki, SPK_565568_020720 nömrəli xx.xx.2020- ci il tarixli qəbzdən görünür ki, o, “Rabitə Bankın” Xaçmaz rayon filialından “Zolotoya korona” sistemi vasitəsi ilə 381 (üç yüz səksən bir) manat, SPK_571008_080720 nömrəli xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Ş.Abbasova “Rabitə Bankın” Xaçmaz rayon filialından “Zolotoya korona” sistemi vasitəsi 999 (doqquz yüz doxsan doqquz) manat pul göndərmişdir. - İstintaq zamanı zərəçəkmiş şəxs X41 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 arasında olan telefon danışıqları zamanı qeyd alınmış səs yazıları olan 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə səkkiz ədəd fayl olması, həmin fayllardan birinin videogörüntü olması, digərlərinin isə səs yazıları olması müəyyən edildi. Həmin faylların adı aşağıdakı kimidir:
1. VİD_20200623_214728_converted 2.“Вызов@**********3(**********3848)_**********2713”, 3.“Вызов@**********3(**********3848)_**********2209”, 4.“Вызов@ İlahe (**********3543)_**********1047”, 5.“Bbi3oB@İlahe(**********3543)_**********3755”, 6.“Bbi3oB@İlahe(**********3543)_**********0538”, 7.“Вызов@ İlahe (**********3543)_**********2647”, 8.“Вызов@ İlahe (**********3543)_**********1708” “VİD_20200623_214728_converted” adlı fayl açılan zaman müəyyən olundu ki, fayl 27 dəqiqə 28 saniyəlik videogörüntüdür. Həmin görüntülərə baxış zamanı görünür ki, videogörüntü evin içərisində çəkilmişdir. Baxış zamanı, X41, həmin evin ona məxsus, yaşadığı evin qonaq otağı olduğunu bildirdi. Videogörüntüdə iki nəfər xanım iştirak edir. Baxış zamanı görünür ki, həmin xanımlardan biri X41, digəri isə Təqsirləndirilən şəxs1dır. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 Səadət Abdulovaya bildirir ki, “sənədləri düzəldən şəxsi reyestr idarəsindən ezamiyyətə göndəriblər, ona görə də iş yubandı”. Bu zaman sonuncu Təqsirləndirilən şəxs1 soruşur ki, “heç olmasa xəritə çəkmə qutarıb?”, Təqsirləndirilən şəxs1 da bildirir ki, “hər şey hazırlanıb qutarıb, bir həmin işçinin işə gəlib sənədləri verməsi qalıb”. Bundan sonra, Təqsirləndirilən şəxs1 bildirir ki, “narahat olma müəllimə, məktəb məsələsini də həll eləmişəm, sənin əmək müqavilənin məsələsini, sənədləri götürüblər, müqavilə məsələsini həll edəcəyik. Sonra pedaqoq məsələsini də həll edəcəyik. Danışdığım adam deyir ki, 3-4 dənə boş yer var. Belə ki, 3-4 nəfər pensioner adam var, həmin pensioner işdən çıxarmaq istəyirlər. Çünki, pensionerin dərs saatı çox olur. Orda işə düzəldəcəyik gəlinini, sonra da onu perovod edəcəyik Xaçmaza. Avqust ayında bir arvad var, o çıxır pensiyaya, o çıxan kimi də gəlinini götürəcəklər. Mənim başım çıxmır bu məktəb məsələlərindən”. Bundan sonra Səadət Abdulova, otaqda olan masanın üstündə olan örtüyün altından bir ədəd vərəq çıxarıb bildirir ki, həmin vərəqdə İlahəyə vermək üçün borc aldığı şəxslərin siyahısı var. Bundan sonra o, Təqsirləndirilən şəxs1 vermək üçün, borc pul aldığı şəxslərin adlarını sadalayır. Bundan sonra, həmin vərəqədən Təqsirləndirilən şəxs1 verilən pulları sadalayır. Belə ki, 7210 manat çıxarışa görə, 3000 manat gəlinə görə, 500 manat da müəllimə pulu(müqavilyə görə). Təqsirləndirilən şəxs1. Təqsirləndirilən şəxs1 həmin siyahıya özü baxdıqdan sonra, siyahının onda qalmasını istəyir. Daha sonra İ.Hüseynova bildirir ki, həmin siyahı onda qalsın, hər dəfə həmin siyahıya baxanda pulu vermək üçün tələssin. Təqsirləndirilən şəxs1 Bakı şəhərində ofis götürdüyünü bildirir. Daha sonra S.Abdulova ondan reyestr idarəsində olan əməkdaşın nə üçün bu vaxtı ezamiyyətə göndərildiyini soruşur. Bundan sonra, S.Abdulova İ.Hüeyinovaya deyir ki, “bu vaxtdan sonra onun işi 500 manatla yox heç 5000 manatla da düzəlməyəcək”. Təqsirləndirilən şəxs1 da, bildirir ki, “tapşırıblar, düzəlməlidir, düzəlməsə başqa adam tapşıracaq”. S.Abdulova bildirir ki, “həmin adama denən 500 manat pulu qaytarsın”. Təqsirləndirilən şəxs1 bildirir ki, həmin şəxsə deyər ki, 500 manatı qaytarsın. S.Abdulova bildirir ki, “əmr belədir ki, 65 yaşdan yuxarı kim varsa çıxarılsın, onsuz da məni çıxaracaqlar, onda it də gedəcək, ip də”. Təqsirləndirilən şəxs1 bildirir ki, “onda mən 500 manatı götürüm həmin adamdan, əgər səni işdə saxlasalar mən də həmin adama verərəm”. Bundan sonra Təqsirləndirilən şəxs1 aldığı pullardan verəcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 evdən çıxıb gedir. “Videogörüntüyə baxış zamanı X41 görüntüdə olan şəxslərin birinin özü olduğunu, digərinin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirdi. “Вызов@**********3(**********3848)_**********2713” adlı fayl açılan zaman müəyyən olundu ki, fayl 8 dəqiqə 52 saniyəlik səs yazısıdır. Həmin səs yazısında aşağıdakı ifadələr işlədilir. 1-Səadət 2-İlahə: Saədət:Alo İlahə:Sabahın xeyir necəsən? Saədət:Aqibətin xeyir, sən necəsən, sağol can yaxşıyam, həyətdəydim. İlahə:hə gör nə deyirəm, sən mənim üçün ərizə vermisən polis? Saədət: nə ərizə? İlahə:Murad sənin oğlundur? Saədət:Murad mənim oğlumdur. İlahə :verib ərizə məndən? Saədət:Bilmirəm, mənim xəbərim yoxdur. İlahə:Nolar, getsin götürsündə. Saədət:Nolub ki? İlahə:Polisdən çağırıblar, Xudatdan məni Saədət:Nəyə görə ki? İlahə:Nəbilim, deyir Murad ərizə verib sizdən, Murad adlı oğlan Saədət:Nə barədə ki? İlahə:Nə bilim. Saədət:Sən hardasan? İlahə:Mən Bakıdayam, gələcəm dedim axı sənə, Səadət müəllimə sənə qurban olum, ölüm ayağının altında, mən gələcəm, özüm səninlə hər şeyi həll edəcəm Saədət:Gəl də gəl, neçə aydır gəlirsən, bu həftə gələn həftə İlahə:Get ərizəni götür, Aydın müəllim məni çağırıb, oralara məni aparma, ölərəm mən yollarda Saədət: Ərizəni götürmək çətin deyile, deyərəm oğluma qələt eləyir, mənə baxe, sən mənim dokumentimi gətir, hər şeyi qoyuram ayaq altına, gətir dokumentimi. İlahə:Mənə baxe, sən də eşidirsən məni, gəlib mən, gələcəm də, 1-2 günə gəlirəm, ölüm sənçün, başına dönərəm, gedib ərizəni götürsün Saədət: Qələt eləyir Murad, vuraram ağzından silləni, bu saat götürtərəm ərizəni, qələt eləyir, sən mənim gətir dokumentimi ver də, heç olmasa 553 manatımı qaytar da, iynə vurmaq üçün işlətim onu mən İlahə:yaxşı, birdənə o ərizəni götürün, bu yaxınlarda Saədət: İlahə: on iki min manat olub ortada, demisən ki mənə, sən mənə demisən ki, iki ay, demisən ki, aprel ayında İlahə:Sən Murada deməmisən mənə nə vermisən? Saədət: Heçnə mən ona, heç kəsə deməmişəm, sən mənə söz vermisən, Murad özü gəlindən xəbər tutub İlahə:Mən də sənə söz verirəm ki gələcəm. Qulaq as e, sən Murada denən ki, ərizəni götürsün, məni oralara aparma, mütləq bazar günü gələcəm yanıva Saədət:Ay bala, sabah yox, o biri gün bazar günüdüdə, gəl də gəl İlahə:gəlirəm Saədət:Dokumentimi gətirdə, sən deyirsən ki, gps belə, gps elə, gps var?,sən mənim dokumentimi gətir, hər şeyə nöqtə qoyaq, gətirdə İlahə:Onu həll edəcəyəm, bir dənə sən mənə Saədət:O uje, həll olunmaz məsələdir, yoxdu, çünki o olmayan, göydə olan şeydi, o yalan söhbətdir, yalandır. İlahə:Sən qulaq as, gör mən nə deyirəm, sənlə mənim aramda olan, ikimizdə qalsın, olmaz onu qaytaracam, o heç söhbət odur ki, Murada denən gedib ərizəni götürsün. Saədət: adə bu saat gedib onu yuxudan durğuzaram onu İlahə:Aydın Bağırovdadı Saədət:Sən mənə qulaq as e, sən mənə qulaq as sən mənə demisən ki, gps elə, gps belə, telefonda baxmısan xəritəyə, baxıb görmək olur, mənə yalan sözlər demisən. İlahə:Müəllimə, gör nə deyirəm, mənə nə deyiblər onu da demişəm, qulaq as e, indi bir söz deyim sənə, olmaz olmaz Saədət: Hanı bəs dokument, verdə sənədi, sənədi ver, vəssalam İlahə:Gələcəm yanıva, qulaq as sən Saədət:hə İlahə:Murada denən ki, Murada, Murad olan yerə gəlmiyəcəm, gələcəm söhbət edərik, Murada denən ki, gedib ərizəni götürsün, aman müəllimə, ölərəm mən, mən öldüm, bu dəqiqə mənə zəng ediblər ki, mən dedim axı sənə gələcəm də, inanırsan Aydın müəllim kimdi ona verib ərizəni, Muradla axı mənim işim olmayıb, sənin oğlundu, səninlə olub Saədət:Murad mənim oğlumdur İlahə:Denən ki, qurban olaram sənə sən get Murada denən ki, get Saədət:Mən sənə dedim ki, gəlin 3 minə görə danışır, gətir onun 3 minini heç olmasa, bax o gəlin deyib ona açıb ona ki, bax belə bir şey olub, bilir Murad İlahə: üç mini sən vermisən gəlin verib? Saədət: mən vermişəm, gəlin üçün vermişəm, mən gəlindən də götürmüşəm, pul götürmüşəm sonra qaytarmışam İlahə:sən denən də ki, 3 mini vermişəm, bex helə Saədət:işə düzəldirəm onu necə elə İlahə:eliyirdə, qulaq as, olsun, sən şeylə, onu qoy qaydasına, qoy götürsün, ərizəmi mən polisə getməyim, bazar günü özüm gələcəm. Saədət:Bazar günü yox e, elə bu gün gəldə İlahə:Bu gün gələ bilmirəm də.Müəllimə ölüm ayağının altında, sənə qurban olum Saədət:Qurbanın qoyun olsun, mən indi baxım görüm neynirəmsə, Mən başıma haranın külünü töküm İlahə:Sən ərizəni götüzdür, pulu mən vermişəm, denən 3 min deyil, min manatdı denən, qalanını özümüz danışarıq öz aramızda Saədət:İlahə: 12 mindir e, sən nə danışırsan İlahə:A bilirəm də, verəcəm, hamısını verəcəm, onları yoluna qoycam, aybaay, darıxma.Nolar başına dönüm. “Вызов@**********3(**********3848)_**********2209” adlı fayl tərəfimdən açılan zaman müəyyən olundu ki, fayl 7 dəqiqə 30 saniyəlik səsyazısıdır. Həmin səs yazısında aşağıdakı ifadələr işlədilir. 1-Səadət 2-İlahə: Səadət: Alo İlahə: Alo Səadət: Konturun qurtardı noldu? İlahə: kontur qurtardı e müəllimə Səadət: hə İlahə: kontur qurtardı, başqası girdi araya, zəng gəldi Səadət: hə İlahə: gör nə deyirəm e mən sənə, prosta brdaydım deyə bu aralarda başım qarışdı, ayın elə bil 7-dən 10-dan sonra pul olacaq əlimdə, prosta 553 birdi, düzdürmü müəllimə? Səadət: hə İlahə: 500 o, 53 də corabların pulu, o birisilər də sonra indi bazar günü gəlim Səadət: o birilər də baxımda, hamısı cəmi 12000 manat pul eləyir, neçə dəfə demişəm sənə İlahə: bilirəm də, bilirəm deyirəm ki, sonra əlim düzələndə yavaş-yavaş Səadət: 7210 manat evin sənədləri üçün idi, göstərmişdim sənə kağızı 3000 manat gəlini işə düzəltmək üçün 553 manat o birisi ver pulun vəssalam şüt tamam İlahə: olsun, gəlininkini verim, bazar günü gəlim bir dənə vəziyyət nədir nə deyil Səadət: 7210-u haçan verəcəksən? İlahə: hə? Səadət: bəs o 7210-u haçan verəcəksən? İlahə: o problem deyile, prosta bir dənə mən sənin yanına gəlim, bazar günü danışaq, vəziyyət nədir nə deyil bir dənə bazar günü danışaq Səadət: a yoxe, sən xəstə olana kimi demişdin ki, artıq sənəd çoxdan düzəlməlidir İlahə? İlahə: hə Səadət: bəs niyə düzəlmədi o, bəs niyə olmadı İlahə: gəlib deyəcəm sənə Səadət: yenə deyir gəlib deyəcəm. İlahə: yavaş-yavaş gəlib yoluna qoyacam, qaytaracam. Səadət: haradan verəcəksən, mən o pulu nə zülmnən ona yalvar, buna yalvar borc almışam,bankdan oğlum Murada zəng ediblər,o bilib, deyiblər ki, anan pulu qaytara bilmir. Mənim pulumu Murad ödəyir. İlahə: Murada demisən 3 mindi? Səadət: Sən cəmisi 12000 manat pul almısan e məndən İlahə: bax nəfəsim gedib gəlmir, ölə də bilərəm. Allahhaqqı, sən get ərizəni götür, qalan şeyi mən yoluna qoyacam. Səadət: Necə yoluna qoyacaqsan? Səadət: Aybaay verəcəm.məni işə salma İlahə: Sən mənim telefonumu da açmırdın İlahə: tutacaqlar məni Səadət: Niyə tuturlar, pula görə adam tuturlar? İlahə: Vallah tuturlar Səadət: tutmazlar İlahə: dələduzluqla iş açarlar, tutarlar Səadət: dələduzluq etməmisən ki sən, sən mənə sənəd düzəltmək adı ilə istəmisən İlahə: elə o, dələduzluq sayılır, 178-nən, gedək notariusa lap sənə kağız verim Səadət: nə kağızı? Səadət: Müqavilə bağlayaq ki, mən sənə bu qədər borcluyam. “Вызов@İlahe(**********3543)_**********1708” adlı fayl açılan zaman müəyyən olundu ki, fayl 15 dəqiqə 08 saniyəlik səsyazısıdır. Həmin səs yazısında aşağıdakı ifadələr işlədilir. 1-Murad 2-İlahə: İlahə: Alo Murad: Salam əleykim İlahə: Alo, salam Murad necəsən? Murad: yaxşıyam İlahə, yaxşıyam, sən necəsən? İlahə: Oruc tutursan? Murad: yox, əvvəlcədən tutdum, sonra uje alınmadı tutmadım İlahə: hə, həmişə tuturdun axı, necəsən gör nə deyirəm Murad eşidirsən məni Murad: hə İlahə: Mən bir dənə burdan o qızın şərşürün bağlayım gəlim, sən mənə yəni mən demirəm e, hələ bu ayın içində pul verim sənə, sənə ama bir dənə prosta bunu birdənə qutarmalıyam ki, onu gözləməyim, o Bakıdan gəlsin mən araçılıq etmişəm, o Gəncədəki işə onu yoluna qoyum mən gələcəm, yəni bilirsən necə özüm də yalançı çıxdımda, mən bilmədim belə birdənə vəziyyət olar.Yol xərci də 15-20 manat çıxır hərdəfə Murad: hmm İlahə: birdənə bu gəlsin, pulnan gələcək, sonra mən gəlirəm Bakıya, Allah qoysa istəyirsən nə bilim necə mən bilirəm yazılı formada nə qədər sənə pul verəcəm, bölərəm aylığa lap notariusda kağızda verərəm sənə. Bilirsən necə, elə bil Gəncə məsələsində mən göstərmişəm kiməsə bu adamdı, almışam ondan vermişəm adama, iş də həll edildi, prosta narazılıq olub, biraz pulunu istəyir, adam da aparıb verib polisə bizi indi mən də bunu yoluna qoymalıyam ki, qızı gözləyirəm pul gətirəcək Murad: İlahə, sən söz verdin ki, bu ayın 25-nə kimi qaytaracam. İlahə: Quranhaqqı oruc tutmuşam, ağzım orucdu, mən səni də tanıyıram, bu dəq açmışam orucu, vallah verəcəm, mbax yəni mən ölərdim gərək,məni də elə bir dənə fırlatdılar ki, qaldım elə belə. Murad: Orda (Gəncədə) məbləğ nə qədərdir? İlahə: Orda 10 min manat, ora kişi 10 min istəmir, 7 min istəyir, qismən istəyir, deyir indi o qız pulu gətirməlidir, ya 4 min ya 3 min o pulu gözləyirəm, kişi qalanını keçir, mən araçılıq eləmişəm. Murad: İlahə, deməli, 12000 manat çıx 500 manat, qaldı 11500 manat, İlahə: Mən o pulları qaytaracam, gəl mənə 15-ə kimi vaxt ver, mən o pulu olan kimi ya sənə poçtla, ya da kartla deyərsən karta vuraram.sən mamaya denən ki, 15-nə kimi gözləsin. Murad: sən 15-də nə qədər nəzərdə tutursan? İlahə: mənə deyiblər ki, 15-də sənə 2500 manat pul verəcəyik. Belə deyiblər mənə Murad: 2500 manat yoxsa dollar? İlahə: yox manat. Dollar yoxdu bizdə. Murad: Mama ilə sizin aranızda 12000-dir yoxsa 12500? İlahə: Vallah mənim yadımda qalmayıb, maman nə qeyd edibsə elədir Murad: Mama 12000 yazıb, əslində artıqdı, biz hələ ora 12000 manat yazmışıq, sən o 12000 manatdan obşi mamaya nə qədər qaytarmısan? İlahə: 50 bir, 500 də bir. Murad: 50 nədir, 500 nədir? İlahə: 50 corabların pulu, mamadan corab almışdım. Murad: Sən poçtla göndərdiyin 500 manat olub? İlahə: hə hə. Sən bilmirsən e, mənim başıma nələr gəlib, sənin yanına gələndə bir adama zəng edəcəm, görərsən başıma nələr gəlib. CD diskə baxış zamanı X41, “Вызов@**********3(**********3848)_**********2209” adlı və “Вызов@**********3(**********3848)_**********2713” adlı səs yazılarında danışan tərəflərdən birinin özü, digərinin isə Təqsirləndirilən şəxs1 olduğunu, Şahid3 isə “Вызов@ПаЬе(**********3543)_**********1708” adlı səs yazısında danışan şəxslərdən birinin özü olduğunu, digərinin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirdilər. - Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd CD diskə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə baxış keçirilmiş. Baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 1 ədəd səs yazısı vardır. Həmin səs yazısı 07 dəqiqə 10 saniyədən ibarətdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 səs yazısını dinlədikdən sonra bildirdi ki, həmin səs yazısında olan səs ona, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aiddir və həmin səs yazısındanda göründüyü kimi Zərərçəkmiş şəxs1 övladı Ruslan Abbasovun törətdiyi cinayət işinin həll edilməsi üçün Təqsirləndirilən şəxs1 danışıqlar aparır, Təqsirləndirilən şəxs2 onlara həmin cinayət işinin hər hansı qeyriqanuni yolla həll etməmələri üçün iradını bildirərək, rüşvət vermənin cinayət olduğunu demişdir. Bu zaman Zərərçəkmiş şəxs1 həmin pulu borc olaraq verdiyini deyir.Baxış zamanı Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, onunla danışan şəxslər Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1 və Şahid5dır. - İstintaq zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi çeklərə baxış keçirilmiş, baxış zamanı müəyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi 292265998, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi 290430545, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi 276947920, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi 290123329, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi 255579745, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi 273068853, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* və xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çeklərdən görünür ki, Abbasov X17 Rəna Tofiq qızına xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çekə əsasən 600 manat, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çekə əsasən 1484 manat, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çekə əsasən 200 manat, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çekə əsasən 2000 manat, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çekə əsasən 3000 manat, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çekə əsasən 3000 manat, xx.xx.2020-ci il tarixli mədaxil qəbz nömrəsi ********* olan çekə əsasən 200 manat manat və Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixli mədaxil nömrəsi ********* nömrəli qəbzinə əsasən 500 manat, "xxxx" KB ASC-in xx.xx.2020-ci il tarixli 04020001 nömrəli qəbzinə əsasən 200 manat məbləğində pul göndərmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. -Zərərçəkmiş şəxs X34 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. -Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. -xx.xx.2024-cü il tarixli 23582 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında (5911 manat) pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. - Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73- 1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı ödəmişdir. Eyni zamanda, işdə olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər X34 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində qətimkan tədbiri qismində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa məhkəmə, təqsirləndirilən şəxs X22 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X19 zərərçəkmiş şəxslər X34, Zərərçəkmiş şəxs1, Sultanov Hicran Mürvət qızı, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, X41, X23 və Zərərçəkmiş şəxs5 qızına qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X19 əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını və vurduğu zərəri qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X19 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsi və zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, X37 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X22 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxslərin səs yazılarını əks etdirən CD disklər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında həyata keçirilən üzləşdirmə istintaq hərəkətlərini əks etdirən CD disklər, Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxs X41 arasında danışıq görüntülərini əks etdirən DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər X6, X11, X26 və X9 işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla X8 məhkəmədə iştirak etdiyi 75 saata görə 450 (dörd yüz əlli) manat, X15 51 saata görə 306(üç yüz altı) manat, X35 51 saata görə 306(üç yüz altı) manat, X16 6 saata görə 36(otuz altı) manat məbləğində pul ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X41 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona vurulan maddi zərərə görə 14790 manat pulun, mənəvi zərərə görə 5000 manat pulun, dövlət rüsumuna görə 150 manat pulun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki cavabdehin öz təqsirləri nəticəsində mülki iddiaçıya maddi və mənəvi ziyan vurması hazırkı cinayət işinin materialları ilə təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi mülki cavabdehin cinayət əməli nəticəsində mülki iddiaçı üçün mənəvi sarsıntı və iztirablara səbəb olan maddi və mənəvi zərər dəymişdir. Buna görə də mülki iddiaçının mülki cavabdeh ona dəymiş maddi və mənəvi zərərin əvəzində pul ödənilməsini tələb etmək hüququ vardır. Bununla belə məhkəmə hesab edir ki, vurulmuş maddi zərər tam şəkildə 14790 (on dörd min yeddi yüz doxsan) manat və vurulmuş mənəvi zərər qismən 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X28 ödənilməli, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçı X28 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X36 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iddiaçı tərəfindən mənəvi zərərin məbləğinin hansı səbəbdən 5000 manat təşkil etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçı X28 ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
HÖKM ETDİ:
Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü mаddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs2 barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismindəs seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri ləğv edilsin. X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X37 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. X19 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxslərin səs yazılarını əks etdirən CD disklər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında həyata keçirilən üzləşdirmə istintaq hərəkətlərini əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxs X41 arasında danışıq görüntülərini əks etdirən DVD disklər iş materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 (üç yüz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər X6, X11, X26 və X9 işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna göstərilmiş hüquqi yardıma görə X8 450 (dörd yüz əlli) manat, X15 306(üç yüz altı) manat, X35 306(üç yüz altı) manat, X16 36(otuz altı) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərər tam şəkildə 14790 (on dörd min yeddi yüz doxsan) manat və vurulmuş mənəvi zərər qismən 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X28 ödənilsin. Eyni zamanda İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçı X28 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Orxan Cəfərli