Məhkəmə qərarları › İş №1(125)-407/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-407/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-407/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 24 avqust 2022-ci il tarixdən başlayaraq 23 iyun 2012-ci il təvəllüdlü X5 və 18 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat oİmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(125)-263/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-1755/2023 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13 fevral 2024-cü il tarixədək cəmi 4600 (dörd min altı yüz) manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uşaqlardan biri daima onun yanında qalır. O, əvvəllər fərdi əməklə məşğul olmuşdur, hazırda isə işləmir və bu səbəbdən də aliment borcunu ödəmək imkanı yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, ümumilikə bu günə qədər 1500 (min beş yüz) manat ödəniş etmişdir. Sonuncu dəfə isə aliment borcundan 2024-cü ilin iyun ayında 300 (üç yüz) manat ödəniş etdiyini bildirmişdir. İfadəsinin sonunda ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 23 iyun 2012-ci il təvəllüdlü X10 və 18 noyabr 2016-cı il təvəllüdlü X12 adında övladları anadan olmuşdur. Nikah münasibətində olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş,Təqsirləndirilən şəxs onu mütamadi olaraq döyüb təhqir etmişdir. Buna görə də, o, evdən qaçıb sığınma evinə getmiş və hər iki uşağıda yanında aparmışdır. Ayrıldıqdan sonra aliment təyin edilmişdir. Təqsirləndirilən şəxs alimenti tam ödəməmiş və hər dəfə şikayət etdikdən sonra alimentinbir qismini ödəmişdir.Daha sonra qeyd etmişdir ki, hazırda qızı onunla,oğlu isə atasının yanında qalır.İfadəsinin sonunda uşaqlara çətinliklə baxdığını bildirmiş vəbu ilin yanvar ayına kimi olan hər iki uşağa təyin olunmuş aliment borcunu (3900 (üç min doqquz yüz)) tələb etmiş əks təqdirdə isə Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı üzrə verilmiş e-16(125)-29/2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, Gəncə Şəhər Məhkəməsinin e-2(125)263/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə Gəncə şəhəri üzrə icra idarəsində xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin vaxtaşırı ödənilməsini yerinə yetirməmişdir. Tələbin icra olunmasını təmin etmək üçün keçirilmiş məcburi icra tədbirləri qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarəyə çağırılmış, icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi və tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün barəsində protokol tərtib edilmiş və Gəncə Şəhər Məhkəməsinin 3(125)-1755/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir, Gəncə Şəhər Məhkəməsinin 8(125)-975/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs görülmüş məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmamışdır. Bundan sonra, borclu Təqsirləndirilən şəxs borcunun ödənilməsi üçün yeni müddət verilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə X16 Məşğulluq filialına iş axtaran kimi qeydiyyata durması barədə təklif verilmiş, lakin borclu təklifdən imtina etmişdir. Borcluya cinayət məsuliyyətinə cəlb olunacağı barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıqlar verilmiş, buna baxmayaraq öz hərəkətsizliyini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə və inzibati tənbeh olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməməklə faktiki imkanlarından istifadə etməmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə olunmaqdadır. Təqsirləndirilən şəxs tələbkara 3900 manat aliment borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ilə eyni məzmunlu oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.1); - Gəncə şəhər Məhkəməsinin 16(125)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki,Gəncə şəhər Məhkəməsinin 2(125)-263/2023 nömrəli mülki iş üzrə qətnamə qəbul edilənədək, 01 mart 2023-cü il tarixdən başlayaraq, 23 iyun 2012-ci il təvəllüdlü X5 və 18 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat oİmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. (i.v.11-14); - Gəncə şəhər Məhkəməsinin e-16(125)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhər Məhkəməsinin icraatında olan 2(125)-263/2023 nömrəli mülki iş üzrə qətnamə qəbul edilənədək, 01 mart 2023-cü il tarixdən başlayaraq, 23 iyun 2012-ci il təvəllüdlü X5 və 18 noyabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat oİmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. (i.v.15); - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin e-16(125)-29/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. (i.v.16); - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Məhkəməsinin e-16(125)-29/2023- 009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. (i.v.17); - Gəncə şəhər Məhkəməsinin 2(125)-263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, 23 iyun 2012-ci il təvəllüdlü X5 və 18 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 150 (yüz əlli) manat oİmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. (i.v.18-23); - Gəncə şəhər Məhkəməsinin e-2(125)-263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 24 avqust 2022-ci il tarixdən başlayaraq, 23 iyun 2012-ci il təvəllüdlü X5 və 18 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat oİmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. (i.v.24); - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin e-2(125)-263/2023-037 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. (i.v.26); - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Məhkəməsinin e-2(125)-263/2023- 037 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. (i.v.27); -Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə İcra İdarəsində verdiyi izahatdan görünür ki, borcunu tam ödəməyə imkanı olmadığından hissə-hissə ödənişlər edəcəyini bildirmişdir.(i.v.29- 31); - Gəncə şəhər Məhkəməsinin 3(125)-1755/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. (i.v.34-36); - xx.xx.2023-cü il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin e-16(125)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Gəncə şəhər Məhkəməsinin e-2(125)-263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri birgə icraatda birləşdirilmişdir. (i.v.40); - Gəncə şəhər Məhkəməsinin 8(125)-975/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v.41- 43); - xx.xx.2023-cü il tarixli yeni müddət haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin e-2(125)-263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq icra etməsi xahiş edilmiş, əks təqdirdə CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. (i.v.44); - xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir.(i.v.45, 46); - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X8 şəhəri üzrə İcra İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsla (***-***-**-**) əlaqə saxlanılmış, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) xx.xx.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmışdır. Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ("xxxx" MMC-də sürücü, əməkhaqqı – 350-400 manat) iş təklif olunmuşdur. (i.v.48); - xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. (i.v.51); - tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli İcra idarəsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (i.v.53); - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2(125)-263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda hal şahidləri X13 oğlunun, X6 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan ünvan 2k və qiymətli əşyalar aşkar edilməmiş, borclunun olduğu yeri isə müəyyən etmək mümkün olmamışdır. (i.v.54); - DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1, 70.1, 70.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay 20 gün azadlıqdan məhrum etmə və 03 il şərti sınaq müddətinə məhkum edilmişdir. (i.v.82); - xx.xx.2024-cü il tarixli şəxsin məcburi gətirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün 08 iyul 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. (i.v.84); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (i.v.86); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ittiham elan etmək üçün tutularaq Bakı şəhər Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (i.v.89); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək icraat dayandırılmışdır. (i.v.91); -xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gəlmişdir. (i.v.95); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. (i.v.96); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək maddi imkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir. (i.v.112-115); - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (i.v 116); - xx.xx.2024-cü il tarixli MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal RPİ-nin MSY-dən dərhal azad olunmuşdur. (i.v 119); - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-79/2011 nömrəli, xx.xx.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay 20 gün azadlıqdan məhrum etmə və 03 il sınaq müddətinə məhkum edilmişdir. (i.v.138-146); -xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs, zərərçəkimş şəxs, şahid ifadələri, protokollar və toplanmış digər sənədlər qiymətləndirilmişdir ( i.v.148-153); - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək övladı Eşqin Qasımovun anasından imtina edərək onun yanına gəlməsini və Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 2-ci sinifinə getdiyini bildirmişdir. - Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, X14 hal-hazırda həmin məktəbin 2-ci sinifində oxuyur. Məhkəmə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək istəməsi, buna maddi imkanının olmaması barədə göstərdiklərinə iş üzrə tədqiq olunmuş sübutların məcmusu üzrə müqayisəli təhlil edərək, onun göstərdiklərini əsassız və məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş özünü müdafiə xarakteri ifadə kimi qəbul edir. Belə ki, sübutlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmək üçün “İcra haqqında” Qanunda göstərilən bütün zəruri qanuni tədbirlər həyata keçirilmiş, ona yazılı bildirişlər və xəbərdarlıqlar göndərilmişdir, lakin o, qətnaməni və icra vərəqəsini icra etməyə heç bir təşəbbüs göstərməmişdir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və icra vərəqəsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gəlmiş, 26 iyul 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs alimentin bir hissəsini ödəməsini və uşaqlarından birinin onun yanında qalmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamda verilən tövsiyələri də nəzərə alır.Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdırılan halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə olunsun və cəzanın müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 144 (yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: LizaXanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar