Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-415/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, X13 Teatrında aktyor işləyən, Gəncə şəhəri, Şərəfxanlı küçəsi, ev 33 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 11-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Gəncə şəhərində yerləşən X13 Teatrına nəzarətçi vəzifəsinə təyin etdirəcəyinə köməklik edəcəyini vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs aldatma yolu ilə 2022-ci ilin iyul ayında Gəncə şəhəri, M.Abbaszadə küçəsində yerləşən X4rşısında Zərərçəkmiş şəxs 1400 manat pulunu, bundan bir neçə gün sonra isə Ə.Cəmil küçəsində yerləşən “X12 Teatrı”nın qarşısında Zərərçəkmiş şəxs oğlu Şahid vasitəsi ilə 800 manat pulunu ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs vahid niyyətlə 2200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlu Şahid ilə Gəncə şəhərində tanış olmuş və Oktay ona bir dəfə demişdir ki, anası Yeganəni işə düzəltmək lazımdır, lakin heç bir tanışı olmadığı üçün işə düzəldə bilmir. O da Oktaya bildirmişdir ki, maraqlanıb xəbər edər. Həmin vaxtlar onun maddi vəziyyəti pis olduğu və borcları olduğu üçün fikirləşmişdir ki, Oktaya yalandan desin ki, guya iş həll edən tanışı var və tanışı vasitəsi ilə anasını X13 Teatrında nəzarətçi işinə düzəldə bilər. Bu məqsədlə o, bir neçə gündən sonra Oktay ilə Gəncə şəhərində görüşərək ona demişdir ki, bir nəfər iş görən tanışı var və anası X9 Dram Teatrında nəzarətçi işinə düzəldə bilər, lakin bunun üçün 2200 manat pul lazımdır. Oqtay da cavabında demişdir ki, evdə məsləhətləşib xəbər edəcək. Bir neçə gün sonra təxminən 2022-ci ilin iyul ayında Oktay və anası Yeganə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində Mərkəzi poçtun qarşısında onunla görüşmüşlər. Yeganə ona 1400 manat pul vermiş və o, həmin pulu götürmüşdür. Bir neçə gün sonra Oktay onunla Gəncə şəhəri, Ə.Cəmil küçəsində yerləşən Kukla Teatırının qarşısında görüşmüş və yerdə qalan 800 manat pulu da ona vermişdir. Bundan sonra o, əldə etdiyi 2200 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra Yeganə və Oktay onunla əlaqə saxlayaraq işin nə vaxt düzələcəyini soruşanda o, yalandan demişdir ki, guya X13 Teatırının əməkdaşları yay tətilindədirlər və tətildən qayıdandan sonra sentyabırda iş həll olunacaq. Sentyabr ayında və ondan sonra Yeganə və Oktay yenə onunla əlaqə saxlayaraq işin nə vaxt düzələcəyini soruşanda o, hər dəfə müxtəlif bəhanələr gətirərək yalandan demişdir ki, narahat olmasınlar iş düzələcəkdir. Bir müddət sonra Yeganə ondan verdiyi 2200 manat pulu geri istəsə də o, pulu olmadığı üçün Yeganənin pulunu qaytara bilməmiş və Yeganədə ondan polisə şikayət etmişdir. Sonda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını nəzərə alınmasını, həmçinin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, heç bir yerdə işləmir. O, işsiz olduğu üçün özünə iş axtarırmış, həmin vaxt oğlu Oktay ona Murad adlı tanışının olduğunu və onu işə düzəldə biləcəyini demişdir. Bundan sonra o və oğlu Oktay Gəncə şəhərində Mərkəzi poçtun qarşısında 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Orada Murad ona X13 Teatrında nəzarətçi işi olduğunu və onu həmin işə düzəltmək müqabilində 2200 manat pul alacağını bildirmişdir. O da Muradın sözünə inanmış və onların söhbətindən təxminən 2 gün sonra yenə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən Mərkəzi poçtun qarşısında Muradla görüşüb ona 1400 manat pulu vermişdir. Bundan iki gün sonra isə qalan 800 manat pulu da oğlu Oktaya vermiş və Oktay həmin 800 manat pulu aparıb Gəncə şəhəri, Ə.Cəmil küçəsində yerləşən “X12 Teatrı”nın qarşısında Murada vermişdir. Bundan sonra isə o, Murada zəng edib işinin nə vaxt düzələcəyini soruşan zaman Murad ona yay olduğunu və Dram Teatrın işçilərinin tətildə olduğunu, sentyabr ayında işinin həll olunacağını demiş və onu aldatmışdır. Daha sonra o, sentyabr ayında yenə Murada zəng edib işinin nə vaxta düzələcəyini soruşan zaman Murad ona bir aya işinin düzələcəyini demiş və bu minvalla hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, verdiyi 2200 manat pulunu geri istəyəndə isə Murad onun telefon nömrəsini bloka qoyaraq zənglərinə cavab verməmişdir. Ona görə özü də aldadıldığını başa düşüb həmin vaxt DİN-nin 102 xidmətinə müraciət etmiş və polisdə bu barədə cinayət işi başlanmışdır. Hazırda ona dəymiş ziyan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənildiyindən vermiş olduğu mülki iddianın icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 4703 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 4989 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Gəncə şəhər məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilir, dəymiş ziyanı tam olaraq ödəmişdir və həmin maddə üzrə barəsində olan cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilməsini məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 142.1 və 142.2-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini 2022-ci ilin iyul ayında törətmişdir, həmin vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinə və Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia vermişdir. Mülki iddiaçı xx.xx.2024-cü il tarixdə verdiyi mülki iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 06 (altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 321, 344-347, 356, 358 və 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-415/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-415/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver