Məhkəmə qərarları › İş №1(125)-423/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-423/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-423/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs Həsən-X14 və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 1-ci döngə, ev 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 93-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Həsən-X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o tanışı X17 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində onun idarə etdiyi NAZ Lifan markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş, həmin vaxt o, özgə əmlakını gizli olaraq talamaq üçün Seymur Novruza məxsus avtomobilin yanına getmiş, İlkin Həsən-pur isə idarə etdiyi avtomobili yolun kənarına verib işlək vəziyyətdə saxlayaraq onun geri qayıtmasını gözləmiş, “VAZ 2106” markalı avtomobilin qapılarının açıq olmasından istifadə edərək salonunda olan 100 manat dəyərində 01 ədəd “Sony” markalı, CDX G3200UV modelli maqnitolanı, 2 manat dəyərində 01 ədəd avtomobilin salon güzgüsünü, 2 manat dəyərində 01 ədəd avtomobil üçün nəzərdə tutulmuş kül qabını, 15 manat dəyərində 01 ədəd üzərində “Piranha 4519” yazıları olan telefon tutacağını, 5 manat dəyərində 01 ədəd podsiqar qabını, 30 manat dəyərində 01 ədəd telefon naqilini, qolaltından 100 manat dəyərində 01 ədəd “Samsung” markalı SM-G930F modelli mobil telefonu, içərisində 100 manat və təxminən 34 manat ekvivalentidə 20 ABŞ dolları olan 01 ədəd 100 ABŞ dolları formasında 5 manat dəyərində pul qabını, 10 manat dəyərində 01 ədəd üzərində “Ray-Ban” markalanma yazıları olan gün eynəyini, avtomobilin digər saxlanc yerindən (bardaçokundan) 5 manat dəyərində 01 ədəd sarı rəngli mikrafon formalı əl fənərini gizli olaraq talayıb onun yanına qayıdaraq idarə etdiyi avtomobilin salonuna yığdıqdan sonra onun idarə etməsi ilə NAZ Lifan markalı avtomobillə oradan uzaqlaşmaqla ümumilikdə Zərərçəkmiş şəxs 408 (dörd yüz səkkiz manat) dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X17 oğlu qabaqcadan əlbir olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində onun idarə etdiyi NAZ Lifan markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq üçün Seymur Novruza məxsus avtomobilə yanına getmiş, o isə idarə etdiyi avtomobili yolu kənarına verib işlək vəziyyətdə saxlayaraq Təqsirləndirilən şəxs1 geri qayıtmasını gözləmiş, Təqsirləndirilən şəxs1 isə “VAZ 2106” markalı avtomobilin qapılarının açıq olmasından istifadə edərək salonunda olan 100 manat dəyərində 01 ədəd “Sony” markalı, CDX G3200UV modelli maqnitolanı, 2 manat dəyərində 01 ədəd avtomobilin salon güzgüsünü, 2 manat dəyərində 01 ədəd avtomobil üçün nəzərdə tutulmuş kül qabını, 15 manat dəyərində 01 ədəd üzərində “Piranha 4519” yazıları olan telefon tutacağını, 5 manat dəyərində 01 ədəd podsiqar qabını, 30 manat dəyərində 01 ədəd telefon naqilini, qolaltından 100 manat dəyərində 01 ədəd “Samsung” markalı SM-G930F modelli mobil telefonu, içərisində 100 manat və təxminən 34 manat ekvivalentidə 20 ABŞ dolları olan 01 ədəd 100 ABŞ dolları formasında 5 manat dəyərində pul qabını, 10 manat dəyərində 01 ədəd üzərində “Ray-Ban” markalanma yazıları olan gün eynəyini, avtomobilin digər saxlanc yerindən (bardaçokundan) 5 manat dəyərində 01 ədəd sarı rəngli mikrafon formalı əl fənərini gizli olaraq talayıb onun yanına qayıdaraq idarə etdiyi avtomobilin salonuna yığdıqdan sonra onun idarə etməsi ilə NAZ Lifan markalı avtomobillə oradan uzaqlaşmaqla ümumilikdə Zərərçəkmiş şəxs 408 (dörd yüz səkkiz manat) dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, X17 oğlu Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların öz ifadələri, zərər çəkmiş şəxsin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə tanışları Ramin adlı şəxsin avtomobilini günorta saat 14:00 radələrində təmir etdikdən sonra Ramin onlara pul vermək əvəzinə yemək almaq istəmiş, yemək yeyərkən spirtli içki qəbul etmişlər. Daha sonra o, və İlkin yeməkxanadan çıxıb, işlədikləri yerə gəlmişlər. Biraz işlədikdən sonra İlkinin etibarnamə ilə idarə etdiyi **- BK-*** qeydiyyat nişanlı avtomobili ilə şəhərdə gəzintiyə çıxmışlar. Avtomobil ilə saat 22:00 radələrində Avtozavod qəsəbəsində küçələrin birindən keçən zaman yol kənarında Vaz- 2106 markalı minik avtomobili görmüş, avtomobilin qapısının açıq olduğunu görüb, İlkinə avtomobili biraz uzaqda saxlamasını demişdir. İlkin ondan hara getməsini soruşduqda o, İlkinə birazdan gələcəyini bildirmişdir. Belə ki, oğurluq etmək haqqında plan onda yaranmış, İlkin isə bu plandan xəbərsiz olmuşdur. İlkin onu avtomobildən düşürdükdən sonra avtomobilini xeyli kənarda yolun qırağında saxlamışdır. İlkinin avtomobildən düşdükdən sonra həmin süd rəngli Vaz-2106 markalı minik avtomobilə tərəf getmiş, qapısı açıq olduğu üçün qapısını açaraq içərisində əyləşmiş, oturacaqda oturmuşdur. Həmin vaxt sərxoş olmuşdur. Götürdüyü əşyaların nədən ibarət olmasını tam xatırlamır. Avtomobildən ilk öncə “Sony” markalı maqnetafonu, pul qabını, qolaltından Samsung markalı telefonu, avtomobilin saxlanc yerindən əl fənərini, avtomobilin salonunda güzgünün aşağısına keçirilmiş gün eynəyini, salon güzgüsünü, podsiqarı, külqabını götürmüşdür. Əşyaları götürdükdən sonra İlkinin avtomobilinə qayıtmış, hərəkətə başladıqdan sonra avtomobildə pul qabını açmışdır. Pulqabını açdıqda içində sayını xatırmaladığı 1 dollarlıq əskinaslar, 2 dollarlıq əskinas, 5 dollarlıq əskinas, 10 dollarlıq, 2 ədəd 50 manatlıq əskinas olmuşdur. İlkin bu əşyaların və pulların hardan gəlməsini soruşmuş, o isə İlkinə bir nəfərin ona borclu olduğunu bildirmiş, həmin əşyaları və pulları isə borc əvəzi ondan almasını bildirmişdir. İlkinə məxsus avtomobillə marketə getmiş, 1 ədəd 50 manatlıq əskinasla evə bazarlıq etmişdir. Bazarlıq etdikdən sonra İlkin gətirib onu evə düşürmüş və uzaqlaşmışdır. Oğurluq əşyalar İlkinin maşınıda qalmışdır. Səhərisi gün İlkin onu evdən öz avtomobili ilə götürmüş, onlar işlədikləri sexə gəlmişlər. Sexdə işlədikləri vaxt polislər onların iş yerinə gəlmişlər. İş yerində 1 ədəd 50 manatlıq əskinası, dollar əskinaslarını və oğurladığı əşyaları polisə təhvil vermişdir. Dollar əskinaslarını evdən gətirmişlər. Telefon adapteri, telefon tutacağı, avtomobil ehtiyat hissələri dəsti, təsbeh onun tərəfindən götürülməmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamağını, himayəsində iki azyaşlı uşağı olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X17 oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü maşın ustasıdır. Bir müddət sex icarəyə götürərək işlətmişdir. Ramin onun yanında işləmişdir. İş günündən sonra, axşam saatlarında içkili vəziyyətdə, ona məxsus avtomobillə Raminlə birlikdə Gəncədə gəzməyə çıxmışlar. Bu zaman bir küçəyə daxil olmuşlar. Həmin küçənin sonunun tupik olmasını görmüş, maşını arxaya sürmüşdür. Bu zaman Ramin ondan dayanmasını istəmiş, avtomobildən düşmüş və qayıdacağını bildirmişdir. Qayıdanda onun əlində müxtəlif əşyaların və pul qabının olmasını görmüşdür. Əşyaların hardan alınmasını soruşduqda Ramin ona bir nəfər borclunun ona verməsini bildirmişdir. Raminin həmin əşyaları maşından götürməsini bilməmişdir. Sonra həmin ərazidən uzaqlaşmışlar. Oradan təmir sexinə gedərək əşyaların bir hissəsini sexə boşaltmışlar. Oradan marketə gedərək Raminə bazarlıq etmiş, sonra isə Ramini evə düşürmüşdür. Həmin əşyalardan pul qabını,maqnitafonu, güzgünü, telefon tutacağını, telefonu görmüşdür. Ramin pul qabını yolda açmış, o isə pul qabının içində iki ədəd 50 manatlı əskinas və dollar əskinasları görmüşdür. Ramin əşyaları özü ilə aparmazdan öncə ona hansı əşyanı istəyirsə götürməsini bildirmişdir. Marketdən bazarlıq etdikdən sonra Ramin ona 50 manat pul vermişdir. Pulu Ramindən qəbul etdiyinə, əşyaları götürdüyünə görə özünü təqsirli bilir. Belə ki, Raminin müxtəlif əşya və pulla onun maşınına əyləşdiyini gördükdə onların oğurluq olmasını başa düşmüşdür. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamağını, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verən gün evə qayıtdıqdan sonra özünü pis hiss etmişdir. Onun təzyiqi qalxmışdır. Əlindəki pul qabını avtomobilin saxlanc yerinə qoymuş, gün eynəyini salon güzgüsünün qarşısına keçirmişdir. Avtomobilin qapısını açıq qoyaraq evə keçmişdir. Çay içdikdən sonra avtomobili həyətə salmaq qərarına gəlmişdir. Avtomobilə əyləşdikdə avtomobildə “blutuz” cihazının qoparılması onun diqqətini cəlb etmişdir. Dərhal avtomobilin saxlanc yerini açmış, pul qabının orada olmamasını aşkar etmişdir. Evə qayıdaraq həyat yoldaşına avtomobilə oğru girdiyini bildirmiş, 102 xidmətinə məlumat verməsini tapşırmışdır. Cinayət işi üzrə ittihamda göstərilmiş əşyaların oğurlanmasını tədricən aşkar etmişdir. Avtomobili içəri salaraq, oğlundan kameraya baxış keçirməsini tapşırmışdır. Oğlu ona videoyazıda avtomobilə girən şəxsin qeydə alındığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları gəlmişdir. İttihamda öz əksini tapmış əşyalardan gümüş təsbehin oğurlanmasını təqsirləndirilən şəxslər inkar etsələr də, hesab edir ki, oğurlanmışdır. Sonradan İlkinin avtomobilinə baxış keçirən zaman blutuz cihazını avtomobilin döşəməsində aşkar etmişlər. Ehtimal edir ki, təsbehi də təqsirləndirilən şəxslər eynilə hardasa yerə salaraq itirmişlər. Bundan əlavə, pul qabında dollar əskinaslarından əlavə, 345 Azərbaycan manatı olmuşdur. Təqsirləndirilən şəxslərin bir qisim əşyaların oğurlanmasını inkar etməsi, pul məbləğinin az olması ilə bağlı bildirdikləri sırf özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır. Onlardan şikayət və tələbi yoxdur. Məhkəmədən bu faktın nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “ hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsi R.Nağıyev küçəsi ev 5-in həyətində saxladığı ona məxsus VAZ 2106 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş və zərərçəkmiş şəxs oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. - xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus 100 ABŞ dolları şəklində pul qabını və pul qabının içərisində olan 5 ədəd 1 ABŞ dolları formasında, 1 ədəd 5 ABŞ dolları formasında və 1 ədəd 10 ABŞ dolları formasında əskinas olmaqla - cəmi 20 ABŞ dollarını istintaqa təhvil vermişdir. - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X17 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 16 aprel 2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, ünvan 1-in qarşısında VAZ 2106 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəldikləri yer yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - 16 aprel 2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Həsən- X14 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, R.Nağıyev küçə\si ev 5-in qarşısında özünə məxsus Naz Lifan markalı avtompobili saxladığı yeri, VAZ 2106 markalı avtomobilin arxa saxlanc yerindən götürdüyü əşyaları saxladıqları yeri, oğurlanmış əşyaların saxladığı “Musayevin Qarajı” olan məkan yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” Protokoldan görünür ki, X17 oğlu 1 ədəd mikrofon, 1 ədəd podsiqar, 1 ədəd telefon naqili, 1 ədəd Ray-Ban markalı gün eynəyi, 1 ədəd avtomobil siqaret qutusu, 1 ədəd avtomobil salon güzgüsü, 1 ədəd “Samsung” markalı telefon, 1 ədəd əl fənəri istintaqa təhvil vermişdir. - 18 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X9 azad olunmuşdur. - 18 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, Həsən-X14 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X9 azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci ildə Moskva şəhəri Naqatinsk rayon məhkəməsinin qərarı ilə 01(bir) il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Həsən-X8 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 05 il azadlıqdan məhrum etmə və 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. - Gəncə şəhər Psixonevroloji Dispanserin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserin arayşlarından görünür ki, X17 oğlu dispanserlərdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə opiodlərdən aslılıq diaqnozu ilə qeydiyyatdadır. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3880 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 232,0 manat, qərarda göstərilən, təqdim edilməyən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 7,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 01 ədəd “Samsung” markalı SM-G930F modelli mobil telefon 100 manat, 01 ədəd sarı rəngli, mikrafon formalı fənər 5 manat, 01 ədəd avtomobil üçün nəzərdə tutulmuş kül qabı 2 manat, 01 ədəd üzərində “Ray-Ban” markalanma yazıları olan gün eynəyi 10 manat, 01 ədəd üzərində “Piranha 4519” yazıları olan telefon tutacağı 15 manat, 01 ədəd “Sony” markalı, CDX G3200UV modelli maqnitola 100 manat, 01 ədəd podsiqar qabı 5 manat, 01 ədəd avtomobil salon güzgüsü 2 manat; - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2012-ci il tarixli 1(088)-122/2012 nömrəli hökmündən görünür ki, X17 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X17 oğlu ilə barışmış, İlkin ona dəymiş ziyanı tam şəkoildə ödəmiş onun İlkin sən-Pura qarşı heç bir şikayət və tələbi yoxdur. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X6 adlı 1 azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 1283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntülər 3 hissədən ibarətdir, xx.xx.2023-cü il tarixdə Həsən-X14 idarə etdiyi “NAZ LİFAN” minik markalı dövlət qeydiyyat nömrə nişanı bilinməyən avtomobil Gəncə şəhər, Cavadxan qəsəbəsi, R.Nağıyev küçəsi ev 5-in qarşısında dayanmış “VAZ 2106” markalı avtomobilin yanından keçərək yan tərəfdəki küçəyə dönür. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobildən enərək “VAZ 2106” markalı avtomobilə yaxınlaşır. İlk öncə avtomobilin arxa yük yerini açmağa çalışır daha sonra isə sağ ön qapını açaraq avtomobilə əyləşir və Zərərçəkmiş şəxs şəxsi əmlakını gizli yolla talayır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 və Həsən-X14 onlara qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə vermişdir. Belə ki, ibtidai istintaqdakı ifadəsində Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi törətməmişdən öncə digər təqsirləndirilən şəxs X17 oğlu ilə onların hər ikisinin çəkdiyi maddi sıxıntı barədə fikir mübadiləsi apardığını, onların hər ikisinə pul lazım olması səbəbindən birgə oğurluq etmək haqqında qərar verdiklərini bildirmişdir. Məhkəmə istintaqındakı ifadəsində Təqsirləndirilən şəxs1 bunun əksinə olaraq, törədilmiş oğurluq hadisəsi ilə digər təqsirləndirilən şəxs X17 oğlu ilə öncədən heç bir razılıq əldə etmədiyini, İlkinlə şəhəri gəzintiyə çıxan zaman oğurluq etmək qərarına birdənbirə gəldiyini, İlkinin isə oğurluq hadisəsindən əşyaların və pul vəsaitinin talanmasında sonra məlumatı olmasını bildirmişdir. Digər təqsirləndirilən şəxs X17 oğlu eynilə, ibtidai istintaqdakı ifadəsində oğurluq hadisəsi törətməmişdən öncə digər Təqsirləndirilən şəxs1 ilə onların hər ikisinin çəkdiyi maddi sıxıntı barədə fikir mübadiləsi apardığını, onların hər ikisinə pul lazım olması səbəbindən birgə oğurluq etmək haqqında qərar verdiklərini bildirmişdir. Məhkəmə istintaqındakı ifadəsində təqsirləndirilən şəxs X17 oğlu bunun əksinə olaraq, törədilmiş oğurluq hadisəsi ilə digər Təqsirləndirilən şəxs1 ilə öncədən heç bir razılıq əldə etmədiyini, oğurluq hadisəsindən əşyaların və pul vəsaitinin talanmasında sonra məlumatı olmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı ifadələrini daha mötəbər hesab edərək hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqdakı ifadələri özünümüdafiə xarakteri daşıyır. Belə ki, hadisənin görüntülərini əks etdirən videoyazıda oğurluq hadisəsinin törədilməsi zamanı təqsirləndirilən şəxslərin hərəkətlərinin birgə koordinasiyası, talanmış pul məbləğinin bərabər bölünməsi, talanmış əşyaların bir hissəsinin Təqsirləndirilən şəxs1, digər hissəsinin İlkin Həsən-Purun avtomobilindən aşkar edilməsi onların bu oğurluq hadisəsini qabaqcadan əlbir olaraq planlaşdırıb həyata keçirilməsi qənaətinə gəlməyə əsas verir. Bundan əlavə, təqsirləndirilən şəxlərə qarşı irəli sürülmüş ittihamda talanmış pul vəsaitinin ABŞ dollarından əlavə 345 Azərbaycan manatı məbləğində olması göstərilmişdir. Lakin, təqsirləndirilən şəxslər talanmış pul məbləğinin əhəmiyyətli dərəcədə az olmasını bildirmişlər. Belə ki, təqsirləndirilən şəxslər Azərbaycan manatının 100 manat olması barədə ifadə vermişlər. Talanmış ABŞ dollarına münasibətdə isə məhkəmə qeyd edir ki, ittihamda öz əksini tapan 45 ABŞ dolları məbləği ilə təqsirləndirilən şəxslərin ifadələrində öz əksini tapan məbləğ və 16 aprel 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” Protokolda öz əksini tapan Təqsirləndirilən şəxs1 götürülmüş 20 ABŞ dolları məbləği ziddiyyət təşkil edir. Məhkəmə bu ziddiyyətə qiymət verərək, talanmış pul məbləğinə dair ziddiyyəti təqsirləndirilən şəxslərin xeyrinə həll edir və talanmış pul məbləğinin 100 Azərbaycan manatı və 20 ABŞ dolları hissəsini sübuta yetmiş hesab edir. Talanmış əmlakın dəyərinə münasibətdə isə məhkəmə ittiham tərəfindən irəli sürülmüş dəyəri deyil, iş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3880 nömrəli rəyində göstərilmiş dəyəri əsas götürür, ekspert rəyini talanmış əmlakın dəyərinə münasibətdə daha mötəbər sübut kimi qəbul edir. Belə ki, ekspert rəyi elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə qəbul edilən sənəddir. Talanmış əmlakın ittiham aktında göstərilən məbləği isə sırf zərərçəkmiş şəxsin ifadəsi üzərində qurulmaqla, daha yüksək məbləğləri özündə əks etdirir. Beləliklə, məhkəmə bu məsələni də təqsirləndirilən şəxlərin xeyrinə həll edilmiş hesab edir. Talanmış əşyaların siyahısına münasibətdə məhkəmə qeyd edir ki, irəli sürülmüş ittihamda qeyd edilmiş əşyalardan gümüş təsbeh və avtomobil ehtiyat hissələri dəstinin talanması nə baxış və götürmə aparılması haqqında protokollarla, nə də təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapmır. Həmin əşyaların talanması barədə müddəa ittihama sırf zərərçəkmiş şəxsin ifadəsi əsasında daxil edilmişdir. Belə olan halda, məhkəmə həmin əşyaların talanması faktını sübut edilməmiş hesab edir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Digər təqsirləndirilən şəxs Həsən-X14 törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həsən-X14 şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerlərini saat 22:00-dan saat 07:00-dək, yaşadıqları Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həsən-X14 üzərinə yaşayış yerlərini saat 22:00-dan saat 07:00-dək, yaşadıqları Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzanın icrası onun yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs Həsən-X14 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzanın icrası onun yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1283 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan: 05 ədəd 1 ABŞ dolları, 01 ədəd 5 ABŞ dolları, 01 ədəd 10 ABŞ dolları və 01 ədəd 100 ABŞ dolları formasında pul qabı, 01 ədəd mikrafon, 01 ədəd podsiqar, 01 ədəd telefon naqili, 01 ədəd Ray-Ban markalı gün eynəyi və 01 ədəd avtomobil siqaret qutusu, 01 ədəd avtomobil salon güzgüsü, 01 ədəd “Samsung” markalı telefon, 01 ədəd əl fənəri, 01 ədəd telefon tutacaq qabı sahibinə qaytarılmalı, 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Həsən-X12 tutulularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Həsən-X16 məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X17 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Həsən- X14 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Həsən-X14 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Həsən-X14 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Həsən-X14 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan: 05 ədəd 1 ABŞ dolları, 01 ədəd 5 ABŞ dolları, 01 ədəd 10 ABŞ dolları və 01 ədəd 100 ABŞ dolları formasında pul qabı, 01 ədəd mikrafon, 01 ədəd podsiqar, 01 ədəd telefon naqili, 01 ədəd Ray-Ban markalı gün eynəyi və 01 ədəd avtomobil siqaret qutusu, 01 ədəd avtomobil salon güzgüsü, 01 ədəd “Samsung” markalı telefon, 01 ədəd əl fənəri, 01 ədəd telefon tutacaq qabı sahibinə qaytarılsın, 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Həsən-X12 müştərək qaydada tutulularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilsin. Həsən-X16 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar