Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-41/2023 13.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkillər Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri H.Əliyev prospekti ev 89-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gərdirmiş X9 X2 Qatar İdarəsinin yaxınlığına 29 mart 2022-ci il tarixdə saat 23:00 radələrində Gəncə XPŞnin PPXT-nin əməkdaşları tərəfindən həmin yerdə saxlanılıb əlində olan bıçaqla birlikdə ünvan 1 ünvanında yerləşən Gəncə XPŞ-nə gətirilmiş və baxış zamanı 01 ədəd soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Dəmiryolu Vağzalının yaxınlığında bir nəfər şəxs ilə tanış olub vağzalın yaxınlığı ilə birlikdə gedən zaman yolun kənarında yerdə yararsız aliminium pəncərə hissələrinin olduğunu görmüşlər və həmin pəncə hissələrini götürmək istəyən zaman tanımadıqları bir nəfər şəxs onları səsləyərək oradan uzaqlaşmalarını demişdir. Bu vaxt o həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs onlara gözətçi olduğunu və həmin aliminium pəncərə hissələrinin işlədiyi idarəyə məxsus olduğunu demişdir, Bundan sonra o və adını xatırlamadığı həmin şəxs oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşlrının gəldiyini görmüşdürlər. Bu vaxt adını xatırlamadığı həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. O isə qorxduğu üçün üzərində olan atası Sabirdən yadigar qalmış bıçağı çıxardaraq boğazına tutmuşdur ki, polis əməkdaşları ona yaxınlaşmasınlar. Polis əməkdaşlarının dayandıqlarını gördükdən sonra o da qaçaraq həmin yerdən uzaqlaşmışdır. Lakin təxminən 80-100 metrdən sonra qaça bilməyəcəyini anlamış və dayanmış, yenidən həmin bıçağı boğazına tutmuşdur. Ancaq həmin polis əməkdaşlarından biri bıçağı əlindən alaraq həmin bıçaqla birlikdə onu Gəncə XPŞ-nə gətirmişdirlər. Bundan sonra həmin bıçaq ondan götürülərək qablaşdırılmışdır. Əməlindən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, protokollar, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, daxili işlər orqanlarında xidmət edir. xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman saat 23 radələrində manqa komandiri Bəşirov Ramin onunla əlaqə saxlayaraq su anbarının yaxınlığında, yəni ADY QSC-nin X5 İdarəsinin Gəncə bölməsinin ərazisində iki nəfər şəxsin oğurluq etməsini və dərhal post yoldaşı İsmayıl Əliyev ilə birlikdə həmin yerə getməyini demişdir. O, dərhal post yoldaşı İsmayıl Əliyev ilə birlikdə həmin əraziyə getmişdir. Onlar həmin əraziyə çatan zaman iki nəfər tanımadığı şəxsin həmin idarəyə məxsus aliminium pəncərəni aparmaq istədiklərini görmüşlər. Onlar dərhal həmin şəxslərə müdaxilə etmişlər. Bu zaman həmin şəxslərdən biri qaçmış, digəri isə adını sonradan bildiyi Təqsirləndirilən şəxs kəmərinə taxılmış bıçağı çıxardaraq yaxınlaşmamaqılarını, əks halda vuracağını demişdir. Bu vaxt o geri çəkilmiş və Təqsirləndirilən şəxs oradan qaçan zaman o Təqsirləndirilən şəxs arxası ilə qaçmış və bir qədər sonra yük parkının yaxınlığında Samir dayanmış və əlindəki bıçağı boğazına tutaraq yaxınlaşacaqları təqdirdən özünə xəsarət yetirəcəyinin demişdir. Həmin vaxt post yoldaşı İsmayıl Əliyev də həmin yerə gəlmişdir. Bundan sonra onlar yük parkının yaxınlığında olan digər post yoldaşı Şahid3 köməyə çağırmışdırlar və Şahid3 həmin yerə gəlmişdir. Şahid3 onların yanına gəldikdən sonra Təqsirləndirilən şəxs əlindəki bıçağı boğazında çəkmiş və o dərhal Samirin əlindən həmin bıçağı almış və Samiri Gəncə st. XPŞ-nə gətirmişdirlər. Şahid1 həmin ifadəsini məhkəmə iclasında dindirilən şahidlər X4, Şahid3 və Şahid4 eyni ilə təsdiq etmişlər. Şahid5 məhkəmə iclasında tədqiq olunmuş ifadəsindəngörünür ki, 2019-cu ildən "xxxx" QSC-nin X5 İdarəsinin Gəncə bölməsində gözətçi işləyir. xx.xx.2022-ci 11 tarixdə saat 23 radələrində növbədə olan zaman idarənin həyətində səs-küy eşidib həyətə çıxmış, həmin zaman tanımadığı iki nəfər şəxsin idarənin həyətində olan aliminium pəncərinin tullantılarını götürdüyünü görmüşdür. O həmin şəxslərə iradını bildirərək oradan uzaqlaşmalarını demişdir. Həmin vaxt həmin şəxslərdən birinin onunla mübahisə etmək istədyini bilmiş və dərhal binaya geri qayıdaraq idarənin rəis müavini Sərdar Seydiova demiş və polisə məlumat verməsini xahiş etmişdir. Təxminən 3-4 dəqiqədən sonra polis əməkdaşları gəlmişdirlər. Bundan sonra o binanın içərisində olduğundan nə baş verdiyini görməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Gəncə st. XPŞ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Gəncə st. XPŞ-də baxış və götürmə aparılarkən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bıçaq qara rənglidir, bıçağın ümumi uzunluğu 21 sm-dır, dəstəyin uzunluğu 11 sm, eni 1 sm, tiyənin uzunluğu 10 sm, eni 2,5 sm-dir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişməhkəmə-ballistik ekspertizasının 31 mart 2022-ci il tarixli, 16/361 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq şilah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişDİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 228.4cü maddasilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, bundan başqa Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.3, 315.1, 66.3-cü maddələri təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasınnı sonu ilə azad edilmiş, bundan başqa Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 228.4, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 228.4cü maddasilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 müddətinə azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, bundan başqa Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AzərbaycanRespublikasının CM-in 228, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanser dispanserin arayşlarından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 sentyabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınaraq saxlanca verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli olmasıtam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o,bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşimançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu və cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq, ona təqsirlləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətəazadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Başqa sözlə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulanazadlıqdan məhrumetməcəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində tutularaq Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan əlavə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilməsini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsini nəzərə alaraq əməldə cinayətlərin residivini müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə məxsus cinayətin alətləri müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Gəncə stansiyasında X8 məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağımüsadirə edilməklə istifadəyə yararsız olduğundan məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına60 manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, X1 kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunacaq digər alət və vasitələr yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun barəsində elan edilmiş axtarış nəticəsində tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Gəncə stansiyasında X8 məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı məhv edilsin. İş üzrə 31.50 (otuz bir manat, əlli qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-41/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-41/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver