Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-410/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı –Dövlət ittihamçısı, müdafiəçi – X3, təqsirləndirilən şəxs – X7 iştirakları ilə, 17 avqust 1989-cu ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Bağçakürdkəndindəqeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 1,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və BNMİ QBRŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 18:10 dəqiqələrində Gəncə şəhəri, Ş.İ.Xətai prsopektində saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ QBRŞ-nın inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli idman şalvarın ön sağ cibindən 1 ədəd sellofon bükümdə təmiz çəkisi 1,439 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 çıxışında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək çıxışında bildirmişdir ki,təxminən 1 il olar ki,ara bir psixotrop maddə metamfetamindən istifadə etmişdir. Daha sonra o, qeyd etmişdir ki, Gəncə şəhər sakini Afiq adlı şəxsləonun idarə etdiyi taksi avtomobili ilə Bakı şəhərinə gedərkəntanış olmuş və Afiqin psixotrop maddə metamfetamin satdığını bilmişdir. xx.xx.2024-cü il tarixdə Afiqin kart hesabına Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Kapital Bankın binasının yanında yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə 80 manat pul göndərmişdir. Afiqin kart hesabını kağıza yazmış və pulu göndərdikdən sonra həmin kağızı tullamışdır.Hazırda isə həmin kart hesabının nömrəsini xatırlamadığını bildirmişdir. Həmin tarixdə Afiqilə Gəncə şəhərində görüşmüş və bir ədəd sellofan bükümün içərisində metamfetamini əldə edib ondan uzaqlaşmışdır. Daha sonra həmin gün saat 18:10 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai küçəsində yolun kənarında dayanan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və psixotrop maddəni qanunsuz olaraq əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğu üçün BNMİ QBRŞ-nin inzibati binasına gətirmişdirlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunduqdan sonra o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Kütlənin çəkisi sellofan büküm ilə birlikdə 1,48 qram gəlmiş,zərfinüzü möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 06 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi və gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 06 fevral 2024-cü il tarixdə, saat 18:10 radələrində Təqsirləndirilən şəxs Ş.İ.Xətai prospekti yaxınlığında saxlanılaraq BNMİ-nin QBRŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynindəki olan boz rəngli idman şalvarın ön sağ cibindən 1 ədəd ağ rəngli şəffaf rəngli bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli kristal formalı ilk görünüşdən pisxotrop maddə olan metanfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı o, kütlənin patı olmasını bildirmiş və tanıdığı Afiq adlı şəxsdən 80 manat qarşılığından almış, şəxsi istifadəsi üçün üzərində saxlamış, satmaq fikri olmamışdır. Kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 1,48 qram olması müəyyən edildikdən sonraiçərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə Şəhər BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.(i.v.1); -xx.xx.2024-cü il tarixli “şübhəlişəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki,X14 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək06 fevral 2024-cü il tarixdə saat 18:10 dəqiqədə tutulmuşdur (i.v.14, 22); -xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, DİN-nin BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis kapitanı X15, həmin şöbənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin şöbənin polis nəfəri, polis baş serjantı Şahid2 və Müdafiəçi iştirakı ilə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra əynində olan boz rəngli idman şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində olan patı ilk görüşündən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin patı olmasını və həmin bükümü əvvəllər tanıdığı Afiq adlı şəxsdən 80 manat qarşılığında əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını bildirir. Kütlənin çəkisi qablaşdırılma ilə birlikdə 1,439 qram müəyyən edildi. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. (i.v.30-32); -Məhkəmə Ekspertizası Mərkəzinin X13 xx.xx.2024-cü il tarixli 16/185 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “X7 üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,439 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in 1-ci siyahısına daxildir. (i.v.41); -ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30.40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.40); -doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı 2 uşağı vardır. (i.v.45); -xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, X14 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 56); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, X14 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v. 65); -təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cüil tarixli qərardan görünür ki, X16 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Gəncə şəhər BPİ-nin MSYdən azad edilmişdir.(i.v.73); -xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə baxışında maddi sübut olan DVD diskdə olan video görüntüyə baxış keçirtməklə müəyyən edilir ki, DİN-nin BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis kapitanı X15, həmin şöbənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin şöbənin polis nəfəri, polis baş serjantı Şahid2 və Müdafiəçi iştirakı ilə X7 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq X10 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra X14 əynində olan boz rəngli idman şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində olan patı ilk görüşündən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin patı olmasını və həmin bükümü əvvəllər tanıdığı Afiq adlı şəxsdən 80 manat qarşılığında əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını bildirir. Kütlənin çəkisi qablaşdırılma ilə birlikdə 1,48 qram müəyyən edildi. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır,möhrlə möhrlənir və imzalarla təsdiq edilir.(i.v.79); -xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, X7 barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılmasıqərara alınmışdır. (i.v. 87); -xx.xx.2024-cü il tarixli 57/1-18146/2024 saylı əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, X7 psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. (i.v. 91); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamədən aydın olur ki, X1 rayon PŞ tərəfindənxx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, həmin tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 93); - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 759 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserə profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v. 95); - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 96); - xx.xx.2024-cü il tarixli “könüllü gəlmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X2 şəhər BPİ-nin İTİ-nə könüllü olaraq gəlmişdir. (i.v.99); - təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında xx.xx.2024-cüil tarixli qərardan görünür ki, X14 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır.(i.v.100); - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü tarixli 4123 saylı arayışından görünür ki, X2 şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. (i.v. 110); - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü tarixli 1641saylı arayışından görünür ki, X2 şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. (i.v. 111); - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X7 üzərindən aşkar olunaraq götürülmüş 1,439 qram psixotrop maddə metamfetamin vəQoca İsgəndərovunüzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, məhkəmə - kimyəvi ekspertizasının, məhkəmə - narkoloji ekspertizasının rəyləri, cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.113-122); - 31.07.2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından iş üzrə təqsirləndirilən şəxs X7 üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyi müəyyən edilə bilinmədiyindən həmin fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. ( i.v.124); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq psixotrop maddə qəbul etməsi, psixotrop maddəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X16 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvAfiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə X7 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 tutulduğu (CM-nin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X10 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. X16 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 15 oktyabr 2024-cüil tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclası zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserə profilaktik qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,239 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X7 məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 1,239 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X14 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X11 göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri 1saylı Vəkil Bürosunun hesablaşma hesabı–“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-410/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-410/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver