Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-403/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 xx.xx.2023-cü il tarixində saat 01 radələrində müvəqqəti yaşadıqları Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində ögey qardaşı Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sifətindən əl zərbələri ilə qəsdən vurmaqla və qolu ilə ayağından tutub dartmaqla, sol gicgah nahiyəsinin qançırı, sol bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və sol qaş nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X5 oğlu özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Cavadxan qəsəbəsində müvəqqəti yaşayır və həmin fərdi yaşayış evi qızı X4 məxsusdur. Rəvanənin əri sözü gedən evdə intihar etdikdən sonra Rəvanə həmin evdə yaşamır. O, qızı Rəvanədən icazə alaraq ərinin intiharından sonra ona məxsus Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayır. Bir neçə gün əvvəl ögey qardaşı Zərərçəkmiş şəxs da həmin evə gələrək birlikdə yaşamağa başlamışdır. Elcan ilə münasibətləri həmişə yaxşı olmuşdur. O, Göygöl rayonunda fəhləliklə məşğul olur və hər gün Göygöl rayonu Üçtəpə kəndinə getmək üçün özünə kreditlə skuter almışdır. Qardaşı Elcan da özünə skuter istədikdə, ona da kreditlə skuter almış və Elcan hər ay 120 manat ödəməli olmuşdur. Sonradan özü üçün aldığı skuter xarab çıxdığı üçün təmir məqsədilə onu servisə göndərmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə işə getmək üçün Elcandan skuterini istəmiş və sonuncu etiraz etmədən skuterini işə getməsi üçün ona vermişdir. xx.xx.2023cü il tarixdə gecə saatlarında o, evə gəldikdə qardaşı Elcanın öz skuterini bir neçə günlük sürməsi üçün dostuna verdiyini öyrənmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elcan onun yaşca böyük olmasına məhəl qoymadan ünvanına kobud sözlər dediyi üçün o, əsəbləşərək qəsdən əl zərbələri ilə Elcanı 1-2 dəfə sifətindən vurmuş, sonuncu üstünə gəlib əl atan zaman bir-birini əl və ayaqlarından tutub dartmışlar. Mübahisə müvəqqəti yaşadıqları evin qonaq otağında baş vermiş və təxminən 9-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı evdə başqa şəxs olmamış və o, xəsarət almamış, Elcan tərəfindən döyülməmişdir. Elcan özü baş verənlər barədə AR DİN-in “102 xidməti”nə məlumat verib evə polis əməkdaşlarını dəvət etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ögey qardaşı X5 qızı X4 məxsus Gəncə şəhəri Cavdaxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayır. Rəvanənin əri həmin evdə intihar edərək öldükdən sonra həmin evdə yaşamır, anası ilə birlikdə yaşayır, Rəvanənin icazəsi ilə atası X5 həmin evdə yaşayır. O, bir neçə günlük qardaşı İlhamla birlikdə olmaq üçün həmin evdə yaşamışdır. İlham Zülfüqarov hazırda Göygöl rayonunda fəhləliklə məşğuldur və hər gün ora getmək üçün özünə kredit ilə skuter almışdır. Qardaşı İlhamın idarə etdiyi skuteri bəyəndiyi üçün özünə də skuter almasını İlhamdan xahiş etmiş və kreditini vaxtı-vaxtında ödəyəcəyini bildirmişdir. İlham da etiraz etməyərək kreditlə 2-ci skuter cihazını 18 ay müddətinə, hər ay 120 manat olmaqla nisyə qaydada almış və krediti vaxtında ödəmək öhdəçiliyi götürmüşdür. Təxminən xx.xx.2023-cü il tarixində İlhamın skuterində nasazlıq yarandığı üçün zəmanət talonu ilə həmin skuteri servisə göndərmiş, ondan işə getmək üçün skuteri verməsini xahiş etdikdə o, etiraz etmədən skuteri İlhama vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında isə skuteri İlhamdan götürüb bir neçə günlük sürməsi üçün dostuna vermişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində İlham evə gəlib skuteri dostuna verdiyini öyrəndikdə mübahisə yaradıb onun ünvanına kobud sözlər söyləmişdir. Həmin kobud sözlərlə o, İlhama cavab qaytardıqda sonuncu evin qonaq otağında onun üstünə hücum edib ona qəsdən sifətinin sol tərəfindən yumruq zərbələri ilə vurub xəsarət yetirmişdir. O, İlhamı kənara itələdikdə isə sonuncu onu sol qolundan tutub sıxaraq qoluna və sol ayağına əl zərbələri vurmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmiş və yaşadıqları evdə baş vermişdir. Mübahisə zamanı İlham Zülfüqarov qəsdən ona xəsarət yetirmiş, bu səbəbdən məhkəmə tibbi ekspertiza müayinəsindən keçmişdir. Sonda o, notariat qaydasında təsdiq olunmuş ərizəsini təqdim edərək İlhamla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və İlhamın barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan “MTE və PA” X9 şəxsin Gəncə şəhər şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 1077 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qaş nahiyəsinin yarası, sol gicgah nahiyəsinin qançırı, sol bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə sol gicgah nahiyəsinin qançırı, sol bazu və sol diz oynağı nahiyələrinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol qaş nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Nizami rayonu 24 nömrəli evlər üçlüyünün verdiyi xasiyyətnamədən görünür ki, X1 şəhəri, Azərbaycan küçəsi, 1-ci döngə, ev 2, 4 nömrəli mənzildə yaşadığı müddətdə ərzində onun barəsində həmin evlər üçlüyünə heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamış, müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs X2 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirlən şəxs X5 oğlu ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, odur ki, təqsirləndirilən şəxs X2 barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən X5 oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, X5 əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum X5 oğluna məhkəmədə 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 36 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən X5 barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs X3 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-403/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-403/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver