Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-421/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Ukrayna Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərək Gəncə şəhər BPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə saat 16-17 radələri aralığında ictimai yer olan ünvan 1 ünvanının qarşısında əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs heç bir əsaslə səbəb olmadan, ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bir ədəd bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sol qolun çiyinə yaxın nahiyyəsinə bir dəfə zərbə vuraraq sonuncuya sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirib zor tətbiq edərək qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Münasibətləri olan dövr ərzində spirtli içki qəbul etdiyinə görə Ülviyyə ilə dəfələrlə aralarında mübahisə yaranmış və Ülviyyə ondan mübahisələrinə görə polisə şikayətlər etmişdir. Həmin ərərfələr özü də Ülviyyənin yaşadığı Gəncə şəhəri, İ.Qayıbov küçəsində olan evdə yaşamışdır. Lakin sonuncu mübahisələrindən sonra xx.xx.2023-cü il tarixdən Ülviyyədən ayrılaraq Samux rayonu Kolayır kəndinə gedib orada yaşamışdır. Bundan sonra bir neçə dəfə Ülviyyənin evinə gedərək ona barışıq təklif etsə də Ülviyyə spirtli içki qəbul etməsini əsas gətirib razılaşmamışdır. xx.xx.2023-cü il tarixdə o, kənddə olan zaman Ülviyyənin xalası ona zəng edib harada olduğunu və söhbət etmək üçün onların evinə gəlməsini istəmiş, o da Gəncə şəhərində Ülviyyənin xalası Bəstinin yaşadığı evə getmişdir. Həmin vaxt Bəsti onu çay içməyə dəvət etsə də o, imtina etmiş və söhbət zamanı Bəsti ona artıq Ülviyyə ilə münasibətlərinin davam edə bilməyəcəyini və barışa bilməyəcəklərini demişdir. Həmin vaxt Ülviyyə küçədən gəlib həyətə daxil olmuşdur. O, Ülviyyəyə barışmaq istəmədiyini, onunla yaşamaq istəmədiyini belə olan halda ona sonuncu dəfə verdiyi 100 manatı qaytarmasını istəmişdir. Bu vaxt qapının arxasında olan Ülviyyə küçəyə çıxıb evin qarşısındakı küçədə ona nalayiq sözlər deməyə başlamış, o, Ülviyyəyə söyməməsini demiş və əli ilə Ülviyyəni itələmişdir. Həmin vaxt Ülviyyənin xalası Bəsti və bacısı Zülfiyyə Ülviyyəni həyətə salmalarına baxmayaraq Ülviyyə yenidən küçəyə çıxıb onu söymüş o isə ona bir daha onu söyməməsini və onu vuracağını deyəndə Ülviyyə ona “qeyrətin çatırsa vur” dediyi üçün əsəbləşərək şalvarının belində olan kiçik ölçülü dəstəyi taxtadan olan mətbəx bıçağını çıxarıb Ülviyyənin sol qolundan bir dəfə vurmuş və bıçağı cibinə qoyub dərhal oradan uzaqlaşıb getmişdir. Aralarındakı dava təxminən üç-beş dəqiqə çəkmiş, həmin vaxt küçədə Bəsti, Zülfiyyə və yaxınlıqda olan bankın qarşısında bir neçə nəfər şəxs olmuş, lakin onlar davanı kənardan izləyib davaya müdaxilə etməmişlər. O, Ülviyyənin qolundan vurub uzaqlaşdıqdan sonra həmin bıçağı şəhər ərazisində olan zibilliklərdən birinə atmış, lakin bıçağı atdığı yeri dəqiq xatırlamır. Sonda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməlini törətməsi məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə il yarım əvvəl tanış olmuş və o vaxtdan qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşamışdır. Heydər ilə tanış olduqdan sonra onlar xalası Bəstiyə məxsus ünvan 2 ünvanında birlikdə yaşamışlar. Heydərlə birlikdə yaşadığı dövrdə Heydər mütəmadi olaraq spirtli içki qəbul etmış və sərxoş olub dəfələrlə onunla mübahisə edib evdə dava salmışdır. Buna görə o, Heydərin hərəkətlərindən əvvəllər polisə də şikayət etmiş, lakin heç bir nəticə olmamış və Heydər spirtli içki qəbul etməkdə davam etmişdir. Ona görə Heydərlə birlikdə yaşamağının mümkün olmadığını görüb ondan ayrılmış və onu yaşadıqları xalası Bəstinin evindən 14 iyul 2023-cü il tarixdə qovmuşdur. Bu hadisədən 2-3 gün sonra Heydər onu küçədə görən zaman qabağını kəsib barışmaq istədiyini söyləmiş, lakin o, razı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16-17 radələrində küçə ilə gəlib xalası Bəstinin yaşadığı evin qarşısına çatmağa 5-10 metr qalmış anidən Heydər arxadan gəlib onun çiynindən tutmuş və onunla barışmalı olduğunu demiş, o isə barışmayacağını bildirmişdir. Həmin vaxt Heydər onunla münasibəti olduğu dövrdə ona xərclədiyi 100 manat pulu və mobil telefonu verməsini istəmiş, daha sonra ona işdən yox pozğunluq edib gəldiyini bildirərək onunla mübahisə yaratmışdır. Həmin vaxt səs-küyə xalası Bəsti və bacısı Zülfiyyə də küçəyə çıxmış və onların olduğu yerə gəlmişlər. Bu zaman Heydər küçədə olan şəxslərə məhəl qoymadan ondan verdiyi pulu geri tələb edib onu təhqir etməkdə davam etmiş, o da öz növbəsində Heydərə cavab qaytaran zaman Heydər şalvarının belindən çıxardığı dəstəyi taxtadan olan mətbəx bıçağı ilə onun sol qolunun çiyin hissəsindən bir dəfə bıçaqla vurmuşdur. Bunu görən xalası Bəsti Heydəri danlayıb, etdiyi hərəkətdən utanmasını söyləmiş, Heydər isə onu söyə-söyə oradan çıxıb getmişdir. Bundan sonra ailə üzvləri ilkin tibbi yardım göstərib qolundan axan qanın dayanması üçün evdən parça gətirib sarımış, o, isə oradan polisə gedib Heydərdən şikayət etmiş, sonra isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya getmişdir. Həmin hadisə təxminən 3-5 dəqiqə müddətində davam etmiş və həmin vaxt yanlarında xalası Bəsti, bacısı Zülfiyyə və bir qədər kənarda olan “Beynəlxalq Bankın” Gəncə filialının qarşısında dayanıb hadisəyə tamaşa edən bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmır, Heydərdən şikayətçi olmaqla, ona ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Ülviyyə əvvəllər ailəli olub ayrılmış, sonra isə qeyri-rəsmi Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Münasibətləri dövründə Heydər mütəmadi olaraq spirtli içki qəbul etmiş və onların mübahisələri olmuş, bununla bağlı Ülviyyə də dəfələrlə polisə şikayət edib sonra isə Heydərdən ayrılmışdır. Bu hadisədən bir müddət sonra xx.xx.2023cü il tarixdə Heydər bir dəfə küçədə Ülviyyənin qarşısını kəsərək ondan barışmasını və yenidən onunla birlikdə yaşamasını tələb etmiş, lakin Ülviyyə bundan imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə bacısı qızı Ülviyyə işdən çıxıb onlara gələcəyini bildirmiş və həmin gün saat təxminən 16-17 radələrində Ülviyyənin bacısı Zülfiyyə ilə o, evdə olan zaman küçədən səs-küy gəldiyini eşidib Zülfiyyə ilə birlikdə evin qarşısına çıxmışdır. Küçəyə çıxanda Ülviyyə ilə Heydərin onların evinin qarşısında sözlə mübahisə etdiklərini yaxınlıqda olan Beynəlxalq Bankın işçilərinin isə onların davasına tamaşa etdiklərini görmüşdür. Həmin vaxt Heydər gah münasibətləri olduğu dövrdə Ülviyəyə xərclədiyi 100 manat pulu və mobil telefonu ondan istəmiş, gah da Ülviyyəyə işdən yox, pozğunluqdan gəldiyini bildirmiş və onu söyüb təhqir etmişdir. O, Heydərə yaxınlaşıb onu sakitləşdirməyə çalışmış, lakin Heydər onun sözünə məhəl qoymamış, hərəkətlərini davam etdirmiş və anidən şalvarının belindən çıxardığı dəstəyi taxtadan olan bıçaqla Ülviyyənin sol qolunun çiyin hissəsindən bir dəfə vurmuşdur. Həmin vaxt Ülviyyənin qolundan qan axmağa başlamış və onlar tez gedib evdən parça gətirib onun qolunu sarıyan zaman Heydər də oradan qaçıb harasa getmişdir. Bundan sonra Ülviyyə polisə getmiş və Heydərin hərəkətlərindən şikayət etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində şahid X2 ifadəsində göstərdiklərini eyni ilə təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekpert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanının qarşısında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ tərəfindən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1167 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 185.2.2, 228.1, 228.4 və 66-cı maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanuna əsasən cəza müddəti 05 il 06 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux şəhərində qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, Samux şəhəri ərazisində yaşamır və qeydiyyatda olduğu müddətdə nümayəndəliyə onun barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 4749 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 4704 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-20/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.2.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 01 avqust 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin mövcudluğu onun məsuliyyətini ağırlaşdıran hal hesab edilir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən azad edilmiş və həmin tarixdən iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, onun yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında bir növ cəza, yəni azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Bu hallar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, residivin mövcudluğu, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak, maddi sübut və ekspertiza xərci müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-421/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-421/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver