Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-408/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış,Gəncə şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 44-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilmiş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 26 fevral 2023-cü il tarixdə saat 01 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsi 48V nömrəli çoxmənzilli yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs məxsus Vaz 21011 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına bərkidilmiş 01 ədəd 2022-ci il istehsallı, göy rəngli, 1800 (bir min səkkiz yüz) manat dəyərində avtomobil qoşqusunu gizli olaraq talayıb zərərçəkmiş şəxs İsa Əsəgərova ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın mahiyyətinin aydın olduğunu və özünü həmin maddə ilə təqsirli bildiyini bildirərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının ortalarında o, Gəncə şəhəri Dədə Qorqud küçəsi ilə “Mərkəzi univermağa” tərəf piyada hərəkət edən zaman çoxmənzilli yaşayış evinin qarşında göy rəngli Vaz 21011 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına bərkidilmiş qoşqu onun diqqətini çəkmişdir. O, həmin vaxt həmin avtomobilə yaxınlaşıb qoşquya baxış keçirmiş, maddi imkanı zəif olduğu üçün qoşqunu oğurlamaq qərarına gəlmişdir. 26 fevral 2023-cü il tarixdə saat 00 radələrində bu məqsədlə də, o, yaşadığı evi tərk edib, piyada Gəncə şəhəri Təhsil İdarəsinin qarşısında təkər təmiri sexində işləyən tanışı Zaurun yanına getmiş, o, Zaura vacib işi olduğuna görə sonuncundan istifadəsində olan Vaz 2107 markalı avtomobilini 1 saatlıq ona verməsini xahiş etmiş, Zaur da, ona bu barədə etiraz etməmişdir. Həmin tarixdə o, Zaura məxsus VAZ 2107 markalı avtomobilini idarə edib Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən 48 nörməli binanın qarşısına getmiş, avtomobili göy rəngli Vaz 21011 markalı avtomobilin bərabərliyində saxlamışdır. O, avtomobildən yerə düşüb ətrafa boylanmış və ətrafda hər hansı bir şəxsin onu görmədiyinə tam əmin olduqdan sonra qoşqunu Vaz 21011 markalı avtomobilin arxasından aralayıb Zaura məxsus avtomobilin arxasına bərkitmişdir. Sonra o, Zaurun avtomobilinin sükanına əyləşmiş və avtomobili idarə edib yaşdığı ünvan 1 ünvanında yerləşən evə getmişdir. O, qoşqunu yaşadığı evin qarşısında Zaurun avtomobilinin arxasından aralayıb saxlamış, sonra Zaurun işlədiyi təkər təmiri sexinə getmiş və orada Zaura məxsus avtomobilin açarlarını təkər təmiri sexində özünə təqdim etmiş və sonra piyada yaşadığı evə qayıtmışdır. 28 fevral 2023-cü il tarixdə evdə olarkən Gəncə şəhər 2ci polis şöbəsinin polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və ona özlərini təqdim edib, oğurluq etməsi barədə şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə söhbət etdikdən sonra qoşqunu oğurladığını etiraf etmiş, daha sonra polis əməkdaşları onun oğurladığı qoşqunu Gəncə şəhər 2-ci polis şöbəsinə aparmışlar. Sonda o, maddi imkanının aşağı olduğu üçün məcbur olub oğurluq etdiyini, əməlindən peşman olduğunu birdə oğurluq etməyəcəyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş zərəri ödədiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, təqaüdçüdür eyni zamanda Şəmkir rayonu Ələsgərli kəndində təsərrüfatla məşğul olur. O, 2022-ci ilin yay aylarında 2000 manata təsərrüfatında istifadə etmək üçün qoşqu almış və mülkiyyətində olan Vaz 21011 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına qoşmuşdur. O, təsərrüfat əşyalarını qoşquya yığaraq Şəmkir rayonu Ələsgərli kəndinə gedib-gəlmiş, qoşqu avtomobilinin arxasına bərkidilmiş vəziyyətdə yaşadığı binanın qarşısında saxlanılmışdır. 25 fevral 2023-cü il tarixdə saat 23 radələrində qoşqu avtomobilinin arxasında olmuş, 26 fevral 2023-cü il tarixdə səhər saat 10 radələrində o, yuxudan oyanıb avtomobilinin yanına getdikdə qoşqunun avtomobilinin arxasında olmadığını görmüşdür. Sonra o, qoşqunun oğurlandığını düşünmüş və istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin gün onun yaşadığı ərazidə başqa hadisə də baş vermişdir. Ona görə də, o ərazidə polis əməkdaşları olmuşdur. O, həm də həmin polis əməkdaşlarına yaxınlaşaraq qoşqusunun oğurlanmasını bildirmişdir. Qısa müddətdən sonra, elə həmin gün polislər onun qoşqusunu taparaq ona təhvil vermişlər. Oğurluq nəticəsində ona 1800- 2000 manatarası maddi ziyan dəymişdir. Hazırda Rəşad barışmış, Rəşad ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onun Rəsaddan heç bir şikayət və tələbi yoxdur. Bu barədə notarial ərizəni məhkəməyə təqdim edərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməmiş, ona görə də ibtidai zamanı verdiyi ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, Gəncə şəhəri, Atatürk prospekti ilə Muxtar Hacıyev küçəsinin kəsişməsində yerləşən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yaxınlığında təkər təmiri sexini icarəyə götürüb işlədir. O, hər gün axşam saat 21 radələrindən səhər saat 09 radələrindək sexdə olur və gecə növbəsində şəhər əhalisinin avtomobillərinin təkərlərinə qulluq edir. Təqsirləndirilən şəxs onun yaxın dostudur. Onun Rəşad ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Onun istifadəsində VAZ 2107 minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili o öz məvacibi hesabına alıb arvadı X1 adına rəsmiləşdirmişdir. 26 fevral 2023-cü il tarixdə saat 01 radələrində dostu Təqsirləndirilən şəxs onu işlədiyi təkər təmiri sexinə gəlib ondan avtomobilini 1 saatlıq işinin arxasıyla getməsi üçün istəmişdir. O da bu barədə Rəşada hər hansı bir söz deməmiş və avtomobilə məxsus açarları sonuncuya təqdim etmişdir. Təxminən 2 saatdan sonra Rəşad avtomobilini gətirib sexin qarşısında saxlamış və açarları ona vemişdir. Sonra Rəşad sexi tərk edib getmişdir. 28 fevral 2023-cü il tarixdə günorta saatlarında polis əməkdaşları onun istifadəsində olan mobil telefona zəng edib, onun avtomobili ilə qoşqu oğurlandığını ona bildirmişlər. O da, mobil telefonla Rəşada zəng edib bu barədə sonuncu ona avtomobili xx.xx.2023-cü il tarixdə ondan 1 saatlıq götürən zaman, Dədə Qorqud küçəsində yerləşəm çoxmənzilli yaşayış evinin qarşısından 01 ədəd qoşqu oğurladığını, həmin qoşqunu ona məxsus avtomobilin arxasına qoşub apardığını bildirmişdir. O, Rəşada qoşqu oğurlaması barədə öz iradlarını bildirmiş və bir daha onunla əlaqə saxlamamağı tələb etmişdir. Rəşadın ona məxsus avtomobili ilə oğurluq edəcəyindən xəbəri olsaydı, əsla avtomobili sonuncuya verməzmiş. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, ünvan 2 ünvanının qabağına Zərərçəkmiş şəxs məxsus qoşqunun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı yerə baxış keçirilərək şəkilləri çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1747 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd 2022-ci il istehsallı, göy rəngli avtomobil qoşqusunun istifadədə olması nəzərə alınmaqla 2023-cü il fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1800,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserin və Gəncə şəhər Psixonevroloji Dispanserin arayşlarından görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, o, Rəşadla barışmış, Rəşad tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onun Rəşada qarşı heç bir tələbi və şikayəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəyərək barışdığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 50 (əlli manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Zərərçəkmiş şəxs saxlanca verilmiş 01 ədəd 2022-ci il istehsallı, göy rəngli, avtomobil qoşqusunun öz sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 2022-ci il istehsallı, göy rəngli, avtomobil qoşqusunun öz sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli manat) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 manat pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-408/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-408/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver