Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-4/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili və Zərərçəkmiş şəxs1 vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 13:30-da ünvan 3 ünvanında yaxın qohumların toplaşdığı, vəfat etmiş nənəsinin yas mərasimində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək, qohumu Zərərçəkmiş şəxs2 və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 yumruqla qəsdən vurmaqla ona üst çənədə sağda 3-4 dişlərin travmatik sınığı, üst dodağın selikli qişasının qansızması, üst dodağın dəri səthinin qançırı və şişkinliyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmаyа aid Zərərçəkmiş şəxs1 yumruqla qəsdən vurmaqla ona döş qəfəsinin əzilməsi (qançır və şişkinliyi) ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 31 mart 2021-ci il tarixində öz evlərində dərsə qoşulmuşdur. Həmin gün nənəsinin yas mərasimi imiş. Onların həmin gün 3 dərsləri olmuşdur. Karantin ilə əlaqədar dərslər saat 9-da başlayırmış. 3-cü dərsi saat 12-də başlayıb 1-də bitmişdir. Dərsdən sonra yorğun olduğu üçün bir az evdə istirahət etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin gün noutbuk vasitəsilə dərsə qoşulmuşdur. Dərsə həm telefon, həm də noutbuk vasitəsilə qoşula bilərdi. Dərsə qoşulmaq üçün telefonun olması şərt deyil. Dərslərin qrafikləri qabaqcadan onlara bəlli olur. Dərs zamanı həmin proqramda yazışmalar edə bilərdilər. Kimsə dərsdə olmayanda yazıb dərsə qoşulmalı olduğunu bildirə bilirmiş. Həmin vaxtı onun istifadəsində olan və hazırda da işlətdiyi ***-***-**-** telefon nömrəsi vardır. Hadisə baş verən gün səhər vaxtı telefonunu xalasına vermişdir. Nənəsinin yas mərasimi keçirilən evdə yaşayış olmadığından orada internet yoxdur. Xalası da Rusiya Federasiyasından gəldiyi üçün nömrəsi Azərbaycanda işləmir, onun telefonunda da internet paketi olduğu üçün həmin gün telefonunu xalasına vermişdir ki, xalası yoldaşı və uşaqları ilə danışa bilsin. Hadisə baş verən gün hamı nənəsinin yas mərasiminə getmişdir. O, evdə tək olmuşdur. Hadisə baş verən vaxt orada olmamışdır. Oraya axşam saatlarında, təqribən 5-6 arası getmiş və görmüşdür ki, heç kimin kefi yoxdur. O, nə baş verdiyini soruşduqda, ona demişlər ki, Mehman dayının həyat yoldaşı gəlib və burada bir az mübahisə yaranmışdır. Hadisə zamanı anasının və hətta xalasının xəsarət aldığını deyiblər. Mehman dayı onun anasının xalası oğludur. O, ailədən sadəcə Mehman dayını tanıyır. Mehman dayı və həyat yoldaşı Sumanə xanımın onun anasının xalası Elmira xala ilə mülk üstündə mübahisləri var. Onlar istəyir ki, onun anasıgili sıxışdırsınlar, anasıgil də Elmira xalanı yola gətirsin ki, evi Mehman dayıgilə versinlər. Hətta, hazırkı cinayət işi getdiyi vaxt, təxminən 1 il öncə (ifadə verdiyi vaxt:xx.xx.2024-cü il) Sumanə xanım onun anasını “Asan Xidmət”ə dəvət edib ki, xalasını razı salsın xalası evi onların adına keçirsin, bunun qarşılığında da o, şikayətini geri götürsün. Bundan başqa, hadisə baş verən il tarixini dəqiq xatırlamasa da təxminən yay aylarında, üzləşdirilməyə çağrılmışlar. Polis idarəsində üzləşmə keçirilməmişdən bir gün öncə ona zəng edib məlumat vermişlər. O da dedikləri vaxt qardaşı Çingiz ilə birlikdə getmişdir. Nə Mehman dayı, nə də Orxan onu tanımışdır. Onlar üzləşmə zamanı qardaşı Çingizi göstərmişlər. Üzləşmə protokolu tərtib edilmiş, onlar öz növbələrində imza etmişlər, sıra qarşı tərəfə çatanda Sumanə xanım üzləşmə protokolunu müstəntiqin gözü qarşısında cırmışdır. Beləliklə, üzləşmə faktiki baş tutsa da, rəsmiləşdirilməmiş qalmışdır. O, dəfələrlə müstəntiqdən tələb etsə də, müstəntiq əhəmiyyət verməmişdir. Bununla yanaşı, istintaq zamanı ona heç bir təsir olmayıb, habelə ondan kompüteri istəməmişlər, əgər istəsəydilər təqdim edərmiş. Bundan başqa, nənəsinin yas mərasiminə görə ona sadəcə 2 gün icazə vermişlər, 3-cü gün dərsə qoşulmasaydı, qayıb yazılacaqdı və onun balı kəsiləcəkdi. Amma o, dərsdən 100 tam bal toplamışdır. Bu da o deməkdir ki, o, həmin gün dərsdə olmuşdur. Onun fikrincə, hadisə baş verən vaxt qardaşı azyaşlı olduğundan onun cinayət məsuliyyəti yüngül olacağından və o özü hüquqşünas olduğu üçün Sumanə xanımgil belə edirlər ki, onun işə girməsinə mane olsunlar. Demək olar ki, istəklərinə çatıblar. Belə ki, hazırkı cinayət işi uzun müddətdir ki, davam edir və o, bir neçə dəfə iş yerlərinə müraciət edir, lakin təqsirləndirilən şəxs olduğundan onu işə götürmürlər. Hətta xarici ölkələrdən birində magistraturaya qəbul olmuş, lakin ölkədən çıxışı qadağan olduğundan gedib oxuya bilməmişdir. Baş verən bu hadisə onun həyatına mənfi təsir göstərir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “mənim həmin vaxt və hazırda istifadəmdə ***-***-**-** və ***-***-**-** nömrələr olmuşdur. Həmin mobil nömrələr anamın adınadır, həmin nömrələri mən işlədirəm, 10 ilə yaxındır ki, “Azercell” mobil nömrəni işlədirəm, “Bakcell” mobil nömrəni iki ilə yaxındır ki, işlədirəm”. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı o, həmin gün telefonun onun istifadəsində olduğunu bildirməmiş, nömrəsinin onun istifadəsində olduğunu bildirmişdir. Lakin, həmin vaxt telefon özündə olmayıb. Həmin vaxt işlətdiyi nömrəsi yenə də onun istifadəsindədir. Telefonu həmin gün hadisə baş verən zaman xalasında olsa da, o nömrə onun adınadır və onun istifadəsindədir. Sonda o, qeyd etdiklərinin nəzərə alınaraq, baş verən hadisədə onun heç bir təqsiri olmadığı üçün onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, valideynləri ilə birlikdə yaşayır. Onun gözündə problem olduğu üçün məktəbə gec getmişdir. Atasının analığı Elmira onların yaşadıqları evdə tək yaşayır, onlar bir evdə ayrı-ayrılıqda yaşayırlar. Elmira bəzi vaxtlar bacısıgilə, qohumlarıgilə gedir. Aralarında mülk üstündə soyuqluq yaranmışdır. 31 mart 2021-ci il tarixdə saat 13 radələrində anası Sumanə demişdir ki, atasının ögey xalası Gülçöhrənin yas mərasiminə getsinlər, həmin gün Gülçöhrənin 3 mərasimi olmuşdur. Atası da anasına təklif etmişdir ki, “bəlkə getməsinlər?” Anası Sumanə isə demişdir ki, Gülçöhrənin qızı Ruhiyyə və rəhmətə gedən Gülçöhrə onun anasının yas mərasiminə gəlmişlər, ona görə də onların getməkləri vacibdir. Ona görə də atası Mehman, anası Sumanə və evdə tək qalmasın deyə o, birlikdə yas mərasiminə getmişlər. O və atası Mehman kişilər olan məclisə, həyətə tərəf getmiş, anası Sumanə də qadınların olduğu içəri tərəfə girmişdir. Anası Sumanə içəri daxil olandan 1-2 dəqiqə keçməmiş, içəridən səs-küy gəlmiş, o, atasına demişdir ki, anası Sumanənin səsi gəlir, deyəsən dalaşırlar. O, anasının səsini eşidib evə, ağlaşma olan otağa getmişdir, içəri daxil olanda görmüşdür ki, Vüsal dayı anası Sumanənin qolundan tutub çölə çıxarır, Vüsal onu görüb demişdir ki, «Gəl q.... ananı apar». O, Vüsal dayının bu sözündən pərt olmuş, ona demişdir ki, dediyin biədəb söz sənin anandır. O, bu sözü dedikdə, Vüsal dayı onun sifətinə bir sillə vurmuş, sonra boyununun arxasından tutub onu çölə tullamışdır. Vüsal onun burnundan vurmuşdur. Bu vaxt görmüşdür ki, əvvəl tanımadığı, dava-dalaş zamanı adının Çingiz olduğunu dedikləri amma həqiqətən Vüsalın böyük oğlu olan Amir yumruqla onun sinə nahiyəsinə vurmuş, o, müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır, bu vaxt Amirin xalası oğlu Kamil də onun qolundan, kürəyindən vurmuşdur. Atası Mehman özünü onun üstünə atmışdır ki, onu qorusun. Bu vaxt onun gözünün qarşısında Amir yumruqla atası Mehmanın ağız nahiyəsinə zərbə vurmuş, atasının ağzı qanamışdır, Vüsal da atasını vurmuşdur. Həyətdə Amir, Çingiz və başqa tanımadığı insanlar ona hücum etmişlər. Ən ağır zərbəni ona Amir vurmuş, Vüsal sillə vurmuş, digərlərinin isə hardan necə vurması yadında qalmayıb. Anası Sumanə qışqırıb araya durmuş, atası Mehman və anası Sumanə onu birtəhər oradan çölə çıxartmış, oradan qaçıb getmişlər. Onlardan canlarını güclə qurtarmışlar, lakin buna baxmayaraq Vüsal, oğlu Amir, xalası oğlu Kamil yenə də üstlərinə hücum çəkir, onları söyüb təhqir edirmişlər. Sonra anası Sumanə onların döyülmələri barədə 1-ci Polis şöbəsinə şikayət etmiş, ayrı-ayrılıqda ərizə vermişlər, sonra məhkəmətibb ekspertizasından keçmişlər. Onlar Vüsaldan, oğlanları Amirdən və Çingizdən və Gülçinin oğlu Kamildən şikayətçi olmuşlar, o, xahiş etmişdir ki, onların hamısı cinayət məsuliyyətinə cəlb olunsun. O, döyülməsi nəticəsində sinə nahiyəsindən xəsarət almış və 1 ay üzü aşağı yata bilməmişdir. 2 yerdən 3 xəsarət almışdır. Şansı olsaydı özünü müdafiə etmək məqsədilə o da qarşısındakını vurarmış, amma elə bir şansı olmamışdır. O, yerə yıxılan zaman atası onu müdafiə etmək üçün araya girmiş, həmin vaxt Amir atasını yumruqla vurmuşdur. Atasının ağızından qan gəlmişdir. Atası və anası onu qorumağa çalışmış və o, ordan qaçanda adını bilmədiyi şəxslər onun dalınca qaçmışdır. Ona hücum edənlər həmçinin onu təhqir də etmişdir. Dava təxmini 10-15 dəqiqə çəkmişdir. Amir onunla barışıq üçün cəhd etməyib. O, Amiri və qardaşını tanıyır. Belə ki, bir gün onlar Elmiraya qurban əti gətirmiş, qapını o, açmış Elmira gəlib əti götürmüşdür. Həmin vaxt o, soruşmuşdur “bunlar kimdir?”. O da cavabında “bu Ayçinin böyük oğlu, bu da kiçik oğludur” deyə bildirmiş və tanış etmişdir. Hadisə baş verməmişdən əvvəl heç bir davadalaş olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Elmira ilə aralarında ev mübahisəsi olduğu üçün münasibətləri soyuq olub. Onun atasının doğma anası var. Gülçöhrə Elmiranın bacısıdır. Onların əvvələr İlham Bəylərovla aralarında münaqişə olub, hətta düşman kimidirlər. İlhamla aralarında olan münaqişənin Gülçöhrəyə heç bir aidiyyəti yoxdur. Gülçöhrə və onun qızı Ruhiyyə onun dayısının toyu olanda, 2011-ci ildə anasının anası rəhmətə gedəndə yas yerinə gəliblər. Ona görə də onlar da onun yas yerinə getmişlər. İİ X1 bacısının nəvəsi şəhid olanda onlar onun yas yerinə də getmişlər. Yeri gələndə onu Elmiraya görə tanımışlar. Amma heç bir söz-söhbət olmamışdır. Fikirləşmişlər ki, burda da heç bir söz-söhbət olmaz ona görə də Gülçöhrənin yas yerinə getmişlər. İşi olsaydı, heç o, yas yerinə getməzmiş. Bundan başqa, o, Vüsalı əvvələr tanımışdır. Qohumluq əlaqələri olmuşdur. Əvvələr çox görmüşdür. Amma adını dəqiq bilmirmiş. Hadisədən sonra bilmişdir. Amirlə Çingizin fərqli üz cizgiləri var. O, onların adını qarışdırırmış. Əvvəllər onların adını bilməmişdir. Hadisədən sonra o, ən yaxın polis bölməsinə, yəni Nizami rayon Polis şöbəsinə getmiş, öz şikayətini bildirmiş, hadisəni danışmışdır. Lakin, o, Amirin adını bilmədiyi üçün demişdir ki, Ayçinin böyük oğlu vurub. İlk dəfə izahat verəndə polis ona bildirmişdir ki, “səni vuranın adı Çingizdir”. Habelə, o, hadisə vaxtı Kamilin adını bilmişdir. Onu da hadisə vaxtı onun dalınca qaçanda arxadan “Kamil, qayıt dala” deyə çağırdıqlarından bilmişdir. Orda heç kimin marağı olmayıb ki, bir-birlərini fərqli adlarla çağırsınlar. Hadisədən sonra atası gedib evə paltarını dəyişməyə. O da anası ilə birlikdə polisə şikayət etməyə getmişdir. Hadisə vaxtı o evə girəndə anasını heç kim döymürmüş, o, sadəcə görmüşdür ki, Vüsal anasının qolundan tutub. O, dəqiq görmüşdür ki, atasını da Amir vurub. O, izahatı alınan zaman hadisəni danışmış, lakin adları deməmişdir, sadəcə demişdir ki, onu Ayçinin böyük oğlu vurubdur. Polis də demişdir ki, belə yaza bilməzlər. O da demişdir ki, təhqiqatçı araşdırsın. Hadisə çoxdan olduğu üçün tam olaraq müddəti xatırlamır, təxminən növbəti gün təhqiqatçı araşdırıb, adlarını öyrənib, bildirmişdir ki, Ayçinin böyük oğlunun adı Çingizdir. Anası da təhqiqatçının dediyinə görə Ayçinin böyük oğlunun adını Çingiz bilmişdir. İş müstəntiqə veriləndən sonra Baş Polis İdarəsində onlar bilmişlər ki, Ayçinin böyük oğlunun adı Amirdir. Təhqiqatçı onun izahatını almış, daha sonra izahatını kağız daşıyıcıda çap etmişdir. O, izahatını imzalamış və izahatında Çingiz yazıldığını bilmişdir. O, polisin səhvi olmuşdur ki, ona adı səhv demişdir. Onu vuran şəxs Təqsirləndirilən şəxsdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 31 mart 2021-ci il tarixdə saat 13 radələrində həyat yoldaşı Sumanə ögey xalası Gülçöhrənin yas mərasiminə getməklərini təklif etmişdir. Həmin gün Gülçöhrənin 3 mərasimi imiş. O, Sumanəyə bildirmişdir ki, “bəlkə getməsinlər? Sumanə isə ona demişdir ki, Gülçöhrənin qızı Ruhiyyə və rəhmətə gedən Gülçöhrə onun anasının yas mərasiminə gəlmişlər. Ona görə də onların getməyi vacibdir. Ona görə də o, Sumanə və oğlu Orxan da evdə tək qalmasın deyə birlikdə yas mərasiminə getmişlər. O və Orxan kişilər olan məclisə tərəf getmiş, Sumanə də qadınların olduğu, ağlaşma olan otağa girmişdir. Sumanə içəri daxil olandan 1-2 dəqiqə keçməmiş, içəridən səs-küy gəlmiş, Orxan ona demişdir ki, deyəsən anası Sumanəni döyürlər. O da eşitmişdir ki, içəridən qadın dava-dalaş, qışqırıq səsləri gəlir. Amma o, demişdir ki, yas yerində elə şey ola bilməz, dava etməzlər. Orxan ilk olaraq ondan əvvəl evə tərəf getmiş, o isə hələ durub gözləmiş, içəri tərəfə getməmişdir. Həmin vaxtı Ayçinin əri Vüsal Orxanın boyunundan tutub çölə itələmişdir. Sonra eşitmişdir ki, içəridə Orxana şillə vurubmuş. Orxanı çölə itələyən zaman Orxan yerə yıxılıb və sonra Orxanın üstünə tökülüşmüşlər. Dava düşmüş və həmin an yoldaşı içəridən çıxmışdır. Dava zamanı Orxanı vurmağa başlamışlar və Orxan yerə yıxılmışdır. O da araya girmişdir ki, Orxanı yerdən qaldırsın. Bu zaman onun da dişinin üstündən vurmuşlar. Orxanı yumruq, təpik, şillə ilə döyürmüşlər, birtəhər Orxanı ordan çıxardıb, hər üçü oradan bir təhər canlarını qurtarıb qaçmışlar. Sonra Sumanə onların döyülməyi barədə 1-ci Polis şöbəsinə şikayət etmişdir. O, həmin vaxt üstü qan olduğu üçün o vəziyyətdə polisə getməmişdir. Evə getmiş, əynini dəyişmişdir. Bundan sonra həyat yoldaşı ilə əlaqə saxlamış, yoldaşı demişdir ki, təhqiqatçı gedib, onun işi səhərə qalıb. Yoldaşı və oğlu həmin gün, o özü isə səhəri gün ayrıayrılıqda məhkəmə-tibb ekspertizasından keçmişlər. Zərərçəkmiş şəxs2 məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, yoldaşı ona demişdir ki, Orxanı pis vurdular. O da çönmüşdür ki, Amir Orxanı vurub. Həmin vaxt Amir Orxanın başının üstündə imiş. Həmin an o, vurduğunu görməmişdir, lakin yoldaşı deyəndə o baxmışdır ki, artıq vurub. O, baxanda Orxan yerdə olmuşdur. 5-6 nəfər Orxanın üstünə tökülüşmüşdür. Onu təpikləyib, vururmuşlar. Vuran şəxslər onların qohumları imiş, o, onları tanımır. Yoldaşı və o aralaşdırırmışlar. Bir də deyəsən Gülçinin yoldaşı Arzu aralaşdırmaq istəyirmiş. Davanın nəyə görə başlamasını bilməmişdir. İçəridə onun yoldaşını təhqir ediblər, dava düşüb. Yoldaşı deyir ki, içəri girmiş və onu təhqir eləməyə başlamışlar. Onun balaca ögey qardaşının yoldaşı Ruhiyyə göz-qaş edərək Sumanəni çölə çıxardın deyib. O, inanmır ki, qabaqcadan hazırlanmış plan olar, amma demək istəyib ki, Sumanəni çölə çıxart, bura niyə gəlib? Vüsalın dava olana qədər harda olduğunu bilmir, amma görmüşdür ki, Orxanı tutub çölə itələyib. Lakin sillə vurduğunu görməmişdir. Yoldaşı demişdir ki, Orxanı vurublar. Vüsalın nə vaxt içəri getdiyini bilmir. O, Vüsalı tanıyır, münasibətləri nə yaxşı, nə də pis olmuşdur. Onları vurandan sonra da hərəkətləri davam etmişdir və qaçan zaman da arxaları ilə gəlirmişlər. Vüsal, Kamil, Ayçinin uşaqları və onların qohumları arxaları ilə gəlirmişlər. Ancaq Kamilin atası Arzu aralaşdırırmış. Oğlunun üstünə qışqırırmış ki, niyə başqasının uşağını vurursan. Kamil də təpik və yumruq ilə Orxanı vururmuş, onu vurmayıb. Onun bunlardan xoşu gəlmir. Elmira onun ögey anasıdır. Atasının 2-ci həyat yoldaşıdır. Anasının adı Elanura olmuşdur. O, 2013-cü ildə rəhmətə gedib. Hadisədə ögey anası da orda olmuşdur. Deyəsən o deyib ki, zəif yeri uşaqlarıdı, gözü də görmür, oğlunu döyün. Vəziyyətin ağırlaşmasına səbəb ögey anası olub. Zərərçəkmiş şəxs2 iş üzrə ilkin araşdırma zamanə verdiyi izahat və ifadələri elan edilmişdir. O ilkin izahatında bildirmişdir ki, “..həmin vaxt Ayçinin yoldaşı Vüsal Orxanın sinəsindən yumruqla vurdu, həmin vaxtı oğlum yerə yıxıldı, mən Vüsala dedim ki xəstə uşağı niyə əl qaldırırsan, bu zaman Ayçinin əri Vüsal məni nalayiq sözlərlə təhqir edərək qəsdən yumruqla sifətimə vurdu, həmin vaxtı ağzımda iki dişim qırıldı, bundan sonra onun oğlu və Gülçinin oğlu yerə yıxılan əlil oğlumu vurdular, mən oğlumu yerdən götürmək istəyərkən onlar yenə də bizi vurdular və döyərək bizi həyətdən çıxartdılar. “Sizi konkret olaraq kim vurub xəsarət yetirmişdir” sualına “Məni konkret olaraq Vüsal yumruqla vurub xəsarət yetirmişdir” deyə cavab vermişdir. Bundan sonra məhkəmədə bununla bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, o, ilk dəfə təhqiqatçıya izahat verən zaman Vüsalın böyük oğlunun onun oğlu Orxanı vurduğunu demişdir, təhqiqatçı isə vuran şəxsin adının dəqiq göstərilməli olduğunu bildirdiyindən adını öyrənib onlara deyəcəyini bildirmişdir. Səhəri gün gələndə, polis demişdir ki, gedib öyrənmişdir ki, adı Çingizdir. İstintaq zamanı özünün Vüsal tərəfindən vurulduğunu demişdir. Vüsal onun sifətinə vurub, amma dişlərini Vüsal qırmayıb. Hər tərəfdən ona zərbə dəymişdir. O hər yerdə demişdir ki, Vüsal da onu vurub. Amma ona əsas xəsarət Amirin zərbəsindən sonra dəymişdir. O, daha öncə də bildirmişdir ki, izahat düzgün yazılmayıb. Məhkəmədə Şahid1 Əsgər qızı ifadəsində bildirdi ki, 31 mart 2021-ci ildə o, həyat yoldaşı və oğlu ilə yas yerinə getmişlər. Orada belə bir hadisə olacağını düşünməmişdir, əgər bilsəydi xəstə oğlunu ora aparmazmış. Onlar Sumanəgilin xeyir və şərində iştirak etdiklərinə görə borclu qalmaq istəməmişdir. Birinci içəri girəndə onunla salamlaşmışlar. Sonra içəridə qaynanasının sözlərindən sonra onu içəridən çıxartmağa başlamışlar ki, “sənin burda yerin yoxdur”. Ona təsir edən o olmuşdur ki, ev sahibləri heç bir narazılıq bildirmədikləri halda, qaynanasının sözü ilə ona təyziq göstəriblər. Birdən Gülçinin böyük qızı onun saçından tutmuşdur. Dava da ordan başlamışdır. O, başa düşə bilməmişdir ki, böyüklər olan yerdə o kimdir ki, uşaq olduğu halda bu hərəkəti edir. Davanın ortasında oğlunu görüb, özünü itirmişdir. Orada Vüsal onu və oğlunu təhqir etmişdir. Daha sonra çöldə oğluna xəsarət yetirmişlər. O da orda qışqırmışdır ki, “Mehman uşağı vurdular”. Hamı orda bir-birinə yaxın imiş. O, çalışırmış ki, oğlu ilə birlikdə oradan çıxsın. Hadisədən sonra o və oğlu polisə getmiş, yoldaşı isə əynini dəyişmək üçün evə getmişdir. Polis idarəsində Aqil müəllimə (təhqiqatçı) bildirmişdir ki, o nəsil-kök ilə çox gediş-gəlişləri olmadığı üçün uşaqların adlarını bilmir. Bu səbəbdən orada ərizə yazarkən “onun böyük qızı”, “bunun böyük oğlu” kimi ifadələrdən istifadə etmişdir. Aqil müəllim də ona demişdir ki, “belə yazmaq olmaz”. O, ərizədə Çingiz və ya Amirin adını çəkməmişdir. Onlar təntimiş vəziyyətdə olmuşlar. Çünki oğlunun vəziyyəti tez-tez dəyişirmiş. Hətta Polis idarəsində oğluna təcili tibbi yardım gəlmişdir. Təcili yardımı aşağıdan polis çağırmışdır, dəqiq bilmir hansı polis çağırmışdır. Təcili yardım həkimləri Orxana iki iynə vurmuş, tabletka vermiş, dilinin altına da dərman qoymuşlar. Buna görə o, Aqil müəllimə demişdir ki, o, ərizəsini qısa şəkildə versin. Sonra gələndə onlar ifadələrini verəcəklər, sübutları olacaq. Oğlu həmin vaxt yetkinlik yaşına çatmadığı üçün onun ərizəsini də o yazmışdır. Aqil müəllim də demişdir ki, “belə yazmaq olmaz, gedəcəm və orda dəqiqləşdirəcəm, sonra ətraflı yazarıq”. O, bizə kağız vermişdir ki, gedək ekspertizaya. Daha sonra ekspertizadan çıxanda Mehman zəng vurmuşdur. O, Mehmana demişdir ki, xəstəxanadadır, gəlsin birlikdə Aqil müəllimin yanına gedək. Sonra Aqil müəllimə zəng etmişdir ki, Mehmanla birlikdə gəlirlər. Aqil müəllim də demişdir ki, “mən elə bir yerdəyəm ki, gələ bilmirəm, sabah gəlib izahatını verər”. Onlar ordan da çıxıb evə getmişlər. Səhəri gün ifadələrini vermək üçün polis idarəsinə getmişlər. İfadə verən zaman Aqil müəllimə demişlər ki, “siz Orxana xəsarət yetirən uşağın adını dəqiqləşdinizmi?” O da demişdir ki, adı Çingizdir. O da demişdir ki, “onda Çingiz yazın”. O, həmin vaxt Gülçinin böyük qızının adını maraqlandığını soruşanda Aqil müəllim demişdir ki, “yox yadımdan çıxdı, narahat olma, Gülçinin böyük qızı yazarsan”. Bu səbəbdən onlara orda səhv yazdırılıb. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Vüsal onu təhqir etmişdir. Oğlu ona cavab qaytaranda oğluna evin içində şillə vurmuşdur. Amir davaya çöldə qoşulmuşdur. O, Amir oğlunu vuranda görmüşdür. Darvazanın yanında Amir Orxanı sinəsindən vurmuş, Orxan yıxılmışdır. O, qışqıranda Mehman Amirin qolundan çəkmişdir. Mehmanın qarşısında Amir durmuşdur. O, Mehmanın vurulmasını da görmüşdür. Görmüşdür ki, Mehmanın ağzı qan içindədir. Amir bir dəfə Orxanı, bir dəfə də Mehmanı vurmuşdur. Dava təxminən 10 dəqiqə ərzində baş vermişdir. Əsas mübahisənin başlamasına səbəb qaynanası olmuşdur. Kamil Orxanın arxasınca qaçırmış. Kamilin atası isə aralamağa çalışmışdır. Hadisədən sonra Mehmanın dişində, Orxanın isə sinəsində xəsarətlər var imiş. Onların hamısı xəsarət almışdır. Yoldaşının 2 dişini Amir qırmışdır. Polis idarəsində verdiyi izahatını oxumuşdur. Amma xatırladığı qədəri ilə oğlunun izahatını oxumamışdır. Öz izahatı düz yazılmışdır. O, yas yerinə gedəndə narazılıq yaranmışdır, amma hiss etmişdir ki, xoş təəssüratla baxmırlar. Bundan əvvəl Gülçingilin atası rəhmətə gedəndə onlar getməmişlər. Amma Gülçöhrə onun anasının yas yerinə getdiyindən o da Gülçöhrənin yas yerinə getmək istəmişdir. O, yas yerinə girəndə Ruhiyyəyə baş sağlığı vermişdir. Ruhiyyə onu içəri dəvət etmişdir. Bundan sonra qaynanası o, tam içəri girməmiş, ona nalayiq ifadələrlə demişdir ki, “bu pozğunu bura kim çağırıb”. O da aqressiv cavab verərək, pozğunun özü olduğunu bildirmişdir. Onun əlində ancaq çantası olmuşdur. Onun çantasını pəncərədən çölə tullamışlar. Sonra Kamilin atası çantasını vermişdir. Vüsal onu qolundan tutub çölə çıxartmışdır. Orxanın ya boynuna ya da üzünə sillə vurmuşdur. O, orada ancaq özünü müdafiə etməyə çalışmış, təkcə Ayçinin qolundan tutmuşdur. Şahid1 üzləşdirmə ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiq Yusifin yanında onlar arasında üzləşdirmə olmuşdur. Üzləşməyə Amir, Ayçin, Vüsal və Çingiz gəlmişdir. 1-ci Amiri içəri gətirmişlər, sonra Amirlə Çingizi yan-yana qoymuşlar. Onlardan soruşmuşlar ki, “kim vurub?”, onlar da Amiri göstərmişlər. O, böyükləri, Vüsalı da, yoldaşını da tanıyır, amma uşaqları üzdən tanımır. Şahid1 məhkəmədə həmçinin bildirmişdir ki, o, üzləşdirmə protokolunu cırmayıb. Məhkəmədə Şahid3 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs anasıdır. Zərərçəkmiş şəxs Mehman isə onun xalasıoğludur. Zərərçəkmiş şəxslərlə şəxsi ədavətləri yoxdur. Əvvəllər xalaoğlu kimi münasibətləri olub. Uşaqlıqdan bir yerdə böyümüşlər, gediş gəlişləri olmasa da, xalasıoğlu kimi münasibətləri pis olmayıb. Sonra hərə ailə qurduqdan sonra gediş-gəlişləri çox olmamışdır. Xalası Elmira, yəni zərərçəkənin anası ilə yaxın münasibətləri var. 31 mart 2021-ci il tarixdə onun anasının üç yas mərasimində onlar içəridə oturan zaman balaca bacısını (Şahid11) kimsə çölə çağırmışdır. Onlar fikirləşmişlər ki, yas yeridi, kim gəlirsə içəri keçməlidi. Bacısı çölə çıxmış, bir müddətdən sonra qayıtmışdır. Qayıdanda onu çağıranın kim olduğunu soruşmuşdur. Bacısı bir az qorxmuş vəziyyətdə demişdir ki, Sumanə idi. Sumanə ilə onun bacısı eltidirlər. Onların gediş-gəlişi olmamışdır. Bu səbəbdən Sumanənin gəlişi onlara maraqlı qalmışdır. Sumanənin xalası Elmira ilə ədavəti var idi. Aralarında ev iddiaları var. Xalasının yoldaşı rəhmətə getdikdən sonra onların arasında ev iddiaları olmuşdur. Həmin ev xalasının adına keçmişdir. Onların neçə dəfə bu barədə məhkəmələri olub, xalası da həmin evi onlara vermir. Xalası ilə neçə dəfə əlbəyaxa olublar və xalası polisə müraciət edib. Onun xalası da yas mərasimində imiş. Ona görə də təəccüblənmişlər ki, Sumanə niyə yas mərasiminə gəlib. Aralarında ədavət olduğundan narahat olmuşlar ki, birdən dava salarlar. 2-3 dəqiqə keçəndən sonra eşitmişlər ki, kimsə “Ay xanım, ayaqqabınızı soyunun keçin” deyir. Sumanə xanım yas yeinə gəlmiş kimi deyilmiş, aqressiv şəkildə içəri keçib xalasının üstünə hücum etmək istəyəndə, o, qabağa durmuşdur. Bir neçə qadın Sumanəni saxlaya bilməmişlər. O, bacıları, baldızları orada olmuşlar. Ona da bir neçə dəfə təpik vurmuşdur, ayağı göyərmişdir. Onlar çalışırmışlar ki, bunu içəridən çıxarsınlar. İçəridə səs-küy (nalayiq ifadələr) yaranmışdır. Səs-küyə həyat yoldaşı Vüsal içəri daxil olmuşdur. Yoldaşı da Sumanə xanımı tanımırmış. Onların gediş-gəlişi olmayıb deyə özü də onu tanımırmış. O, özü də bir dəfə Sumanə xanımı Moskvada görmüşdür. Yoldaşı Vüsalı o çağırmamışdır. Sumanə xanım içəri girəndə bilməmişdir ki, nə baş verir, sadəcə görüb ki, onlar Sumanə xanımı çıxartmaq istəyirlər. O da Sumanəni tutub çölə çıxartmaq istəmişdir ki, onların gücü çatmır. Yoldaşı Sumanə xanımı çölə çıxartmaq istəyəndə, onu yenə vurmuşdur. O da həm həyəcanlı və stresli olduğu üçün, həm də onu vurması nəticəsində huşunu itirib yerə yıxılmışdır. 5-10 dəqiqədən sonra ayılmışdır. O, özünə gələndə deyiblər ki, yoldaşı Sumanəni çölə çıxardıb. Ordakı iki nəfər polis çağırılmasını təklif etmişdir, lakin onlar məclislərini pozmaq istəmədiklərindən polis çağırmamışlar. Səhərisi günü onlar yenə anasıgilə yığılmışlar. Xalası gəlib demişdir ki, axşam Sumanə ona zəng edib deyib ki, “Gəlib məclisinizi pozmaqda yaxşımı elədim?”. Hadisədən bir neçə gün - anasının yeddisi çıxandan sonra müstəntiq gəlib onlardan şikayət olduğunu demişdir. Onlar şikayət etməmiş, “hadisədi oldu, keçdi” deyə fikirləşmişlər. Həmin gün onlar gedib ifadə vermişlər. Birinci balaca oğlu Çingizin adı yazılmışdır. Bir müddət keçəndən sonra Amirin adının yazıldığını deyiblər. Bir dəfə də o, Sumanə xanıma zəng edib Amirin orda olmadığını və ifadəsini götürməsini demişdir. O da demişdir ki, “tək polis idarəsinin qabağına gəl”. O, Baş polis idarəsini qabağına getmiş, orda Sumanə qırmızı bir maşında oğlu ilə gəlmiş, ona demişdir ki, çantasını maşına qoysun. Sonra onu küncə çəkib, xalasına zəng edib, xalasının “Asan xidmət”ə gedərək evi onun adına keçirtməsi şərti ilə polisə verdiyi ərizəni geri götürəcəyini demişdir. O da demişdir ki, xalası o evi öz oğlundan ötrü verməmişdir, onun oğlundan ötrü heç verəsi deyil. Sumanə xanımın “Asan xidmət”də adamı da var. Onun yanında zəng vurub danışmışdır. Yas yerində o, həyat yoldaşı Vüsal və balaca oğlu Çingiz olmuşdur. Böyük oğlu Amir isə hadisə baş verən zaman evdə, onlayn dərsdə olmuşdur. Amir orada olmayıb, həmin gün olan bütün dərslərinə qoşulub. Bacısı Şahid11 Amir dərsdə olduğundan telefonu götürmüşdür. Həmin gün telefon bacısında olub. Amir dərsə noutbukla qoşulub, həmin noutbuk xarab olduğundan, satıblar. Birinci balaca oğlunun adını çəkmişlər. Amma həmin vaxt balaca oğlunun 18 yaşı olmamışdır. Bilirmişlər ki, ona çox təzyiq edə bilməyəcəklər. Sonra bilmişlər ki, Amir hüquq fakültəsində təhsil alır, daha çox təzyiq edə bilərlər. Zərəçəkmiş şəxslərə kimin xəsarət yetirdiyini bilmir, onların məclisində onlara xəsarət yetirilməyib. İfadə veriləndə bilib ki, xəsarət alıblar. Məhkəmədə Şahid2 ifadəsində bildirdi ki, 31 mart 2021-ci ildə qayınanasının yas mərasimi imiş. Məhlədə balaca bir stol açmış, qonaqları ilə birlikdə yemək yeyirmişlər. Ona deyiblər ki, kimsə qapıdan baxır. Çıxanda görüb ki, Mehmandı. Mehman ilə normal münasibətdə olmuşlar. Deyib ki, “Mehman niyə burda durmusan, içəri keç”. Mehman da içəri keçməyəcəyini deyib və İsmayılın gəlib-gəlməmədiyini soruşub. O, İsmayılın gəlmədiyini bildirib. Mehman ona “sən qarışma, bu bizim ailə məsələmizdir” deyib. Onun niyə belə dediyini dəqiq bilməmişdir. O da demişdir ki, “Mehman, üzrlü say, içəridə qonaqlar var, mən içəri keçirəm”. İçəri keçib oturanda görüb ki, içəridən səs gəlir. İçəri girəndə görüb ki, Sumanə xanım hücum edir, yoldaşı isə qarşısını alır. Sumanə xanım yoldaşını vurub. Gəlib arxadan tutub və kim olduğunu soruşmuşdur. Deyiblər ki Mehmanın yoldaşıdır. O, Sumanə xanımı qolundan tutub çölə çıxartmışdır. Həmin vaxt ona deyiblər ki, yoldaşı özündən gedib. Çöldə Mehmandan soruşmuşdur ki, “bu nə hərəkətdir, niyə belə edirsiz?”. Mehman da günahın hamısının anasında olduğunu demişdir. O da yas yerində bu hərəkətlərin düzgün olmadığını demişdir. Həmin vaxt Mehman içəri girməmiş, Orxanı isə görməmişdir. Orxanın içəri girib-girmədiyini bilmir. O, uşağı tanımır, söyüş söyməmiş və ya vurmamışdır. O, Mehmanla söhbət edən zaman Sumanə xanım içəri girməmişdir, ola bilsin ki, daha əvvəl girib. Təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs onun oğludur. Amir həmin gün onlayn dərsi olduğundan yas yerinə axşam tərəfi gəlmişdir. Həmin vaxt orada olmamışdır. Amirin həmin gün saat neçəyə kimi dərsdə olduğunu bilmir. Balaca oğlu Çingiz isə orada onun yanında olub. Zərərçəkmiş şəxslərə onlar tərəfindən xəsarət yetirilməyib. Onlar əvvəl deyiblər ki, o vurub, sonra deyiblər ki, Çingiz vurub. 6 ay sonra isə iş başqa bir müstəntiqə keçəndə ona zəng edib deyiblər ki, Amir vurub. Məhkəmədə Şahid14 Knyaz oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, təqsirləndirilən şəxs və digər cinayət prosesi iştirakçıları ilə düşmənçiliyi və ədavəti yoxdur. Şahid2 onun dostudur. Buna görə də o, onların yas yerində iştirak etmişdir. Yas yerinə təkcə getmişdir. Yas yerində təxminən 10 dəqiqə olmuşdur. O və Vüsal kişilər ilə birlikdə çöldə oturmuş, çay içən zaman, birdən evin içində qadınlar olan yerdə hay-küy qopduğunu eşitmişdir. Həmin vaxt Vüsal səs-küy salan xanımı qolundan tutub çölə çıxartmışdır. O, nə Vüsalın xanımı vurduğunu, nə də başqa heç nə görməmişdir. Vüsal xanımı sadəcə çölə çıxartmışdır ki, onun yas yerində səs-küy salmasın. O, həmin xanımı tanımır. Xanımın yanında nə azyaşlı oğlunu, nə də başqa birini görmüşdir. Həmçinin, Vüsalın hansısa şəxlərlə mübahisə etdiyini də görməmişdir. Həyətdə dava-dalaş olmamışdır. Səs-küy təxminən 3-4 dəqiqə davam etmişdir. Kişilər arasında hər hansı mübahisə baş verməmişdir. Xanım getdikdən sonra məclis öz axarı ilə davam etmişdir. O, Vüsalın hər iki oğlunu tanıyır. Həmin vaxt Amir orada olmamışdır. O, Vüsalın balaca oğlu Çingizi də həmin vaxt orada görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Vüsalın çölə çıxartdığı xanımın arxası ilə bir oğlanın və bir kişinin getdiyini deməsi ilə bağlı bildirdi ki , həmin vaxt ola bilsin ki kimlərinsə getdiyini görüb, bu səbəbdən ifadəsində elə bildirib. Lakin hal-hazırda xatırladığı odur ki, xanımın yanında heç kimi görməyib. Ola bilsin ki, orada kimlərinsə keçdiyini görüb elə deyib, çünki yas mərasiminin olduğu həyət balaca imiş və gedən gələni görmüşdür. Məhkəmədə Şahid4 ifadəsində bildirdi ki, o, Sumanənin qorxusundan öz evinə gedə bilməmiş, çox vaxt qohumlarda, kirayələrdə yaşamışdır. Belə ki, Sumanə onu döyüb ona “fahişə” Elmira deyirmiş. Sumanənin onu döyməsi ilə bağlı Gəncə şəhəri Nizami rayon Polis idarəsində onun 4 şikayət ərizəsi var. Bacısı Gülçöhrənin 3 mərasimində bacısının qızları və bacısının kürəkənləri həmin yas mərasimində iştirak etmişlər. Sumanə qışqıraqışqıra içəri girmək istəyəndə, qadınlar ona mane olmuşlar. Sumanə yalandan deyir ki, yas mərasimində iştirak etməyə gəlib, amma ora dava eləməyə gəlmişdir. Əgər yasa gəlsə idi, ayaqqabı ilə evə daxil olmağa çalışmazdı. O, yas mərasiminə onu döyməyə gəlmişdir. O, kiminsə kimisə döyməyini görməmişdir. O, Sumanəni görməmişdir. Ancaq səsini eşitmişdir. Çünki Sumanə daxil olmağa çalışanda orada olan xanımlar ona mane olmuşlar. Habelə, o, Sumanənin Ayçini vurub yıxmağını da görməmişdir. Sonradan ona deyiblər ki, Sumanə vurub. O, ancaq səsləri eşitmişdir. O, Amiri yas yerində görməmişdir. Amirin nənəsi ilə söhbət edən zaman nənəsi bildirmişdir ki, Amirin dərsi var ona görə axşam gələcək yas yerinə. Çingiz isə orda olmuşdur. Mehman onun oğludur. Orxan isə nəvəsidir. O, yas yerində Mehmanı da görməmişdir. O, Mehmanın və Orxanın guya döyüldüyünü yas yerində bilməmiş, bunlar şikayət etdikdən sonra eşitmişdir. Amma kimin döyməsi barədə heç nə eşitməmişdir. Sumanənin onlarla ev üstündə münaqişəsi var. Sumanə onun mobil telefonuna zəng vurmuşdur ki, bu şərtlə şikayətini geri götürər ki, evdən imtina etsinlər. Məhkəmədə Şahid9 ifadəsində bildirdi ki, 31 mart 2021-ci ildə anasının yas mərasimində onlar içərdə oturan zaman kiçik bacısı Şahid11 çölə çağırmışlar. O, 10-15 dəqiqə sonra içəri qayıtmışdır. Ondan nə baş verdiyini soruşmuşlar. O da demişdir ki, Sumanə gəlib, onun yoldaşı İsmayılı soruşur. Bundan sonra səs-küy eşitmiş və nə baş verdiyini bilmək üçün çölə çıxmışlar. Bu zaman görmüşlər ki, Sumanə ayaqqabılı içəri keçmək istəyir. Sumanə içəri hüçum etmək istəyirmiş. Xalası Elmira, yəni Sumanənin qaynanası da divanda oturmuşdur. Mübahisə zamanı Sumanə bacısı Ayçinə təpik vurmuşdur. Sumanə bacısını itələyirmiş. Onlar Sumanəni sakitləşdirməyə çalışırmışlar. O, sanki dava etməyə gəlmişdir. Çünki Sumanə yasa baş sağlığı üçün gələn qonaq kimi davranmırmış. O, xalasının üstünə hücum etməyə çalışırmış. Xalası ilə Sumanənin arasında ev məsələləri var. Bacısının yoldaşı ilə onlar ata evini bölüşdürə bilmirlər. Onda görə o, düşünür ki, Sumanənin bu səbəbdən davaya gəlmişdir. Onlar çalışırmışlar ki, Sumanəni çölə çıxarsınlar. Onların səsinə çöldən bir neçə adam gəlmiş, yoldaşı Arzu Əliyev də gəlmişdir və Sumanəni çölə çıxartmışlar. Sumanəni ya onun yoldaşı ya da ki, Vüsal çölə çıxarmışdır. Təxminən deyə bilər ki, Vüsal qolundan tutub çölə çıxartmışdır. Sumanəyə heç kim xəsarət yetirməmişdir. Amma bacısı Ayçin özündən getmiş vəziyyətdə olmuş və ayağı göyərmişdir. Sumanə orada kobud sözlər işlətmişdir. Yas zamanı karantin rejimi olduğu üçün yasda ancaq yaxın qohumlar iştirak edirmiş. Amir onun bacısı oğludur. Amir həmin məclisdə iştirak etməmişdir. Hadisə vaxtı da o, Amiri orada görməmişdir. Amir orada axşam olub. Amirin balaca qardaşı Çingiz yasda iştirak etmişdir. O, həmin vaxt Sumanənin yanında kimisə görməmiş, təkcə Sumanəni görmüşdür. O, Sumanənin ailə üzvlərini görməmişdir. Sumanəni xalasının gəlini kimi tanıyır. Onlarla gediş-gəlişləri olmamışdır. O, Sumanəgilin heç bir yas yerinə getməmişdir. Ola bilər ki, rəhmətlik anası gedib. Məhkəmədə Şahid7 ifadəsində bildirdi ki, o, 31 mart 2021-ci ildə nənəsinin yas yerində qulluq edirmiş. Günorta radələrində qulluq elədiyi vaxt içəri bir qadın daxil olmuşdur. Həmin vaxt həyətdə kişilər yəni, 4-5 nəfər olmuşdur. Hadisənin üstündən çox vaxt keçdiyi üçün həmin şəxslərin hamısının hazırda tam olaraq kimlər olduğunu xatırlamasa da, təxminən deyə bilər ki, atası və Natiq əmisi orada imiş. Qadın içəri daxil olandan bir neçə dəqiqədən sonra səslər yüksəlməyə başlamış, həmin vaxt atası içəri daxil olub qadının qolundan tutaraq, çölə çıxartmışdır. Həmin qadının adı hazırda yadından çıxsa da göstərə bilər. Həyətə daxil olan qadının yoldaşını və oğlunu qohum kimi tanımır. Həmin gün oğlu ilə gəlmişdir, amma oğlu içəri, yəni məhləyə və evə daxil olmamışdır. Yas yerində həmin xanıma və oğluna qarşı heç bir zorakılıq olmamışdır. O, sonradan bilmişdir ki, anasının halı pisləşib və yanına getmişdir. Sumanə xanım içəri daxil olarkən orada dava salmış, onun rəhmətlik nənəsinin bacısına hücum etməyə çalışmışdır. Başqa kiminləsə davası olduğunu bilmir. Xanımlar qapının ağzına, atası da məhlədən çıxarıb. Həmin vaxt Amir orada olmamışdır. Amir evdə olmuşdur. Çünki Amirin dərsləri olduğundan onlayn dərsdə imiş. Qardaşı Amir dərsləri barədə ona hesabat vermir. Ona görə də hansı dərsi olduğunu bilmir. Amirin nə qədər dərsi olub-olmamasını bilmir. Amir dərslərə kompüterlə qoşulur. Amma nə üçün telefonla yox kompütüerlə qoşulur onu bilmir. Amir məclisə axşam saat 6-7-də gəlmiş, o, gələndə məclis qurtarmışdır. O, sonradan kömək etməyə gəlmişdi. Ruhiyyə xalası Rusiyada qalan azyaşlı oğlu ilə danışmağa görə Amirin telefonunu götürmüşdür. Çünki nənəsigildə internet yox imiş, amma Amirin telefonunda internet olmuşdur. Amir telefonunda internet və nömrə olduğu üçün Ruhiyyə xalasına vermişdir. Orada dava olmamışdır. O, Orxanı uzaqdan görüb. Bundan başqa, məhkəmədə Təqsirləndirilən şəxs məxsus telefon nömrəsi ilə zəng əlaqəsi olan nömrələrdən birinin də Şahid7 məxsus olduğu müəyyən olunmuşdur. Bununla bağlı Şahid7 verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin gün qardaşı Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə xalası Şahid11 ilə əlaqə saxlamaq üçün zəng etmişdir. Çünki o, bilirmiş ki, qardaşının nömrəsi xalası Şahid11dır. O, həmin gün ərzaq almaq üçün mağazaya getmişdir, orada alacağı ərzaqlar yadından çıxmışdır. O, xalasına zəng edib demişdir ki, alacağı ərzaqları yadına salsın. Məhkəmədə Şahid8 ifadəsində bildirdi ki, o, Amirin bibisinin yoldaşıdır. O, yas yerində Vüsal, Rüfət, Çingiz və hazırda xatırlamadığı başqa 2 nəfərlə oturub çay içən zaman, birdən içəridən qadın səs-küy səslərini eşitmişdir. Vüsal durub içəri getmiş, səs salan qadının qolundan tutub çölə çıxartmışdır. Qadın qapıdan çıxıb getmişdir. Vüsal qadını sürütləyib aparmamışdır. Qadın özü çıxırmış, Vüsal da onun qolundan tutmuşdur. O, həmin qadını tanımır. O, qadının oraya tək gəldiyini görmüşdür. Qadın gedəndə o, çölə çıxmamış, darvazadan baxmış, həmin qadının bir kişi ilə getdiyini görmüşdür. O, Vüsaldan məsələnin nə olduğunu soruşmamışdır. O, yas yerinə saat 12-01 radələrində gəlmiş, axşam saat 4-5 radələrində oradan getmişdir. Həmin vaxta qədər Amir orada olmayıb. Orada heç bir dava olmayıb. Kiminsə xəsarət aldığı barədə məlumatı yoxdur. Başqa insanlar olduğu üçün Vüsaldan heç nə soruşmamışdır. Məhkəmədə Şahid13 ifadəsində bildirdi ki, O, Amirin dostudur. Həmin yas mərasimində iştirak etməmişdir. 31 mart 2021-ci ildə saat təxminən 3-4 radələrində baş sağlığı vermək üçün Amirə zəng etmişdir. Bu zaman telefonu bir qadın açmış və xalası olduğunu bildirmişdir. O, da demişdir ki, onun zəng etdiyini Amirə xəbər versin ki, Amir ona zəng etsin. Axşam Amir ona zəng etmiş və o da baş sağlığı vermişdir. Məhkəmədə Şahid10 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qrup yoldaşıdır. 31 mart 2021-ci ildə səhər dərsə girəndə hamı dərsə qoşulurmuş. Amirin də dərsə qoşulduğunu görmüşdür. Həmin gün mühazirə imiş və mühazirə zamanı kamera açıq olmurmuş. Kamera əvvəlcədən bağlı imiş. Əgər müəllim seminar vaxtı istəsə kameranı açırmış. Seminar vaxtı əgər seminarda cavab verən zaman həmin tələbədirsə kameranı aça bilərmiş. Proqramda ad, soyad və profil şəkli görünür. Dərsdə kimin olubolmadığını sistem müəyyən edir və qayıb yazır. Qrup nümayəndəsi dərsdə kimin olubolmadığını yoxlaya və yoxlamaya bilər. Dərsdə kimin olub-olmadığını qrup nümayəndəsi həmişə soruşmur. Akademiyanın öz cədvəli var və orda səhv ola bilməz. Həmin gün Abduləli müəllimin dərsi imiş. Həmin gün dərsləri səhər saatlarında imiş, neçə dərs olduğu tam olaraq yadında deyil, ya 1 ya da 2 dərs olub. Dərs 1 saat 20 dəqiqə çəkirmiş, 2-ci dərs saat 11:20-də bitirmiş. Çox nadir hallarda 3-cü dərs olurmuş, saat 12:50-də artıq 3-cü dərs bitməli imiş. Onlar qrup halında dərslərə qoşulmuşlar. Qrupda 19 tələbə olmuşlar. Dərsin əvvəli az adam olduğuna görə hamı görünür. Adam artdıqca ekran dolur və görsənmir. Amirin dərsə qoşulduğunu dərsin əvvəlindən görmüşdür. Həmin vaxtlar Amir ilə yaxınlığı yox imiş. Qrup nümayəndəsi ilə dostluğu var imiş. 1 gün əvvəl ona qrup nümayəndəsi Amirin nənəsinin rəhmətə getdiyini demişdir. Hər xəbəri ondan alırmış. Səhər Amirin dərsə qoşulduğunu görüb nənəsinin rəhmətə getdiyini xatırlayıb və Amirə baş sağlığı vermək üçün dərs vaxtı “vatsap” sosial şəbəkəsində yazmışdır. Lakin, cavabı axşam almışdır. Amir həmin vaxt telefonun onda olmadığını bildirmiş və gec cavab verdiyi üçün üzr istəmişdir. Axşam taksidə yol gedən zaman Amir ilə danışırmış. Həmin vaxt hava qaralmışdır. Həmin vaxt pul qabı taksidə qaldığı üçün hadisə yadında qalıb. Pul qabında pul və sənədləri olduğu üçün yadında qalıb. 20-30 dəqiqə sonra pul qabını tapmışdır. 2021-ci ilin noyabr ayında telefonunu dəyişmiş və yazışmalar həmin telefonda qalıb. Köhnə telefonunu anasına vermiş, o da telefonu satmışdır. Məhkəmədə Şahid12 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs anası Ayçinin bacısı Gülçinin baldızıdır. 31 mart 2021-ci ildə 3 yas mərasiminə yığılmışlar. O da qapıda dayanıb qonaqları qarşılayırmış. Bu zaman bir xanım gəlmişdir. Qadının ayaqqabı ilə içəri girməyi onun diqqətini çəkmişdir. Həmin xanımı tanımırmış. Bu xanım Ruhiyyəni çağırmış və ondan xalasını soruşmuşdur. Sonra ayaqqabılı içəri girəndə o, demişdir ki, ayaqqabısını soyunub, sonra içəri girsin. Xanım onun sözünə əhəmiyyət vermədən içəri keçmiş və xalasının üstünə getmişdir. O, qapıda durmuşdur, bu səbəbdən Sumanə xanımı kimin saxladığını bilmir. Xanım xalasının üzərinə gedəndə müəyyən mübahisələr, səs-küy olmuşdur. O, gəlinlərinin bacısı və başqaları qışqırmışlar. Ayçinin həyəcandan ürəyi getmişdir. Çöldən Vüsal gəlib və həmin xanımı çölə çıxartmışdır. Vüsal sadəcə olaraq qolundan tutub çıxartıb, xanım çıxmaq istəmirmiş. Daha sonra çöldə nə olduğunu bilməmişlər və məclisə davam etmişlər. Həmin vaxt saat təxminən 12-01 arası olarmış. Sumanə tək gəlmişdir, o, başqa kimisə görməmişdir. Sumanənin məclisə nə üçün gəldiyi barəsində heç bir şey deyə bilməz. Orada Sumanə xanımı heç kim vurmamışdır, Sumanə xanımın da kimisə vurduğunu görməmişdir. Çöldə olan hadisələrdən məlumatı yoxdur. Amir ümumiyyətlə yox imiş, O, Amiri görməmişdir. Onun qardaşı Arzu da məclisdə kişilərin yanında imiş. Məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, həqiqətən də həmin vaxt, yəni xx.xx.2021-ci il tarixdə saat 12 radələrində yasa gələndə yolda Amirin ********** nömrəli mobil telefonuna zəng etmişdir. Çünki o, bilirmiş ki, Amirin telefonu xalası, onun da qardaşının baldızı Şahid11 olurmuş. Ona görə zəng etmişdir ki, Ruhiyyədən soruşsun ki, bəlkə yas mərasiminə nəsə çatışmayan ərzaq və ya başqa nəsə lazımdırsa yol üstü alsın. Zəng edəndə Şahid11 telefona cavab verib və demişdir ki, heç nə lazım deyil. Məhkəmədə bununla bağlı ona verilən suallara cavab olaraq bildirdi ki, həmin gün o, Amirlə telefonla danışmayıb. Onun telefonu aylıq abunə olduğu üçün yas yerində olan başqa şəxslər də onun telefonu ilə zəng edirmişlər. Bu səbəbdən Amirin telefonuna kimin və nə üçün zəng etdiyini bilmir. Məhkəmədə iclasa görüntülü telefon bağlantısı vasitəsilə qoşulmuş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir, bu səbəbdən onun ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 2000-ci il tarixdən Azərbaycan Respublikası Prezidenti yanında X2 hüquq üzrə fəlsəfə doktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun tələbəsidir. Təqsirləndirilən şəxs hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Təqsirləndirilən şəxs nizam, intizamlı, çalışqan tələbələrindən biridir. Baş verən hadisə ilə əlaqədar bildirmək istəyir ki, 31 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 12:00 radələrində başlayan mühazirəsində iştirak etmişdir. Həmin mühazirəinin başlanğıcında ona və qrup nümayəndəsinə iştirak etdiyini bildirmişdir. Lakin, həmin dərs ölkədə olan “Covid19” pandemiyası ilə əlaqədar olaraq onlayn keçirilmişdir. Həmin onlayn dərs başladıqda Təqsirləndirilən şəxs onun mühazirəsində iştirak etdiyini bildirmiş, lakin kamerası açıq olmamıdşır. Təqsirləndirilən şəxs onun dediyi mühazirədən nə vaxt çıxması barədə məlumatı yoxdur. Çünki “Teams” proqramı üzrə dərslərdə həmin proqramdan çıxış vaxtı göstərilmir. Məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, inzibati proses dərsini deyir. Dərs, onlayn olmuşdur. Onun kompüterdən başı çıxmır. Ekranda hamını görürmüş. Ona demişdilər ki, sinif nümayəndələri yoxlayıb hamının olub-olmaması barədə məlumat verəcəkdir. Qrup nümayəndəsi Əli də ona hamının iştirakı barədə məlumat vermişdir. Əli ona deyib ki, hamı dərsə qoşulub. O, dərsə kimin nə ilə girdiyini bilmir. Özü noutbukla qoşulmuşdur. Həmin gün mühazirə dərsi imiş. Dərs vaxtı ona heç kim sual vermir, o, tələbəyə sual verir. Tələbələr qoşulanda görürmüş, tələbələr arasında Amiri də var imiş. O, Amiri görmüşdür. Məhkəmədə iclasa görüntülü telefon bağlantısı vasitəsilə qoşulmuş Şahid11 ifadəsində bildirdi ki, 31 mart 2021-ci ildə anasının üç mərasimi imiş. Ağlaşma mərasimi vaxtı ona deyiblər ki, “səni çağırırlar”. O, qapıya çatanda çağıranın Sumanə olduğunu görmüşdür. Elə bilib ki, o, yas yerinə gəlib. Sumanəni qucaqlayıb, öpüb və içəri dəvət etmişdir. Sumanə isə içəri gəlməmiş və heç bir şey demədən, ondan yoldaşı İsmayılın harda olduğunu soruşmuşdur. O, Sumanəni içəri dəvət etmiş, amma o, gəlməmiş və onu “söhbət etmək istəyirəm” deyərək çölə çağırmışdır. O da Sumanəyə içəridə mollanın quran oxuduğunu və içəridə olmalı olduğunu bildirib, onu yenidən içəri dəvət etmişdir. Lakin yenidən o, söhbətinin olduğunu bildirib çölə çağırmış, İsmayılla danışmaq istədiyini bildirmişdir. O, görmüşdür ki, baş sağlığına gəlməyib, ona görə də içəri girmişdir. İçəri girəndə Sumanənin qışqıraraq içəri hücum etdiyini görmüşdür. Bu zaman qışqıra-qışqıra qayınanasının üstünə getmişdir. Bu zaman onun qarşısında bacısı və başqa qızlar durmuşlar. Qorxublar ki, ona nəsə edər. O, həmin an pis sözlər deyərək, yumruqla Ayçinin qoluna və başına vururmuş. Daha sonra Vüsal içəri girib və Sumanəni qolundan tutub çölə çıxartmışdır. O da çölə çıxmışdır ki, görsün nə baş verir. Vüsal onu qolundan tutub çölə çıxarıb və qayıtmışdır. Bundan sonra mərasim davam etmişdir. Ayçin vurulduğu üçün şikayət etmişdir, lakin şikayətə baxılmamışdır. O, Sumanəni tək görmüşdür, oğlunu və yoldaşını görməmişdir. Orada heç nə baş verməmişdir. Onun Sumanə ilə heç bir münasibəti olmayıb. Qaynanası ilə aralarında ev üstündə problem var, şikayətlər olmuşdu deyə onun üstünə gedirmiş. Amir bacısı Ayçinin böyük oğludur. Həmin vaxt Amir orada olmamışdır. Amir yas yerinə axşam gəlmişdir. Amir telefonunu həmin vaxt o istifadə etmişdir. Onun nömrəsi Rusiya nömrəsi olduğundan Azərbaycanda işləmirmiş, Amir də dərsdə olduğu üçün o, götürmüşdür. Məhkəmədə Şahid5 ifadəsində bildirdi ki, o, Amirin qrup yoldaşıdır. O, kurs nümayəndəsi kimi müəllimə məlumat verirmiş ki, hansı tələbələr dərsə qoşulub, hansı tələbələr dərsə qoşulmayıb, kimlər gec qoşulacaq. Qoşulmayan şəxslərlə əlaqə saxlayırmış ki, dərsə qoşulmalıdırlar. Abduləli müəllim daha məsuliyyətlə yanaşdığı üçün o da iştirak edənləri ehtiyac olanda dəftərdə qeyd edirmiş, daha sonra Abduləli müəllim ayın axırında jurnala köçürürmüş. Eyni zamanda, müəllim dərs boyunca 1-2 dəfə kimlərin iştirak etdiyini yoxlayırmış. Həmin vaxt Amir dərsdə olmuşdur. Abduləli müəllimin özündə tələbələrin siyahısı siyahı var imiş. O, dərs başlayanda iştirak edənlər barədə 1 dəfə məlumat verirmiş. Əgər müəllim ehtiyac bilərmişsə dərsin gedişatında özü də kimlərin iştirak etdiyini yoxlayırmış. Ola bilsin Abduləli müəllimin yadından çıxıb həmin gün iştirak edənləri yoxladığı. Amma onun xatırladığı qədəri ilə 1 dəfə də müəllim özü yoxlamışdır. Teams proqramında kimin dərsə qoşulub kimin qoşulmadığı qeyd olunurmuş və bir tələbə 45 dəqiqədən az qoşulu olurmuşsa proqram onu dərsdə iştirak etməmiş sayırmış. Proqramın sistemi ilə jurnalın eyni olması ilin axırında yoxlanılırmış. Proqram elə qurlaşdırılmışdır ki, kimlərin dərsdə iştirak etdiyini özü yoxlayırmış. Dərsin gedişatında videokameralar açıq olurmuş. Əgər müəllim hansı tələbədən tələb edirmişsə həmin tələbə videokameranı açırmış. Həmin gün yadındadır. Amma ayın tarixi və həftənin hansı günü olmağı yadında deyil. Ona görə yadındadır ki, həmin gün olanlarla bağlı o, müstəntiqə izahat vermişdir. Eyni zamanda, təxmini 3 həftə sonra Amir ona bildirmişdir ki, o, dərsdə olduğu gün ondan şikayət ediblər. Sonra Amir ondan soruşub ki, həmin gün yadındadırmı? Birlikdə yadlarına salmağa başlamışlar və xatırlamışlar ki, Amir həmin gün dərsdə olub. Təxmini yadındadır ki, ondan izahat alınan zaman onların zamdekanları çıxarışı müstəntiqə vermişdir. Həmin gün 3 dərsləri var imiş. 2-si Abduləli müəllimin dərsi, 1-də başqa dərs imiş. 1-ci dərsləri saat 8:30-da başlamış saat 09:50-də bitmiş, 2-ci dərsləri saat 10:00-da başlayıb təxmini saat 11:30-da bitmiş, 3-cü dərsləri saat 11:30-dan saat 13:00dək olmuşdur. Hər dərsin arasında 10 dəqiqə fasilə olurmuş. Hamı dərsdən çıxır və yenidən qoşulurmuş. Dərslərin başlama vaxtını səhv sala bilər. 3-cü dərs saat 12:00-da da başlaya bilərmiş. Həmin gün dərsləri mühazirə olub. Müəllim həmin gün dərs soruşmayıb heç kimdən. Ola bilərmiş ki, müəllim nəsə soruşsun, amma yadında deyil kimdən soruşub və kim cavab verib. Onun qeydiyyat dəftəri olmayıb, sadəcə ehtiyac olanda kimlərin iştirak etdiyini yazırmış. Təqsirləndirilən şəxs dərsdə iştirak etməyi onun yadındadır. Amir barəsində Tural ilə danışmışdır. Turala bildirmişdir ki, Amirin nənəsi rəhmətə gedib, zəng vur, başsağlığı ver. Həmin vaxt Amir barədə danışmışlar. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “Teams” proqramı üzrə qeydiyyat aparıldığından, onun qeydiyyat dəftəri olmayıb. Təqsirləndirilən şəxs dərsdə olub-olmamağı yadında deyil. Məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun qeydiyyat dəftəri olmayıb, lakin lazım olanda kağızda yazmışdır. O, ibtidai istintaqda ifadə verən vaxt imtahanda imiş və onu təcili imtahandan çıxartmışlar ki, ifadə verməlidir. Ona görə də, həyəcanlı imiş. Həm də vaxt məhdudiyyəti var imiş ki, imtahana geri qayıtsın. Onun yadındadır ki, müstəntiqə ifadə verəndə demişdir ki, Amir dərsdə olub, ilkin ifadəsində niyə əksinə yazılıb bilmir. İfadəni oxumuşdur və imza özünə aiddir. Lakin ola bilsin ki, həmin hissəyə diqqət yetirməmişdir. Məhkəmədə şahid qismində dindirilən Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi vəzifəsində işləyən X6 ona verilən suallara cavab olaraq bildirdi ki, Cinayət-Prosesual Məcəlləsində heç bir qadağa yoxdur ki, əlyazmadan istifadə edə bilməzsən. Vətandaşın özü etiraz etmirsə və ya müəyyən səbəblərdən xahiş edirsə, o da yaza bilər. Şahid Elmira xanım da yaşlı qadın olduğundan, xahiş etmişdir ki, o yazsın. Bundan sonra özü tərəfindən də oxunubdur. Onun təcrübəsində olmayıbdır ki, vətəndaş oxumamış ifadəyə qol çəksin. Bundan başqa, o, Amirin ifadəsində olan fərqli məqamların hamısını araşdırmış və lazımi sulları verməklə cavablarını əldə etmişdir. O, Amirə sual vermişdir ki, əvvəlki ifadələrdə nomrənin özündə olduğunu və özününün istifadə etdiyini demişdir, bu necə açıqlaya bilər. O da izahını vermişdir ki, o, telefon nömrəsini nəzərdə tutub deyib ki, həmin nömrə onun istifadəsindədir, lakin həmin gün telefonu və içərisində olan nömrələri xalasında olmuşdur. O da həmin gün Amirin telefonunun müvəqqəti olduğu deyilən xalasını Rusiyada olduğu üçün onlayn qaydada dindirmişdir. O, istintaqı aparan zaman ondan telefon və kompüteri tələb etmişdir, lakin olmadığı üçün təqdim edə bilməyib. Sumanə xanım hər dəfə kompüterlə bağlı vəsatətlərlərə çıxış edirmiş. O da buna uyğun çıxış etmişdir. Yəqin ki, əvvəlki ifadələrdə aydınlıq gəlib ki, kompüter yoxdur. Məhkəmədə şahid qismindən dindirilən Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin təhqiqat bölməsində təhqiqatçı vəzifəsində işləyən Şahid16 ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ilin mart ayında Sumanə xanım 102 qaynar xəttinə çıxaraq özünün, oğlu və həyat yoldaşının döyülməsi ilə bağlı şikayət etmişdir. Bununla bağlı əməliyyat qrupu ilə hadisə yerinə getmişlər. Orada yas mərasimi imiş, həyətin içində kənar şəxslər yox imiş. Hadisə yerində olanda Çingizi göstərib bildiriblər ki, burada Çingiz olub. Sumanə xanım deyib ki, həyat yoldaşı və oğlunu Ayçinin uşaqları döyüb. Hansı oğlunun döydüyünü soruşanda ona bilmədiklərini deyiblər. Daha sonra o, Sumanə xanım və oğlu ilə bağlı ekspertiza təyin etmişdir. Xatırladığı qədəri ilə zərərçəkmiş şəxslər qarşı tərəfin mobil telefon nömrəsini vermişdir. O da əlaqə saxlamış və bildirmişdir ki, sizin uşağınız dalaşıb, Sumanə xanımın oğlunu və ərini döymüşdür, hansı uşağı dalaşıbsa götürüb gətirsin. Onlar da bir oğlunu götürüb idarəyə gəlmişlər. Daha sonra valideyninin iştirakı ilə uşağı dindirmişdir. Uşağa bu şəxsləri tanıdığını soruşanda sadəcə qohum olduqlarını bildiyini demişdir. O da izahatını almışdır, o, başqa şahidlərin də izahatını almışdır. O, Amiri görməyib, onu tanımır. Valideynləri uşağı ya bir gün ya iki gün sonra gətirmişlər. O, birinci Sumanə xanımın izahatını almışdır. Sumanə xanım izahatında ad çəkməyib. Bundan sonra Oxran Bəylərlinin vəziyyəti pisləşdiyindən təcili tibbi yardım gəlib aparmışdır. Xatırladığı qədəri ilə Zərərçəkmiş şəxs2 ifadəsini səhəri gün almışdır. Amma Zərərçəkmiş şəxs1 izahatını 31 mart 2021-ci ildə aldığını xatırlayır. Lakin, dəqiqliklə deyə bilməz. Əgər izahatın altına 31 mart 2021-ci il qeyd edilibsə, ya həmin tarixdə izahat alındığı üçün elə yazılıb ya da texniki səhv olub. O, həmin vaxt ona qanlı köynək olduğunu deməyiblər, əgər olsaydı, onu materiala əlavə edərmiş. Həmçinin hadisə yerində qan yox imiş. Mehman dişlərinin harda qırıldığını göstərməyib. Mehmanın ağzına baxmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsində işləyən X9 bildirdi ki, hazırkı iş üzrə ondan əvvəlki müstəntiq İlkin fakta görə cinayət işi başlamışdır. Sonra cinayət işini o aparmışdır. Səhv etmirsə 2-3 nəfərdə xəsarət var imiş. Xəsarət alan şəxslər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib. Daha sonra Təqsirləndirilən şəxs və digərlərin ifadəsi alınmışdır. O, ifadəsində bildirmişdir ki, hadisə zamanı kompüterdə evdə onlayn dərsə qoşulub. İfadəsi zamanı telefonun özündə olmadığını bildirmişdir. İki nömrə bir telefonda olub. Anten dairə məlumatlarına verilən sorğu nəticəsində telefon hadisə yerində göstərilmişdir. Ona görə Amiri çağırıb əlavə dindirmişlər. Dindirilmə zamanı telefonun iki nömrəsinin ikisinin də xalasında olduğunu bildirmişdir. Amirə təklif etmişdir ki, cihazları versin. Həmin vaxt telefonunu xalasının istifadə etdiyini və hələ də özünün istifadə edildiyini demişdir. Kompüteri isə gətirəcəyini bildirmişdir. O, kompüter texniki ekspertizası təyin edə bilməmişdir. Həmin vaxt Rusiyaya gedən xalasını dindirməmişdir. 2021-ci ilin sentyabr ayında xidməti yerini dəyişmişdir. Telefon məlumatarını xidməti yerini dəyişməyindən 15- 20 gün qabaq almışdır. Sonra çağırıb ifadəsini almışdır, amma xidməti yerini dəyişdiyi üçün axtarış verməyə vaxtı olmamışdır. Ondan sonrakı müstəntiqlərin edəcəyini düşünmüşdür. Ondan əvvəl Elxan Əsədov heç bir istintaq hərəkatı aparmamışdır. O da ilk olaraq zərərçəkmiş şəxsləri çağırıb ifadələrini almışdır. Bunlar ifadə zamanı Çingizin yox, başqasının adını çəkiblər. O da onlara niyə birinci Çingizin adını, indi isə başqasının adını verdiklərini sual vermişdir. Zərərçəkmiş şəxslər də təhqiqatçının onlara Çingizin adını verdiyini deyiblər. Amirin atası və qardaşı demir ki, zərərçəkmişləri onlar vurub. Bundan başqa, Şahid18 bildirdi ki, üzləşdirilmə protokolu cırılmayıb. Üzləşdirmə protokolunu təqsirləndirilən şəxs onun yanında imzalamışdır. Əgər dedikləri kimi etmişdirsə, bu zaman zərərçəkənlərin də imzasında saxtalıq olardı. Xətşünaslıq ekspertizasında müxtəlif imza nümunələri olur. Təqsirləndirilən şəxs özü həyəcanlanmadan, sərbəst, rahat bir şəkildə imza edib. Görünür ki, ibtidai istintaqda üzləşdirmə zamanı zərərçəkmiş şəxs onu tanıyıb və onun üzünə durub. Bu səbəbdən o özü saxta imza etmişdir. Onun Amirin imzasını saxtalaşdırması üçün heç bir səbəb yoxdur. Əgər imzanı dəyişirdisə, onda gərək hamısını dəyişərdi. Zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs üzünə durduğu üçün o, öz imzasını oxşadaraq çəkib. Məhkəmə şahid qismində dindirilmiş Şəmkir rayon Polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi vəzifəsində işləyən Şahid17 bildirdi ki, o, hazırkı işin istintaqını təxminən 2 il bundan qabaq Gəncə şəhər Baş Polis idarəsində aparmışdır. İşi o, başlamamışdır. Onun icraatına sonradan daxil olub. 2023-cü ildə o, Bərdədə olmuşdur, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyul ayına kimi Gəncədə işləmişdir, həmin vaxt aralığında həmin iş onun icraatında olub. Ancaq tam dəqiq tarixini xatırlamır. Səhv xatırlamırsa 3-4 ay onun icraatında olub, araşdırma zamanı işə görə tanıdığı təqsirləndirilən şəxsin telefon siqnalı hadisə yerindən alındığı müəyyən edilmişdir. Bunu ondan əvvəllki sabiq müstəntiq Yusifov aşkar etmişdir. O isə təqsirləndirilən şəxsin müəllimini və qrup nümayəndəsini şahid kimi dindirmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsi yenidən dindirmişdir. Həmin vaxt təqsirləndirilən şəxs ifadəsində mobil telefonun xalasında olduğunu bildirmişdir. Bununla bağlı onun xalasını dindirmək istəsə də səhv etmirsə, Rusiya Federasiyasında olduğundan gələ bilməmişdir. Bu səbəbdən xalasını rəsmi qaydada dindirə bilməmişdir. Qeyri-prosessual qaydada telefon vasitəsilə danışan zaman xalası deyib ki, Rusiyadan gəldiyi üçün Azərbaycanda telefon nömrəsi olmadığından Amirin telefonunu işlədirmiş. O, Təqsirləndirilən şəxs qismində işə cəlb etdikdən sonra onun iş yeri əmr əsasında dəyişdirilmişdir. Bundan sonra həmin işi təhvil vermişdir. O, bildirmişdir ki, kompüterlə bağlı müraciət edəndə, təqsirləndirilən şəxs demişdir ki, kompüteri satıb. O, araşdırma zamanı təqsirləndirilən şəxsin təhsil aldığı Azərbaycan Respublikasının Prezidenti yanında X3 hüquq fakültəsində olan zaman fakültənin dekanı və prorektoru ilə görüşmüşdür. Deyiblər ki, rəsmi sorğu verilməlidir. O, da rəsmi sorğu ilə müraciət etmişdir. Rəsmi cavab göndərilmişdir ki, iş materiallarında səhv etmirsə olmalıdır ki, təqsirləndirilən şəxs həmin vaxt dərsdə olub. Dərsdə olan şəxsləri o, dindirmişdir. Onlar deyib ki, Amir dərsdə olub. Amma nə ilə qoşulduğunu deməyiblər. O, sorğu da vermişdir, lakin hansı texniki vasitə ilə dərsə qoşulmasına dair suala cavab verə bilməyiblər. Cavabda qeyd edilib ki, bunu aydınlaşdıra bilmirlər. Dəqiq xatırlamır ki, texniki vasitəni sorğuda qeyd edib yoxsa yox. Parolun götürülməsinə dair zərərçəkmiş tərəfindən elə bir vəsatətlərin verildiyini xatırlamır. Məhkəmə şahid qismində dindirilmiş ekspert Şahid19 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, məhkəmə tibbi eksperti kimi 2013-cü ildən işləyir. Ekspertiza zamanı xəsarətləri rənglərinə görə müəyyən edirlər. Rəydə xəsarətin rəngini də göstərməlidir, onlar da göstərirlər. İlk saatlarda qırmızımtıl-çəhrayi rəngdə olur. Hazırkı iş üzrə zərərçəkmiş şəxslər ekspertizadan keçən zaman şəkilləri çəkilməyib. Ümumiyyətlə, ekspertizada şəkil çəkmək yoxdur. Ancaq meyitlərin şəkili çəkilir. Təlimatda elə bir şey yoxdur ki, canlı şəxslərin ekspertizası zamanı şəklini çəkməlisən. Dişlərin sınması zamanı ona diş həkimi baxır. Bundan başqa, diş yuvasında və dodaqlarda xəsarət olmalıdır. Xəstəni diş həkiminə göndərə də, göndərməyə də bilərlər. Həkim tərəfindən çıxarılan dişdə qansızma olmur. Əgər hansısa məsələlərdə şübhə yaranırsa, onda onu həkimə göndərirlər. Ekspertizada saat yazılmır. Hazırda rəyi yazdığı saatı xatırlamır. İlkin məlumat vətəndaş dedikləri kimi yazılır. İlkin məlumatı olduğu kimi yazmışdır. Vətəndaşın yalan və ya doğru deməsi onun üçün maraqlı deyil. Nə deyirsə, onu yazır. Zərərçəkmiş şəxs1 müayinəsi 31 mart tarixində aparılıb. Zərərçəkmiş şəxs2 müayinəsi 02 aprel tarixində aparılıb. Dişin tac hissəsi, yəni onların gördükləri hissəsi sınıb. Dişin sınmasını dodaqda olan yaraya uyğun və diş yuvasında olan qansızmaya görə müəyyən etmişlər. Əgər mübahisəli məqam yoxdursa, diş həkiminə göndərməyə bilərlər. Mehmanın 3-cü və 4-cü dişləri sınmışdır. Bundan başqa bildirdi ki, zərərçəkmişin ekspertizaya gəlməsi 15 dəqiqə ərzində mümkünsüzdür. Zərərçəkmiş şəxs gedib şikayət etməlidir və qərar olmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Şahid1 Əsgər qızının Gülçinin onu təhqir edərək, azyaşlı oğlunu döyməsi; Zərərçəkmiş şəxs2 xalası qızı Ayçinin ərinin onu vuraraq, xəsarət yetirməsi barədə müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ cild, i.v.1) “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Bağmanlar küçəsi 1-ci döngə ev 2-nin həyətinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, orada onu və azyaşlı oğlu Orxanı Vüsal, oğlu və Kamil döyüb, xəsarət yetirmişlər. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən dəlil və sübutlar aşkarlanmamışdır. (İ cild, i.v.11-12) Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi” haqqdında xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Nəbiyeva X8 RPB-nə (indiki 1-ci Polis şöbəsinə) müraciət edərək, xx.xx.2021-ci il tarixdə qohumu Gülçinin əri və qohumları tərəfindən onun və azyaşlı oğlu Zərərçəkmiş şəxs1 əlləri ilə vuraraq xəsarət yetirmələrini bildiridiyindən, material üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, Şahid1 və Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarətlərin olub-olmaması və s halların müəyyən edilməsi qərara alınmışdır. (İ cild, i.v.15- 17) Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Nizami RPB-nə (indiki 1-ci Polis şöbəsinə) ünvanlanmış izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədə onu, Vüsalın onu boynundan tutaraq həyətə itələdiyini, onun yerə yıxıldığını, bundan sonra Vüsalın oğlu Çingiz və Kamilin təpiklə vurduğunu, o qaçmaq istəyərkən həyət qapısının ağzında Çingizin onu saxlayaraq zərbə ilə sinəsindən vurduğunu, atası Zərərçəkmiş şəxs2 isə Ayçinin əri Vüsalın sifətindən yumruqla vurduğunu bildirmişdir. (İ cild, i.v.9) Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə Nizami RPB-nə (indiki 1-ci Polis şöbəsinə) ünvanlanmış ərizəsindən görünür ki, o, müraciətində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə xalası Gülcöhrənin yas mərasimində olan zaman xalası qızı Ayçinin yoldaşı yumruqla sifət nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Onu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. (İ cild, i.v.19) Şahid3 xx.xx.2021-ci il tarixdə Nizami RPB-nə (indiki 1-ci Polis şöbəsinə) ünvanlanmış ərizəsindən görünür ki, o, müraciətində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında anasının yas mərasimində xalasının gəlini Sumanə gələrək, onu təhqir edib, ona xəsarət yetirmişdir. Onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. (İ cild, i.v.20) Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədə oğlu Zərərçəkmiş şəxs1 “Ayçinin yoldaşı Vüsalın sinəsindən yumruqla vurduğunu, oğlunun yerə yıxıldığını”, daha sonra isə “Vüsalın yumruqla onu vurub iki dişini sındırdığını”, bundan sonra yerə yıxılan oğlunu “onun oğlu və Gülçinin oğlunun” vurduqlarını bildirmişdir. Ona ünvanlanmış “Sizi konkret olaraq kim vurub xəsarət yetirmişdir?” sualına cavab olaraq bildirmişdir ki, “Məni konkret olaraq Vüsal yumruqla vurub xəsarət yetirmişdir”. (İ cild, i.v.21-22) Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Nizami RPB-nə (indiki 1-ci Polis şöbəsinə) müraciət edərək, xx.xx.2021-ci il tarixdə qohumu Vüsal onu yumruqla sifətindən və bədəninin müxtəlif yerlərindən vuraraq ona xəsarət yetirməsini bildirdiyindən, material üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, onun bədəni üzərində xəsarətlərin olubolmaması və s. halların müəyyən edilməsi qərara alınmışdır. (İ cild, i.v.26) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 479 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst çənədə sağda 3- 4 dişlərin travmatik sınığı, üst dodağın selikli qişasının qansızması, üst dodağın dəri səthinin qançır və şişkinliyi - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (İ cild, i.v.55-56) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 461 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin əzilməsi (qançır və şişkinliyi), hər iki bazu nahiyəsinin qançırları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin əzilməsi (qançır və şişkinliyi) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; hər iki bazu nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aid edilir. (İ cild, i.v.58-59) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 471 nömrəli rəyindən görünür ki, Şahid1 Əsgər qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol yan səthinin, sol kürək, sağ diz və sol gicgah nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aid edilir. (cil-1, i.v.61-62) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 471 nömrəli rəyindən görünür ki, Şahid3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bazu nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aid edilir. (İ cild, i.v.64-65) Şahid4 xx.xx.2021-ci il tarixdə Nizami RPB-nə (indiki 1-ci Polis şöbəsinə) ünvanlanmış ərizəsindən və izahatından görünür ki, o, müraciətində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə bacısının yas mərasimində gəlini Sumanə ona hücum edərək, döyüb, ona xəsarət yetirmişdir. Onu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v.44-45) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 481 nömrəli rəyindən görünür ki, Şahid4 bədənində xəsarət müəyyən edilməmişdir. (İ cild, i.v.49) X7 xx.xx.2021-ci il tarixdə Nizami RPB-nə (indiki 1-ci Polis şöbəsinə) ünvanlanmış izahatında, onun xx.xx.2021-ci il tarixdə nənəsinin 3 mərasimində xalası oğlu Çingizlə birlikdə qonaqlara qulluq etdiyini bildirmişdir. (İ cild, i.v.30-31) Şahid7 xx.xx.2021-ci il tarixdə Nizami RPB-nə (indiki 1-ci Polis şöbəsinə) ünvanlanmış izahatında, onun xx.xx.2021-ci il tarixdə nənəsinin 3 mərasimində xalası oğlu Kamillə birlikdə qonaqlara qulluq etdiyini bildirmişdir. (İ cild, i.v.33-34) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İ cild, i.v.157-158) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrinə dair anten dairə məlumatlarından görünür ki, ***-***-**-** mobil nömrəsi həmin gün saat 12:30:17-də, 12:29:28-də, 12:24:39-da, 12:17:56-da, 11:55-25-də, 11:40:30-da ünvan 6anında; ***-***-**-** mobil nömrəsi saat 12:16:49-da ünvan 6anında, siqnal vermişdir. (İ cild, i.v.177-196) Azərbaycan Respublikası Prezidenti yanında X4 siyasi idarəetmə fakültəsinin dekanı prof. E.İ.Əhmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə İİİ kurs tələbəsi Təqsirləndirilən şəxs 31 mart 2021-ci ildə saat 12:00-dan 13-dək onlayn dərsdə (İnzibati proses) iştirak etmişdir. Dərs müddətində video görüntülər bağlı olduğundan və qeydiyyat dərsin əvvəlində aparıldığından məlumat yalnız dərsin əvvəlinə aiddir. (İ cild, i.v.231) "xxxx" (ailə tv) MMC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 37, mənzil 20 ünvanında Şahid2 adına internet qoşulması olub və xx.xx.2014-cü il tarixdən, xx.xx.2021-ci il tarixədən xidmətdən istifadə edib. (İİ cild, i.v.294) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, xx.xx.2022-ci il tarixdə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə əlavə və dəyişiklik etmək zərurəti olmadığından dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmış, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və 051-736-60.91 saylı mobil nömrələrə dair məlumatların olduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (İİ cild, i.v.235-250) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (İİ cild, i.v.235-250) 27 sentyabr 2024–cü il tarixli, və 4/1404 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1(125)-17/2024 nömrəli cinayət işinin 1-ci cildinin 145-146-cı vərəqlərində olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolunun 1-ci vərəqəsinin üz tərəfində “Təqsirləndirilən şəxs” yazıları önündəki imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2024–cü il tarixli, və 5/1036 nömrəli məhkəmə kompüter-texniki ekspertizası rəyindən görünür ki, tədqiq olunan mailto:amir.naghiyev.351@teams.dia.edu.azElektron ünvan adlı istifadəçi hesabının “activity” bölməsində hər hansı bir məlumat müəyyən edilmədi. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə “Teams” proqramına qoşulmanın olubolmamasını və hansı texniki vasitə ilə qoşulmasını müəyyən etmək mümkün olmadı. “Tədqiqat prosesinin təsviri hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə və ekspert vəsatətinin qismən təmin edilməsinə tədqiq olunan mailto:amir.naghiyev.351@teams.dia.edu.azElektron ünvan adlı istifadəçi hesabının “activity” bölməsinə admin səlahiyyətləri ilə baxış keçirilməsi üçün “Microsoft Teams admin center” admin mərkəzinə giriş mümkün olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə aidiyyəti olduğu sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə qohumdur. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs anası (Şahid3) xalaoğlu-xalaqızıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs xalası Şahid11 Zərərçəkmiş şəxs2 qardaşı İsmayıl Bəylərlinin həyat yoldaşıdır. xx.xx.2021-ci il tarixdə zərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ailə üzvləri, yəni oğlu-digər Zərərçəkmiş şəxs1 və həyat yoldaşı - Şahid1 ilə birlikdə xalasının, yəni Təqsirləndirilən şəxs nənəsinin yas mərasiminə gəlmişlər. Həmin gün yas yerində qohumlar arasında mübahisə baş vermişdir. İşin mübahisəsiz halından görünür ki, Mehman Bəyləri və ailə üzvlərinin anası Şahid4 ilə mülk üstündə mübahisələri vardır. Bu mübahisə hazırkı iş üzrə hadisədən əvvəl yaranmış, həmin vaxt da mövcud olmuş və hal-hazırda da davam edir. Həmin gün Şahid4 orada olan bacısı qızları (yəni Amirin anası və xalaları) və onların ailə üzvləri Şahid4 ilə gəlini Şahid1 arasında olan mübahisənin qarşısını almağa çalışmışlar. Ekspertiza rəyləri onu deməyə imkan verir ki, həmin gün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül zərər vurmaya aid edilən, şahidlər Şahid1 və Şahid3 isə dərəcələri təyin edilməyən bədən xəsarətləri almışlar. Bundan başqa, Elmira Bəylərinin oğlu və gəlini arasında olanlar sadə bir mülk üstündə olan mübahisə olaraq qalmır. Belə ki, bundan əvvəl 2017-ci ildə Şahid4 digər oğlu X12 Nəbiyevaya bıcaqla bədən xəsarəti yetirmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-61/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə, qohumlar arasında şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxslərin mübahisələri olduğu halda həmin yas mərasiminə getmələri ilə başlamışdır. Bu baxımdan, törədilmiş əməlin xuliqanlıq cinayəti kimi tövsif edilməsi düzgün qiymətləndirmə sayıla bilməz. İbtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əl və yumruq ilə vuraraq, onlara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Lakin, ibtidai istintaq orqanı bu qənaətə gələrkən zərərçəkmiş şəxslərin və onların ailə üzvü olan şahidin (Şahid1) ifadələrindən başqa heç bir sübuta əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə şübhəli məqamlardan biri də odur ki, hadisədən sonra Elmira Bəylərli, Şahid3, habelə zərərçəkmiş şəxslər qarşılıqlı şikayət ərizələri ilə polis oraqanlarına müraciətlər etmişlər. Həmin müraciətlər əsasında polis əməkdaşları tərəfindən hadisə günü orada olan qohumlar polis idarəsinə çağırılmış, həmin hadisə ilə bağlı Şahid2, Şahid7, Kamil Əliyevin, Şahid9, Şahid11 izahatları alınmışdır. Hər iki tərəfin izahatlarında orada olan şəxslər arasında Təqsirləndirilən şəxs adı çəkilməmiş, müvafiq olaraq o, idarəyə dəvət edilib izahatı da alınmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 hadisədən dərhal sonra polis orqanına müraciətində ona xəsarət yetirənin “konkret olaraq Şahid2” olduğunu, Zərərçəkmiş şəxs1 isə ona xəsarət yetirənin “Ayçinin əri Vüsal və oğlu Çingizin” olduğunu, Kamilin isə onlara kömək etdiyini bildirmiş, hadisədən bir neçə ay sonra zərərçəkmiş şəxs kimi ifadələrində Təqsirləndirilən şəxs adını qeyd etmişlər. Bundan başqa, hadisdən sonrakı ifadələrində Zərərçəkmiş şəxs1 həm Şahid7, həm də sonuncunun xalası oğlu Kamil tərəfindən döyüldüyünü, lakin sonradan Çingizi Amirlə qarışdırdıqlarını qeyd etmişdir. Zərərçəkmiş şəxs2 isə hadisədən dərhal sonra polis orqanına müraciətində ona xəsarət yetirənin “konkret olaraq Şahid2” olduğunu bildirmiş, bir neçə ay sonra isə onu Vüsalın oğlu Təqsirləndirilən şəxs vurduğunu demişdir. Burada diqqət çəkən məqam odur ki, tutalım, Zərərçəkmiş şəxs1 Şahid2 oğlanları Çingizi Amirlə qarışdıra bilərdi. Lakin Zərərçəkmiş şəxs2 Vüsalla onun oğlu Amiri qarışdırması mümkün deyil. Ona görə də Zərərçəkmiş şəxs2 hadisədən dərhal sonra polis orqanına müraciətində ona xəsarət yetirənin əminliklə “konkret olaraq Şahid2” olduğunu deməsi və bir neçə ay sonra onu vuranın Təqsirləndirilən şəxs olduğunu bildirməsi ittihamda olan ciddi ziddiyyətlərdən və Təqsirləndirilən şəxs təqsirliliyinə dair əsaslı şübhələr yaradan hallardan biridir. Sual doğuran məqamlardan biri də odur ki, Vüsalın və Kamilin məsuliyyətə cəlb olunubolunmaması ilə maraqlanılmamışdır. Bundan başqa, zərərçəkmiş şəxslər ilkin ərizə və izahatlarında onlara xəsarət yetirən şəxsin adını “Çingiz” olaraq qeyd etmələrinin səbəbi kimi hazırkı işin cinayət təqibi üzrə təhqiqatını aparan təhqiqatçı Şahid16 göstərmişlər. Onlar qeyd etmişlər ki, “Çingiz” adını məhz təhqiqatçının deməsi ilə qeyd etmişlər. Məhkəmə qeyd edir ki, bu halın həqiqət olduğu qəbul edilsə belə, iş materialları ilə müəyyən olunur ki, həmin faktın dəqiqləşdirilməsi üçün heç bir lazimi hərəkət edilməmiş və iş üzrə təhqiqat və hətta 2021ci ilin iyun ayına kimi aparılan istintaq dövründə onlara xəsarət yetirən şəxsin adı “Çingiz” olaraq qeyd edilmişdir. Həmin vaxta kimi Təqsirləndirilən şəxs deyil, sadəcə Şahid7 izahatı alınmışdır. Məhkəmə bu hala tənqidi yanaşır və ittihamda olan ziddiyyətli hal kimi qiymətləndirir. Zərərçəkmiş şəxslərin ilkin izahatlarında onlara xəsarət yetirənin Təqsirləndirilən şəxs deyil, Şahid7 deməklərinin səbəbi kimi onlar qardaş olduqlarından adlarını qarışdırdıqlarını bildirmişlər. Elə bu səbəbdən ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında üzləşdirilmə aparılmışdır, həmin üzləşdirilmə protokollaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və iş materiallarına əlavə edilmişdir. Lakin, məhkəmədə təqsirləndirilən şəxs həmin protokolda olan imzanın ona aid olmadığını, əsl üzləşdirilmə protokolunun Şahid1 tərəfindən cırıldığını və ən asası da əsl üzləşdirilmə protokolunda zərərçəkmiş şəxslərin “sizə xəsarət yetirən kimdir?” sualına cavab olaraq “qardaşı Şahid7” göstərdiklərini qeyd etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 27 sentyabr 2024–cü il tarixli, və 4/1404 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1(125)-17/2024 nömrəli cinayət işinin 1-ci cildinin 145-146-cı vərəqlərində olna Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolunun 1-ci vərəqəsinin üz tərəfində “Təqsirləndirilən şəxs” yazıları önündəki imza-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Odur ki, məhkəmə xx.xx.2021-ci tarixli üzləşdirmə protokolunu sübutlar siyahısından çıxarır və həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini daha mötəbər sübut hesab edir. Məhkəmə istintaqı zamanı yalnız zərərçəkmiş şəxslər Mehman və Zərərçəkmiş şəxs1lər və onların ailə üzvü Şahid1 ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xəsarətlər yetirmişdir. Lakin, Təqsirləndirilən şəxs isə birmənalı olaraq həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 heç bir xəsarət yetirmədiyini, həmin vaxt ümumiyyətlə hadisə baş verən yerdə olmadığını, onlayn dərsi olduğu üçün öz evlərində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onlayn dərsinin olduğu və onun dərsə qoşulduğu onun özünün, şahidlərin ifadələri və digər üzrə əhəmiyyət kəsb edən sübutlarla təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs müəllimi Şahid6 və qrup yoldaşı (qrup nümayəndəsi) Şahid5 ifadələrində bildirmişlər ki, xx.xx.2021-ci ildə onlayn dərs olmuşdur, Təqsirləndirilən şəxs də həmin dərsdə iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vaxt təhsil aldığı Azərbaycan Respublikası Prezidenti yanında X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə İİİ kurs tələbəsi Təqsirləndirilən şəxs 31 mart 2021-ci ildə saat 12:00-dan 13-dək onlayn dərsdə (İnzibati proses) iştirak etmişdir. Həmçinin, digər şahidlər Şahid2, Şahid7, Şahid3, Şahid9, Şahid8, Şahid4, Şahid14, Şahid12 ifadələri ilə də Təqsirləndirilən şəxs hadisə zamanı hadisə baş verən yerdə olmadığını bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, ittiham tərəfi hadisə baş verdiyi vaxt Təqsirləndirilən şəxs öz evlərində olaraq onlayn dərsdə iştirak etməsini təkzib edən mötəbər dəlillər təqdim etməmişdir. Bundan başqa, zərərçəkmiş şəxslər tərəfindən verilmiş vəsatət əsasında, məhkəmə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həqiqətən də “Teams” proqramı vasitəsilə onlayn (canlı) dərsdə iştirak edib-etmədiyini və dərs zamanı harada olduğunu müəyyən etmək üçün həmin gün Təqsirləndirilən şəxs “Teams” proqramına hansı vasitə ilə və saat neçədən neçəyə qədər qoşulmasının öyrənilməsini zəruri hesab etdiyindən, xx.xx.2024-cü il tarixli qərarla məhkəmə kompüter-texniki ekspertizası təyin etmişdir. xx.xx.2024–cü il tarixli, və 5/1036 nömrəli məhkəmə kompüter-texniki ekspertizası rəyindən görünür ki, tədqiq olunan mailto:amir.naghiyev.351@teams.dia.edu.azElektron ünvan adlı istifadəçi hesabının “activity” bölməsində hər hansı bir məlumat müəyyən edilmədi. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə “Teams” proqramına qoşulmanın olubolmamasını və hansı tekniki vasitə ilə qoşulmasını müəyyən etmək mümkün olmadı. “Tədqiqat prosesinin təsviri hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə və ekspert vəsatətinin qismən təmin edilməsinə tədqiq olunan mailto:amir.naghiyev.351@teams.dia.edu.azElektron ünvan adlı istifadəçi hesabının “activity” bölməsinə admin səlahiyyətləri ilə baxış keçirilməsi üçün “Microsoft Teams admin center” admin mərkəzinə giriş mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***- **-** mobil telefon nömrələrinin hadisə baş verən zaman anten dairələrini müəyyən etmək üçün ibtidai istintaq zamanı məlumatlar əldə edilmişdir. Qeyd edilən anten dairə məlumatlar ilə müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrəsi həmin gün saat 12:30:17-də, 12:29:28-də, 12:24:39-da, 12:17:56-da, 11:55-25də, 11:40:30-da ünvan 7vanında; ***-***-**-** mobil nömrəsi saat 12:16:49-da ünvan 7vanında siqnal vermişdir. Şahid13 həmin gün dostu Təqsirləndirilən şəxs zəng edib ona nənəsinə görə baş sağlığı vermək istədiyini, lakin telefon zəngini bir xanımın açdığını, Amirin xalası olduğunu, telefonun onda olduğunu dediyini bildirmişdir. Həmçinin, Şahid10 da ifadəsində bildirmişdir ki, həmin gün o, Təqsirləndirilən şəxs nənəsinə görə baş sağlığı vermək üçün yazmış, lakin axşam saatlarında Amir ona cavab vermiş və üzr istəyərək, bildirmişdir ki, telefonu özündə olmadığı üçün indi cavab verir. Təqsirləndirilən şəxs bununla bağlı ifadəsində bildirmişdir ki, hər iki nömrəsini bir mobil telefon cihazının içərisində istifadə edir. Həmin gün telefonunu Rusiya Federasiyasından gələn, bu səbəbdən nömrəsi Azərbaycanda işləməyən və burada mobil nömrəsi olmayan xalası Şahid11 olmuşdur, belə ki, xalası həmin gün onun interneti olduğundan Rusiya Federasiyasında olan ailəsi ilə danışmaq üçün telefonunu özü ilə birlikdə yas yerinə-yəni hadisə baş verən ünvana aparmışdır. Həmin halı şahid qismində diindiriliən Şahid11 da təsdiq etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xalası Şahid11 həqiqətən də Rusiya Federasiyasında yaşayır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs mobil nömrələrinin qoşulu olduğu telefonun həqiqətən də xalası Şahid11 olması halını ağlabatan hesab edir. Məhkəmə həmçinin, qeyd edir ki, sadəcə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin siqnalının hadisə yerində müəyyən edilməsi özü-özlüyündə Təqsirləndirilən şəxs ittihamda qeyd edilən əməli törətməsi faktını təsdiq edə bilməz. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı ittihamda qeyd edilən əmələ aidiyyəti sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət mühakimə icraatının vəzifələri cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.1-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 139.0.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Lakin, yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə aidiyyəti sübuta yetirilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.3-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə bəraət hökmü şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə çıxarılır. 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində onun cinayətin törədilməsinə aidiyyəti olmadığından (həmin əmələ aidiyyəti sübut edilmədiyindən) onun barəsində bəraət hökmü çıxarılmalı, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Cinayət işi üzrə maddi sübutlar - ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış telefon məlumatları olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 160 (yüz altmış) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 350, 352-354, 356, 358, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə onun cinayətin törədilməsinə aidiyyəti olmadığından Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə, 160 (yüz altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış telefon məlumatları olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-4/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-4/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver