Məhkəmə qərarları › İş №1(125)-42/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-42/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-42/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçilər Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, evdar qadın, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Təbriz küçəsi ev 94B, mənzil 46-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus kirayədə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 7, 53 nömrəli mənzilin otaqlarından 2021-ci ilin mart ayının əvvəllərində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissəhissə olmaqla 1900 manat dəyərində 01 dəst Embawood Senyora markalı yataq dəstini, 600 manat dəyərində 01 ədəd Embawood Senyora markalı 6 qapılı təzə paltar dolabını, 1300 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə divan dəstini, 800 manat dəyərində 01 ədəd Embawood Klassik markalı stolu, 400 manat dəyərində 08 ədəd Embavvood Klassik markalı stulları, 150 manat dəyərində 01 ədəd Embawood Klassik markalı jurnalni stolu, 400 manat dəyərində 01 ədəd LG markalı 7 kiloqram tutumlu paltaryuyanı, 900 manat dəyərində 01 ədəd LG markalı C402RLCN modelli soyuducunu, 300 manat dəyərində 01 ədəd LG led markalı 82 ekran televizoru, 70 manat dəyərində 01 ədəd Bramex VVKS80-L markalı işlənmiş su hidroforunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3580 (üç min beş yüz səksən) manat məbləğində miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, iş üzrə məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə özünü cinayət hadisəsində tam təqsirli bilir. 2006-cı ildə X7 ilə ailə həyatı qurmuş,həmin nigahdan iki azyaşlı oğlu dünyaya gəlmişdir. 2021-ci ilin yanvar ayında əri Samirdən ayrılmış və Gəncə şəhərində kirayə mənzillərdə yaşamağa başlamışdır. 2021-ci ilin fevral ayında ünvan 1 ünvanında kirayə yaşamağa başlamış, ev sahibi Samit və anası Türkan ilə aralarında olan razılığa əsasən o, yaşadığı mənzilə görə aylıq 400 manat kirayə pulu ödəməli olmuşdur. O mənzilə baxan zaman Samit və anası evdə sellofanda olan mebeli və digər əşyaları ona göstərərək mənzilin yenicə təmirdən çıxdığını, mənzildə olan bütun əşyaların, mebellərin yeni olduğunu və heç vaxt işlətmədiklərini demişlər. O, özü həmin mənzilin televizorunu bağlamasından açıb quraşdırmışdır. Evdəki əşyaların tam yeni olduğuna özü də, əmin olmuşdur. O, mənzildə bir ay yaşadıqdan sonra kirayə pulunu Samitin adını bilmədiyi qohumuna vermişdir. Samirin qohumu ona zəng edərək kirayə pulunu götürmək üçun binaya gəlib aparırmış. O, kirayənin İkinci ayının pulunu adını bilmədiyi həmin şəxsə ödəmişdir. Kirayədə yaşadığı müddətdə onun maddi problemləri olmuş və kirayə pulunu ödəmək üçün Türkana məxsus kirayədə yaşadığı mənzildə olan əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə o tanışı X4 ilə vatsap proqramı vasitəsi ilə danışmış və sonuncuya evində olan əşyaları pula ehtiyyatcı olduğuna görə ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Hökümə ona tanışlarının vasitəsi ilə əşyalarını satacağını bildirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində mobil telefonunun vatsap proqramına bir nəfər kişi zəng edərək özünü Pərviz kimi təqdim etmiş və nömrəni Hökümədən aldığını bildirdikdən sonra ona əşyalar aldığını bildirmişdir. Sonra onun göstərməyinə əsasən Pərviz onun kirayədə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ev 7 mənzil 53-ə gəlmiş və məznilin əşyalarına baxış keçirmişdir. Baxış zamanı Pərviz yataq dəstini, divan dəstini, 01 ədəd soyuducunu, 01 ədəd televizoru, 01 ədəd jurnalni stolu almaq istəyidiyi bildirmişdir. O qiymət barədə Pərvizilə söhbət edən zaman sonuncu ona 1000 (bir min) manat pulunun olduğunu, bəyəndiyi əşyalara həmin puldan artıq pul verə bilməyəcəyini bildirmişdir. O da, əşyaları Pərvizə satmağa razılaşmışdır. Pərviz ondan əşyaların ona məxsus və oğurluq olub-olamasını soruşduqda o Pərvizə narahat olmamağı, əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra Pərviz ona öz xətti ilə “satdığım əşyalar xaladilnik, paltaryuyan, spalni mebel özüm satmışam 1000 aldım” yazdırmışdır. Pərviz onun şəxsiyyət vəsiqəsi ilə birlikdə yazdığı yazıların mobil telefonu ilə fotoşəkilini çəkdikdən sonra ona 1000 manat pul vermişdir. Sonra Pərviz ona 1 saata kimi fəhlələr və maşınla gəlib ondan aldığı əşyaları aparacağını bildirmişdir. Təxminən 1 saatdan sonra Pərviz iki nəfər kişi ilə yaşadığı mənzilə gəlib ondan aldığı əşyaları aparmışdır. Bir neçə saatdan sonra Hökumə ona zəng edib Pərvizdən aldığı puldan ona hörmət etməyini xahiş etmişdir. O Höküməyə narahat olmamağı,qısa zaman ərzində ona hörmət edəcəyini bildirmişdir. Ertəsi gün saat 11 radələrində Hökümə ona zəng edib stol və stul dəsti satıbsatmadığını ondan soruşmuş, o, da Höküməyə stol və stulları hələ sata bilmədiyini bildirmişdir. Sonra Hökumə ona mobil nömrəsini bir nəfər orta yaşlı qadına verdiyi, həmin qadının onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 10 dəqiqədən sonra mobil telefonunun vatsap proqramına bir nəfər adını bilmədiyi qadın zəng edərək, ondan stol və stul almaq istədiyini bildirmişdir . O həmin qadınla bir qədər danışdıqdan sonra sonuncuya kirayədə qaldığı mənzilin yerini izah etmişdir. Təxminən 30 dəqiqədən sonra qadın mənzilə gəlmiş və 01 ədəd stol və 06 ədəd stullara baxış keçirdikdən sonra sonuncu 150 manat pul müqabilində həmin əşyaları ondan almışdır. Qadın ondan əşyaların oğurluq olub-olmadığınnı soruşduqda o qadına Türkiyə Respublikasına köçəcəyi üçün əşyaları satdığını və əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra qadın mənzili tərk edib təxminən 40 dəqiqədən sonra geri qayıtmışdır. Qadın iki nəfər fəhlə ilə yük avtomobilinə 01 ədəd stol və 06 ədəd stulu yüklədikdən sonra ona 150 manat pul vermişdir. Ertəsi günü o binanın zirzəmisinə gedib oradan olan və mənzilə məxsus 01 ədəd su hidroforunu söküb mənzilə gətirmişdir. Sonra o qonaq otağında olan televizoru söküb tanımadığı taksi ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə Nizami Gəncəvi prospektinin kəsişməsində köhnə Yevlax avtovağzalının yaxınlığında küçə ilə piyada hərəkətdə olan tanımadığı 50-55 yaşarası kişiyə 82 ölçülü televizoru və hidroforu cəmi 160 manata satmışdır. Həmin kişiyə də, əşyaların özünə məxsus olduğunu bildirmişdir. Əldə etdiyi pulları maddi tələbatları üçün xərcləmişdir. 08 aprel 2021-cı il tarixində saat 02 radələrində o mənzildə tək olan zaman yataq otağında yatmışdır. Oyanmış və içmək üçün eyvana getmiş, eyvanın işığını yandıran kimi orada partlayış baş vermişdir. Partlayış nəticəsində onun üzü, kürəyi və qolları 2-ci dərəcəli termiki yanıq xəsarətləri almışdır. Partlayışın təsirindən evin bütün aynaları və bağlı vəziyyətdə olan qapıları sınmışdır. Hadisə yerinə, yanğın söndürənlər, polis əməkdaşları və təcili tibbi yardımın həkimləri gəlmişlər. Onu bədənində olan yanıq xəsarətlərinə görə Gəncə şəhər 3 saylı xəsatəxanasına aparmışlar. Baş verənlərlə bağlı aidiyyəti orqanlarda araşdırma aparılmış və partlayışın eyvanda quraşdırılmış “minutka"nın qaz buraxması səbəbindən olduğunu müəyyən etmişlər. O xəstəxanada ola-ola Samitə zəng eləyib baş verənləri bildirmişdir. O danışıq zamanı Samitə evinin əşyalarını satdığını deməmişdir. O xəstəxanada olan zaman həmçinin evin sınmış ayna və qapılarını təmir etdirmiş və bu barədə Samitə bildirmişdir. Samit və anası evə baxdıqda orada əşyaların yerində olmadığını aşkar etmişlər. Samit ondan soruşanda sonuncuya o, borcu olduğu uçun həmin əşyaları satdığını, qısa muddətdə eynisini alıb yerinə qoyacağını söyləmiş, lakin maddi vəziyyəti yaxşı olmadığı üçun həmin əşyaları ala bilməmişdir. Bu səbəbdən Samit və anası Türkan onun barəsində polisə şikayət etmişdir. Hal-hazırda dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq əməlinin CM-nin 177.1-ci maddəsinə tövsif edilməsini və cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. ünvan 2 ünvanı ona məxsusdur. O həmin mənzili tam təmir etdikdən sonra 2021-ci ilin mart ayında həmin mənzili kirayə vermişdir. Mənzildə yaşamaq üçün lazım olan bütün əşyalar olmuşdur. Mənzildəki butün əşyalar təzə olmuşdur. Mənzil geniş 3 otaqlı olduğu üçün o, həmin mənzili 400 manata kirayə vermişdir. Mənzili kirayə vermək üçün o və oğlu X1 adlı maklerlə mobil telefonla danışmış və Sahib 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə onları tanış edərək həmin qadının onun evində 400 manata kirayə qalmaq istədiyini söyləmişdir. O maraqlanan zaman Cəmilə evli olduğunu və ailəsi ilə birlikdə evində kirayə yaşayacağını ona söyləmişdir. O da, Cəmiləyə inanmışdır. O, Cəmiləyə evi göstərərək təmirin və evdəki əşyaların tam yeni olduğunu sonuncuya söyləmişdir. Makler Sahib ilə aralarındakı razılığa əsasən evin birinci ayının kirayə pulu sonuncuya çatmışdır. Bu səbəbdəndə mart ayının ödənişini almayacağını əvvəlcədən bilmişdir. O, mənzili kirayə verməyi barədə notariusa müraciət etməmiş və Cəmilə ilə notarial qaydada müavilə bağlamamışdır. O və oğlu Cəmilə ilə notarial qaydada kirayə müqaviləsi bağlmaq istədikdə Cəmilə buna etiraz edərək müqaviləyə heç bir ehtiyacın olmadığını bildirmişdir. Kirayə pulunu almaq üçün xx.xx.2021-cı il tarixində Cəmilinin istifadəsində olan ********** mobil nömrəsinə "Vhatsapp” vasitəsi ilə zəng edib danışan zaman sonuncu ona bir gün sonra pulu ödəyəcəyini söyləmişdir. Lakin Cəmilə onu və oğlu Samiti aldadaraq növbəti gün pulu verməyib vaxtı uzatmışdır. Cəmilə bir həftə bu qaydada vaxtı uzatdıqdan sonra oğlu X10 zəng edərək evə polislə gələcəyini söyləmişdir. Bundan sonra onlar evə getdikdə özlərində olan açarla evin qapısını aça bilməmişdir. Onların təkidi ilə Cəmilə mənzilin giriş qapısının yanına gəlmişdir. Cəmilə mənzilin qapısını açdıqda onlar evdə kiçik ölçülü yataqdan başqa digər əşyaların yerdində olmadığını görmüşlər. Cəmilədən nə baş verdiyini soruşanda sonuncu onlara mənzildə partlayış olduğunu, qaz sızması zamanı baş vermiş partlayış nətcəsində əşyaların məhv olduğunu, həmin əşyaları tulladığını və tezliklə yenilərini alıb yerinə qoyacağını bildmirşdir. Cəmilə umumilikdə 6500-7000 manat dəyərində ev əşyalarını oğurlayıb satmışdır. Cəmilə satdığı əşyaları və ya əşyaların satın aldığı pulu tələb edən zaman Cəmilə onu aldadaraq hissə-hissə 3 aya ərzində bütün əşyaları alıb yerinə qaytaracağını söyləmiş və ona polisə məlumat verməməyi üçün yalvarmışdır. O da, Cəmiləyə inanmışdır. Cəmilə kirayədə qaldığı mənzilinin aylıq ödənişinidə ödəməmmişdir. O 3 ay müddətində Cəmiləni gözləsə də, Cəmilə müxtəlif yalanlarla, bəhanələrlə onu aldadaraq əşyalarını və ya onları almaq üçün xərclədiyi 6500-7000 manat pulu, həmçinin qaldığı evin 3 aylıq yarımlıq kirayə pulunu yəni 1400 (min dord yüz) manatı ödəməmişdir. Cəmilə onu aldatmaq məqsədilə oğlu Samitlə mebel dükanına gedərək guya mebel almaq istəmişdir. Lakin kreditin ilkin ödənişini etməyə belə pulu olmadığı üçün mebel salonundan geri qayıtmışlar. Polisə verdiyi ilkin ərizə və izahatlarında Cəmilə tərəfindən ona 6295 manat dəyərində maddi ziyan dəydiyini göstərmiş, lakin sonradan oğurlanmış əşyalarını tam siyahı edib qiymətlərini hesablamışdır. Cəmilə ona məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 7 mənzil 53-ün otaqlarından və binanın zirzəmisindən, 1300 manat dəyərində 01 dəst Embawood Senyora markalı təzə yataq dəstini, 600 manat dəyərində 01 ədəd Embawood Senyora markalı 6 qapılı təzə paltar dolabını, 1300 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə divan dəstini, 800 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə stolu, 400 manat dəyərində 08 ədəd Embavvood Klassik markalı təzə stulları, 150 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə jurnalni stolu, 400-500 manat dəyərində 01 ədəd LG markalı 7 kiloqram tutumlu paltaryuyanı, 800-900 manat dəyərində 01 ədəd LG markalı C402RLCN modelli təzə soyuducunu, 250-300 manat dəyərində 01 ədəd LG led markalı 82 ekran təzə televizoru, 70-90 manat dəyərində 01 ədəd Bramex VVKS80-L markalı işlənmiş su hidroforunu gizlin oğurlamışdır. Oğurluq nəticəsində ona təxminən 6500-7000 manat arası maddi ziyan dəymişdir. Həmin əşyaları rəhmətlik əri ilə birlikdə 2019-cu il tarixdə almışdır. Həmin əşyalar 2021-ci il tarixdə oğurlansa da həmin tarixə kimi istifadə edilməmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyandan 3600 manat pul ödənilmiş qaln hissəsi isə ödənilməmiş qalmışdır. Oğurladığı əşyaların qalan pulunu ödəmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid X12 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq hər hansı bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində Şahid3 görə tanımışdır. Belə ki, 2021-ci ilin fevral ayının axırlarında Hökümə ilə görüşüb söhbət edən zaman sonuncuya yaşadığı evə ikinci əl az işlənmiş əşyalar almaq istədiyini bildirmişdir. Dəqiq tarixi yadında qalmayan vaxtda, 2021-ci ilin mart ayının əvvəllərində Hökümə vatsap proqpramı vasitəsi ilə ona zəng edib Cəmilə adlı tanışının pula ehtiyacı olduğuna görə evində olan əşyaları satmaq istədiyini bildirmişdir. X19 proqramı vasitəsi ilə ona Cəmilənin mobil nömrəsini vermişdir. O, Cəmilə ilə danışdıqdan sonra taksi ilə soncunun yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 7 nömrəli binanın qarşısına getmiş və binanın 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olub, əşyalara baxış keçirmişdir. Baxış zamanı o yataq dəstini, divan dəstini, 01 ədəd soyuducunu, 01 ədəd televizoru, 01 ədəd jurnalni stolu Cəmilədən 1000 (bir min) manat pul müqabilində almağa razılaşmışdır. Cəmilə ilə razılığa gəldikdən sonra o Cəmilədən əşyaların özünə məxsus və oğurluq olub-olamasını soruşmuşdur. Cəmilə ona əşyaların hamısının özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə onları satmaq istədiyini bildirmişdir. Sonra Cəmiləyə əşyaları ondan satması barədə qeydlər yazdırmışdır. Qeydlərin altına Cəmilə şəxsiyyət vəsiqəsini qoyduqdan sonra o istifadəsində olan Samsung A5 markalı mobil telefonu ilə onların fotoşəkilini çəkmişdir. Bundan sonra o Cəmiləyə 1000 (bir min) manat pul vermiş və təxminən 1 saata gəlib aparacağını bildirmişdir. Sonra o Gəncə şəhəri Avtozavod qəsəbəsinə gedən yolun sağ çiynində olan “Maksi” marketin qarşısında olan fəhlə bazarı adlanan yerə getmiş, orada olan iki nəfər tanımadığı kişiyə yüklərin yığılıb boşaldılması üçün 60 manat, 30 manat pula isə tanımadığı Qazel yük markalı avtomobilin sürücüsünə pul vermişdir. Sonra o yük avtomobilinin sürücüsü, 2 nəfər fəhlə kişi ilə birlikdə Cəmilənin yaşadığı mənzilə qayıtmışdır. 01 ədəd yataq mebeli dəstini, 01 ədəd divan dəsti, 01 ədəd stol, 01 ədəd soyuducu, 01 ədəd paltaryuyanı fəhlələr yük avtomobilinə yüklədikdən sonra Cəmilə ilə sağollaşıb yaşadığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İmran Qasımov küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə getmişdir. Fəhlələr əşyaları yük avtomobilindən göstərməsinə əsasən evin otaqlarına boşaltmışlar. Bir neçə gündən sonra Cəmilədən aldığı əşyalar ailə üzvlərinin xoşuna gəlmədiyi üçün Cəmilədən aldığı fotoşəkillərini İstagram sosial şəbəkəsində olan ikinci əl əşyaları səhifəsində yerləşdirmişdir. Sonra o tanımadığı şəxslərə Cəmilədən aldığı əşyaları 1500 manata satmışdır. O, Təqsirləndirilən şəxs aldığı əşyaları tanımadığı üç nəfər şəxsə satmışdır. Həmin şəxsləri tanımır.O, Təqsirləndirilən şəxs aldığı əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri ərazisində xeyir-şər məclislərində qab-qacaq yuyaraq ailəsini dolandırır. Bundan əlavə o, mobil telefonunun vatsap proqramının statusuna o cümlədən, instagram sosial şəbəkəsində olan “ucuzluq Gəncə ikinci əl” səhifəsinə özlərinə məxsus əşyaları satan tanışlarının satdıqları əşyaların fotoşəkilini qoyaraq, əşya satılacağı müqabilində 5-7 manat gəlir əldə edir. Təqsirləndirilən şəxs təmxinən 2020-ci ilin dekabr ayının əvvəllərindən tanıyır. Onun Cəmilə ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. 2021-ci ilin mart ayının əvvələrində Cəmilə vatsap proqramı vasitəsi ilə ona zəng edərək, təcili pula ehtiyacı olduğuna görə özünə məxsus ev əşyalarını satmaq istədiyini bildirmişdir. O da, Cəmiləyə tanışı Pərvizin Gəncə şəhəri, Sadılı qəsəbəsində aldığı evə əşyalar almaq istədiyini, nömrəsini Pərvizə verəcəyini bildirmişdir. Həmin günü o Cəmilə ilə əlaqə saxlayan zaman sonuncu ona Pərvizə 01 ədəd paltaryuyan, 01 ədəd soyuducu, yataq dəsti, divan dəsti, jurnalni stol satdığını bildirmişdir. Cəmilə ona Pərvizdən əldə etdiyi qazancla 10-20 manat hörmət edəcəyini bildirsə də, sonuncu ona pul verməmiş və o da, bu barədə Cəmiləyə hər hansı bir söz deməmişdir. Təxminən 1 gün sonra instaqram sosial şəbəkəsindən nömrəni götürmüş bir nəfər orta yaşlı qadın ona vatsapla zəng edərək stol stul dəsti almaq istədiyini bildirmişdir. O da, vatsapla Cəmiləyə zəng edib stol stul satıb-satmadığını soruşduqda sonuncu ona stol stul dəstini satmadığını bildirmişdir. O da, Cəmiləyə onun vatsap nömrəsini qadın müştəriyə verəcəyimi bildirərək, əldə edəcəyi gəlirdən hörmət etməsini xahiş etmişdir. Cəmilə də, ona narahat olmamağı bildirmişdir. Sonra o Cəmilənin mobil nömrəsini müştəri qadına vatsap proqramı vasitəsi ilə göndərmişdir. Bir saatdan sonra o qadınla danışdıqdan sonra həmin qadın ona təşəkkürünü bildirərək, Cəmilədən 01 ədəd stul, 6 ədəd stol və 01 ədəd jurnalni stol aldığını bildirmişdir. Lakin, Cəmilə əldə etdiyi gəlirdən yenə də, ona pul verməmişdir. Cəmilənin Pərvizə və bir nəfər qadına satdığı əşyaların oğurluq olmasından xəbəri olmamışdır. O müştəri adınla vatsap proqramının zəng xidməti vasitəsi ilə danışmışdır. Vatsap proqramında yeniləmələr olduğuna görə həmin qadının mobil nömrəsi onda qalmamışdır. Həmçinin o, müştəri qadını tanımır. Sözügedən qadınla üç dəfə danışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməs haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsndə AR Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında xidməti otaqda Samsung A5 markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Samsung A5 markalı mobil telefonun qaleriya bölməsində 01 ədəd fotoşəkil aşkar edilmişdir. Həmin foto şəkildə satdığım əşyalar: soyuducu, paltaryuyan, mebel satdım, 1000 manat aldım, imza var yazısı, imza kimi yazılar qeyd olunmuş və aşağı hissəsinə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi əlavə edilmişdir. “Cinayət işi üzrə şübhəli şəxsin tanınması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınaraq barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan seçilməsi və MSYdən azad edilmə haqqında” qərardan görünür ki, təqsilrəndirilən şəxsn Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqın Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. “Şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 10:00-da Gəncə şəhər BPİ İnzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. “Cinayət işinin icraatının təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməklə istintaqı davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə yetməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/9065 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Analoji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1670,00 manat müəyyən edilir.O cümlədən: 01 ədəd LG markalı 7 kiloqram tutumlu paltaryuyan -400,00 manat 01 ədəd LG markalı C402RLCN modelli təzə soyuducu -900,00 manat 01 ədəd LG led markalı 82 ekran təzə televizor-300,00 manat 01 ədəd Bramex VVKS80-L markalı işlənmiş su hidroforu-70,00 manat Digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyətli, ölçüləri, qalınlığı, hansı materialdan hazırlanması və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş üzrə Şahid1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Şahid1 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, tərtib edilmiş protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonervoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinə əlavə olunmuş məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlarası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-6/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törtəməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzası 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmün icrasi barədə göstəriş xx.xx.2024-cüil tarixdə Gəncə şəhər Probasiya şöbəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın olub-olmamasını müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası İsqisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu verilmiş, həmin idarədən İstintaq və Təhqiqat İdarəsinə daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına Samux, Göygöl, Daşkəsən və Gəncə şəhərləri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin Gəncə RQİTBŞdən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. Gəncə Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarın icra edilib-edilməməsi, nəticə barədə Gəncə şəhər BPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan göünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində axtarış işi açılaraq, Təqsirləndirilən şəxs aidiyyatı üzrə təhvil verilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9040 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, DVD diskdə göstərilən malların 2021-ci ilin mart ayına olan yeni vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzə hesablama yolu ilə təxminən 6900,00 manat, istifadədə olmuş vəziyyətdə orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq təxminən 3580,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. X11 tərəfindən 9/9065 №-li, xx.xx.2023-cü il tarixli ilkin ekspertiza tədqiqatı nəticəsi ilə hazırki təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası arasında yaranmış fərq onunla izah olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı DVD disk təqdim edilməmiş, 4(dörd) adda mallar üzrə ətraflı məlumat olduğundan tədqiqat aparılmış, digər mallar üzrə tədqiqat aparılmamışdır. Hazırki ekspertiza tədqiqatı zaman DVD diskə vizual baxış keçirilmiş, ekspert qarşısında qoyulmuş sual üzrə həmin malların yeni vəziyyətdə olan qiymətləri və istifadədə olmuş vəziyyətdə qiyməti müəyyən edilmişdir. Ailə tərkibi haqqında arayışdan və doğum aktının qeydə alınması ilə bağlı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 iyun 2013-cü il təvəllüdlü X6 və 24 avqust 2007-ci il təvəllüdlü X9 olmaqla iki oğlu var. Gəncə şəhər MKTİB-nin Kooperativ binalar üzrə sahə rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-6/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törtəməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzası 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmün icrasi barədə göstəriş xx.xx.2024-cüil tarixdə Gəncə şəhər Probasiya şöbəsinə daxil olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus kirayədə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 7, 53 nömrəli mənzilin otaqlarından 2021-ci ilin mart ayının əvvəllərində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 1900 manat dəyərində 01 dəst Embawood Senyora markalı təzə yataq dəstini, 600 manat dəyərində 01 ədəd Embawood Senyora markalı 6 qapılı təzə paltar dolabını, 1300 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə divan dəstini, 800 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə stolu, 400 manat dəyərində 08 ədəd Embavvood Klassik markalı təzə stulları, 150 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə jurnalni stolu, 400 manat dəyərində 01 ədəd LG markalı 7 kiloqram tutumlu paltaryuyanı, 900 manat dəyərində 01 ədəd LG markalı C402RLCN modelli təzə soyuducunu, 300 manat dəyərində 01 ədəd LG led markalı 82 ekran təzə televizoru, 70 manat dəyərində 01 ədəd Bramex VVKS80-L markalı işlənmiş su hidroforunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6820 (altı min səkkiz yüz iyirmi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, onun barəsində həmin maddə ilə cinayət işi başlanmışdır. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. İbtidai istintaq dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/9065 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Analoji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1670,00 manat müəyyən edilir.O cümlədən: 01 ədəd LG markalı 7 kiloqram tutumlu paltaryuyan -400,00 manat 01 ədəd LG markalı C402RLCN modelli təzə soyuducu -900,00 manat 01 ədəd LG led markalı 82 ekran təzə televizor-300,00 manat 01 ədəd Bramex VVKS80-L markalı işlənmiş su hidroforu-70,00 manat Digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyətli, ölçüləri, qalınlığı, hansı materialdan hazırlanması və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə istintaq dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9040 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, DVD diskdə göstərilən malları 2021ci ilin mart ayına olan yeni vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzə hesablama yolu ilə təxminən 6900,00 manat, istifadədə olmuş vəziyyətdə orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq təxminən 3580,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. X11 tərəfindən 9/9065 №-li, xx.xx.2023-cü il tarixli ilkin ekspertiza tədqiqatı nəticəsi ilə hazırki təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası arasında yaranmış fərq onunla izah olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı DVD disk təqdim edilməmiş, 4(dörd) adda mallar üzrə ətraflı məlumat olduğundan tədqiqat aparılmış, digər mallar üzrə tədqiqat aparılmamışdır. Hazırki ekspertiza tədqiqatı zaman DVD diskə vizual baxış keçirilmiş, ekspert qarşısında qoyulmuş sual üzrə həmin malların yeni vəziyyətdə olan qiymətləri və istifadədə olmuş vəziyyətdə qiyməti müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən göründüyü kimi oğurlanmış əşyalar 2019-cu ildə alınmış, 2021-ci il tarixdə isə ən azı təqsirləndirilən şəxs tərəfindən iki ay istifadə edilkdən sonra satılmışdır. Ona görə də məhkəmə şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə nəzərə alaraq hesab edir ki, dəymiş zərərin məbləği istifadədə olmuş vəziyyətdə orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq təxminən 3580,00 manat müəyyən edilməli və Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus kirayədə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 7, 53 nömrəli mənzilin otaqlarından 2021-ci ilin mart ayının əvvəllərində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 1900 manat dəyərində 01 dəst Embawood Senyora markalı yataq dəstini, 600 manat dəyərində 01 ədəd Embawood Senyora markalı 6 qapılı təzə paltar dolabını, 1300 manat dəyərində 01 ədəd Embawood Klassik markalı təzə divan dəstini, 800 manat dəyərində 01 ədəd Embawood Klassik markalı stolu, 400 manat dəyərində 08 ədəd Embavvood Klassik markalı stulları, 150 manat dəyərində 01 ədəd Embawood Klassik markalı jurnalni stolu, 400 manat dəyərində 01 ədəd LG markalı 7 kiloqram tutumlu paltaryuyanı, 900 manat dəyərində 01 ədəd LG markalı C402RLCN modelli soyuducunu, 300 manat dəyərində 01 ədəd LG led markalı 82 ekran televizoru, 70 manat dəyərində 01 ədəd Bramex VVKS80-L markalı işlənmiş su hidroforunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3580 (üç min beş yüz səksən) manat məbləğində miqdarda maddi ziyan vurmaqla oğurluq etməsinə dair özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları ilə tam sübuta yetirilməsini nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin özgə əmlakını gizli olaraq talaması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və məhkəmə tərəfindən müəyyən olunmuş ziyanı tam olaraq ödəməsini, himayəsində 2 övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-6/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzası 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmün icrasi barədə göstəriş xx.xx.2024-cüil tarixdə Gəncə şəhər Probasiya şöbəsinə daxil olmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Pelnum qərarının 27-ci bəndinin 3-cü abzasına əsasən şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Ona görə də Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-6/2024 nömrəli hökmü müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan ictimai işlər növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddətinə bir günə 8 saat bərabər tutulmaqla cəmi 16 saat ona təyin ediləcək ictimai işlər cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədiqaqatın dəyəri 100 manat pul təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(066)-6/2024 nömrəli hökmü müstəqil icra edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə eyni zamanda dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 360 saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti ictimai işlər cəzasının bir gününə səkkiz saat hesabı ilə hesablanmaqla, cəmi 16 saat müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 344 saat ictimai işlər cəzası saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-6/2024 nömrəli hökmü müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat (yüz manat) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar