Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-40/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Səfərova (Namazova) Rövşanə Nəbi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Gürcüstan Respublikasının, Marneuli Rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 16 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 16 sentyabr 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 90 manat, iki uşağa cəmi 180 manat sabit pul məbləğində alimenti övladları 15 noyabr 2006-cı il təvəllüdlü X8 və 03 dekabr 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Səfərova (Namazova) Rövşanə Nəbi qızının xeyrinə ödəməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 oktyabr 2015-ci il tarixli, 2(043)-4867/2015 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 06 dekabr 2019-cu il tarixli, 3(043)-716/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 29 noyabr 2021-ci il tarixli, 3(043)-894/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 25 gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 28 dekabr 2021-ci il, 17 yanvar 2022-ci il, 08 fevral 2022-ci il, 18 fevral 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 20 may 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 12240 manat aliment borcunu zərər çəkmiş şəxs Səfərova (Namazova) Rövşanə Nəbi qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, onun aylıq gəliri 200 manat təşkil edir. O, Səfərova (Namazova) Rövşanə Nəbi qızı ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından oların X10 və X13 adlı övladları dünyaya gəlmişdir. Rövşanə ilə evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs (Namazova) övladları ilə birlikdə yaşamış, 2015-ci ildə ona qarşı aliment tələbinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 30 oktyabr 2015-ci il tarixli, 2(043)-4867/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 16 sentyabr 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 90 manat, iki uşağa cəmi 180 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları 15 noyabr 2006-cı il təvəllüdlü Səbinə Abbasovanın və 03 dekabr 2009-cu il təvəllüdlü Səidə Abbasovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Namazovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 06 dekabr 2019-cu il tarixli, 3(043)-716/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 29 noyabr 2021-ci il tarixli, 3(043)-894/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 25 gün müddətlərində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Sonda o, əməlindən peşman olduğunu, azadlıqda qalacağı təqdirdə işləyib alimenti ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Səfərova (Namazova) Rövşanə Nəbi qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından onların X10 və X13 adlı uşaqları doğulmuşdur. Onlar evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşaqları ilə birgə Arzudan ayrı yaşamışlar. Arzu isə onların ayrı yaşadığı müddətdə övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərməmiş, o, məcbur qalıb aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli, 2(043)-4867/2015 saylı qətnaməsi ilə iddiası təmin edilərək əvvəli 16 sentyabr 2015-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 90 manat, iki uşağa cəmi 180 manat sabit pul məbləğində aliment övladları 15 noyabr 2006-cı il təvəllüdlü S.Abbasovanın və 03 dekabr 2009-cu il təvəllüdlü S.Abbasovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 06 dekabr 2019-cu il tarixli, 3(043)-716/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 29 noyabr 2021-ci il tarixli, 3(043)- 894/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 25 gün müddətlərində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, heç bir ödəniş etməmişdir. Sonda o, Təqsirləndirilən şəxs aliment borcundan qəsdən yayındığını, ona məhkəmə tərəfindən ən ağır cəzanın veriləsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 16 sentyabr 2015-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 90 manat, iki uşağa cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq 15 noyabr 2006-cı il təvəllüdlü X8 və 03 dekabr 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Səfərova (Namazova) Rövşanə Nəbi qızının xeyrinə ödənilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 oktyabr 2015-ci il tarixli, 2(043)-4867/2015 saylı qətnaməsi icra edilməsi üçün Gəncə şəhəri üzrə icra idarəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmişdir. Üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini müxtəlif vaxtlarda yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 06 dekabr 2019-cu il tarixli, 3(043)-716/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 29 noyabr 2021-ci il tarixli, 3(043)-894/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 25 gün müddətlərində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4867/2015 nömrəli, xx.xx.2015ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən etibarən azyaşlılar Səbinə və Səidənin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4867/2015 nömrəli, xx.xx.2015ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən etibarən azyaşlılar Səbinə və Səidənin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4867/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2015-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4867/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4867/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraatda hal şahidləri X4, X7 iştirakları ilə Təqsirləndirilən şəxs ünvanı kiçi qeyd edilmiş ünvan 3r, borclu Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığı və orada borcluya məxsus tələbin yönəldilə biləcəyi dəyərli əmlak aşkar olmadığı müəyyən edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-897/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edənədək məhdudlaşdırılmışdır. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(043)-716/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(043)894/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4867/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN yanında 6 saylı ərazi Məşğulluq Mərkəzinin tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, filialın əməkdaşı tərəfindən .Məhərrəmovla əlaqə (055 589 60 12) saxlanılması mümkün olmamış, A.Məhərrəmova xx.xx.2022-ci il tarixli **********8 nömrəli tövsiyyə məktubu göndərilmiş, A.Məhərrəmov filialla əlaqə saxladığı təqdirdə qanunvericiliyə uyğun olaraq ona lazımı köməklik göstəriləcəkdir. - xx.xx.2022-ci il tarixli və sonuncu dəfə xx.xx.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemi üzrə yoxlama aparılmış və xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.2007-ci il tarixdə xx.xx.1988-ci il təvəllüdlü Abbasova (Namazova) Rövşanə Nəbi qızı ilə Gəncə Kəpəz Rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş və qeyd edilən nikah xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. X2 xx.xx.2014-cü il tarixdə xx.xx.1987-ci il təvəllüdlü Abbasova (Quliyeva) Şəbnəm Rasim qızı ilə Gəncə “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. - Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, X11 hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. Onun barəsində qonşular və sakinlər tərəfindən Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə nzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2022-ci il tarixli Gəncə şəh İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfta Birliyinin 11№ li xidmət sahəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 2 ünvanında qeydiyyatdadır. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-1277/2022 saylı inzibati xəta haqqında iş üzrə qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 25 gün müddətində inzibat həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, zərərçəkmiş şəxslə razılığa gəlmək adı ilə məhkəmədən yayınmış, məhkəmə çağırışına gəlmədiyinə görə barəsində məhkəmənin qərarına əsasən məcburi gətirmə tətbiq edilmiş və barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir. Onun qəsdən məhkəmə çağırışlarına gəlməməsi, məhkəmədən qaçıb gizlənməsi islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun axtarışla həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı 22 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-40/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-40/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver